Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-28/2020 08.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zeynalova (Quliyeva) Cəmilə İsrafil qızının və Müdafiəçi iştirakları ilə xx xxx 1979-cu il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər uşağa ayda 100,00 manat məbləğində alimentin alınaraq X2 ödənilməsinə dair Şabran rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(031)- 1878/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, cərimə edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək tələbkar Zeynalova (Quliyeva) Cəmilə İsrafil qızına 3570,00 manat məbləğində aliment borcunu ödəməmiş, ona maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəmədə göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə xx xxxxxxx 2002-ci il tarixdə ailə quraraq faktiki nikah münasibətlərinə daxil olmuş, lakin həmin nikahları 2006-cı ilin yanvar ayında rəsmi qeydiyyata alınmışdır. Həmin nikahdan onların iki övladı – xx.xx.2006-cı il təvəllüdlü Fidan adlı qızları və xx.xx.2007-ci il təvəllüdlü Tural adlı oğlanları var. Cəmilə ilə xasiyyətləri uyğun gəlmədiyindən və aralarında mübahisələr yarandığından arvadı Cəmilə nikah qeydinin ləğvi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şabran rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən rəsmi nikahları ləğv edilmişdir. Həmin qətnamədə həmçinin xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər uşağa ayda 100,00 manat məbləğində alimentin ondan alınaraq arvadı Cəmilənin xeyrinə ödənilməsi də qeyd olunmuşdur. Şabran rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(031)- 1878/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə o, Şabran rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra ondan yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək 3570,00 manat məbləğində aliment borcunu məhkəmə qətnaməsi ilə razı olmadığına və həmin qətnaməni ədalətsiz hesab etdiyinə görə ödəməmişdir. Hazırda etdiyi əməldən peşmandır, Zeynalova (Quliyeva) Cəmilə İsrafil qızına olan ittiham üzrə olan aliment borcunu tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur, ona görə dəd xahiş edir ki, barəsində olan cinayət işinin icraatına xitam verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zeynalova (Quliyeva) Cəmilə İsrafil qızı göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Fidan və xx.xx.2007-ci il təvəllüdlü Tural adlı övladları anadan olmuşlar. Xasiyyətləri uyğun gəlməmiş, aralarında mübahisələr yarandığından nikah qeydinin ləğvi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər uşağa ayda 100,00 manat məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Şabran rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(031)-1878/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, cərimə edildikdən sonra yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək 3570,00 manat məbləğində aliment borcunu Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmaqla kifayət qədər qazanc əldə etməsinə baxmayaraq qəsdən ödəməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona olan 3570 manat məbləğində aliment borcunu tam olaraq ödəmişdir. Hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 Minralbəy oğlu göstərdi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər uşağa ayda 100,00 manat məbləğində alimentin alınaraq X2 ödənilməsinə dair Şabran rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(031)-1878/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, cərimə edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək tələbkar Zeynalova (Quliyeva) Cəmilə İsrafil qızına 3570,00 manat məbləğində aliment borcunu ödəməmiş, ona maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnamələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişdən, Şabran rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Şabran rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(031)-1878/2016 qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 218507 saylı və AZ-İV seriyalı 218508 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə Fidan və xx xxxxxxxx 2007-ci il tarixdə Tural adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 2265 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 mənzil 10 ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 2268 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zeynalova (Quliyeva) Cəmilə İsrafil qızının xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona olan 3570 manat aliment borcunu tam ödəmişdir. Odur ki, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 72.2-ci madddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə olan aliment borcunu tam ödədiyindən onun barəsində cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346-347, 356-cı maddələrini rəhbər tuturaq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-28/2020
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-28/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver