Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-24/2024 15.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1998-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri təqsirləndirilməsinə dair, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2001-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2i ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs1 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonunun Rəhimli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1 baş xırdabuynuzlu heyvanları oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlib cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 icarə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN-*** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 1 illik 18 kiloqram çəkidə dişi cins növündə, 160 manat məbləğində 1 baş xırdabuynuzlu heyvam gizli olaraq talayıb, Təqsirləndirilən şəxs1 idarə etdiyi "Hyundai Elantra" minik markalı avtomobilə yükləyib özləri ilə aparmaqla oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 Teymıırşah oğlu və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonu Rəhimli kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1 baş xırdabuynuzlu heyvanı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlib cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 Teymıırşah oğlunun idarə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN-*** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində, kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən Zərərçəkmiş şəxs3 məxsus 1 illik, 50 kiloqram çəkidə, dişi cins növündə 400 manat məbləğində 1 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb Təqsirləndirilən şəxs1 idarə etdiyi "Hyundai Elantra" minik markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 Teymıırşah oğlu və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonunun Rəhimli kənd sakini X7 məxsus 1 baş xırdabuynuzlu heyvanı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 Teymıırşah oğlunun etibarnamə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN-*** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində, kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən X7 məxsus, 4 illik, 45 kiloqram çəkidə, dişi cins növündə, 290 manat məbləğində 1 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb Təqsirləndirilən şəxs1 idarə etdiyi "Hyundai Elantra" markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 Teymıırşah oğlu və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonu Rəhimli kənd sakini X10 məxsus 1 baş xırdabuynuzlu heyvanı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 Teymıırşah oğlunun icarə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı, ** PN *** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində, kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən Zərərçəkmiş şəxs6 məxsus, 3 illik, 60 kiloqram çəkidə, dişi cins növündə. 390 manat məbləğində 1 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Elantra» markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə 07 avqust 2023-cii il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonu Rəhimli kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 1 baş xırdabuynuzlu heyvanı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 icarə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN- *** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində, kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən Zərərçəkmiş şəxs5 məxsus 5 illik, 25 kiloqram çəkidə, dişi cins növündə, 300 manat məbləğində 1 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb idarə etdiyi "Hyundai Elantra" minik markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonu Sincanboyad kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1 baş xırdabuynuzlu heyvanı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 icarə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN-*** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 1 illik, 70 kiloqram çəkidə, erkək cins növündə, 550 manat məbləğində 1 baş iribuynuzlu heyvanı gizli olaraq talayıb Təqsirləndirilən şəxs1 idarə etdiyi "Hyundai Elantra" markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs2 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonunun Rəhimli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1 baş xırdabuynuzlu heyvanları oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlib cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə onun icarə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sözügedən kəndin ərazisində, kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 1 illik, 18 kiloqram çəkidə, dişi cins növündə, 160 manat məbləğində 1 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb, idarə etdiyi "Hyundai Elantra" minik markalı avtomobilə yükləyib özləri ilə aparmaqla oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonu Rəhimli kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1 baş xırdabuynuzlu heyvanı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlib cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə onun icarə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN-*** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində, kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən Zərərçəkmiş şəxs3 məxsus. 1 illik, 50 kiloqram çəkidə, dişi cins növündə, 400 manat məbləğində 1 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb idarə etdiyi "Hyundai Elantra" markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonunun Rəhimli kənd sakini X7 məxsus 1 baş xırdabuynuzlu heyvanı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlib cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə onun icarə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN-*** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində, kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən X7 məxsus, 4 illik, 45 kiloqram çəkidə, dişi cins növündə, 290 manat məbləğində 1 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb idarə etdiyi "Hyundai Elantra" markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonu Rəhimli kənd sakini Zərərçəkmiş şəxs6 məxsus 1 baş xırdabuynuzlu heyvanı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlib cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə onun icarə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN-*** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində, kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən Zərərçəkmiş şəxs6 məxsus 3 illik, 60 kiloqram çəkidə, dişi cins növündə. 390 manat məbləğində 1 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb idarə etdiyi "Hyundai Elantra" minik markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonu Rəhimli kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 1 baş xırdabuynuzlu heyvanı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə icarə əsasında onun idarə etdiyi "Hyundai Elantra" markalı, **-PN-*** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində, kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən Zərərçəkmiş şəxs5 məxsus 5 illik, 25 kiloqram çəkidə, dişi cins növündə, 300 manat məbləğində 1 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb idarə etdiyi "Hyundai Elantra" markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 və X40 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən vaxtda Şabran rayonu Sincanboyad kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1 baş xırdabuynuzlu heyvanı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlib cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə icarə əsasında onun idarə etdiyi "Hyundai Elantra" minik markalı, ** PN *** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən kəndin ərazisində kənd sakinlərinin heyvanlarının otlaması üçün nəzərdə tutulmuş örüş sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 1 illik, 70 kiloqram çəkidə, erkək cins növündə, 550 manat məbləğində 1 baş iribuynuzlu heyvanı gizli olaraq talayıb idarə etdiyi "Hyundai Elantra" minik markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qobustan rayon Nabur kəndində ailəsi ilə birgə yaşayır. Ailə üzvləri o, atası, anası və kiçik qardaşından ibarətdir. Əvvəllər məhkum olunmamışdır. Şirxan Əzizov onun kəndçisidir və onunla münasibəti normaldır. Bir dəfə təxminən 2023-cü ilin yay aylarında Şirxanla söhbət edən zaman Şirxan ona 1000 manat məbləğindən ilkin ödəniş edərək ona kreditlə avtomobil ala biləcəyini bildirmişdir. O da bir neçə gün sonra metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən "Kontakt Home" mağazalar şəbəkəsindən 1 ədəd “Z- Fİ 4” markalı mobil telefon almışdır. Həmin telefonu metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən lombarda girov qoyaraq oradan 500 manat məbləğində pul götürmüşdür. O, həmin pulu metronun 20 Yanvar stansiyasının yaxınlığında Şirxana ona ilkin ödəniş edərək avtomobil alması üçün vermişdir. Pulu aldıqdan sonra Şirxan ona səbirli olmasını, həmin 500 manat məbləğində pulun ona lazım olduğunu və özünə avtomobil alacağı bildirmişdir. Bu zaman yanlarına tanımadığı bir nəfər şəxs də gəlmiş və Şirxan həmin şəxsin adının Hüseyn olmasını, onun Şabran rayonunda yaşadığını və tanışı olduğunu bildirmişdir. Bir neçə gün sonra Şirxanla Hüseyn avtomobil ilə onun yanına gəlmişlər. Həmin vaxt o, bibisi gildə, yəni Abşeron rayonu Müşviq qəsəbəsində olmuşdur. Şirxanla Hüseyn onu yolun kənarından götürmüş, o, avtomobilə əyləşən zaman avtomobilin arxa yük yerində qoyun səslərinin gəldiyini eşitmişdir. Həmin vaxt Şirxandan bunun nə olduğunu soruşduqda onların hər ikisi guya Hüseynin Şabran rayonunda yaşayan dayısının qoyunlarını satmağa gətirdiklərini və Hüseynin dayısının da bundan məlumatı olduğunu bildirmişlər. Onlar avtomobil ilə Müşviq qəsəbəsinə gələrək oradakı qəssabların birinə həmin qoyunları satmışlar. Bundan sonra o, Hüseyn ilə Şirxandan ayrılmış və həmin qoyunların neçə baş olması, onları hansı qiymətə satmaları barədə heç bir söz soruşmamışdır. Bir neçə gün sonra isə axşam saatlarında Şirxanla Hüseyn göy rəngli "Hyundai" markalı avtomobil ilə onu Müşviq qəsəbəsindən götürərək Şabran rayonuna Hüseynin dayısı gilə gedəcəklərini bildirmişlər. O da onlarla birlikdə Şabran rayonuna gəlmiş və onlar gecəni avtomobildə yatası olmuşlar. Səhər o, yuxudan oyanan zaman avtomobilin Şabran rayonunun tanımadığı kəndində olduğunu görmüşdür. O, Şirxandan buranın hara olmasını soruşduqda Şirxanla Hüseyn, ona hal hazırda kənd camaatının qoyunlarının həmin əraziyə gələciyini və onları oğurlayacaqlarını bildirmişlər. O, etirazını bildirdikdən sonra onlar avtomobilə əyləşmiş və Şabran rayonu Rəhimli kəndinə gəlmiş, kəndin sonunda otlaq sahəsində bir neçə qoyunun otladığını gördükdə isə Şirxanla Hüseyn avtomobildən yerə enərək həmin qoyunlar olan tərəfə yollanmış və o, həmin vaxt avtomobilin arxa yük hissəsinin qapısını qaldıraraq əli ilə saxlamışdır. Hüseynlə Şirxan ikisi birlikdə 5 baş xırdabuynuzlu heyvan oğurlayaraq avtomobilin baqaj hissəsinə yerləşdirmiş və onlar avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmışlar. Abşeron rayonu Müşviq qəsəbəsinə gəlmiş və orada 5 baş xırdabuynuzlu heyvanı tanımadığı qəssaba satmışlar. Həmin heyvanları qəssaba hansı qiymətə satdıqlarını bilmir və sadəcə olaraq heyvanları satdıqdan sonra Şirxan Hüseynə pul verərək oteldə qalmalarını istəmişdir. Şirxanla o, avtomobilə əyləşərək yaşadığı evə getmişlər. Hazırda törətdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tanışı Şirxan Əzizov xx.xx.2023-cü il tarixdə saat təxminən 12:00 radələrində, Şabran şəhərinin Rəhimli kəndində Seyid adlı şəxsdən quzu aldığını, həmin şəxsdə çoxlu sayda xırdabuynuzlu heyvanların olduğunu söyləmişdir. Bundan sonra Şirxan ona həmin heyvanları oğurlamaq üçün avtomobil lazım olduğunu, lakin özünün sürücülük vəsiqəsinin olmadığını, bu səbəbdən də onun sürücülük vəsiqəsi ilə icarəyə avtomobil götürməsini təklif etmişdir. O da Şirxanla razılaşmış və onlar birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinin Yasamal rayon ərazisində Şirxanla o, onun sürücülük vəsiqəsi ilə “Hyundai Elantra” minik markalı, "**-PN-***” dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşlər. Həmin avtomobil ilə onlar birlikdə Şabran rayonu Rəhimli kəndinə gəlmişlər. Müşviq nəzarət buraxılış məntəqəsində Samiq adlı şəxs də onlara qoşulmuş və Şabran rayonuna gəlmişlər. Şabran rayonunun Rəhimli kəndinin sonuna çatdıqda yolun sağ hissəsində xırdabuynuzlu heyvanların otladıqlarını görmüşlər. Həmin vaxt avtomobili o özü idarə etmişdir. O, avtomobili heyvanlardan bir qədər aralıda saxlamışdır. Şirxanla Samiq avtomobildən yerə enmiş, o da nəqliyyat vasitəinin arxa yük yerini açmışdır. Samiqlə Şirxan ümumilikdə 5 baş xırdabuynulzu heyvanı avtomobilin yük yerinə yığmışlar. Bundan sonra onlar Bakı şəhər istiqamətində hərəkətlərini davam etdirməyə başlamışlar. Şabran rayonu Sincanboyad kəndində çatdıqda Şirxan ona avtomobili kəndin içərisinə sürməyi söyləmişdir. O da avtomobili Sincanboyad kəndinə sürmüşdür. Kəndin içərisində bir baş iribuynuzlu heyvanın otladığını görmüşlər. Həmin an o, avtomobili saxlamış, Samiq isə avtomobildən yerə enərək üzərindəki bıçaqla həmin iribuynuzlu heyvanın hörükləndiyi ipi kəsərək heyvanı qucağına alıb avtomobilin arxa salon hissəsinə yerləşdirmişdir. Onlar Şabran rayonun Sincanboyad kəndindən çıxaraq Bakı şəhər istiqamətində hərəkət etməyə başlamışlar. Həmin heyvanları satmaq üçün onlar Abşeron rayonu Müşviq qəsəbəsinə getmişlər. Orada qəssabların birinin yanında o, avtomobili saxlamış, Şirxanla Samiq avtomobildən enərək həmin heyvanları satmışlar. Bundan sonra o, avtomobili idarə edərək Müşviq qəsəbəsində yerləşən avto yuma məntəqəsinin yanında saxlamışdır. Bu zaman “Rent Cari" -ın sahibi Rəhim adlı şəxs ona zəng edərək Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının onu axtarmasını bildirmişlər. O da, Samiqlə Şirxana birlikdə Rəhim adlı şəxsin yanına getmələrini təklif etmişdir. O, avtomobili avto yuma məntəqəsində yuduzduran zaman Samiqlə Şirxan anidən qaçıb getmişlər. O da, birbaşa həmin avto salona getmiş və orada Şabran və Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlaıının olduğunu görmüşdür. Hazırda törətdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, o, Quba rayon Muçu kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olsa da, Şabran rayon Sincanboyad kəndində yaşayır, ailəlidir, 4 uşaq atasıdır, Şabran rayonunda fəaliyyət göstərən “Kolin” şirkətində fəhlə işləyir. Onun kənddə iki baş inəyi var, həmin inəklərindən biri sağılır deyə balasını evin yaxınlığında, arxın kənarında hörükləyir. Həmişəki kimi xx.xx.2023-cii i! tarixdə inəyin balasını evinin yaxınlığından keçən su arxının kənarında açıq ərazidə hörükləmişdir. Təxminən hava isti olduğuna görə gedib həmin buzovu suvarmaq istəmiş və görmüşdür ki, buzovun ipini kəsib buzovu oğurlamışlar. O, ətrafı axtarsa da buzovu tapa bilməmiş, bir neçə gün axtardıqdan sonra sonda məcbur olub xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, onun yaşadığı kənddə kənd sakinlərində təxminən 10 nəfərlə birləşib qoyunları bir yerə qataraq gündə biri həmin qoyun növbəsinə gedir. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs2 heyvan növbəsində olan zaman özünə məxsus qoyunları otlamaq üçün Zərərçəkmiş şəxs2 təhvil vermişdir. Axşam saatlarında qoyunlar növbədən qayıdan zaman o, özünə məxsus 1 baş qoyunun əksik olduğunu görmüş və bunu Məmmədğa Həşimovdan soruşduqda o, naməlum şəxs (şəxslər) tərəfindən özünün, onun, həmkəndliləri Zülfüqarın, Mirdamətin və Ələkbərin hərəyə 1 baş olmaqla ümumilikdə 5 baş qoyunun oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onlar yaşadığı kənddə kənd sakinlərindən təxminən 10 nəfərlə birləşib qoyunları bir yerə qataraq gündə biri həmin qoyun növbəsinə gedirlər. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs2 heyvan növbəsində olan zaman özünə məxsus qoyunları otlamaq üçün Zərərçəkmiş şəxs2 təhvil vermişdir. Axşam saatlarında qoyunlar növbədən qayıdan zaman o, özünə məxsus 1 baş qoyunun əksik olduğunu görmüş və bunu Zərərçəkmiş şəxs2 soruşduqda o, naməlum şəxs (şəxslər) tərəfindən özünün, onun, həmkəndliləri Zülfüqarın, Mirdamətin və Vüqarın hərəyə 1 baş olmaqla ümumilikdə 5 qoyunun oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs X19 ifadəsində göstərmişdir ki, o, Dəvəçi rayon Rəhimli kəndində anadan olmuş, hazırda həmin kəndə qeydiyyatda olaraq yaşayır, fərdi təsərrüfatla yəni qoyun - quzu və əkin biçinlə məşğul olur. Onlar yaşadığımı kənddə kənd sakinlərində təxminən 10 nəfərlə birləşib qoyunları bir yerə qataraq gündə biri həmin qoyun növbəsinə gedir. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs2 heyvan növbəsində olan zaman özünə məxsus qoyunları otlamaq üçün Zərərçəkmiş şəxs2 təhvil vermişdir. Axşam saatlarında qoyunlar növbədən qayıdan zaman o, özünə məxsus 1 baş qoyunun əksik olduğunu görmüş və bunu Zərərçəkmiş şəxs2 soruşduqda o. naməlum şəxs (şəxslər) tərəfindən özünün, onun, həmkəndliləri Vüqarın, Mirdamətin və Ələkbərin hərəyə 1 baş olmaqla ümumilikdə 5 qoyunun oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Dəvəçi rayonu Rəhimli kəndində anadan olmuş, hazırda həmin kəndə qeydiyyatda olaraq yaşayır və fərdi təsərrüfatla qoyun quzu və əkin biçinlə məşğul olur. Onlar yaşadığı kənddə kənd sakinlərində təxminən 10 nəfərlə birləşib qoyunları bir yerə qataraq gündə biri həmin qoyun növbəsinə gedirlər. xx.xx.2023-cü il tarixdə həmkədlisi Zərərçəkmiş şəxs2 heyvan növbəsində olan zaman özünə məxsus qoyunları otlamaq üçün Zərərçəkmiş şəxs2 təhvil vermişdir. Axşam saatlarında qoyunlar növbədən qayıdan zaman o, özünə məxsus 1 baş qoyunun əksik olduğunu görmüş və bunu Zərərçəkmiş şəxs2 soruşduqda o, naməlum şəxs (şəxslər) tərəfindən özünün, onun, həmkəndlisi Zülfüqarın, Vüqarın və Ələkbərin hərəyə 1 baş olmaqla ümumilikdə 5 qoyunun oğurlandığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işini başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutuma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulması qərara alınmışdır (cinayət işinin İ cildinin 39-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 16:00-da ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (cinayət işinin İ cildinin 40-41-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X15 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 65-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 71-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 77-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X16 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 83-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 89-90-cı vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-36/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən, saat 16:00-dan hesablanmaqla üç ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 106-112-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 119-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 126-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 133-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 140-cı vərəqəsi). -xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şabran rayonunun Rəhimli kəndi ərazisindən oğurladıqları xırdabuynuzlu heyvanları Abşeron rayonu, Güzdək qəsəbəsi X1 aşkar edilmişdir (cinayət işinin İ cildinin 146-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirrilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Mamedov X30 rayonu, Güzdək qəsəbəsində X17 yaşadığı evin yanında yerləşən tövləyə keçirilmiş baxış nəticəsində oğurladıqları xırdabuynuzlu heyvanları təqdim etmişlər (cinayət işinin İ cildinin 189-149-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, Əliyev X13 rayonu, Güzdək qəsəbəsində X17 yaşadığı evin yanında yerləşən tövləyə keçirilmiş baxış nəticəsində orada olan 1 baş xırdabuynuzlu heyvanın ona məxsus olduğunu bildirmişdir (cinayət işinin İ cildinin 150-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, X25 rayonu, Güzdək qəsəbəsində X17 yaşadığı evin yanında yerləşən tövləyə keçirilmiş baxış nəticəsində orada olan 1 baş xırdabuynuzlu heyvanın ona məxsus olduğunu bildirmişdir (cinayət işinin İ cildinin 154-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Güzdək qəsəbəsində X17 yaşadığı evin yanında yerləşən tövləyə keçirilmiş baxış nəticəsində orada olan 1 baş xırdabuynuzlu heyvanın ona məxsus olduğunu bildirmişdir (cinayət işinin İ cildinin 156-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli götürülmə aparılması haqqında protkoldan görünür ki, X11 üç baş xırdabuynuzlu heyvan götürülmüşdür (cinayət işinin İ cildinin 159-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli əşyaların maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, X11 götürülmüş üç baş xırdabuynuzlu heyvan ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmələri və saxlanılması üçün zərər çəkmiş şəxslərə təhvil verilmələri qərara alınmışdır (cinayət işinin İ cildinin 160-161-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 özünə məxsus bir baş xırda buynuzlu heyvanı X11 təhvil almışdır (cinayət işinin İ cildinin 162-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus bir baş xırda buynuzlu heyvanı X11 təhvil almışdır (cinayət işinin İ cildinin 163-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6 özünə məxsus bir baş xırda buynuzlu heyvanı X11 təhvil almışdır (cinayət işinin İ cildinin 164-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə təhvil verilmişdir (cinayət işinin İ cildinin 168-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutuma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulması qərara alınmışdır (cinayət işinin İ cildinin 170-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 19:00-da ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (cinayət işinin İ cildinin 171-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 188-189-cu vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-57/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdən, saat 19:00-dan hesablanmaqla üç ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 202-205-ci vərəqələri). - Azərbaycan Respublikası Baş prokurorun birinci müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-2-449/2-031115/2023 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 05 ayadək, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cinayət işinin İ cildinin 219-220-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1998-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində anadan olmuş Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin İ cildinin 160-cı vərəqəsi). -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/7715 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2023-cü ilin avqust ayında orta bazar qiymətinə görə 1 illik 70 kiloqram çəkidə erkək cins dananın qiyməti 550 manat, 4 aylıq 10 kiloqram çəkidə qoçun dəyəri 90 manat, 6 aylıq 13 kiloqram çəkidə yerli növ erkən cins növünə aid qoçun dəyəri 120 manat, 1 illik 18 kiloqram çəkidə dişi cins növündı xırdabuynuzlu (şişək cinsindən) heyvanın qiyməti 160 manat, 1 illik 40 kiloqram çəkidə qızıl qulaq (qala cinsi) xırda buynuzlu heyvanın qiyməti 340 manat, 2 illik 40 kiloqram çəkidə yerli növ xırdabuynuzlu heyvanın qiyməti 320 manat, 4 illik 40 kiloqram çəkidə yerli növ xırdabuynuzlu heyvanın qiyməti 300 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cinayət işinin İ cildinin 261-265-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonunun Sincanboyad kəndinə gəlib xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Şirxan Əzizov ilə bir baş xırdabuynuzlu heyvanı oğurlayaraq idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlıq nəqliyyat vasitəsinə yerləşdirdikləri yeri əyani surətdə təqdim etmişdir (cinayət işinin İ cildinin 295-296-cı vərəqələri). - Foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonunun Sincanboyad kəndinə gəlib xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Şirxan Əzizov ilə bir baş xırdabuynuzlu heyvanı oğurlayaraq idarə etdiyi "Hyundai Elantra" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlıq nəqliyyat vasitəsinə yerləşdirdikləri yeri əyani surətdə təqdim etmişdir (cinayət işinin İ cildinin 297-298-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə xx.xx.2023-cü il tarixdə, onunla və Şirxan Əzizov ilə birlikdə Şabran rayonunun Rəhimli kəndindən beş baş xırdabuynuzlu heyvanları, Şabran rayonunun Sincanboyad kəndindən isə bir baş buzov oğurladıqlarını bildirmiş, Təqsirləndirilən şəxs2 isə buna cavab olaraq yaddaşında yaranmış problem səbəbindən ilkin ifadəsində nə dediyini xatırlamadığını bildirmişdir (cinayət işinin İ cildinin 299-300-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X40 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İİ cildinin 5-6-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X40 barəsində axtarış elan edilmişdir (cinayət işinin İİ cildinin 7-8-ci vərəqələri). - Azərbaycan Respublikası Baş prokurorun birinci müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-2-449/2-000277/2024 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 07 ayadək, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cinayət işinin İİ cildinin 26-37-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, "Hyundai Elantra" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlıq nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs1 idarə edilməsi üçün verilmişdir (cinayət işinin İİ cildinin 65-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şahnəzərli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1970-ci il təvəllüdlü atası X12, anası xx.xx.1975-ci il təvəllüdlü X18, qardaşı xx.xx.1996-cı il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır (cinayət işinin İİ cildinin 78-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şahnəzərli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakretizə olunur (cinayət işinin İİ cildinin 79-cu vərəqəsi). - Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1976-cı il təvəllüdlü atası X28, xx.xx.1975-ci il təvəllüdlü anası X23, xx.xx.1996-cı il təvəllüdlü qardaşı X29, xx.xx.2002-ci il təvəllüdlü qardaşı X33 və xx.xx.2005-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır (cinayət işinin İİ cildinin 80-ci vərəqəsi). - Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakretizə olunur (cinayət işinin İİ cildinin 81-ci vərəqəsi). -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/10147 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 2023-cü ilin avqust ayında orta bazar qiymətinə görə Zərərçəkmiş şəxs3 məxsus 01 illik 50 kiloqram çəkidə dişi cins növündə xırdabuynuzlu heyvanın qiyməti 400 manat, X4 məxsus 4 illik 45 kiloqram çəkidə dişi cins növündə xırdabuynuzlu heyvanın qiyməti 290 manat, Zərərçəkmiş şəxs6 məxsus 3 illik 60 kiloqram çəkidə dişi cins növündə xırdabuynuzlu heyvanın qiyməti 390 manat, Zərərçəkmiş şəxs5 məxsus 5 illik təmiz çəkisi 25 kiloqram dişi cins növündə xırdabuynuzlu heyvanın qiyməti isə 300 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cinayət işinin İİ cildinin 83-85-ci vərəqələri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X27 Hüquqi Şəxsi tərəfindən verilmiş 3347 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X34 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir (cinayət işinin İİ cildinin 87-89-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1, X35 və X24 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmiş və barəsində axtarış elan edilmiş X40 ilə bağlı ********* nömrəli cinayət işi materiallarında ayrıca cinayət işi ********* nömrə altında ayrılmışdır (cinayət işinin İİ cildinin 90-112-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və X21 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir (cinayət işinin İİ cildinin 113-115-ci vərəqələri). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2001-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin İİ cildinin 117-ci vərəqəsi). -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb və yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin İİ cildinin 121-123-cü vərəqələri). -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb və yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin İİ cildinin 133-135-ci vərəqələri). -xx.xx.2024-cü il tarixli cinayət işi üzrə materiallarından başqa cinayət işini ayrıca icraata ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən 24039007 nömrə altında cinayət işi ayrıca icraata ayrılmışdır (cinayət işinin İİ cildinin 143-144 vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Zərərçəkmiş şəxs1 Şabran Rayon Məhkəməsinə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədikləri əməllər nəticəsində ona dəymiş maddi ziyan ödənilmişdir və onun onlardan hər-hansı bir şikayət və ya tələbi yoxdur. - Zərərçəkmiş şəxs5 Şabran Rayon Məhkəməsinə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədikləri əməllər nəticəsində ona dəymiş maddi ziyan ödənilmişdir və onun onlardan hər-hansı bir şikayət və ya tələbi yoxdur. - İ-22128 nömrəli Azərbaycan Respublikasının Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. - İ-41504 nömrəli Azərbaycan Respublikasının Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. - CMS –"AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs2 gəlir məlumatlarına dair çıxarısan görünür ki, onun 3-cü qrup əlilliyi vardır (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddisinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddisinə əsasən eyni əməllər təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin "Qeyd" – nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" xx.xx.2005-ci il tarixli, 1 nömrəli Qərarının 26-cı bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” - inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin müvafiq bəndlərində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, davam edən cinayətlərin anlayışının cinayət qanunvericiliyində təsbit edilməməsinə baxmayaraq, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş bir sıra qərarlarda təcrübədə və nəzəriyyədə belə cinayətlərə rast gəlindiyi qeyd olunmuş və davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan və mütəmadi törədilən eyni cinayət əməlləri kimi göstərilmişdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır: müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin törədilməsi; əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi; cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunması. Göründüyü kimi, davam edən cinayət onu təşkil edən əməllərin sayından asılı olmayaraq bütöv (vahid) cinayət kimi çıxış edir və cinayətin törədilmə yeri, vaxtı, tövsifi kimi hüquqi əhəmiyyətli məsələlər məhz bu hal nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə onun İkinci Qarabağ müharibəsi iştirakçısı olmasını, bununla bağlı medallarla təltif edildiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzr müsbət xarakretizə olunmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyinin olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun əməlində cəzanı ağırlaşdıran hallar aşkar etmir. Təqsirləndirilən şəxs1 münasibətdə onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzr müsbət xarakretizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun əməlində cəzanı ağırlaşdıran hallar aşkar etmir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onları cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, onlar, təqsirli bilindikləri maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidirlər Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinə və Təqsirləndirilən şəxs1n oğlunun yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir və Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Bununla yanaşı Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz edilməlidir, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir və onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 06 ay 19 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz edilməlidir, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir və onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 09 ay 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübutların saxlanılmaları üçün zərər çəkmiş şəxslərə təhvil verilmələri nəzərə alınmalı və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə məsrəfi hesab olunan 100 manat məbləğində ekspertiza xərci müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 06 ay 19 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 10 ay 22 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qobustan rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qobustan rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 09 ay 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 il 06 ayı müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutların saxlanılmaları üçün zərər çəkmiş şəxslərə təhvil verilmələri nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə məsrəfi hesab olunan 100 (yüz) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X6, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-24/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-24/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver