Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-25/2025 30.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1986-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 66.3, 69.3, 178.2.3, 228.1 və 232.2.3-cü maddələri ilə 03 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 03 il müddətinə endirilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının sonu ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan, xx.xx.2020-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1298/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(031)-220/2024 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə, təqdimat verilən 31.01,2025-ci il tarixədək 7724 (yeddi min yeddi yüz iyirmi dörd) manat məbləğində aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə birgə nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2013-cü il təvəllüdlü Cəfərzadə Cəsur və xx.xx.2014-cü il təvəllüdlü Cəfərzadə Cansu adlı övladları doğulmuşdur. Evləndikdən sonra uzun müddət Əfsanə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Quba Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(027)- 1298/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş və cavabdeh kimi ondan, xx.xx.2020-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şabran Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş təqdim edilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Şabran Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir, icra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən Şabran Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 15 (on beş) gün müddətində həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fərdi əməklə, yəni fəhləliklə məşğul olur, çətinliklə də olsa özünü dolandırır. Törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs olan aliment borcunu tam şəkildə ödəmişdir və aralarında barışıq əldə edilmişdir. Xahiş edir ki, bu halı, habelə İkinci Qarabağ müharibəsi iştirakçısı olması və “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi nəzərə alaraq, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2013-cü il təvəllüdlü Cəfərzadə Cəsur və xx.xx.2014-cü il təvəllüdlü Cəfərzadə Cansu adlı övladları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğu üçün boşanmışlar. Faktiki olaraq ayrı yaşadığı müddətdə Eltun uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(027)-1298/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla, övladları, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Birgə nikahda olduqları dövrdə X4 Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu işləyib, aylıq 600-700 manat qazanc əldə edib, lakin qazancını özünə xərcləyib, uşaqların saxlanması üçün ona maddi yardım göstərməyib. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Şabran Rayon Məhkəməsinin inzibati xəta barədə qərarı ilə inzibati qaydada 15 (on beş) gün müddətində həbs olunmuşdur. Lakin hazırda Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəmişdir və onların arasında barışıq əldə edilmişdir. Onun Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1298/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməli olsa da, Təqsirləndirilən şəxs qərəzli olaraq həmin qətnaməni icra etməmiş və aliment ödənişlərini vaxtı-vaxtında etməmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə ümumilikdə 5476 (beş min dörd yüz yetmiş altı) manat məbləğində aliment pulu ödəmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 7724 (yeddi min yeddi yüz iyirmi dörd) manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Şabran Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 (on) gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də sonuncu dəfə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(031)-220/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2025-ci il tarixədək 7724 (yeddi min yeddi yüz iyirmi dörd) manat məbləğində aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyrinə qərəzli olaraq ödəməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə Şabran Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bununla yanaşı tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin rəisi Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində toplanmış material əsasında CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1-2-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə təqdimatla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmişdir (cinayət işinin İ cildinin 8-9-cu vərəqələri). - Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1298/2020 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir (cinayət işinin İ cildinin 10-11-ci vərəqələri). - Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2(027)- 1298/2020 saylı mülki işi üzrə icra vərəqəsindən görünür ki, həmin mülki işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnamə müvafiq qaydada icraya yönəldilmişdir (cinayət işinin İ cildinin 12-ci vərəqəsi). - xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar əsasında Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2(027)- 1298/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır (cinayət işinin İ cildinin 13-cü vərəqəsi). - xx.xx.2020-ci il tarixli, 211549-2020-49-2-E nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2(027)-1298/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli icra vərəqəsində göstərilən tələbi 10 (on gün) müddətində könüllü icra etməsi xahiş olunmuşdur (cinayət işinin İ cildinin 14-cü vərəqəsi). - xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2(027)-1298/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli icra vərəqəsində göstərilən tələb barədə məlumatlandırılmışdır (cinayət işinin İ cildinin 15-ci vərəqəsi). - xx.xx.2021-ci il tarixli rəsmi xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2(027)-1298/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli icra vərəqəsində göstərilən tələb barədə məlumatlandırıldığını öz imzası ilə təsdiq etmişdir (cinayət işinin İ cildinin 16-cı vərəqəsi). - Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1298/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs tərəfindən edilmiş ödənişlər ilə bağlı cədvəldən görünür ki, xx.xx.2025-ci il tarixə həmin icra sənədi üzrə 7724 (yeddi min yeddi yüz iyirmi dörd) manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır və Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi həmin icra sənədi üzrə ümumilikdə 13200 (on üç min iki yüz) manat məbləğində ödəniş etməli olsa da, sadəcə 5476 (beş min dörd yüz yetmiş altı) manat məbləğində ödəniş etmişdir (cinayət işinin İ cildinin 60-61-ci vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-74/2-1745/2024 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs faktiki olaraq həmin ünvanda yaşayır (cinayət işinin İ cildinin 62-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-1840/2024 saylı xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 63-cü vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 3(031)-220/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 15 (on beş) gün müddətində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir (cinayət işinin İ cildinin 70-72-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 82-83-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 66.3, 69.3, 178.2.3, 228.1 və 232.2.3-cü maddələri ilə 03 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək cəzası 03 il müddətinə endirilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının sonu ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla yanaşı Siyəzən Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə icraata CM-in 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir (cinayət işinin İ cildinin 104-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (cinayət işinin İ cildinin 107-108-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 128-129-cu vərəqələri). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin İ cildinin 133-136-cı vərəqələri). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ona olan aliment borcunu ödədiyini, aralarında barışığın əldə edildiyini, Təqsirləndirilən şəxs heç bir tələbi və şikayətinin olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306-cı maddəsinin "Qeyd" - inə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə ifadə olunan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs və şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs olan aliment borcunu tam şəkildə ödəmişdir və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin "Qeyd" - inə əsasən) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, ona qarşı hazırki iş üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalı və onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 344-347, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” - inə əsasən hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-25/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-25/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver