Məhkəmə qərarları › İş №1(031)-25/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-25/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-25/2024 15.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Micabbar qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamama orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla, övladları, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 125,00 manat sabit pul məbləğində alimentin tutularaq Musayeva (Şahverdiyeva) Aytac Mircabbar qızına ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-614/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 7372,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Musayeva (Şahverdiyeva) Aytac Mircabbar qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, övladları, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 125 manat sabit pul məbləğində alimentin tutularaq Musayeva (Şahverdiyeva) Aytac Mircabbar qızına ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-614/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 7372 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Musayeva (Şahverdiyeva) Aytac Mircabbar qızının xeyrinə ödəməməsinin səbəbi fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda təxminən 350-400 manat məbləğində əldə etdiyi qazancının öz dolanışığına çətinliklə çatması, övladları ilə görüşməyinə zərərçəkmiş şəxs tərəfindən maneə yaratması, həmçinin faktiki imkanlarının məhkəmə tərəfindən nəzərə alınmadan ona yüksək məbləğdə aliment kəsildiyi üçün qətnaməni ədalətsiz hesab etməsi olmuşdur. Lakin o, hazırda Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-614/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə Zərərçəkmiş şəxs Micabbar qızına olan 7372 manat məbləğində aliment borcunu tam şəkildə ödəmiş və Zərərçəkmiş şəxs Micabbar qızı ilə aralarında barışıq əldə edilmişdir. Bu halları nəzərə alaraq məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkən şəxs Zərərçəkmiş şəxs Micabbar qızı ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla, övladları, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 125 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-614/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 7372,00 manat məbləğində aliment borcunu kifayət qədər aylıq qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq ödəməmişdir. Lakin, hazırda o, sözü gedən qətnamə üzrə ona olan aliment borcunu tam şəkildə ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs aliment borcunu ona tam ödəmiş və onun Təqsirləndirilən şəxs şikayəti yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və barəsində cəza təyin edilməməsinə, hazırkı cinayət işinin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla, övladları, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 125,00 manat sabit pul məbləğində alimentin tutularaq Musayeva (Şahverdiyeva) Aytac Mircabbar qızına ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)- 614/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətaralr Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023cü il tarixədək 7372,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Musayeva (Şahverdiyeva) Aytac Mircabbar qızının xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Micabbar qızının Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödədiyi, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan tələbi və şikayətinin olmadığını bildirmiş və ərizəsini nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin "Qeyd"inə əsasən həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə ifadə olunan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-614/2020 saylı qətnaməsi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Micabbar qızına olan 7372 manat məbləğində aliment borcunu xx.xx.2024-cü il tarixə tam şəkildə ödəmişdir və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Micabbar qızı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin "Qeyd" - inə əsasən) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, ona qarşı hazırki iş üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344- 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar