Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-26/2023 15.05.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Həsənova (İsmayılova) Şəlalə Şababa qızının, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Dəvəçi rayonu, Rəhimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Həsənova (İsmayılova) Şəlalə Şababa qızına ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(059)-192/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(031)-336/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3680,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Həsənova (İsmayılova) Şəlalə Şababa qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Həsənova (İsmayılova) Şəlalə Şababa qızı ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2014-cü il tarixdə X11, xx.xx.2015-ci il tarixdə X9 və xx.xx.2016-cı il tarixdə X6 adlı 3 (üç) övladları dünyaya gəlmişdir. O, Şəlalə (İsmayılova) Həsənova ilə evli olduğu ilk vaxtlarda münasibətləri yaxşı olmuş, sonradan ailə daxili baş verən münaqişələr nəticəsində münasibətləri korlanmışdır, bu səbəbdən də Şəlalə (İsmayılova) Həsənovanın aralarında olan nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların nikahı pozularaq, ondan xx.xx.2021-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin alınaraq Həsənova (İsmayılova) Şəlalə Şababa qızına verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Şəlalə (İsmayılova) Həsənovaya ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra o, Şəlalə (İsmayılova) Həsənovaya olan aliment borcunu ödəyə bilmədiyinə görə icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək Həsənova (İsmayılova) Şəlalə Şababa qızına yaranmış olan 3680,00 manat aliment borcunu ödəməmişdir. Hal-hazırda "xxxx" MMC-nin Xudat filialında traktor sürücüsü işləyərək aylıq 450,00 manat əmək haqqı alır. Tələbkara olan aliment borcundan 1900 manat ödəniş etmiş, ona verilmiş ittiham üzrə tələbkara ödənilməmiş 1780 manat aliment borcu qalmışdır. Həmin borcu bir dəfəyə ödəməyə imkanı yoxdur. Ümumiyyətlə, Həsənova (İsmayılova) Şəlalə Şababa qızına olan aliment borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Alimenti ödəməməyinə görə törətdiyi əməldən peşmandır. Xahiş edir, ona həbslə əlaqədar olmayan cəza verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Həsənova (İsmayılova) Şəlalə Şababa qızı göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikadan xx.xx.2014-cü il tarixdə X11, xx.xx.2015-ci il tarixdə X9 və xx.xx.2016-cı il tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. O, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan sonra uzun müddət mehriban ailə şəraitində yaşamış, bir-birlərini çox yaxşı başa düşmüş və xoşbəxt bir ailə olaraq yaşamışlar. Lakin sonradan onların ailə münasibətləri gərginləşməyə başlamış və münasibətləri qaydasında olmadığı və ailədə tez tez söz-söhbətlər olduğu üçün, birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, 2021-ci il tarixdə nikahın pozulması və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(059)-192/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sözügedən qətnamə icra edilməsi üçün Şabran rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin dəfələrlə xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah olunmasına, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3680,00 manat məbləğində aliment borcu yaranmışdır. Həmin borcdan 1900 manat ödəniş olunmuş, 1780 manat ödənilməmiş qalmışdır. Ümumilikdə, Təqsirləndirilən şəxs 4480 manat aliment borcu vardır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Təqsirləndirilən şəxs hal hazırda Şabran rayonunda müxtəlif şəxslərə məxsus taraktorları sürməklə təsərrüfat işləri ilə məşğul olaraq aylıq 600,00-700,00 manat qazanc əldə edir. Təqsirləndirilən şəxsdən ona olan aliment borcunu tam olaraq ödəməsini tələb edir, ödəmədiyi halda ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(059)-192/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X4 xeyrinə ödəməmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə cəmi 1720,00 manat məbləğində aliment pulu ödəmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3680,00 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Şabran Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3680,00 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbkar Ş.İsmayılova Şabran Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə borcundan 1900 manat ödəniş etmişdir. Bundan sonra da, onun borcu yığılmaqdadır. Məhkəmə iclsında şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 da Şahid1 göstərdikləri xüsusatları bir daha tamamilə təsdiq edərək X1 məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini göstərmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(059)-192/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Şabran rayon İcra və Probasiya şöbəsi təqdimat ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Şabran Rayon Məhkəməsinin 8(031)-89/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İstintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 012-33410-1222 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 10 Saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran vətəndaş kimi qeydiyyata olduğu müəyyən edilmiş və ona ("xxxx" MMC-də usta köməkçisi elektrik, əməkhaqqı 400,00-600,00 manat) təklif olunaraq həmin iş yerlərinə göndərişlər formalaşdırılmış və bu barədə məlumatlar vətəndaşın şəxsi kabinetinə yerləşdirilmişdir. Bundan əlavə, sosial rifahının və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs “emas.sosial.gov.az” internet portalı vasitəsilə MEİS-in “Əmək və Məşğulluq” altsistemini mütəmadi izləmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan, eyni zamanda Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(031)-336/2022 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(059)-192/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Rəhimli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli 163 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Rəhimli kəndində atası ilə birlikdə yaşayır və qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Rəhimli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli 165 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində özünü bacarıqlı, işgüzar və intizamlı bir şəxs kimi göstərmiş, kəndin ictimai işlərində yaxından iştirak etmişdir. Yerli sakinlərə və qonşulara daima səmimi və mehriban münasibətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli məktubdan görünür ki, şöbənin icraatında Siyəzən Rayon Məhkəməsi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli, 2(059)-192/2021 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, hər uşaq üçün ayda 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar X7 verilməlidir. İcra sənədi 16 iyul 2021-ci il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Qeyd olunan icra sənədi üzrə borcu Təqsirləndirilən şəxs barəsində təqdimat verilən xx.xx.2022-ci il tarixdə 3680 manat aliment borcu yaranmış, ondan 1900 manat ödənilib və təqdimat üzrə 1780 manat aliment borcu qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün etirafedici ifadəsilə yanaşı zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, eləcə də iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə verilməsini, ödənilməli olan pul vəsaitinin bir qismini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran və Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Rəhimli kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran və Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Rəhimli kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-26/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-26/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver