Məhkəmə qərarları › İş №1(031)-22/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-22/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-22/2023 19.04.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1984-cü ildə Dəvəçi rayonu, Kuybişeb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, bitərəf, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, Şabran rayonu, Dəvəçi kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şabran rayonu, Dəvəçi kəndində Zərərçəkmiş şəxs ilə həmkəndlisi Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətləri zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq, baş nahiyyəsindən tutub bir neçə dəfə yerə vuraraq sonuncuya sol göz alması ətrafı yumşaq toxumların hematoma halında əziyindən, başın alın nahiyəsinin və burun belinin sıyrılmış yaralarından, sağ dizin əziyindən ibarət bədən xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, fərdi əməklə məşğul olmaqla gündəlik çörək pulu qazanıb ailəsini dolandırdığını, həyat yoldaşının heç bir yerdə işləmədiyini, ailədə yeganə qazanc gətirən olmasını, barəsində şikayət etmiş Zərərçəkmiş şəxs onun müəlliməsi olduğunu, əvvəllər münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir düşmənçiliklərinin və ədavətlərinin olmadığını, 2022-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadığı kənddə onunla rastlaşan zaman ona, evinin hasarını çəkdirmək istədiyini dediyini, o Asiya ilə birlikdə yaşadığı evə gedərək çəkiləcək hasarın binəsi üçün lazım olan materialı və usta pulunu hesablayaraq 2250 manat pul lazım olduğunu dediyini, Asiyanın onunla razılaşaraq elə həmin günü ona evində 2250 manat pul verərək işə başlamasını dediyini, o lazım olan materialları alaraq hasarın binəsini hazırlyaraq təhvil verdiyini və Asiyaya qalıq pulu 233 manat geri qaytardığını, bunun üstündən xeyli müddət keçdikdən sonra Asiyanın onların evinə gələrək onun ondan artıq pul aldığını deyib pulunu geri qaytarmasını tələb etdiyini, bu halların bir neçə dəfə təkrarlandığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində o, kəndin içərisində yerləşən mağazaya gedən zaman Asiyanın yenidən onun qarşısını kəsərək ondan artıq pul aldığını deyib onu söyüb-təhqir etdiyini, Asiyanın onun yaxasından tutaraq ondan pulunu tələb etdiyini və o Asiyanı özündən kənarlaşdırmaq üçün geriyə itələdiyini, o Asiyanı möhkəm itələdiyi üçün Asiyanın üzü üstə yerə yıxıldığını, həmin zaman Asiyanın burun nahiyəsinin qanadığını gördüyünü və oradan kənarlaşaraq çıxıb getdiyini, Asiyanı özündən kənarlaşdırmaq istəyən zaman yumruğunun Asiyanın sifətinə dəydiyini, Asiyanın aldığı xəsarətləri o yetirdiyini, hadisədən sonra dəfələrlə onun evinə gedərək ondan üzr istədiyini, bağışlanmasını xahiş etdiyini, lakin, zərərçəkmiş Zərərçəkmiş şəxs onu qəbul etmədiyini, etdiyi əməlindən peşman olduğunu göstərdi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əhməd qızının məcburi gətirilməsi haqqında qərardan və Şabran Rayon Polis Şöbəsinin müvafiq məktubundan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əhməd qızının yaşadığı ünvana dəfələrlə gedilməsinə baxmayaraq, o, səhətinə ilə əlaqədar məhkəmə iclasına gəlməkdən imtina etmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əhməd qızının ahıl yaşda olmasını və məhkəməyə obyektiv səbəblərdən gətirilə bilməməsini nəzərə alarq hesab edir ki, onun ibtidai araşdırma zamanı vermiş olduğu izahatın elan olunması zəruridir. Belə ki, iş üzrə ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əhməd qızı izahat verərək, uzun müddət yaşadığı kənddə yerləşən tam orta məktəbdə müəllimə işlədiyini, hazırda isə təqaüddə olduğunu, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, həm də onun müəlliməsi olduğunu, onun yaşadığı evin dam örtüyü yararsız olduğundan evi təmir etdirmək fikrinə düşdüyünü, bu məqsədlə yaşadığı kənddə evi təmir etmək üçün usta axtardığını, ona kənd camaatı həmkəndlisi Təqsirləndirilən şəxs təmir tikinti işlərini bacardığını dediyini, xx.xx.2022-ci il tarixdə o, kəndin içərisində Elşən ilə qarşılaşdığını və Elşənə evini təmir etdirmək fikrinin olduğunu dediyini, Elşənin onunla yaşadığı evə gedərək baxış keçirtdiyini və təmir tikinti işləri aparmaq üçün 2250 manat pulun lazım olduğunu dediyini, o həmin vaxt 2250 manat pulu Elşənə verərək təmir tikinti işlərinə başlamasını və təmir tikinti işlərinə hansı materialları və nə qədər pul xərcləməsi barədə ona məlumat verməsini bildirdiyini, bundan sonra xx.xx.2022-ci il tarixdə Elşən müəyyən tikinti materialları alaraq onun həyətinə gətirdiyini və özü ilə gətirdiyi fəhlələr ilə işləməyə başladıqlarını, həmin günü Elşənin ona əlavə 750 manat da pul verməli olduğunu dediyini, o Elşənin gətirdiyi materiallara baxanda verdiyi pulun hətta çox olduğunu bildiyi üçün Elşəndən aldığı materialların və onların dəyəri haqqında ona hesabat verməsini tələb etsə də Elşənin heç bir hesabat vermədiyini, bu mövzuda aralarında narazılıq yarandığını, buna görə də o, işi dayandırdığını, bir neçə dəfə Elşənin yaşadığı evə gedərək onun ona verdiyi pulu tələb etsə də Elşənin ona pulunu geri qaytarmadığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində o, Elşəni evinin yaxınlığından keçən zaman görüb onu çağırdığını, Elşən onun yanına gəldiyini və o ondan yenə də pulunu tələb etdiyini, Təqsirləndirilən şəxs ona onda pulunun qalmadığını dediyini, bu mövzuda aralarında mübahisə yarandığını, o Elşənə pulunu qaytarmasa ona və uşaqlarına qarğış edəcəyimi dediyini, Elşənin bundan əsəbləşərək onun başından tutaraq iki defə yerə çırpdığını, daha sonra isə o yerdən ayağa qalxan zaman Elşənin onun sifət nahiyəsinə yumruqla vurduğunu, o yumruğun zərbəsindən yerə yıxıldığını, yerə yıxıldıqdan sonra Elşənin onun baş nahiyəsindən tutaraq başını təkrar yerə vurduğunu, səslərinə gələn qonşusu el arasında Cəlal kimi tanınan Firdovsinin onu Elşənin əlindən gücnən aldığını, daha sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid, həmkəndliləri Asiya və Elşən ilə münasibətlərinin normal olduğunu, onlarla heç bir düşmənçiliyinin və ədavətinin olmadığını, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin həyətyanı sahəsində olduğu zaman küçədən səs-küy eşidib bayıra çıxdığını, evindən təxminən 10-12 metr aralı məsafədən Asiya və Elşənin mübahisə etdiklərini gördüyünü, o onlara yaxınlaşaraq sakitləşdirmək istədikdə Elşənin Asiyanın onun ünvanına qarğış etdiyini dediyini, onları birbirindən 3-4 metr araladıqdan sonra evinə getmək istədikdə Asiyanın yenidən onun ünvanına nalayiq ifadələrə işlətməsi qarşılığında Elşən sonuncunun sinəsindən itələdiyini, bundan sonra Asiyanın yerə yıxıldığını, Elşəni oradan kənarlaşdıraraq Asiyanın yerdən qalxmasına köməklik etdiyini, həmin zaman ətrafda heç kimin olmadığını, hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş tərəfə barışıq təklifləri edilsə də, qəbul edilmədiyini göstərdi. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş MTE və PA Birliyinin xx.xx.2023-cü il tarixli 24 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Əhməd qızının məhkəmə-tibbi ekspertizasında bədəni üzərində sol göz alması ətrafı yumşaq toxumların hematoma halında əziyi, başın alın nahiyəsinin və burun belinin sıyrılmış yaraları, sağ dizin əziyi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti 12 fevral 2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli 79 saylı arayışdan, nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ocaqov X2 rayonu Dəvəçi kəndində ailə üzvləri – həyat yoldaşı – X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində ictimai qaydalara və inzibati tələblərə hörmətlə yaqaşmışdır. Böyüklərə qarşı hörmətli, kiçiklərə qarşı diqqətcil olmuşdur. Birgə yaşayış qaydalarına hörmətlə yanaşmışdır. Onun barəsində qanunlara zidd hərəkəti barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə ekspertizasının rəyi, eləcə də iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, ailədə yeganə qazanc gətirən olmasını, törətdiyi əməldən peşmançılıq çəkərək zərərçəkmiş şəxslə barışığa cəhd göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Dəvəçi kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Dəvəçi kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar