Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-15/2024 17.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1963-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, 2-ci qrup əlil, Şabran rayonu, Qazbabalı kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qardaşı nəvəsi Şahid1 gözlərinin xəstəliyi ilə bağlı ona təqaüd düzəldəcəyini vəd edərək xx.xx.2021-ci il tarixdə Şabran- Bakı tras yolu ilə Bakıya yol avtomobili ilə gedərkən yolda etibarlarından sui-istifadə edərək Şahid1 əri Zərərçəkmiş şəxs məxsus 1500 manat, həmin təqaüdü düzəldəcəyi adı ilə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə onun yaşadığı Şabran şəhəri, M.Süleymanov küçəsində qeydiyyat nömrəsi olmayan evdə 1300 manat pulu aldatma yolu ilə alıb sonradan vədinə əməl etməyərək, cəmi 2800 manat məbləğində pulu vəsaiti şəklində zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus əmlakını ələ keçirib vahid niyyətlə əhatə olunan dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, nə Şahid1, nə də Zərərçəkmiş şəxs Şahid1 əlilliyi ilə bağlı təqaüd düzəldəcəyinə dair söz verməmişdir. Zərərçəkmiş şəxs ondan xəstə həyat yoldaşı Şahid1 təqaüd düzəldilməsində köməklik etdiyini istədiyi üçün onlara köməklik etmək qərarına gəlmişdir. Bu məqsədlə o, Şabran rayonunda işləyən göz həkimi Şahid2 Mirhəsən qızı ilə məsləhətləşdikdən sonra Şahid1 ilə birlikdə Bakı şəhərində yerləşən göz xəstəxanasına getmiş, Şahid1 xəstəxanada saxlaması üçün ona 1500 manat pul vermiş və həkimlərdən keçdiyi zaman həmin puldan 30-30 manat alaraq həkimlərə vermişdir. Həkimlərdən keçdikdən sonra həmin 1500 manat pulun yerdə qalmış 700 manatını Şahid1 geri qaytarmışdır. Şahid1 ilə birlikdə 4 dəfə Bakı şəhərinə xəstəxanalara getmiş, o, həkimlərdən özü keçmiş və pulu da həkimlərə özü vermişdir. Şahid1 və Zərərçəkmiş şəxs özləri ona 1500 manat pulu olduqlarını demiş və həmin pulu da özləri həkimlərə xərcləmişlər. Sadəcə olaraq Şahid1 və Zərərçəkmiş şəxs onun səsini yazmasından əsəbiləşdiyi üçün aralarında mübahisə baş vermişdir. O, Şahid1 əlilliyi ilə bağlı təqaüd düzəldəcəyinə dair heç vaxt söz verməmişdir. İkinci dərəcəli Qarabağ Müharibəsi əlili olduğu üçün müəyyən hörmətə sahib olduğuna görə Zərərçəkmiş şəxs və Şahid1 ondan sonuncuya əlilliyi ilə bağlı təqaüd düzəldilməsində köməklik etməsini istəmiş, Zərərçəkmiş şəxs onun üçün pulsuz pilləkən düzəltdiyi üçün onun arvadı Şahid1 üçün əlillik düzəldilməsində köməklik etməsinə razılaşmış, lakin bunun müqabilində hər hansı məbləğdə pul almamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, arvadının atasının əmisi Təqsirləndirilən şəxs ona Şahid1 əlilliyi ilə bağlı təqaüd düzəldə biləcəyini bildirərək ona bu barədə vəd vermiş və ondan bununla bağlı pul toplamalı olduğunu bildirmişdir. O da bununla razılaşaraq borc-xərcə girib pul toplamışdır. Topladığı 1500 manat pulu arvadı Şahid1 verib və Təqsirləndirilən şəxs ilə birlikdə xx.xx.2021-ci il tarixdə Bakı şəhərində yerləşən xəstəxanaya müayinə olunmaq üçün getdikdə yolda maşında həmin pulu sonuncuya vermişdir. Bundan bir müddət keçdikdən sonra təqaüdün düzəlməməsi ilə bağlı öz narazılığını Təqsirləndirilən şəxs bildirdikdə, o, onlara yenidən işin düzələcəyini deyib, lakin 2022-ci ilin oktyabr ayında işin düzəlməsi üçün Şabran rayonunda işləyən göz həkimi Şahid2 Mirhəsən qızına 1300 manat məbləğində pul verilməsi olduğunu bildirib və xx.xx.2022-ci il tarixdə ondan əlavə olaraq 1300 manat pul almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs nə arvadı üçün əlilliyi ilə bağlı təqaüd düzəltmiş, nə də ondan aldığı pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs 1300 manat məbləğində pulu arvadı Şahid1 yanında vermiş və Təqsirləndirilən şəxs ondan aldığı cəmi 2800 manat məbləğində pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun üçün əlillik düzəldəcəyinə söz vermişdir. O, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərində yerləşən xəstəxanaya müvafiq müayinədən keçməyə getdiyi zaman yolda maşında ərinin verdiyi 1500 manat pulu Mirsahibə vermişdir. Həmin vaxt Mirsahibin oğlu və arvadı da maşında olmuşlar. Bakı şəhərində yerləşən xəstəxanada olduqları zaman Təqsirləndirilən şəxs özü həkimlərin yanına daxil olaraq onun sənədlərini düzəldib və ona işinin 10-15 günə həll ediləcəyini bildirib. Bundan sonra müvafiq rəy verilib və o, təqaüd ilə bağlı Xaçmaza gedib. Lakin sonradan ona təqaüd verilməyəcəyi aşkar edilib və bununla bağlı Mirsahibə narazılıqlarını bildirdikdə, Mirsahib onlara kimə istəyirlərsə şikayət edə biləcəyini deyərək aldığı pulu geri qaytarmamışdır. Ümumilikdə 3 dəfə Bakı şəhərində Mirsahibin oğlunun idarə etdiyi taksi ilə, 1 dəfə isə marşrutla getmiş, Mirsahibə 1500 manat pulu verdikdən təxminən 1 il sonra əri Abgül yenidən 1300 manat məbləğində pul vermişdir. Mirsahib aldığı pullardan geri qaytarmamış və onlarda həmin pul ilə əlaqədar hər hansı qəbz yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Mirhəsən qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yanına gələrək ona Şahid1 hakim müayinələrindən keçmədən əlillik ilə bağlı təqaüd düzəldilib-düzəldilə bilməyəcəyini soruşmuş, o da Mirsahibə Şahid1 bunun üçün mütləq şəkildə həkim müayinələrindən keçməli olduğunu bildirmişdir. Bundan sonra, Şahid1 Xaçmaz şəhərində müvafiq komissiyadan keçmiş, lakin ona təqaüd təyin olunmamışdır. Təqsirləndirilən şəxs ona hər hansı məbləğdə pul verməmiş, o, xəstənin sahibi kimi qəbulunda olmuşdur. O, həmçinin Zərərçəkmiş şəxs və Şahid1 Xaçmaz şəhərində yerləşən əlillərin bərpası mərkəzinə şəxsən özlərinin getməli olduğunu, Bakı şəhərində yerləşən xəstəxanada hansı məbləğdə ödəniş edildiyi barədə məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi üçün Şabran Rayon Polis X6 verilmişdir (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikasının DİN-in “102” Xidməti-Zəng Mərkəzindən xx.xx.2023-cü il tarixdə, saat 13:09 radələrində Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumata əsasən, Zərərçəkmiş şəxs 055 – 538 – 13 – 38 nömrəli mobil telefon vasitəsi ilə zəng edərək, Təqsirləndirilən şəxs ona həyat yoldaşına xəstəliklə əlaqədar təqaüd düzəldəcəyi vədini verib ondan 2800 manat məbləğində pulu alaraq aldatdığını və həmin pul vəsaitini ona geri qaytarmadığını bildirmişdir (cinayət işinin 3-cü vərəqəsi). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizədə həyat yoldaşının ikinci qrup əlillik ilə təqaüdə çıxarılacağı vədini ona vermiş Təqsirləndirilən şəxs 2800 manat məbləğində pul verdiyini, Təqsirləndirilən şəxs vədini yerinə yetirmədiyini və onun pulunu geri qaytarmadığını bildirmiş və Təqsirləndirilən şəxs ödədiyi pulu alınaraq ona geri qaytarılmasını xahiş etmişdir (cinayət işinin 4-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının DİN-in “102” Xidməti- Zəng Mərkəzinə etdiyi Təqsirləndirilən şəxs ona həyat yoldaşına xəstəliklə əlaqədar təqaüd düzəldəcəyi vədini verib ondan 2800 manat məbləğində pulu alaraq aldatması və həmin pul vəsaitini ona geri qaytarmaması ilə bağlı müraciəti üzrə Şabran Rayon Polis X8 başlanılmış HK-1/407 nömrəli material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir (cinayət işinin 12-13-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının DİN-in “102” Xidməti-Zəng Mərkəzinə etdiyi Təqsirləndirilən şəxs ona həyat yoldaşına xəstəliklə əlaqədar təqaüd düzəldəcəyi vədini verib ondan 2800 manat məbləğində pulu alaraq aldatması və həmin pul vəsaitini ona geri qaytarmaması ilə bağlı müraciəti üzrə Şabran Rayon Polis X8 başlanılmış HK-1/407 nömrəli material üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş və həmin material əlavə yoxlama aparılması üçün Şabran Rayon Polis X9 icraatına verilmişdir (cinayət işinin 18-19-cu vərəqələri). - Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında Bakı şəhərində yerləşən göz xəstəxanasına getmək haqqında olan söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “1500 manat ver” ifadəsini demiş, Zərərçəkmiş şəxs ondan həmin ifadəyə cavab olaraq “nə qədər əmi?” soruşduqda isə təkrarən “1500 ver” ifadəsini işlətmişdir (cinayət işinin 23-cü vərəqəsi). - Təqsirləndirilən şəxs ilə Şahid1 arasında olan telefon danışığının səs yazısından görünür ki, Təqsirləndirilən şəxs Şahid1 zəng edərək ona Zərərçəkmiş şəxs etdiyi şikayətlərdən xəbərinin olub-olmadığını soruşmuş, Şahid1 Zərərçəkmiş şəxs etdiyi şikayətlərdən məlumatının olduğunu dedikdə isə ona bu şikayətlər ilə bağlı onun da izahatının alınacağı barədə xəbərdarlıq etmiş və ona ondan izahat alındığı zaman nə deməli olduğunu deyəndə Şahid1 Zərərçəkmiş şəxs təkidi ilə telefon danışığını kəsmişdir (cinayət işinin 25-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işinin istintaq icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin istintaq icraatı cinayəti törətmiş şəxs (şəxslər) müəyyən olunana qədər dayandırılmışdır (cinayət işinin 46-cı vərəqəsi). - Azərbaycan Respublikasının DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1963-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263-1.1 və 263-1.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının CM-nin 66.3 və 70-ci maddələri tətbiq edilməklə şərti olaraq 03 il 06 ay müddətinə sınaq müddəti təyin edilməklə şərti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhkum etmə növündə cəzaya məhkum edilmişdir və xx.xx.2019-cu il tarixdə barəsində təyin edilmiş cəzasını çəkib bitirmişdir (cinayət işinin 48-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işinin istintaq icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq icraatı təzələnmişdir (cinayət işinin 51-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərəfindən verilmiş 5-74/2-4652/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Şabran şəhərinin İsmət Qayıbov küçəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Təqsirləndirilən şəxs Birələkbər oğlu barədə məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlə daxil olmamışdır (cinayət işinin 60-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli ittihamın elan edilməsi üçün şəxsin tutulması məqsədi ilə axtarışın elan edilməsi barədə qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs Birələkbər oğlu barəsində axtarış elan edilmişdir (cinayət işinin 62-63-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işinin istintaq icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaq icraatı Təqsirləndirilən şəxs Birələkbər oğlu tutulub istintaq təqdim olunana qədər dayandırılmışdır (cinayət işinin 64-65-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 09:45 radələrində Təqsirləndirilən şəxs Birələkbər oğlunun olduğu yer müəyyən edilərək tutulmuş və o, həmin tarixdə, saat 10:05 radələrində Şabran Rayon Polis X6 təqdim edilmişdir (cinayət işinin 67-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Birələkbər oğlunun olduğu yer Şabran rayonunun ərazisində müəyyən edilmişdir və o, xx.xx.2023-cü il tarixdə, saat 09:45 radələrində Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis X7 təhvil verilmişdir (cinayət işinin 68-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işinin istintaq icraatının təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaq icraatı təzələnmişdir (cinayət işinin 69-70-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:40-dan 11:15-ə kimi olan müddət ərzində Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə nəticəsində Şahid1 Təqsirləndirilən şəxs üzünə onu əlillik ilə bağlı təqaüdə çıxarılmasının sənədləşdirilməsinə köməklik etmək adı ilə ondan onunla birlikdə xx.xx.2021-ci il tarixdə Bakıya getdikləri zaman maşında 1500 manat məbləğində pul aldığını, sonra isə xx.xx.2022-ci il ondan Şabran rayonunda işləyən göz həkimi Şahid2 Mirhəsən qızına 1300 manat məbləğində pulun verilməli olduğunu bildirərək, onun əri Zərərçəkmiş şəxs əlavə olaraq 1300 manat məbləğində pulu da aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə buna cavab olaraq Şahid1 ona 1500 manat məbləğində pulu maşında yox xəstəxanada verdiyini, hakimlərdən keçdiyi zaman həmin puldan 30-30 manat ondan alıb hakimlərə verdiyini, müayinələrdən keçdikdən sonra 1500 manat məbləğində pulun yerdə qalan hissəsini Şahid1 geri qaytardığını və nə Zərərçəkmiş şəxs nə də ki Şahid1 2022-ci ilin oktyabr ayında 1300 manat məbləğində pul almadığını göstərmişdir (cinayət işinin 72-73-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:25-dən 11:45-ə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə nəticəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə onun Şahid1 əlillik ilə bağlı təqaüdə çıxardacağına söz verərək bu məqsədlə Şahid1 1500 manat məbləğində pul verməsini onda dediyini, Şahid1 verdiyi 1500 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə Bakıya getdikləri zaman maşında Şahid1 aldığını, sonra isə xx.xx.2022-ci il ondan Şabran rayonunda işləyən göz həkimi Şahid2 Mirhəsən qızına 1300 manat məbləğində pulun verilməli olduğunu bildirərək, ondan əlavə olaraq 1300 manat məbləğində pulu da aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə buna cavab olaraq Şahid1 ona 1500 manat məbləğində pulu maşında yox xəstəxanada verdiyini, hakimlərdən keçdiyi zaman həmin puldan 30-30 manat ondan alıb hakimlərə verdiyini, müayinələrdən keçdikdən sonra 1500 manat məbləğində pulun yerdə qalan hissəsini Şahid1 geri qaytardığını və nə Zərərçəkmiş şəxs nə də ki Şahid1 2022-ci ilim oktyabr ayında 1300 manat məbləğində pul almadığını göstərmişdir (cinayət işinin 74-75-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 178.1-cimadəsi ilə ittihamelan edilmişdir (cinayət işinin 77-78-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 94-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 14:11-də çap edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair G0006394DCF nömrəli forma 88 dair çıxarışdan görünür ki, həmin forma 88 yanlış doldurulduğundan tibb müəssisəsinə geri qaytarılmışdır (dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur; həkimin rəyi: xəstənin Zərifə Əliyava adına MOM-da müayinə olunması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Göz xəstəliklər reyestrində məlumat yoxdur) (cinayət işinin 94-cü vərəqəsi). - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəziləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.2022-ci il tarixdə, saat 10:18:02-də çap edilmiş ********** nömrəli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirmək ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlilliyi var (cinayət işinin 106-cı vərəqəsi). - 046917 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirmək ilə əlaqədar ikinci dərəcəli əlildir (cinayət işinin 108-ci vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cinayət işinin 116-120-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 1(031)-45/2015 nömrəli xx.xx.2015-ci il tarix hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1 və 263-1.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının CM-nin 66.3 və 70-ci maddələri tətbiq edilməklə şərti olaraq 03 il 06 ay müddətinə sınaq müddəti təyin edilməklə şərti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhkum etmə növündə cəzaya məhkum edilmişdir (cinayət işinin 54-57-ci vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnaməyə və Şabran Rayon Məhkəməsinin 1(031)-45/2015 nömrəli cinayət işi üzrə xx.xx.2015-ci il tarixdə qəbul edilmiş hökmünə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin "Qeyd" – nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının CM-nin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının CM-nin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, zərər çəkmiş şəxs və şahid ifadələri, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şahid1 gözlərinin xəstəliyi ilə bağlı ona təqaüd düzəldəcəyinə dair vəd verərək xx.xx.2021-ci il tarixdə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə Şahid1 ilə birlikdə Bakı şəhərinə getdiyi zaman Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1500 manat məbləğində pulu aldığı öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs aldatma yolu ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə onun yaşadığı Şabran şəhəri, M.Süleymanov küçəsində qeydiyyat nömrəsi olmayan evdə 1300 manat pulu almasını öz təsdiqini tapmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs aldatma yolu ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2022ci il tarixdə onun yaşadığı Şabran şəhəri, M.Süleymanov küçəsində qeydiyyat nömrəsi olmayan evdə 1300 manat pulu alması Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan çıxarılmalıdır. Lakin, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şahid1 gözlərinin xəstəliyi ilə bağlı ona təqaüd düzəldəcəyinə dair vəd verərək xx.xx.2021-ci il tarixdə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə Şahid1 ilə birlikdə Bakı şəhərinə getdiyi zaman Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1500 manat məbləğində pul aldığı öz təsdiqini tapdığından, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə iclasında onun təqsirliyinin təkzib edilməsi istiqamətində irəli sürdüyü dəlillər araşdırılmış və təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar sadəcə öz əməlinə haqq qazandırmaq üçün irəli sürülmüş və məhkəmə araşdırılması nəticəsində öz təsdiqini tapmayan dəlillər kimi qiymətləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 2-ci dərəcəli əlilliyi olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon Probasiya Şöbəsinə həvalə edilməlidir və Təqsirləndirilən şəxs üzərinə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bunula yanaşı Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə tutulduğu müddət barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduğu müddət barəsində təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən bir günə iki gün hesabı ilə çıxılsın və onun barəsində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə barəsində təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan ünvan 1 ünvanını saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təqdim etdikləri səs yazılarının olduqları 2 ədəd “CD” disk cinayət işində saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-15/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-15/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver