Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-20/2025 07.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 02 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanda yaşamış, Şabran Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 4(031)-5/2025 saylı qərarına əsasən barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,239 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlamaqla daşıyaraq Şabran şəhərinin X10 küçəsində yerləşən “Araz” market dükanının yaxınlığında hərəkətdə olarkən Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 14:50-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi-axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol içəri cibindən 01 (bir) ədəd gümüşü kağızda 0,054 qram və həmin folqa bükümün içərisində 01 (bir) ədəd kağız bükümdə 0,185 qram olmaqla ümumi təmiz çəkisi 0,239 qram, yəni xeyli miqdarda narkotik vasitə heroin və 01 (bir) ədəd şpris aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun əvvəllər CM-nin 126.1-ci maddəsi ilə məhkumluqları olub və 2022-ci ildə azadlığa buraxılmışdır. Təxminən bir-iki ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan təqribən bir həftə öncə o, yaşadığı evdən bir qədər məsafədə park ərazisi ilə yol ilə gedərkən yerdən 01 (bir) ədəd büküm tapmış, həmin bükümə baxdıqda içərisində narkotik vasitə olmasını aşkar etmiş, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümdə olan narkotiki tanıyaraq bükümü sonradan şəxsi istifadəsi üçün götürüb əynində olan qara rəngli gödəkçəsinin cibinə qoymuşdur. Bükümü tapıb götürdükdən sonra həmin bükümdən istifadə etmək üçün aptekdən 01 ədəd şpris alaraq tapdığı bükümü qoyduğu gödəkçəsinin cibinə qoymuşdur. Buna baxmayaraq o, həmin narkotik vasitədən istifadə etməmiş, bükümü cibində saxlamışdır. Bir müddət sonra, xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Şabran şəhərində yerləşən avtovağzalın yaxınlığındakı “Araz” market ərzaq dükanına siqaret almaq üçün gedərkən, dükana girib çıxdıqda polis əməkdaşları ona yaxınlaşmış və üzərində nartkotik vasitə olması barədə məlumatlarının olduğunu deyərək onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Şabran Rayon Polis Şöbəsinə getmiş, polis şöbəsində o, müstəntiqin otağına dəvət edilmiş, müstəntiq tərəfindən müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi-axtarış keçirilməyə başlanılmışdır. Şəxsi-axtarış zamanı ona üzərində qanuna zidd nə varsa təqdim etməyi təklif olunmuşdur. O, buna etiraz etmədən üzərində saxlayaraq daşıdığı 01 ədəd bükümdə olan narkotik vasitə “heroini” və aptekdən aldığı 01 ədəd şprisi təqdim etmiş, həmin büküm və 01 ədəd şprisə müstəntiq tərəfindən baxılaraq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq zərfə qoyulmuşdur. Bundan başqa o, üzərində olan iki ədəd siqaret qutusunu, 23 (iyirmi üç) manat 80 (səksən) qəpik pulu, alışqanı və mobil telefonunu da təqdim etmişdir. Lakin həmin əşyalar və pullar müstəntiq tərəfindən özünə qaytarılmışdır. Bundan sonra onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı qaldığı otaqdan bir il bundan öncə yuxusuzluqdan əziyyət çəkdiyi üçün aldığı iki ədəd tabletlər qara rəngli pulqabısından aşkar edilərək ekspertizaya təqdim edilməsi üçün götürülmüş və qablaşdırılmışdır. Evə baxış zamanı başqa qanuna zidd hər hansı bir əşya götürülməmiş və baxış bitmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı CM-in 234.1-ci maddəsi ilə elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şabran şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin saxlanılması və daşınması, narkotik vasitələrdən Şabran şəhəri ərazisində istifadə etməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Şabran Rayon Polis Şöbəsinin əməkdaşları X5 və Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 14:50 radələrində Şabran şəhərinin X10 küçəsində yerləşən “Araz” market ərzaq dükanının qarşısında Təqsirləndirilən şəxs saxlanılarkən ona üzərində narkotik vasitə saxlamaqla daşıması, narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olması bildirilmişdir. Buna görə də o, yoxlanılması üçün Şabran Rayon Polis Şöbəsinə dəvət edilmiş, Seymurda buna etiraz etməmiş, onlarla birlikdə şöbəyə getmişdir. Həmin şəxs yoxlanılarkən onun Şabran şəhəri, Rəşid Behbudov küçəsi ev 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması təstiqlənmişdir. Bundan sonra Şabran Rayon Polis X3 müstəntiqi Fərid Nağıyev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi-axtarış keçirilməyə başlanılmışdır. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs müstəntiq tərəfindən üzərində olan əşyaları çıxardıb təqdim edərək qarşısında olan masanın üzərinə qoyması təklif olunmuş, o da etiraz etmədən əynində olan qara rəngli idman şalvarının sol və sağ ciblərindən 01 (bir) ədəd qara rəngli, “Redmi” markalı smartfonu, 01 (bir) qutu açılmamış “Kent” markalı siqareti, 01 (bir) qutu “Viceroy” markalı siqareti, iki ədəd 10 (on) manatlıq, 03 (üç) ədəd 01 (bir) manatlıq pul əsginaslarını və 80 (səksən) qəpik pulu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Seymur əynində olan qara rəngli gödəkcənin sol içəri cibindən isə 01 (bir) ədəd gümüşü kağızlı bükümü, 01 (bir) ədəd şprisi, 01 (bir) ədəd alışqanı və 01 (bir) ədəd balaca şüşə ətri çıxardaraq təqdim edib masanın üzərinə qoymuşdur. Həmin vaxt müstəntiq tərəfindən gümüşü bükülüyə baxılarkən, həmin gümüşü kağızın daha bir gümüşü kağıza bükülməsi, birinci kağızın iç tərəfində şabalıd rəngi toz kütləsinin olması, ikinci kağızda isə şabalıd rəngi olan kütlənin olması müşahidə edilmişdir. Bu vaxt müstəntiq Təqsirləndirilən şəxs gümüşü kağızda olan kütlənin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs kütlənin “Kakos” adlanan narkotik vasitə olmasını deyərək həmin narkotik vasitəni bir həftə öncə Şabran şəhərində yerləşən parkda olarkən yerdən tapdığını və kütləni şəxsi-istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs onun müdafiəçisi Müdafiəçi sual verərək narkotik vasitəni, niyə üzərində saxladığını soruşmuş və o, cavab olaraq narkotik vasitəni şəxsi-istifadəsi üçün saxladığını etiraf etmişdir. Daha sonra Müdafiəçi saxlanılan Təqsirləndirilən şəxs polis tərəfindən saxlanılarkən ona zor tədbiq edilib-edilməməsi barədə sual verilmiş və o, ona polis tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra müstəntiq X8 narkotik vasitədən neçə vaxt müddətində istifadə etdiyini soruşduqda Seymur narkotik vasitələrdən bir ilə yaxındır ki, istifadə etdiyini bildirmişdir. Daha sonra müstəntiq Fərid Nağıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş gümüşü rəngdə olan kağızdakı kütlə və şpris bir ədəd zərfə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Şəxsi-axtarışın sonunda təqdim olunmuş “Redmi” markalı mobil telefon və digər əşyalarla pullar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə onun yaşadığı ünvana, yəni ünvan 3 Seymurun yataq otağından şübhə doğuran iki ədəd (həb) tablet aşkar edilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Evdən başqa hər hansı bir qanuna zidd əşya aşkar edilmədiyi üçün videoçəkilişlə aparılan baxış dayandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X5 və məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid2 ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:50-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 14-17-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, həmin tarixdə saat 15:55-dən 16:05-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində onun əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən 01 (bir) ədəd gümüşü kağızda və həmin folqa bükümün içərisində ayrıca 01 (bir) ədəd kağız bükümdə narkotik maddəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 34-36-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərizədə faktiki olaraq yaşadığı Şabran şəhəri, Rəşid Behbudov küçəsi, ev 9 ünvanına Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (cinayət işinin İ cildinin 37-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli baxış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş 01 ədəd videodiskə köçürülmüş görüntülərdən görünür ki, həmin tarixdə saat 18:26-dan 18:57-ə kimi Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran şəhəri, Rəşid Behbudov küçəsi, ev 9 ünvanında keçirilmiş baxış və götürmə nəticəsində Təqsirləndirilən şəxs yataq otağından şübhə doğuran iki ədəd (həb) tablet aşkar edilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür (cinayət işinin İ cildinin 38-39-cu vərəqələri). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/673 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd folqa bükümü açdıqda içərisindən təmiz çəkisi 0,054 qram və həmin folqa bükümün içərisindəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,185 qram ümumi təmiz çəkisi 0,239 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs evindən..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisindən üzərində “Диазепaн” göstərici olan 01 (bir) ədəd konvalyut kəsiyində 02 (iki) ədəd ağ rəngli həbdə diazepamin maddəsinin miqdarı 0,01 qram təşkil edir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 47-50-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 56-57-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən, saat 14:50-dən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 71-75-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ekspertiza icraatından sonra qaytarılan 0,199 qram heroin və bir ədəd şpris, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq Şabran Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş, bununla yanaşı şəxsi-axtarış və evə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 83-cü vərəqəsi). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 62.1 və 126.1-ci maddələri ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cinayət işinin İ cildinin 85-ci vərəqəsi). - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1273/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cinayət işinin İ cildinin 93-97-ci vərəqələri). - Şabran Rayon Mərkəzi X6 Şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-34/2-278/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji kabinetlərdə dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 98-ci vərəqəsi). - “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” X9 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1395 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 98-99-cu vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-74-1/2-1023/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şabran şəhəri, Rəşid Behbudov küçəsi, ev 9 ünvanında yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs anası xx.xx.1966-cı il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 105-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-1/2-1027/2025 saylı xasiyyətnamədən görünür ki, Şabran şəhəri, Rəşid Behbudov küçəsi, ev 9 ünvanında yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 106-cı vərəqəsi). İş materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 7(002)- 1273/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün Şabran rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə, xx.xx.2023cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmasına baxmayaraq, məhkumluğu ödənilmədən, həmçinin qanunla nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən az ağır cinayət törətməsinə görə onun əməlində cinayətin residivi vardır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun etirafedici ifadələri, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş DVD disk, şahidlərin ifadələri, məhkəmə kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmiş hesab edir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ siyahının (Narkotik vasitələr) 83-cü bəndinə əsasən narkotik vasitə hesab olunan heroinin xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 02 qram, xüsusilə külli miqdarının isə (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi 800 qram təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumilikdə 0,239 qram narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanılması və daşınması CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. CM-in 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi, CM-in 61.1.1-ci maddəsinə əsasən isə onun əməlində cinayətlərin residivi olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları, o cümlədən əməlində cinayətlərin residivi olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, o, CM-in 56.1.3-cü maddəsinə əsasən barəsində təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, CPM-in 158-ci maddəsinə əsasən cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, CM-in 93.1 və 93.1.2-ci maddələrinə və CPM-in 346.1.16-cı maddəsinə əsasən ona narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və iş üzrə maddi sübutlar - Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,199 qram heroin və bir ədəd şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə şəxsi-axtarış və götürmə, habelə evə baxış və götürmə keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd “DVD” disklər isə cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza xərci olan 65 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut: Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,199 qram heroin və bir ədəd şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 (iki) ədəd “DVD” disklər cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-20/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-20/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver