Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-24/2025 09.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxsin müdafiəçisi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2007-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1ində qeydiyyatda olan, faktiki olaraq həmin kənddə yaşayan və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində, Şabran rayonunun Əmirxanlı kəndi ərazisində küçə ilə gedərkən Şabran rayonunun Vələsli kəndində qeydiyyatda olmaqla Şabran rayonunun Əmirxanlı kəndində yaşayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə öz arasında qəsdən mübahisə yaradıb özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs yumruqla sol göz nahiyəsinə, təpiklə baş nahiyyəsinə vuraraq onu yerə yıxdıqdan sonra yerdə təpiklə bir neçə dəfə vuraraq ona burun sümüyünün yerini dəyişmiş qəlpəli sınığı və başın sağ təpə nahiyyəsinin yumşaq toxumalarının əziyindən ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən az ağır xəsarətlər yetirmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Qanuni nümayəndəsi X7 ilə birlikdə məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 orta məktəbinin 11-ci sinfində oxuyur. xx.xx.2025-ci il tarixdə dəqiq xatırlamadığı saatda məktəbdən çıxıb evə gedən zaman yolda sinif yoldaşı İlham ilə zarafatlaşmış, sonra orada olan Əfşan ilə söz mübahisə etmişdir. Bu zaman yanlarında olan digər sinif yoldaşı Fərasət ona yaxınlaşaraq səbəbsiz yerə onunla mübahisə etməyə başlamış, lakin o, ona fikir verməmişdir. Bundan sonra Fərasət ona yenidən sözlə sataşmağa davam etmişdir. Ondan bir qədər aralandıqdan sonra o, Fərasətə arxadan yaxınlaşaraq yumruqla onun sifət nahiyəsinə vurmuş, Fərasət ona tərəf çöndükdə təpiklə onun başına zərbə endirmişdir. Fərasət yerə yıxılmışdır. Yerdə ona təpik zərbələri endirmişdir. Bundan sonra Fərasət özündən getmişdir. O, yerdə huşsuz olan Fərasətdən aralanmış, lakin əsəbi olduğu üçün yenidən onun tərəfə qayıdaraq onu yerdə yenidən təpikləmişdir. Onun üz nahiyəsində qan olduğunu görmüş, bundan sonra oradan uzaqlaşmış və evə getmişdir. Bununla yanaşı onun da həmin zaman ayağı burxulmuşdur. O, Fərasət ilə dalaşan zaman ətrafda kimlər olduğunu dəqiq xatırlamasa da, Əfşanın orada olduğu yadındadır. Hazırda törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsində özünü təqsirli bilməsi ilə yanaşı, onun əməli işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, qanuni nümayəndəsi X5 ilə birlikdə məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şabran rayonunun Əmirxanlı kənd məktəbində 11-ci sinifdə oxuyur. Sinif yoldaşı Təqsirləndirilən şəxs ilə təxminən 3-4 ay bundan əvvəl aralarında söz mübahisəsi olmuş, bundan sonra Məmmədağa ona söz atmış, lakin o, ona fikir verməmişdir. Məmmədağa onunla dalaşmaq istədiyini demiş, lakin o, dalaşmaq istəmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində dərsdən çıxıb evə gedərkən Əfşan və Məmmədağa aralarında sözlə mübahisə etməyə başlamış o, Məmmədağaya irad bildirərək Əfşanı müdafiə etmiş, Məmmədağa ona dalaşmaq istədiyini, onunla dalaşmasa söyüş söyəcəyini bildirmişdir. O, yenə Məmmədağaya fikir verməmişdir. Bu zaman ona zəng gəlmiş, zəng edən dostu ilə danışan zaman telefonda dostuna “yanımda bir nəfər var, bayaqdan sakit dayanmır” demiş, Məmmədağa kim olduğunu soruşmuşdur. O, Məmmədağaya “sən tanımazsan, mənim dostumdur” demişdir. Bundan sonra Əfşanla yol ilə gedərkən gözləmədiyi halda arxadan üz nahiyəsinə yumruq zərbəsi atılmış, zərbə yanaq nahiyəsinə dəymişdir. O, arxaya dönəndə zərbənin Məmmədağa tərəfindən ona vurulduğunu anlamış, bu zaman Məmmədağa onun ayağından yapışaraq yıxmaq istəmiş, ondan tutmaq istədikdə isə yerə yıxılmışdır. Yerdən qalxmaq istəyərkən Məmmədağa təpiklə üz nahiyəsinə vurmuşdur. Bu zərbədən yerə yıxılmışdır. Yerdə olarkən Məmmədağa ona təpiklə zərbələr endirmiş, ondan bir qədər aralanmış, qayıdaraq yenidən zərbələr endirmişdir. Bundan sonra o, özündən getmişdir. Bir neçə dəqiqə sonra Əfşan onu çağırmış, özünə gəlmiş, oyanarkən burun nahiyəsindən qan gəldiyini, yaxasının qan olduğunu görmüşdür. Sonra yenidən özündən getmişdir. Əfşanın köməkliyi ilə yaşadığı evə çatmış, sonrakı gün burun nahiyəsində ağrılar olduğu üçün həkimə getmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmişdir və onun Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və ya tələbi yoxdur. Qanuni nümayəndəsi X8 iştirakı ilə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində məktəbdən sinif yoldaşları Məmmədağa, Fərasət və onlarla bir məktəbdə oxuyan Elgün adlı şəxslə birlikdə evə gedərkən yolda Məmmədağa ona söz atmış, o, ona fikir verməmiş, bundan sonra Məmmədağa Fərasətə də söz atmışdır. Fərasət də Məmmədağaya fikir verməmişdir. Fərasət mobil telefonla kiməsə zəng etmiş və telefonu Məmmədağaya vermiş, Məmmədağa mobil telefonda həmin şəxslə mübahisə etmişdir. Məmmədağa mobil telefonu Fərasətə qaytarmış, bundan sonra o və Fərasət yol ilə gedərkən Məmmədağa arxadan yaxınlaşaraq Fərasətə yumruqla vurmuşdur. Fərasət ona tərəf çönərək yaxasından tutmuş, Məmmədağa da Fərasətin yaxasından tutmuşdur. Fərasət yerə yıxılmış, yerdə Məmmədağa Fərasətin üz nahiyəsinə yumruqla vurmuş, təpiklə onun başına zərbələr endirmişdir. Məmmədağa Fərasətin üzündə qan olduğunu görərək oradan uzaqlaşmışdır. O, Fərasətə yaxınlaşaraq onu yerdən qaldırmış və onu öz evlərinə aparmışdır. Qanuni nümayəndəsi X3 iştirakı ilə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində məktəbdən sinif yoldaşları Məmmədağa, Fərasət ilə birlikdə evə gedimiş. Həmin vaxt Fərasət Məmmədağa ilə ata zarafatı etmiş və Məmmədağa buna görə Fərasətdən incimişdir. Bundan sonra o, başqa istiqamətdə yaşadığı üçün onların yanından ayrılmış və 2-3 gün sonra məktəbə gəldiyi zaman Məmmədağa ilə Fərasətin dalaşdığını öyrənmişdir. Bildiyi qədər Məmmədağa arxadan Fərasətə yaxınlaşaraq onu vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK- 1/168/2025 nömrəli material üzrə fakta görə Cinayət -Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-X14 X4 verilmiş xx.xx.2025-ci il tarixli, 31 nömrəli ekspert rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün yerini dəyişmiş qəlpəli sınığı və başın sağ təpə nahiyəsinin yumşaq toxumalarının əziyi xəsarəti aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (cinayət işinin İ cildinin 21-22-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 44-45ci vərəqləri). - xx.xx.2025-ci il tarixli ittiham elan etmək üçün şəxsin axtarışı və tutulması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cinayət işinin İ cildinin 46-47-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin İ cildinin 49-cu vərəqi). - xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan və raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:35-də polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis X6 təhvil verilmişdir (cinayət işinin İ cildinin 51-52-ci vərəqləri). - xx.xx.2025-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir (cinayət işinin İ cildinin 53-cü vərəqi). - xx.xx.2025-ci il tarixli yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, X7 ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi kimi tanınmışdır (cinayət işinin İ cildinin 59-cu vərəqi). - xx.xx.2025-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbi seçilmişdir (cinayət işinin İ cildinin 75-77-ci vərəqləri). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2025-ci il tarixli, 18-1-34/2- 353/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetlərdə dispanser qeydiyyatda yoxdur (cinayət işinin İ cildinin 85-ci vərəqi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cinayət işinin İ cildinin 87-ci vərəqi). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 92-ci vərəqi). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 94-95-ci vərəqləri). - Şabran Rayon İcra Hakimiyyəti başçısının Əmirxanlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-11/2-148/2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Şabran rayonunun Əmirxanlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 104-cü vərəqi). - xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır (cinayət işinin İ cildinin 107-112-ci vərəqləri). - Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(031)-24/2025 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilərək yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edildiyini və onun Təqsirləndirilən şəxs hərhansı bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və həmin Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, 1 nömrəli Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məqsədi xuliqanlıq cinayətinin motivi olan qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək olmuşdur. Bundan əlavə bu motivin əsası olan bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik Təqsirləndirilən şəxs hərəkətlərində müəyyən edilmişdir. Bundan əlavə xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər Təqsirləndirilən şəxs öz əksini tapmışdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilməmiş, o cümlədən əməl zərərçəkən şəxsin təşəbbüsü ilə başlamamış və ya əməldə dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma kimi hərəkətlər müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinnin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlllərini törətməsi özünün etirafedici ifadələri, zərər çəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək barəsində cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Məhkəmə təqsirləndirilən şəxslə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsini və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Həmin Məcəllənin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Cinayət Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzaların müddətləri həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı, o cümlədən həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdə tutulduğu 1 gün müddət barəsində təyin ediləcək cəzanın müddətindən çıxılmalıdır. Məhkəmə Cinayət Məcəlləsinnin 52-1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən yaşayış evini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, habelə belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəllənin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəllənin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 275 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəllənin 44.1, 344-347, 349, 351- 353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə onun barəsində 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulduğu 1 (bir) gün müddət barəsində təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzasını çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən yaşayış evini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, habelə belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-24/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-24/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver