Məhkəmə qərarları › İş №1(031)-20/2020

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-20/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-20/2020 06.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Oruclu Rüstəm Əfqan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Dəvəçi (Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, ünvan 1 mənzil 9 ünvanda qeydiyyatda olmaqla yaşayanvə barəsində polisinnəzarətialtınaverməqətimkantədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1988-ci il tarixdə Dəvəçi (Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmayan, işləməyən, ünvan 2 mənzil 9 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, xx xxx 1993-cü il tarixdə Dəvəçi (Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində polisinnəzarətialtınaverməqətimkantədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2020-ci ilin fevralın 29-da, saat 18 radələrində, Şabran şəhəri, H. Əliyev prospekində yerləşən T. Abbasov adına orta məktəbin yaxınlığında satış məqsədi olmadan tanışı Təqsirləndirilən şəxs2 siqaretin qızılı rəngli kağız parçasına bükülmış ümumi təmiz çəkisi təxminən 0,230 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda 30 manata alıb qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroinin təxminən 0,062 qramını 1 ədəd 2 ml-lik şpristə doldurub tanışı Şahid2 ilə birlikdə dərialtı inyeksiya yolu ilə istifadə etdikdən sonra yerdə qalan ümumi təmiz çəkisi 0,168 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda olan hissəsini isə əynindəki paltonun sağ iç cibinə yerləşdirib üstünə gəzdirməklə qanunsuz olaraq saxlamış və həmin günü, saat 19 radələrində, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şabran şəhəri R.Behbudov küçəsində yerləşən «Xıdırzində» məscidinin yaxınlığında saxlanılmış və keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 2020-ci ilin fevralın ayının son günlərində Şabran şəhərində şəxsiyyəti istintaqa dəqiq məlum olmayan şəxsdən satış məqsədi ilə 20 manata almaqla qanunsuz olaraq əldə etdiyi siqaretin qızılı rəngli kağız parçasına bükülmış ümumi təmiz çəkisi təxminən 0,230 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini 2020-ci ilin fevralın 29-da, saat 18 radələrində, Şabran şəhəri H. Əliyev prospektində yerləşən T. Abbasov adına orta məktəbin yaxınlığında Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 30 manata satmış və həmin günü, saat 19 radələrində, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Şabran şəhəri R.Behbudov küçəsində yerləşən «Xıdırzində» məscidinin yaxınlığında saxlanılmış və keçirilmiş şəxsi axtarış zamanı ondan sözügedən narkotik vasitənin şəxs istifadədən sonra qalmış hissəsi - 0,168 qramı aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs3 2020-ci ilin fevralın ayının təxminən son günlərində Bakı şəhərində şəxsiyyəti istintaqa dəqiq məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi siqaretin qızılı rəngli kağız parçasına bükülmış ümumi təmiz çəkisi təxminən 0,230 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini 2020-ci ilin fevralın 29-da əynindəki şalvarın cibinə yerləşdirib özü ilə Bakı şəhərindən Şabran şəhərinə gətirməklə qanunsuz olaraq saxlamış və həmin gün saat 17 radələrində, Şabran şəhəri Nizami küçəsində yerləşən Dəmiryol vağzalının yaxınlığında Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 20 manata, sonuncu isə öz növbəsində həmin narkotik vasitəni, saat 18 radələrində, şəhərin H. Əliyev prospekində yerləşən T. Abbasov adına orta məktəbin yaxınlığında Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 30 manata satmış, bundan təxminən bir saat sonra, saat 19 radələrində, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Şabran şəhəri R. Behbudov küçəsində yerləşən «Xıdırzində» məscidinin yaxınlığında saxlanılmış və keçirilmiş şəxsi axtarış zamanı ondan sözügedən narkotik vasitənin şəxsi istifadədən sonra qalmış hissəsi - 0,168 qramı aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o Şabran şəhəri, Qulam Qasımov küçəsi ev 12, mənzil 9-da anası ilə birlikdə yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. Arada fəhləlik edib ailəsini dolandırır. Təxminən bir-iki ildir ki, düşəndə narkotik vasitələrdən istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Şabran şəhərində rayonun Ağalıq kəndində yaşayan Şahid2la təsadüfən rastlaşmış və onunla birlikdə narkotik vasitədən istifadə etmək qərarına gəlmişdirlər. Bunun üçün o istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonu ilə Şabran şəhəri, H.Əliyev prospektində yaşayan tanışı Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng edərək onda narkotik vasitə olub-olmamasını soruşmuşdur. Bu zaman Mirhəsən də özündə kakos adlanan narkotik vasitənin olmasını və ona həmin narkotik vasitə kakosu sata biləcəyini demişdir. Bundan sonra o da Eyubla birlikdə Şabran şəhəri, H.Əliyev prospektində yerləşən T.Abbasov adına orta məktəbin yaxınlığına gedərək orada Mirhəsənlə görüşmüş ona 30 manat pul verib və ondan təxminən 3-4 dəfə istifadə etmək üçün narkotik vasitə olan kakos almışdır. O, həmin yerdə Mirhəsəndən aldığı təxmini çəkisi 0,230 qram qızılı rəngli siqaretin kağızına bükülmüş narkotik vasitə kakosun təxminən 0,062 qramını şiprisə dolduraraq istifadə edib, özü bədəninə vurmuş, sonra narkotikin bir qədərini isə Eyub istifadə edərək bədəninə şprislə vurmuşdur. Həmin qızılı rəngli kağıza bükülmüş təxminən 0,168 qram narkotiki isə sonradan istifadə etmək üçün özündə saxlamışdır. Bundan sonra o Eyub ilə birlikdə Şabran rayonu R.Behbudov küçəsində yerləşən çayxanaya gedib orada çay içdikdən sonra oradan çıxmış və Eyubla birlikdə həmin küçə ilə gedərkən təxminən saat 19 radələrində Şabran şəhər ,,Xıdırzində” məscidinin yaxınlığında mülki geyimdə olan 3-4 nəfər şəxs onlara yaxınlaşaraq özlərinin Şabran rayon PŞ-nin əməkdaşları olduqlarını bildirib və onları RPŞ-nə dəvət etmişdirlər. Sonra onlar polislərə heç bir etiraz etməyərək polislərlə birlikdə Şabran RPŞ-nə gəlmişdirlər. Şabran RPŞ-nin növbətçi hissəsində hüquq və vəzifələri onlara izah edildikdən sonra üzərinə 2 nəfər hal şahidlərinin və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə şəxsi axtarış keçriləcəyi ona deyilmiş və o da buna etiraz etməmişdir. Bundan sonra onun üzərinə hal şahidlərinin və müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı o əynindəki qara rəngli paltonun sağ içəri cibindən bir ədəd 0,1 qramlıq şpris və siqaretin qızılı rəngli kağızına bükülmüş toz şəklində qəhvəyi rəngli kütləni özü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Sonra əynindəki paltosunun digər ciblərindən bir ədəd şüşə qabda 100 qramlıq spirt, 1 manat pul, bir ədəd qırmızı rəngli alışqan və bir ədəd «Kgtel» markalı mobil telefon aşkar olunmuşdur. Polis əməkdaşları cibindən aşkar edilmiş siqaretin qızılı rəngli kağızına bükülmüş toz şəklində qəhvəyi rəngli kütlənin nə olmasını ondan soruşuduqda o həmin kütlənin narkotik vasitə hesab edilən kokos olduğunu və onu həmin günü tanışı Şabran rayon sakini Mirhəsən adlı şəxsdən 30 manat pula alıb, istifadə etmək üçün cibində gəzdirdiyini onlara demişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş kütlə şəxsi axtarışda iştirak etmiş şəxslərin iştirakı ilə elektron tərəzidə çəkilərkən çəkisi 0,168 qram olması müəyyən edilmişdir. Həmin kütlə hal şahidlərinin və iştirakçıların iştirakları ilə qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Etdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki,o ünvan 2 mənzil 9-da qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda anası Səkinə Əsədullayeva ilə birlikdə yaşayır, subaydır, ali təhsillidir- İqtisadiyyat Universitetini bitirmişdir, əvvəllər İcra Nümayəndəliyində baş mühasib vəzifəsində işləmiş, hazırda işsizdir. Təxminən 2 ildir ki, narkotik vasitə nəşədən və heroindən istifadə edir. 2020-ci ilin fevral ayın 29-da səhər saatlarında o əvvəllər tanıdığı Şabran rayonu Nizami küçəsində Səfər adlı şəxslə təsadüfən görüşmüş və onda narkotik vasitə olan heroinin olub-olmadığını soruşmuşdur. Bu zaman Səfər özündə bir büküm heroin olduğunu ona bildirmiş və həmin bir büküm heroini ona 20 manata satmışdır. O da həmin bir büküm heroini özü istifadə etmək üçün özündə saxlamış və həmin günü xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində evdə olduğu zaman əvvəllər tanıdığı Şabran rayon sakini Asim adlı şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefonla onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək ağrıları olduğu üçün narkotik vasitə olub-olmamasını ondan soruşmuşdur. Bu zaman o da özündə heroin adlanan narkotik vasitənin olmasını bildirmişdir. Bundan sonra Asim adlı şəxs təxminən 30-35 yaşlarında tanımadığı bir nəfər oğlanla gəlib Şabran şəhəri H.Əliyev prospektində yerləşən T.Abbasov adına orta məktəbin yaxınlığında onunla görüşmüşdür. Bu zaman o Asimə üzərində 1 büküm heroin olduğunu və həmin bir bükümü ona 30 manata satdığını bildirmişdir. Sonra Asim ona 30 manat pul verdikdən sonra o əynindəki qara rəngli gödəkçəsinin içəri sağ yan cibində olan 1 ədəd sarımtıl rəngli siqaretin kağızına bükülmüş narkotik vasitə hesab edilən heroini ona satmış və həmin yerdən çıxıb getmişdir. Həmin yerdən uzaqlaşdıqdan sonra o Asimin ona verdiyi 30 manat pula özü üçün siqaret, enerji içkisi alaraq, yerdə qalan pula kafeyə getmiş və yeyib içməyə xərcləyib yaşadığı evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində o yaşadığı evdə olduğu zaman mülki geyimdə olan şəxslər yaşadığı evə gələrək onu rayon polis şöbəsinə dəvət etmişlər və o da polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Şabran RPŞnin xidməti otaqların birində polis əməkdaşları ona və orada olan 2 nəfər tanımadığı hal şahidlərinə hüquq və vəzifələrini izah etdikdən sonra onun üzərinə Müdafiəçi1 iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu zaman o buna etiraz etmədikdən sonra üzərində hər hansı bir cinayət xarakterli əşyanın və ya narkotik vasitənin olub-olmaması ondan soruşulmuşdur. Bundan sonra o üzərində cinayət xarakterli əşyanın və ya narkotik vasitənin olmadığını bildirmiş və əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən qırmızı rəngli alışqanı, yaşadığı evin açarlarını və qramla aldığı ətiri çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin polislər xx xxxxxx 2020-ci il tarixdə Asim adlı şəxsə narkotik vasitə satıb satmadığını ondan soruşduqda o da tanışı Asimə 30 manat məbləğində pula 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini satdığını və pulu özü üçün xərclədiyini bildirmişdir. Sonra bu barədə müvafiq protokol tərtib olunmuş və həmin protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki,o, ünvan 4-da qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda anası və yaşca ondan kiçik qardaşı Nicat Ağarzayev ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 ildir ki, düşəndə narkotik vasitə nəşədən istifadə edir. 2020-ci ilin fevral ayının 28-də təxminən saat 23 radələrində o Bakı şəhəri, Nizami metro stansiyasının yaxınlığında təsadüfən tanış olduğu adını bilmədiyi təxminən 20-25 yaşlarında olan orta bədən quruluşlu qadınla tanış olmuş və onunla söhbət əsnasında narkotik vasitə nəşədən istifadə edib-etmədiyini ondan soruşmuşdur. Bu zaman o da həmin qadına arada düşəndə narkotik vasitə nəşədən istifadə etdiyini bildirmişdir. Sonra həmin tanımadığı qadın əl çantasından siqaretin sarımtıl rəngli kağızına bükülmüş bükülünü çıxarıb içərisindəkinin narkotik vasitə kakos olduğunu və onun yaxşı bir şey olduğunu, istifadə etməyini məsləhət görmüşdür. O da tanımadığı qadının ona verdiyi siqaretin sarımtıl rəngli kağızına bükülmüş narkotik vasitə hesab olunan kakosu nə vaxtsa istifadə etmək üçün əynindəki boz rəngli şalvarının cibinə qoymuş və oradan uzaqlaşaraq çıxıb getmiş və qayıdıb Şabran rayonuna yaşadığı evinə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə gunorta təxminən saat 17 radələrində tanışı Şabran rayon sakini Təqsirləndirilən şəxs2lə təsadüfən Şabran şəhəri, Nizami küçəsində yerləşən Dəmir-yol stansiyasının yaxınlığında rastlaşmış və Mirhəsən ondan narkotik vasitə olan kakos olub-olmadığını soruşmuşdur. Bu zaman o Mirhəsənə üzərində olan siqaretin sarımtıl rəngli kağızına bükülmüş narkotik vasitə kakosun olduğunu və həmin kakosu ona 20 manata verə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ondan narkotik vasitə hesab olunan kakosu ona satmağını xahiş etmişdir. O da üzərində olan siqaretin sarımtıl rəngli kağızına bükülümüş narkotik vasitə hesab olunan kakosu ona 20 manata satmış və sonra onun yanından uzaqlaşaraq çıxıb yaşadığı evə getmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu Ə.Topçubaşov küçəsi ev 142-də yerləşən kirayə yaşadığı evində olduğu zaman mülki geyimdə olan şəxslər yaşadığı evə gələrək onu Şabran rayon polis şöbəsinə dəvət etmiş və o da polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Şabran RPŞ-nin xidməti otaqların birində polis əməkdaşları ona və orada olan 2 nəfər tanımadığı hal şahidlərinə hüquq və vəzifələrini izah etdikdən sonra onun üzərinə müdafiəçisi Müdafiəçi2 iştirakı ilə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Bu zaman o buna etiraz etmədikdən sonra əynində olan boz rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd gümüş təsbehi, barmağında olan qara qaşlı gümüş üzüyü və qolunda olan ,,Tissot” markalı qol saatını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra bu barədə müvafiq protokol tərtib olunmuş və protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Şabran şəhəri, R.Behbudov küçəsi ev 18-də ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 19:30 radələrində o Şabran şəhəri, H.Əliyev prospektində olduğu zaman 2 nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərinin polis əməkdaşı olduğunu bildirərək, polis şöbəsində saxlanılan bir nəfər şəxsin üzərinə keçirilən şəxsi axtarışda hal şahidi qismində iştirak etməyini ondan xahiş etmişdirlər. O, da onlarla razılaşıb Şabran rayon polis şöbəsinə getmişdir. Rayon polis şöbəsinin növbətçi hissəsində ondan başqa digər tanımadığı şəxs də var idi. Orada olan polis əməkdaşları onlara hüquq və vəzifələrini izah etdikdən sonra Şabran rayon sakini Təqsirləndirilən şəxs1 təqdim etmişlər və bildirmişlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Həmin yerdə ona və tanımadığı şəxsə hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi3 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli paltosunun içəri sağ yan cibindən bir ədəd 0,1 qramlıq şprisi və siqaretin qızılı rəngli kağızına bükülmüş toz şəklində qəhvəyi rəngli kütləni, paltonun digər sol yan cibindən bir ədəd şüşə qabda 100 qramlıq spirti, 1 manat pulu, bir ədəd qırmızı rəngli alışqanı və bir ədəd «Kgtel» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 cibindən aşkar edilmiş siqaretin qızılı rəngli kağızına bükülmüş toz şəklində qəhvəyi rəngli kütlənin nə olması ondan soruşulduqda o, həmin bükümün içindəkinin narkotik vasitə olan kakos olduğunu və onu həmin gün Şabran şəhəri H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs2 30 manat pula aldığını bildirmişdir. Aşkar olunmuş siqaretin qızılı rəngli kağızına bükülmüş toz şəklində qəhvəyi rəngli kütlə bizim və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilərək ümumi çəkisinin təxminən 0,20 qram olması müəyyən edildi. Sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə kakos bizim və baxışda iştirak edən digər iştirakçıların iştirakları ilə qablaşdırılaraq zərfə qoyuldu və bu barədə müvafiq protokol tərtib olundu. Protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki,o, Şabran rayonu, Ağalıq kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən bir-iki ildir ki, narkotik vasitələrdən istifadə edir. Şabran rayon sakini Təqsirləndirilən şəxs1 çoxdan tanıyır və onunla münasibəti həmişə yaxşı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində o Şabran şəhərində olduğu zaman təsadüfən yolda Təqsirləndirilən şəxs1la rastlaşmış və o Asimlə birlikdə narkotik vasitədən istifadə etmək qərarına gəlmişdir. Bu zaman Asim istifadə etdiyi mobil telefonla zəng edib, adının sonradan Mirhəsən kimi bildiyi şəxsdən narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin şəxs də ona narkotik vasitə kakos sata biləcəyini dedikdən sonra o Asimlə birlikdə Şabran şəhəri, H.Əliyev prospektinə getmişdirlər. Bu zaman Asim həmin küçədə yerləşən T.Abbasov adına orta məktəbin yaxınlığında ondan bir qədər kənarda tanmadığı adını sonradan Mirhəsən bildiyi şəxslə görüşüb və ondan istifadə etmək məqsədi ilə narkotik vasitə olan kakos aldıqdan sonra oradan uzaqlaşaraq çıxıb getmişlər. X12 adlı şəxsdən aldığı qızılı rəngli kağızına bükülmüş narkotik vasitəni su ilə qarışdırdıqdan sonra şiprisə doldurmuş və həmin narkotikin bir qədərini o və digər bir qədərini isə özü istifadə etdikdən sonra o həmin istifadə etdiyi şiprisi əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bundan sonra o Asimlə birlikdə Şabran şəhəri R.Behbudov küçəsində yerləşən çayxanaya gedib və orada çay içdikdən sonra həmin çayxanadan çıxıb həmin küçə ilə gedərkən saat 19 radələrində Şabran şəhər «Xıdırzində» məscidinin yaxınlığında mülki geyimdə olan 3-4 nəfər şəxs onlara yaxınlaşaraq Şabran rayon PŞ-nin əməkdaşları olduqlarını bildirərək onların hər ikisini RPŞ-nə dəvət etmişdirlər. Onlar da etiraz etməyib və polislərlə birlikdə rayon polis şöbəsinə getmişdirlər. Şabran RPŞ-nin növbətçi hissəsində hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçriləcəyi ona bildirilmiş və o buna etiraz etməmişdir. Bundan sonra üzərinə hal şahidlərinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı əynimdəki qara rəgli gödəkçəsinin sağ yan cibindən istifadə etdiyi 0,2 qramlıq boş şprisi, bir ədəd kibriti və sağ içəri cibindən mağazadan evdə yemək üçün aldığı şirin çubuqlar qida məhsulu aşkar olunmuşdur. Polis əməkdaşları cibindən aşkar edilmiş şpirisi nə üçün cibində gəzdirməyini ondan soruşduqda o şpirisi narkotik vasitəni bədəninə vurmağı üçün istifadə etdiyini və cibində saxladığını bildirmişdir. Sonra onun üzərindən aşkar olunmuş bir ədəd 0,2 qramlıq şpris hal şahidlərinin və digər şəxslərin iştirakları ilə qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid2 həmçinin bildirdi ki , ondan əvvəl Asimin üzərinə hal şahidlərinin və müdafəçinin iştirakları ilə keçrilmiş şəxsi axtarış zamanı onun üzərindən qızılı rəngli siqaret kağızına bükülmüş naroktik vasitə olan kakos aşkar edilərək götürülmüşdür. Həmin günü Asimlə birlikdə istifadə etdikləri narkotik vasitə olan kakosdan artıq qalmasından və həmin narkotikin Asim tərəfindən cibində saxlamasından onun xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin rəisi polis mayoru Şahid3 göstərdi ki,o, Şabran RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə CAB-nin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid4 və RPŞnin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Araz Bayramov ilə birlikdə keçirdikləri əməliyyat tədbiri zamanı Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik tərkibli maddələrin olması və istifadəçisi olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Məlumat ilə əlaqədar olaraq həmin günü təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs1 Şabran şəhəri, R.Behbudov küçəsində yerləşən ,, Xıdırzində” məscidinin yaxınlığında tanışı Şabran rayonu Ağalıq kənd sakini Şahid2 ilə birlikdə saxlanılaraq RPŞ-nə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra 2 nəfər hal şahidlərinin və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində cinayət xarakterli hər hansı bir əşyanın olub-olmaması soruşulduqda o, özü könüllü olaraq əynində olan qara rəngli paltosunun içəri sağ yan cibindən bir ədəd 0,1 qramlıq şprisi və siqaretin qızılı rəngli kağızına bükülmüş toz şəklində qəhvəyi rəngli kütləni, paltonun digər sol yan cibindən bir ədəd şüşə qabda 100 qramlıq spirti, 1 manat pulu, bir ədəd qırmızı rəngli alışqanı və bir ədəd «Kgtel» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 cibindən aşkar edilmiş siqaretin qızılı rəngli kağızına bükülmüş toz şəklində qəhvəyi rəngli kütlənin nə olması ondan soruşulduqda o, həmin bükümün içindəkinin narkotik vasitə olan kakos olduğunu və onu həmin gün Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 30 manat pula aldığını bildirmişdir. Aşkar olunmuş siqaretin qızılı rəngli kağızına bükülmüş toz şəklində qəhvəyi rəngli kütlə hal şahidlərinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0,20 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə kakos baxışda iştirak edən hal şahidlərinin və digər iştirakçıların iştirakları ilə qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 tanışı Şabran rayon Ağalıq kənd sakini Şahid2 üzərinə şəxsi axtarış keçirildi və Eyyub İbrahimov üzərinə şəxsi axtarış keçrilməsinə heç bir etiraz etmədikdən sonra onun əyinindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 0,2 qramlıq boş şpris və bir ədəd kibrit aşkar olundu. Sonra Eyubun gödəkçəsinin sağ içəri cibindən şirin çubuqlar qida məhsulu aşkar olundu. Bu zaman Eyubun cibindən aşkar edilmiş şpirisi nə üçün cibində gəzdirməsini ondan soruşduqda o, narkotik vasitəni bədəninə vurmaq üçün istifadə etdiyini bildirmişdir. Eyub İbahimovun üzərindən aşkar olunmuş bir ədəd 0,2 qramlıq şpris hal şahidlərinin və digər iştirakçıların iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Bundan başqa xx xxxx 2020-ci il tarixdə keçirdikləri əlavə əməliyyataxtarış tədbirləri ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kakosu satan Şabran şəhəri, H.Əliyev prospektində yaşayan, Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişlər və onu polis şöbəsinə dəvət etmişdirlər. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra 2 nəfər hal şahidlərinin və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah edilmişdir. Bu zaman Mirhəsən özü könüllü olaraq əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən qırmızı rəngli alışqanı, yaşadığı evin açarlarını və qramla aldığı ətir parfumunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Mirhəsəndən xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon sakini Asim adlı şəxsə narkotik vasitə satıb satmadığını soruşduqda, Təqsirləndirilən şəxs2 də səmimi etiraf edərək tanışı Asim adlı şəxsə 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik vasitə olan kakosu tanışı Şabran rayon sakini Səfər adlı şəxsdən 20 manat pula alaraq həmin günü 30 manata Asimə satdığını və əldə etdiyi pulu özü üçün xərclədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş əşyalar hal şahidlərinin və baxışda iştirak edən digər iştirakçıların iştirakları ilə qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Bundan başqa Təqsirləndirilən şəxs2 narkotik vasitə hesab edilən kakosu satan ,, Səfər” adlı şəxsin ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 olması əməliyyat yolu ilə müəyyən olunmuş və xx xxxx 2020-ci il tarixdə CAB-nin Ə/M polis polkovnik-leytenantı Şahid4la birlikdə təxminən saat 21 radələrində keçirdiyləri əməliyyat-axtarış tədbirləri nəticəsində o Bakı şəhərində saxlanılaraq RPŞ-nə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edildikdən sonra 2 nəfər hal şahidlərinin və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmiş və bu zaman Səfər özü könüllü olaraq əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüş təsbehi, barmağında olan qara qaşlı gümüş üzüyü və qolunda olan ,,Tissot” markalı kişi qol saatını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Səfərdən xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitə satıb satmadığı soruşduqda Təqsirləndirilən şəxs3 tanışı Şabran rayon sakini Təqsirləndirilən şəxs2 20 manat məbləğində pula 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik vasitə olan kakosu satdığını və əldə etdiyi pulu özü üçün xərclədiyini bildirmişdir. Sonra bu barədə müvafiq protokol tərtib olunmuş və protokol ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin polis əməkdaşı Şahid4 polis əməkdaşı Şahid3 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-kimyəvi ekspertizasının 01mart 2020-ci il tarixli 5637 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə maddə, təmiz çəkisi 0,168 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (heroinin təmiz çəkiləri - 0,168 qram, tədqiqata sərfedildi - 0,050 qram, qalıq - 0,118 qram) Vət. Şahid2 üzərindən aşkar edilmiş 1 ədəd istifadə edilmiş 2,0 ml-lik şpirisdəki maddə izləri narkotik vasitə olan heroinin izləridir. Məhkəmə Narkoloji Ekspertizasının xx xxxxx 2020-ci il tarixli 1100 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs1 Şabran rayon X5 Hüquqi Şəxsin narkoloji kabinetində ,,Narkomaniya” diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə Narkoloji Ekspertizasının xx xxxxx 2020-ci il tarixli 1101 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Narkoloji Ekspertizasının xx xxx 2020-ci il tarixli 1262 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 1562 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 saylı ünvanda ailə üzvü anası – X3 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 1578 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(031)-6/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxla müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 2036 saylı məktubdan görünür ki, Ağarzayev X7 şəhəri, Nizami küçəsi 46 saylı ünvanda ailə üzvləri anası – X1, qardaşı – X4 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 2037 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Nəsrət oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Məhəmməd Musayevin toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Şahid2 barəsində cinayət təqibinin başlanması əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə rədd edilmiş, adı çəkilən şəxsin əməllərində Azərbaycan Respublikası İXM-nıne 206-cı maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İB-nə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların ifadələrilə və şahidlərin ifadələri ilə, məhkəmə ekspertiza rəyləri və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, ali təhsilli olmasını cəzasını yüngülləşdirən hallar kimi nərə alır, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək, onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmənövündə cəza təyin edilməsini əsaslı hesab edir. İşə əlavə edilmiş Şabran rayon məhkəəmsinin xx xxxx 2020-ci il tarixli 1(031)- 12/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesab edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 bu hökmlə təyin edilmiş cəzası ilə Şabran rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada toplanmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini müəyyən edərkən həmin cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Təqsirləndirilən şəxs2 əvvəlki hökmlə təyin edilmiş cəzasını xx xxxx 2020-ci il tarixdən çəkməsi nəzərə alınmalı və həmin cəzanın çəkilmə müddəti bu hökmlə təyin ediləcək qəti cəza müddətinə hesablanmalıdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li Qərarının 17-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökm çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətə görə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövrdə şübhəli şəxs qismində tutulub saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətə görə xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövrdə şübhəli şəxs qismində tutulub saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı iki gün dörd gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 8 ünvanında yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o yaşadığı ərazinin Narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Mirqası moğlu yaşadığı ərazinin Narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 108,46 ( yüz səkkiz manat, 46 qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan, təqsirləndirilən Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqlərindən sonra istintaqa qaytarılmış birədədzərfdə ümumi çəkisi 0, 118 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd istifadə edilməmiş 1ml-lik şpris, eləcə də X2 götürülmüş 1 ədəd narkotik vasitə heroinin izləri olan istifadə edilmiş 2,0 ml-lik şpris məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 8 ünvanında yerləşən yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o,yaşadığı ərazinin Narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını AzərbaycanRespublikasıCM-nin66.5-cimaddəsinə əsasən Şabran rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Şabran rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş müddəti, yəni 05 (beş) ay 04 (dörd) gün bu hökmlə ona təyin edilmiş qəti cəza müddətindən çıxılsın və üzərində 03 (üç) il 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşadığı ərazinin Narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan təqdiri seçilsin, o, dərhal məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 yaşadığı ərazinin Narkoloji dispanserində qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 108,46 ( yüz səkkiz manat, 46 qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutulub Respublika büdcəsinə ödənilsin. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan, təqsirləndirilən Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqlərindən sonra istintaqa qaytarılmış birədədzərfdə ümumi çəkisi 0, 118 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd istifadə edilməmiş 1ml-lik şpris, eləcə də X2 götürülmüş 1 ədəd narkotik vasitə heroinin izləri olan istifadə edilmiş 2,0 ml-lik şpris məhv edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə Şabran rayon məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar