Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-13/2024 07.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1981-ci il tarixdə Dəvəçi rayonunun Qələgah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120,00 manat olmaqla cəmi 240,00 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-193/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsini, həmçinin cavabdeh kimi Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq, övladı xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 manat məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-1075/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini, eyni zamanda Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)- 193/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi əsasında müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək cavabdeh Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 02 (iki) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170,00 manat olmaqla cəmi 340,00 manat məbləğində sabit alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2806/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 26680,00 manat məbləğində aliment borcunu zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə ödəməmiş, onlara maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120,00 manat olmaqla cəmi 240,00 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-193/2017 saylı, 03 mart 2017-ci il tarixli qətnaməsini, həmçinin cavabdeh kimi Təqsirləndirilən şəxs 02 fevral 2018-ci il tarixdən başlayaraq, övladı xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 manat məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1075/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini, eyni zamanda Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-193/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi əsasında müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək cavabdeh Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 02 (iki) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170,00 manat olmaqla cəmi 340,00 manat məbləğində sabit alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2806/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 26680,00 manat məbləğində aliment borcunu zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə ödəməməsinin səbəbi fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda təxminən 700,00-800,00 manat məbləğində əldə etdiyi qazancının öz dolanışığına çətinliklə çatması, həmçinin faktiki imkanlarının məhkəmə tərəfindən nəzərə alınmadan ona yüksək məbləğdə aliment kəsildiyi üçün qətnaməni ədalətsiz hesab etdiyinə görə aliment borcunu qərəzli olaraq ödəməməsi olmuşdur. Lakin o, hazırda icra vərəqələri üzrə olan borcunu ödəmiş və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ondan hər-hansı bir şikayət və ya tələbləri yoxdur. Bu halları nəzərə alaraq məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkən şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, 2(076)-1075/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02.02. 2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 manat məbləğində sabit alimenti onun xeyrinə ödənilməlidir. Sözü gedən qətnamə icra edilməsi üçün Şabran Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 (on) gün könüllü icra müddəti təyin edilmiş, lakin dəfələrlə xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah olunmasına, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək ümumilikdə 6720,00 manat məbləğində aliment borcu yaranmışdır. Lakin hazırda o, ona olan aliment borcunu tam şəkildə ödəmişdir və onun Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələbi yoxdur. Hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə, saat 11:30-a keçirilmiş açıq məhkəmə baxışı iclasında iştirak edən zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdi ki, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, 2(031)-193/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs Dəvəçi Rayon Məhkəməsinin 2(031)-164/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120,00 manat olmaqla cəmi 240,00 manat məbləğində sabit alimenti mənim xeyrimə ödəməlidir. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2806/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-193/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi əsasında müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək borclu Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170,00 manat olmaqla cəmi 340,00 manat məbləğində sabit alimenti onun xeyrinə ödəməlidir. Sözü gedən qətnamələr icra edilməsi üçün Şabran Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 (on) gün könüllü icra müddəti təyin edilmiş, lakin dəfələrlə xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsuliyyəti izah olunmasına, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək hər iki qətnamə üzrə ümumilikdə 19980,00 manat məbləğində aliment borcunu fərdi əməklə məşğul olmaqla, ayda 1000,00-1500,00 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq ödəməmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəmişdir və onun Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdən başlayaraq, övladları, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120,00 manat olmaqla cəmi 240,00 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-193/2017 saylı, 03.03. 2017-ci il tarixli qətnaməsini, həmçinin cavabdeh kimi Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq, övladı xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 manat məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-1075/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini, eyni zamanda Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-193/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi əsasında müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək cavabdeh Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 02 (iki) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170,00 manat olmaqla cəmi 340,00 manat məbləğində sabit alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2806/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 26680,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən və ifadəsi məhkəmə iclasında elan olunmuş Şahid2 da eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ona olan aliment borcunu ödədiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan tələbi və şikayətinin olmadığını bildirmiş və ərizəsini nəzərə alınaraq işə onun iştirakı olmadan baxılmasını və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ona olan aliment borcunu ödədiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan tələbi və şikayətinin olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin "Qeyd"inə əsasən həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə ifadə olunan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslər, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olan aliment borcunu tam şəkildə ödəmişdir və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin "Qeyd" - inə əsasən) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, ona qarşı hazırki iş üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır və onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344- 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” - inə əsasən hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sərdlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-13/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-13/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver