Məhkəmə qərarları › İş №1(031)-2/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-2/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-2/2024 06.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X31 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 Etibar oğlunun və onun müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Etibar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1968-ci il tarixdə Dəvəçi rayonunun Şahnəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 Etibar oğlu cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən qurmuş olduğu plana əsasən cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2021-ci ilin may ayında istintaqa məlum olmayan gündə Şabran rayonu Şahnəzərli kəndində yaşayan Zərərçəkmiş şəxs4 ilə Bakı-Xaçmaz magistral yolunun Şabran şəhərindən keçən hissəsində körpünün altında görüşüb sonuncunun aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməli olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin edəcəyi vədi ilə özü barəsində Zərərçəkmiş şəxs4 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 700 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını sonuncuya bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin tarixdə 700 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 məxsus 700 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs4 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Şabran rayonu Şahnəzərli kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən qurmuş olduqları plana əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayında istintaqa məlum olmayan gündə cinayətdən xəbərsiz Şahid2 vasitəsilə tanış olduğu Şabran rayonu Gəndob kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə Gəndob kəndində görüşüb sonuncunun aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməli olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün onun vasitəsilə köməklik edəcəyini və Zərərçəkmiş şəxs1 yenidən təqaüd verilməsini təmin edəcəyi vədi ilə özü və onun barəsində Zərərçəkmiş şəxs1 formalaşdırdığı inam və etibardan suiistifadə edərək 4000 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını sonuncuya bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan suiistifadə edərək həmin tarixdə 4000 manat məbləğində pul vəsaitini alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında özü və Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 məxsus 4000 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs1 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bunda başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Şabran rayonu Şahnəzərli kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən qurmuş olduqları plana əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs1 2021-ci ilin sentyabr ayında istintaqa məlum olmayan gündə cinayətdən xəbərsiz Şahid2 vasitəsilə tanış olduğu Şabran rayonu Gəndob kəndində yaşayan cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 ilə Gəndob kəndində görüşüb sonuncuya qohumu Zərərçəkmiş şəxs3 aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməli olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün onun vasitəsilə köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin edəcəyi vədi ilə özü və onun barəsində Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs3 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 4000 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin tarixdə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 vermiş olduğu 4000 manat məbləğində pul vəsaitini alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs1 vasitəsilə almış olduqları Zərərçəkmiş şəxs3 məxsus 4000 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs3 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bunda başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Şabran rayonu Şahnəzərli kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən qurmuş olduqları plana əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs1 2021-ci ilin sentyabr ayında istintaqa məlum olmayan gündə cinayətdən xəbərsiz Şahid2 vasitəsilə tanış olduğu Şabran rayonu Gəndob kəndində yaşayan cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 ilə Gəndob kəndində görüşüb sonuncuya bacısı Zərərçəkmiş şəxs2 aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməli olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün onun vasitəsilə köməklik edəcəyini, ona yenidən təqaüd verilməsini təmin edəcəyi vədi ilə özü və onun barəsində Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 4000 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin tarixdə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 vermiş olduğu 4000 manat məbləğində pul vəsaitini alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs1 vasitəsilə almış olduqları Zərərçəkmiş şəxs2 məxsus 4000 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs3 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bunda başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Şabran rayonu Şahnəzərli kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən qurmuş olduqları plana əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs1 2021-ci ilin sentyabr ayında istintaqa məlum olmayan gündə cinayətdən xəbərsiz Şahid2 vasitəsilə tanış olduğu Şabran rayonu Gəndob kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə Gəndob kəndində görüşüb sonuncunun ona “Rəna” adlı tanışının təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməsinə, habelə yenidən təqaüd verilməsinə köməklik etməsini xahiş edib məsələnin həlli üçün lazım olan pulu özünün verəcəyini bildirdikdən sonra o, “Rəna” adlı şəxsin aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməsinin zəruri olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün onun vasitəsilə köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin edəcəyi vədi ilə özü və onun barəsində Zərərçəkmiş şəxs1 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 3900 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin tarixdə Zərərçəkmiş şəxs1 vermiş olduğu 3900 manat məbləğində pul vəsaitini alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs1 vasitəsilə almış olduqları 3900 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs1 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən qurmuş olduğu plana əsasən cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2022-ci ilin fevral ayında istintaqa məlum olmayan gündə Şabran rayonu Aygünlü kəndində yaşayan Zərərçəkmiş şəxs5 ilə Şabran şəhəri 3 sotlar adlanan ərazidə görüşüb sonuncunun aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməli olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin edəcəyi vədi ilə özü barəsində Zərərçəkmiş şəxs5 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 6800 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını sonuncuya bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin tarixdə əvvəlcə 800 manat, daha sonra 2022-ci ilin fevral-aprel ayları ərzində Şabran rayonu Aygünlü kəndində 1000 manat, habelə Şabran şəhər mərkəzində isə 2000 manat və 3000 manat olmaqla ümumilikdə 6800 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs5 məxsus 6800 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən qurmuş olduqları plana əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2021-ci ilin avqust ayında istintaqa məlum olmayan gündə cinayətdən xəbərsiz X7 vasitəsilə tanış olduğu Şabran rayonu Gəndob kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə Gəndob kəndində görüşüb sonuncunun aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməli olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin edəcəyini bildirib özü və Təqsirləndirilən şəxs2 barəsində Zərərçəkmiş şəxs1 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 4000 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını sonuncuya bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin tarixdə 4000 manat məbləğində pul vəsaitini alıb qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 məxsus 4000 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs1 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bunda başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən qurmuş olduqları plana əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2021-ci ilin sentyabr ayında istintaqa məlum olayan gündə cinayətdən xəbərsiz X8 vasitəsilə tanış olduğu Şabran rayonu Gəndob kəndində yaşayan cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 ilə Gəndob kəndində görüşüb sonuncuya qohumu Zərərçəkmiş şəxs3 aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməli olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin edəcəyini bildirib özü və Təqsirləndirilən şəxs2 barəsində Zərərçəkmiş şəxs1 vasitəsilə Günya Günəşovada formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 4000 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin tarixdə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 vermiş olduğu 4000 manat məbləğində pul vəsaitini alıb qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs1 vasitəsilə almış olduqları Zərərçəkmiş şəxs3 məxsus 4000 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs3 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bunda başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən qurmuş olduqları plana əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2021-ci ilin sentyabr ayında istintaqa məlum olmayan gündə cinayətdən xəbərsiz Şahid2 vasitəsilə tanış olduğu Şabran rayonu Gəndob kəndində yaşayan cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 ilə Gəndob kəndində görüşüb sonuncuya bacısı Zərərçəkmiş şəxs2 aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməli olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin edəcəyini bildirib özü və Təqsirləndirilən şəxs2 barəsində Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 4000 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin tarixdə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 vermiş olduğu 4000 manat məbləğində pul vəsaitini alıb qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs1 vasitəsilə almış olduqları Zərərçəkmiş şəxs2 məxsus 4000 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs3 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Bunda başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən qurmuş olduqları plana əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2021-ci ilin sentyabr ayında istintaqa məlum olayan gündə cinayətdən xəbərsiz Şahid2 Nəim oğlunun vasitəsilə tanış olduğu Şabran rayonu Gəndob kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə Gəndob kəndində görüşüb sonuncunun ona “Rəna” adlı tanışının təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməsinə, habelə yenidən təqaüd verilməsinə köməklik etməsini xahiş edib məsələnin həlli üçün lazım olan pulu özünün verəcəyini bildirdikdən sonra o, “Rəna” adlı şəxsin aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməsinin zəruri olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin edəcəyini bildirib özü və Təqsirləndirilən şəxs2 barəsində Zərərçəkmiş şəxs1 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 3900 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin tarixdə Zərərçəkmiş şəxs1 vermiş olduğu 3900 manat məbləğində pul vəsaitini alıb qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs1 vasitəsilə almış olduqları 3900 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs1 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 Etibar oğlu ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun üstünə şər atır. Təqsirləndirilən şəxs1 özü ağsaqqalı aldadıb ondan 20000 manat pul almışdır, sonra onu Elçin kimi Qürbət müəllimə təqdim etmiş, onu Qubaya aparmış, orada Qürbət müəllim ilə görüşmüş, görüşdüyü zaman Rəhman Qürbət müəllimə demişdir ki, 18000 manat pulu buna vermişəm, o da həmin vaxt gülmüş, Rəhman ona göz-qaş eləmişdir ki, de ki, almışdır. Qürbətdən ayrılandan sonra o, Rəhmana 18000 manat pul nə deməkdir soruşduqda Rəhman ona gəlinini əməliyyat elətdirdiyi üçün pulları ora xərclədiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 təqaüdünü bərpa etmək üçün pul almışdır. İbtidai istintaq zamanı da verdiyi izahatında bunu qeyd etmişdir. Hazırda zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və himayəsində iki az yaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Bundan əlavə dövlət ittihamçı Dövlət ittihamçısı suallarına cavab olaraq ancaq Nəsibə xanımdan pul aldığını, başqa şəxslərdən pul almadığını, Rəhmanın onu Qürbətlə üzləşdirdiyini, ona adını Elçin kimi təqdim etdiyini, Nəsibədən aldığı pulu xərclədiyini, Nəsibəyə yalandan ona pensiyasını düzəldəcəyini dediyini, hamısı birlikdə olanda Qürbət soruşanda Rəhmanın ona pul verdiyini dediyini, lakin 3500 manat puldan söhbət getmədiyini, çox adamlar üçün onlayn sənəd vurduğunu, Qürbətin onunla görüşdüyü zaman Rəhmanın ona 3500 manat verdiyini deməsini bildirməsinin düzgün olmadığını, Müdafiəçi1 suallarına cavab olaraq Rəhmanla çox görüşdüyünü, sənədləri onun üçün onlayn vurduğunu, lakin Rəhmanın gətirdiyi sənədlər üçün ona pul verdiyini, Müdafiəçi2 suallarına cavab olaraq komissiyada olmadığını, Rəhmanın yalan dediyini, Qürbətlə görüşəndə Rəhmanın ona 18500 manat məbləğində pul verdiyini dediyini, onun da bunu inkar etmədiyini, sənədləri başqa adama onlayn vurdurduğunu, sədrlik edənin suallarına cavab olaraq isə Ağsu Rayon Məhkəməsində bir işinin olduğunu və həmin işə xitam verildiyini, Nəsibədən 6800 manat pul aldığını, başqa şəxslərdən pul almadığını, Qürbət və Rəhmanla maşında oturub söhbət etdikləri zaman adam başına 3500 manat aldığını dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə onun pensiyası kəsilmişdi və o, həkim komissiyasından keçmək məqsədilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına getmişdi. Orada Təqsirləndirilən şəxs2la tanış olmuş, Eldəniz bu məsələdə ona köməklik edə biləcəyini bildirmiş, o, ona lazım olan sənədləri və pul vermişdi. Qürbət onun yaxın qonşusu və kəndçisidir. O, dəlləkdə olarkən bu barədə söhbət açılmış, ondan pensiyamı düzəldə bilib-bilmədiyimi soruşmuşlar, o da orada olan şəxslərə olanların hamısını danışmışdı. Həmin vaxt Qürbət ondan onun üçündə pensiyasının düzəldilməsində ona köməklik etməsini istəyib, o da Qürbətə köməklik etməyə razı olub. Həmin vaxt Eldənizə zəng edib və Eldəniz də ona demişdir ki, pullarını al düzəldim. Bu şəxslərin pulu onun cibində 15 (on beş) dəqiqə qalmışdır. O, özü də Eldənizə inanıb və Eldəniz onu da aldadıb. Hazırda zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq 500 manata Eldənizlə sənəd düzəltdiklərini, Eldənizin özünü ona Elçin müəllim kimi təqdim etdiyini, aldığı pulları Eldənizə verdiyini, ancaq həmin pulları tutulmaması üçün qaytarmalı olduğunu, evini satıb pulları qaytaracağını, Müdafiəçi2 suallarına cavab olaraq iki nəfər şahidinin olduğunu, həmin şahidlərin MəmmədŞahid1 və Şahid3 olduqlarını, "Su səsi" kafesində işlədiyini, şahidlərinin birinin Su səsi" kafesində kababçı, digərinin isə aşbaz işlədiyini, Eldənizə pulu onların yanında verdiyini, Eldənizin "Su səsi" kafesinə gəlib yemək yedikdən sonra pulları ondan götürüb çıxıb getdiyini, sədrlik edənin suallarına cavab olaraq pulu Qürbətdən aldığını, Qürbətdən cəmi 15900 manat pul aldığını, zərər çəkmiş şəxslərin özlərinin ona pul vermədilklərini, pulların hamısını ona Qürbətin verdiyini, Qürbətdən 4000 manat bir, Günaydan 4000 manat bir, Təranədən 3500 manat bir, Rənadan da 4000 manat pul aldığını, 15900 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini, Ruhiyyənin onun baldızı olduğunu, Eldənizi onunla Ruhiyyənin tanış etdiyini və Ruhiyyənin ondan əvvəl Eldənizə pul verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törədiblər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, İİ qrup əlilliyə görə hər ay 1100 manat təqaüd alır. 2021-ci ilin iyul ayında təqaüdünü almaq üçün yenidən həkim komissiyasından keçməli olub. 2021-ci ilin iyul və avqust aylarında Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına getsə də həkim komissiyasından keçə bilməyib. 2021-ci ilin sentyabr ayında onunla eyni kənddə yaşayan qohumu Asəm adlı şəxs ona təqaüdümün həlli yolunun tapılmasında tanışının olmasını və bu işlərdə ona köməklik edə biləcəyini bildirmişdir. O da, Asəmdən həmin adamla onu tanış etməsini istəyib. Asəm də Rəhman adlı şəxsin nömrəsini ona vermiş və o, Rəhmana zəng edərək onun mobil nömrəsinin həmkəndlisi Asəmin ona verməsini bildirərək ona qiyabi tanışlıq verib. Təxminən bir neçə gün sonra mən Rəhman adlı şəxslə yaşadığı Şabran rayonunun Gəndob kəndi ərazisində görüşüb və görüş zamanı Rəhman ona işini həll etmək üçün səhər saatlarında Bakı şəhərinə gedəcəyini bildirib. Bundan sonra o, Rəhmana onun tələb etdiyi müəyyən sənədləri verməklə ona 4000 manat məbləğində pul da verib. Daha sonra onun qohumu Zərərçəkmiş şəxs3 ondan onun da təqaüd probleminin həll edilməsini xahiş edib. O da Rəhman adlı tanışının olduğunu və onun sənədlərinin onda olmasını, Rəhman adlı şəxsə bu işin qarşılığında 4000 manat pul verdiyini bildirib. Günay ona da kömək etməsini ondan xahiş edib. O, Rəhmana zəng edərək qohumu Günayın xahişini ona çatdırıb və Rəhman ona Günayın sənədlərini eləcə də 4000 manat pulu hazır etməyimi bildirib. O da Günaydan sənədlərini və 4000 manat pul alaraq Şabran rayonunun Gəndob kəndində Rəhmanla görüşüb həmin pulu ona verib. Təxminən 15-20 gün sonra istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəyə yenidən təqaüd almağı üçün əlavə müayinəyə ehtiyac olduğu üçün yenidən təqaüd alacağından imtina edilməsi ilə bağlı SMS gəlmişdir. O da Rəhmana zəng edərək imtina SMS-nin gəlməsini bildirmiş və 02 gün sonra Rəhman həmin 4000 manat pulu ona geri qaytarmışdır. Bir həftə sonra Rəhman ona zəng edərək guya Bakı şəhərində həkimlə onun məsələsini danışaraq yoluna qoyduğunu bildirmiş və həmin sənədləri və 4000 manat pulu yenidən ona verməsini istəmişdir. O da həmin sənədləri və 4000 manat pulu Şabran rayonunun Gəndob kəndində Rəhmana yenidən verib. Bundan sonra bacısı Zərərçəkmiş şəxs2 ondan onun da təqaüd komissiyasından keçməsinə köməklik etməsini istəmişdir. O da bacısı Təranəyə Rəhman adlı tanışının olduğunu və onun bu işləri etməsi üçün ondan və Zərərçəkmiş şəxs3 müəyyən sənədlər və ümumilikdə 8000 manat pul aldığını bildirmişdir. Bunda sonra o, Rəhmanla telefon vasitəsilə danışıb bacısı Təranəyə də köməklik etməsini xahiş etmişdir. Rəhman da qarşılığında ona narahat olmamasını və eyni qaydada sənədləri və 4000 manat pul hazırlamasını ona bildirmişdir. O, təxminən bir neçə gün sonra Rəhmanla telefon vasitəsilə danışıb Şabran rayon Gəndob kəndində bacısı Təranənin sənədlərini və 4000 manat pulu Rəhmana verib. Təranənin sənədlərini düzəldən zaman onun Bakı şəhərində yaşayan tanışı Rəna adlı qadın təsadüfən onunla telefonla danışan zaman alacağı təqaüdlə bağlı yenidən həkim komissiyasından keçməli olduğunu ona bildirib gileylənməyə başlamışdır. O, Rənaya heç bir söz demədən onunla sağollaşdıqdan sonra Rəhmana yenidən zəng edərək Rəna adlı tanışının olmasını, onun yataq xəstəsi olduğunu və həkim komissiyasından keçməsində ona köməklik edib etməyəcəyini soruşub. Rəhmanda eynilə həmin qaydada Rənanın sənədlərini və 4000 manat pul verməli olduğunu ona bildirmişdir. O da Rənaya bu barədə heç bir söz demədiyimə görə onun sənədlərini ala bilməmiş və 3900 manat pulu Rəhmana vermiş. Lakin hal hazıradək nə Rəhman ona verdiyi ümumilikdə 15900 manat pulu qaytarır nə də ki, onların işlərini həll edir. Bundan əlavə Dövlət ittihamçısı suallarına cavab olaraq İV epizodda pul alıb verdiyini, özünü Elçin müəllim kimi təqdim etmiş şəxsin özünün də və adam başına 3500 manat pul aldığını boynuna aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, İİ qrup əlillik üzrə təqaüd alır. 2021-ci ilin noyabr ayında təqaüdlə bağlı tibbi komissiyadan keçməsinin vaxtı idi. Qardaşı Zərərçəkmiş şəxs1 bir nəfər şəxsin pul qarşılığında tibbi komissiyada keçmək üçün lazımı sənədləri təsdiq elətdirməsini eşidib. Qardaşı Zərərçəkmiş şəxs1 həmin adamla görüşüb onun da həkim komissiyasından keçməsi üçün lazım olan sənədləri təsdiq etdirməsini xahiş edib. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 həmin şəxslə görüşüb və sözügedən sənədlərin təsdiqlənməsi üçün 4000 manat pul lazım olduğunu ona bildirib. O da qardaşı Zərərçəkmiş şəxs1 4000 manat pul verib. Zərərçəkmiş şəxs1 həmin pulu ondan alıb sözügedən şəxsə, onun təqaüd sənədlərimi təsdiq etmək üçün verib. Həmin gündən hal hazıradək qardaşı həmin şəxsdən ondan aldığı pulları tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək qardaşı Zərərçəkmiş şəxs1 aldadıb. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 göstərmişdir ki, o, İİ qrup əlil olduğu üçün təqaüd alır. 2022-ci ilin fevral ayında ona verilən təqaüd dayandırılmışdır. O, bununla bağlı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yollanmışdır. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim komissiyasının qəbuluna girmək üçün gözləyən zaman təsadüfən Eldəniz adlı şəxslə tanış olub. Eldəniz ona təqaüdünü bərpa etmək üçün köməklik edəcəyini bildirib. Eldəniz ondan əvvəlcə ona zəng edərək guya ömürlük təqaüd düzəldəcəyini bildirib əlavə 1000 manat pul lazım olduğunu söyləyib. O, yenə Eldənizə inanaraq ona 1000 manat pul verib və beləliklə Eldənizə verdiyi pulun ümumi miqdarı 6800 manata çatıb. Bundan əlavə Müdafiəçi1 sualına cavab olaraq Eldəniz tanış olanda onun özünü Eldəniz kimi təqdimetdiyini, sədrlik edənin suallarına cavab olaraq isə Eldəniz ondan cəmi 6800 manat pul aldığını, həmin pulu Eldənizlə Xaçmaz şəhərində görüşərək ona verdiyini və Rəhmana pul vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Etibar oğlu və Təqsirləndirilən şəxs1 tanıyır. Onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Pensiya düzəltmək üçün Eldənizə pul verib, lakin bu vaxta kimi Eldəniz ona pulumu qaytarmayıb. Bundan əlavə Müdafiəçi1 suallarına cavab olaraq Xaçmaz şəhərində xəstəxanada komissiyada olduğu zaman Eldənizə rast gəldiyini və onunla tanış olduğunu, sonra Şabran şəhərində Eldənizlə görüşüb ona 700 manat pul verdiyini, Müdafiəçi2 suallarına cavab olaraq Eldənizlin xəstəxanada elə-belə geyimdə olduğunu, orada başqa adamların olduqlarını və həmin vaxt Eldənizdən onun üçün pensiya düzəltməsini istədiyini, Rəhmanla eyni vaxtda Eldənizin yanına gedib pul verdiklərini, sədrlik dənin suallarına cavab olaraq isə Şabran şəhərinin girəcəyində körpü olduğunu, orada şəhid bulağı da olduğunu, tanımadığım taksi ilə ora gəlib Eldənizə pulu orada verdiyini, Eldənizlə telefonla danışıb görüşdüklərini, Eldənizlə may ayının 4-də görüşdüklərini, taksiyə kənddən minib gəldiyini, taksi şoferinin də onu orada gözlədiyini və Eldənizə orada 700 manat pul verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. O, söhbət zamanı ona bildirmişdi ki, bir adam var pensiya düzəldir. O da mallarını satıb 4000 manat düzəldib Qürbətə verib. Qürbətin həmin pulu kimə verdiyini bilmir. Bundan əlavə Dövlət ittihamçısı suallarına cavab olaraq Qürbət pulu kimə verdiyini ona demədiyini və hazırda onun pulunun ona geri qaytarılmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, təqsirləndirilən şəxslərin hər ikisini tanıyır. O, "Su səsi" kafesində işləyir. Rəhmanla Eldəniz tez-tez həmin kafedə görüşürdülər və otaqda otururdular. Bir neçə dəfə Eldənizə gətirib ona sənədlər verib, və o, həmin sənədləri Rəhmana verib. Sonra onların pul aldığını öyrənib. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq istintaqda verdiyi ifadə ilə razı olmadığını, məhkəmədə verdiyi ifadədə həqiqəti danışdığını və Eldənizin Rəhmana pul verməsini görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 tanıyır. O, Şabran rayonunun Gəndab kəndində bərbər işləyir. Rəhman bir dəfə dəlləkxanaya gəlib ona deyib ki, "üzümü qırx Xaçmaza pensiya düzəltməyə gedirəm". Bir-iki gün sonra görüşəndə Rəhman pensiyanın düzəldiyini ona deyib və adamın varsa kömək edə biləcəyini bildirib. O da bu barədə Qürbətlə görüşəndə Qürbətə məlumat verib. Qürbət 4000 manat pulu pensiya düzəltməsi üçün Rəhmana verib. Sonra eşidib ki, Qürbətin pensiya işi düzəlməyib. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və müdafiəçilərin işə Şahid1 oğlunun iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alıb AR CPM-nin 317.1-ci maddəsinə əsasən Şahid1 məhkəmə iclasına gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gələrək, hazırki işə Şahid1 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, o, Dəvəçi rayonu Şahnəzərli kənd ərazisində yol kənarında yerləşən “Su Səsi” kafesində kababçı kimi işləyir. 2021-ci ilin yaz və yay aylarında həmin kafenin sahibi Rəhmanın yanına bir neçə dəfə Şabran şəhər sakini olan bir nəfər şəxs gəlmişdir. Sonradan bilmişdir ki, həmin şəxsin adı Eldənizdir və Rəhmanın yanına gəlməkdə məqsədi guya ona və tanışlarına İİ qrup əlillik dərəcəsinin təyin edilməsi məqsədi ilə onları həkim komissiyasından keçirməsi olmuşdur. Orada işlədiyi vaxt ərzində Eldəniz adlı şəxs 03 dəfə onun yanında Rəhmanın yanına gəlmişdir. Bir dəfə isə Rəhmanın 4000 manat pulu Eldəniz adlı şəxsə verməsini görmüşdür. Sonralar Rəhman ona bildirmişdir ki, o, Edəniz adlı şəxsə 05 nəfər şəxsi həkim komissiyasından keçirməsi üçün ümumilikdə hissə-hissə 20000 manat pul verib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə AR CM 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Bağır oğlunun Şabran rayon prokuroru X1 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs1 onun və üç nəfər tanışı üçün pensiya düzəltməsi üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 15900 manat məbləğində pul versə də, Təqsirləndirilən şəxs1 ona verdiyi vədə əməl etməyib onu aldadaraq 15900 manat məbləğində pulu mənimsədiyini bildirmiş və Təqsirləndirilən şəxs1 barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir (cinayət işinin İ cildinin 7-ci vərəqəsi). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Şabran Rayon Polis Şöbəsinin rəisi X2 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Bağır oğlu vasitəsi ilə ona pensiya düzəldəcəyi adı ilə ondan 4000 manat pulunu almasına baxmayaraq, həmin pulu ona geri qaytarmadığını bildirmiş və ərizəsi əsasında qanuni tədbir görülməsini xahiş etmişdir (cinayət işinin İ cildinin 36-cı vərəqəsi). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Şabran Rayon Polis Şöbəsinin rəisi X2 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Bağır oğlu vasitəsi ilə ona pensiya düzəldəcəyi adı ilə ondan 4000 manat pulunu almasına baxmayaraq, həmin pulu ona geri qaytarmadığını bildirmiş və ərizəsi əsasında qanuni tədbir görülməsini xahiş etmişdir (cinayət işinin İ cildinin 37-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1968-ci il tarixdə Dəvəçi rayonunun Şahnəzərli kəndində anadan olmuş Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin İ cildinin 54-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə AR CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin İ cildinin 55-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 17:00-da ********* nömrəli cinayət işi üzrə AR CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 56-57-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 78-79-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X14 Yerindən azad edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 87-88-ci vərəqələri). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Şabran rayon prokuroru X1 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs2 onun əlilik ilə bağlı aldığı pensiyanın yenidən ömürlük bərpa edilməsi adı ilə ona məxsus 6800 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmiş və Təqsirləndirilən şəxs2 barəsində tədbir görülməsini xahiş etmişdir (cinayət işinin İ cildinin 96-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Abbasəli qızı xx.xx.2023-cü il tarixdə, saat 13:22-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" xidməti zəng mərkəzinə 077 *** ** ** mobil nömrəsi vasitəsi ilə müraciət edərək, Eldəniz adlı şəxsin ondan onun üçün təqaüd düzəldəcəyi adı ilə 700 manat pul alıb onu aldatdığını bildirmişdir (cinayət işinin İ cildinin 98-ci vərəqəsi). - Zərər çəkmiş şəxs Qurbanova X10 Rayon Polis Şöbəsinin rəisi X2 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs2 2021-ci ilin may ayında onun üçün İİ qrup əlillik dərəcəsi alacağı adı ilə ondan 700 manat məbləğində pul almasına baxmayaraq onun üçün əlillik dərəcəsi düzəlmədiyini və pulunu da geri qaytarmadığını bildirmişdir (cinayət işinin İ cildinin 99-cu vərəqəsi). - Təqsirləndirilən şəxs1 Şabran Rayon Polis Şöbəsinin rəisi X2 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs2 onun üçün İİ qrup əlillik dərəcəsi düzəltməsi üçün 20000 manat məbləğində pul versə də, Təqsirləndirilən şəxs2 onun üçün əlillik dərəcəsi düzəlmədiyini və pulunu da geri qaytarmadığını bildirmişdir (cinayət işinin İ cildinin 102-ci vərəqəsi). - Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla 05 (beş) ayadək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır (cinayət işinin İ cildinin 116-117-ci vərəqələri). - "CD" diskdəki səs yazısından görünür ki, Təqsirləndirilən şəxs2 Etibar oğlu əlillik ilə bağlı ömürlük təqaüdü 3000-4000 min manata düzəldildiyini bildirərək, 1000 manat veriləcəyi təqdirdə həmin pulu həkimə verərək əlillik ilə bağlı ömürlük təqaüd düzəldə biləcəyini bildirib (cinayət işinin İ cildinin 114-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 178.2.2-ci maddəsindən AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilməklə ona yeni ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 isə AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 142-144-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 160-162-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 178-181-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 təqdim etdiyi 01 (bir) ədəd "CD" disk maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 185-186-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə nəticəsində, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayında onun aldığı təqaüdü bərpa etməsi adı ilə ondan 6800 manat pulu aldığını Təqsirləndirilən şəxs2 üzünə söyləşmiş, Təqsirləndirilən şəxs2 isə buna cavab olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 3800 manat pulu borc olaraq aldığını və həmin pulu yaxın zamanda ona qaytaracağını bildirmişdir (cinayət işinin İ cildinin 187-188-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə nəticəsində, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayında onun aldığı təqaüdü bərpa etməsi adı ilə ondan 700 manat pulu aldığını Təqsirləndirilən şəxs2 üzünə söyləşmiş, Təqsirləndirilən şəxs2 isə buna cavab olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilk dəfə gördüyünü və ondan pul almadığını bildirmişdir (cinayət işinin İ cildinin 189-190-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə nəticəsində, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə təqaüd düzəldəcəyi adı ilə ondan 15900 manat pulu aldığını Təqsirləndirilən şəxs2 üzünə söyləşmiş, Təqsirləndirilən şəxs2 isə buna cavab olaraq Təqsirləndirilən şəxs1 10 nəfər fərqli şəxslərin sənədlərini müvafiq elektron sistemə yükləməsi üçün hər bir şəxs üçün 300 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində pul adlığını, sənədlər elektron sistemə yüklənildikdən sonrakı mərhələlərdə iştirak etmədiyini, Təqsirləndirilən şəxs1 onu Qürbətə Elçin kimi təqdim etdiyini və ona 15900 manat pul verdiyini Qürbətə dediyini, sonradan isə Qürbətdən aldığı 15900 manat pula gəlininin əməliyyat elətdirdiyini ona dediyini bildirmişdir (cinayət işinin İ cildinin 191- 194-cü vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şahnəzərli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı X11, oğlu X18, gəlini X19, nəvəsi X12 və nəvəsi X4 ibarət ailə tərkibi ilə Şabran rayonunun Şahnəzərli kəndi ərazisində yaşayır (cinayət işinin İ cildinin 195-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şahnəzərli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonunun Şahnəzərli kəndi ərazisində yaşadığı müddət ərzində həmişə, özünü nəzakətli aparmış, kənd sakinlərinin içində öz fəallığı ilə seçilmiş, birgə yaşayış qaydalarına hörmətlə yanaşmış və nümayəndəliyə Təqsirləndirilən şəxs1 qanuna zidd hərəkətləri barədə heç-bir məlumat daxil olmamışdır (cinayət işinin İ cildinin 196-cı vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Şabran Rayon Polis Şöbəsinin istintaq Bölməsinin baş müstəntiqi X21 ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-74/2-2213/2023 nömrəli məktubdan görünür ki, Salmanov X16 şəhəri, 20 Yanvar küçəsi, ev 74 ünvanında yaşayır və onun 02 (iki) azyaşlı övladı vardır (cinayət işinin İ cildinin 197-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-2214/2023 nömrəli xasiyyətnamədən görünür ki, Salmanov X16 şəhəri, 20 Yanvar küçəsi, ev 74 ünvanında yaşadığı müddət ərzində sakinlərə hörmətlə yanaşmamışdır, yaxın qohumlarının və yoldaşlarının rəğbətini qazanmamış, özündən böyüklərə hörmətlə yanaşmamış, ailəsinin valideynlərinin öyüd və nəsihətlərinə əməl etməmişdir (cinayət işinin İ cildinin 198-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 Etibar oğlunun barəsində Şabran Rayon Polis Şöbəsində AR CM 178.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinə AR CMnin 73-1.2 və AR CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, barəsində Ağsu Rayon Polis Şöbəsində AR CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi isə xx.xx.2023-cü il tarixə məhkəməyə göndərilmişdir (cinayət işinin İ cildinin 199-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 qarşı AR CMnin 178.2.1 və 178.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4cii maddələri ilə irəli sürülmüş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinə etdiyi müraciətlə bağlı ********* nömrəli cinayət işi materiallarından ayrıca material ayrılmış və həmin xüsusiyyət üzrə araşdırma aparılması üçün icraata qəbul edilmiş. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 700 manat pul alması xüsusiyətı üzrə Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 178.2.1-ci maddəsi ilə barəsində cinayət təqibinin başlanması AR CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş. Təqsirləndirilən şəxs2 dayandırılmış təqaüdünü bərpa etmək məqsədilə Zərərçəkmiş şəxs5 ümumilikdə 6800 manat pul alması xüsusiyyəti üzrə Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə barəsində cinayət təqibinin başlanması AR CM-nın 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 178.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması AR CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş Şahid2 barəsində AR CM-nin 178.2.1, 178.2.2 - ci maddələri ilə cinayət təqibinin başlanması AR CM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmiş. Şahid1 Balaəli oğlu və Şahid3 barələrində AR CM-nin 178.2.1, 178.2.2 - ci maddələri ilə cinayət təqibinin başlanması AR CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (cinayət işinin İ cildinin 200-2019-cu vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Şabran Rayon Məhkəməsinin 1(031)-40/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Etibar oğlu AR CM-nin .2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə məhkəməyə verilmişlər və onların barələrində seçilmiş "polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. - Ağsu Rayon Məhkəməsinin 1(016)-29/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində Ar CM-nin 69.3cü maddəsinə əsasən qəti olaraq 472 (dörd yüz yetmiş iki) saat ictimai işlər növündə cəza təyin edilmişdir. - Şabran rayon İcra və Probasiya şöbəsinin Ağsu Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 198111/2023 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu Rayon Məhkəməsinin 1(016)-29/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli hökmünə əsasən barəsində təyin edilmiş 472 (dörd yüz yetmiş iki) saat ictimai işlər növündə cəzasını çəkib bitirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnaməyə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamə, Ağsu Rayon Məhkəməsinin 1(016)-29/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli hökmünə və Şabran rayon İcra və Probasiya şöbəsinin Ağsu Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 198111/2023 nömrəli məlumata əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətsə də, onun əməlində residiv yoxdur. Belə ki, AR CM-nin 18.1-ci maddəsinə əsasən Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. AR CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. AR CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. AR CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 **********648 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ona olan borcunu ödəmişdir və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona qarşı heç bir iddia və tələbi yoxdur. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 **********649 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ona olan borcunu ödəmişdir və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona qarşı heç bir iddia və tələbi yoxdur. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı ödəmişdir və onun hazırda Təqsirləndirilən şəxs1 heç bir şikayət və başqa tələbi yoxdur. - Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarının ona məxsus olduğunu və iş üzrə məhkəmə fonoskopik ekspertizasının keçirilməsinə ehtiyacın olmadığını bildirmişdir. - Təqsirləndirilən şəxs1 məhkəməyə təqdim etdiyi elektron yaddaş qurğusunda olan səs yazısından görünür ki, Təqsirləndirilən şəxs2 ondan əlillik ilə bağlı pensiya düzəltmək üçün aldığı pulların 7000-8000 manat hissəsini aldığını etiraf etmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Abbasəli qızının **********694 nömrəli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs2 Etibar oğlundan heç bir şikayət və tələbi yoxdur. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Abbasəli qızının xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Etibar oğlu ondan aldığı 700 manat pulu ona geri qaytarmışdır. - Təqsirləndirilən şəxs2 Etibar oğlunun müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, o, Təqsirləndirilən şəxs2 Etibar oğlunun 2021-ci ilin may ayında istintaqa məlum olmayan gündə Şabran rayonu Şahnəzərli kəndində yaşayan Zərərçəkmiş şəxs4 ilə Bakı-Xaçmaz magistral yolunun Şabran şəhərindən keçən hissəsində körpünün altında görüşüb dələduzluq yolu ilə ona məxsus 700 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, onun barəsində cinayət təqibinə həmin hissədə xitam verilməsini xahiş etmişdir. - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs2 qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, onun himayəsində xx.xx.2013cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X15 vardır. AR CM-nin 177-ci maddəsinin "Qeyd" –nin 1-ci hissəsinə əsasən AR CM-nin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. AR CM-nin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. AR CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 178.2-ci maddəsinə əsasən yyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxslər və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 Etibar oğlunun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri isə düzgün olaraq AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2- ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilən 2021-ci ilin may ayında istintaqa məlum olmayan gündə Şabran rayonu Şahnəzərli kəndində yaşayan Zərərçəkmiş şəxs4 ilə Bakı-Xaçmaz magistral yolunun Şabran şəhərindən keçən hissəsində körpünün altında görüşüb sonuncunun aylıq təqaüdünü bərpa etmək üçün lazımı həkim komissiyasından keçməli olduğunu yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin edəcəyi vədi ilə özü barəsində Zərərçəkmiş şəxs4 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək 700 manat məbləğində pul vəsaitinin ona verilməsinin zəruri olmasını sonuncuya bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin tarixdə 700 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 məxsus 700 manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs4 ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə, ittiham aktında qeyd olunan həmin epizod üzrə cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizod üzrə cinayət əməlinin 2021-ci ilin may ayında baş verməsini, Təqsirləndirilən şəxs2 müdafiəçisinin ittiham aktında qeyd olunan müvafiq əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizod üzrə icraata xitam verilməsinə dair ərizəsini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs2 barəsində həmin epizod üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Bu hal ilə yanaşı Təqsirləndirilən şəxs2 Etibar oğlu AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə göstərilən cinayət əməllərini törətməsi məhkəmə iclasında sübuta yetirilmiş və onların əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. AR CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. AR CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. AR CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Etibar oğluna cəza təyin edərkən, AR CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası AR CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Etibar oğluna cəza təyin edərkən, törədikləri cinayətin xarakterlərini və ictimai təhlükəlilik dərəcələrini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslərlə arasında barışığın əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini və yaşayış yerində müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 Etibar oğlunun himayəsində 02 azyaşlı övladını olmasını, zərər çəkmiş şəxslərlə arasında barışığın əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. AR CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Etibar oğlunun əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Etibar oğluna cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, eləcə də, cəzalarını yüngülləşdirən halları, həmçinin cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onların cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, onlar, təqsirli bilindikləri AR CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidirlər. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən AR CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Etibar oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Etibar oğlunun üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan Şabran şəhəri, 20 Yanvar küçəsi, ev 74 ünvanını saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Etibar oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və Təqsirləndirilən şəxs2 Etibar oğlunun barəsində seçilmiş polisin nəzarəti altımda vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu müddət barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən bir günə iki gün hesabı ilə çıxılmalıdır, Təqsirləndirilən şəxs1 üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan Şabran rayonu, Şahnəzərli kəndi ünvanında yerləşən fərdi yaşayış evini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altımda vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, AR CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. AR CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. AR CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs2 Etibar oğlu və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir və iş üzrə maddi sübut: xx.xx.2023-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 Etibar oğlunun sonuncu dəfə ona ömürlük təqaüd bərpa edəcəyini vədi ilə ondan 1000 (bir min) manat pul almasının səs yazısını özündə əks etdirən 01 (bir) ədəd "CD" disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AR CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs2 Etibar oğlu AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (ki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Etibar oğlunun üzərinə barəsində təyin edilmiş 02 (ki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan Şabran şəhəri, 20 Yanvar küçəsi, ev 74 ünvanını saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Etibar oğlunun 2021-ci ilin may ayında istintaqa məlum olmayan gündə Şabran rayonu Şahnəzərli kəndində yaşayan Zərərçəkmiş şəxs4 ilə Bakı- Xaçmaz magistral yolunun Şabran şəhərindən keçən hissəsində körpünün altında görüşüb dələduzluq yolu ilə ona məxsus 700 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə icraata xitam verilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Etibar oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Etibar oğlunun barəsində seçilmiş polisin nəzarəti altımda vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu müddət barəsində təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən bir günə iki gün hesabı ilə çıxılsın və onun barəsində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə barəsində təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan Şabran rayonu, Şahnəzərli kəndi ünvanında yerləşən fərdi yaşayış evini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altımda vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 Etibar oğlu və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut: xx.xx.2023-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 Etibar oğlunun sonuncu dəfə ona ömürlük təqaüd bərpa edəcəyini vədi ilə ondan 1000 (bir min) manat pul almasının səs yazısını özündə əks etdirən 01 (bir) ədəd "CD" disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar