Məhkəmə qərarları › İş №1(031)-14/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-14/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-14/2025 09.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2000-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1991-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran rayonu, Ərəblər kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşamış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-261/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X8 müəssisəsində cəza çəkən və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs Şabran rayonunun Zeyvə kəndində yerləşən saxlanc yeri hesab edilən fermasına hasardan qanunsuz daxil olaraq oradan ümumi dəyəri 3020 manat olan, 2 baş iki illik, hər birinin 50 kiloqram çəkisi və 430 manat dəyəri olan erkək cinsli qoyun və 6 baş bir illik, hər birinin 45 kiloqram çəkisi və 360 manat dəyəri olan dişi cinsli qoyun olmaqla, ümumilikdə 8 baş qoyunu gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 3020 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs Şabran rayonunun Zeyvə kəndində yerləşən saxlanc yeri hesab edilən fermasına hasardan qanunsuz daxil olaraq oradan ümumi dəyəri 3020 manat olan 2 baş iki illik hər birinin 50 kiloqram çəkisi və 430 manat dəyəri olan erkək cinsli qoyun və 6 baş bir illik hər birinin 45 kiloqram çəkisi və 360 manat dəyəri olan dişi cinsli qoyun olmaqla, ümumilikdə 8 baş qoyunu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 3020 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər işləmiş və bu səbəbdən də heyvanların kəsilib-soyulmasını yaxşı bacarır. Təqsirləndirilən şəxs2 2016-cı ildən tanıyır. Kənanla tanışlığı Bakı şəhərində bir yerdə qəssab işləyən vaxtlardan yaranmışdır. Kənan ona zəng edərək heyvan alışı və satışı ilə məşğul olmaq istədiyini, heyvan satmaq üçün tanışlarının olduğunu, lakin heyvan almaq üçün pulu olmadığını bildirmiş və onunla birlikdə şərik işləməyi ona təklif etmişdir. O, Kənanın təklifini qəbul edərək onunla birlikdə işləməyə başlamışdır. Bir müddət sonra o, işi ilə əlaqədar Xaçmaz rayonuna gəlmiş və həmin vaxt Kənanın da Xaçmaz rayonunda olduğu ona məlum olduğu üçün Xaçmaz rayonunda Kənanla zəngləşərək görüşmüşdür. Həmin vaxt Kənan Bakı şəhərindən günlüyü 20 manatdan icarəyə verilmiş “Toyota Prius” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə görüşə gəlmişdir. Onlar Kənanla işləməyə başladıqdan sonra Kənanla birlikdə Quba rayonu ərazisindəki kəndlərdən, o cümlədən Şabran rayonunun Zeyvə və Zöhramlı kəndlərindən at alaraq həmin atları Quba rayonunun Çiçi kəndi ərazisində yerləşən əhalidən uzaq yerdə, meşə massivində kəsib ətlərini Xaçmaz rayonunda tanımadığı yerlərə kilosunun təqribən 5 manatdan satmışdırlar. Ətlərin satışını Kənan özü icra etmişdir. O, Kənanla birlikdə Şabran rayonunun kəndlərini gəzən zaman onlarŞabran rayonunun Zeyvə kəndinin girişində yerləşən orta məktəbin yanında, həyətyanı sahədə, ferma tikilisində, xırda buynuzlu heyvanların, yəni qoyunların olduğunu görmüşdürlər. Kənan həmin qoyunları gecə saatlarında oğurlamağı ona təklif etmiş, o da ilk öncə fikirləşmiş, maddi imkanı zəif olduğu üçün Kənanla razılaşaraq gecə gəlib həmin qoyunları aparmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində Kənan ona artıq getmək vaxtı olduğunu demiş, bundan sonra onlar birlikdə xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində “Toyota Prius” minik markalı avtomobillə Şabran rayonunun Zeyvə kəndi istiqamətində getmişdirlər. Şabran rayonunun Zeyvə kəndinin girəcəyində yerləşən orta məktəbin yaxınlığında avtomobili saxlamışdırlar. O, avtomobili idarə etdiyi üçün Kənan ondan mobil telefonunu söndürməsini və avtomobili idarə edərək kəndin girişində olan körpünün yanına sürüb saxlamasını, bundan sonra isə onun yanına qayıtmasını istəmişdir. O, avtomobili idarə edərək Kənanın dediyi yerdə saxlamış və Kənanın yanına qayıtmışdır. Həmin yerə getdikdə artıq Kənan fermaya daxil olmuşdur. Kənan 2 baş qoyunun ayaqlarını iplə bağlamış, ondan ip gətirməsini istəmiş və o, Kənana apardığı ipi çəpərdən uzadaraq vermişdir. Daha sonra isə çəpərdən qalxıb keçərək Kənana kömək etməyə başlamışdır. Kənanla 8 baş qoyunun ayaqlarını bağlamış və sonra Kənan ondan avtomobili sürüb həmin yerə, yəni hasarın yanına gətirməsini istəmişdir. O, avtomobili götürüb həmin yerə sürmüş və avtomobilin arxasını hasar istiqamətinə verib saxlamışdır. Sonra Kənan qoyunları bir-bir hasarın digər tərəfindən ona verməyə başlamışdır. Daha sonra onunla birlikdə avtomobilin arxa yük hissəsini açaraq və arxa sərnişin yerlərini qatlayaraq qoyunları avtomobilə yükləməyə başlamışdırlar. Bu vaxt Kənan ondan avtomobili Quba rayonu yolu ilə Bakı şəhəri istiqamətində sürməsini istəmiş və o, Quba rayonu yolu ilə avtomobili sürüb Bakı şəhəri istiqamətində yoluna çıxaraq avtomobili Bakı şəhərinə sürmüşdür. Bakı şəhərində 20 Yanvar dairəsinə çatdıqda avtomobildən düşmüş, Kənan isə qoyunları qayınatasının evinə, yəni Bakı şəhərinin Hovsan qəsəbəsinə aparacağını deyərək çıxıb getmişdir. Bir-iki gün sonra o, Kənana onun 2 baş qarını balalı qoyun üçün Aydın adlı müştərisinin olmasını, Aydının hər bir qoyuna görə 250 manat pul verəcəyini demişdir. Sonra Kənanla həmin qoyunları aparıb Aydına sataraq ümumilikdə 500 manat pulu alıb geri qayıtmışdırlar. Kənanla aralarında olan söhbət zamanı Kənan ona Abşeron rayonunun Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən avtomobillərin satış salonundan Asif adlı şəxsdən “Kia Ceed” markalı avtomobili kredit ilə aldığını, həmin şəxsə borcu qaldığını, həmin şəxsin ondan qoyun istəməsini bildirmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə onlar Kənanla həmin avtosalona getmiş, Kənan salonu işlədən Asif adlı şəxsə pulu olmadığını, satmaq üçün qoyunlarının olduğunu demişdir. Asif də ona qurban kəsmək üçün 2 baş qoyun lazım olduğunu dedikdə, Kənan 2 baş qoyuna görə 600 manat pul verəcəyini Asifə bildirmişdir. Asiflə razılaşdıqdan sonra onlar oradan çıxıb Bakı şəhərinin Hövsan qəsəbəsinə, Kənanın qayınatasının evinə getmişdirlər. Həmin ünvanın boş həyətyanı sahəsindən 2 baş qoyun götürmüş, həmin yerdə 4 baş qoyunları qalmış və onlar iki baş qoyunu aparıb Asifə vermişdirlər. Kənan həmin qoyunları salona olan borcuna görə vermiş, sonra onlar həmin yerdən uzaqlaşmışdırlar. xx.xx.2024-cü il tarixdə onlar Bakı şəhərindən çıxaraq Xaçmaz rayonuna mal heyvanatla maraqlanmaq üçün gəlmişdirlər. Həmin gün Xaçmaz rayonunda olarkən Kənana zəng olunaraq Şabran Rayon Polis Şöbəsinə dəvət edilmişdir. O, Kənanı Şabran Rayon Polis Şöbəsinə avtomobil ilə aparıb düşürdərək Xaçmaz rayonunda yaşayan tanışı Namik Novruzovun yanına qayıtmış, Namiklə görüşüb ondan gələcəkdə alacağı heyvanların kəsilib soymaqda ona köməklik etməsini xahiş etmişdir. Daha sonra Namiqlə kəndlərdən heyvan almağa çıxmışdırlar. Bir qədər sonra tanışı Namiklə birlikdə Kənanın arxasınca Şabran rayonuna gəldikləri zaman polis əməkdaşları tərəfindən Şabran Rayon Polis Şöbəsinə dəvət edilmişdirlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ödənilib və onunla barışıq əldə edilmişdir. Himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 oğlu məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 2016-cı ildən tanıyır. Münasibətləri həmişə yaxşı olmuşdur. Sabirlə Bakı şəhərində obyektlərdən birində qəssablıq edərkən tanış olmuşdur. Bir müddət qabaq o, Sabirə zəng edərək böyük maddi çətinlikləri olduğunu demiş, krediti və tanıdığı şəxslərə borcunun olmasını, yaxşı qəssablıq işi bacardığını, həmçinin həmin sahədə müştəriləri olduğunu bildirmişdir. Söhbət zamanı o, Sabirə onunla birlikdə heyvan kəsimi ilə məşğul olub şərikinə işləməsini təklif etmiş, Sabir buna etiraz etmədən razılıq vermişdir. Bundan sonra onlar işə başlamışdırlar. İlk öncə maddi çətinliyi olduğu üçün Sabirlə birlikdə bir neçə dəfə at alaraq kəsib ətini Xaçmaz rayonunda tanımadıqları şəxslərə 5 manatdan satmışdırlar. Daha sonra Quba və Şabran rayonlarının kəndləri ərazilərini icarə əsasında götürdüyü “Toyota Prius” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ucuz mal əti axtarmaq məqsədi ilə gəzərkən Şabran rayonunun Zeyvə kəndində yerləşən həyətyanı sahənin fermasında qoyunların saxlanıldığını görmüşdür. Maddi çətinlikləri olduğu üçün, həmçinin qızının xəstə olduğunu düşünüb bir dəfə oğurluq edib heç olmasa borclarını verəcəyi fikrinə gəlmişdir. Buna görə də yanında olan şəriki Sabirə həmin fermadan gecə gəlib qoyunları oğurlamağı təklif etmişdir. Sabir fikirləşdikdən sonra etiraz etməmiş və onlar həmin yerdən uzaqlaşmışdırlar. xx.xx.2024-cü il tarixdə, saat 22:00-dan sonra o, Sabirə Şabran rayonunun Zeyvə kəndində gördükləri fermaya getməyi təklif etmiş, bu məqsədlə o, Sabirlə birlikdə avtomobilə əyləşmiş və avtomobilin idarə olunmasını Sabirə həvalə etmişdir. Bundan sonra onlar yaşadıqları evdən çıxaraq Quba- Bakı avtomobil yolu ilə Şabran rayonu istiqamətində Zeyvə kəndinə getmişdirlər. Kəndin girişinə çatdıqda Sabir onu Zeyvə orta məktəbinin yanında düşürtmüş, özü avtomobili gizlin bir yerdə, kəndin girişində olan körpünün yanına saxlamağa getmişdir. O isə Sabirə fermanın həyətində olacağını deyərək həmin yerə getmişdir. Bir qədər sonra o, fermanın yan tərəfindən hasardan qalxaraq ferma ərazisinə daxil olmuşdur. Tövlənin içində bir neçə qoyunun olduğunu görmüş, Sabir gələnə kimi iki qoyunun ayaqlarını bağlamış, bir qədər sonra Sabir özü də gəlmiş, hasarın digər tərəfindən gəldiyini ona demişdir. Bu vaxt o, Sabirdən ip gətirməsini istəmiş, Sabir də ona ip gətirmiş, daha sonra özü də hasardan keçib yanına gəlmişdir. Onlar birlikdə altı baş qoyunun da ayaqlarını iplə bağlamışdırlar. Sonra Sabir hasardan digər tərəfə keçmiş, avtomobili gətirmək üçün ondan uzaqlaşmış, bir qədər sonra Sabir qayıtmış, hasarın yanına gəlmişdir. Avtomobilin arxasını onun olduğu tərəfə yaxın sürüb saxlamışdır. Bu vaxt o, Sabiri yaxına çağırmış, qoyunları bir-bir hasardan digər tərəfə vermişdir. Sonra özü də digər tərəfə keçmiş, avtomobilin yük yerini açmış, arxa sərnişin yerini açıb oturacaqları qatlamış, səkkiz baş qoyunu avtomobilə yığdıqdan sonra Sabirdən avtomobili Quba avtomobil yolu ilə Bakı şəhərinə sürməsini istəmişdir. Bakı şəhərinə çatdıqda Sabir 20 Yanvar dairəsində avtomobildən düşüb evinə getmiş, o isə qoyunları qayınatası Azərin evinin həyətinə aparmışdır. Qayınatası Azərə ikiüç günə gəlib qoyunları aparacağanı demişdir. İki gün sonra iki baş balalı qoyunu Sabirin tanıdığı Aydın adlı müştəriyə, hər birini 250 manatdan aparıb satmışdırlar. Daha sonra isə o, iki baş qoyunu Abşeron rayonunda avtosalon işlədən Asif adlı şəxsə 600 manat əvəzinə satmışdır. Bundan sonra onlar Sabirlə mal-heyvan axtarmaq üçün Xaçmaz rayonuna qayıtmışdırlar. Xaçmaz şəhərində olarkən ona Şabran Rayon Polis Şöbəsindən zəng gələrək şöbəyə çağırılmış, daha sonra şəriki Sabir də Şabran Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərəçəkmiş şəxsə dəymiş ziyan ödənilib, onunla barışıq əldə edilmişdir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri, özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, üzləşdirmədə dindirmə protokolu, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19.4.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə prosesində zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında dindirilmələrini tələb etməmiş, sonuncuların ibtidai istintaq zamanı verdiyi ifadələrinin məhkəmə iclasında elan edilməsinə etirazlarının olmadığını qeyd etmişdirlər. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu hüquqlarından istifadə etməmək niyyəti, habelə bunun onların hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, zərərçəkmiş şəxs və şahidlərin məhkəməyədək istintaq zamanı verdiyi ifadələrinin elanı ilə kifayətlənilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, habelə məhkəməyə ünvanlandığı ərizəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmiş iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-in 330-cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun Şabran rayonunun Zeyvə kəndində ferması yerləşir. O, həmin fermada iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlayır. Şabran rayonunun Zeyvə kəndində olan fermada ümumilikdə onun 17 baş xırda buynuzlu heyvanı olmuşdur. O, ümumiyyətlə, heyvanlarını fermada saxlayıb hər gün gecə bir dəfədə olsa onları yoxlamağa gəlir. xx.xx.2024-cü il tarixdə o, axşam saatlarında heyvanlarını yerbəyer etdikdən sonra evə getmişdir. Həmin gün o, yorğun olduğundan axşam saatlarında heyvanları yoxlamağa gəlməmiş, növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 08:00 radələrində fermaya getdikdən sonra fermanın qapısını açmış, qoyunları fermanın həyətinə çıxarmış, heyvanlarının sayının az olduğunu aşkar etmişdir. Onları saydıqdan sonra heyvanlardan 8 baş qoyunun olmamasını görmüşdür. Çatışmayan qoyunlardan 2 başı erkək, yəni qoç, 6 başı isə dişi heyvan olmuşdur. Sonra o, heyvanlarının itməsini düşünmüş, bu barədə polisə ərizə ilə müraciət etmiş, lakin sonradan qoyunlarının oğurlandığını başa düşüb bu barədə də polisə məlumat vermişdir. Oğurlanmış heyvanlarından 2 baş qoç təxminən 2 illik, hər birinin diri çəkisi təxminən 50 kiloqram olmaqla ümumilikdə 100 kiloqram çəkidə, hər birinin dəyərinin 400 manat olmaqla ümumi dəyərlərinin 700 manat olduğunu, 6 baş dişi cinsli xırdabuynuzlu heyvanları isə 1 illik, hər birinin diri çəkisi təxminən 45 kiloqram, hər birinin qiyməti təxminən 350 manat olduğunu, ümumi dəyərinin isə 2100 manat olduğunu düşünür. Ümumilikdə 8 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə ona 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş Şahid1 Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən tədqiq edildikdən sonra elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sabir adlı şəxsi uzun müddətdir ki, tanıyır. Onunla əvvəllər birlikdə qəssablıq etmişdir. Lakin sonradan arabir mobil telefonla bir-biri ilə əlaqə saxlamışdırlar. Sonuncu dəfə o, Sabirlə telefonda danışarkən əgər satan olsa qarnında balası olan qoyun istədiyini bildirmişdir. Sabir də olsa xəbər edəcəyini ona demişdir. xx.xx.2024-cü il tarixdə Sabir ona zəng edərək iki baş qarnı balalı qoyunu olduğunu demiş, istəyib-istəməməsini ondan soruşmuşdur. O da istədiyini Sabirə demiş, qoyunların qiymətini soruşmuşdur. Sabir hər qoyuna görə 250 manat istəmiş, o,Sabirlə razılığa gəlmiş, Sabir qoyunları onun üçün gətirmiş, iki baş qoyuna görə Sabir ondan 500 manat pul alıb çıxıb getmişdir. Lakin onun aldığı qoyunların oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş Şahid2 Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən tədqiq edildikdən sonra elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qızı Xalidə Şabran rayonunun Ərəblər kəndindən olan Təqsirləndirilən şəxs2 ilə ailə həyatı qurmuş, bir övladları dünyaya gəlmişdir. Qızı ilə Kənan hazırda Bakı şəhərinin Hövsan qəsəbəsində “Pasyolka” deyilən ərazidə kirayədə yaşayırlar. xx.xx.2024-cü il tarixdə, saat 07:06-da Kənan onun mobil telefon nömrəsinə ***- ***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək Zabrat bazarından qoyun aldığını və müvəqqəti olaraq 2-3 günlük həyətində saxlamaq istədiyini bildirmişdir. O, buna etiraz etməmiş, Kənan markasını xatırlamadığı, xarici avtomobil ilə evin qarşısına gəlmiş, 8 baş qoyunu həyətə salıb evinin arxasında olan tövləyə aparmış, qoyunları yerləşdirdikdən sonra çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə Kənan yanında bir nəfər cavan oğlanla gələrək qoyunların ikisini, daha sonra yenidən gəlib ikisini aparmışdır. Dörd qoyun isə onun həyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş Şahid3 Nəriman oğlu Azərbaycan Respublikası CPM-in 329-cu maddəsinə əsasən tədqiq edildikdən sonra elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində avtomobillərin alışı və satışı ilə məşğul olur. Sumqayıt avtomobil bazarının yanında salon işlədir. Təqsirləndirilən şəxs2 tanıyır. Kənan bir müddət öncə onun işlətdiyi salondan kreditlə “KİA SİT” markalı avtomobil almışdır. Kənan avtomobili alarkən ona qəssablıqla məşğul olduğunu və kredit ödənişlərini normal vaxtında ödəyə biləcəyini bildirmişdir. Buna baxmayaraq, Kənan avtomobili aldıqdan sonra ödənişləri gecikdirmiş, sonuncu ödənişləri,ümumiyyətlə, etməmişdir. Buna görə də Kənanın ona borcu qalmışdır. Buna baxmayaraq, o, Kənanı başa düşərək vəziyyətini nəzərə alıb gözləmişdir. Kənana hər dəfə onunla danışarkən o, qurban kəsmək üçün qoyun istəmişdir. Kənan ona qoyun gətirəcəyini desə də, qoyunları gətirməmişdir. Nəhayət xx.xx.2024-cü il tarixdə Kənan salona onun üçün iki baş qoyun gətirmiş, qoyunlara görə ondan ümumilikdə 542 manat pul almış, həmin pulun 20 manatını ondan yol pulu kimi alıb getmişdir. Sonradan qurbanlıq kəsdiyinə görə o, Kənanın biraz yalançı olduğunu fikirləşmiş, Kənana mobil telefonu ilə zəng edərək ondan təkrar ona satdığı qoyunlar oğurlanıb-oğurlanmaması barədə soruşmuş, Kənanda ona onun ağlına belə bir fikrin haradan gəldiyini soruşmuş və qoyunların özünə məxsus olmasını demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinə təqdim etdiyi ərizəsindən görünür ki, o, həmin ərizədə Şabran rayonunun Zeyvə kəndində yerləşən təsərrüfatına məxsus 8 baş xırda buynuzlu heyvanının itməsini bildirərək həmin heyvanların tapılaraq ona qaytarılmasını xahiş etmişdir (cinayət işinin İ cildinin 4-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 09:30-dan 10:20-ə kimi olan müddət ərzində 8 baş qoyunun oğurlandığı Zərərçəkmiş şəxs Şabran rayonunun Zeyvə kəndində yerləşən təsərrüfatına baxış keçirilmişdir (cinayət işinin İ cildinin 5-7-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 12:40-dan 13:20-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə “Toyota Prius” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gələrək 8 baş qoyunu oğurladığı Zərərçəkmiş şəxs Şabran rayonunun Zeyvə kəndində yerləşən təsərrüfatını və həmin təsərrüfata daxil olduqları yeri əyani olaraq təqdim etmişdir (cinayət işinin İ cildinin 24-26-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 01:20-dən 02:30-a kimi olan müddət ərzində ünvan 5 ünvanında yaşayan Şahid1 yaşadığı ünvana Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilmiş baxış zamanı sonuncunun Şahid1 satdığı iki baş qoyun aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 31-34cü vərəqələri). - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:35-dən 10:45-ə kimi olan müddət ərzində ünvan 6 ünvanında yaşayan Şahid2 yaşadığı ünvanın ərazisinə Təqsirləndirilən şəxs2 iştirakı ilə keçirilmiş baxış zamanı tövlədə saxlanılmış dörd baş qoyun aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 38-41-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə, saat 15:05-dən 15:20-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə nəticəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə sonuncunun onunla birlikdə xx.xx.2024-cü il tarixdə “Toyota Prius” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zərərçəkmiş şəxs Şabran rayonunun Zeyvə kəndində yerləşən təsərrüfatına gələrək oradan 8 baş qoyunu oğurladığı bildirmiş, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 üzünə sonuncunun dediklərinin yalan olduğunu və qoyunların oğurlanması barədə məlumatının olmadığını bildirmişdir (cinayət işinin İ cildinin 56-57-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanlandığı həmin ərizədə ona məxsus olan və oğurlanmış 8 baş qoyundan 6 qoyunun ona geri qaytarıldığını bildirmişdir (cinayət işinin İ cildinin 58-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və “DVD” formatlı diskdəki videogörüntüdən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə xx.xx.2024-cü il tarixdə, saat 16:05-dən 16:25-ə kimi olan müddət ərzində Şabran rayonunun Zeyvə kəndi ərazisində ifadənin yerində yoxlanılması zamanı əvvəlcə Təqsirləndirilən şəxs1 iştirakı ilə Şabran rayonunun Zeyvə kəndində yerləşən Zərərçəkmiş şəxs həyətyanı sahəsi və ferması yerləşən ərazisinin qarşısına gələrək prosessə başlanılmışdır. Həmin ərazinin Şabran rayonunun Zeyvə kənd orta məktəbinin və həmin məktəb stadionunun qarşısında, asfalt yolun kənarında yerləşməsi müəyyən edilmişdir. Ərazi dağlıq ərazilərin ortasında yerləşməklə, ərazidə bir neçə yaşayış evlərinin olması, həmin evlərlə qeyd olunan ərazi arasında bir qədər məsafənin yerləşməsi müşahidə edilmişdir. Qeyd olunan ərazidə bir avtomobil yolu Şabran şəhəri, digər avtomobil yolu isə Quba rayonu istiqamətinə yerləşir. Belə ki, Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə girişdə bir ədəd, iki laylı dəmir materialdan hazırlanmış qapının, həyətə girişdən 30 metr məsafədə, səkili, daş materialdan tikilmiş yaşayış evinin, həmin evin sağ hissəsində, 25 metr məsafədə kiçik ölçülü fermanın olması müşahidə edilmişdir. Həmin fermanın uzunluğu 15 metr, eni 7 metr uzunluğunda olması, ərazinin mişar daşı ilə hasarlanması, fermanın yan, sol tərəfi taxta və dəmir hissələri, həmçinin məftil toxumlu hasarla, hasara alınması müşahidə edilmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərindən icarə əsasında Kənanın götürdüyü “Toyota Prius” minik markalı avtomobil ilə Şabran rayonunun Ərəblər kəndinə gəldiyini bildirmiş, orada Kənanın valideynlərinin evində qonaq kimi qalmışdırlar. xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Kənan onu yuxudan oyatmış və Şabran rayonunun Zeyvə kəndində yerləşən ferma olan yerə avtomobil ilə gəlmişdirlər. Yol gələrkən avtomobili o, idarə etmiş, Kənan isə yanında oturmuşdur. Həmin yerə çatdıqda o, avtomobili Şabran rayonunun Zeyvə orta məktəbinin yanında saxlamış, Kənan avtomobildən düşərək ferma istiqamətində getmiş, gedərkən ona mobil telefonunu söndürməsini və avtomobili kənar yerdə saxlayıb onun yanına gəlməsini demişdir. O, avtomobili idarə edərək kəndin girişində yerləşən körpünün yanında saxlamış, mobil telefonunu söndürərək Kənanın yanına, hasar tərəfə getmişdir. Həmin yerə çatdıqda Kənan artıq fermanın ərazisinə hasardan keçməklə daxil olmuş və tövlədən iki baş qoyunun ayaqlarını iplə bağlamışdır. Hasarın digər tərəfindən Kənan ondan ip istəmiş, o da özü ilə apardığı ipdən digər qoyunların ayaqlarını bağlamaq üçün Kənana vermişdir. Sonradan özü də hasardan qalxmış, ferma ərazisinə keçmiş, Kənana qoyunların ayaqlarını bağlamağa köməklik etmiş və hasarın digər tərəfinə qayıtmışdır. Kənan ona gedib avtomobili həmin hasarın yaxınlığına sürərək gətirməsini demiş, o da avtomobilin yanına gedib avtomobili sürüb hasara yaxın yerdə, arxası ferma tərəfə saxlamışdır. Bundan sonra Kənan hasarın digər tərəfindən qoyunları bir-bir digər tərəfə atmış və sonra onunla birlikdə avtomobilin arxa oturacaqlarını qatlayaraq səkkiz baş qoyunu avtomobilə yükləmişdirlər. Bundan sonra Kənan ona avtomobili Quba yolu ilə sürməsini demiş və onlar həmin yol ilə çıxıb Bakı şəhərinə getmişdirlər. Bakı şəhərinin 20 Yanvar dairəsinə çatdıqda o, avtomobildən düşmüş, Kənan isə qoyunları qayınatasının həyətinə, Bakı şəhərinin Hövsan qəsəbəsinə aparacağını ona deyərək avtomobili idarə edərək getmişdir. Bir-iki gün sonra o, Kənanla Bakı şəhərinin Hövsan qəsəbəsindən qoyunları götürməyə getmiş, qoyunların ikisini Kənan tanışı Asifə pul yerinə vermiş, iki qoyunu isə onlar onun tanışı Aydına satmışdırlar. Bundan başqa Təqsirləndirilən şəxs1 heç bir əlavəsinin olmamasını bildirmişdir. Bununla da ifadənin yerində yoxlanılması prosesi bitmişdir (cinayət işinin İ cildinin 59-61-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən, saat 19:20-dən etibarən ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 63- 63-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən, saat 19:45-dən etibarən ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 79- 80-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Məhbalı oğlu ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 98-99-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 6 baş qoyun ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb saxlanılması üçün sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhbalı oğluna qaytarılmışdır (cinayət işinin İ cildinin 108-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.3 maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 112ci vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Məhbalı oğlunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə ona məxsus və oğurlanmış 8 baş qoyundan 6 qoyun ona geri qaytarıldığını, geri qaytarılmamış 2 qoyuna görə isə ona 700 manat məbləğində ödəniş edildiyini və beləliklə, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir (cinayət işinin İ cildinin 114-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Hacağa oğlu ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (cinayət işinin İ cildinin 115-116-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (cinayət işinin İ cildinin 126-127-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə xx.xx.2024-cü il tarixdə, saat 17:00-da MSY-dən azad edilmişdir (cinayət işinin İ cildinin 137-138-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə, xx.xx.2024-cü il tarixdə, saat 17:15-də MSY-dən azad edilmişdir (cinayət işinin İ cildinin 141-142-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cinayət işinin İ cildinin 150-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir və onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 151-ci vərəqəsi). - Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-261/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 263.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və o, barəsində həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını X8 müəssisəsində (cinayət işinin İ cildinin 165-170-ci vərəqələri). - Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 5-20/2-2-10/2025 saylı, xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan X9 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 179-cu vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin 9/9529 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2 illik, hər biri 50 kiloqram çəkidə, erkək cins qoyunun qiyməti 2x430=860 manat; 1 illik, hər biri 45 kiloqram çəkidə, dişi cins qoyun qiyməti 6x360=2160 manat olmaqla, cəmi 3020 manat müəyyən edilir. Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2024-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3020 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 181-182-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan olunmuşdur (cinayət işinin İ cildinin 183-184-cü vərəqələri). - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Gəndov İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Şabran rayonunun Ərəblər kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 faktiki olaraq qeydiyyatı üzrə yaşamır, lakin qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 196-cı vərəqəsi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Hacağa oğlu ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 197-198-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya idarəsindən göndərilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aid rabitə məlumatları olan bir ədəd “CD” diskə baxış keçirilərkən, birinci faylda Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək edilmiş zənglərin siyahısı, lokalizasiya məlumatları və vaxtı ilə müddəti göstərilir. Əsasən zənglər Bakı şəhəri ərazisindən edilsə də zənglərin siyahısına baxılarkən, orada xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixə qədər olan müddətdə Quba və Şabran rayonları ərazilərindən zənglərin olunması göstərilir. Təqsirləndirilən şəxs2 aid olan ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə, saat 02:00:24, 02:29:52, 02:29:56-da Şabran rayonunun Gilavar kəndi, 100 metr kilsədən şərqdə olan ərazidən zənglərin olunması, bundan başqa xx.xx.2024-cü il tarixdə saat 05:25:48-də Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən, həmin tarixdə saat 05:51:52-də Sumqayıt şəhərinin Şirvan yaşayış massivi ərazisindən, saat 07:06:54-də Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən olunan zənglər göstərilir. İkinci faylda Təqsirləndirilən şəxs2 aid olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri müddətində daxil olan SMS-lərin siyahısı və məzmunu göstərilir. Həmin nömrəyə xx.xx.2024-cü il tarixdə, saat 16:36:04-də iki dəfə ***-***-**-** saylı mobil telefon nömrəsindən “Aygünlüdə gözləyirəm” mesajı daxil olması müşahidə edilir. Üçüncü faylda Təqsirləndirilən şəxs2 aid olan ***-***-**-** saylı mobil telefonundan xx.xx.2024-cü il tarixdə, saat 02:29:52 və 02:29:56-da Şabran rayonunun Gilavar kəndindən Gilavar kənd kilsəsindən 100 metr şərqdə istifadə edilməsi qeyd olunur. Dördüncü faylda Təqsirləndirilən şəxs2 aid olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 01:25:51-01:28:26 müddətində X3 aid olan ***-***-**-** saylı mobil telefon nömrəsindən zəngin gəlməsi, zəng olunan vaxt sonuncunun Bakı şəhəri, Binəqədi rayonunda, Təqsirləndirilən şəxs2 Şabran rayonunda olması göstərilir. Bundan başqa tarixlərdə də bir çox zənglərin giriş-çıxışı mövcuddur. Beşinci faylda xx.xx.2024- 26.10.24-cü il tarixləri müddətində ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə olunması, müxtəlif tarixlərdə əsasən Bakı şəhərindən zənglərin edilməsi, daxil olması görsənir, xx.xx.2024-cü il tarixdə, saat 02:00:04-də qeyd olunan mobil telefon nömrəsinin lokalizasiya yerinin dəyişdirilməsi, həmin mobil telefon nömrəsinin Şabran rayonunun Gilavar kəndi, Gilavar kənd kilsəsindən 100 metr şərqdə olması müşahidə edilir. Altıncı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif tarixlərdə SMS-lərin girişi və çıxışı göstərilir. X4 aid olan ***-***-**-** nömrəsindən xx.xx.2024-cü il tarixdə SMS-lərin daxil olması, SMS-lərdə “Kenan salam. bax qardas men pis veziyetde qalmisam. gecikmeye gore islemeye icaze vermirler. Zehmet olmasa odenisi bugun hell ele. 1170 manat odenilmelidi”, “Kenan zehmet olmasa telefona cavab ver. men isleye bilmirem. mene bir xeber deyen” bildirilir. xx.xx.2024-cü il tarixdə SMS müşahidə edilmir. Yeddinci faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə aid SMS-lərin giriş və çıxışı siyahısı mövcuddur. Səkkizinci faylda Təqsirləndirilən şəxs2 Haca oğlunun istifadə etdiyi ***-***-**- ** mobil telefon nömrəsinə daxil olmuş mobil telefon nömrələrinin siyahısı qeyd olunub. Zənglərin əsas çoxluğunu Bakı şəhərindən olunması təşkil edir. xx.xx.2024-cü il tarixdə saat 18:58:21-də, ***-***-**-** mobil telefon nömrəsi Şabran rayonu, Gilavar kəndi, Gilavar kənd kilsəsindən 100 metr şərqdə yerləşən ərazidə olarkən Bakı şəhərindən, Sahil Nəbiyevə aid olan ***-***-**-** nömrəsindən zəng daxil olmuşdur. Doqquzuncu, onuncu və on birinci fayllarda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-xx.xx.2024-cü il tarixi müddətində istifadə edilməsi, həmin nömrədən əsasən Bakı şəhəri ərazisində, lakin xx.xx.2024-cü il tarixdən Xaçmaz-Quba- Şabran rayonları ərazilərindən mobil telefondan istifadə edilməsi, xx.xx.2024-cü il tarixdə, saat 01-02 radələrində Şabran rayonu, ərazisindən istifadə edilməsi müşahidə edilir. xx.xx.2024-cü il tarixdə, saat 04:06:48-də Quba rayonu, Çiçi kəndi yolunda istifadə edilməsi göstərilir. Onuncu fayla ***-***-**-** saylı mobil telefonundan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə SMS-nin göndərilməsi, həmin SMS-də “açda telefonu, bu nə hərəkətdi eliyirsən sən” yazıları var. Başqa SMS-lər mövcud olmamış, digər faylların isə boş vəziyyətdə olması müşahidə edilmişdir (cinayət işinin İ cildinin 209-cu vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X8 Müəssisəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Penitensiar Xidmətinin 2 saylı X8 Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə 3 gün müddətinə, xx.xx.2024-cü il tarixdə də 3 gün müddətinə ailə vəziyyəti ilə bağlı ailəsinin yaşadığı ünvana görüşə buraxılmışdır (cinayət işinin İ cildinin 213-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham düzgün və əsaslı olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cinayət işinin İ cildinin 214-220-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət əməli nəticəsində ona dəymiş maddi ziyanın ödənildiyini və onlardan hər-hansı bir şikayət və ya tələbinin olmadığını bildirmiş və ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli, 3-16-17/44/2-190 saylı məktubdan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 hazırda barəsində həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X8 Müəssisəsində çəkir və xx.xx.2025-ci il tarixə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 11 ay 23 gün təşkil edir. - CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs1 qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, onun himayəsində xx.xx.2024cü il təvəllüdlü qızı X7 adlı uşağı vardır. - CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs2 qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, onun himayəsində xx.xx.2015ci il təvəllüdlü qızı X5 adlı uşağı vardır. CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndində əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). İş materiallarında olan Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 263.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Penitensiar Xidmətin 2 saylı X8 Müəssisəsində çəkir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə münasibətdə törətdiyi əməl ehtiyatsızlıqdan törədilmiş cinayətdir və ehtiyatsızlıqdan törədilmiş əməl üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluq zamanı yenidən qəsdən az ağır cinayət törətməsinə baxmayaraq onun əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı hazırkı iş üzrə elan edilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və yuxarıda qeyd edilən sübutlarla və onların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra CPM) 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər həmin maddələr ilə təqsirli bilinərək barələrində cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-nin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və ailələlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin himayəsində 1 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəmələrini CM-in 59.1.13cü maddələrinə əsasən əməlindən peşman olmalarını, təqsirlərini səmimi etiraf etmələrini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, eləcə də, cəzalarını yüngülləşdirən halları, həmçinin cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onları cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, onlara, təqsirli bilindikləri CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza cəzanın təyin edilməsini, Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmlərin məcmusu qaydasında təyin edilmiş cəzaları qismən birləşdirməklə qəti olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CMnin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi CM-nin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmənin gəldiyi qənaətə görə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı, CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin ediləcək cəza Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 1(010)-261/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan hissəsi ilə hökmlərin məcmusu üzrə qismən, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ilə tam birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Həmin Məcəllənin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduqları 2 gün müddət onlara təyin ediləcək cəzaların müddətlərindən çıxılmalıdır. Məhkəmə, CPM-nin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar ilə bağlı məsələnin necə həll edilməli olmasına münasibətdə bu nəticəyə gəlir ki, həmin Məcəllənin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut: 6 baş qoyunun qanuni sahibi olan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-nin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə probasiya xidmətində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində isə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməli, onun hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X8 müəssisəsində cəza çəkməsi nəzərə alınmalı, və o təyin ediləcək cəzasını X8 müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-nin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməli, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə onun dövlət hesabına müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə onun dövlət hesabına müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə, iş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə probasiya xidmətində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulsun və 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 1(010)- 261/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş qalan hissəsi ilə hökmlərin məcmusu üzrə qismən, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ilə tam birləşdirilsin və Təqsirləndirilən şəxs2 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 cəzasını X8 müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin və onun hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X8 müəssisəsində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut: 6 (altı) baş qoyunun qanuni sahibi olan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar