Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-23/2022 25.05.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Zəngilan rayonu Şayıflı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, 3-cü qrup əlil, Zəngilan rayonu Şayıflı kəndində qeydiyyatda olmaqla Xızı rayonu Sitalçay hərbi şəhərciyində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın müvafiq olaraq təmiz çəkisi 2,096 qram təşkil edən bir hissəsini ağ rəngli salfet kağızına, 5,960 qram təşkil edən digər hissəsini isə 01 ədəd kibrit qutusuna qablaşdırıb əynindəki gödəkçənin müvafiq olaraq sağ və sol yan ciblərinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış, 12 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında Şabran rayon polis şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı saxlanılmış və üzərində keçirilmiş şəxsi axtarış zamanı ümümi təmiz çəkisi 8,056 qram təşkil edən sözügedən narkotik vasitə – qurudulmuş marixuana ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Zəngilan rayonu Şayıflı kəndində qeydiyyatda olsa da, məcburi köçkün kimi Xızı rayonu Sitalçay hərbi şəhərciyində məskunlaşmış və anası Müşkünaz İbrahimova ilə birlikdə orada yaşayır. Təxminən 3-4 ay olar ki, narkotik vasitə hesab edilən qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. 11 yanvar 2022-ci il tarixdə o, Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsində yerləşən “Rolls-Royse” avtomobil satış mərkəzinin qarşısında olan zaman yerdə kiçik bir sellofan torbanın olduğunu görmüşdür. Torba diqqətini cəlb etdiyindən yerdən götürüb onun içərisinə baxmış, 01 ədəd kibrit qutusu, onun içərisində isə qurudulmuş marixuananın olduğunu görmüşdür. Kibrit qutusunu cibinə qoyaraq təcili Xızı rayonuna qayıtmışdır. Həmin gün tapdığı 01 ədəd kibrit qutusuna doldurulmuş qurudulmuş marixuananı qəbul etməmişdir. Ertəsi gün isə saat 15 radələrində Xızı rayonu Sitalçay hərbi şəhərciyində yaşayan tanışı Yəhya Səfərova zəng edərək havanın soyuq olmasını və bu səbəbdən də Quba şəhərinə gedərək orada gəzişməyi ona təklif etmişdir. Yəhya Səfərov da onun təklifi ilə razılaşmış və onlar birlikdə Yəhya Səfərovun atası Ağadadaş Səfərova məxsus, Yəhya Səfərovun etibarnamə ilə idarəetdiyi “VAZ-2107” markalı **-OJ-*** qeydiyyat nömrə nişanlı avtomobillə Quba rayonuna yollanmışlar. Quba rayonuna çatdıqdan sonra Yəhya ilə Quba rayonu, Qəçrəş kənd ərazisində yerləşən meşə massivində sohbət edərək gəzişmişlər. Bir neçə saat sonra onlar Xızı rayonu Sitalçay hərbi şəhərciyinə qayıdarkən Şabran şəhəri M.Ə.Rəsuladə küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında Şabran RPŞ-nin DYP-nin əməkdaşları Yəhya Səfərova idarə etdiyi avtomobili saxlamağı tələb etmişlər. Polis əməkdaşları yaxınlaşıb narkotik vasitə qəbul etmələrinə şübhələr olduğunu və bu səbəbdən də onlarla RPŞ-nə getməli olduğlarını bildirmişlər. RPŞ-də polis əməkdaşları tərəfindən onun hüquqlarını müdafiə edən Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və 11 yanvar 2022-ci il tarixdə Bakı şəhərində yerdən tapdığı narkotik vasitənin bir hissəsi kibrit qutusuna doldurulmuş vəziyyətdə əynindəki qara rəngli gödəkçənin sol yan cibindən, bir hissəsi isə ağ rəngli salfet kağızına bükülmüş vəziyyətdə həmin gödəkçənin sağ yan cibindən aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4 göstərdi ki, o, Şabran RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 12.10.2022-ci il tarixdə saat 19 radələrində Şabran RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində işləyən polis baş leytenantı Şahid1la birgə xidmətdə olan zaman M.Ə.Rəsulzadə küçəsində ağ rəngli “VAZ-21074” markalı **-OJ-*** qeydiyyat nömrə nişanlı avtomobilin işıq sistemindən düzgün istifadə etməməsini və avtomobilin düz trayektoriya üzrə hərəkət etməməsini gördükdə onlarda şübhə yaranmışdır. Şahid1la birgə sözügedən avtomobilə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında “saxla” əmri vermişlər. Bundan sonra “VAZ-21074” markalı **-OJ-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün avtomobili narkotik vasitə təsiri altında idarə etdiyini müəyyən etdikdə sürücünü və yanında sərnişin qismində əyləşmiş şəxsi RPŞ-nə dəvət etmişlər. RPŞ-də sözügedən avtomobilin sürücüsünün X5, onun yanında olan sərnişin qismində əyləşmiş şəxsin isə Təqsirləndirilən şəxs olması müəyən edilmişdir. RPŞ-nin Növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin müvafiq olaraq sağ və sol yan ciblərindən 01 ədəd salfet kağızına və 01 ədəd kibrit qutusuna doldurulmuş narkotik maddə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra “VAZ-21074” markalı **-OJ-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X3 RMX-dan tibbi müayindən keçirən zaman onun da nəqliyyat vasitəsini narkotik vasitə təsiri altında idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin DYPB-nin baş inspektoru, polis baş leytenantı Şahid1 iş üzrə Şahid4 ilə eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin NMQ-nun əməliyat müvəkkili, polis baş leytenantı Şahid2 göstərdi ki, 12 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Şabran RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 və YPX-nin inspektoru Şahid4la Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində xidmətdə olan zaman ağ rəngli, “VAZ-21074” markalı **-OJ-*** qeydiyyat nömrə nişanlı avtomobilin işıq sistemindən düzgün istifadə etməməsi və avtomobilin düz trayektoriya üzrə hərəkət etməməsini gördükdə onlarda şübhə yaranmış və bu səbəbdən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında saxla əmri vermişlər. Bundan sonra “VAZ-21074” markalı **-OJ-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün avtomobili narkotik vasitə təsiri altında idarə etdiyini müəyyən etdikdə sürücünü və yanında sərnişin qismində əyləşmiş şəxsi RPŞ-nə dəvət etmişlər. RPŞ-də sözügedən avtomobilin sürücüsünün X5, onun yanında sərnişin qismində əyləşmiş şəxsin isə Təqsirləndirilən şəxs olması müəyən edilmişdir. RPŞ-nin Növbətçi hissəsində onun və CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Yəhya Səfərovun və Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış aparılan zaman Yəhya Səfərovun üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya, predmet və yaxud narkotik maddə aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin müvafiq olaraq sağ və sol yan ciblərindən ağ rəngli salfet kağızına və 1 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik maddəni hansı yolla əldə etməsini soruşduqda o, həmin narkotik maddəni 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu Xəqani küçəsində yerləşən “Rols Royce” avtomobil satış mərkəzinin qarşısında yerdən tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 iş üzrəŞahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 anvar 2022-ci il tarixli məhkəmə-bioloji ekspertizasının 7/37 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,960 qram və 01 ədəd salfet bükülüdə təmiz çəkisi 2,096 qram olan bitki mənşəli kütlələr tərkibində narkoik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 8,056 qramdır. (Tədqiqata istifadə olundu – 0.1 qram, (hər ob 0,05 qram) qalıq – 7,956 qram). Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 fevral 2022-ci il tarixli 790 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs Viadi oğlunun 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan 2 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli 32 saylı arayışdan görünür ki, Məmmədov X4 1 hərbi şəhərcik ev 5, mənzil 9 ünvanda anası X2 ilə birlikdə yaşayır. İş materiallarında olan 2 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdə özünü nümunəvi sakin kimi göstərmişdir. Onun barəsində heç bir şikayət daxil olmamışdır. O, hərbi şəhərciyin ictimai işlərində iştirak etmiş, hərbi şəhərciyin sakinləri arasında hörmət qazanmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Elektron Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİİ-cü qrup əlilliyə görə 120 manat sosial müavinət alır. İş materiallarında olan 12 yanvar 2022-ci il tarixli tutma protokolundan, eləcə də 14 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 14 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, 3-cü qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Xızı rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Xızı rayonu Sitalçay hərbi şəhərciyində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci ildən 14 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq cəzadan çıxmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalan 7,956 qram qurudulmuş marixuana məhv edilməli, eləcə də şəxsi axtarış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 78 manat 82 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Xızı rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Xızı rayonu Sitalçay hərbi şəhərciyində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalan 7,956 qram qurudulmuş marixuana məhv edilsin, eləcə də şəxsi axtarış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 78 manat 82 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-23/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-23/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver