Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-27/2021 15.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olmamış, evli, «Çıraqqala-Şabran» Dövlət Tarix-Mədəniyyət Qoruğunda ekuskursiyaçı vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2şqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasında ondan götürülmüş “Covid 19” yeni növ koronavirus test nümunələrinin “pozitiv” çıxması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə müəyyən edilmiş qaydada xəbərdarlaq edilib müvafiq izolyasiya tədbirləri görülməklə adıçəkilən xəstəxananın həkimlərinin nəzarəti altında yaşadığı evdə müalicə olunarkən bir vətəndaş kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaysan Respublikası Qanununun “… vətəndaşlar təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli” barədə11-ci maddəsinin 1-ci bəndinin və “… vətəndaşlar yoluxucu xəstəliklərin əmələ gəlməsinin və yayılmsının qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməlidirlər” barədə 25-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməli olduğu halda bunları etməmiş, qanunun sözügedən tələblərini pozaraq xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində bu növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılması ilə əlaqədar ev şəraitində müalicəsi aparılan xəstələrə qarşı tətbiq olunan sanitariya-gigiyena və karantin rejimlərini kobud surətdə pozaraq yaşadığı ünvan 3 ünvandakı evini özbaşına tərk edib, Şabran şəhər H.Əliyev prospektində yerləşən “OBA” marketin qarşısındakı “MİLLİÖN” ödəmə nöqtəsində istifadəsində olan mobil telefon nömrəsinə danışıq üçün pul köçürməklə insanlar arasında gəzib yoluxucu xəstəliyin daha da geniş yayılmasına real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə “COVİD 19” yeni növ koronavirus xəstəliyindən test vermək üçün Şabran rayon mərkəzi xəstəxanasına getmişdir. Həmin gün xəstəxanada onun burun nahiyəsindən yaxma yolu ilə test götürülmüş və testin cavabının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə mesajla göndəriləcəyi ona bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsinə “its.gov.az” maildən mesaj gəlmiş, həmin mesajda analizinin cavabının “pozitiv” çıxması ona bildirilmişdir. O, “COVİD 19” xəstəliyinə tutulduğuna əmin olmuş və ev şəraitində müalicə almalı oduğunu bilmişdir. İşlədiyi «Çıraqqala-Şabran» Dövlət Tarix- Mədəniyyət Qoruğundan “COVİD-19” yeni növ koronovirus xəstəliyi tutan şəxsin 14 gün ərzində işə çıxmaması və 14 gündən sonra sağalarsa həkimdən sağlamlıq haqqında arayış aldıqdan sonra işə buraxılacağı barədə əvvəlcədən elan formasında ona deyilmişdir. Buna baxmayaraq o, xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı Şabran şəhəri, Z.Tağıyev küçəsi ev 01 ünvandan çıxıb Şabran şəhəri H.Əliyev prospektində yerləşən “OBA” marketin qarşısında olan “MİLLİÖN” ödəmə nöqtəsində istifadəsindəki mobil telefon nömrəsinə danışıq üçün pul köçürmüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evi tərk etdiyini soruşmuşlar. O, isə polis əməkdaşlarına istifadəsində olan telefon nömrəsində danışıq üçün vəsaitin bitdiyini və pul köçürmək üçün yaşadığı evi tərk etdiyini bildirmişdir. Polis əməkdaşları ona yaşadığı evi tərk etməklə pandemiya qaydalarını pozmuş olduğunu izah etmişlər. Daha sonra onun fotoşəkili çəkilmiş, baxış protokolu tərtib olunmuş, tərtib olunmuş protokol onun və polis əməkdaşlarının imzaları ilə təsdiq edilmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, “Çıraqqala-Şabran” Dövlət Tarix- Mədəniyyət Qoruğunda ekuskursiyaçı vəzifəsində işləməklə dövlət qulluğunun 6-cı təsnifatına aid vəzifədədir, xidməti vəzifəsinə əsasən xarici turistlərlə iş aparır, tez-tez işğaldan azad olunmuş rayonlara və digər bölgələrə gedir, həmçinin ailənin yeganə qazanc gətirənidir, ona görə də xahiş edir ki, azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması ilə bağlı olmayan cəza ilə cəzalandırılsın. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X9 göstərdi ki, dünyada və Azərbaycan Respublikasında yayılmış “COVİD 19” yeni növ koronavirus xəstəliyi ilə əlaqədar olaraq əhali arasında hava və damcı vasitəsi ilə birindən digərinə keçməsinin qarşısının alınması məqsədi ilə hər gün “COVİD 19” yeni növ koronavirus testləri “pozitiv” çıxmış şəxslər yoxlanılır. Yoxlamanın səbəbi isə test cavabları “pozitiv” çıxmış şəxslərin yaşayış yeri üzrə evində müalicə alması və yaşadığı evi tərk etməməsidir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş xəstələrin siyahısını götürüb RPŞ-in PPXT-nın polis nəfərləri – Şahid3, Şahid4 və Şahid2la birlikdə Şabran şəhər ərazisində yoxlama aparmaq üçün xidmətə başlamışdır. Xidmət zamanı siyahıda adı göstərilən test cavabı “pozitiv” çıxmış, ev şəraitində müalicə alması və evi tərk etməməsi izah olunan Təqsirləndirilən şəxs evdə olmadığı məlum olmuşdur. O, yuxarıda adları göstərilən polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi Şabran şəhəri, H.Əliyev prospektində xidməti avtomobillə hərəkət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Şabran şəhəri, H.Əliyev prospektində yerləşən “OBA” marketin qarşısındakı “MİLLİÖN” ödəmə nöqtəsində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib, yaşadığı evi tərk etməsinin qanun pozuntusu olduğunu ona bildirdikdən sonra Şabran RPŞ-nə və Şabran rayon mərkəzi xəstəxanasının təcili yardım bölməsinə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs “COVİD 19” yeni növ koronavirus testinin nəticəsi “pozitiv” olaola yaşadığı evi tərk etməsi barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol iştirakçıların və polis əməkdaşlarının imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona danışıq üçün pul köçürməsini bildirmişdir, onlar isə Murada yaşadığı evdə müalicə alınması barədə məlumatlı olduğu halda ev şəraitində müalicə aldığı otağı belə tərk etməsinin qanun pozuntusu olduğunu bir daha izah etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin PPXT-nın polis nəfərləri –Şahid2, Şahid3 və Şahid4 iş üzrə şahid Araz Bayramovun ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 göstərmişdi ki, o, Şabran rayon mərkəzi xəstəxanasında tibb qardaşı işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Şabran rayon polis şöbəsinin əməkdaşı Araz Bayramov telefonla Şabran rayon mərkəzi xəstəxanasının təcili yardım bölməsinə ünvan 6 ünvanda yaşayan “COVİD 19” yeni növ koronavirus test cavabı “pozitiv” çıxmış Təqsirləndirilən şəxs yaşadığı yeri tərk etməsi və evdə müalicə alması qaydasını pozması barədə məlumat vermişdir. O, həmin vaxt Şabran şəhəri H.Əliyev prospektində olmuş və həqiqətən də Təqsirləndirilən şəxs yaşadığı yeri tərk edərək Şabran şəhəri H.Əliyev prospektində olan “OBA” marketin qarşısında olduğunu görmüşdür. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evi tərk etməsi barədə protokol tərtib etmişlər və həmin protokol onun və polis əməkdaşların imzaları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şabran rayon X11 Hüquqi Şəxsi baş direktorunun Şabran rayon PŞ-nə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 322 saylı cavab məktubundan görünür ki, ünvan 8 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs “COVİD 19” pandemiyası ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə analiz vermiş və ona analizin cavabının “pozitiv” gəldiyi haqqında cavab verilmiş və o, 14 gün ərzində qeydiyyatda olduğu ünvanda evdə müalicəyə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Şabran rayonu İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli 1318 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanda ailə üzvləri – arvadı X5, uşaqları – 2015-ci il təvəllüdlü X16, 2017-ci il təvəllüdlü X14 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayonu İHB-nın Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli 1330 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İ seriyalı 851044 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 xx xxxxxxxx 2013-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ-İV seriyalı 001058 saylı və AZ-İİİ seriyalı 566303 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə Əli və xx xxxxxx 2017-ci ildə Amin adlı uşaqları olmuşdur. İş materiallarında olan “X7, Veteranları və Şəhid ailələri” İctimai Birliyi tərəfindən verilmiş 005600 saylı vəsiqədən görünür ki, X1 Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən verilmiş xx xxxxxxxx 2011-ci il tarixli 212729 saylı diplomdan görünür ki, Təqsirləndirilən şəxs Bədən tərbiyəsi və idman ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan «Çıraqqala-Şabran» X15 Qoruğu tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli 19 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Çıraqqala- Şabran» Dövlət Tarix- Mədəniyyət Qoruğunda ekuskursiyaçı vəzifəsində işləyir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli olması, onun özünün etiraf ifadəsi, şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ali təhsilli olmaqla dövlət qulluqçusu vəzifəsində işləməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iş şəraitini, şəxsiyyətini, barəsində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №1(031)-27/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-27/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver