Məhkəmə qərarları › İş №1(031)-24/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-24/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-24/2023 07.06.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs Ələsgər oğlunun nümayəndəsi X2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə, saat 22:20 radələrində, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota-Prius” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şabran şəhəri, X10 küçəsi ilə şəhərin mərkəzindən şəhərin çıxışında yerləşən “Azpetrol" yanacaq doldurma məntəqəsi istiqamətində saatda 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozaraq, yəni sürücü üfüqi nişanlanma xəttini kəsib keçməməli, hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı, diqqətini yol şəraitindən ayırmadan nəqliyyat vasitəsinin istiqamətini dəyişmədən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə, başqa əmlaka zərər vurmamalı olduğu halda həmin qaydalara riayət etməyərək, Şabran şəhər bazarının qarşısında yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran ağ bütöv üfüqi nişanlanma xəttini kəsib qarşı sol hərəkət zolağına keçməklə həmin hərəkət zolağında yolu soldan sağa doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs Ələsgər oğlunu idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona "politravma, baş-beyin toxumasının əziyi, sağ və sol bazu sümüklərinin əziyi, sol bud və sol baldır sümüklərinin sıyrıqları, sol dizin bayır bağının cırılması, sağ 5-6-7-ci, sol 3-4-5-6- 7-ci qabırğaların qapalı yerdəyişmiş sınıqları, ağ ciyərin əzilməsi, hemotoraks, sol əng sümüyünün, sol almacıq-gicgah qövsünün xətti yerini dəyişmiş, əsas sümüyünün qanadının və sağ gicgah sümüyünün xətti yerini dəyişməyən sınıqları” xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Subaydır və heç bir yerdə işləmir. 2022ci ilin sentyabr ayından noyabr ayına kimi Bakı şəhərində yerləşən “Taksi Park” şirkətində taksi sürücüsü kimi işləmişdir. Həmin şirkətə məxsus “Toyota-Prius” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə əsasında idarə etmişdir. İşlədiyi “Taksi Park” şirkəti “Uber” proqramı vasitəsilə işləmiş, o da müştəriləri “Uber” proqramı vasitəsilə tapmışdır. 12 noyabr 2022-ci il tarixdə, axşam saat 21 radələrində, Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə olmuş, həmin vaxt “Uber” proqramı vasitəsilə cavan yaşlarında bir oğlan müştəri onun avtomobilinə əyləşmişdir. “Uber” proqramında müştəri avtomobilə minənə kimi hansı ünvana gedəcəyinin bəlli olmadığına görə müştəri minəndən sonra proqrama baxdıqda müştərinin Xaçmaz rayonuna gedəcəyini bilmişdir. O da şirkətin rəhbərliyi ilə bu barədə danışdıqda şirkətin rəhbərliyi ona müştərini Xaçmaz rayonuna kimi yox, Şabran rayonuna kimi aparmalı olduğunu söyləmişdir. O da məcbur olub Xaçmaz rayonu istiqamətində yola düşmüş, saat 22 radələrində isə artıq Şabran rayonunda çatmışdır. “Şabran” şadlıq sarayının yanında avtomobildən düşərək yoldan keçən tanımadığı “Vaz 2107” markalı avtomobili saxlatdıraraq müştərini onunla Xaçmaz rayonuna yola salmış, ardınca isə avtomobilə minərək Bakı istiqamətinə yolda düşməyə başlamışdır. Şabran şəhərində yerləşən bazarın qarşısına çatan zaman yolun ortasında bir nəfər tanımadığı şəxsin qaça-qaça yolu keçdiyini görmüş, həmin vaxtı sürəti saatda 80- 90 km olmuş, aralarındakı məsafə az olduğuna görə əyləci basmamışdır ki, həmin şəxsin arxasından ötüb keçə bilsin. Ancaq həmin şəxsin də birdən geri qayıtdığına görə məlum hadisə baş vermiş, ardınca isə avtomobildən düşərək yaralı şəxsə kömək eləyib və təcili tibbi yardım ilə onu xəstəxanaya aparmışdır. Törətdiyi əməl ehtiyatsızlıqdan olmuşdur, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs Ələsgər oğlu ilə barışmışdır, dəymiş zərəri tam ödəmişdir. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ələsgər oğlunun nümayəndəsi X4 göstərdi ki, Şahbazov X5 şəhəri, H. Əliyev prospekti, ev 11 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və dörd övladı var. O, qardaşı Zərərçəkmiş şəxs Ələsgər oğlu 10 ilə yaxındır ki, ticarətlə məşğul olur. xx.xx.2022-ci il tarixdə, axşam saat 22 radələrində, qardaşı ona məxsus “Vaz 21014” markalı avtomobillə Şabran şəhəri, M.Ə. Rəsulzadə küçəsində yerləşən bazarın qarşına gəlmişdir. Avtomobili bazarla üzbəüz yolun o biri tərəfində saxlamış, avtomobildən düşərək bazarın yanındakı mağazadan alış-veriş etmək məqsədilə yolun o biri tərəfinə keçərək mağazadan alış-veriş etmişdir. Alış-veriş etdikdən sonra mağazadan çıxaraq avtomobilə minmək məqsədilə yolun o biri tərəfinə keçmək istəmiş, yolu keçməmişdən əvvəl yola baxdıqda yolda heç bir avtomobilin olmadığını görmüşdür. Ancaq yolu keçib ortasına çatan zaman yüksək sürətlə bir avtomobilin üzərinə gəldiyini görmüş, buna görə də arxaarxaya getməyə çalışmışdır. Ancaq avtomobilin sürəti çox olduğuna görə avtomobildən yayına bilməmiş və bu zaman avtomobil Zərərçəkmiş şəxs vurmuşdur. Avtomobil Hilalı vurduqdan sonra artıq özündə olmamış, ondan sonrakı hadisələri xatırlamamış, həmin hadisədən təxminən 3-4 gün sonra xəstəxanada olan zaman özünə gəlmişdir. Hadisə baş verən vaxt qardaşı spirtli içki qəbul etməmiş, Hilalı vuran sürücünü əvvəllər tanımamış, hadisədən sonra həmin sürücünün Şabran rayon sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Ələsgər oğluna dəymiş zərər tam ödənilmişdir, şikayət və mülki tələbləri yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ələsgər oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və iki övladı var. Təxminən 1 aya yaxındır ki, "xxxx" MMC-də maliyyə işləri üzrə müavin vəzifəsində çalışır. İşlədiyi şirkət avtomobillərin lizinqi ilə məşğuldur. **-PB-*** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomobil işlədiyi şirkətə məxsusdur. Həmin avtomobili “Taksi-Park” şirkətinə icarə əsasında vermişlər. Təqsirləndirilən şəxs adlı şəxsdə həmin şirkətin sürücüsüdür. “Taksi-Park” şirkətidə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında evdə olan zaman İsa onunla telefon əlaqəsi saxlamış və telefonda idarə etdiyi “Toyota-Prius” markalı avtomobil ilə Şabran rayonunda hərəkətdə olan zaman piyada vurduğunu söyləmiş, ardınca o da bu barədə şirkətin rəhbərliyinə məlumat vermişdir. 12 noyabr 2022-ci il tarixdə hadisə yerinə keçirilmiş baxış protokoluna əsasən yolnəqliyyat hadisəsinin Şabran şəhəri, X10 küçəsində yerləşən bazarın qarşısında baş verməsi müəyyən edilmişdir. Yol örtüyünün növü asfalt olub, örtüyün vəziyyəti qurudur. Yolda 2 hərəkət zolağı olub, hər bir hərəkət hissəsinin eni 10.40 metr olmaqla yol örtüyünün ümumi eni 20.80 metrdir. Hərəkət hissəsi həm sağdan, həmdə ki soldan səki ilə birləşir. Hadisənin baş verdiyi küçə işıqlandırılmamışdır. Yolun sol tərəfindən piyadanın vurulma yerinə qədər ki, məsafə 7.60 metr, sağ tərəfdən piyadanın vurulma yerinə qədər ki, məsafə isə 13.20 metrdir. Hadisə yerinə baxış zamanı yolda nəqliyyat vasitəsinin şinlərinin və tormozlama izləri aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspetizasının 09 yanvar 2023-cü il tarixli 02 saylı rəyinə əsasən Şabran rayon sakini Zərərçəkmiş şəxs Ələsgər oğlunun məhkəmə-tibb ekspertizasında politravma, baş-beyin toxumasının əziyi, sağ və sol bazu sümüklərinin əziyi, sol bud və sol baldır sümüklərinin sıyrıqları, sol dizin bayır bağının cırılması, sağ 5-6-7-ci, sol 3-4-5-6-7-ci qabırğaların qapalı yerdəyişmiş sınıqları, ağ ciyərin əzilməsi, hemotoraks, sol əng sümüyünün, sol almacıq-gicgah qövsünün xətti yerini dəyişmiş, əsas sümüyünün qanadının və sağ gicgah sümüyünün xətti yerini dəyişməyən sınıqlarından ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda yəni-xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı yarana bilər, həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-avtotexniki ekspertizasının 09 yanvar 2023-cü il tarixli 8/3618 saylı rəyinə əsasən «Toyota-Prius» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarında olan 13 mart 2023-cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarında olan Şabran RİHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 987 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, A. Mustafayev küçəsi ev 11-də qardaşı X6 ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Şabran RİHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntularına yol verməmişdir. Sakinlərə qarşı hörmətsizlik etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, məhkəmə-tibb və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli və əməllərində inzibati xəta tərkibinin əlamətlərinin araşdırılması üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroruna göndərilməlidir. İş üzrə 85 (səksən beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Toyota-Prius» markalı avtomobilin "xxxx" MMCnin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsini və CPM-nin 356-cı maddəsini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” – inə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin araşdırılması üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Toyota-Prius» markalı avtomobilin "xxxx" MMCnin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar