Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-20/2023 27.03.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Nuriyeva (Abdulrəhmanova) Mahirə Əhmədxan qızının, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1970-ci il tarixdə Şabran rayonu, Gəndov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu, Gəndov kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 may 2017-ci il tarixdən başlayaraq övladları – xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 136,00 manat olmaqla cəmi 272,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X6 ödənilməsinə dair Şabran rayon məhkəməsinin 04 iyul 2017-ci il tarixli, 2(031)- 868/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2022-ci il tarixədək 6130,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X4 xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, hal hazırda evlidir, himayəsində bir azyaşlı uşağı var və yaşadığı Şabran rayonunda fərdi əmək fəaliyyəti ilə, yəni usta kimi (çilingər-qaynaqçı) işləməklə hər ay təxminən 500,00-550,00 manat qazanc əldə edir. X8 onun 2-ci arvadıdır. Birinci arvadından iki qızı var, onlar ərə getmiş, onlardan 3 nəvəsi var, vaxtilə birinci arvadına da aliment ödəmişdir. Onun Mahirə ilə olan nikahından xx.xx.2001-ci il tarixdə Ülviyyə adlı və xx.xx.2003-cü il tarixdə Ceyhun adlı övladları dünyaya gəlmişdir. O, Mahirə ilə ailə həyatı qurduqdan sonra uzun müddət mehriban ailə şəraitində yaşamış, bir-birlərini çox yaxşı başa düşmüş və xoşbəxt bir ailə olaraq yaşamışlar. Lakin sonradan onların ailə münasibətləri gərginləşməyə başlamış və münasibətləri qaydasında olmadığı və ailədə tez-tez söz-söhbətlər olduğu üçün birlikdə yaşamaqları qeyri-mümkün olmuş, bu səbəbdən də Mahirə ilə onun arasında olan nikah məhkəmə qaydasında xitam edilmişdir. Şabran rayon məhkəməsinin 04 iyul 2017-ci il tarixli 2(031)- 868/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən ondan 05 may 2017-ci il tarixdən başlayaraq övladları – xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 136,00 manat olmaqla cəmi 272,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə icra edilməsi üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilmiş, ona tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, dəfələrlə xəbərdarlıqlar edilməsinə, izahatı alınıb məsulliyyəti izah olunmasına, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmağına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, təqdimat verilən xx.xx.2022-ci il tarixədək yaranmış olan 6130,00 manat məbləğində aliment pulunu X15nın xeyrinə ödəməmişdir. Lakin ibtidai istintaq dövründə təqdimat verilən xx.xx.2022-ci il tarixədək Nuriyeva (Abdulrəhmanova) Mahirə Əhmədxan qızına yaranmış olan 6130,00 manat məbləğində aliment borcundan xx.xx.2023-cü il tarixdə 3000,00 manat ödəmişdir. Etdiyi əməldən peşmandır. Xahiş edir, ona həbslə əlaqədar olmayan cəza verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Nuriyeva (Abdulrəhmanova) Mahirə Əhmədxan qızı göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahdan xx.xx.2001-ci il tarixdə Ülviyyə və xx.xx.2003-cü il tarixdə Ceyhun adlı övladları dünyaya gəlmişdir. Hazırda oğlu Zəngilanda hərbi xidmətdədir, qızı isə universiteti bitirib xarici dildən uşaq hazırlaşdırır, özü şirniyyat sexində işləyir, aylıq qazancı 600 manatdır, həmin puldan 250 manatını kirayə pulu verir. O, Həsənpaşa ilə ailə həyatı qurduqdan sonra uzun müddət mehriban ailə şəraitində yaşamış, bir-birlərini çox yaxşı başa düşmüş və xoşbəxt bir ailə olaraq yaşamışlar. Lakin sonradan onların ailə münasibətləri gərginləşməyə başlamış, birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, 2017-ci il tarixdə aliment və nikahın pozulması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Şabran rayon məhkəməsinin 04 iyul 2017-ci il tarixli 2(031)-868/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 05 may 2017-ci il tarixdən başlayaraq övladları – xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 136,00 manat olmaqla cəmi 272,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sözügedən qətnamə icra edilməsi üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin dəfələrlə xəbərdarlıqlar edilməsinə, izahatı alınıb məsulliyyəti izah olunmasına, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 6130,00 manat məbləğində aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs onunla evli olduğu zamanlarda Bakı şəhəri, Yasamal rayonunda 4 saylı Mənzil Kommunal Təsərrüfat Birliyində qaynaqçı işləmiş, sonradan həmin iş yerindən çıxaraq fərdi qaydada qaynaqçı işləməklə ümumi olaraq aylıq 9000,00-1000,00 manat qazanc əldə edir. Təqdimat verilən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs ona yaranmış olan 6130,00 manat məbləğində aliment borcundan istintaq dövründə, yəni xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinin depozit hesabına 3000,00 manat ödəyərək ödəniş qəbzi ona təqdim edilmiş, qalan 3130 manat aliment borcu isə ödənməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona olan aliment borcunun hissə-hissə deyil, birdəfəlik tam ödənilməsini tələb edir, əks halda onun həbs olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 göstərdi ki, Şabran rayon məhkəməsinin 04 iyul 2017-ci il tarixli 2(031)- 868/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq övladları – xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 136,00 manat olmaqla, cəmi 272,00 manat məbləğində sabit alimenti tələbkar X4 xeyrinə ödəməmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə cəmi 4418,00 manat məbləğində aliment pulu ödəmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 6130,00 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməsinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək 6130,00 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. X15 Şabran rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Təqsirləndirilən şəxs hazırda tələbkara 3130 manat aliment borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 da Şahid1 göstərdikləri xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin 04 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 06 iyun 2009-cu il tarixdə Şabran (Dəvəçi) rayonu Gəndab İƏV-də bağlanmış 08 saylı nikahları pozulmuş, X8 ilə Təqsirləndirilən şəxs birgə nikahlarından xx.xx.2001-ci il tarixdə doğulmuş X5 və xx.xx.2003cü il tarixdə doğulmuş X1 Mahirə Əhmədxan qızının himayəsində saxlanılmış, xx.xx.2001-ci il tarixdə doğulmuş X5 və xx.xx.2003-cü il tarixdə doğulmuş X2 üçün cavabdeh Təqsirləndirilən şəxs hər uşaq üçün ayda 136 (yüz otuz altı) manat məbləğində aliment tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. Şabran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(031)-868/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Şabran rayon İcra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Şabran rayon məhkəməsinin 8(031)-113/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 012-16525-1222 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 X12 Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” alt sistemində işaxtaran vətəndaş kimi qeydiyyatda olduğu müəyyən edilmiş və ona ("xxxx" MMC-də gözətçi, əmək haqqı 300,00-350,00 manat) təklif olunaraq həmin iş yerlərinə göndərişlər formalaşdırılmış və bu barədə məlumatlar vətəndaşın şəxsi kabinetinə yerləşdirilmişdir. Bundan əlavə, sosial rifahının və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs “emas.sosial.gov.az” internet portalı vasitəsilə MEİS-in “Əmək və Məşğulluq” altsistemini mütəmadi izləmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Gəndov İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şabran rayon Gəndov İƏD-si üzrə nümayəndəliyə heç bir yazılı və yaxud şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs “Şabran rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən “Şəkərli diabet” diaqnozu ilə Şabran RMX PHŞ-in Şəkər kabinetində dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Gəndov İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 178 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayon Gəndov kəndində yaşayır və hal-hazırda heç bir yerdə işləmir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 239922 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 27 fevral 2018-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 264491 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Ramazanova (Abdulrəhmanova) Dürdanə Nurulla qızının birgə nikahlarından 06 may 2019-cu il tarixdə Süleyman adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsi ilə 3000 AZN məbləğində aliment borcundan X6 ödəniş etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, eləcə də iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən himayəsində bir azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmanlıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, “Şəkərli diabet” xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Gəndov kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Gəndov kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-20/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-20/2023
27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver