Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-17/2021 15.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə xx xxxxxx 1967-ci il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2n, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində, “Opel-Zafira” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı özünə məxsus saz vəziyyətdə olan minik avtomobili ilə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində şəhər avtovağzalından Bakı şəhəri istiqamətində saatda təxminən 50 km surətlə hərəkətdə olarkən “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” barədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq mümkün olan tədbirləri görmədən hərəkətini davam etdirərək M.Ə.Rəsulzadə küçəsi ilə Q.Qasımov küçələrinin kəsişməsində yerləşən “Sünbül” restoranının qarşısında yolun hərəkət üzrə solundan sağına keçmək istəyən piyada X8 avtomaşının ön sol hissəsi ilə vurmuş, nəticədə sonuncu, ehtiyatsızlıqdan almış olduğu baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, sol gicgah sümüyü piramidasının xətti sınığı, sol gicgah nahiyəsinin yumşaq toxumasının iç səthinə qansızma, sol qulaq seyvanının şişkinliyiqançırı, alnın, burun yanağın sıyrıqları, sol almacıq qövsünün və əng sümüyünün basılmış sınıqları, sağ aşağı ətrafın geniş ölçüdə qançırları, hematoması və sağ baldır sümüklərinin yuxarı 1/3-nin açıq sınıqları, sağ baldırın əzilmiş-deşilmiş yaraları, sol dizin sıyrılmış yaraları, sol dirsək və sağ əlin sıyrıqları, sol aşıq-baldır oynağı nahiyəsinin hematoması, qançırı, sıyrığı kimi yetirilən anda həyat üçün təhlükəli olması əlamətlərinə görə sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətlərindən xx xxxxxx 2020-ci il tarixdə müalicə olunduğu Bakı şəhəri Mirqasımov adına Klinik Xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda qeydiyyatda olmasına baxmayaraq hazırda ünvan 3iləsi ilə birlikdə yaşayır və özünə məxsus “Opel-Zafira” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi işləyərək ailəsini dolandırır. xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Şabran şəhərində avtomobilində olan müştəriləri evlərinə düşürdükdən sonra qonşusu Nurlanla birlikdə evinə getməmişdən əvvəl Şabran şəhər çıxacağında yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə gedib orada avtomobilə benzin doldurmaq qərarına gəlmişdir. Buna görə də idarə etdiyi avtomobillə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər avtovağzalı istiqamətindən şəhərin çıxışına doğru təxminən saatda 50 km surətlə hərəkətdə olarkən həmin küçədə yerləşən “Sünbül” kafesinin qarşısında qəflətən sol tərəfdən bir nəfər piyada onun yoluna çıxmışdır. Avtomobili bir qədər sağa qaçırmağına və əyləci bir qədər basmağına baxmayaraq avtomobilin sol tərəfi həmin piyadaya dəymiş, həmin piyada aldığı zərbədən asvaltın üzərinə yıxılmışdır. Dərhal avtomobili saxlayaraq Nurlanla birlikdə yerə düşmüş və adı sonradan ona məlum olan piyada Elxan adlı şəxsə yaxınlaşarkən onun içkili vəziyyətdə olmasını hiss etmişdir. Bu zaman Elxanın atası Ramiz adlı şəxs də həmin yerə gəlib çıxmış və onların köməkliyi ilə Elxanı idarə etdiyi avtomobilinin arxa oturacağına qoyaraq onu Şabran rayon mərkəzi xəstəxanasına aparmışdır. Elxan bir gün həmin xəstəxanada qaldıqdan sonra ertəsi gün onun müalicəsini davam etdirmək məqsədilə Bakı şəhəri Respublika xəstəxanasına yola salmış, xx xxxxxx 2020-ci il tarixdə Elxan Mircəfərovun müalicə aldığı həmin xəstəxanada ölməsi ona məlum olmuşdur. O, birinci dəfədir ki, yol-nəqliyyat hadisəsi törətmişdir. Törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X6 məhkəmə iclasında göstərdi ki, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır və pensiyaçıdır. Elxan Mircəfərov onun oğlu olmaqla onunla birlikdə yaşadığı ünvanda qeydiyyatda olmasına baxmayaraq ailəsi ilə birlikdə “5 sotlar” yaşayış massivində yaşayır. Oğlunun 2 uşağı vardır və o, Şabran şəhəri Rabitə qovşağında sürücü işləməklə ailəsini dolandırmışdır. xx xxxxxxx 2020-ci il tarixdə oğlu Elxan işdən çıxaraq onun yaşadığı evə gəlmişdir. Elxan bir neçə saat onların evində olduqdan sonra saat 20 radələrində evinə getmək üçün onunla birlikdə küçəyə çıxmışdır. Həmin vaxt Elxanı yaşadığı evə yola salmaq üçün sonuncu ilə gəzə-gəzə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə Qulam Qasımov küçələrinin kəsişməsinə çatmışlar. Elxan yolun solunda təxminən ondan 10 metr irəlidə gedərkən yolun sağ tərəfində “Jiquli” markalı tanımadığı bir taksi avtomobilini dayandığını görüb və avtomobillə evinə getmək üçün yolun digər tərəfinə keçmək məqsədilə səkidən düşərək yolu yavaş addımlarla keçməyə başlamışdır. Yolun təxminən ortasında şəhər avtovağzalı istiqamətindən gələn “Opel- Zafira” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili qəflətən yolu keçən oğlu Elxanı vuraraq yerə çırpmışdır. Avtomobil dayandıqdan sonra adı sonradan ona məlum olmuş sürücü Əbdulhəşim adlı şəxs və yanında olan sərnişin maşından yerə düşmüşlər. Yolu keçərək yerdə uzanmış oğluna yaxınlaşdıqda onun bədəninin qan içində olmasını görmüşdür. Bundan başqa tanımadığı şəxslər də köməyə gələrək birlikdə köməkləşib və oğlunu onu vurmuş həmin maşının arxa oturacağına qoymuşlar. Avtomobilə oturaraq oğlu Elxanı Şabran rayon xəstəxanasına aparmış və xəstəxanada Elxana ilkin yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən Respublika xəstəxanasına aparılmışdır. xx xxxxxx 2020-ci il tarixdə oğlu Elxan həmin müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində ölmüşdür. Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir tələbi və şikayəti yoxdur. İş üzrə şahid qismində dindirmiş Şahid1 göstərmişdir ki, ünvan 5 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 6irlikdə yaşayır və təxminən 2008-ci ildən Şabran rayon Telekommunikasiya qovşağında elektromontyor işləyir. Əmisi oğlu Elxan Mircəfərov da onunla birlikdə Şabran rayon Telekommunikasiya qovşağında sürücü işləmiş və iş yerində müsbət xarakterizə olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olduğu zaman qohumu Elşad adlı şəxs ona zəng edərək əmisi oğlu X17 şəhəri M.Ə.Rəsulzadə küçəsində yolu keçmək istəyərkən avtomobil vurduğunu və hazırda da Şabran şəhər xəstəxanasında olmasını dedikdən sonra dərhal həmin xəstəxanaya getmişdir. Xəstəxanada Şabran şəhər sakini Əbdulhəşim adlı şəxsin idarə etdiyi özünə məxsus “Opel-Zafira” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər avtovağzalı istiqamətindən şəhərin çıxışına doğru hərəkətdə olarkən həmin küçədə yerləşən “Sünbül” kafesinin qarşısında əmisi oğlu Elxanı vurması ona məlum olmuşdur. Şabran rayon xəstəxanasında əmisi oğlu Elxana tibbi yardım göstərildikdən sonra ertəsi gün Bakı şəhərində yerləşən Respublika xəstəxanasına aparılmışdır. Həmin xəstəxanada təxminən 2 həftə lazım olan bütün yardımlar göstərilməsinə baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə əmisi oğlu Elxan Mircəfərovun xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Əbdulhəşim oğlu göstərdi ki, Şabran şəhəri Ş.Qurbanov küçəsi nömrəsiz evdə yaşayır və heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs onun atasıdır və onun “Opel-Zafira” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olduğu zaman atası ona zəng edərək idarə etdiyi maşınla adam vurduğunu və hazırda xəstəxanada olduğunu ona dedikdən sonra Şabran rayon xəstəxanasına getmişdir. Xəstəxanada atası Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus “Opel-Zafira” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər avtovağzalı istiqamətindən şəhərin çıxışına doğru hərəkətdə olarkən həmin küçədə yerləşən “Sünbül” kafesinin qarşısında adı sonradan ona məlum olmuş Şabran şəhər sakini Elxan Mircəfərovu vurması, atasının xəstəni dərhal rayon mərkəzi xəstəxanasına aparması ona məlum olmuşdur. Elxana tibbi yardım göstərildikdən sonra ertəsi gün Bakı şhərində yerləşən Respublika xəstəxanasına aparılmışdır. Həmin xəstəxanada ona lazım olan bütün yardımlar göstərilməsinə baxmayaraq Elxan Mircəfərov xx xxxxxx 2020-ci il tarixdə xəstəxanada ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, ünvan 8 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olduğu zaman qardaşı Ramizin qızı Sevda ona zəng edərək Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yolu keçmək istəyən qardaşı Elxan Mircəfərovu avtomobil vurduğunu və hazırda onun Şabran şəhər xəstəxanasında olması barədə ona məlumat verdikdən sonra dərhal həmin xəstəxanaya getmişdir. Xəstəxanada Şabran şəhər sakini Əbdulhəşim adlı şəxsin idarə etdiyi özünə məxsus “Opel-Zafira” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər avtovağzalı istiqamətindən şəhərin çıxışına doğru hərəkətdə olarkən həmin küçədə yerləşən “Sünbül” kafesinin qarşısında qardaşı oğlu Elxanı vurması və sonra isə Elxanı idarə etdiyi avtomobillə Şabran rayon xəstəxanasına gətirməsi ona məlum olmuşdur. Avtomobil Elxanı vurarkən qardaşı Ramiz də orada olmuş və Elxanı xəstəxanaya gətirilməsində köməklik etmişdir. Şabran rayon xəstəxanasında Elxana tibbi yardım göstərdikdən sonra ertəsi gün onu Bakı şəhərində yerləşən Respublika xəstəxanasına aparmışlar. Həmin xəstəxanada təxminən 2 həftə lazım olan bütün yardımlar göstərilməsinə baxmayaraq qardaşı oğlu Elxan Mircəfərov xx xxxxxx 2020-ci il tarixdə xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxslə barışıblar, ona qarşı heç bir tələb və şikayətləri yoxdur. xx xxxxxxx 2020-ci il tarixdə hadisə yerinə keçirilmiş baxış protokoluna əsasən yolnəqliyyat hadisəsinin Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə şəhərin Q.Qasımov küçələrinin kəsişməsində yerləşən “Sünbül” kafesinin qarşısında “Opel-Zafira” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkət zolağında baş verməsi müəyyən olunmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-avtotexniki ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 8/2263 saylı rəyindən görünür ki, “Opel-Zafira” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə baş verən yerdə nəqliyyat vasitəsi icazə veriləndən artıq surətlə hərəkətdə olmadığından qeyd olunan sual üzrə tədqiqat aparmaq mümkün deyildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibb ekspetizasının xx xxxxxx 2020-ci il tarixli 67/MEŞ saylı rəyinə əsasən Şabran şəhər sakini X7 məhkəmə-tibb ekspertizasında baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, sol gicgah sümüyü piramidasının xətti sınığı, sol gicgah nahiyəsinin yumşaq toxumasının iç səthinə qansızma, sol qulaq seyvanının şişkinliyiqançırı, alnın, burun yanağın sıyrıqları, sol almacıq qövsünün və əng sümüyünün basılmış sınıqları, sağ aşağı ətrafın geniş ölçüdə qançırları, hematoması və sağ baldır sümüklərinin yuxarı 1/3-nin açıq sınıqları, sağ baldırın əzilmiş-deşilmiş yaraları, sol qalça qanadı nahiyəsinin, sol dizin sıyrılmış yaraları, sol dirsək və sağ əlin sıyrıqları, sol aşıq-baldır oynağı nahiyəsinin hematoması, qançırı, sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X7 ölümünün bilavasitə səbəbi başın və sağ aşağı ətrafın ağır küt travması ilə əlaqədar baş beyinə, qişaları altına və mədəciklərinə postravmatik qansızma, sol gicgah piramidasının sınığı olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə saat 06:10-da Ak. M.Ə.Mirqasımov adına RKX-da baş vermişdir. Şabran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinin müdiri X2 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli arayışda X7 xəstəxanaya daxil olarkən ağızından “alkoqol” iyi gəldiyi qeyd edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli «Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən” alkotest arayışından görünür ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl spirtli içki qəbul etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AC 244397 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən xx.xx.2028-ci ilə kimi sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 735 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, Ş.Qurbanov küçəsində ailə üzvləri – arvadı X10, uşaqları – Şahid2 Əbdulhəşim oğlu və X3, gəlini X9, nəvələri – X13 və X14 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 737 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 notarial qaydada təsdiq edilmiş xx xxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, məhkəmə-tibb və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, iş üzrə ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmçinin onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzastında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza növü və həddi təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə və nəqliyyat vəsitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən təyin edilmiş cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, onun barəsində istintaq orqanı tərəfindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məsədəuyğun hesab edir. İş üzrə 100 (bir yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Opel-Zafira” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Opel-Zafira” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №1(031)-17/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-17/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver