Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-14/2024 29.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1988-ci il tarixdə Özbəkistan respublikasının Buka rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 1i ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2ndə "həbs" növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 234.1 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində yeznəsi Zərərçəkmiş şəxs ilə Şabran rayonu Padar kəndində torpaq sahəsində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı sonuncuya zor tətbiq edərək üzərində gəzdirdiyi təsərrüfatməişət təyinatlı mətbəx bıçağı ilə qəsdən yeznəsi Zərərçəkmiş şəxs başın alın nahiyəsinin və döş qəfəsinin sağ yarısının hərəsinin bir ədəd boşluğa keçməyən və hər iki bud nahiyəsinin hərəsinin iki ədəd olmaqla, cəmi 6 ədəd deşilmiş kəsilmiş yaralan ilə nəticələnən və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma ilə müşayiət edilən bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa o, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda əldə etdiyi ümumi təmiz çəkisi 35 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 kiloqramlıq şüşə balona dolduraraq həmin balonu şəffaf sellofana büküb xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Padar kəndində yaşayan cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki qoz ağacının altında basdıraraq gizlədib Zərərçəkmiş şəxsla arasında olan qərəzli münasibətə görə sonuncunun hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq məqsədilə Şabran Rayon Polis Şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən qoz ağacının altında narkotik vasitə gizlətməsi barədə məlumat verib süni ittiham sübutlarının yaradılması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmiş, xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən ümumi təmiz çəkisi 35 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi nıkahda deyil, lakin X10 ilə 2019-cu ildə ailə qurmuş və 2 övladı vardır. Övladları xx.xx.2020-ci il təvəllüdlü İbrahim Turkmanidze və xx.xx.2022-ci il təvəllüdlü Mədinə Turkmanizdedir. Həmçinin onun ilk həyat yoldaşından olan övladı xx.xx.2009-cu il təvəllüdlü Polad Turkmanidze də 2016-cı ildən etibarən onunla birlikdə yaşayır. Zərərçəkmiş şəxs bacısı Elnarənin həyat yoldaşıdır. 2018-ci ildən etibarən Müzəffər ilə aralarında olan münasibətlər pozulmuşdur. Münasibətlərinin pozulması onun işsizlik problemləri ilə bağlı olmuşdur. 2022-ci ildən isə münasibətlərinin pozulmasına səbəb Şabran rayonunun Padar kəndində yerləşən 02 hektar torpaq sahəsi olmuşdur. Belə ki, həmin torpaq sahəsi atası tərəfindən X11 2002-ci ildə 2800 ABŞ dollarına alınmışdır. Lakin alqı-satqı ilə bağlı məsələni isə sənədləşdirməmişlər. Həmin 2 hektar torpaq sahəsində 2018-ci ildən Müzəffər əkin işləri görməyə başlamışdır. Həmin sahədə Müzəffərin əkin işlərini özünün aparmasına əvvəllər etiraz etməmiş, lakin 2022-ci ildə Müzəffərin həmin torpaq sahəsini başqa şəxslərə kirayəyə verməsini, satmasını eşitmiş və bundan əsəbiləşib Müzəffərə bununla bağlı xəbərdarlıq etmişdir. Müzəffərə həmin ərazidə əkin işlərinin aparmasını bitirməsini və həmin 2 hektar torpaq sahəsində əkin işlərini özünün görəcəyini demişdir. Müzəffər onun xəbərdarlığına məhəl qoymayaraq yenidən həmin torpaq sahəsində buğda əkmişdir. 2022ci ilin noyabr ayının əvvəllərində Müzəffərin əkin apardığı sahəyə arx salmışdır. Həmin vaxtlarda Müzəffərə xəbərdarlıq edərək əkin işlərini dayandırmasını, əks halda barəsində pis olacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Şabran rayonunun Padar kəndində səhər saatlarında yaşadığı evdən çıxan zaman bir ədəd sap hissəsi boz rəngli olan mətbəx bıçağının özü ilə götürmüşdür. Həmin gün torpaq sahəsinə əkini biçdirmək üçün gedəcəkmiş. Həmçinin bıçağı götürmüşdür ki, həmin torpaq sahəsinə Müzəffər gələcəyi halda onu qorxutsun. Nahardan əvvəl torpaq sahəsinə gələn zaman əkin sahələrində işləyən kombayn sürücüsünə yaxınlaşmış və 2 hektar torpaq sahəsində əkini biçdirmək istədiyini və sahəni biçməsini istəmişdir. Bu məqsədlə kombaynın yanında 3 saatadək gözləmiş və sürücü ilə birlikdə 2 hektar torpaq sahəsinə gəlmişdir. Kombayn sürücüsü və onunla birlikdə buğda yığımı üçün "Qaz 53" yük markalı avtomobil sürücüsü əraziyə gəlmişdir. "Qaz 53" yük markalı nəqliyyat vasitəsinin sürücüsü avtomobili ilə birlikdə torpaq sahəsinin aşağı hissəsində dayanmışdır. O da kombayn sürücüsü ilə birlikdə ərazidə biçin işlərinə başlamışdır. Sahədə kombaynda biçin işlərini görən zaman Müzəffərin əkin sahəsi ilə üzərinə doğru gəldiyini görmüşdür. Müzəffər kombaynın qarşısına gəlib çataraq işi saxlamalarını bildirdikdə o, kombayndan yerə enmişdir. O, Müzəffərin yanına gəlmiş və Müzəffər ona torpaq sahəsinin ona məxsus olmasını və ərazidən çıxıb getməsini tələb etmişdir. O da Müzəffərə həmin ərazinin ona məxsus olmasını deyib biçin işlərini davam etdirəcəyini söyləmişdir. Müzəffərə bir neçə xəbərdarlıq edərək çıxıb getməsini tələb etmişdir. Müzəffər isə getməyəcəyini demiş və o da, şalvarının bel hissəsində içəri tərəfində saxladığı bıçağı çıxararaq əsəbi halda Müzəffəri qorxutmaq üçün həmin bıçaqla onun bədəninə və hər iki ayaq nahiyyələrindən vurmağa başlamışdır. Həmin gün evdən çıxan zaman bıçağı götürməkdə məqsədi də Müzəffərin torpaq sahəsinə gələrək işinə mane olacağı halda onu qorxudaraq torpaq fikrindən daşındırması idi. O, Müzəffəri bir neçə yerdən yaraladığını və üzərinin qan içərisində olduğunu görərək həyəcandan onu orada qoyub uzaqlaşmış və yol kənarına çıxmışdır. Daha sonra yol kənarına çıxaraq Müzəffəri vurduğu bıçağı da özü ilə götürərək Şabran Rayon Polis Şöbəsinə gələrək törətdiyi əməli etiraf etmişdir. Lakin o, Zərərçəkmiş şəxs yaşadığı evdə narkotik vasitə basdırmamışdır və həmin evdən aşkar edilmiş narkotik vasitələrin ona aidiyyatı yoxdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Bundan fərqli olaraq, məhkəmə istintaqı zamanı araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o, özünü CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilməsi ilə yanaşı, habelə qeyd etmişdir ki, xx.xx.2023cü il tarixdə narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını dərib biraz qurutduqdan sonra 1 kiloluq şüşə bankaya yığaraq sellofana büküb Müzəffərin yaşadığı evin həyətyani sahəsində olan qoz ağacının altında torpağa basdırmışdır. Marixuana bitkisini şüşə bankada Müzəffərin yaşadığı evin həyətyani sahəsində torpağa basdırandan 2 gün sonra Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Müzəffərin yaşadığı evin həyətində qoz ağacının altında narkotik vasitə gizlətdiyi barədə məlumat vermişdir. Polis əməkdaşlarının Müzəffərin yaşadığı evin həyətyani sahəsində axtarış aparmışlar və axtarış zamanı onun Müzəffərin yaşadığı evin həyətyani sahəsində olan qoz ağacının altında basdırdığı marixuananın olduğu şüşə bankanı tapmışlar. Müzəffərin həyətyanı sahəsində narkotik tərkibli olan marixuananı torpağa basdırmaqda məqsədi, polis əməkdaşlarının onun həyətinə baxış keçirərək narkotik vasitəni aşkar edib onu cinayət məsuliyyətinə cəlb edilməsini istəməsi olmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı digər sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham üzrə ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qaynıdır. Aralarında olan münasibət bir neçə ildir ki, pozulmuşdur. Belə ki, o, Şabran rayonunun Padar kəndində sərəncam əsasında ona aid olan 2 hektar torpaq sahəsində əkin əkir. Təqsirləndirilən şəxs bununla bağlı hər dəfə onunla mübahisə edir. xx.xx.2023-cü il tarixdə yaşadığı kənddə tanışı Barış ilə birlikdə olan zaman ona məxsus torpaq sahəsini icazəsi olmadan Cumali tərəfindən biçildiyini öyrənmişdir. Barışla birgə əkin sahəsində gəlmiş və bu zaman sahədə kombayn işlədiyini görüb həmin kombayna yaxınlaşmışdır. O, kombaynı saxlatdırmış və bu zaman kombaynı idarə edən şəxsin yanında Cumalinin olduğunu görmüşdür, Cumali kombayndan yerə enib onun üzərinə doğru gəlməyə başlamışdır. O da ona həmin əkin sahəsinin ona məxsus olmasını bildirmişdir. Cumali isə bunu eşidən kimi sağ əli ilə belindən bıçaq çıxarıb onun üzərinə doğru hücum çəkib, əvvəlcə onun sinə, daha sonra isə baş və yan nahiyələrinə bıçaqla vurmağa başlamışdır. O, qan içərisində yerə yıxılmış və Cumali onu qan içərisində görüb ərazidən uzaqlaşmışdır. Bundan sonra Barış onu yerdən qaldırıb telefonla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək onu Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Bununla yanaşı xx.xx.2023-cü il tarixdə o, Şabran Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Orada polis əməkdaşları ona yaşadığı evin həyətində yerləşən qoz ağacının altında narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 1 ədəd şüşə balona yığaraq gizlətməsi barədə məlumat daxil olmasını bildirmişlər. O da polis əməkdaşlarına elə həmin saat onunla birgə yaşadığı evin həyətinə baxış keçirmələrini, istənilən yeri qazmalarına icazə verdiyini bildirmişdir. Polis əməkdaşları ilə birgə yaşadığı Şabran rayonu Padar kəndində yerləşən evinə yollanmış və evin həyətinə daxil olan zaman onun iştirakı və icazəsi ilə polis əməkdaşları evin həyətindəki qoz ağacının altını qazmağa başlamışlar. Bu zaman həmin qoz ağacının altından 1 ədəd sellofanda, 1 kiloqramlıq şüşə balon torpağa basıdırlmış vəziyyətdə aşkar edilmişdir. Həmin şüşə balonun içərisinə baxan zaman onun içərisində narkotik vasitə olduğu müəyyən edilmişdir. O elə oradaca həmin balondan və onun içərisindəki narkotik vasitədən heç bir məlumatının olmadığını, həmin narkotik vasitəni sözügedən əraziyə onunla düşmənçilik edən qaynı Təqsirləndirilən şəxs basdırdığınndan şübhələndiyini polis əməkdaşlarına bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Sevindik Abdullayevin iştirakı ilə Zərərçəkmiş şəxs yaşadığı Şabran rayonunun Padar kəndində yerləşən evinin həyətinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki qoz ağacının altından, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan 1 ədəd şüşə banka aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Zərərçəkmiş şəxs həmin şüşə bankanın içərisindəki kütlənin nə olduğunu, həmin bankanın torpağın altında kim tərəfindən, hansı məqsədlə basdırıldığı tərəflərindən soruşulduqda, o, nə həmin şüşə bankadan, nə də kı, onun içərisində olan kütlədən məlumatının olmadığını, sözügedən həmin şüşə balonu qaynı Təqsirləndirilən şəxs tərəfindən torpağa basdırıldığından şübhələndiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid1 və Sevindik Abdullayevin iştirakı ilə Zərərçəkmiş şəxs yaşadığı Şabran rayonunun Padar kəndində yerləşən evinin həyətinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki qoz ağacının altından, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan 1 ədəd şüşə banka aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Zərərçəkmiş şəxs həmin şüşə bankanın içərisindəki kütlənin nə olduğunu, həmin bankanın torpağın altında kim tərəfindən, hansı məqsədlə basdırıldığı tərəflərindən soruşulduqda, o, nə həmin şüşə bankadan, nə də kı, onun içərisində olan kütlədən məlumatının olmadığını, sözügedən həmin şüşə balonu qaynı Təqsirləndirilən şəxs tərəfindən torpağa basdırıldığından şübhələndiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. xx.xx.2023-cü il tarixdə Müzəffər ilə birgə Müzəffərə məxsus Şabran rayonunun Padar kəndində yerləşən əkin sahəsinə yollanmışlar. Ora çatan zaman əkin sahəsinin içərisində kombayn işlədiyini gördükdə Müzəffər kombaynı saxlatdırmış və bu zaman Cumali kombayndan yerə enib Müzəffərə nəyə görə kombaynı saxlatmasını irad tutmuşdur. Müzəffər də ona həmin əkin sahəsinin ona məxsus olmasını və nəyə görə sözügedən ərazidə kombayn işlətdiyini sual etmişdir. Bu zaman Cumali sağ əli ilə cibindən bıçaq çıxardaraq Müzəffərin üzərinə hücum çəkmiş və o, Cumalinin əlində bıçaq olduğunu görüb onlara yaxınlaşmağa qorxduğundan qışqıraraq Cumalini sakitləşdirməyə çağırmışdır. X20 üzərinə hücum çəkib onun baş, sinə və ayaq nahiyələrinə bıçaqla zərbələr endirməyə başlamışdır. Zərərçəkmiş şəxs qan içərisində yerə yıxıldıqdan bir neçə saniyə sonra Cumali bıçağı da götürüb oradan uzaqlaşmış və o, Cumalinin onlardan aralandığını görüb tez Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə daha sonra isə təcili tibbi yardım xidmətinin “103” nömrəsinə zəng etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin, müdafiəçinin və zərər çəkmiş şəxsin işə Şahid2 iştirakı olmadan baxılmasına etiraz etməmələrini və Şahid2 ibtidai istintaq zamanı şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə verməsini nəzərə alaraq, hazırki işə Şahid2 iştirakı olmadan və onun ibtidai istintaq zamanı verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadədə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid3 və Sevindik Abdullayevin iştirakı ilə Zərərçəkmiş şəxs yaşadığı Şabran rayonunun Padar kəndində yerləşən evinin həyətinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki qoz ağacının altından, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan 1 ədəd şüşə banka aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Zərərçəkmiş şəxs həmin şüşə bankanın içərisindəki kütlənin nə olduğunu, həmin bankanın torpağın altında kim tərəfindən, hansı məqsədlə basdırıldığı tərəflərindən soruşulduqda, o, nə həmin şüşə bankadan, nə də kı, onun içərisində olan kütlədən məlumatının olmadığını, sözügedən həmin şüşə balonu qaynı Təqsirləndirilən şəxs tərəfindən torpağa basdırıldığından şübhələndiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:32 radələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" xidməti zəng mərkəzindən Şabran Rayon polis Şöbəsinə daxil olmuş məlumatda Zərərçəkmiş şəxs 050 *** ** ** nömrəli telefonla zəng edərək Cumalinin onu bıcaqladığını bildirdiyi, Zərərçəkmiş şəxs yanında olan digər şəxsin isə mobil telefonu Zərərçəkmiş şəxs alaraq onun 5-6 yerdən bıcaqladığını bildirdiyi göstərilmişdir (cinayət işinin İ cildinin 3-cü vərəqəsi). - Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ilə aralarında xx.xx.2023cü il tarixdə saat 14:00 radələrində Şabran rayonu Padar kəndi ərazisində yerləşən ona məxsus torpaq sahəsində yaranmış mübahisə zamanı sonuncunun onu bıcaqladığını bildirmiş və ərizəsi əsasında Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cinayət işinin İ cildinin 4-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli götürmə haqqında qərardan görünür ki, həmin qərara əsasən HK-1/693 nömrəli material üzrə X4 təqdim etdiyi qardaşı Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 01 ədəd boz rəngli köynək, 01 ədəd boz rəngli mayka və 01 ədəd üzərində qara rəngli kəmər olan boz rəngli cins şalvarın əhəmiyyət kəsb etdiyindən götürülməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 9-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqdim edilmiş əşyaya baxıl keçirilərək götürülməsi haqqında protokoldan görünür ki, X4 təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq xəsarət yetirilmiş qardaşı Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 01 ədəd boz rəngli köynək, 01 ədəd boz rəngli mayka və 01 ədəd üzərində qara rəngli kəmər olan boz rəngli cins şalvar götürülmüşdür (cinayət işinin İ cildinin 10-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon polis X7 gələrək Şabran rayonunun Padar kəndində yeznəsi Zərərçəkmiş şəxs bıcaqladığını və könüllü olaraq təslim olmaq üçün gəldiyini bildirmişdir (cinayət işinin İ cildinin 11-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli götürmə haqqında qərardan görünür ki, həmin qərara əsasən HK-1/693 nömrəli material üzrə Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd bıçağın əhəmiyyət kəsb etdiyindən götürülməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 15-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqdim edilmiş əşyaya baxıl keçirilərək götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd bıçaq əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cinayət işinin İ cildinin 16-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli götürmə haqqında qərardan görünür ki, həmin qərara əsasən HK-1/693 nömrəli material üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli və boyun hissəsi tünd göy rəngli köynək və bir ədəd qara rəngli idman şalvarın əhəmiyyət kəsb etdiyindən götürülməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 18-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqdim edilmiş əşyaya baxıl keçirilərək götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli və boyun hissəsi tünd göy rəngli köynək və bir ədəd qara rəngli idman şalvarı əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cinayət işinin İ cildinin 19-cu vərəqəsi). - xx.xx.2023-cü tarixli raportdan görünür ki, Şabran Rayon Mərkəzi Xəstəxanasından tibb bacısı Quliyeva xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində telefonla zəng edərək Şabran rayonunun padar kəndində yaşayan xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs hər iki ayağı və alın nahiyyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə daxil olduğu və Zərərçəkmiş şəxs deməsinə görə qaynı Turkmanidzə Cumali tərəfindən bıçaqlandığı barədə məlumat vermişdir (cinayət işinin İ cildinin 21-ci vərəqəsi). - xx.xx.2023-cü tarixli raportdan görünür ki, Şabran Rayon Mərkəzi Xəstəxanasından tibb bacısı Quliyeva xx.xx.2023-cü il tarixdə, saat 18:45 radələrində telefonla zəng edərək Şabran rayonunun Padar kəndində yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ əlinin İİ barmağının kəsilmiş yarası diaqnozu ilə daxil olduğu və Təqsirləndirilən şəxs deməsinə görə Zərərçəkmiş şəxs bıçaqladığı zaman əlini bıçaq kəsdiyi barədə məlumat vermişdir (cinayət işinin İ cildinin 22-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin İ cildinin 25-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqına protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 26cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 50-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 55-56-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin X14 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şabran Rayon polis X12 Yerindən azad edilmiş və onun barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 67-68-ci vərəqələri). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizas və X15 tərəfindən verilmiş 126 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin İİ barmağının kəsilmiş yarası aşkar edilmişdir. Həmin xəsarət kəsici kənara malik əşyanın (ələtin) təsirindən törənmişdir, törənmə müddəti 1-2 günə qədər olub xx.xx.2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (cinayət işinin İ cildinin 86-87-ci vərəqələri). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizas və X15 tərəfindən verilmiş 125 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində baş alın nahiyəsinin və döş qəfəsinin sağ yarısının hərəsinin bir ədəd boşluğa keçməyən və hər iki bud nahiyəsinin hərəsinin iki ədəd (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər deşici-kəsici əşyanın (alətlərin) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (cinayət işinin İ cildinin 92-94-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1988-ci il tarixdə Özbəkistan respublikasının Buka rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin İ cildinin 100-101-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 104-105-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 234.1-ci maddələrinə tövsif edilmiş və işin ibtidai istintaqının həmin maddələr ilə davam etdirilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 107-109-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın davam etdirilməsi üçün Şabran Rayon Polis X8 verilmişdir (cinayət işinin İ cildinin 111-ci vərəqəsi). - Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən qoz ağacının altında kiloluq şüşə banka içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuananı sellofana keçirərək qazıb torpağın altına basdırıb gizlətdiyini bildirmişdir (cinayət işinin İ cildinin 113-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 3-13-107/Ə68/2023 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən qoz ağacının altında kiloluq şüşə banka içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuananı sellofana keçirərək qazıb torpağın altına basdırıb gizlətməsi barədə daxil olmuş məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupunun yaradılması əmr edilmişdir (cinayət işinin İ cildinin 114- 115-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən qoz ağacının altında narkotik vasitə gizlətməsi barədə daxil olmuş əməliyyat məlumatları əsasında Zərərçəkmiş şəxs ətrafında əməliyyat müşahidələrin keçirilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 116-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:06 radələrində, Şabran rayonunun Padar kəndi ərazisində Zərərçəkmiş şəxs iştirakı və razılığı ilə onun yaşadığı evə keçirilmiş baxış nəticəsində evin həyətyanı sahəsində yerləşən qoz ağacının altında torpağa basıdırılmış bankada spesifik iyi olan qurudulumuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 121-ci vərəqəsi). - Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:06 radələrində, Şabran rayonunun Padar kəndi ərazisində Zərərçəkmiş şəxs iştirakı və razılığı ilə onun yaşadığı evə keçirilmiş baxışın videogörüntüsünün köçürüldüyü "DVD" diskdəki videogörüntüdən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran rayonunun Padar kəndi ərazisində Zərərçəkmiş şəxs iştirakı və razılığı ilə onun yaşadığı evə keçirilmiş baxış nəticəsində evin həyətyanı sahəsində yerləşən qoz ağacının altında torpağa basıdırılmış bankada spesifik iyi olan qurudulumuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 122-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, əməliyyat yolu ilə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən qoz ağacının altından aşakar edilərək götürülmüş narkotik vasitənin orada Təqsirləndirilən şəxs tərəfindən gizlədilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin İ cildinin 124-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, həmin qərar ilə Təqsirləndirilən şəxs HK-1/755 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin İ cildinin 126-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 127-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarışın aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:15-dən 13:25-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində onun üzərindən hər-hansı bir qanunla qadağan edilmiş əşya və yaxud predmet aşkar edilməmişdir (cinayət işinin İ cildinin 142-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 13:15-dən 13:25-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış "DVD" disk köçürülmüş videogörüntüsündən görünür ki, şəxsi axtarış nəticəsində onun üzərindən hər-hansı bir qanunla qadağan edilmiş əşya və yaxud predmet aşkar edilməmişdir (cinayət işinin İ cildinin 143-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:30-dan 14:45-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran rayonunun Padar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs həmin evin həyətyanı sahəsində yerləşən qoz ağacının altını əyani surətdə təqdim edərək, orada 1 ədəd şüşə bankana narkotik vasitə gizlətdiyini bildirmişdir (cinayət işinin İ cildinin 146-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 14:30-dan 14:45-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran rayonunun Padar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə keçirilmiş baxışın "DVD" diskə köçürülmüş videogrüntüsündən görünür ki, keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətindəki qoz ağacının altını əyani surətdə təqdim dərək, orada narkotik vasitə basdırdığını bildirmişdir (cinayət işinin İ cildinin 147-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16-2-7/981 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qoz ağacının altında ağ sellofan bükülü vəziyyətdə yazısı olan sellofan torbadakı 01 ədəd şüşə bankada təmiz çəkisi 35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir (cinayət işinin İ cildinin 151-153-cü vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 35 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 0,2 qram çəkidə hissəsi nümunə olaraq götürülmüş, 34,8 qram çəkidə hissəsi isə geri qaytarılmışdır (cinayət işinin İ cildinin 154-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 160-161-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-30/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə "həbs" növündə qətimkan təbiri seçilmişdir (cinayət işinin İ cildinin 174-178-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra geri qaytarılmış Təqsirləndirilən şəxs məxsus 34,8 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş, həmin narkotik vasitənin aşkar edilməsini videogörüntüsünü özündə əks etdirən "DVD" disk isə iş üzrə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir (cinayət işinin İ cildinin 199-200ci vərəqələri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Quba Rayon X1 xx.xx.2023-cü il tarixli, 1200 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan müddət ərzində "oliqofreniyanın debillik dərəcəsi" diaqnozu ilə stasionar müayinədə olmuşdur (cinayət işinin İ cildinin 202-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1255; 3/1258 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir (cinayət işinin İ cildinin 209-213-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd sarımtıl rəngli qısaqol köynək, bir ədəd qara rəngli şalvar, bir ədəd mayka və Təqsirləndirilən şəxs məxsus 1 ədəd məişət təyinatlı mətbəx bıçaq iş üzrə maddi sübut tanınaraq saxlanılması üçün Şabran Rayon Polis X9 Saxlama otağına təhvil verilmişdir (cinayət işinin İ cildinin 214-215ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4363 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçağın üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın üzərindən aşkar edilmiş boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir (cinayət işinin İ cildinin 217-221-ci vərəqələri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X24 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2322 nömrəli komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəydən görünür ki, Təqsirləndirilən şəxs yüngül əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllılıq yüngül ifadə olunduğundan onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs yaddaş pozuntusu ilə bağlı hər hansı pozuntu qeydə alınmır. Təqsirləndirilən şəxs özündən uydurmağa və təlqinə qapılmağa meyllilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli (intellektual) inkişafında gerilik əlamətləri aşkar edilir. Təqsirləndirilən şəxs yaddaş pozuntusu aşkar edilmədi. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər (cinayət işinin İ cildinin 222-226-cı vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X21 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6051 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar edilməmişdir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cinayət işinin İ cildinin 227-228-ci vərəqələri). - Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayon təhsil sektoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 276 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2003-2004-cü tədris ilində Şabran rayonu Padar kənd tam orta məktəbində təhsil alaraq İX sinifi bitirmişdir (cinayət işinin İ cildinin 229-cu vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Rahimli kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-298/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şabran rayonunun Padar kəndində yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı Əminə Turkmanidze, oğlu X5 və X2 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 230-cu vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Rahimli kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-297/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamdən görünür ki, Şabran rayonunun Padar kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur (cinayət işinin İ cildinin 231-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 242-243-cü vərəqələri). - xx.xx.20123-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 127.1, 234.1 və 296.2-ci maddələrinə tövsif edilərək istintaq aidiyyatı üzrə Şabran rayon prokurorluğuna göndərilmişdir (cinayət işinin İ cildinin 281-289-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 234.1 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham elan edilməsi qərara alınmışdır (cinayət işinin İİ cildinin 7-8-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 234.1 və 296.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin İİ cildinin 27-28-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza” X24 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 45 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya)” ( psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 70.0) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən psixi patologiya ona ittiham olunan cinayət əməllərini törədən zaman onun davranışına təsir edə bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərinin mahiyyətini başa düşmək iqtidarındadır. Təqsirləndirilən şəxs müəyyən edilən intellektual inkişaf geriliyi “yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya)” ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə yerlərində qalması mümkündür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə əməlləri törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs törətməkdə təqsirləndirildiyi cinayət əməllərinə münasibətdə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21,1, 22.1, 21.3 və 22.2-ci maddələrinin təsiri altında düşmür. Təqsirləndirilən şəxs simulyasiya faktı aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X24 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2322 nömrəli komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyi tam şəkildə əsaslıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma— iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə — min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 296.2-cı maddəsinə əsasən eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə — iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözü gedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 109.1-ci bəndinə əsasən qurudulmuş marixuana (kannabis): xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi 5 qram, külli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi 500 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi isə 50000 qramdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq məhkəmə istintaqı zamanı verdiyi ifadədə Zərərçəkmiş şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmadığını bildirməsinə tənqidi yanaşaraq, onun məhkəmə istintaqı zamanı verdiyi ifadədə gösətrdiklərinin özünü müdafiə xarakterli olması nəticəsinə gəlmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə nəticəsində qəsdən Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, bundan sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti yaranması üçün kifayət edən miqdarda, yəni ümumilikdə 35 qram çəkidə narkotik vasitə hesab edilən marixuananı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində basdırmış və bununla da süni ittiham sübutlarının yaradaraq həmin narkotik vasitənin Zərərçəkmiş şəxs məxsus olması barədə Şabran Rayon polis Şöbəsinə cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, həmin cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 234.1 və 296.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 234.1 və 296.2-ci maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların aşkar edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanıldığı müddət barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən cıxılmalıdır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 317 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd sarımtıl rəngli qısaqol köynək, bir ədəd qara rəngli şalvar, bir ədəd mayka sahibinə geri qaytarılmalıdır, Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus tədqiqata 0,2 qram sərf edilməklə ümumi təmiz çəkisi 34,8 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana və Təqsirləndirilən şəxs məxsus 1 ədəd məişət təyinatlı mətbəx bıçağı hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir, Zərərçəkmiş şəxs yaşadığı Şabran rayonu Padar kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs Şabran rayonu Padar kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 66, 69, 344-358, 381 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1., 234.1. və 296.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanıldığı müddət barəsində təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd sarımtıl rəngli qısaqol köynək, bir ədəd qara rəngli şalvar, bir ədəd mayka sahibinə geri qaytarılsın, Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus, tədqiqata 0,2 qram sərf edilməklə ümumi təmiz çəkisi 34,8 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana və Təqsirləndirilən şəxs məxsus 1 ədəd məişət təyinatlı mətbəx bıçağı hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Zərərçəkmiş şəxs yaşadığı Şabran rayonu Padar kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs Şabran rayonu Padar kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 317 (üç yüz on yeddi) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-14/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-14/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver