Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-27/2022 23.05.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydm Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə 01 avqust 2000-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Kontinent” şirkətində elektrik köməkçisi işləyən, Şabran rayonu Qazbabalı kəndində qeydiyyatda olmaqla yaşayan faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində idarəetmə hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21074” markalı **- UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şabran-Zeyvə avtomobil yolunun Qorqan kəndi ərazisindən keçən hissəsinin 20-ci km-də təxminən 80 km/s surətlə Zeyvə kəndi istiqamətində hərəkətdə olarkən “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsizlik şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” barədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, “diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, qarşı əks hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı” olduğu halda bunları etməmiş, əks hərəkət zolağına çıxaraq yolun sol hissəsi ilə hərəkətdə olan Şabran şəhər sakini Şahid1 məxsus “VAZ-21060” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə onun minik avtomibilinin salonunda sərnişin qismində olan – rayonun Qazbabalı kənd sakini Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş “sağ almacıq sümüyünün və orbitanın aşağı divarının yerini dəyişən qapalı sınığından” ibarət bədən xəsarətləri almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Qazbabalı kəndində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və “Kontinent” şirkətində elektik köməkçisi işləyir. Həmkəndliləri – Şahid2, Nurlan Pirəliyev, Şahid3 və Zərərçəkmiş şəxs də onunla birlikdə həmin şirkətdə işləyirlər. Özünə məxsus “VAZ-21074” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili olsa da sürücülük hüququ yoxdur. Hər səhər iş yerinə şirkətə məxsus “Ford” markalı avtomobil ilə gedib və saat 18 radələrində işdən çıxaraq evlərinə qayıtmışlar. Şirkətə məxsus “Ford” markalı avtomobil nasaz olduğuna görə 11 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində həmkəndliləri Sakit, Nurlan, Sərvan və Qulu ilə birlikdə özünə məxsus “VAZ-21074” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Qazbabalı kəndindən çıxıb, Şabran-Zeyvə avtomobil yolu ilə rayonun Pirəbədil kəndi istiqamətində saatda 70-80 km/s surətlə hərəkətdə olmuşdur. Rayonun Düzbilici kəndini keçib Qorqan istiqamətində gedərkən xırda aşırımı, eləcə də döngəni keçərkən nisbətən yolun sol hissəsinə çıxmışdır. Təxminən 30 metr məsafədən qarşısına əks tərəfdən gələn Şahid1 idarə etdiyi “VAZ-21060” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxdığından cəld tormuzu basıb, avtomobili sağa çəkmək istəsə də qəzadan yayına bilməmiş və toqquşma baş vermişdir. Avtomobil fırlanaraq yolun sağ kənarına çıxsa da qarşıdan gələn “VAZ-21060” markalı avtomobil asvaltda qalmışdır. Baş vermiş qəzadan sonra güclü ağrı hiss etdiyi üçün avtomobildən düşərək yerə uzanmış və bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili gələrək onu Şabran RMX-na aparmışdır. Yanında Sakit, arxasında Qulu və onun yanında isə Nurlan və Sərvan qardaşları əyləşmişlər. Toqquşmanın əsas zərbəsi onun tərəfdən olduğu üçün digər sərnişinlərdə xırda xəsarətlər olmuş və onun arxasında əyləşmiş Zərərçəkmiş şəxs isə ciddi xəsarət almışdır. Etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, Şabran rayon Qazbabalı kəndində yaşayır və Şabran rayon Pirəbədil kəndində inşa edilən istirahət mərkəzində fəhlə işləyir. Hər gün saat 07 radələrində yaşadığı kəndən işlədikləri şirkətə məxsus “Ford” markalı mikroavtobusla işə gedib-gəlirlər. 11 oktyabr 2021-ci il tarixdə şirkətin “Ford” mikroavtobusu nasaz olduğundan saat 07 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs məxsus olan “VAZ-21074” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə işə getməli olduqlarına görə həmkədliləri ilə birlikdə Təqsirləndirilən şəxs məxsus həmin “VAZ-2107” markalı avtomobilə əyləşmişlər. Həmin vaxt Sakit Qarayev, və Nurlan və Şahid3 qardaşları ilə birlikdə Qadirin idarə etdiyi avtomobilə əyləşib və Pirəbədil kəndinə iş yerinə getmişlər. Sakit Qarayev avtomobildə qabaq sağ oturacaqda, özü sürücünün arxasında Nurlan və Sərvan qardaşları isə onun yanında əyləşmişlər. Şabran rayon Qorqan kəndinə az qalmış Qadir təxminən 70 km/s sürətlə hərəkət edərkən həmin vaxt yolda irəliyə fikir verməmişdir. Qəflətən Təqsirləndirilən şəxs avtomobilin idarəetməsini itirib avtomobilin tormuzunu basmış və Qadirin avtomobili qarşıdan gələn “VAZ-2106” markalı atomobillə qarşı-qarşıya toqquşmuşdur. Onların avtomobilində olan şəxslərin hamısı yerə düşmüşlər. Qadir qarın hissəsini tutaraq yerə uzanmışdır. Onların avtomobilində olan uşaqlardan kimsə təcili tibbi yardıma zəng etmişdir. Özü sağ yanağından xəsarət almış, digər sərnişinlər xırda xəsarətlər almışlar. Bir qədər sonra təcili tibbi yardım avtomobili qəzanın baş verdiyi yerə gələrək Qadirlə birlikdə onu da götürüb rayon xəstəxanasına aparmışdır. Hadisədən sonra həmkəndlisi Təqsirləndirilən şəxs daimi onunla maraqlanmış, müalicəsinə köməklik göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Özünə məxsus “VAZ-21060” markalı **- EN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmaqla idarə edir və Şabran rayonu ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərir. 11 oktyabr 2021-ci il tarixdə saat 07 radələrində Şabran şəhərindən bir nəfər şəxsi Şabran rayon Zeyvə kəndinə aparmış və tək geriyə, yəni Şabran şəhərinə qayıtmaq istəmişdir. Avtomobillə Qorqan kəndinin aşağı hissəsi ilə Şabran şəhəri istiqamətində asvalt yol ilə təxminən 60 km/s sürətlə hərəkətdə olduğu zaman xırda bir aşırıma çatarkən qəflətən yolun əks tərəfindən təxminən 8-9 metr məsafədən Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “VAZ-21074” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə gəldiyini görmüşdür. İdarə etdiyi avtomobili bir qədər sağa çəkib əyləci basmasına baxmayaraq qarşıdan gələn avtomobil onun yoluna çıxıb, onun avtomobilinin sol qabaq hissəsi ilə qarşı-qarşıya toqquşmuşdur. Avtomobilinin arxa hissəsi fırlanaraq asvalt yola perpendikulyar formada, qabaq hissəsi asvaltda, arxa hissəsi isə yol kənarında olan çınqıllığın üzərində dayanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı avtomobil isə gəldiyi istiqamətin sağ hissəsinə fırlanaraq qabaq sağ təkəri asvaltda olmaqla onun avtomobilinə tərəf dayanmışdır. Avtomobilinin sol qapısı açılmadığından digər, yəni sağ tərəfdən avtomobildən yerə düşmüşdür. Onun idarə etdiyi avtomobil ilə toqquşmuş “VAZ-21074” markalı avtomobilə tərəf gedərkən həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən yerə düşərək yol kənarında uzandığını görmüşdür. Həmin avtomobildə olan digər 04 nəfər sərnişin isə hamısı avtomobil yerə düşmüşdürlər. Həmin şəxslər təcili tibbi yardıma zəng etdikləri üçün bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili həmin yerə gəlib, onlardan 2 nəfəri Şabran rayon xəstəxanasına aparmışdır. Bundan sonra Şabran rayon PŞ-nin əməkdaşları hadisə yerinə gəlib baxış keçirməklə sənədləşdirmə işləri aparmışlar. Hadisə nəticəsində onun avtomobilinə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Şabran rayon Qazbabalı kəndində ailəsi ilə birlikdə yaşayır və Şabran rayonu Pirəbədil kəndində “Kontinent” şirkəti tərəfindən inşa edilən istirahət mərkəzində santexnik köməçisi işləyir. Hər gün saat 07 radələrində yaşadığı kəndən şirkətə məxsus “Ford” markalı mikroavtobusla işə gedirlər. 11 oktyabr 2021-ci il tarixdə həmin “Ford” markalı avtobus nasaz olduğundan digər iş yoldaşları – Zərərçəkmiş şəxs, Şahid3 və Nurlan Pirəliyevlə birlikdə həmkəndlisi Təqsirləndirilən şəxs məxsus olan “VAZ-21074” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə işə getmək qərarına gəlmişlər. Həmin gün saat 07 radələrində Şabran rayonu Pirəbədil kəndinə iş yerinə getmək üçün Təqsirləndirilən şəxs məxsus “VAZ-2107” markalı avtomobilə əyləşmişlər. Özü avtomobilin qabaq sağ oturacağında, digər iş yoldaşları Qulu, Sərvan və Nurlan isə avtomobilin arxa oturacağında əyləşmişlər. Təqsirləndirilən şəxs avtomobili təxminən 70 km/s sürətlə hərəkət etdirmiş və kənddən çıxmışlar. Şabran rayonu Qorqan kəndinə az qalmış yolda xırda bir aşırımı keçərkən Qadir azacıq yolundan sola tərəfə hərəkət etmişdir. Yoldakı aşərımı aşan kimi qəflətən qarşılarına “VAZ-2106” markalı avtomobil çıxmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili sağa çəkmək istəməsinə baxmayaraq bunu bacara bilmədiyi üçün toqquşma baş vermişdir. Qadirin idarə etdiyi avtomobilin qabaq hissəsi həmin Şabran şəhər sakini Abdulla adlı şəxsə məxsus “VAZ-2106” markalı avtomobilin qabaq hissəsi ilə qarşı-qarşıya toqquşmuşdur. Avtoqəzadan dərhal sonra onunla bərabər avtomobildə olan digər sərnişinlərin hamısı yerə düşmüşlər. Qadirin qarın hissəsini əli ilə tutaraq yerə uzanmasını və arxada əyləşmiş Zərərçəkmiş şəxs də xəsarət almasını görmüşdür. Təcili tibbi yardıma zəng edərək Qorqan kənd yolunda avtoqəza barədə məlumat verib və onları həmin yerə çağırmışdır. Bir qədər sonra təcili tibbi yardım avtomobili həmin yerə gələrək həmkəndliləri Qadir və Qulunu götürüb xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 həmkəndlisi Şahid2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək analoji ifadə vermişdir. 11 oktyabr 2021-ci il tarixdə hadisə yerinə keçirilmiş baxış protokollarına əsasən yolnəqliyyat hadisəsinin Şabran-Zeyvə avtomobil yolunun Qorqan kəndi ərazisindən keçən hissəsinin 20-ci km-də Şahid1 məxsus “VAZ-21060” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş verməsi müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspertizasının 14 dekabr 2021-ci il tarixli 371 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ almacıq sümüyünün və orbitanın aşağı divarının yerinidəyişən qapalı sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti müayinə olunanın göstərdiyi 11 oktyabr 2021-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspertizasının 18 dekabr 2021-ci il tarixli 370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – qarın divarının küt travması və dalağın cırılması bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti müayinə olunanın göstərdiyi 11 oktyabr 2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 19 noyabr 2021-ci il tarixli 8/2761 saylı rəyinə əsasən “Vaz-21074” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən əlavə məhkəmə-yol-nəqliyyat ekspertizasının 25 yanvar 2022-ci il tarixli 8/22 saylı rəyinə əsasən “VAZ-21074” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “VAZ-21060” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 11.04.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Əmirxanlı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli 89 saylı arayışdan görünür ki, Əliyev X6 rayonu Qazbabalı kəndində ailə üzvləri – atası X8, anası X5 və bacısı X3 ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Əmirxanlı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli 84 saylı xasiyyətnamədən görünür ki, Əliyev X1 yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Ərazi nümayəndəliyinə onun barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 23 may 2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmə-tibb və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.11, 59.1.12 və 59.1.13cü maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edərək səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza növü və həddi təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının və nəqliyyat vəsitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən təyin edilmiş cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, onun barəsində istintaq orqanı tərəfindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məsədəuyğun hesab edir. İş üzrə 210 (iki yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Respublikası büdcəsinə ödənilməlidir. İş üzrə Təqsirləndirilən şəxs məxsus “VAZ-21074” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut hesab edilməklə saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Təqsirləndirilən şəxs məxsus “VAZ-21074” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut hesab edilməklə saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi hesab olunan – aparılmış ekspertiza tədqiqatlarının dəyəri 210 (iki yüz on) AZN məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çindiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-27/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-27/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver