Məhkəmə qərarları › İş №1(031)-16/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-16/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-16/2024 17.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şabran şəhər mərkəzi bazarında qəssab köməkçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində, Şabran rayonunun Qazma kəndi yolunda “BD609517” nömrəli, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi və xx.xx.2022-ci il tarixli, 7E-7387 qeydiyyat nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə əsasinda idarə etdiyi “VAZ- 2106” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saatda 70 kilometr surətlə Qazma kəndində Şabran şəhəri istiqamətində hərəkət etdirərkən, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə verilən saatda 60 kilometr surətdən artıq surətdə hərəkət etdirməməli olduğu halda həmin qaydaların tələblərini pozaraq əks istiqamətdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Kuba Sniper” modelli “Moped” markalı dövlət qeydiyyat nişanı olmayan 49 kub santimetr mühərrik həcmli mexaniki nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində ehtiyatsızlığından sonuncunun sağlamlığına az ağır zərər vuran sol bud sümüyünün qapalı qəlpəli yerdəyişmiş sınığı, sağ ayağın 1-ci barmağının əsas falanqasının kənari sınığı və sağ ətrafın çoxsaylı əzilmiş yaraları kimi xəsarətlərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilmir. Belə ki, o, Şabran şəhər mərkəzi bazarında qəssab köməkçisi işləyir. xx.xx.2023-cü il tarixdə, saat təqribən 16:00 radələrində əmisi oğlu Şahid1 ilə birlikdə Şabran rayonunun Pirəbədil kəndinə xırda buynuzlu heyvanlar almaq üçün gedib və oradan 03 baş xırda buynuzlu heyvan alıb geri qayıdarkən Şabran rayonunun Qazma kəndi yolunda Zərərçəkmiş şəxs idarə etdiyi “MOPED” ilə qəflətən onun qarşısına çıxıb. Əyləc vasitəsi ilə idarə etdiyi nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, buna nail ola bilməyib və yol nəqliyyat vasitəsi baş verib. Bundan sonra o, "103” çağırış xidmətinə zəng edərək hadisənin baş verdiyi yerə təcilli tibbi yardım maşını çağırıb. Zərərçəkmiş şəxs əməliyyat olunduqdan sonra həkimlərə ödədiyi xərc olaraq ona 1500 manat, əlavə xərclər olaraq isə onun qardaşına 100 manat məbləğində ödəniş etmişdir. Sözü gedən yol nəqliyyat vasitəsinin onun günahı ucbatından baş vermədiyini nəzərə alaraq, ona bəraət verilməsini xahiş edir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs idarə etdiyi “MOPED” – i qəflətən gördüyünü, həmin “MOPED” – in qəflətən onun yoluna çıxması səbəbi ilə aralarında olan məsafəni dəqiq bilmədiyini, müdafiəçinin suallarına cavab olaraq yol-nəqliyyat hadisəsi baş verdikdən sonra dərhal hadisə yerinə təcili yardım cağırdıqlarını, Zərərçəkmiş şəxs ilk öncə Şabran şəhərinin ərazisində, sonra isə Bakı şəhərinin ərazisində yerləşən xəstəxanaya apardıqlarını, onun müalicə edilməsi ilə bağlı xərcləri ödədiyini, sədrlik edənin sualına cavab olaraq isə hadisə baş verən zaman təqribən 60-70 kilometr saatda surətdə hərəkət etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində, Şabran rayonunun Qazma kəndi yolunda “Kuba Sniper” modelli “Moped” markalı mexaniki nəqliyyat vasitəsi ilə saatda təqribən 10 kilometr surətlər hərəkətdə olduğu zaman “VAZ-2106” markalı **-XP-*** qeydiyyat nişanlı avtomobil onunla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq, hadisə baş verdiyi zaman “VAZ-2106” markalı **-XP-*** qeydiyyat nişanlı avtomobilin onun tərəfindən baxanda onun sağ tərəfində olduğunu, həmin nəqliyyat vasitəsinin sürətini dəqiq təxmin edə bilmədiyi üçün yol nəqliyyat vasitəsinin qarşısını almağa nail ola bilmədiyini, sədrlik edənin suallarına cavab olaraq isə "Kuba Sniper” modelli “Moped” markalı mexaniki nəqliyyat vasitəsini 2020-ci ildə aldığı üçün həmin mexaniki nəqliyyat vasitəsi ilə bağlı onda sadəcə alqı-satqı aktının olduğunu və Təqsirləndirilən şəxs ona əməliyyat olunması üçün 1500 manat məbləğində pul ödədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat təqribən 16:00 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs ilə birlikdə ona köməklik etmək üçün Şabran rayonunun Pirəbədil kəndinə xırda buynuzlu heyvanlar almaq üçün gedib və oradan 03 baş xırda buynuzlu heyvan alıb geri qayıdarkən Şabran rayonunun Qazma kəndi yolunda Zərərçəkmiş şəxs idarə etdiyi “MOPED” ilə qəflətən Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına çıxıb. Təqsirləndirilən şəxs əyləc vasitəsi ilə idarə etdiyi nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, buna nail ola bilməyib və yol nəqliyyat vasitəsi baş verib. Bundan sonra onlar, "103” çağırış xidmətinə zəng ediblər. Zərərçəkmiş şəxs təcili tibbi yardın maşınını gözləmədən onların idarə etdiyi nəqliyyat vasitəsi ilə onu xəstəxanaya aparmağı təklik etsələr də, o, bununla razılaşmayıb. Bundan sonra təcili tibbi yardın maşınını hadisə yerinə gəlib və Zərərçəkmiş şəxs xəstəxanaya aparılıb. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM) 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin, müdafiəçinin və zərər çəkmiş şəxsin işə Şahid2 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə Şahid2 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, o, Şabran Rayon Polis X18 Polis Bölməsində yol-patrul xidmətinin inspektoru vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə, saat 17:30-da polis şöbəsinin növbətçi hissəsindən Şabran rayonun Qazma kənd yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olduqda şöbənin əməliyyat qrupunun tərkibində xidməti avtomobili ilə dərhal hadisə yerinə gəlmiş, hadisə yerində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı **-XP-*** qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “Moped” markalı qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsi toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sağ bud nahiyyəsindən sınıq kimi xəsarət almışdır. Hadisə yerinə çağırılmış təcili yardım avtomobili ilə gələn həkimlər Zərərçəkmiş şəxs ilkin yardım göstərərək, onu xəstəxanaya aparmışlar. Hadisə isə şöbənin təhqiqat qrupunun əməkdaşı tərəfindən sənədləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cinayət işinin 1-2-ci vərəqələri). - Şabran Rayon Polis X11 təhqiqatçısı X12 Şabran Rayon Polis Şöbəsinin rəisi X1 ünvanlandığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18:08-də Şabran Rayon Polis X7 Şabran rayonunun Qazma kəndi yolunda “VAZ-2106” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Moped” markalı dövlət qeydiyyat nişanı olmayan mexaniki nəqliyyat vasitəsinin toqquşması və hadisə zamanı xəsarət alanın olması barədə məlumat daxil olmuşdur (cinayət işinin 3-cü vərəqəsi). - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri Şabran-Pirəbədil-Zeyvə yolunun Şabran rayonunun Qazma kəndinə gedən istiqamətində yerləşir (cinayət işinin 6-12-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli, 101 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, hadisə baş verən vaxt Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar olunmamışdır (cinayət işinin 14-cü vərəqəsi). - xx.xx.2020-ci il tarixli alqı-satqı aktından görünür ki, Zərərçəkmiş şəxs “Kuba Sniper” modelli “Moped” markalı dövlət qeydiyyat nişanı olmayan 49 kub santimetr mühərrik həcmli, qara rəngli mexaniki nəqliyyat vasitəsinin sahibidir (cinayət işinin 15-ci vərəqəsi). - “BD609517” nömrəli sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyalı sürücüdür (cinayət işinin 18-ci vərəqəsi). - AD seriyalı, 938271 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X8 “VAZ-2106” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibidir (cinayət işinin 18-ci vərəqəsi). - ƏV-Vİİ seriyalı, 610035 nömrəli və reyestrdə 7\E-7387 nömrə ilə qeyd edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X8 “VAZ- 2106” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs sərəncamına vermişdir (cinayət işinin 19-cu vərəqəsi). - Şabran rayonu “Surra” avtomobillərə servis xidməti məntəqəsinin sahibkarı X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “VAZ-2106” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1203 manat məbləğində ziyan dəymişdir (cinayət işinin 26-cı vərəqəsi). - Şabran rayonu “Surra” avtomobillərə servis xidməti məntəqəsinin sahibkarı X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Kuba Sniper” modelli “Moped” markalı dövlət qeydiyyat nişanı olmayan 49 kub santimetr mühərrik həcmli, qara rəngli mexaniki nəqliyyat vasitəsinə ümumilikdə 295 manat məbləğində ziyan dəymişdir (cinayət işinin 28-ci vərəqəsi). - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13” X20 tərəfindən verilmiş 138 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizası zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı növ bədən xəsarəti aşkar ediləmişdir (cinayət işinin 33-34-cü vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/2298 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, mopedin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ-2106” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 64-cü maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun hərəkətlərində qeyd edilən uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbi əlaqə olmuş və onun Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cinayət işinin 40-42-ci vərəqələri). - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13” X20 tərəfindən verilmiş 156 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizası zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində sol bud sümüyünün qapalı qəlpəli yerdəyişmiş sınığı, sağ ayağın 1-ci barmağının əsas falanqasının kənari sınığı və sağ ətrafın çoxsaylı əzilmiş yaraları kimi xəsarətlər aşkar edilmişsdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törətmişdir, yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və səhhətin uzun müddət pozulmasına səbəb olan az ağı zərər vurmaya aid edilir (cinayət işinin 43-44-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon Polis X5 Azərbaycan Respublikasının CPM-nin 53.4-cü maddəsinə əsasən dayandırılmış Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə ********* istintaq nömrəli cinayət işi vardır (cinayət işinin 73-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, Xaçmaz Rayon Polis X6 ********* istintaq nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir (cinayət işinin 76- 83-cü vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnaməyə və xx.xx.2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13” X20 tərəfindən verilmiş 252 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizası zamanı Şahid1 bədəni üzərində hər-hansı növ bədən xəsarəti aşkar ediləmişdir (cinayət işinin 86-87-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndiriən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin 88-89-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 99-cu vərəqəsi). - Azərbaycan Respublikasının Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən Şabran Rayon polis X6 rəisi X10 ünvanladığı 5-74/2-6230/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü və ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.1961-ci il təvəllüdlü anası X2 ibarət ailə tərkibi vardır (cinayət işinin 106-cı vərəqəsi). - Azərbaycan Respublikasının Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 5-74/2-6228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlə daxil olmamışdır (cinayət işinin 107-ci vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cinayət işinin 108-111-ci vərəqələri). Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikasının CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası AR CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə yardım göstərməsini və törətdiyi cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir və Təqsirləndirilən şəxs üzərinə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bunula yanaşı məhkəmə məsrəfi olan 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 44.1; 344-347; 349; 351-353; 356 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə barəsində təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İrca və Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar