Məhkəmə qərarları › İş №1(031)-15/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-15/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-15/2025 12.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X17, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1977-ci il tarixdə Quba rayonunun Muçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Quba rayonunun Muçu kəndində qeydiyyatda olan, faktiki olaraq Şabran rayonunun Sincanboyad kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 07:55-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib Quba istiqamətində yolun sağ ehtiyat hissəsindən yolun əks hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinin arasındakı keçiddən keçməklə yolun Bakı istiqamətindəki hərəkət hissəsinə girmək üçün sağdan saatda 10-15 kilometr sürətlə yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olmuş, yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə saatda 70-75 kilometr sürətlə Quba istiqamətində düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfi ilə onun idarə etdiyi yük avtomobilinin sol yan hissəsi arasında yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz E 200” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 başın və gövdənin qapalı küt zədələnməsi, baş beynin yumşaq qişasına qansızmalar, hər iki ağciyərin, qaraciyərin və dalağın cırılmaları, sağ 1-2-3-4-5-6-7-ci, sol 3-4-5- 6-7-ci qabırğaların qapalı köndələn sınıqları, sağ said sümüklərinin qapalı qəlpəli sınıqları, döş qəfəsinin və qarın divarının sağ yarısının qançırları, başın alın nahiyyəsinin, burun belinin, sağ çiyin qurşağının sıyrıqları, sağ dirsək, sağ said və sol diz nahiyyəsinin sıyrılmış yaraları, başın və gövdənin yumşaq örtüyü altına qansızmalar kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 sağ sirkə kasasının çoxqəlpəli sınığı, sağ bud-çanaq oynağının arxa çıxığı və qabırğanın sağtərəfli sınığı kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran, digər sərnişinləri Zərərçəkmiş şəxs4 kəllə qapağı və kəllə əsası sümüklərinin, üz skeleti sümüklərinin qəlpəli sınıqları, epidural hematoma (baş beyinin sərt qişası üzərinə qan yığıntısı), döş qəfəsinin əzilməsi, başın və aşağı ətrafların sıyrılmış yaraları kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran, Zərərçəkmiş şəxs2 sağ təpə-gicgah nahiyyəsinin dərialtı yayılmış hematoması, alın nahiyyəsinin cırılmış yarası, alın, burun və almacıq nahiyyələrinin əzilməsi, sıyrılmış yaraları, sağ 5-ci əldarağı sümüyünün əsas falanqasını çoxparçalı yerdəyişmiş qapalı sınığı, barmağın didilmiş-cırılmış yarası, hər iki diz oynağı və baldırın əzilməsi, sıyrılmış yaraları, hər iki dirsək oynağının əziyi, sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 1997-ci ildən etibarən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. Son dəfə sürücülük vəsiqəsini xx.xx.2018-ci il tarixdə dəyişmişdir. Hazırkı sürücülük vəsiqəsi də “BC” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmiş və srücülük hüququndan məhrum olunmamışdır. X5 mülkiyyətində olan “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən başlayaraq etibarnamə əsasında idarə edir. O, texniki cəhətdən saz vəziyyətdə olan, idarə etdiyi “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 01 aydır ki, Şabran şəhərində yerləşən “Kolin” adlı şirkətinin ərazisindən orta ölçülü doğranmış daşlardan ibarət yükü Xaçmaz rayonunun Yalama kəndindəki təmir işləri aparılan dəmir yol stansiyasına daşımışdır. xx.xx.2024-cü il tarixdə, saat 07:40-da idarə etdiyi “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işə gedərkən yolda həyat yoldaşı Aynur Şahverdiya mobil telefonuna zəng vurub xroniki ürək xəstəsi olan kiçik qızı Vəfa Şahverdiyevanın qəfildən halının pisləşdiyini demiş və ondan təcili evə qayıtmasını xahiş etmişdir. O, həmin zəngdən sonra evə qayıdası olmuşdur. Saat 07:55-də idarə etdiyi yük avtomobili ilə Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun, Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində Quba rayonu istiqamətində sağ tərəfdən yola daxil olmaq üçün idarə etdiyi yük avtomobilini Quba istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxarmışdır. Yolun Quba və Bakı istiqamətlərində olan hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinin arasındakı keçiddən geriyə dönüb yolun Bakı istiqamətindəki hərəkət hissəsinə daxil olmaqla hərəkətini eyni istiqamətdə davam etdirmək məqsədi ilə sol tərəfdən, yəni Bakı istiqamətindən gələn avtomobillərin uzaqda olduğunu zənn edib idarə etdiyi yük avtomobili ilə sağdan saatda 10-15 kilometr sürətlə yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsinə daxil olmuşdur. İdarə etdiyi avtomobillə yolun Quba istiqamətindəki hərəkət hissəsindən yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinin arasındakı keçidə daxil olmaq üzrə olanda yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə Bakı istiqamətindən gələn və Quba rayonu istiqamətində hərəkət edən “Mercedes Benz E 200” minik markalı, 90-N0-348 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ tərəfi ilə idarə etdiyi yük avtomobilinin sol yan hissəsi arasında toqquşma baş vermişdir. İdarə etdiyi avtomobildən düşəndən sonra ona məlum olmuşdur ki, hadisə nəticəsində “Mercedes Benz E 200” minik markalı, **-NO- *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3, arxa oturacaqdakı sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 müxtəlif ağır bədən xəsarətləri almışlar. Həmin minik avtomobilində qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 isə hadisə nəticəsində aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölmüşdür. Odur ki, hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün hər üç xəsarət almış şəxsi Şabran Rayon Mərkəzi Xəstəxanasına, mərhum Zərərçəkmiş şəxs1 meyitini isə məhkəmə tibbi müayinədən keçirilməsindən ötrü Şabran Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən meyitxanaya aparmışlar. O, hadisə zamanı heç bir xəsarət almamış və hadisə yerində olmuşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Hadisə vaxtı idarə etdiyi avtomobilin hərəkət surəti saat 15 kilometrdən çox olmamış, diqqətini yol şəraitindən yayındıran hər-hansı bir səbəb olmamış, həmin vaxtı səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar və asfaltbeton olmuş, hadisə vaxtı idarə etdiyi yük avtomobilinin kabinasında sərnişin, yük yerində heç bir yük olmamış, hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik maddə qəbul etməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X26 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışmağa cəhdlər etsə də, aralarında barışıq əldə edilməmişdir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X26 ifadəsində göstərmişdir ki, üç oğul övladı var və mərhum Zərərçəkmiş şəxs1 ortancıl oğlu idi. Oğlu Vahid xx.xx.2019-cu il tarixdə X21 ilə ailə qurmuş, həmin nikahdan 04 (dörd) yaşlı Elnarə adlı qızları anadan olmuşdur. Oğlu Vahid xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində işə qəbul olunmuş, Dövlət Gömrük Komitəsinin Samur Gömrük postunda mühafizəçi işləmiş və rütbəsi gömrük xidməti kapitanı olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 08:20-də ona telefon zəngi ilə xəbər verilmişdir ki, həmin gün saat 07:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Zərərçəkmiş şəxs1 ölmüş, meyiti məhkəmə tibbi müayinədən keçirilməsi üçün Şabran Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinin meyitxanasına göndərilmişdir. O, bunu bilən kimi dərhal Bakı şəhərindən çıxıb Şabran şəhərinə, rayon mərkəzi xəstəxanasının həyətində yerləşən həmin meyitxanaya getmişdir. Oraya çatandan sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 07:55-də, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi və oğlu Zərərçəkmiş şəxs1 sərnişini olduğu “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman SX 331” yük markalı **- NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə oğlu Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüş, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 və avtomobildə olan digər sərnişinlər, oğlu Vahidin iş yoldaşları olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 isə müxtəlif bədən xəsarətləri almışlar. Mərhum oğlu Zərərçəkmiş şəxs1 meyiti Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinin meyitxanasında məhkəmə tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün həmin gün saat 11:00 radələrində onlara təhvil verilmişdir. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı barışıqdan söhbət gedə bilməz, onun barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur Gömrük Postunda böyük inspektor vəzifəsində xidmət edir. Xidmət növbəlik əsasında təşkil edilmişdir. Yaşadığı Bakı şəhərindən iş yerinə taksi ilə gedib-gəlir. O, xx.xx.2024-cü il tarixdə saat 06:40-da taksi sürücüsü kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən çıxıb Xaçmaz rayonuna getmək üçün Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olmuş, iş yoldaşı Zərərçəkmiş şəxs1 avtomobilin salonunda qabaq sağ oturacaqda, iş yoldaşı Zərərçəkmiş şəxs4 arxa oturacağın sol tərəfində, o, isə arxa oturacağın sağ tərəfində əyləşmişdir. Təqribən 01 (bir) saat hərəkət etdikdən sonra onu yuxu tutmuşdur. O, ayılanda Şabran Rayon Mərkəzi Xəstəxanasında olduğunu və tibb işçilərinin ona yardım göstərdiklərini görmüşdür. Xəstəxanada olarkən sonradan ona məlum olmuşdur ki, saat 07:55-də Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində sərnişini olduğu, yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə eyni istiqamətdə düzünə hərəkətdə olan “Mercedes Benz E 200” minik markalı 90- N0-348 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə sağ tərəfdən yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olub sola doğru manevr edən, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 ölmüş, Zərərçəkmiş şəxs4, sürücü Zərərçəkmiş şəxs3 və o, müxtəlif bədən xəsarətləri almışlar. Onları hadisə yerindən təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, Şabran Rayon Mərkəzi Xəstəxanasından sonra müalicəsini X16 davam etdirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməmişdir. Onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur Gömrük Postunda baş müfəttiş vəzifəsində xidmət edir. Xidməti növbəlidir. Yaşadığı Bakı şəhərindən iş yerinə taksi ilə gedib-gəlir. xx.xx.2024-cü il tarixdə, saat 06:40-da taksi sürücüsü kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən çıxıb Xaçmaz rayonuna getmək üçün Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olmuşlar. İş yoldaşı Zərərçəkmiş şəxs1 avtomobilin salonunda qabaq sağ oturacaqda, iş yoldaşı Zərərçəkmiş şəxs2 arxa oturacağın sağ tərəfində, o, isə arxa oturacağın sol tərəfində əyləşmişdir. Yola düşdükdən az sonra onu yuxu tutmuşdur. O, xx.xx.2024-cü il tarixdə ayılanda görmüşdür ki, X11. Orada olarkən bilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07:55-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində sərnişini olduğu, yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə eyni istiqamətdə düzünə hərəkətdə olan “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ tərəfi ilə sağ tərəfdən yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olub sola doğru manevr edən, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüş, Zərərçəkmiş şəxs2, sürücü Zərərçəkmiş şəxs3 və o, müxtəlif bədən xəsarətləri almışlar. Onları hadisə yerindən təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Şabran rayon mərkəzi xəstəxanasından da həmin gün iş yoldaşı Zərərçəkmiş şəxs2 və onu Bakı şəhərində yerləşən X19 köçürmüşlər və onlar müalicələrini orada davam etdirmişlər. Təqsirləndirilən şəxs ilə onun arasında barışıq əldə edilməmişdir. Onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, xx.xx.2013-cü il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Son dəfə sürücülük vəsiqəsini xx.xx.2023-cü il tarixdə dəyişmişdir. Hazırkı sürücülük vəsiqəsi «B1,B,C1,C» kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməmiş, sürücülük hüququndan məhrum olunmamışdır. X12 mülkiyyətində olan “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdən etibarnamə əsasında idarə edir. O, xx.xx.2024cü il tarixdə, saat 07:55-də texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Mercedes Benz E 200” minik markalı, 90-N0-348 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə saatda 70-75 kilometr sürətlə eyni istiqamətdə düzünə hərəkətdə olarkən avtomobilin salonunda üç nəfər sərnişin olsa da, yük yerində yük olmamışdır. Sərnişin Zərərçəkmiş şəxs1 qabaq sağ oturacaqda, Zərərçəkmiş şəxs2 arxa oturacağın sağ tərəfində, X9 arxa oturacağın sol tərəfində əyləşmişdir. Yolun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində Quba istiqamətində düzünə hərəkətdə olduğu zaman yolun Bakı istiqamətindəki sağ ehtiyat hissəsi ilə eyni istiqamətdə hərəkət edən “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan qarşıda olmuş, həmin yük avtomobili bir qədər hərəkət edib sürətini azaltmış, yük avtomobilinin adını sonradan bildiyi sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin sürətini nisbətən artırmaqla Quba istiqamətində yolun sağ ehtiyat hissəsindən sol tərəfə doğru manevr etməyə başlamışdır. O, bunu görən kimi ayağını tormoza atmaqla idarə etdiyi avtomobilin sürətini azaltmış və avtomobilinin səs siqnalını basmışdır. Buna baxmayaraq həmin yük avtomobilinin sürücüsü hərəkətini dayandırmadan yolun Quba istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağına, oradan da sol hərəkət zolağına, yolun hərəkət hissələrini ayıran beton sədlərin arasındakı keçiddən geriyə qayıtmaq üçün daxil olmuş, elə o an idarə etdiyi minik avtomobilinin qabaq sağ tərəfi ilə həmin yük avtomobilinin sol yan hissəsi arasında toqquşma baş vermişdir. O, hadisədən 05 (beş) gün sonra müalicə olunduğu Abşeron Rayon Mərkəzi Xəstəxanasında ayılanda bilmişdir ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və o müxtəlif bədən xəsarətləri almışlar. Seyidağa ilə Pəri də X16 müalicə olunurlar. Hadisədən təxminən bir ay sonra Zərərçəkmiş şəxs1 hadisə nəticəsində aldığı ağır bədən xəsarətləri səbəbindən ölməsi də ona məlum olmuşdur. Stress keçirməməsi üçün valideynləri Vahidin öldüyünü ona bildirməmişlər. Ona görə də o, Vahidin digər sərnişinlər kimi xəsarət aldığını və müalicə olunduğunu düşünmüşdür. Hadisə vaxtı diqqətini yol şəraitindən yayındıran hər hansı bir səbəb olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfaltbeton örtüklü olmuş, hadisədən əvvəl spirtli içki və ya narkotik maddə istifadə etməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs ilə onun arasında barışıq əldə edilməmişdir. Onun barəsində cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 07:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Şabran rayonu ərazisindən keçən 128-ci kilometrliyində Şabran rayonunun Sincanboyad kənd sakini, 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili sola dönmə əməliyyatını həyata keçirərkən onunla Quba istiqamətində eyni hərəkət hissəsində hərəkətdə olan Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz E 200” minik markalı, 90-N0-348 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü İlqar Abdulayev və sərnişinlər Bakı şəhər Nəsimi rayon sakini, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4, Bakı şəhər Sabunçu rayon sakini, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almış, Bakı şəhər Nərimanov rayon sakini, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 isə hadisə yerində ölmüşdür (cinayət işinin İ cildinin 4-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və baxış protokoluna əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə, saat 08:50-dən 09:45-ə kimi olan müddət ərzində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz E 200” minik markalı, 90-N0-348 dövlət qeydiyyat nişanlı avtomobil toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə keçirilmiş baxış nəticəsində yol nəqliyyat hadisəsinin Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 127,5-ci kilometrində baş verdiyi, yolun hərəkət hissəsinin düz olduğu, örtüyün növünün asfalt-beton olduğu, örtüyün vəziyyətinin quru olduğu, yol örtüyünün eninin 18 metr olduğu, hərəkət zolaqlarının sayının 02, hərəkət hissəsinin eninin 09 metr olduğu, yolun Bakı və Quba istiqamətlərindəki əks hərəkət hissələrinin İİ tərəfli metal təhlükəsizlik xətləri ilə ayrıldığı, yolun hər 01 (bir) hərəkət istiqamətində 02 (iki) hərəkət zolağının olduğu, hərəkət hissəyə sağdan yolun çiyni və boş sahə, soldan isə yolun Bakı istiqamətində hərəkət hissəsinin birləşdiyi, hərəkətin nizamlanma üsulunun "nizamlanmayan" olduğu, yol həmin hissəsində sürət həddinin saatda 90 kilometr olduğu, “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində Quba istiqamətində yolun sağ ehtiyat hissəsindən yolun əks hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinin arasındakı keçiddən keçməklə yolun Bakı istiqamətindəki hərəkət hissəsinə girmək üçün sağdan yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olduğu, yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə Quba istiqamətində düzünə hərəkətdə olan “Mercedes Benz E 200” minik markalı, **-NO- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfi ilə “Shacman SX 331” yük markalı, **- NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi arasında yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində toqquşma baş verdiyi aşkar edilmişdir (cinayət işinin İ cildinin 5-17-ci vərəqələri). - AE seriyalı, 623780 saylı südçülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2028-ci il tarixə kimi qüvvədə olan “B” və “C” kateqoriyalı sürücülük vəsiqəsi vardır (cinayət işinin İ cildinin 38-ci vərəqəsi). - BB seriyalı, 453422 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir (cinayət işinin İ cildinin 39-cu vərəqəsi). - ƏN-Vİ seriyalı, 700128 nömrəli etibarnamədən görünür ki, X1 Mirzə Muradxan oğluna mülkiyyətində olan “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixə kimi olan müddət ərzində idarə etmək hüququ vermişdir (cinayət işinin İ cildinin 40-cı vərəqəsi). - BB seriyalı, 433584 saylı sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs3 adına xx.xx.2033-cü il tarixə kimi qüvvədə olan “B1”, “B”, “C1” və “C” kateqoriyalı sürücülük vəsiqəsi vardır (cinayət işinin İ cildinin 58-ci vərəqəsi). - BB seriyalı, 199627 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X12 mülkiyyətindədir (cinayət işinin İ cildinin 59-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli, 3-13-16/2-106144/2024 saylı məktubdan görünür ki, X2 İlqar Novruz oğluna xx.xx.2024-cü il tarixdən xx.xx.2033-cü il tarixə kimi olan müddət ərzində mülkiyyətində olan “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir (cinayət işinin İ cildinin 64-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli, 3-13-16/2-106146/2024 saylı məktubdan görünür ki, X1 Mirzə Muradxan oğluna mülkiyyətində olan “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixə kimi olan müddət ərzində idarə etmək hüququ vermişdir (cinayət işinin İ cildinin 65-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cinayət işinin İ cildinin 64-ci vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 məhkəmə-kimya şöbəsinin xx.xx.2024-cü il tarixli, 2274/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cinayət işinin İ cildinin 72-75-ci vərəqələri). - “DVD” diskdəki videogörüntüdən görünür ki, “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Shacman SX 331” yük markalı, **- NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması kifayət qədər uzaq məsafədən görünür (cinayət işinin İ cildinin 80-ci vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 məhkəmə-kimya şöbəsinin xx.xx.2024-cü il tarixli, 2273/K saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cinayət işinin İ cildinin 85-87-ci vərəqələri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 Şabran Rayon Şöbəsinin xx.xx.2024-cii il tarixli, 09 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 meyitinin bədən səthində başın və gövdənin qapalı küt zədələnməsi, baş beynin yumşaq qişasına qansızmalar, hər iki ağciyərin, qaraciyərin və dalağın cırılmaları, sağ 1-2-3-4-5-6-7-ci, sol 3-4-5-6-7-ci qabırğaların qapalı köndələn sınıqları, sağ said sümüklərinin qapalı qəlpəli sınıqları, döş qəfəsinin və qarın divarının sağ yarısının qançırları, başın alm nahiyyəsinin, burun belinin, sağ çiyin qurşağının sıyrıqları, sağ dirsək, sağ said və sol diz nahiyyəsinin sıyrılmış yaraları, başın və gövdənin yumşaq örtüyü altına qansızmalardan ibarət bədən xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olub xx.xx.2024-cü il tarixə uyğundur, canlı adamlarda hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb gövdənin küt zədələnməsi nəticəsində hər iki ağciyərin, qaraciyərin, dalağın cırılmaları və qabırğaların ikitərəfli çoxsaylı sınıqlarından törəyən ağır travmatik şok olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinə anından (xx.xx.2024-cü il. saat 12:00) 06 (altı) saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol, narkotik vasitələr və yad zəhərli kimyəvi maddələr aşkar olunmamışdır (cinayət işinin İ cildinin 88-91-ci vərəqələri). - AZ-İİ seriyalı, 442126 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə travmatik şokdan Şabran rayonunun ərazisində vəfat etmişdir (cinayət işinin İ cildinin 94-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X26 ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır (cinayət işinin İ cildinin 97-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 106-107-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 113-114-cü vərəqələri). - “DVD” diskdəki videogörüntüdən görünür ki, “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Shacman SX 331” yük markalı, **- NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması uzaq məsafədən görünür (cinayət işinin İ cildinin 120-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli, 8/1910 saylı məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, ilkin kontakt anında toqquşma “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. Ekspertizanın təyini haqqındakı qərarda hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izinin qalması haqqında məlumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrin yola nəzərən qarşılıqlı vəziyyətlərini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər qabaqdan arxaya doğru, “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr arxadan qabağa doğru istiqamətlənmişdir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 126-129-cu vərəqələri). - Quba rayon icra Hakimiyyəti Başçısının Xaltan kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Quba rayonunun Muçu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 131-ci vərəqəsi). - ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq Quba rayonunun Muçu kəndində qeydiyyatdadır (cinayət işinin İ cildinin 133-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli, 05/09İS/077117-24 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1980-ci il təvəllüdlü həyat yoldaşı X3, qızı xx.xx.2001-ci il təvəllüdlü X15 və qızı xx.xx.2003-cü il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 134-cü vərəqəsi). - Quba Rayon Mərkəzi X22 X8 stasionar xəstənin tibbi kartasından çıxarışdan (x/t 0733527) görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X3 “uşaqlığın mioması, uşaqlıq qanaxması və anemiya” diaqnozu ilə xəstəxanaya daxil olmuş, müayinədən keçdikdən sonra xx.xx.2024-cü il tarixdə qeyd edilən diaqnoz ilə ginekologiya şöbəsinə hospitalizasiya olunmuş, xx.xx.2024-cü il tarixdə onun üzərində total abdominal histerektomiya əməliyyatı icra olunmuşdur və ona xx.xx.2024-cü il tarixdə kafi halda ambulator müalicə yazılmışdır (cinayət işinin İ cildinin 136-cı vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 Şabran rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 252 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ təpə-gicgah nahiyyəsinin dərialtı yayılmış hematoması, alın nahiyyəsinin cırılmış yarası, alın, burun və almacıq nahiyyələrinin əzilməsi, sıyrılmış yaraları, sağ 5-ci əldarağı sümüyünün əsas falanqasnın çoxparçalı yerdəyişmiş qapalı sınığı, barmağın didilmiş-cırılmış yarası, hər iki diz oynağı və baldırın əzilməsi, sıyrılmış yaraları, hər iki dirsək oynağının əziyi, sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvumaya aiddir (cinayət işinin İ cildinin 150-152-ci vərəqələri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 Şabran rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 253 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər kəllə qapağı və kəllə əsası sümüklərinin, üz slcleti sümüklərinin qəlpəli sınıqları, epidural hematoma (baş beyinin sərt qişası üzərinə qan yığıntısı), döş qəfəsinin əzilməsi, başın və aşağı ətrafların syrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olmuş sağlamlığa ağır zərərvumaya aiddir (cinayət işinin İ cildinin 153-154-cü vərəqələri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 Şabran rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 257 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ sirkə kasasının çoxqəlpəli sınığı, sağ bud-çanaq oynağının arxa çıxığı və qabırğanın sağtərəfli sınığı küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olmuş sağlamlığa ağır zərərvumaya aiddir (cinayət işinin İ cildinin 155-156-cı vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş kompleks məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası və video yazıların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/3184-4/1828 nömrəli rəydən görünür ki, “Shacman SX 331” yük markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 158-162-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmələri, “Shacman SX 331” yük markalı **-NS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin və 02 (iki) ədəd “DVD” disklərin iş üzrə maddi sübut kimi tanınaraq, 02 (iki) ədəd “DVD” disklərin cinayət işində saxlanılması, nəqliyyat vasitələrinin isə sahiblərinə qaytarılmasının nəzərə alınması qərara alınımışdır (cinayət işinin İ cildinin 165- 172-ci vərəqləri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 182-183-cü vərəqləri). - xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 194-195-ci vərəqləri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 214-215-ci vərəqləri). - xx.xx.2024-cü il tarixli başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs3 CM 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrılmışdır (cinayət işinin İ cildinin 219-220-ci vərəqləri). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 222-223-cü vərəqələri). Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ehtiyyatsızlıqdan az ağır cinayət əməlini törətməsinə dair etirafedici ifadəsinə, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin və zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun və digər zərər çəkmiş şəxslər ilə barışıq əldə etməmiş, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslər məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. CPM-in 346.1.21-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübutlar: “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Mercedes Benz E 200” yük markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinə qaytarıldığı nəzərə alınmalı, 02 (iki) ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 347-349, 351-353, 356 və 381-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 238 (iki yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübutlar: “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Mercedes Benz E 200” yük markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinə qaytarıldığı nəzərə alınsın, 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar