Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-2/2025 05.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, Məhkəmə iclasının katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Şabran rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə mənbədən və şəraitdə xeyli miqdarda ümumi təmiz çəkisi 1,588 qram heroin 1,408 qram metamfetamın və təsiredicı maddəsinin ümumi miqdarı 0,04 qram metadon əldə edərək Şabran rayonu, Dəvəçı kəndində yaşadığı ünvanda qanunsuz saxlamış, xx.xx.2024-cü il tarixdə Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şabran rayonu, Dəvəçi kəndində yaşadığı evin qarşısında saat 10 radələrində saxlanılaraq yaşadığı ünvana baxış keçirilən zaman həmin ünvandan 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1,588 qram narkotik vasitə olan heroin, 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 1 ədəd konvalyut kəsiyində təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan metadon tableti aşkar edilərək qablaşdınlmaqla götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən təxminən 1 ilə yaxındır ki istifadə edir. 2024-cü ilin may ayının əvvəllərində, axşam saatlarında yaşadığı evdən çıxıb Şabran şəhərinə gəlmək üçün avtomobil yoluna tərəf gəlmişdir. Avtomobil yolunun kənarına çatan zaman yerdən 1 ədəd sellofan bağlama tapmış, sellofanı götürüb içərisinə baxan zaman içərisində heroin və metamfetamin bükümləri, həmçinin metadon həbləri aşkar etmişdir. Ətrafda heç kəsin olmadığını görüb şəxsi istifadəsi üçün həmin bağlamanı özü ilə götürmüşdür. Götürdüyü sellofan bağlamanı ilkin olaraq cibində saxlamış və sonradan yaşadığı evə gətirmişdir. Tapdığı predmetlərdən bir-iki dəfə istifadə etmiş, qalanını isə yaşadığı evdə saxlamışdır. Qeyd etmişdir ki, onun Şahid6 ilə qeyri-rəsmi münasibəti vardır və Gülər də təxminən 6 aydan artıqdır ki, onunla eyni ünvanda yaşayır. Arada onunla münasibətləri pozulmasına baxmayaraq bir evdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə Gülərin kafedə işləməsinə etiraz etdiyindən evdən çıxıb getmiş və sonra yenidən evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Gülər də evdə olmuşdur. O, siqaret çəkmək üçün yaşadığı evin qarşısına küçəyə çıxmışdır. Saat 10 radələrində evin qarşısında olan zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda şübhəli olduğu barədə onlarda məlumat olmasını bildirib, qərarla onu tanış etmişdirlər. Həmçinin Şahid6 harada olduğunu soruşdular, o da polis əməkdaşlarını həyətə dəvət etmiş və Güləri çağırmışdır. Polislər Gülərin evdə olduğunu görmüşdürlər. Daha sonra onların yanına təhqiqatçı dəvət olunmuş və ona dövlət hesabına müdafiəçi təyin edilmiş, şübhəli şəxs kimi tutulmuşdur. Müdafiəçi kimi Müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasını istəmişdir. Razılığı ilə yaşadığı evə baxış keçirilmiş və tapıb evdə saxladığı heroin, metamfetamin və metadon aşkarlanaraq götürülmüşdür. Həmçinin üzərində şəxsi axtarış aparılmış və qanunsuz əşya aşkarlanmamışdır. Yaşadığı evdən aşkarlanmış predmetlərdən istifadə etdiyini etiraf etmişdir. Bundan sonra yaşadığı evdən aşkarlanmış predmetlər kağız zərfə qablaşdırılmış, üzərinə möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfi imzalamışdırlar. Şəxsi axtarış və baxış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində, üzərində saxlamaqla daşımasında şübhəli olduğundan Şabran RPŞ-nin əməkdaşları Şahid4, Himət Kərimov, Şahid2 və Şahid5 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Şabran rayonu, Dəvəçi kəndində yaşadığı evin qarşısında saxlanılmış və RPŞ-dən təhqiqatçı dəvət edilmişdir. Təhqiqatçı gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş və dəvət edilmiş müdafiəçisi Müdafiəçi da iştirak etmişdir. Baxışa başlamazdan əvvəl Elvinə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Müdafiəçi ona təqdim edilmişdir. Elvinin razılığı ilə yaşadığı evə baxış keçirilmiş və baxış zamanı evdən heroin, metamfetamin və metadon həbi aşkarlanmışdır. Ardıncada üzərində şəxsi axtarış keçirilmiş və qanunsuz heçnə aşkarlanmamışdır. Aşkar olunmuş predmetlər kağız zərfə qoyularaq qablaşdırlmaqla götürülmüş, bu barədə videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin əməkdaşları Şahid4, Şahid5 eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdirlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, göstərilən ünvanda tanışı Təqsirləndirilən şəxs ilə yaşayır. xx.xx.2024-cü il tarixdə Elvinlə birlikdə yaşadığı evdə olmuşdur. Həmin vaxt saatın 10 radələri olduğunu bildirmişdir. Elvin küçəyə çıxmış və o evdə qalmışdır. Bir qədər sonra Elvin polis əməkdaşları ilə həyətə daxil olmuş və videoçəkiliş ilə evə daxil olmuşdurlar. Elvin evə baxış keçirilməsinə etiraz etməmiş, polis əməkdaşları Elvin və müdafiəçisi ilə birlikdə evə baxış keçirmiş və evdən narkotik vasitə və psixotrop maddəyə bənzər olduğunu bildirdikləri predmetlər, həmçinin həb də aşkarlanmışdır. Aşkarlanmış predmetləri kağız zərfə qoyub qablaşdırmışlar. Elvinin narkotik vasitələrdən istifadə etməsini bilmiş, lakin bir evdə olduqları müddətdə evdə qanunsuz predmet saxlamasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şabran rayonu, Dəvəçi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində, üzərində saxlamaqla daşımasında şübhəli olduğundan Şabran RPŞ-nin əməkdaşları Şahid4, Şahid1, Şahid2 və Şahid5 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Şabran rayonu, Dəvəçi kəndində yaşadığı evin qarşısında saxlanılmış və RPŞ-dən təhqiqatçı dəvət edilmişdir. Təhqiqatçı gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş və dəvət edilmiş müdafiəçisi Müdafiəçi da iştirak etmişdir. Baxışa başlamazdan əvvəl Elvinə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Müdafiəçi ona təqdim edilmişdir. Elvinin razılığı ilə yaşadığı evə baxış keçirilmiş və baxış zamanı evdən heroin, metamfetamin və metadon həbi aşkarlanmışdır. Ardıncada üzərində şəxsi axtarış keçirilmiş və qanunsuz heçnə aşkarlanmamışdır. Aşkar olunmuş predmetlər kağız zərfə qoyularaq qablaşdırlmaqla götürülmüş, bu barədə videoçəkiliş aparılmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqın davam etdirilməsi üçün Şabran RPŞ-nin İB-yə verilmişdir (cinayət işinin 1-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz qəbulunda, üzərində saxlaması və daşımasında yaşadığı evdə saxlamaqda şübhəli olması barədə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında, xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində Təqsirləndirilən şəxs Şabran rayonu, Dəvəçi kəndində yaşadığı evin qarşısında saxlanılmış və dəvət olunmuş təhqiqatçı və müdafiəçi ilə birlikdə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə özünün razılığı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə yatdığı otaqdan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələr, psixotrop maddəyə oxşar həb aşkar olunaraq müvafiq qaydada sənədləşdirilərək götürülmüş, Təqsirləndirilən şəxs aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olmasını səmimi etiraf etmiş və saxlanılan şəxs Şabran RPŞ-yə gətirilmişdir (cinayət işinin 3-4-cü vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və idarə etdiyi nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi qərara alınmışdır (cinayət işinin 5-7-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üstündə saxlaması və daşıması bildirilmiş və əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 8-9-cu vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:30-da tutulmuş hesab edilmişdir (cinayət işinin 13-cü vərəqəsi). İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən o, Şabran rayonu, Dəvəçi kəndində yaşadığı evə, üzərinə baxış keçirilməsinə və üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir (cinayət işinin 31-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu, Dəvəçi kəndində yaşadığı evə baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının baş hissəsində açılıbbağlanan yastıq altlığın üzərində bir ədəd kibrit qutusu içərisində sellofan kəsiyinə bükülmüş sarı torpağa bənzər bir bükümdə kütlə, istifadə olunmuş sellofan kəsiyi, bir ədəd həb və evdə olan qaz sobasının alt hissəsində ağ kağıza bükülü duza oxşar kütlə və həmin kütlənin yanında dama dəftər parçasına ağ rəngli toza bənzər bulaşıqlar aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür (cinayət işinin 32-ci vərəqəsi). İş materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və protokolda qeyd edilənlərin öz təsdiqini tapması müəyyən edilmişdir (cinayət işinin 33-cü vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı 45 manat pul aşkar edilmişdir, əlavə heç nə aşkar edilməmişdir (cinayət işinin 35- 36-cı vərəqələri). İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və protokolda qeyd edilənlərin öz təsdiqini tapması müəyyən edilmişdir (cinayət işinin 37-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, iş üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və ekspertin qarşısında “Aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusu, içərisində sellofan kəsiyinə bükülmüş, sarı torpağa (heroin) bənzər bir bükümdə kütlə, istifadə olunmuş sellofan kəsiyi, bir ədəd həb və evdə olan qaz sobasının alt hissəsində ağ kağıza bükülü duza oxşar kütlə və həmin kütlənin yanında dama dəftər parçasına ağ rəngli toza bənzər bulaşıqlar narkotik tərkiblidirmi? Əgər narkotik tərkiblidirsə, hansı növə aiddir və təmiz çəkisi nə qədərdir?” sualları qoyulmuşdur (cinayət işinin 39-cu vərəqəsi). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/2703 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №60” dairəvi möhür əksləri olan, "...Təqsirləndirilən şəxs yaşadığı evdə ...; ... 5."imza” Təqsirləndirilən şəxs” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,588 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,408 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir, 1 ədəd konvalyut kəsiyində açıq-qəhvəyı rəngli "F/M 40” göstəricili dərman tabletinin əsas təsiredici maddəsi metadondur və həmin tabletin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir, 1 ədəd selofan kəsiyinin və 1 ədəd üzərində ağ və qəhvəyi rəngli maddə izləri olan ağ rəngli kağız parçasının üzərində narkotik vasitə olan heroinin izləri müəyyən edilmişdir və heroin iz şəklində olduğundan onların təmiz çəkisinin müəyyən edilməsi mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vastitələr”in siyahısına (Siyahı İİ) daxildir. Təmiz çəkisi 1,588 qram olan heroinin tədqiqata 0,050 qramı sərf edilmiş, qalıq çəkisi 1,538 qram təşkil etmişdir. Təmiz çəkisi 1,408 qram olan metamfetaminin tədqiqata 0,060 qramı sərf edilmiş, qalıq çəkisi 1,348 qram təşkil etmişdir. Sayı 1 ədəd olan metadon tabletinin tədqiqata 0,5 ədəd tableti sərf edilmiş, qalıq 0,5 ədəd tablet təşkil etmişdir (cinayət işinin 42-46-cı vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu, Dəvəçi kəndində yaşadığı evdə saxlanılaraq üzərinə və yaşadığı evə baxış keçirilərkən yataq otağındakı çarpayının baş hissəsində açılıb-bağlanan yastıq altlığının altından bir ədə bükümdə təmiz çəkisi 1,588 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,408 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd konvalyut kəsiyində açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili dərman tabletinin əsas təsiredici maddəsi metadondur, həmin tabletin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan metadon aşkar edilərək götürülmüşdür (cinayət işinin 47-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır (cinayət işinin 48-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cinayət işinin 51-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Şabran RPŞ-nin MSY-dən azad edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 63-cü vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəmə narkoloji ekspertizası təyin etmək haqqında qərardan görünür ki, iş üzrə məhkəmə narkoloji ekspertizası təyin edilmiş və rəy verə bilməsi üçün ekspert qarşısında “Təqsirləndirilən şəxs narkomandırmı və tibbi xarakterli məcburi müalicəyə ehtiyacı vardırmı?” sualları qoyulmuşdur (cinayət işinin 67-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, ekspertiza icraatında sonra qaytarılan 1 ədəd kağız paketdə 1,538 qram heroin, 1,348 qram metamfetamin, 0,5 ədəd tablet metadon tableti, üzərində narkotik vasitə-heroinin izləri olan 1 ədəd sellofan kəsiyi və 1 ədəd ağ rəngli kağız parçası cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunub saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cinayət işinin 70-71ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş heroin, metamfetamin və metadon tabletini əldə etdiyi mənbənin, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi, göstərilənlərlə kifayətlənməyərək lazımi əməliyyat tədbirlərinin keçirilməsi və nəticəsi barədə Şabran RPŞ-nin İB-yə məlumat verilməsi müəyyən edilmişdir (cinayət işinin 73-cü vərəqəsi). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 5(031)-25/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şabran RPŞ-nin CAB-nin rəisi Şahid4 tərəfindən qəbul edilmiş əməliyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin 116-118-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs heroin, metadon və metadon tabletini əldə etdiyi mənbə müəyyən edilməmiş, Təqsirləndirilən şəxs narkorik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır (cinayət işinin 119-cu vərəqəsi). İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, Məmmədov X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 66.3, 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmiş və xx.xx.2018-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırda üzərində ödənilməmiş məhkumluğu vardır. (cinayət işinin 133-cü vərəqəsi). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4582 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 134-135-ci vərəqələri). İş materiallarında olan Şabran RİHB-nın Dəvəçi İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü anası X8, 1987-ci il təvəllüdlü qardaşı İlkin Məmmədovdan ibarət ailə tərkibi vardır, Şabran RİHB-nın Dəvəçi İƏD üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin 137-138-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4582 nömrəli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2703 nömrəli rəyi sübutun bir növü kimi qiymətləndirilmiş, 1 ədəd kağız paketdə 1,538 qram heroin, 1,348 qram metamfetamin, 0,5 ədəd tablet metadon tableti, üzərində narkotik vasitəheroinin izləri olan 1 ədəd sellofan kəsiyi və 1 ədəd ağ rəngli kağız parçasının cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması nəzərə alınmışdır (cinayət işinin 139-148-ci vərəqələri). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 3cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 3 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və məhkəmə istintaqı zamanı cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), əməlindən səmimi peşman olaraq etiraf etməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmamasını, eləcə də cəzasını ağırlaşdıran halın olmasını, ona məxsus xeyli miqdarda ümumi təmiz çəkisi 1,588 qram heroin 1,408 qram metamfetamın və təsiredicı maddəsinin ümumi miqdarı 0,04 qram narkotik vasitələrin olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şabran Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd kağız paketdə 1,538 qram heroin, 1,348 qram metamfetamin, 0,5 ədəd tablet metadon tableti, üzərində narkotik vasitə olan heroinin izləri olan 1 ədəd sellofan kəsiyi və 1 ədəd ağ rəngli kağız parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutun qalığı olan Şabran RPŞ-də saxlanılan qalıq çəkisi 1,538 qram heroin, 1,348 qram metamfetamin, 0,5 ədəd tablet metadon tableti, üzərində narkotik vasitə olan heroinin izləri olan 1 (bir) ədəd selofan kəsiyi və 1 (bir) ədəd ağ rəngli kağız parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçia Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-2/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-2/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver