Məhkəmə qərarları › İş №1(031)-26/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-26/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-26/2021 13.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlər ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1990-cı il tarixdə indiki Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasg vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç bir yerdə işləməyən, Şabran şəhəri, T.İsmayılov küçəsi ev 50a ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxladığı siqaretin gümüşü rəngli kağız parçası bükümündə ümumi təmiz çəkisi 1,669 qram olmaqla şəxsi istehlak miqdarından az miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı xx xxxxxx 2021-ci il tarixdə saat 15 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən şəhər avtovağzalı yaxınlığında, alıcı tərəfindən vasitəçi qismində çıxış edən Şabran şəhər sakini Şahid1 60 (altmış) manata satmış, sonuncu öz növbəsində həmin narkotik vasitəni həmin gün saat 19 radələrində şəhərin Heydər Əliyev prospektində yerləşən istirahət parkının qarşısında alıcı - Xaçmaz rayon sakini X5 çatdırmış, bundan dərhal sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hər ikisi saxlanılmış və keçirilmiş şəxsi axtarış zamanı İsrafil Hüseynovun əynindəki qara rəngli şalvarın sol yan cibindən siqaretin gümüşü kağız parçası bükümündə sözügedən narkotik vasitə, Təqsirləndirilən şəxs isə əldə etdiyi 60 manat pulu xərclədikdən sonra onda qalan 30 manatı aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Şabran şəhəri, T.İsmayılov küçəsi ev 50a ünvanda yerləşən evdə yaşayır və heç bir yerdə işləmir. Narkotik vasitə olan metamfetamin istifadəçisidir və təxminən üç aydır ki, həmin narkotikdən istifadə etməyə başlamışdır. 2020-ci ilin təxminən iyun ayında Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş bir bükülü tapmış və onun açdıqda içərisində narkotik vasitə olan nəşə olmasını görmüşdür. Həmin bükümü yaşadığı evə gətirərək özündə saxlamışdır. xx xxxxxx 2021-ci il tarixdə saat 15 radələrində Şabran şəhəri, T.İsmayılov küçəsi ev 50a ünvanda yerləşən yaşayış evində olduğu zaman istifadəsində olan 070-592-0192 saylı mobil telefon nömrəsinə əvvəllər tanıdığı Şabran şəhər sakini Şahid1 zəng edərək tanışına qurudulmuş marixuana almaq istədiyini bildirmişdir. 60 manat pul müqabilində Şahid1 qurudulmuş marixuana sata biləcəyini dedikdən sonra sonuncu, onunla Şabran rayon mərkəzi avtovağzalda görüşmək istədiyini demişdir. Yaşadığı evdən çıxaraq üzərində siqaretin gümüşü kağızına bükülü halda olan bir bükümdən ibarət qurudulumuş marixuananı götürüb Şabran rayonu mərkəzi avtovağzalına getmişdir. Avtovağzala çatdıqda işıqforun yanında Şahid1 özünə məxsus ağ rəngli “XƏZƏR” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobildə onu gözlədiyin görmüşdür. Avtomobilə yaxınlaşaraq Şahid1 idarə etdiyi həmin avtomobilin ön sərnişin yerinə əyləşib və ondan 60 manat pul alaraq qarşılığında bir büküm qurudulmuş marixuananı ona satmışdır. Bundan sonra Şahid1 ayrılıb və yaşadığı evə qayıdb gəlmişdir. Yaşadığı evin qarşısında olan zaman saat 22 radələrində mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb özlərini Şabran RPŞ-nin polis əməkdaşları kimi təqdim edib narkotik vasitə satışında şübhəli olduğunu ona izah edərək onu RPŞ-nə dəvət etmişlər. Şabran rayon polis şöbəsinin inzibati binasında olan otaqların birində polis əməkdaşı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları həmin gün Vidadi adlı şəxsə narkotik vasitə olan nəşə satıb-satmamasını soruşduqda 60 manat pula həmin gün saat 15 radələrində əvvəllər tanıdığı Şahid1 narkotik vasitə olan qurudulmuş marixuana satdığını bildirmiş və 60 manat pulu xərclədikdən sonra onda qalmış 30 manatı təqdim etmişdir. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, Xaçmaz rayonu Nərəcan kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 8 aydır ki, narkotik vasitə olan marixuana istifadəçisidir. Narkotik vasitə istifadəçisi olmasından ailə üzvlərinin məlumatı olmamışdır. xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu “Şemaxinka” deyilən ərazidən Xaçmaz rayonuna getmək üçün taksi sürücüsü işləyən adını sonradan Vidadi kimi bildiyi şəxsin idarə etdiyi “XƏZƏR” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və yolda taksi sürücüsü Vidadi adlı şəxslə aralarındakı söhbət zamanı narkotik vasitə istifadəçisi olmasından danışmışdır. Taksi sürücüsü Vidadiyə narkotik vasitənin marixuana növündən istifadə etməsindən və əgər olarsa istifadə etmək istədiyini bildirmişdir. Vidadi isə bir nəfər Şabran şəhərində yaşayan tanışının narkotik satdığını və pul verəcəyi halda onun üçün ala biləcəyini ona demişdir. Şabran şəhərinə günorta vaxtı çatdıqdan sonra H.Əliyev adına istirahət parkına getmişlər. İstirahət parkının yanında avtomobilin içərisində Şahid1 60 manat pul verdikdən sonra sonuncu, onu parkda düşürüb və özü isə maşını sürərək çıxıb getmişdir. Təxminən üç-dörd saat keçdikdən sonra Vidadi qayıdıb gələrək siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş bir bükümdə narkotik vasitə olan marixuananı ona vermişdir. Saat 19 radələrində həmin bükümü əyinindəki qara rəngli şalvarın sol yan cibinə qoyub və Vidadi ilə sağollaşan zaman Şabran şəhəri H.Əliyev prospektində yerləşən parkın yanında mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim edib üzərində narkotik vasitənin olub-olmamasını ondan soruşduqda o, üzərində narkotik vasitə olan marixuana olmasını onlara dedikdən sonra polis əməkdaşları onu və taksi sürücüsü Vidadini Şabran RPŞ-nə dəvət etmişlər. Vidadi etiraz etmədikdən sonra onlarla birlikdə Vidadinin idarə etdiyi “XƏZƏR” markalı 99-PE745 dövlət qeydiyyat nişanlı avtomobili ilə Şabran RPŞ-nə getmişlər. Şabran rayon polis şöbəsinin inzibati binasında olan otaqların birində polis əməkdaşı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra şəxsi vəkili olmadığı üçün Şabran rayonunda fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan vəkillər siyahısı ona təqdim olunmuşdur. Həmin siyahıda adı göstərilən X1 hüquqlarını müdafiə etməsi üçün dəvət olunmasını istəmişdir. Vəkil Kamran Məmmədov gəldikdən sonra və vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı əyinindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə siqaretin gümüşü kağızına bükülmüş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə hesab edilən həmin qurudulmuş marixuana baxış keçirildikdən sonra qablaşdırılaraq zərfə qoyulmuş və zərfin üzəri imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində Şabran şəhər sakini, taksi sürücüsü olan Vidadi adlı şəxsdən 60 (altmış) manat pula öz şəxsi istifadəsi üçün aldığını oradakı polis əməkdaşlarına bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində İsrafil Hüseynovun göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan üzləşdirmədə dindirmə protokolundan da görünür ki, Şahid1 vermiş olduğu ifadəsni Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirməsi zamanı da təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran rayon polis şöbəsinin NMQnun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz rayon sakini X3 narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumata əsasən həmin gün saat 19 radələrində RPŞ-nin əməkdaşları – Alış Səfərov, Vüsal Kərimov, Şahverdi Cəfərov, Şahid4 və digərlərinin iştirakları ilə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı İsrafil Hüseynovu şəhərin Heydər Əliyev prospektində yerləşən istirahət parkının yaxınlığında tanışı Şahid1 ilə birlikdə saxlayıb onları Şabran rayon PŞ-nə dəvət etmişlər. Şabran RPŞ-nin növbətçi hissəsində İsrafil Hüseynova hüquq və vəzifələrini izah etdikdən sonra videoçəklişlə onun üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra üzərində hər hansı bir cinayət xarakterli əşya və predmetin olubolmaması İsrafildən soruşulduqda, o, özü könüllü olaraq əyinindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə siqaretin gümüşü kağızına bükülmüş marixuananı çıxarıb və masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş kütlənin nə olmasını və kimdən əldə etməsini soruşduqda İsrafil Hüseynov üzərindən aşkar edilmiş qurudulmuş marixuananı bir neçə saat əvvəl Şahid1 onun üçün 60 manat pula aldığını bildirmişdir. İ.Hüseynovun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə bir ədəd zərfə qoyularaq protokol tərtib edilmiş və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şahid1 üzərinə keçrilmiş şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir cinayət xarakterli əşya aşkar edilməmişdir. İsrafil Hüseynovun üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananı haradan əldə edərək ona verməsi barədə Vidadidən soruşduqda o, həmin narkotik vasitəni həmin gün tanışı Şabran şəhər sakini Təqsirləndirilən şəxs 60 manat pula alaraq İsrafil Hüseynova verdiyini bildirmişdir. Şahid1 məxsus “XƏZƏR” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı arxa oturacağın ayaqaltısının üzərindən borucuq formasında bükülmüş bir ədəd 1 manatlıq əskinaz aşkar edilərək götrülmüşdür. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evinin yaxınlığında saxlayıb Şabran RPŞ-nə dəvət etmişlər. Şabran RPŞ-də Təqsirləndirilən şəxs hüqüq və vəzifələrini izah etdikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi izah edildikdə o, buna etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə keçirdikləri şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Şabran şəhər sakini Şahid1 narkotik vasitə satması barədə ondan soruşduqda o, həmin gün Şabran şəhər avtovağzalında 60 manat pula Şahid1 bir büküm narkotik vasitə olan nəşə satmasını etiraf edərək üzərində həmin puldan qalıq qalmış 30 manatı təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 30 manat pul qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə müvafiq protokol tərtib olunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin polis əməkdaşı Şahid4 iş üzrə Şahid3 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 7/12 nömrəli rəyilə müəyyən olunmuşdur ki, X3 üzərindən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş bir ədəd kağız paketdə 1 (bir) ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 1,669 qram (təqiqata istifadə olundu -0,02 qram, qalıq-1,649 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 278 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Mövlud oğlunda çətənə bitkisi pereparatından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 və X3 əməllərində cinayət tərkibi olmadığına görə barələrində cinayət təqibinin başlanması rədd edilmiş, adı çəkilən şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğuna görə barələrində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 664 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ailə üzvləri – atası X9, anası X4, qardaşı X10 və qardaşı arvadı X7 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 965 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 4(031)-1/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, üzləşdirmədə dindirilmə protokolu, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Lakin məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərində cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 242 manat 46 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, Şabran RPŞ-də saxlanılan bir ədəd bükümdə təmiz çəkisi tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1,649 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs götrülmüş 30 manat məbləğində nəğd pul Respublika büdcəsinə ödənilməli, şəxsi axtarışın aparılması və üzləşdirmədə dindirmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 04 ədəd DVD diskin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şabran RPŞ-də saxlanılan bir ədəd bükümdə təmiz çəkisi tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1,649 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 30 manat məbləğində nəğd pul Respublika büdcəsinə ödənilsin, şəxsi axtarışın aparılması və üzləşdirmədə dindirmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 04 ədəd DVD diski cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 242 manat 46 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar