Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-20/2024 03.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1961-ci il tarixdə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "X9 Sanayi ve Ticaret Anonim Şirketi" - nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü (minik avtomobili) vəzifəsində çalışan, ünvan 1i ünvanında qeydiyyatda olan, faktiki olaraq "X9 Sanayi ve Ticaret Anonim Şirketi" -nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yataqxanasında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-ci il tarixdə, saat 19:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən 7-ci kilometrində Gəndob kəndi istiqamətində saatda 50-60 kilometr sürətlə hərəkətdə olarkən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib hərəkəti istiqamətində yolun sol kənarından adi qaçışla sağa doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə hərəkət hissədə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə qapağı (alm) sümüyünün qapalı sınığı, sol baldır və sağ topuq sümüklərinin qapalı sınıqları, alm və sol əl nahiyyələrinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, həmin xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilir. Belə ki, o, 1981-ci il tarixdən “B” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Son dəfə sürücülük vəsiqəsini xx.xx.2022-ci il tarixdə dəyişmişdir. Hazırki sürücülük vəsiqəsi “B1, B” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmiş, sürücülük hüququndan məhrum olunmamışdır. "X9 Sanayi ve Ticaret Anonim Şirketi" - nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 2011-ci ildən sürücü kimi işləyir. Hazırda "X9 Sanayi ve Ticaret Anonim Şirketi" -nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şirkət tərəfindən verilən etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 19:30-da texniki cəhətdən saz vəziyyətdə olan, idarə etdiyi “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəndob-Yalama avtomobil yolunun Gəndob kəndi istiqamətindəki hərəkət hissəsi ilə saatda 50-60 kilometr sürətlə düzünə hərəkətdə olarkən idarə etdiyi avtomobildə yük olmasa da, üç nəfər sərnişin olmuşdur. Şirkətdə iş icraçısı işləyən Mirzə avtomobilin salonunda qabaq sağ oturacaqda, şirkətdə fəhlə işləyən Şahin arxa oturacağın sağ tərəfində, Zamiq isə onun arxasında arxa oturacağın sol tərəfində əyləşmişdir. Hava qaranlıq olmuş, yolun kənarında işıqlar olmamışdır. Yolun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən 7-ci kilometrində Gəndob kəndi istiqamətində hərəkətdə olduğu zaman Gəndob kəndi istiqamətində yolun sol kənarında olan qadın yolu soldan sağa keçmək üçün qaçaraq yolun Yalama istiqamətindəki hərəkət hissəsinə, oradan da idarə etdiyi avtomobillə hərəkətdə olduğu, yolun Gəndob istiqamətindəki hərəkət hissəsinə daxil olmuşdur. O, həmin piyada qadını görən kimi onu vurmamaq üçün dərhal tormozu basmış, buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə piyada qadını yolun Gəndob kəndi istiqamətindəki hərəkət hissəsi üzərində vurmuş və piyada qadın zərbənin təsirindən yerə yıxılmışdır. O, avtomobili qəza işıqlarını qoşaraq saxlamışdır. Bundan sonra avtomobildə olan sərnişinlər və o, düşərək piyadaya yaxınlaşmışlar. Yaxınlaşanda görmüşdür ki, piyada hadisə nəticəsində ağır bədən xəsarətləri almışdır. Odur ki, piyadanı yoldan keçən tanımadıqları bir avtomobillə ilkin tibbi yardım göstərilməsindən ötrü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Daha sonra o, öz mobil telefonu ilə 102 zəng xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və hadisə yerində qalmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Hadisə yerində olarkən bilmişdir ki, hadisə nəticəsində xəsarət almış piyada qadın xəstəxanaya aparılarkən yolda ölmüşdür. Hadisə nəticəsində avtomobilində olan sərnişinlər və o, heç bir xəsarət almamışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Bundan əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı onun idarə etdiyi avtomobilin hərəkət surəti saatda 60 kilometrdən çox olmamış, diqqətini yol şəraitindən yayındıran hər- hansı bir səbəb olmamış, hadisə vaxtı səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfalt olmuş, piyada yolu qaçmaqla keçmiş, hadisə baş verən yerdə piyada keçidi olmamış, hadisədən əvvəl spirtli içki və ya hər hansı bir narkotik vasitə qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X6 göstərmişdir ki, mərhum anası Zərərçəkmiş şəxs da onun ailəsi ilə birlikdə eyni ünvanda yaşamışdır. Kiçik qardaşı Şahid1 xx.xx.1992-ci il təvəllüdlüdür, orta təhsillidir, evlidir. Tural da öz ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Mərhum anası Nigar xx.xx.1964-cü il təvəllüdlü idi, orta təhsilli idi, Xaçmaz şəhərində yerləşən “Retro” oteldə xadimə işləyirdi. Mərhum anası Nigar fiziki cəhətdən tam sağlam olmamış, xroniki ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19:30da o, ailəsi ilə birlikdə Şabran rayonu, Ağalıq kəndində yerləşən “Ağalıq” şadlıq sarayından toydan çıxıb Xaçmaz şəhərinə yaşadıqları evə getmək üçün Gəndob-Yalama avtomobil yolunun 7-ci kilometrində, yolun Yalama istiqamətindəki sağ ehtiyat hissəsinə yaxınlaşmışlar. Sifariş verdikləri taksilərdən biri yolun əks tərəfində, yəni Gəndob kəndi istiqamətində yolun sağ ehtiyat hissəsində dayandığı üçün həmin taksiyə minmək məqsədi ilə anası Nigar Gəndob kəndi istiqamətində yolu soldan sağa keçməyə başlamışdır. Anası Nigar qaçaraq yolun Yalama istiqamətindəki hərəkət hissəsini keçib Gəndob kəndi istiqamətindəki hərəkət hissəyə daxil olmuş, bu zaman yolun Gəndob kəndi istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkətdə olan, adını sonradan öyrəndiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sol tərəfi ilə yolun Gəndob kəndi istiqamətindəki hərəkət hissəsi üzərində vurulmuşdur. Zərbənin təsirindən anası Nigar yolun hərəkət hissəsində yerə çırpılmışdır. Yaxınlaşanda görmüşlər ki, anası Nigar hadisə nəticəsində müxtəlif ağır bədən xəsarətləri almış və ölümcül vəziyyətdədir. Odur ki, yoldan keçən tanımadığı bir şəxsin markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi minik avtomobili ilə hadisə yerindən Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılanda anası Nigar yolda ölmüşdür. Buna görə də anası Nigarın meyitini məhkəmə tibbi müayinədən keçirilməsi üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin meyitxanasına aparmışlar. Mərhum anası Nigarın meyiti meyitxanada məhkəmə tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün həmin gün saat 23 radələrində onlara təhvil verilmişdir. Anası Nigarın cənazəsini xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd qəbiristanlığında dini adətlərə uyğun dəfn etmişlər. Bununla yanaşı o, xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə aralarında barışığın əldə edildiyini, ondan hər-hansı bir şikayət və ya tələbinin olmadığını bildirmiş və növbəti iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, mərhum anası Zərərçəkmiş şəxs qardaşı Vüsal və onun ailəsi ilə birlikdə yaşamışdır. Mərhum anası Nigar xx.xx.1964-cü il təvəllüdlü idi, orta təhsilli idi, Xaçmaz şəhərində yerləşən “Retro” oteldə xadimə işləyirdi. Mərhum anası Nigar fiziki cəhətdən tam sağlam olmamış, xroniki ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:30-da ailəlikcə Şabran rayonu, Ağalıq kəndində yerləşən “Ağalıq” şadlıq sarayından toydan çıxıb Xaçmaz şəhərinə yaşadıqları evə getmək üçün Gəndob-Yalama avtomobil yolunun 7-ci kilometrində, yolun Yalama istiqamətindəki sağ ehtiyat hissəsinə yaxınlaşmışlar. Sifariş verdikləri taksilərdən biri yolun əks tərəfində, yəni Gəndob kəndi istiqamətində yolun sağ ehtiyat hissəsində dayandığı üçün həmin taksiyə minmək məqsədi ilə anası Nigar Gəndob kəndi istiqamətində yolu soldan sağa keçməyə başlamışdır. Anası Nigar qaçaraq yolun Yalama istiqamətindəki hərəkət hissəsini keçib Gəndob kəndi istiqamətindəki hərəkət hissəyə daxil olmuş, bu zaman yolun Gəndob kəndi istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkətdə olan, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sol tərəfi ilə yolun Gəndob kəndi istiqamətindəki hərəkət hissəsi üzərində vurulmuşdur. Zərbənin təsirindən anası Nigar yolun hərəkət hissəsində yerə çırpılmışdır. Anasının yanına yaxınlaşanda görmüşlər ki, o, hadisə nəticəsində müxtəlif ağır bədən xəsarətləri almış və ölümcül vəziyyətdədir. Odur ki, yoldan keçən tanımadığı bir şəxsin markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi minik avtomobili ilə hadisə yerindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılanda anası Nigar yolda ölmüşdür. Buna görə də anası Nigarın meyitini məhkəmə tibbi müayinədən keçirilməsi üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin meyitxanasına aparmışlar. Mərhum anası Nigarın meyiti meyitxanada məhkəmə tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün həmin gün saat 23:00 radələrində onlara təhvil verilmişdir. Anası Nigarın cənazəsini xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, o, 2017ci ildən “X9 Sanayi ve Ticaret Anonim Şirketi" - nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində komendant (düşərgə) vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 19:30-da “X9 Sanayi ve Ticaret Anonim Şirketi" -nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəndob-Yalama avtomobil yolunun Gəndob kəndi istiqamətindəki hərəkət hissəsi ilə saatda 50-60 kilometr sürətlə düzünə hərəkətdə olarkən avtomobildə o da daxil olmaqla üç nəfər sərnişin olmuşdur. O, avtomobilin salonunda qabaq sağ oturacaqda, şirkətdə usta işləyən Şahinlə Zamin isə arxa oturacaqda əyləşmişlər. Hava qaranlıq olmuş, yolun kənarında işıqlar olmamışdır. Yolun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən 7-ci kilometrində Gəndob kəndi istiqamətində hərəkətdə olduqları zaman Gəndob kəndi istiqamətində yolun sol kənarında olan qadın yolu soldan sağa keçmək üçün qaçaraq yolun Yalama istiqamətindəki hərəkət hissəsinə, oradan da yolun Gəndob kəndi istiqamətindəki hərəkət hissəsinə daxil olmuş, sürücü Şahin həmin piyada qadını görən kimi onu vurmamaq üçün dərhal tormozu basmış, buna baxmayaraq Şahin idarə etdiyi, sərnişini olduqları avtomobilin qabaq sol tərəfi ilə piyada qadını yolun Gəndob kəndi istiqamətindəki hərəkət hissəsi üzərində vurmuş və piyada zərbənin təsirindən yerə yıxılmışdır. Şahin avtomobili qəza işıqlarını qoşaraq saxlamış, bundan sonra onlar birlikdə avtomobildən düşərək piyadaya yaxınlaşmışlar. Yaxınlaşanda görmüşlər ki, piyada hadisə nəticəsində ağır bədən xəsarətləri almışdır. Odur ki, piyadanı yoldan keçən tanımadıqları bir avtomobillə ilkin tibbi yardım göstərilməsindən ötrü Xaçmaz rayon mərkəzi xəstəxanasına yola salmışlar. Daha sonra sürücü Şahin öz mobil telefonu ilə 102 zəng xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Onlar sürücü Şahinlə birlikdə hadisə yerində qalmışlar. Bir neçə dəqiqədən sonra hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Hadisə yerində olarkən bilmişlər ki, hadisə nəticəsində xəsarət almış piyada qadın xəstəxanaya aparılarkən yolda ölmüşdür. Əlavə olaraq qeyd etmişdir ki, hadisə nəticəsində əyləşdiyi avtomobildə olan şəxslərdən heç kəs xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 və Şahid4 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(cinayət işinin 1-ci vərəqəsi). - BC seriyalı, 407546 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində “B1, B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir (cinayət işinin 28-ci vərəqəsi). - X1 Şəhadətnaməsinin surətindən görünür ki, “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X9 Sanayi ve Ticaret Anonim Şirketi" -nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətindədir (cinayət işinin 29-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, “X9 Sanayi ve Ticaret Anonim Şirketi"-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il, saat 23:59-dək Azərbaycan Respublikasının daxilində idarə olunması Təqsirləndirilən şəxs (sürücülük vəsiqəsi: BC№407546) etibar olunmuşdur (cinayət işinin 30-cu vərəqəsi). - Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X4 notarial qaydada təsdiq edilmiş **********143 nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir və o, Təqsirləndirilən şəxs ilə qarışılıqlı olaraq barışmışdır. Onun, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur (cinayət işinin 43-cü vərəqəsi). - AZ-İİ seriyalı, 394449 nömrəli X5 surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə travmatik subaranxoidal qansızma səbəbi ilə Şabran rayonunun Ağalıq kəndində vəfat etmişdir (cinayət işinin 44-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs X2 yol-nəqliyyat hadisəsi nəticəsində öldüyündən onun oğlu X6 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (cinayət işinin 47-ci vərəqəsi). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Xaçmaz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 61 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs meyitinin bədən səthində baş- beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə qapağı (alın) sümüyünün qapalı sınığı canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol baldır və sağ topuq sümüklərinin qapalı sınıqları canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, alm və sol əl nahiyyələrinin sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənməklə qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş-beyin toxuma və mədəciklərinə qansızına olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cinayət işinin 64-66-cı vərəqələri). - "X9 Sanayi ve Ticaret Anonim Şirketi" -nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq X9 Sanayi ve Ticaret Anonim Şirketi" - nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü (minik avtomobili) vəzifəsində çalışır. İşlədiyi müddət ərzində yüksək mənəvi keyfiyyətləri ilə kollektiv üzvlərinin hörmətini qazanmış, özünün iş təcrübəsinin yüksəldilməsi üzərində daim çalışmışdır. Rəhbərliyin ona verdiyi tapşırıqları yüksək səviyyədə, keyfiyyətli və vaxtında yerinə yetirir. İşlədiyi müddət ərzində inzibati tənbeh almamışdır (cinayət işinin 68-ci vərəqəsi). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-kimya şöbəsinin xx.xx.2023-cü il tarixli, 4068/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cinayət işinin 70-73-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2023cü il tarixli, 3-13-16/2-168154/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə (xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan olan) “B” kateqoriyalı BC seriyalı 407546 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bununla yanaşı müvafiq sistemdə onun nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir (cinayət işinin 74-cü vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/3814 nömrəli rəyindən görünür ki, “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir (cinayət işinin 87-90-cı vərəqələri). - 547 nömrəli, xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır (cinayət işinin 91-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cinayət işinin 106-107-ci vərəqələri). - 555 nömrəli, xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onunla Təqsirləndirilən şəxs ilə arasında barışıq əldə edilmişdir və onun Təqsirləndirilən şəxs hərhansı bir şikayət və ya tələbi yoxdur. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikasının CM-nin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinə müvafiq olaraq avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eləcə də bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. (Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3-cü maddələri). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin hadisənin təsadüfi axarı gedişatında ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törədilməsini, etirafedici ifadəsinə, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM) 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisənin təsadüfü axarı gedişatında ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə barışıq əldə etmiş, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır və iş üzrə maddi sübut kimi tanınmış “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarıldığı nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 44.1; 344-347; 349; 351-353; 356 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “X10 21310” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarıldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-20/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-20/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver