Məhkəmə qərarları › İş №1(031)-23/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-23/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-23/2023 08.05.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs1 vəkili Nümayəndə, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 iştirakları ilə xx.xx.1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, 1 uşaq anası, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci ildə saat 17:45-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyib 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saat sürətlə məhdudlaşdırılmış Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Aygünlü kəndi ərazisindən keçən 139-cu kilometrliyində texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 100-120 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, qarşısında eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 80-90 km/saat sürətlə idarə etdiyi “Mercedes Benz 308D” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu ötmək üçün əks hərəkət zolağına çıxmaq istəmiş, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsinin gəldiyini görərək və qarşısında hərəkətdə olan “Mercedes Benz 308D” markalı mikroavtobus ilə toqquşmamaq üçün avtomobili sağa istiqamətləndirməklə sağ ehtiyat hissəsinə çıxmış, sağ ehtiyat hissədə ağac olduğunu görüb avtomobili yenidən sola istiqamətləndirən zaman avtomobilin qabaq sol tin hissəsi ilə onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz 308D” markalı mikroavtobusun qabaq sağ qanadının yan hissəsi toqquşmuş, zərbədən sürücü Zərərçəkmiş şəxs1 idarəetməni itirdiyindən “Mercedes Benz 308D” markalı mikroavtobus hərəkət hissəsindən çıxaraq yolun sol kənarına aşmış, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz 308D” markalı mikroavtobusun sərnişini X2 başın və gövdənin qapalı küt travması, sağ 2-3-4-5-6-7-ci və sol 2-3-4-5-6-7-8-ci qabırğaların qapalı köndələn sınıqları, hər iki ağciyərlərin və qaraciyərin cırılmaları, baş beynin yumşaq qişasına qansızmalar, başın sol təpə nahiyəsinin və üzün əzilmiş yaraları, döş qəfəsinin və qarın divarının qançırları kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, “Mercedes Benz 308D” markalı mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs1 sol körpücük sümüyünün yerdəyişmiş sınığı, soldan qabırğaların çoxsaylı sınıqları, soltərəfli hemopnevmotoraks, sol ağciyər və ürəyin əzilməsi kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran, mikroavtobusun sərnişinləri Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ 2,3,4,5,6,7-ci, sol 2,3,4,5,6,7,8-ci qabırğaların yerdəyişmiş sınıqları, ikitərəfli hemopnevmotoraks, sağ ağciyərin kollapsı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran, Zərərçəkmiş şəxs4 sol 4-cü qabırğanın yerini dəyişən sınığı və sol qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs8 sol 7-ci qabırğanın yerini dəyişməyən sınığı və 3-9-cu döş fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, sağ ağciyərin əziyi və minimal hemotoraks kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs6 sol körpücük sümüyünün qapalı yerdəyişmiş qəlpəli sınığı və hər iki ağciyərin əzilməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs7 4-cü bel fəqərəsinin kompression sınığı, bel-oma nahiyəsinin yumşaq toxumalarının əziyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs10 sol körpücük sümüyünün qapalı yerdəyişmiş qəlpəli sınığı, sol 2 və 4cü qabırğaların qapalı sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs2 sol kürək sümüyünün qapalı qəlpəli sınığı və sol 1,3,4,5,6-cı qabırğaların qapalı sınıqları, beyin silkələnməsi, başın və sol qaşın yumşaq toxumaların əzilməsi və sol əlin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs5 sol almacıq və üst çənə sümüklərinin qəlpəli sınığı, beyin silkələnməsi və sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs9 sağ 1,2,3,4,5,6,7,8,9,10,11-ci, sol 1,2,3,4,5-ci qabırğaların yerini dəyişmiş sınıqları, sol körpücük və sağ kürək sümüklərinin sınıqları, hər iki ağciyərlərin əziyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdən “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişdir. Sürücülük hüququndan məhrum olunmamışdır. «Chevrolet Cruze» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili 22 sentyabr 2022-ci il tarixdə saat 10:00-da "xxxx" MMC-dən 4 günlük, yəni 26 sentyabr 2022-ci il saat 10:00-dək bir gününə 55 manat ödəmək şərti ilə kirayə götürmüşdür. O, bildirmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə saat 17:45-də texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «Chevrolet Cruze» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə düzünə hərəkətdə olarkən avtomobildə sərnişin və yük olmamışdır. Yolun Şabran rayonu Aygünlü kəndi ərazisindən keçən 139-cu kilometrində Bakı istiqamətində hərəkətdə olduğu zaman ondan xeyli irəlidə yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə təxminən 80-90 km/saat sürətlə eyni istiqamətdə «Mercedes» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus düzünə hərəkət etmişdir. İdarə etdiyi avtomobilin sürətinin nə qədər olmasını dəqiq xatırlamasa da, tam səmimi surətdə etiraf etmişdir ki, onun avtomobilinin sürəti qarşıda eyni istiqamətdə hərəkət edən mikroavtobusun sürətindən xeyli yüksək olmuşdur. Beləliklə də o, ötüb keçmək məqsədi ilə sürətlə arxadan həmin mikroavtobusa yaxınlaşmağa başlamışdır. Həmin vaxt qarşıdan hansısa tanımadığı avtomobilin gəldiyini görüb qarşıdakı mikroavtobusu arxadan vurmamaq üçün sükanı sağa buraraq idarə etdiyi avtomobili sağ ehtiyat hissəyə çıxarmaq məcburiyyətində qalmışdır. Ehtiyat hissəyə çıxdığı anda qarşıda ehtiyat hissənin sağ kənarında böyük bir ağacın olduğunu görüb həmin ağaca çırpılmaqdan qorxaraq dərhal sükanı sol tərəfə burmuşdur. Manevr anında o, artıq mikroavtobusun sağ tərəfində olmuşdur. Sola doğru sərt manevrim nəticəsində idarə etdiyi avtomobilin qabaq sol tini ilə mikroavtobusun qabaq sağ tini arasında toqquşma baş vermişdir. Toqquşma nəticəsində onun avtomobili hərəkəti istiqamətində yolun sağ tərəfindəki boş sahəyə, mikroavtobus isə yolun solundakı ağaclıq sahəyə istiqamətlənmişdir. Onun avtomobili yoldan aşağı səviyyədə olan dərəyə düşdüyündən o, mikroavtobusun yoldan çıxdıqdan sonra necə aşdığını görməmişdir. Hadisə nəticəsində o, heç bir xəsarət almasa da, mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs1 və həmin mikroavtobusda olan sərnişinlər hamısı müxtəlif bədən xəsarətləri almışlar. Hadisə yerində olarkən ona məlum olmuşdur ki, mikroavtobusda xəsarət almış şəxslərdən biri X6 ölmüşdür. Xəsarət almış şəxsləri hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran rayon mərkəzi xəstəxanasına, Adil Ələkbərovun meyitini isə məhkəmə tibbi müayinədən keçirilməsindən ötrü Şabran rayon mərkəzi xəstəxanasının həyətində yerləşən meyitxanaya aparmışlar. O, isə hadisə yerində qalmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşları onun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobilin hərəkət surəti barədə dəqiq bir söz deyə bilmir, onun diqqətini yol şəraitindən yayındıran hər-hansı bir səbəb olmamış, diqqəti yolda olmuş, ehtiyat hissəyə çıxmağı ilə avtomobillərin toqquşması arasında maksimum 1-2 saniyə vaxt keçmiş, hadisə vaxtı səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfalt olmuş, hadisə nəticəsində heç bir xəsarət almamış, hadisədən əvvəl spirtli içki və hər hansı bir narkotik vasitə qəbul etməmişdir. O, zərərçəkmiş şəxsin hüquqi varisindən və zərərçəkmiş şəxslərdən dəfələrlə üzr istəyir və törətdiyi əmələ görə dərindən peşmançılıq çəkdiyini bildirir. Azadlıqdan məhrum ediləcəyi təqdirdə azyaşlı uşağının da məhrumiyyətlərə məruz qalacağı səbəbindən, məhkəmədən ona daha yüngül cəza təyin dilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış Zərərçəkmiş şəxs11 məhkəmə iclasında göstərdi ki, mərhum X6 onun əridir. O, Adil Ələkbərovla 1983-cü il tarixdə ailə qurmuş, həmin nigahdan üç oğul övladı olmuşdur. Hər üç övladı dünyasın dəyişmişdir. Mərhum əri Adil ali təhsilli olmuşdur. Son zamanlar Adil fərdi əməklə məşğul olmuş, belə ki, Quba rayonunda alma bağlarında işləmişdir. Mərhum əri Adil fiziki cəhətdən tam sağlam olmuş, heç bir xəstəlikdən əziyyət çəkməmişdir. 22 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində ona telefon zəngi ilə xəbər verilmişdir ki, əri Adil Ələkbərov həmin gün saat 17:45-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Aygünlü kəndi ərazisindən keçən 139-cu kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətləri səbəbindən ölmüş, meyiti Şabran rayon mərkəzi xəstəxanasının həyətində yerləşən Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinin meyitxanasına məhkəmə-tibbi müayinədən keçirilməsi üçün göndərilmişdir. X15 meyiti Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinin meyitxanasında məhkəmə-tibbi müayinədən keçirildikdən sonra həmin gün saat 22 radələrində dəfn edilməsi üçün onlara təhvil verilmişdir. Mərhum əri Adilin cənazəsini 23 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Şabran şəhər qəbristanlığında dini adətlərə uyğun olaraq dəfn etmişlər. Hadisə barədə sonradan eşidib bilmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə saat 17:45-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu Aygünlü kəndi ərazisindən keçən 139-cu kilometrində sürücü Təqsirləndirilən şəxs Bakı istiqamətində idarə etdiyi «Chevrolet Cruze» markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Zərərçəkmiş şəxs1 Bakı istiqamətində idarə etdiyi «Mercedes Benz» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşmuş, toqquşma səbəbindən «Mercedes Benz» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus aşmış, nəticədə «Mercedes Benz» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda olan əri X6 aldığı xəsarətlər səbəbindən ölmüş, həmin mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs1, mikroavtobusda olan digər sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Ona məlum olmuşdur ki, hadisə «Chevrolet Cruze» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs təqsirindən baş vermişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Onu bağışlamışdır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, uşağını tək böyüdən ana olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 1986-cı il tarixdən «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Sonuncu dəfə sürücülük vəsiqəsini 02 may 2019-cu il tarixdə dəyişmişdir. Hazırki sürücülük vəsiqəsi «BCD» kateqoriyalıdır. O, avtomobili idarə etdiyi müddət ərzində yolnəqliyyat hadisəsi törətməmiş, sürücülük hüququndan məhrum olunmamışdır. O, «Mercedes Benz 308 D» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu xx.xx.2022-ci il tarixdən etibarnamə əsasında idarə edir. 22 sentyabr 2022-ci il tarixdə saat 17:45-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz 308 D» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 80-90 km/saat sürətlə eyni istiqamətdə düzünə hərəkətdə olarkən hava aydın olmuş, hərəkəti üçün heç bir təhlükə olmamışdır. Mikroavtobusda 17 nəfər sərnişin olmuşdur. Yolun Şabran rayonu, Aygünlü kəndi ərazisindən keçən 139-cu kilometrində yolun sağ kənarına yaxın hissədə, yəni öz yolu ilə hərəkətdə olarkən anidən idarə etdiyi miaroavtobusun qabaq sağ, yəni qabaq sərnişin yeri tərəfdəki tininə yaxın yan səthindən qüvvətli zərbə hiss etmiş, həmin anda da idarə etdiyi mikroavtobus kəskin şəkildə sola istiqamətlənərək əks hərəkət zolağına keçib yoldan çıxaraq Bakı istiqamətində yolun solundakı dərəyə aşmışdır. Qəza nəticəsində ağır bədən xəsarəti alıb huşunu itirdiyi üçün sonra nə hadisə baş verdiyini xatırlamır. Hadisə o qədər qısa vaxt ərzində baş vermişdir ki, onun hətta ayağını tormoza atmağa vaxtı olmamışdır. Sonradan eşitmişdir ki, arxadan gələn qara rəngli minik avtomobilini idarə edən, adını sonradan bildiyi Xalidə adlı xanım çox yüksək sürətlə avtomobili idarə edərkən onun idarə etdiyi mikroavtobusu arxadan vuracağını görüb sükanı sağa buraraq sağ ehtiyat hissəyə çıxmış, dərhal sükanı sola buraraq onun idarə etdiyi mikroavtobusun qabaq sağ tininə yaxın hissəsindən vuraraq idarə etdiyi mikroavtobusu anidən sola istiqamətləndirmişdir. Xalidənin idarə etdiyi minik avtomobili isə yoldan hərəkəti istiqamətində sağa çıxaraq dərəyə düşüb orada dayanmışdır. Xəstəxanada bir neçə gündən sonra özünə gələndə eşidib bilmişdir ki, mikroavtobusda olan sərnişinlər xəsarət almış, xəsarət alan şəxslərdən biri Adil adlı şəxs ölmüşdür. O, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə nəticəsində ona böyük maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Yəni, cəza təyini ilə bağlı onu bağışlayır. Gələcəkdə ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət edəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə saat 17:45-də sərnişini olduğu, sürücü X3 idarə etdiyi «Mercedes Benz» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkət etmişdir. Həmin vaxt hava aydın, mikroavtobusun hərəkəti üçün heç bir təhlükə olmamış, mikroavtobusda o, da daxil olmaqla 17 nəfər sərnişin olmuşdur. Yolun Şabran rayonu Aygünlü kəndi ərazisindən keçən 139-cu kilometrində, Bakı istiqamətində yolun sağ kənarına yaxın hissədə hərəkətdə olduqları vaxt anidən sərnişini olduğu mikroavtobusun qabaq sağ tininə yaxın yan səthinə qüvvətli zərbə dəymişdir. Həmin an sərnişini olduğu mikroavtobus zərbənin təsirindən kəskin şəkildə sola istiqamətlənərək yolun Quba istiqamətindəki əks hərəkət hissəsini keçib yoldan çıxaraq Bakı istiqamətində yolun sol tərəfindəki dərədə sol yanı üstdə aşmışdır. Həmin vaxt yoldan keçən tanımadığı şəxslər kömək edərək onları aşmış mikroavtobusdan düşürmüşlər. Bundan sonra ona məlum olmuşdur ki, arxadan gələn, yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə hərəkət edən, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli «Chevrolet Cruze» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol qanadı ilə sərnişini olduğu «Mercedes Benz» markalı, **- OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qabaq sağ tin hissəsi arasında yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Hadisə nəticəsində «Chevrolet Cruze» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs heç bir xəsarət almasa da, sərnişini olduğu mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs1, o da daxil olmaqla mikroavtobusda olan bütün sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Odur ki, onları hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanda onlara lazımi ilkin tibbi yardım göstərilmişdir. Xəstəxanaya daxil olandan sonra bilmişdir ki, hadisə zamanı onlarla birlikdə xəsarət alan şəxslərdən biri X6 aldığı ağır xəsarətlər səbəbindən ölmüşdür. Daha sonra xəstəxanada və ev şəraitində müalicəsi davam etmişdir. Hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Onun uşağına görə tutulmasını istəmir, lakin, maddi ziyanla bağlı gələcəkdə sığortaya müraciət edəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8, X11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə saat 17:45-də sərnişini olduğu, sürücü X3 idarə etdiyi «Mercedes Benz» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkət edərkən hava aydın olmuş, mikroavtobusun hərəkət üçün heç bir təhlükə olmamışdır. Mikroavtobusda o, da daxil olmaqla 17 nəfər sərnişin olmuşdur. Yolun Şabran rayonu Aygünlü kəndi ərazisindən keçən 139-cu kilometrində, Bakı istiqamətində yolun sağ kənarına yaxın hissədə hərəkətdə olduqları zaman anidən sərnişini olduğu mikroavtobusun qabaq sağ tininə yaxın yan səthinə qüvvətli zərbə dəymişdir. Həmin an sərnişini olduğu mikroavtobus zərbənin təsirindən kəskin şəkildə sola istiqamətlənərək yolun Quba istiqamətindəki əks hərəkət hissəsini keçib yoldan çıxaraq Bakı istiqamətində yolun sol tərəfindəki dərədə sol yanı üstdə aşmışdır. Həmin vaxt yoldan keçən tanımadığı şəxslər kömək edərək onları aşmış mikroavtobusdan düşürmüşlər. Bundan sonra ona məlum olmuşdur ki, arxadan gələn, yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə hərəkət edən, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli «Chevrolet Cruze» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol qanadı ilə sərnişini olduğu «Mercedes Benz» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qabaq sağ tin hissəsi arasında yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermişdir. Hadisə nəticəsində «Chevrolet Cruze» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs heç bir xəsarət almasa da, sərnişini olduğu mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs1, o, da daxil olmaqla mikroavtobusda olan bütün sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Odur ki, onları hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanda onlara lazımi ilkin tibbi yardım göstərilmişdir. Xəstəxanaya daxil olandan sonra bilmişlər ki, hadisə zamanı onlarla birlikdə xəsarət alan şəxslərdən biri X6 aldığı ağır xəsarətlər səbəbindən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2, Şahid1, Şahid5 və Şahid3 Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 22 saylı rəyindən görünür ki, X2 meyitinin müayinəsində başın və gövdənin qapalı küt travması, sağ 2-3-4-5-6-7-ci və sol 2-3-4-5-6- 7-8-ci qabırğaların qapalı köndələn sınıqları, hər iki ağciyərlərin və qaraciyərin cırılmaları, baş beynin yumşaq qişasına qansızmalar, başın sol təpə nahiyyəsinin və üzün əzilmiş yaraları, döş qəfəsinin və qarın divarının qançırlarından ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 22 sentyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənməyə uyğundur və canlı adamlarda hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Ölümünə səbəb gövdənin küt zədələnməsi nəticəsində hər iki ağciyərin və qaraciyərin cırılmaları, qabırğaların ikitərəfli çoxsaylı ikili sınıqlarından törəyən ağır travmatik şok olmuşdur. Ölümün baş vermə tarixi ilkin meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinə anından (xx.xx.2022-ci il, saat 22:00) 6 saata qədər əvvələ uyğun gəlir. A.Ə.Ələkbərovun meyitindən götürülmüş qanın kimyəvi laborator tədqiqatında qanda etil spirti və narkotik vasitələr aşkar olunmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 227 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol 4-cü qabırğanın yerini dəyişən sınığı və sol qulaq seyvanı nahiyyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 228 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs8 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol 7-ci qabırğanın yerini dəyişməyən sınığı və 3-9-cu döş fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, sağ ağciyərin əziyi və minimal hemotoraks bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 229 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs6 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol körpücük sümüyünün qapalı yerdəyişmiş qəlpəli sınığı və hər iki ağciyərin əzilməsi bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 230 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs7 bədəni üzərində aşkar edilmiş xəsarətlər 4-cü bel fəqərəsinin kompression sınığı, bel-oma nahiyyəsinin yumşaq toxumalarının əziyi bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 232 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs10 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol körpücük sümüyünün qapalı yerdəyişmiş qəlpəli sınığı, sol 2 və 4-cü qabırğaların qapalı sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 233 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol kürək sümüyünün qapalı qəlpəli sınığı və sol 1,3,4,5,6-cı qabırğaların qapalı sınıqları, beyin silkələnməsi, başın və sol qaşın yumşaq toxumaların əzilməsi və sol əlin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 234 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol almacıq və üst çənə sümüklərinin qəlpəli sınığı, beyin silkələnməsi və sol təpə-gicgah nahiyyəsinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 246 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol körpücük sümüyünün yerdəyişmiş sınığı, soldan qabırğaların çoxsaylı sınıqları, soltərəfli hemopnevmotoraks, sol ağciyər və ürəyin əzilməsi bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 248 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs9 qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ 1,2,3,4,5,6,7,8,9,10,11-ci, sol 1,2,3,4,5-ci qabırğaların yerini dəyişmiş sınıqları, sol körpücük və sağ kürək sümüklərinin sınıqları, hər iki ağciyərin əziyi bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Şabran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 249 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ 2,3,4,5,6,7-ci, sol 2,3,4,5,6,7,8-ci qabırğaların yerdəyişmiş sınıqları, ikitərəfli hemopnevmotoraks, sağ ağciyərin kollapsı bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Cinayət işi üzrə təyin edilmiş məhkəmə trassoloji ekspetizasının 22 noyabr 2022-ci il tarixli 8/2737 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ilkin kontakt anında «Mercedes Benz 308 D» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qabaq sağ hissəsi (qabaq sağ qanad hissəsi) ilə «Chevrolet Cruze» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi (qabaq sol qanad) arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Ekspertizanın təyin haqqındakı qərarda hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izi haqqında məlumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrinin yola nəzərən vəziyyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş «Mercedes Benz 308 D» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun üzərində olan zədələr, izlər arxadan qabağa doğru, «Chevrolet Cruze» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr qabaqdan arxaya doğru istiqamətlənmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 fevral 2023-cü il tarixli 8/488 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 100-120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-126884-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan) BD seriyalı 033896 nömrəli «B1,B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. xx.xx.2022-ci il tarixli 139 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs11 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi hadisə ilə əlaqədar zərər çəkmişdir, hal-hazırda heç bir tələbi və şikayəti yoxdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Xalidə Haşimovanı bağışlayır. Ona qarşı şikayət və tələbi yoxdur. Ona vurduğu maddi ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı gələcəkdə mülki iddia ilə məhkəməyə müraciət edəcəkdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi hadisə ilə əlaqədar zərər çəkmişlər, hazırda onun həbs olunması ilə bağlı heç bir tələbləri və şikayətləri yoxdur. Onlara dəymiş ziyanı almaqdan ötrü sığorta şirkətinə müraciət edəcəklər. İş materiallarında olan AZ-İİİ seriyalı 914344 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Təqsirləndirilən şəxs birgə nikahlarından xx.xx.2017-ci ildə Aqşin adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X7 qarşı nikahın pozulması və uşağın yaşayış yerinin müəyyənləşdirilməsi tələbinə dair iddiası təmin edilmiş, tərəflərin nikahları pozulmuş və onların birgə nikahlarından xx.xx.2017-ci ildə doğulmuş X10 anası Təqsirləndirilən şəxs himayəsində saxlanılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 446039 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Təqsirləndirilən şəxs arasında olan rəsmi nikaha 29 yanvar 2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 08 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci madəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, eləcə də həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzastında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza növü və həddi təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının və nəqliyyat vəsitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, iş üzrə cəzanı yüngülləşdirən halların olmasını, onun təqsirli bilindiyi maddənin sanksiyasında digər alternativ cəza növünün nəzərdə tutulmamasını, habelə əsas cəzanı real çəkəcəyi təqdirdə bunun Təqsirləndirilən şəxs azyaşlı övladı X5 tərbiyyəsinə, həmçinin maddi və mənəvi durumuna mənfi təsirinin qaçılmaz olmasını nəzərə alaraq, onun himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü övladı Aqşin Həşimovun 14 yaşına catanədək təyin olunacaq əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınmasını qanuni və ədalətli hesab edir. İş üzrə 278 (iki yüz yetmiş səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə zərər çəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Chevrolet Cruze» markalı, **-BC-*** və «Medcedes Benz 308 D» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü övladı X10 14 yaşına çatanadək ona təyin olunmuş əsas cəza olan azadlıqdan mərhum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış «Chevrolet Cruze» markalı, **-BC-*** və «Medcedes Benz 308 D» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə zərər çəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar