Məhkəmə qərarları › İş №1(031)-23/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-23/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-23/2025 10.09.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X16, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “De-Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 07:55-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində, yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə saatda 70-75 kilometr sürətlə Quba istiqamətində düzünə hərəkətdə olarkən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib qarşıda, Quba istiqamətində yolun sağ ehtiyat hissəsindən sürücü Şahid idarə etdiyi “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yolun əks hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinin arasındakı keçiddən keçməklə yolun Bakı istiqamətindəki hərəkət hissəsinə girməkdən ötrü sağdan saatda 10-15 kilometr sürətlə yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olanda yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində həmin “Shacman SX 331” markalı yük avtomobilinin sol yan hissəsi ilə “Mercedes Benz E 200” markalı minik avtomobilinin qabaq sağ tərəfi arasında toqquşma baş verməsi nəticəsində ehtiyatsızlıqdan “Mercedes Benz E 200” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 başın və gövdənin qapalı küt zədələnməsi, baş beynin yumşaq qişasına qansızmalar, hər iki ağciyərin, qaraciyərin və dalağın cırılmaları, sağ 1-2-3-4-5-6-7-ci, sol 3-4-5-6-7-ci qabırğaların qapalı köndələn sınıqları, sağ said sümüklərinin qapalı qəlpəli sınıqları, döş qəfəsinin və qarın divarının sağ yarısının qançırları, başın alın nahiyəsinin, burun belinin, sağ çiyin qurşağının sıyrıqları, sağ dirsək, sağ said və sol diz nahiyyəsinin sıyrılmış yaraları, başın və gövdənin yumşaq örtüyü altına qansızmalar kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, digər sərnişinlər Zərərçəkmiş şəxs2 kəllə qapağı və kəllə əsası sümüklərinin, üz skeleti sümüklərinin qəlpəli sınıqları, epidural hematoma (baş beyinin sərt qişası üzərinə qan yığıntısı), döş qəfəsinin əzilməsi, başın və aşağı ətrafların sıyrılmış yaraları kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs3 sağ təpə-gicgah nahiyəsinin dərialtı yayılmış hematoması, alın nahiyəsinin cırılmış yarası, alın, burun və almacıq nahiyələrinin əzilməsi, sıyrılmış yaraları, sağ 5-ci əldarağı sümüyünün əsas falanqasının çoxparçalı yerdəyişmiş qapalı sınığı, barmağın didilmiş-cırılmış yarası, hər iki diz oynağı və baldırın əzilməsi, sıyrılmış yaraları, hər iki dirsək oynağının əziyi, sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2013-cü il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. Son dəfə sürücülük vəsiqəsini xx.xx.2023-ci il tarixdə dəyişmişdir. Hazırki sürücülük vəsiqəsi “B1,B,C1,C” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməmiş, sürücülük hüququndan məhrum olunmamışdır. X9 mülkiyyətində olan “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdən etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə, saat 07:55-də texniki cəhətdən saz vəziyyətdə olan, idarə etdiyi “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə saatda 70-75 kilometr sürətlə eyni istiqamətdə düzünə hərəkətdə olarkən avtomobilin salonunda üç nəfər sərnişin olsa da, yük yerində yük olmamışdır. Sərnişin Zərərçəkmiş şəxs1 qabaq sağ oturacaqda, Zərərçəkmiş şəxs3 arxa oturacağın sağ tərəfində, X4 arxa oturacağın sol tərəfində əyləşmişdir. Yolun Şabran rayonunun Dəvəçikənd kəndindən kəndindən keçən 127,5-ci kilometrində Quba istiqamətində düzünə hərəkətdə olduğu zaman yolun Bakı istiqamətindəki sağ ehtiyat hissəsi ilə eyni istiqamətdə hərəkət edən “Shacman SX 331” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ondan qarşıda olmuş, həmin yük avtomobili bir qədər hərəkət edib sürətini azaltmış, yük avtomobilinin adını sonradan bildiyi sürücüsü Şahid idarə etdiyi yük avtomobilinin sürətini nisbətən artırmaqla Quba istiqamətində yolun sağ ehtiyat hissəsindən sol tərəfə doğru manevr etməyə başlamışdır. O, bunu görən kimi ayağını tormoza atmaqla idarə etdiyi avtomobilin sürətini azaltmış və avtomobilinin səs siqnalını basmışdır. Buna baxmayaraq, həmin yük avtomobilinin sürücüsü hərəkətini dayandırmadan yolun Quba istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağına, oradan da sol hərəkət zolağına, yolun hərəkət hissələrini ayıran beton sədlərin arasındakı keçiddən geriyə qayıtmaq üçün daxil olmuş, elə o an idarə etdiyi minik avtomobilinin qabaq sağ tərəfi ilə həmin yük avtomobilinin sol yan hissəsi arasında toqquşma baş vermişdir. O, hadisədən 5 gün sonra müalicə olunduğu Abşeron Rayonu Mərkəzi Xəstəxanasında ayılanda bilmişdir ki, hadisə nəticəsində özü, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 müxtəlif bədən xəsarətləri almışdır. Seyidağa ilə Pəri də X15 müalicə olunurlar. Hadisədən təxminən bir ay sonra Zərərçəkmiş şəxs1 hadisə nəticəsində aldığı ağır bədən xəsarətləri səbəbindən ölməsi ona məlum olmuşdur. Bu müddət ərzində stress keçirməməsi üçün valideynləri Vahidin öldüyünü ona bildirməmişdirlər. Ona görə də o, Vahidin digər sərnişinlər kimi xəsarət aldığını və müalicə olunduğunu düşünmüşdür. Hadisə vaxtı diqqətini yol şəraitindən yayındıran hər hansı bir səbəb olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfalt beton örtüklü olmuş, hadisədən əvvəl spirtli içki və ya narkotik maddə istifadə etməmişdir. Lakin “Shacman SX 331” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qəflətən onun qarşısına çıxması səbəbi ilə idarə etdiyi nəqliyyat vasitəsinin sürətini azaltmağa cəhd etsə də, buna nail ola bilməmiş və bu səbəbdən də qəza baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsində onun günahının olmamasının nəzərə alınmasını və barəsində bəraətverici hökm qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi X21 ifadəsində göstərmişdir ki, üç oğul övladı var. Mərhum Zərərçəkmiş şəxs1 onun ortancıl oğludur. Oğlu Zərərçəkmiş şəxs1 xx.xx.1998-ci il təvəllüdlüdür. Vahid xx.xx.2019-cu il tarixdə X19 ilə ailə qurmuş, həmin nikahdan 4 yaşlı Elnarə adlı qızı doğulmuşdur. Vahid ünvan 3 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə faktiki olaraq ünvan 4 ünvanında yaşayırdı.Mərhum oğlu Vahid fiziki cəhətdən tam sağlam olmuş, heç bir xroniki xəstəlikdən əziyyət çəkməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 08:20-də ona telefon zəngi ilə xəbər verilmişdir ki, həmin gün saat 07:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Zərərçəkmiş şəxs1 ölmüş, meyiti məhkəmə tibbi müayinədən keçirilməsi üçün Şabran Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinin meyitxanasına göndərilmişdir. O, bunu bilən kimi dərhal Bakı şəhərindən çıxıb Şabran şəhərinə, Şabran Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən həmin meyitxanaya getmişdir. Ora çatandan sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 07:55-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi, oğlu Zərərçəkmiş şəxs1 sərnişini olduğu “Mercedes Benz E 200” markalı, **- NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə sürücü Şahid idarə etdiyi “Shacman SX 331” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuş, nəticədə oğlu Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüş, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və avtomobildəki digər sərnişinlər, oğlu Vahidin iş yoldaşları olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bədən xəsarətləri almışdır. Mərhum oğlu Zərərçəkmiş şəxs1 meyiti Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinin meyitxanasında məhkəmə tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün həmin gün saat 11:00 radələrində onlara təhvil verilmişdir. Mərhum oğlu Vahidin cənazəsini həmin gün saat 16:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dini adətlərə uyğun dəfn etmişdirlər. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı barışığın olmadığını bildirmiş,onun barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur Gömrük Postunda böyük inspektor vəzifəsində xidmət edir. Xidməti növbəlidir. Yaşadığı Bakı şəhərindən iş yerinə taksi ilə gedib-gəlir. xx.xx.2024-cü il tarixdə, saat 06:40-da sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən çıxıb Xaçmaz rayonuna getmək üçün Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olmuşdurlar, iş yoldaşı Zərərçəkmiş şəxs1 avtomobilin salonunda qabaq sağ oturacaqda, iş yoldaşı Zərərçəkmiş şəxs2 arxa oturacağın sol tərəfində, o isə arxa oturacağın sağ tərəfində əyləşmişdir. Təqribən bir saat hərəkət etdikdən sonra onu yuxu tutmuşdur. O, ayılanda görmüşdür ki, Şabran Rayon Mərkəzi Xəstəxanasındadır və tibb işçiləri ona yardım göstərir. Xəstəxanada olarkən sonradan ona məlum olmuşdur ki, saat 07:55-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində sərnişini olduğu, yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə eyni istiqamətdə düzünə hərəkətdə olan “Mercedes Benz E 200” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ tərəfi ilə sağ tərəfdən yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olub sola doğru manevr edən, adını sonradan bildiyi sürücü Şahid idarə etdiyi “Shacman SX 331” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol yan hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 ölmüş, Zərərçəkmiş şəxs2, sürücü Təqsirləndirilən şəxs və o, müxtəlif bədən xəsarətləri almışdır. Onları hadisə yerindən təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran Rayon Mərkəzi Xəstəxanasına aparmışdırlar. O, Şabran Rayon Mərkəzi Xəstəxanasından sonra müalicəsini X15 davam etdirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında barışığın olmadığını bildirmiş və onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 19.4.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmə prosesində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Şahid məhkəmə iclasında dindirilməsini tələb etməmiş, sonuncuların ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etirazının olmadığını qeyd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs bu hüququndan istifadə etməmək niyyəti, habelə bunun onun hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsinin elanı ilə kifayətlənilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, habelə məhkəməyə ünvanlandığı ərizəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmiş iş üzrə Zərərçəkmiş şəxs2 Cinayət-Prosseual Məcəlləsinin 330-cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur Gömrük Postunda baş müfəttiş vəzifəsində xidmət edir. Xidməti növbəlidir. Yaşadığı Bakı şəhərindən iş yerinə taksi ilə gedib-gəlir. xx.xx.2024-cü il tarixdə, saat 06:40-da sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 200” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən çıxıb Xaçmaz rayonuna getmək üçün Bakı-Quba-Dağıstan sərhədi avtomobil yoluna daxil olmuşdurlar. İş yoldaşı Zərərçəkmiş şəxs1 avtomobilin salonunda qabaq sağ oturacaqda, iş yoldaşı Zərərçəkmiş şəxs3 arxa oturacağın sağ tərəfində, o, isə arxa oturacağın sol tərəfində əyləşmişdir. Yola düşdükdən az sonra onu yuxu tutmuşdur. O, xx.xx.2024-cü il tarixdə ayılanda görmüşdür ki, X8. Orada olarkən bilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07:55-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində sərnişini olduğu, yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə eyni istiqamətdə düzünə hərəkətdə olan “Mercedes Benz E 200” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ tərəfi ilə sağ tərəfdən yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olub sola doğru manevr edən, adını sonradan bildiyi sürücü Şahid idarə etdiyi “Shacman SX 331” minik markalı **-NS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol yan hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 ölmüş, Zərərçəkmiş şəxs3, sürücü Təqsirləndirilən şəxs və o, müxtəlif bədən xəsarətləri almışdır. Onları hadisə yerindən təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün Şabran Rayon Mərkəzi Xəstəxanasına aparmışdırlar. Həmin gün Şabran Rayon Mərkəzi Xxəstəxanasından iş yoldaşı Zərərçəkmiş şəxs3 ilə onu Bakı şəhərində yerləşən X18 köçürmüş və müalicələrini orada davam etdirmişdirlər. Məhkəmə iclasının iştirakının təmin edilməsi məqsədi ilə cəzaçəkmə müəssisəsindən müvəqqəti saxlama yerinə etap edilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakı təmin edilməmiş Şahid Cinayət-Prosessual Məcəlləsinin 329cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1997-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Son dəfə sürücülük vəsiqəsini xx.xx.2018-ci il tarixdə dəyişmişdir. Hazırki sürücülük vəsiqəsi də “BC” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişdir. Sürücülük hüququndan məhrum olunmamışdır. X5 mülkiyyətində olan “Shacman SX 331” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini xx.xx.2023-cü il tarixdən etibarnamə əsasında idarə edir. O, texniki cəhətdən saz vəziyyətdə olan, idarə etdiyi “Shacman SX 331” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə bir aydır ki, Şabran şəhərində yerləşən Kolin şirkətinin ərazisindən orta ölçülü doğranmış daşlardan ibarət yükü Xaçmaz rayonu, Yalama kəndindəki təmir işləri aparılan dəmir yol stansiyasına daşımaqla məşğuldur. xx.xx.2024cü il tarixdə saat 07:40-da idarə etdiyi “Shacman SX 331” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə işə gedərkən yolda həyat yoldaşı Aynur Şahverdiya mobil telefonuna zəng vurub xroniki ürək xəstəsi olan kiçik qızı Vəfa Şahverdiyevanın qəfildən halının pisləşdiyini demiş və təcili evə qayıtmasını xahiş etmişdir. O, həmin zəngdən sonra evə qayıdası olmuşdur. Saat 07:55-də idarə etdiyi yük avtomobili ilə Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun, Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində Quba istiqamətində sağ tərəfdən yola daxil olmaq üçün idarə etdiyi yük avtomobilini Quba istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxarmışdır. Yolun Quba və Bakı istiqamətlərində olan hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinin arasındakı keçiddən geriyə dönüb yolun Bakı istiqamətindəki hərəkət hissəsinə daxil olmaqla hərəkətini eyni istiqamətdə davam etdirmək məqsədi ilə sol tərəfdən, Bakı istiqamətindən gələn avtomobillərin uzaqda olduğunu zənn edib idarə etdiyi yük avtomobili ilə sağdan saatda 10-15 kilometr sürətlə yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olmuşdur. İdarə etdiyi avtomobillə yolun Quba istiqamətindəki hərəkət hissəsindən yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinin arasındakı keçidə daxil olmaq üzrə olanda yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə Bakı istiqamətindən gələn, Quba istiqamətində hərəkət edən “Mercedes Benz E 200” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ tərəfi ilə idarə etdiyi yük avtomobilinin sol yan hissəsi arasında toqquşma baş vermişdir. İdarə etdiyi avtomobildən düşəndən sonra ona məlum olmuşdur ki, hadisə nəticəsində “Mercedes Benz E 200” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, arxa oturacaqdakı sərnişinlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 müxtəlif ağır bədən xəsarətləri almışdır. Həmin minik avtomobilində qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 hadisə nəticəsində aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölmüşdür. Odur ki, hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilləri ilə ilkin tibbi yardım göstərilməsi üçün hər üç xəsarət almış şəxsi Şabran rayon mərkəzi xəstəxanasına, mərhum Zərərçəkmiş şəxs1 meyitini isə məhkəmə tibbi müayinədən keçirilməsindən ötrü Şabran Rayon Mrkəzi Xəstəxanasının həyətində yerləşən meyitxanaya aparmışdırlar. O, hadisə zamanı heç bir xəsarət almamış və hadisə yerində olmuşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişdirlər. Hadisə vaxtı idarə etdiyi avtomobilin hərəkət surəti saatda 15 kilometrdən çox olmamış, diqqətini yol şəraitindən yayındıran hər-hansı bir səbəb olmamış, səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfaltbeton olmuş, hadisə vaxtı idarə etdiyi yük avtomobilində sərnişin, yük yerində heç bir yük olmamış, hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik maddə qəbul etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, 375 nömrəli başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və həmin cinayət işinin ayrıca icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır (cinayət işinin İ cildinin 1-2-ci vərəqləri). - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul haqqında qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin İ cildinin 5-ci vərəqi). - xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və baxış protokoluna əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə, saat 08:50-dən 09:45-ə kimi olan müddət ərzində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə keçirilmiş baxış nəticəsində yol nəqliyyat hadisəsinin Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 127,5-ci kilometrində baş verdiyi, yolun hərəkət hissəsinin düz olduğu, örtüyün növünün asfalt-beton olduğu, örtüyün vəziyyətinin quru olduğu, yol örtüyünün eninin 18 metr olduğu, hərəkət zolaqlarının sayının 2, hərəkət hissəsinin eninin 9 metr olduğu, yolun Bakı və Quba istiqamətlərindəki əks hərəkət hissələrinin İİ tərəfli metal təhlükəsizlik xətləri ilə ayrıldığı, yolun hər 1 hərəkət istiqamətində 2 hərəkət zolağının olduğu, hərəkət hissəyə sağdan yolun çiyni və boş sahə, soldan isə yolun Bakı istiqamətində hərəkət hissəsinin birləşdiyi, hərəkətin nizamlanma üsulunun "nizamlanmayan" olduğu, yol həmin hissəsində sürət həddinin saatda 90 kilometr olduğu, “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisindən keçən 127,5-ci kilometrində Quba istiqamətində yolun sağ ehtiyat hissəsindən yolun əks hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərinin arasındakı keçiddən keçməklə yolun Bakı istiqamətindəki hərəkət hissəsinə girmək üçün sağdan yolun Quba istiqamətindəki hərəkət hissəsinə daxil olduğu, yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə Quba istiqamətində düzünə hərəkətdə olan “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfi ilə “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi arasında yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində toqquşma baş verdiyi aşkar edilmişdir (cinayət işinin İ cildinin 8- 20-ci vərəqləri). - AE seriyalı, 623780 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2028-ci il tarixə kimi qüvvədə olan “B” və “C” kateqoriyalı sürücülük vəsiqəsi vardır (cinayət işinin İ cildinin 38-ci vərəqi). - BB seriyalı, 453422 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir (cinayət işinin İ cildinin 39-cu vərəqi). - ƏN-Vİ seriyalı, 700128 nömrəli etibarnamədən görünür ki, X2 İlqar Novruz oğluna mülkiyyətində olan “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixə kimi olan müddət ərzində idarə etmək hüququ vermişdir (cinayət işinin İ cildinin 40-cı vərəqi). - BB seriyalı, 433584 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2033-cü il tarixə kimi qüvvədə olan “B1”, “B”, “C1” və “C” kateqoriyalı sürücülük vəsiqəsi vardır (cinayət işinin İ cildinin 58-ci vərəqi). - BA seriyalı, 199627 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X9 mülkiyyətindədir (cinayət işinin İ cildinin 59-cu vərəqi). - xx.xx.2024-cü il tarixli, 3-13-16/2-106144/2024 saylı məktubdan görünür ki, X3 İlqar Novruz oğluna xx.xx.2024-cü il tarixdən xx.xx.2033-cü il tarixə kimi olan müddət ərzində mülkiyyətində olan “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir (cinayət işinin İ cildinin 64-cü vərəqi). - xx.xx.2024-cü il tarixli, 3-13-16/2-106146/2024 saylı məktubdan görünür ki, X1 Mirzə Muradxan oğluna mülkiyyətində olan “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixə kimi olan müddət ərzində idarə etmək hüququ vermişdir (cinayət işinin İ cildinin 65-ci vərəqi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 məhkəmə-kimya şöbəsinin xx.xx.2024-cü il tarixli, 2274/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cinayət işinin İ cildinin 73-75-ci vərəqləri). - “DVD” disklərdəki videogörüntülərdən görünür ki, “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması kifayət qədər uzaq məsafədən görünür (cinayət işinin İ cildinin 80 və 120-ci vərəqləri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cinayət işinin İ cildinin 83-cü vərəqi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 Şabran Rayon Şöbəsinin xx.xx.2024-cii il tarixli, 9 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 meyitinin bədən səthində başın və gövdənin qapalı küt zədələnməsi, baş beynin yumşaq qişasına qansızmalar, hər iki ağciyərin, qaraciyərin və dalağın cırılmaları, sağ 1-2-3-4-5-6-7-ci, sol 3-4-5-6-7-ci qabırğaların qapalı köndələn sınıqları, sağ said sümüklərinin qapalı qəlpəli sınıqları, döş qəfəsinin və qarın divarının sağ yarısının qançırları, başın alm nahiyyəsinin, burun belinin, sağ çiyin qurşağının sıyrıqları, sağ dirsək, sağ said və sol diz nahiyyəsinin sıyrılmış yaraları, başın və gövdənin yumşaq örtüyü altına qansızmalardan ibarət bədən xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olub xx.xx.2024-cü il tarixə uyğundur, canlı adamlarda hamısı birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb gövdənin küt zədələnməsi nəticəsində hər iki ağciyərin, qaraciyərin, dalağın cırılmaları və qabırğaların ikitərəfli çoxsaylı sınıqlarından törəyən ağır travmatik şok olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinə anından (xx.xx.2024-cü il, saat 12:00) 6 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol, narkotik vasitələr və yad zəhərli kimyəvi maddələr aşkar olunmamışdır (cinayət işinin İ cildinin 88-91-ci vərəqləri). - AZ-İİ seriyalı, 442126 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə travmatik şokdan Şabran rayonunun ərazisində vəfat etmişdir (cinayət işinin İ cildinin 94-cü vərəqi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X21 ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır (cinayət işinin İ cildinin 97-ci vərəqi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 106-107-ci vərəqləri). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 113-114-cü vərəqləri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli, 8/1910 saylı məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, ilkin kontakt anında toqquşma “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. Ekspertizanın təyini haqqındakı qərarda hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izinin qalması haqqında məlumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrin yola nəzərən qarşılıqlı vəziyyətlərini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər qabaqdan arxaya doğru, “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr arxadan qabağa doğru istiqamətlənmişdir. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 126-129-cu vərəqləri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 xx.xx.2024-cü il tarixli, 252 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ təpə-gicgah nahiyyəsinin dərialtı yayılmış hematoması, alın nahiyyəsinin cırılmış yarası, alın, burun və almacıq nahiyyələrinin əzilməsi, sıyrılmış yaraları, sağ 5-ci əldarağı sümüyünün əsas falanqasnın çoxparçalı yerdəyişmiş qapalı sınığı, barmağın didilmiş-cırılmış yarası, hər iki diz oynağı və baldırın əzilməsi, sıyrılmış yaraları, hər iki dirsək oynağının əziyi, sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvumaya aiddir (cinayət işinin İ cildinin 150-152-ci vərəqləri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 xx.xx.2024-cü il tarixli, 253 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər kəllə qapağı və kəllə əsası sümüklərinin, üz slcleti sümüklərinin qəlpəli sınıqları, epidural hematoma (baş beyinin sərt qişası üzərinə qan yığıntısı), döş qəfəsinin əzilməsi, başın və aşağı ətrafların syrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olmuş sağlamlığa ağır zərərvumaya aiddir (cinayət işinin İ cildinin 153-154-cü vərəqləri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 xx.xx.2024-cü il tarixli, 257 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ sirkə kasasının çoxqəlpəli sınığı, sağ bud-çanaq oynağının arxa çıxığı və qabırğanın sağtərəfli sınığı küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olmuş sağlamlığa ağır zərərvumaya aiddir (cinayət işinin İ cildinin 155-156-cı vərəqləri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş kompleks məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası və video yazıların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/3184-4/1828 nömrəli rəydən görünür ki, “Mercedes Benz E 200” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil etmişdir (cinayət işinin İ cildinin 158-162-ci vərəqləri). - xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs və Şahid Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmələri, “Shacman SX 331” yük markalı **-NS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E 200” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin və 2 ədəd “DVD” diskin iş üzrə maddi sübut kimi tanınaraq, 2 ədəd “DVD” diskin cinayət işində saxlanılması, nəqliyyat vasitələrinin isə sahiblərinə qaytarılmasının nəzərə alınması qərara alınımışdır (cinayət işinin İ cildinin 165-172-ci vərəqləri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 214-215-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 284-285-ci vərəqləri). - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “1 nömrəli X13” MMC tərəfindən verilən sorğuya cavab məktubundan görünür ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 127.5-ci kilometrində Quba istiqaməti asfalt-beton örtüyünün hərəkət hissəsi 9 metr, çiyin hissəsi 3 metr, Bakı istiqaməti asfalt-beton örtüyünün hərəkət hissəsi 9 metr, çiyin hissəsi 3 metr, ayırıcı zolağın eni isə 1,8 metr təşkil edir. - Şabran Rayon Məhkəməsinin 1(031)-15/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid məhkəmə məsrəfi hesab olunan 238 manat məbləğində ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi qanunvericiliyə əsasən normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İş materiallarında olan DVD diskdə olan videogörüntüyə əsasən sağ zolaq boş olmuş və bu halda sol zolaqla hərəkət etməyin qadağan olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs sol zolaqla hərəkət etmişdir. Bundan əlavə ekspert rəyinə əsasən tədqiqat “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 10-15 km/saat sürətlə toqquşmaya qədər qövsvarı formada 12,6 metr məsafə qət etməsinə uyğun aparılmış, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, təqdim edilən videogörüntüdən aydın olur ki, hadisə baş verən anda Təqsirləndirilən şəxs hərəkət istiqamətində görünüş dairəsi tam açıq olmuşdur. Yolun vəziyyəti və sol zolaqla hərəkət etməsi ona qarşıdan gələn təhlükəni nəzərə almaq və təhlükənin qarşısını almaq üçün lazımi tədbirlər görmək imkanı vermişdir. Belə ki, yol hərəkəti qaydalarının tələblərinə görə, sürücü hər zaman yol şəraitini müşahidə etməli, hərəkət zamanı təhlükə ehtimalını nəzərə almalı və lazım gəldikdə nəqliyyat vasitəsinin sürətini azaltmaq və ya tam dayandırmaqla qarşısını almalıdır. Videogörüntülərdən göründüyü kimi, təhlükənin yaranma anını Təqsirləndirilən şəxs vaxtında görməli və buna uyğun tədbirlər görməli idi. Onun görünüş dairəsinin açıq olması həmin vəziyyəti əvvəlcədən müşahidə etmək və qanunun tələb etdiyi kimi reaksiya vermək imkanı yaratmışdır. Lakin bu vəzifələrə riayət edilmədiyindən, hadisənin qarşısı alınmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxsin hüquqi varisinin və zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, o, Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə göstərilən cəzasını yüngülləşdirən hal himayəsində 1 nəfər azyaşlı uşağının olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun və digər zərər çəkmiş şəxslər ilə barışıq əldə etməmiş, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslər məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə maddi sübutlar: “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Mercedes Benz E 200” yük markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinə qaytarıldığı nəzərə alınmalı, 2 ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347-349, 351-353, 356 və 381-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: “Shacman SX 331” yük markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Mercedes Benz E 200” yük markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinə qaytarıldığı nəzərə alınsın, 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. Şabran Rayon Məhkəməsinin 1(031)-15/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Şahid məhkəmə məsrəfi hesab olunan 238 manat məbləğində ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsinin müəyyən edilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar