Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-26/2025 06.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2000-ci il tarixdə Xaçmaz rayonunun Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qanunsuz olaraq döyüş sursatlarını və soyuq silahları əldə edərək yaşadığı Şabran rayonunun Zeyvə kəndində yerləşən evində saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 05:00 radələrində evinə baxış keçirilən zaman evdən 01 ədədi Azərbaycan Respublikasında, 104 ədədi zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 millimetr kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan, atəş üçün yararlı 105 ədəd patron, 01 ədədi Azərbaycan Respublikasında, 02 ədədi keçmiş “SSRİ” dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 millimetr kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları, döyüş sursatı hesab olunan, atəş üçün yararlı 03 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 12,7x108 millimetr kalibrli olmaqla həmin kalibrli “DŞK” modelli, “NSY-UTES” modelli iri çaplı pulemyotlardan, “KSYK” modelli, iri çaplı snayper tüfənglərdən və sairə həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, tam şəkildə olmasına və alışdırıcı kapsulun tamlığının pozulmamasına görə atəşə yararlı, döyüş sursatı hesab olunan 01 ədəd patron, 01 ədəd hərbi qüvvələrdə istifadə olunan, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlı, komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab olunan “M75” tipli qəlpəli əl qumbarası- müdafiə təyinatlı “M75” tipli əl qumbarasının gövdəsi və 01 ədəd “M75” tipli əl qumbarasının alışdırıcı partladıcısı, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan döyüş (hərbi) təyinatlı, soyuq silah hesab edilən bıçaq, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı, 03 ədəd zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi küt, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən atıcı bıçaqlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək onu evdən çölə çağırmış, çölə çıxdıqda onlar yaşadığı Şabran rayonunun Zeyvə kəndində yerləşən fərdi yaşayış evində silah sursat olubolmamasının yoxlanmasına görə evə baxış keçiriləcəyini bildirmişlər. O, buna etiraz etməmiş və bununla bağlı ərizə yazmışdır. Daha sonra polis əməkdaşları yaşadığı evə baxış keçirməyə başlamış, evdə qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulduqda otaqda olan çarpayının üzərində yastığın altında olan 07 ədəd patronu və 01 ədəd silah formalı alışqanı təqdim etmişdir. Daha sonra çarpayının yanında olan divara yığılmış şkafda olan patronları və qara torbanın içərisində olan bıçaqları və 01 ədəd qumbaranı təqdim etmişdir. Bundan sonra yenə həmin şkafa qoyduğu öz qabında olan pnevmatik tapançanı və həmin qabın içərisində olan güllə və patronları polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi silah və sursatlar hamısı ona məxsusdur. Ailə üzvlərinin evdə həmin əşyaların olması barədə məlumatı olmayıb. Silah-sursatı saxlamaqda heç bir məqsədi olmamış, səbəbsiz yerə saxlamışdır. Onun silah və sursata marağı vardır və onları kolleksiya etməyi sevir. 105 ədəd 9x19 millimetr kalibrli patronları təxminən 2024-cü ildə yaşadığı Şabran rayonunun Zeyvə kəndində meşə ərazisindən qara rəngli torbanın içərisində tapıb. “Ekol Voltran” markalı pnevmatik tapançanı 2022-ci ildə Bakı şəhərində 28 may küçəsində yerləşən ovçular mağazasından 250 manata almış, patron doldurucu və qırmaları isə pnevmatik tapançanı əldə etdiyi gündən təxminən 01 həftə sonra Bakı şəhərinin Nərimanov rayonunda yerləşən ovçular mağazasından əldə etmiş, patron doldurucuya 07 manat, qırmalara isə 15 manata yaxın pul vermişdir. Bundan əlavə “Ekol Voltran” markalı pnevmatik tapançaya məxsus qutunun içərisində olan 01 ədəd 12.7 millimetr kalibrli “pulemyot” patronunu da 2024-cü ildə Şabran rayonunun Zeyvə kəndində meşə ərazisindən digər patronlarla birlikdə tapmış və həmin qutunun içərisinə qoymuşdur. “Ekol Voltran” markalı pnevmatik tapançaya məxsus qutunun içərisində olan “Kalaşnikov” markalı avtomat silaha məxsus 03 ədəd 5.45 millimetr kalibrli patron və “Kalaşnikov” markalı avtomat silaha məxsus 21 ədəd gilizdən ayrılmış 7.62 millimetr kalibrli patron gülləsini də 2024-cü il tarixdə digər patronları tapdığı torbanın içərisindən həmin vəziyyətdə tapmış və gilizdən ayrılmış güllələrin də həmin torbada olmuşdur. Kiçik ölçülü bıçaq isə 2014-cü ildən onda olub. Qalan bıçaqları isə 2022 və 2023-cü illərdə kəpənək formalı bıçaqları Quba rayonundan, digərlərini isə Bakı şəhərində Nəsimi və Nərimanov rayonlarında yerləşən hərbi mağazalardan xatırlamadığı qiymətə müxtəlif vaxtlarda alıb. 1 ədədi süngü-bıçağını isə 2024-cü ildə meşə ərazisindən tapdığı torbanın içərisində olub. 01 ədəd sellofanın içərisində 03 ədəd “MRTP-27” markalı portativ qızdırıcı şamı və 01 ədəd sellofanın içərisində “CS” markalı göz yaşardıcı əl qumbarasına aid 48 ədəd sarı rəngli kütlələr də 2024-cü ildə Şabran rayonunun Zeyvə kəndində meşə massivində tapdığı torbanın içərisində olublar. Həmçinin əl qumbarası və alışdırıcı da 2024-cü ildə Şabran rayonunun Zeyvə kəndində meşə massivində tapdığı torbanın içərisində olub. 01 ədəd “Makarov” tipli tapançaya bənzər alışqanı isə 2024-cü ildə sosial şəbəkədən əldə etmiş və Bakı şəhərinə gedərək oradan götürmüşdür. Silah və sursatları əldə etməkdə, yaşadığı evdə saxlamaqda məqsədinin hərbi ləvazimatları və silah-sursatı sevdiyi üçün kolleksiya yığması olmuşdur. Heç vaxt onları heç kimə verməmiş və ya satmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsində özünü təqsirli bilməsi ilə yanaşı, onun əməli məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı, soyuq silah əldə etməsi, saxlaması barədə daxil olmuş məlumat əsasında Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbir zamanı xx.xx.2025-ci il tarixdə, saat 05:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonunun Zeyvə kəndində evdən çölə çağırılmış, yaşadığı evin qarşısında saxlanılmış, yaşadığı evə özünün iştirakı və razılığı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olması soruşulduqda o, sol tərəfdə olan çarpayının üzərində olan balışın altından 01 ədəd tapança formalı alışqanı və 07 ədəd patronu təqdim etmişdir. Daha sonra çarpayının yanında olan divarın içərisinə yığılmış şkafda gizlətdiyi göy rəngli qutunun içərisində olan patronları və qara kiçik kisənin içərisində olan patronları təqdim etmiş, həmin güllələr sayılmış, qablaşdırılaraq götürülmüş və iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs divarda olan şkafın içərisindən qara torbanı təqdim etmişdir. Həmin torbanın içərisində 02 ədəd kəpənək formalı bıçaqlar, 01 ədəd süngü-bıçaq, 03 ədəd atıcı bıçaq, 01 ədəd kiçik ölçülü bıçaq, 01 ədəd qara dəstəkli bıçaq, 01 ədəd qatlanan bıçaq və 01 ədəd əl qumbarası və qızdırıcı şam müəyyən edilmişdir. Aşkar edilmiş predmetlər qablaşdırılaraq götürülmüş, imzalanmış və möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs divarda olan şkafdan 01 ədəd qara rəngli qutunu təqdim etmişdir. Həmin qutunun içərisində 01 ədəd pnevmatik tapança, qırmalar, 01 ədəd “DŞK” patronu, 01 ədəd qaz porşeni, 02 ədəd avtomat patronu, 21 ədəd gilizdən ayrılmış patron gülləsi aşkar edilmiş və qablaşdırlaraq, iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Bundan sonra fərdi yaşayış evinə digər əşyalara baxış keçirilmiş, baxış zamanı başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs baxış zamanı hər hansı psixoloji və ya fiziki təzyiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Evdə o, əri Eynulla və oğlu Qubad yaşayır. Oğlu Qubadın evdə döyüş sursatları saxlamasından xəbəri olmamış, 2024-cü ilin oktyabr ayından müalicə almış, xəstəliyi ilə bağlı 2024-cü ilin dekabr ayından mütəmadi olaraq xəstəxanaya gedərək müayinə olunmuş və xx.xx.2024-cü tarixində əməliyyat olunmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində xəstəxanaya müayinə olunmaq üçün getmişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirərkən o, Bakı şəhərində olmuşudur. Oğlu Qubadın yaşadıqları evdə döyüş sursatları və müxtəlif bıçaqları saxlamasından xəbəri olmamışdır. Həmin əşyaları görməmişdir. Oğlu Təqsirləndirilən şəxs hər hansı şəxslə ədavət və düşmənçiliyi olmamış, onun evdə və ya küçədə üzərində həmin silah-sursatı gəzdirməyinin, kiməsə silah-sursat satmağının, verməyinin və ya bağışdamağının şahidi olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 19.4.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında dindirilmələrini tələb etməmiş, sonuncuların ibtidai istintaq zamanı verdikləri ifadələrin məhkəmə iclasında elan edilməsinə etirazının olmadığını qeyd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs bu hüququndan istifadə etməmək niyyəti, habelə bunun onun hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, məhkəmə tərəfindən şahidlər Şahid1 və Şahid3 məhkəməyədək istintaq zamanı verdikləri ifadələrin elanı ilə kifayətlənilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş Şahid1 CPM-in 329-cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı, soyuq silah əldə etməsi, saxlaması barədə daxil olmuş məlumat əsasında Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbir zamanı xx.xx.2025-ci il tarixdə, saat 05:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonunun Zeyvə kəndində evdən çölə çağırılmış, yaşadığı evin qarşısında saxlanılmış, yaşadığı evə özünün iştirakı və razılığı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olması soruşulduqda o, sol tərəfdə olan çarpayının üzərində olan balışın altından 01 ədəd tapança formalı alışqanı və 07 ədəd patronu təqdim etmişdir. Daha sonra çarpayının yanında olan divarın içərisinə yığılmış şkafda gizlətdiyi göy rəngli qutunun içərisində olan patronları və qara kiçik kisənin içərisində olan patronları təqdim etmiş, həmin güllələr sayılmış, qablaşdırılaraq götürülmüş və iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs divarda olan şkafın içərisindən qara torbanı təqdim etmişdir. Həmin torbanın içərisində 02 ədəd kəpənək formalı bıçaqlar, 01 ədəd süngü-bıçaq, 03 ədəd atıcı bıçaq, 01 ədəd kiçik ölçülü bıçaq, 01 ədəd qara dəstəkli bıçaq, 01 ədəd qatlanan bıçaq və 01 ədəd əl qumbarası və qızdırıcı şam müəyyən edilmişdir. Aşkar edilmiş predmetlər qablaşdırılaraq götürülmüş, imzalanmış və möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs divarda olan şkafdan 01 ədəd qara rəngli qutunu təqdim etmişdir. Həmin qutunun içərisində 01 ədəd pnevmatik tapança, qırmalar, 01 ədəd “DŞK” patronu, 01 ədəd qaz porşeni, 02 ədəd avtomat patronu, 21 ədəd gilizdən ayrılmış patron gülləsi aşkar edilmiş və qablaşdırlaraq, iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Bundan sonra fərdi yaşayış evinə digər əşyalara baxış keçirilmiş, baxış zamanı başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs baxış zamanı hər hansı psixoloji və ya fiziki təzyiq olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş Şahid3 CPM-in 329-cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Evdə o, arvadı Firəngiz və oğlu Qubad yaşayır. Oğlu Qubadın evdə döyüş sursatları saxlamasından xəbəri olmamış, arvadı Firəngiz 2024-cü ilin oktyabr ayından müalicə almış, xəstəliyi ilə bağlı 2024-cü ilin dekabr ayından mütəmadi olaraq onunla birlikdə xəstəxanaya gedərək müayinə olunmuş və xx.xx.2024-cü tarixində arvadı Firəngiz əməliyyat olunmuşdur. xx.xx.2025-ci il tarixdə də o, arvadı Firəngiz ilə birlikdə Bakı şəhərində xəstəxanaya Firəngizin müayinə olunması üçün getmişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirərkən o, Bakı şəhərində olmuşudur. Oğlu Qubadın yaşadıqları evdə döyüş sursatları və müxtəlif bıçaqları saxlamasından xəbəri olmamışdır. Həmin əşyaları görməmişdir. Oğlu Təqsirləndirilən şəxs hər hansı şəxslə ədavət və düşmənçiliyi olmamış, onun evdə və ya küçədə üzərində həmin silah-sursatı gəzdirməyinin, kiməsə silah-sursat satmağının, verməyinin və ya bağışdamağının şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul olunması haqqında qərardan görünür ki, fakta görə CM-nin 228.1 və 228.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, polis əməkdaşları tərəfindən xx.xx.2025ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Zeyvə kəndi ünvanında yerləşən fərdi yaşayış evində baxış keçirildikdən sonra sonuncu Şabran Rayon Polis Şöbəsinə gətirilərək X7 verilmişdir (cinayət işinin İ cildinin 4-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərizəsində yaşadığı Şabran rayonu, Zeyvə kəndi ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cinayət işinin İ cildinin 5-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli baxış və götürmə haqqına protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı, soyuq silah əldə etməsi, saxlaması barədə daxil olmuş məlumat əsasında Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 05:12-də Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Zeyvə kəndində özünün iştirakı və razılığı ilə baxış keçirilməsinə başlanmmışdır. Ərazidə 02 mərtəbəli fərdi yaşayış evi yerləşir. 1-ci mərtəbə heç kim yaşamır. 2-ci mərtəbəyə pilləkənlə qalxdıqda qarşıda taxta qapısı olan otaq müşahidə olunur. Təqsirləndirilən şəxs evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olması soruşulduqda o, sol tərəfdə olan çarpayının üzərində olan balışın altından 01 ədəd “Makarov” tipli tapança formalı alışqanı və 07 ədəd patronu təqdim etdi. Daha sonra çarpayının yanında olan divarın içərisinə yığılmış şkafda gizlətdiyi göy rəngli qutunun içərisində olan 9x19 millimetr kalibrli olmaqla 50 ədəd patronları və qara kiçik kisənin içərisində olan eyniölçülü 48 ədəd patronları və göz yaşardıcı maddə olduğunu qeyd etdiyi sellofan bükümü təqdim etdi. Həmin güllələr sayıldı, qablaşdırılaraq götürüldü və iştirakçılar tərəfindən imzalanmaqla möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs divarda olan şkafın içərisindən qara torbanı təqdim etdi. Həmin torbanın içərisində 02 ədəd kəpənək formalı bıçaqlar, 01 ədəd süngü-bıçaq, 03 ədəd atıcı bıçaq, 01 ədəd kiçik ölçülü bıçaq, 01 ədəd qara dəstəkli bıçaq, 01 ədəd qatlanan bıçaq və 01 ədəd əl qumbarası və qızdırıcı şam müəyyən edildi. Aşkar edilmiş predmetlər qablaşdırılaraq götürüldü, imzalandı və möhürləndi. Daha sonra Təqsirləndirilən şəxs divarda olan şkafdan 1 ədəd qara rəngli üzərində “EKOL” yazısı olan qutunu təqdim etdi. Həmin qutunun içərisində 1 ədəd “EKOL ES-66” markalı pnevmatik tapança, qırmalar, 01 ədəd “DŞK” patronu, 01 ədəd qaz porşeni, 02 ədəd avtomat patronu, 21 ədəd gilizdən ayrılmış patron gülləsi aşkar edildi və qablaşdırlaraq, iştirakçılar tərəfindən imzalanmaqla götürüldü. Aşkar edilmiş predmetlərin kimə məxsus olması barədə Təqsirləndirilən şəxs sual verildikdə, o, həmin əşlayarın ona məxsus olduğunu bildirdi (cinayət işinin İ cildinin 6- 8-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir və onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 23-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 25/234 nömrəli ekspert rəyindən və həmin ekspert rəyinə əlavə foto cədvəldən görünür ki, tədqiqata təqdim edilmiş 105 ədəd patronlardan 01 ədədi Azərbaycan Respublikasında, digər 104 ədədi zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 millimetr kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlardan 01 ədədi Azərbaycan Respublikasında, 02 ədədi keçmiş “SSRİ” dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 millimetr kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 12,7x108 millimetr kalibrli olmaqla həmin kalibrli “DŞK” modelli, “NSV-UTES” modelli iri çaplı pulemyotlardan, “KSVK” modelli, iri çaplı snayper tüfənglərdən və sairə həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır. Patronun tam şəkildə olmasına və alışdırıcı kapsulun tamlığının pozulmamasına görə həmin patron atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 21 ədəd güllə zavod üsulu ilə istehsal olunmuş 7,62x54 millimetr kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı pulemyotlardan (PK), “Mosin” konstruksiyalı karabinlərdən atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir, demontaj olunmuş güllələridir, hal-hazırda atəş üçün yararsızdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd “90-G21HP-012565” nömrəli silah zavod üsulu ilə xarici dövlətdə silah zavodunda istehsal olunmuş 4,5 millimetr kalibrli olmaqla “EKOL ES-66” modelli idman məşq və təlim üçün nəzərdə tutulmuş pnevmatik tapançadır və odlu silah hesab edilmir. Silah hal-hazırda texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş 4,5 millimetr diametrli qırmaları və sıxılmış hava balonunu yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “EKOL ES-66” modelli tapançaların komplekt hissəsidirdarağıdır. Həmin daraq hal-hazırda təyinatı üzrə istifadə üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 02 ədəd şəffaf rəngli plastik materialdan hazırlanmış, silindrik formada olan qabların içərisində çoxlu sayda olan 4,5 millimetr diametrli, gümüşü rəngli qırmalar zavod üsulu ilə istehsal olunmuş pnevmatik silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş qırmalardır, döyüş sursatı hesab edilmirlər və təyinatı üçün istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş pnevmatik tapançalarda istifadə olunan, sıxılmış hava ilə doldurulmuş balondur, döyüş sursatı hesab olunmur və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə hazırlanmış tapança formasında olan suvenir qaz alışqanıdır, odlu silah hesab edilmir və təyinatı üzrə istifadə üçün yararlıdır (cinayət işinin İ cildinin 25-35-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 25/295 nömrəli ekspert rəyindən və həmin ekspert rəyinə əlavə foto cədvəldən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı M75 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya M75 tipli əl qumbarasının alışdırıcı partladıcısıdır. Həmin 01 ədəd M75 tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd həmin alışdırıcı partlayıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş M75 tipli qəlpəli əl qumbarasıdır, döyüş sursatıdır, hərbi qüvvələrdə istifadə olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar (cinayət işinin İ cildinin 37- 40-cı vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3/130 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı bıçaqdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi küt, ucu deşici xassəyə malik atıcı bıçaqdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş ekspert tərəfindən şərti olaraq “1” və “2” rəqəmləri ilə işarələnmiş 02 (iki) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, lakin hal hazırki vəziyyətdə bıçağın tiyəsinin uc hissəsi sındığından, həmin bıçaq deşicilik qabiliyyətini itirmişdir, bu səbəbdən də soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cinayət işinin İ cildinin 42-45-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:30-dan etibarən CM-nin 228.1 və 228.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 47-49-cu vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 228.1 və 228.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 74- 76-cı vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 228.1 və 228.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 93-101-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-10/2025 saylı prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, həmin iş üzrə qapalı məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 14:15-ə təyin edilmişdir (cinayət işinin İ cildinin 102-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin X4 azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 228.1 və 228.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Şabran Rayon Polis X3 Yerindən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 103-105-ci vərəqələri). - Şabran Rayon icra Hakimiyyəti Başcısının Zeyvə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-13/2-81/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası Şahid3, anası Şahid2 və qardaşı X1 ibarət ailə tərkibi ilə birlikdə Şabran rayonunun Zeyvə kəndində yaşayır (cinayət işinin İ cildinin 113cü vərəqəsi). - Şabran Rayon İcra Hakimiyyəti Başcısının Zeyvə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Şabran rayonunun Zeyvə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 114-cü vərəqəsi). - Şabran Rayon Mərkəzi X6 Şəxsinin xx.xx.2025-ci il tarixli? 18-1-34/2-489/2025 saylı məktubundan görünür ki, Şabran rayonunun Zeyvə kəndində qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetlərdə dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 123-cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli sübutların ********* saylı cinayət işi üzrə qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərarla iş üzrə xx.xx.2025-ci il tarixdə ekspertiza icraatından sonra qaytarılan 01 ədəd sellofan bağlamada və 01 ədəd zərfdə qablaşdırılmış 110 ədəd kiçik ölçüdə patronlar, 03 ədəd portativ qızdırıcı, 01 ədəd əl qumbarası, 01 ədəd pnevmatik tapança və tapançaya məxsus qutu, 01 ədəd iri ölçülü pulemyot patronu, 03 ədəd avtomat silaha məxsus patron, 21 ədəd avtomat patronunun gülləsi və 02 ədəd qabda qırma araşdırma materialı üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin silah-sürsatın saxlanması otağına təhvil verilməsi barədə raport nəzərə alınması, həmçinin Azərbaycan Respublikasının ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən ekspertiza icraatından sonra qaytarılan 01 ədəd zərfdə qablaşdırılan 09 ədəd bıçaq saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddisübutların saxlanması otağına təhvil verilməsi və məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/234 nömrəli rəyində əsasən tədqiqata təqdim edilmiş 105 ədəd patronlardan 01 ədədi Azərbaycan Respublikasında, digər 104 ədədi zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 millimetr kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı və atəş üçün yararlı olması; tədqiqata təqdim edilmiş 03 ədəd patronlardan 01 ədədi Azərbaycan Respublikasında, 02 ədədi keçmiş “SSRİ” dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 millimetr kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları, döyüş sursatı və atəş üçün yararlı olması; tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 12,7x108 millimetr kalibrli olmaqla həmin kalibrli “DŞK” modelli, “NSV-UTES” modelli iri çaplı pulemyotlardan, “KSVK” modelli, iri çaplı snayper tüfənglərdən və sairə həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı, patronun tam şəkildə olmasına və alışdırıcı kapsulun tamlığının pozulmamasına görə həmin patron atəşə yararlı olması; məhkəmə partlayış-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/295 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı “M75” tipli əl qumbarasının gövdəsi, natamam döyüş sursatı, digər 01 ədəd əşya “M75” tipli əl qumbarasının alışdırıcı partladıcısı, həmin 01 ədəd “M75” tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd həmin alışdırım partlayıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş “M75” tipli qəlpəli əl qumbarası, döyüş sursatı, hərbi qüvvələrdə istifadə olunması, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlı olması; məhkəmə Ballistik ekspertizasının xx.xx.2025ci il tarixli 3/130 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş(hərbi) təyinatlı bıçaq, soyuq silah hesab edilməsi; tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı, soyuq silah hesab edilməsi; tədqiqata təqdim edilmiş 03(üç) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi küt, ucu deşici xassəyə malik atıcı bıçaq, soyuq silah hesab edilməsi səbəbi ilə maddi sübut kimi tanınması və maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması, habelə həmin qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 01 (bir) ədəd “DVD” formatlı diskin cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işi materiallarına əlavə olunmasının nəzərə alınması qərara alınmışdır (cinayət işinin İ cildinin 127-138-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 4(031)-10/2025 saylı prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2025-ci il tarixə, saat 14:15-ə təyin edilmiş məhkəmə iclasının videogörüntüsünə dair Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, həmin iclas 15 dəqiqə 17 saniyə davam etmiş və həmin tarixdə, saat 14:30-da yekunlaşmışdır. CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 228.5-ci maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, 2 nömrəli Qərarının: 9-cu bəndinə əsasən CM-nin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, istənilən üsulla onların yerinin dəyişdirilməsinə yönələn qəsdən edilən hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Göstərilən predmetlərin müvafiq icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır. Odlu silahın qeyd etdirilməsi (yenidən qeyd etdirilməsi) üçün qanunvericilikdə müəyyən edilmiş müddətlər bitdikdən sonra onların saxlanılması, gəzdirilməsi, daşınması CM-nin 228-ci maddəsinin tərkibini yaratmır. 14-cü bəndinə əsasən CM-nin 228.5-ci maddəsində milli geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 228.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadələri, video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş “DVD” disk, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 228.1 və 228.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-nin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, habelə əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi CM-nin 228.1 və 228.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CMnin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Həmin Məcəllənin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Ona görə də, Təqsirləndirilən şəxs barəsində CM-nin 228.1 və 228.5-ci maddələri ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzalarının müddətləri CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və xx.xx.2025-ci il tarixdə tutulduğu 01 (bir) gün və xx.xx.2025-ci il tarixdə, saat 12:30-dan xx.xx.2025-ci il tarixdə, saat 14:30-a kimi həbsdə saxlanıldığı 03 (üç) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq qəti cəza təyin edilməlidir. Məhkəmə, CPM-nin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar ilə bağlı məsələnin necə həll edilməli olmasına münasibətdə bu nəticəyə gəlir ki, həmin Məcəllənin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar olan Şabran Rayon Polis Şöbəsinin silah-sursatın saxlanması otağına təhvil verilmiş xx.xx.2025-ci il tarixdə ekspertiza icraatından sonra qaytarılan 01 ədəd sellofan bağlamada və 01 ədəd zərfdə qablaşdırılmış 110 ədəd kiçik ölçüdə patronlar, 03 ədəd portativ qızdırıcı, 01 ədəd əl qumbarası, 01 ədəd pnevmatik tapança və tapançaya məxsus qutu, 01 ədəd iri ölçülü pulemyot patronu, 03 ədəd avtomat silaha məxsus patron, 21 ədəd avtomat patronunun gülləsi və 02 ədəd qabda qırmadan istismara yararlı olanlar və Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd zərfdə qablaşdırılan 09 ədəd bıçaqdan soyuq silah olanlar xüsusi müsadirə edilməli, xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 01 (bir) ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə, CPM-nin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin məhkəmə CM-nin 52-1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Zeyvə kəndi ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CPM-nin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək isə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulduğu 01 (bir) gün və xx.xx.2025-ci il tarixdə, saat 12:30-dan xx.xx.2025-ci il tarixdə, saat 14:30-a kimi həbsdə saxlanıldığı 03 (üç) gün olmaqla, cəmi 04 (dörd) gün müddət barəsində təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Zeyvə kəndi ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin silah-sursatın saxlanması otağına təhvil verilmiş xx.xx.2025-ci il tarixdə ekspertiza icraatından sonra qaytarılan 01 ədəd sellofan bağlamada və 01 ədəd zərfdə qablaşdırılmış 110 ədəd kiçik ölçüdə patronlar, 03 ədəd portativ qızdırıcı, 01 ədəd əl qumbarası, 01 ədəd pnevmatik tapança və tapançaya məxsus qutu, 01 ədəd iri ölçülü pulemyot patronu, 03 ədəd avtomat silaha məxsus patron, 21 ədəd avtomat patronunun gülləsi və 02 ədəd qabda qırmadan istismara yararlı olanlar və Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd zərfdə qablaşdırılan 09 ədəd bıçaqdan soyuq silah olanlar xüsusi müsadirə edilsin, xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 01 (bir) ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-26/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-26/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver