Məhkəmə qərarları › İş №1(031)-23/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-23/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-23/2024 12.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə ümumi təmiz çəkisi 0,937 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq qəsdən satış məqsədilə əldə edərək üzərində qanunsuz daşıyaraq saxlamış, həmin narkotik vasitədən xx.xx.2023-cü il tarixdə günorta saatlarında bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,047 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tanışı Şahid1 5 manat müqabilində yaşadığı Şabran şəhəri, Rəşid Behbudov küçəsi, ev 15 ünvanında yerləşən evinin yaxınlığında satmış, bundan başqa xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilib Növbətçi Hissədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,890 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunması ilə razı deyil və özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, narkotik vasitə olan heroindən bir neçə dəfə istifadə etmişdir. Əvvəllər narkotik maddələrin istifadəçisi kimi məhkumluğu olmuşdur. Şahid1 tanıyır, qonşudur və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, narkotik vasitə olan "kokos" - dan yəni heroindən istifadə etdiyi üçün bədənində tez-tez ağrılar olurmuş, buna görə də narkotik vasitə almışdır. Belə ki, o, narkotik vasitə olan heroini Xızı rayonu Giləzi qəsəbəsində yaşayan "Ataş" kimi tanıdığı şəxsdən alırmış. Ataş kimi tanıdığı şəxsdən 1 qram heroini 50 manata almışdır. Sonuncu dəfə tutulmazdan təxminən 5-6 gün əvvəl narkotik vasitə olan heroin almaq üçün Giləzi qəsəbəsinə dəmiryolunun yaxınlığına gəlmiş, dəmiryolunun yaxınlığında Ataşla görüşmüş və 30 manat pul müqabilində kokos istəmişdir. Dəmiryolunun yaxınlığında dayanıb gözləmiş və təxminən 30 dəqiqə sonra Ataş gəlmiş, ona təxminən 0,5 qram kokos vermişdir. Ataşdan kokos aldıqdan sonra Şabran şəhərinə qayıtmışdır. Şabran şəhərində olan zaman aldığı kokosdan Elşənlə birlikdə istifadə etmişdir. Elşənə narkotik vasitə satmamış və yalnız aldığı narkotik vasitədən birlikdə istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Şabran şəhərində yaşadığı küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirib onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birgə Şabran Rayon Polis Şöbəsinə gəlmiş, Şabran Rayon Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Şabran Rayon Polis X6 müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd bükümdə olan şəxsi istifadəsi üçün üzərində saxladığı "kokos" aşkar edilmişdir. Həmin narkotik vasitəni təxminən xx.xx.2023-cü ıl tarixdə Xızı rayonu Giləzi qəsəbəsində Ataşdan 30 manat müqabilində almışdır. Aşkarlanmış bükümü özü istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd büküm kağız zərfə qablaşdırılmış, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan heroini xx.xx.2023-cü il tarixdə Xızı rayonu Giləzi qəsəbəsində olan Ataş kimi tanıdığı şəxsdən 30 manata almışdır. Hazırda törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla qonşudur, münasibətləri normal olmuş və aralarında heç bir ədavət olmayıb. O, narkotik vasitələrdən bir neçə müddətdir ki, istifadə edir. Təqsirləndirilən şəxs da narkotik vasitələrdən istifadə edir və dəfələrlə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. Təqsirləndirilən şəxsla görüşdükdən bir gün sonra yəni xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində polis əməkdaşlarının onu polis şöbəsinə apardığını və Şabran Rayon Polis Şöbəsində ona təzyiq göstərildiyi və zor tətbiq edildiyi üçün istintaqda fərqli ifadə verdiyini bildirib və Təqsirləndirilən şəxs 5 manata narkotik vasitə almadığını, onun satışla məşğul olub-olmamasından umumiyyətlə xəbəri olmadığını bildirmişdir. Bundan fərqli olaraq ibtidai istintaq zamanı dindirilən Şahid1 bildirmişdir ki o, Təqsirləndirilən şəxs tanıyır, onunla qonşudur, münasibətləri normal olmuş və aralarında heç bir ədavət olmayıb. O, narkotik vasitələrdən bir neçə müddətdir ki, istifadə edir. Təqsirləndirilən şəxs da narkotik vasitələrdən istifadə edir və dəfələrlə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 13:00 radələrində yaşadığı küçədə olan zaman Hüseynlə rastlaşmışdır. Həmin vaxtda bədənində ağrıları olmuşdur. Hüseyndən narkotik vasitə olan heroin, yəni "kokos" istəmiş, Hüseyn də ona üzərində narkotik vasitə olan heroin olduğunu və ona 5 manata sata biləcəyini demiş, o da Hüseynə 5 manat pul vermişdir. Hüseyn də cibindən siqaret folqasına bükülmüş 1 ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb vermiş, Hüseyndən aldığı heroini cibinə qoyub yaşadığı evə gəlmiş, aldığı heroindən bir qədər götürüb istifadə etmiş və qalan hissəni isə aldığı həmin bükümə qoymuşdur. Hüseyndən dəfələrlə əvvəllər də narkotik vasitəni pul verib almışdır. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Şabran şəhərində avtovağzalın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirib və onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birgə Şabran Rayon Polis Şöbəsinə gəlmiş, Şabran Rayon Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Şabran Rayon Polis X5 müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın cibindən 1 ədəd bükümdə olan şəxsi istifadəsi üçün üzərində saxladığı “kokos" aşkar edilmiş və o, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs 5 manat müqabilində aldığı bükümdən qalan hissə olduğunu və aşkarlanmış bükümü özü istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd büküm kağız zərfə qablaşdırılmış, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində bildirmişdir ki, o, Şabran şəhəri X20 küçəsi ev 38 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında və rayon ərazisində baş vermiş oğurluqlarda şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinin əməkdaşı Şahid6 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Şahid1 Şabran şəhərinin X20 küçəsində avtovağzal ərazisinin yaxınlığında saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Şabran Rayon Polis X5 Şahid1 üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Əfqan Orucov da iştirak etmişdir. Şəxsi axtarış zamanı o və polis serjantı Şahid7 iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən Elşənə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Əfqan Orucov ona təqdim edilmişdir. Elşənə üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmişdir. Şəxsi axtarış zamanı Elşənin əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd büküm aşkarlanmışdır. Elşəndən bükümdə olan kütlənin nə olması soruşulduqda “kokos” olduğunu və həmin narkotik vasitəni tanışı Hüseyndən 5 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 1 ədəd büküm kağız zərfə qoyularaq götürülmüş. Bu barədə videoçəkiliş aparılmışdır. Bundan başqa, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında və satışında şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinin əməkdaşı Şahid6 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs Şabran şəhəri Rəşid Behbudov küçəsində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Şabran Rayon Polis X5 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Yəhya Nəzərov da iştirak etmişdir. Şəxsi axtarış zamanı o və polis serjantı Şahid4 iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən Hüseynə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Yəhya Nəzərov ona təqdim edilmiş, Hüseynə üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmişdir. Şəxsi axtarış zamanı Hüseynin əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd büküm aşkarlanmış, Hüseyndən bükümdə olan kütlənin nə olması soruşulduqda "kokos" olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd büküm kağız zərfə qoyularaq götürülmüşdür. Bu barədə videoçəkiliş aparılmışdır. Cinayət işi üzrə dindirilmiş Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid6, Şahid4, Şahid7 məhkəmə iclasında Şahid5 ilə eyni məzmunlu ifadə verərək sonuncunun məhkəmə iclasında verdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, ***-***-**-** və ***-***-**-** nömrələrini istifadə edir və həmin nömrələrdən oğlu X17 narkotik vasitələr istəmişdir. X23 narkotik vasitələrdən istifadə edən şəxs olmuşdur. Lakin onun ailə üzvlərində Heydərdən başqa narkotik vasitələrdən istifadə edən olmamışdır. Hər iki nömrədən istifadə edir. Lakin oğlu Heydər narkotik vasitələrdən istifadə edən olmuşdur və hazırda bununla əlaqədar olaraq Şabran Rayon Məhkəməsinin qərarı ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs tanıyır və Hüseynin oğlu Heydər kimi narkotik vasitələrdən istifadə edən şəxs olmasını bilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır və münasibətləri daim normal olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O əvvəllər bir müddət narkotik vasitələrdən istifadə etmişdir və əlinə narkotik vasitə düşəndə bəzən Hüseyn ilə birlikdə narkotik vasitədən istifadə etmişdir. Lakin, Hüseyn ona narkotik vasitə satmamışdır və o, heç vaxt Hüseyndən narktoik vasitə almamışdır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadədə Hüseyndən narkotik vasitə aldığını bildirmədiyini, hansı səbəbdən cinayət işinin materiallarına olan ifadəsində bu sözlərin yazıldığını bilmədiyini, ***-***-**-** və ***-***-**-** nömrələrindən özü istifadə etdiyini, Hüseynin ona narkotik vasitə satmadığını və aralarında bununla bağlı hər-hansı bir mesajlaşma olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlaması və istintaq aidiyyatı üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın davam etdirilməsi üçün Şabran Rayon polis X7 verilmişdir (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinə Şabran şəhəri, X20 küçəsi, ev 38 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1986-cı il təvəllüdlü Şahid1 Şabran rayonunu ərazisində oğurluq etməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 16:00-da Şabran şəhərinin X20 küçəsi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərardan görünür ki, Şahid1 narkotik vasitələrin qanunsuz qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, Şahid1 ətrafında əməliyyat müşahidələri keçirilməsi və dərhal onun narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə üzərinə baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin 6-7-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli, 3-13-107/Ə76/23 nömrəli əmrdən görünür ki, Şahid1 narkotik vasitələrin qanunsuz qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 8-9-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Şahid1 Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 13-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 16:10-dan 16:25-ə kimi olan müddət ərzində Şahid1 üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynində olan göy rəngli şalvarın sol arxa cibindən 01 ədəd bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şahid1 həmin kütlənin narkotik vasitə olduğunu etiraf etmiş və həmin narkotik vasitəni 05 manat pul müqabilində Yaqutun oğlu "Hüseyn" adlı şəxsdən aldığını bildirmişdir (cinayət işinin 30-cu vərəqəsi). - Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 16:10-dan 16:25-ə kimi olan müddət ərzində Şahid1 üzərində keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilisi özündə əks etdirən "DVD" diskdəki videogörüntüdən görünür ki, Şahid1 üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür və Şahid1 həmin kütlənin narkotik vasitə olduğunu etiraf etmiş və həmin narkotik vasitəni 05 manat pul müqabilində "Hüseyn" adlı şəxsdən aldığını bildirmişdir (cinayət işinin 31-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1987ci il təvəllüdlü Təqsirləndirilən şəxs Həsən oğlundan aldığını bildirməsi səbəbi ilə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Həsən oğlu xx.xx.2023-cü il tarixdə, saat 18:00-da Şabran şəhərinin Rəşid Behbudov küçəsi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin 37-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulu və satışı ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, Təqsirləndirilən şəxs ətrafında əməliyyat müşahidələri keçirilməsi və dərhal onun narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə üzərinə baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin 42-43-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli, 3-13-107/Ə77/23 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və onların satışı ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyataxtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 44-45-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 48-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 18:20-dən 18:25-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin 65-ci vərəqəsi). - Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 18:20-dən 18:25-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilisi özündə əks etdirən "DVD" diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin 66-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxışı keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, Rəşid Behbudov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evinə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 18:40-dan 19:00-dək olan müddət ərzində keçirilmiş baxış nəticəsində həmin evdən hər-hansı bir narkotik vasitə aşkar edilməmişdir (cinayət işinin 69-cu vərəqəsi). - Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 18:40-dan 19:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, Rəşid Behbudov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evində keçirilmiş baxış zamanı aparılmış videoçəkilisi özündə əks etdirən "DVD" diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, Rəşid Behbudov küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evində keçirilmiş baxış nəticəsində həmin evdən hərhansı bir narkotik vasitə aşkar edilməmişdir (cinayət işinin 70-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/1-6/4491 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Şahid1..." sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,047 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”ın siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil etmişdir (cinayət işinin 76-79-cu vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 0,047 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,020 qram çəkidə hissəsi nümunə olaraq götürülmüş və 0,027 qram hissəsi geri qaytarılmışdır (cinayət işinin 80-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/1-6/4490 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üstündə ..." sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,890 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr" in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil etmişdir (cinayət işinin 81-84-cü vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 0,890 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0.050 qram çəkidə hissəsi nümunə olaraq götürülmüş və 0,840 qram hissəsi geri qaytarılmışdır (cinayət işinin 85-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxs statusuna xitam verilmə və X9 azad edilmə haqqında qərardan görünür ki, Şahid1 şübhəli şəxs statusuna xitam verilmiş və o, Şabran Rayon Polis X8 yerindən azad edilmişdir (cinayət işinin 87-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin 110-111-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 14:50-dən 15:30-a kimi olan müddət ərzində Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə nəticəsində Şahid1 Təqsirləndirilən şəxs üzünə ondan narkotik vasitə aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid1 üzünə ona narkotik vasitə satmadığını bildirmişdir (cinayət işinin 123-124-cü vərəqələri). - Şabran rayon Məhkəməsinin 4(031)-39/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən, saat 18:00-dan hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 131-135-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,027 qram və 0,840 qram çəkidə narkotik vasitə hesab olunan heroin cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılmaları üçün Şabran Rayon Polis X10 Saxlanc Anbarına təhvil verilmişdir (cinayət işinin 136-cı vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Bacısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tələfindən verilmiş 5-74/2-3882/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şabran şəhəri, Rəşid Behbudov küçəsi, ev 15 ünvanında qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.1996-cı il təvəllüdlü həyat yoldaşı X1, oğlu xx.xx.2013-cü il təvəllüdlü X13, oğlu xx.xx.2015-ci il təvəllüdlü X18 və qızı xx.xx.2016-cı il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır (cinayət işinin 154-cü vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Bacısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tələfindən verilmiş 5-74/2-3887/2023 nömrəli, xx.xx.2023-cü il tarixli asiyyətnamədən görünür ki, Şabran şəhəri, Rəşid Behbudov küçəsi, ev 15 ünvanında qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin 155-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs üzərilərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin əldə edilmə mənbəsinin aşkar edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirləri Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilsə də, sözü gedən narkotik vasitələrin əldə edilmə mənbəyinin aşkar edilməsi mümkün olmamışdır (cinayət işinin 158-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlından məhrum etmə növündə cəzaya məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həmin hökmlə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 (iki) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cinayət işinin 173-cü vərəqəsi). - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-2-449/2-033226/2023 nömrəli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla 05 (beş) ayadək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cinayət işinin 183-184-cü vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X19 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6207 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbula nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 200-201-ci vərəqələri). - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-2-449/2-002247/2024 nömrəli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 (bir) ay olmaqla 06 (altı) ayadək, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cinayət işinin 214-215-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 1(031)-4/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cinayət işinin 229-234-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 1(031)-8/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən birə bir gün hesabı ilə barəsində təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmışdır (cinayət işinin 235-239cu vərəqələri). - Təqsirləndirilən şəxs AZƏRFON LLC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatları əks etdirən 01 ədəd "DVD" diskdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan və çıxan "SMS" mətnlərində bir sıra şəxslərlə müxtəlif adlı narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar danışıqlar vardır (cinayət işinin 241-ci vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır və Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair dair görüntüləri özündə əks etdirən 03 ədəd "DVD" disk, Təqsirləndirilən şəxs telefon danışıqlarına dair məlumatları əks etdirən 01 ədəd "DVD" disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cinayət işinin 260-269-cu vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 3(031)-172/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən (işə baxılan zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə nəzərdə tutulmuş müddətlər başa çatması səbəbi ilə) xitam verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilən məlumatlara və Şabran Rayon Məhkəməsinin 1(031)-4/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və 1(031)-8/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmlərinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsindən 02 il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir və bu səbəbdən də onun əməlində cinayətin residivi vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin İİ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin cinayət-hüquqi statusunu səciyyələndirən cəhət olaraq məhkumluq şəxs barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən başlayır, bütün cəzaçəkmə müddətini əhatə etməklə cinayətin ağırlığından asılı olaraq qanunla müəyyən edilmiş müddət ərzində davam edir və bu müddətin bitməsi ilə ödənilmiş hesab olunur. Məhkumluğun səbəb olduğu cinayəthüquqi xarakterli ağır nəticələrdən biri isə həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi zamanı residivin yaranmasıdır. Cinayətin residivi zamanı, bir qayda olaraq, şəxs ona qarşı tətbiq olunmuş cinayət-prosessual, cinayət-hüquqi və cəza icra tədbirlərinə və vasitələrinə etinasız yanaşdığını, onlara məhəl qoymadığını göstərir ki, bu da onun yüksək sosial risk daşıyıcısı olduğuna və ictimai təhlükəliliyinə dəlalət edir. Cəzanın çəkilməsindən sonra qanunla müəyyən edilmiş müddət daxilində yeni cinayət törətməklə şəxs qanunauyğun həyat tərzi sürmək, cinayət qanununun normalarının tələblərinə riayət etmək istəyinin olmamasını aşkar şəkildə göstərməklə, ona qarşı daha sərt cinayət-hüquqi məsuliyyətin və cəzanın tətbiqini labüd edir. Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir. Residivin mütləq şərti olaraq məhkumluqdan bəhs etdikdə, cinayət qanunu sadəcə şəxs barəsində qanuni qüvvəyə minmiş ittiham hökmünün olmasını deyil, bu hökmlə şəxsə cəza təyin edilməsini də nəzərdə tutur. Belə ki, Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmçinin Cinayət Məcəlləsinin 83.4 və 83.4-1-ci maddələrinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göründüyü kimi, qanunverici məhkumluğun ödənilməsi müddətinin başlanğıcı olaraq şəxsin törətdiyi konkret cinayətə görə ona təyin olunmuş cəzanın deyil, şəxsin faktiki olaraq çəkdiyi cəzanın bitmə anını görür. Beləliklə, məhkumluğun ödənilməsi təyin olunmuş cəzaya münasibətdə deyil, faktiki çəkilən cəzaya münasibətdə hesablanır və real cəzanın çəkilib qurtardığı gündən başlayır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadədə özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir və məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. Bunun əksinə məhkəmə iclasında iştirak edən şahidlər ifadələrində göstərdikləri xüsusatlar və Təqsirləndirilən şəxs AZƏRFON LLC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatları əks etdirən 01 ədəd "DVD" diskdəki məlumatlar təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlayaraq satmasını sübut etmişdir. Əlavə olaraq məhkəmə hesab edir ki, Şahid1 ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələr arasında olan ziddiyyət, onun Təqsirləndirilən şəxsla olan şəxsi münasibətlər səbəbindəndir. Belə ki, Şahid1 təqsirləndirilən şəxslə qonşuluqda yaşayır və onlar tez-tez birlikdə narkotik vasitə istifadə etmişlər. Hazırda münasibətlərin korlanmasını istəmədiyindən, təqsirləndirilən şəxsin müdafiəsi üçün məhkəmədə ibtidai istintaqdan fərqli, həqiqətə uyğun olmayan ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci və 9-cu bəndlərində qeyd edilmişdir ki, Azərbaycan Respublikası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməsi sübuta yetirildi və həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və yaxud təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 övladının olmasını və onun peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivi olmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən ona təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/1-6/4490 nömrəli, xx.xx.2023cü il tarixli ekspertiza rəyi ilə bağlı həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 81 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir, iş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağında saxlanılan ekspertiza icraatından sonra qaytarılan 1 ədəd kağız paketdə 0,027 qram heroin və 1 ədəd kağız paketdə 0,840 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir, Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 3 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs telefon danışıqlarına dair məlumatları əks etdirən 1 ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Bununla yanaşı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/1-6/4491 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi üzrə məsrəflər Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ilə bağlı olduğundan, hazırkı iş üzrə məhkəmə məsrəflərinin həmin ekspertiza tədqiqatı ilə bağlı hissəsi Təqsirləndirilən şəxs deyil, Şahid1 aid edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağında saxlanılan ekspertiza icraatından sonra qaytarılan qaytarılan 1 ədəd kağız paketdə 0,027 qram heroin, 1 ədəd kağız paketdə 0,840 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 3 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs telefon danışıqlarına dair məlumatları əks etdirən 1 ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat və Şahid1 məhkəmə məsrəfləri hesab olunan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar