Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-2/2022 14.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlər ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 01 aprel 1967 il tarixdə Quba rayonu Zərdabi qəsəbəsində doğulmuş, ailəli, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, həbs olunana qədər ünvan 2nvanda yaşayan, Şabran rayon məhkəməsinin 27.12.2002-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən 14.08.2021-ci il tarixdən həbsdə olan X4 Azərbaycan Respublikası CM-nin 304.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 ibtidai istintaq orqanı tərəfindən ittiham olunur ona görə ki, o, Quba rayon məhkəməsinin 05.05.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 5 il, Xaçmaz rayon məhkəməsinin 31.01.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 9 il, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 22.05.1997-ci il tarixli hökmü ilə AR CM-nin (köhnə redaksiyada) 185-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 1 il 6 ay, cəzaları əhatə etmə yolu ilə qəti olaraq 7 il 4 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla Bakı şəhəri, Xətai rayon məhkəməsinin 27.10.2000-ci il tarixli qərarına əsasən cəzasının qalan hissəsini çəkməkdən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dəvəçi (Şabran) rayonu ərazisində yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsinə baxmayaraq, islah olunmamış, 12.01.2002-ci il tarixdə saat 08 radələrində cəza çəkməkdən boyun qaçırmaq niyyəti ilə cəza çəkdiyi müəssisəni və müəssisənin yerləşdiyi Dəvəçi (Şabran) rayonunun ərazisini tərk edərək istintaqla müəyyən edilməmiş istiqamətdə getmiş, bununla da azadlıqdan məhrum etmə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs X6 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 4 ünvanda anası Gülxarə, arvadı Mahirə və qızı Fatimə ilə birlikdə yaşamışdır. 1946-cı ildə ailəsi, yəni atası və anası İran İslam Respublikasından köç edərək Azərbaycan Respublikasına gəlmişlər. X14 kənd təsərrüfatı institunu bitirmiş, təyinatını Quba rayonuna verdikləri üçün orada yaşamışlar. 14.03.1967-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində (köhnə 12 nömrəli Sovxoz ərazisi) anadan olmuş, lakin doğum haqqında aktda doğum tarixi 01.04.1967-ci il tarix göstərilmişdir. Orta məktəbi Quba rayonunda 8-ci sinfə qədər oxumuş, daha sonra isə Sumqayıt şəhərində yerləşən texnikumu 2 il oxusa da təhsilini başa çatdıra bilməmişdir. Quba rayon məhkəməsinin 05.05.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 5 il, Xaçmaz rayon məhkəməsinin 31.01.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 9 il, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 22.05.1997-ci il tarixli hökmü ilə AR CM-nin (köhnə redaksiyada) 185-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 1 il 6 ay, cəzaları əhatə etmə yolu ilə qəti olaraq 7 il 4 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla Bakı şəhəri, Xətai rayon məhkəməsinin 27.10.2000-ci il tarixli qərarına əsasən cəzasının qalan hissəsini çəkməkdən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dəvəçi (Şabran) rayonu ərazisində yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Həmin müəssisədə hər zaman özünü intizamlı aparmağa çalışmışdır. İntizamlı olduğu üçün müəssisə rəhbərliyi tərəfindən bir neçə dəfə evə buraxılmışdır. 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra, yəni 2001-ci ildə Şahid2 ilə ailə həyatı qurmuş, 2002-ci ilin aprel ayında bir övladları olmuşdur. Yeni ailə həyatı qurduğu və həmin vaxtı cavan olduğu üçün ailəsi üçün çox darıxmış, 12.01.2002-ci il tarixdə səhər saat 08 radələrində cəza çəkdiyi Şabran rayonunda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən qaçaraq piyada Xaçmaz rayonuna gedib çıxmış, Xaçmaz rayonundan avtobusla yaşadığı Quba rayonuna getmişdir. Həmin vaxt ailəsi Bakı şəhəri, Sabunçu rayonununda kirayədə yaşamışdır. Bu səbəbdən Quba rayonundan avtobusla Bakı şəhəri, Sabunçu rayonuna ailəsinin yaşadığı evə getmişdir. Bundan sonra müxtəlif yerlərdə tikintidə fəhləlik edərək ailəsini dolandırmışdır. Sonradan, yəni 2003-cü ildə tanışı Samir ona Yaşar adlı şəxsin öz evinə gözətçi axtardığını bildirmiş, ev sahibi ilə görüşərək onun təklifini qəbul etmişdir. Həmin vaxtdan tutulana qədər göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin evin həyətində bağbanlıq və gözətçilik edərək, eləcə də müxtəlif yerlərdə fəhləlik edərək ailəsini dolandırmışdır. 2020-ci ildə Valeh adlı maşın alverçisindən 2200 manata “VAZ OKA” markalı **-DN-*** dövlət nömrə nişanlı avtomobil almışdır. Avtomobili aldığı zaman həmin maşının oğurluq olduğunu bilməmiş, Valeh maşının sənədlərinin itdiyini bildirmişdir. Axtarışda olduğu üçün həmin sənədlərin bərpası üçün cəhd etməmişdir. 14.08.2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək bildirmişlər ki, idarə etdiyi avtomobil axtarışdadır və bununla bağlı polis bölməsinə getməlidir. Polis bölməsində özünün də axtarışda olduğu polis əməkdaşlarına məlum olmuşdur. 12.01.2002-ci il tarixdə cəza çəkdiyi 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən qaçdığı barədə yalnız arvadı Mahirəyə məlumat vermişdir. Cəza çəkdiyi 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən qaçdığı zaman müəssisədə onun qaçmağına şərait yaradan, eləcə də onunla birlikdə müəssisəni tərk edən olmamışdır. Yuxarıda qeyd etdiyi kimi 2001-ci ildə ailə qurmuş, həmin nikahdan bir övladı var. Ailəyə ondan başqa baxan olmamış və bu səbəbdən də cəzaçəkmə müəssisəsindən qaçdıqdan sonra təslim olmamış və yenidən cəzaçəkmə müəssisəsinə qayıtmamışdır. Törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 1989-cu ildən 2015ci ilə kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində müxtəlif vəzifələrdə, o cümlədən, növbə rəisi üzrə rəisin köməkçisi vəzifəsində işləmişdir. Hazırda təqaüdçüdür. 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində təsərrüfat zonaları vardır. Məhkumlar təsərrüfat zonalarında müxtəlif işlərə cəlb edilirmişlər. 12.01.2002-ci il tarixdə saat 09:00-da növbəyə daxil olduğu zaman məhkumların düzülüşü vaxtı məhkum X4 cəzaçəkmə müəssisəndə olmadığı müəyyən edilmişdir. Əraziyə və digər postlara baxdıqları zaman Mirhəsənin ərazidə olmadığı bir daha dəqiqləşdirilmiş, bu barədə müvafiq akt tərtib edilməklə rəhbərliyə raportla müraciət edilmişdir. Ondan sonra X6 barəsində axtarış işi açılmış və müvafiq sənədlər Şabran (Dəvəçi) rayon prokurorluğuna göndərilmişdir. İşlədiyi dövr ərzində X6 özü cəzaçəkmə müəssisəsinə könüllü olaraq qayıtmamış, nə də ki, onun yerini müəyyən etmək mümkün olmamışdır. Bildiyinə görə Mirhəsən 14.08.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. Hesab edir ki, X6 elə 12.01.2002-ci ildə səhər saatlarında cəzaçəkmə müəssisəndən qaçmış, sonuncuya cəzaçəkmə müəssisəndən qaçmasına köməklik edən olmamış, kiməsə qarşı zor tətbiq etməmiş və zor tətbiq etməklə hədələməmişdir. X6 tək gizli olaraq cəzaçəkmə müəssisəndən qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, 1992-ci ildən 2011ci ilə kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində nəzarətçi və baş nəzarətçi vəzifəsində işləmişdir. Hazırda təqaüdçüdür. 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində təsərrüfat zonaları vardır. Məhkumlar təsərrüfat zonalarında müxtəlif işlərə cəlb edilirmişlər. 12.01.2002-ci il tarixdə saat 09:00da növbəyə daxil olduğu zaman məhkumların düzülüşü vaxtı məhkum X4 cəzaçəkmə müəssisəndə olmadığı müəyyən edilmişdir. Əraziyə və digər postlara baxdıqları zaman Mirhəsənin ərazidə olmadığı bir daha dəqiqləşdirilmiş, bu barədə müvafiq akt tərtib edilməklə rəhbərliyə raportla müraciət edilmişdir. Ondan sonra X6 barəsində axtarış işi açılmış və müvafiq sənədlər Şabran (Dəvəçi) rayon prokurorluğuna göndərilmişdir. İşlədiyi dövr ərzində X6 özü cəzaçəkmə müəssisəsinə könüllü olaraq qayıtmamış, nə də ki, onun yerini müəyyən etmək mümkün olmamışdır. Bildiyinə görə Mirhəsən 14.08.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. Hesab edir ki, X6 elə 12.01.2002-ci ildə səhər saatlarında cəzaçəkmə müəssisəndən qaçmış, cəzaçəkmə müəssisəndən qaçmasına köməklik edən olmamış, həmçinin X2 qarşı zor tətbiq etməmiş və zor tətbiq etməklə hədələməmiş, tək, gizli olaraq cəzaçəkmə müəssisəndən qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Ədliyyə Nazirliyi 3 saylı məntəqə cəzaçəkmə müəssisəsinin nəzarətçisi Şahid3 iş üzrə şahidlər – Şahid4 və Şahid1 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, ünvan 4 ünvanda əri Mirhəsən, qızı Fatimə və qaynanası Gülxarə ilə birlikdə yaşamışdır. 2000-ci ildə Haşimimüqəddəm Mirhəsənlə təsadüfən tanış olaraq onunla evlənmişdir. Rəsmi nikahları yoxdur. 2001-ci ildə Fatimə adlı qız övladları dünyaya gəlmişdir. X11 əvvəllər oğurluq əməlinə görə dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə 22.05.1997-ci ildə Bakı şəhəri Qardağ rayon məhkəməsinin hökmü ilə 7 il 4 ay 20 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq cəza çəkmək üçün 10 saylı cəzaçəkmə müəssisəsinə, daha sonra Dəvəçi rayonundakı 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmişdir. 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra o, Dəvəçi (Şabran) rayonuna gələrək onunla bir neçə dəfə görüşmüşdür. Sonuncu dəfə, yəni 2001-ci ildə qızı ilə birlikdə onun görüşünə gəlmişdir. Həmin vaxtı Sabunçu rayonunda kirayəyə götürdüyü evdə yaşayırdı. 12.01.2002-ci il tarixdə əri Mirhəsən cəzaçəkdiyi 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən qaçaraq Sabunçu rayonunda yaşadıqları evə gəlmişdir. Mirhəsəndən necə gəldiyini soruşduqda sonuncu, cəza çəkdiyi 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən qaçdığını, övladı və onun üçün darıxdığını, onları təkbəşına qoya bilməyəcəyini bildirmişdir. Mirhəsən müxtəlif yerlərdə fəhləlik edərək ailəsini dolandırmışdır. 2003-cü ildə Mərhəsənin Yaşar adlı şəxsin dəvəti ilə onun evinə həyətyanı sahəsinə baxmaq üçün ünvan 4 ünvanda yerləşən evə köçmüşlər. Həmin vaxtdan da, Mirhəsən həm o evin həyət işlərini görərək, həm də müxtəlif yerlərdə fəhləlik edərək ailəsini dolandırmışdır. X6 həmin dövrdə heç bir cinayət və inzibati pozuntu etməmiş, yalnız ailəsini dolandırmaq üçün çalışmışdır. 2020-ci ildə Valeh adlı maşın alverçisindən 2200 manata “VAZ OKA” markalı **-DN-*** dövlət nömrə nişanlı avtomobil almışdır. 14.08.2021-ci il tarixdə yaşadıqları evə polis əməkdaşları gələrək bildirmişlər ki, Mirhəsənin idarə etdiyi avtomobil axtarışdadır və bununla bağlı polis bölməsinə getməlidir. Polis bölməsində Mirhəsənin axtarışda olduğu məlum olmuşdur. Cinayət işi materiallarında olan Şabran rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 7(031)-39/2021 saylı qərarından görünür ki, X3 rayon xalq məhkəməsinin 1995-ci il tarixli hökmü ilə həmin dövrdə qüvvədə olmuş CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş əməli hazırda qüvvədə olan CM-nin 177.2.3-cü maddəsinə tövsüf edilmiş və ona həmin maddələrlə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, X1 rayon xalq məhkəməsinin 1997-ci il tarixli hökmü ilə həmin dövrdə qüvvədə olmuş CM-nin 185-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilindiyi əməli hazırda qüvvədə olan CM-nin 304.1-ci maddəsinə tövsüf edilmiş və həmin maddə ilə ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, həmin hökmlə tətbiq edilmiş CM-nin 38-ci maddəsinə (köhnə redaksiyada) əsasən ona Xaçmaz rayon xalq məhkəməsinin 1995-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə birləşdirilib üzərində 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin Məcəllənin 39-cu maddəsinə (köhnə redaksiyada) əsasən X5 Quba rayon xalq məhkəməsinin 1992-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilib qəti olaraq ona 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırda qüvvədə olan AR CM-nin 69-cu maddəsinə əsasən X4 Xaçmaz rayon xalq məhkəməsinin 1995-ci il tarixli hökmü ilə 1994-cü ilin oktyabr ayının 12-dən 1997-ci ilin aprel ayının 15-nə kimi çəkmiş olduğu 2 il 6 ay 3 gün azadlıqdan məhrum etmə cəzası və 1997-ci il aprel ayının 15-dən həmin ilin may ayının 22-nə kimi ibtidai həbsdə olduğu 01 ay 07 gün, cəmi 02 il 07 ay 10 gün cəzasından çıxılaraq üzərində 03 il 04 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin cəzanın əvvəlinin 22.05.1997-ci il tarixdən hesablaması nəzərə alınmaqla qeyd olunan cəza 12.10.2000-ci ildən çəkilmiş hesab edilmiş, qalan hissədə qeyd olunan hökmlər dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli tələbnamədən və işdə olan digər sənədlərdən müəyyən olunur ki, X6 məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarında olan Bakı Qarnizonu Mənziil İstismar hissəsi 9№-li MİS-si tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli 410 saylı arayışdan görünür ki, Şahid2 ünvan 5 ünvanda ailə üzvləri – qızı X10, əri X6 ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Bakı Qarnizonu Mənziil İstismar hissəsi 9№-li MİS-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X6 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Dəvəçi rayon məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs X4 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti tutulduğu vaxtdan 02 ay həddində müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Dəvəçi rayon prokurorunun 27 dekabr 2002-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarına əsasən 29403 nömrəli cinayət işi üzrə icraat X6 tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır. Cinayət işi materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 14 avqust 2021-ci il tarixli protokola əsasən AR-nın CM-nin 304.1-ci maddəsi ilə təqsirli bilinərək axtarışda olan 14.03.1967-ci il təvəllüdlü Quba rayonu, Zərdab qəsəbəsində anadan olmuş, barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı MTCÇM-nin 27.01.2002-ci il tarixli 43013/02 saylı axtarış işi açılmış, X6 14.08.2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən yaşadığı evinin qarşısında saxlanılaraq Binəqədi RPİnin 6-cı PB-nə gətirilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 01.09.2021-ci il tarixli 4(105)-115/2021 saylı qərarına əsasən təqsirləndirilən şəxs X4 müdafiəçisi X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası CM-nin 304.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X6 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Şabran rayon məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 304.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri və iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 304.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona təyin olunmuş cəzanın 12.10.2000-ci ildən çəkilmiş hesab edilməsi ilə əlaqədar hazırda ona törədilməsi istinad olunan cinayət əməlinin öz aktuallığını itirməsini və törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən təqsirləndirilən şəxs X4 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X6 Azərbaycan Respublikası CM-nin 304.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azadlığa buraxılsın. X4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-2/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-2/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver