Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-28/2021 29.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1 Nəsrəddin oğlunun, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2000-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu Şahnəzərli kəndində daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayının təxminən axırlarında saat 14 radələrində yaşadığı Şabran rayonu Şahnəzərli kəndində öz cinsi ehtirasını təmin etmək niyyəti ilə xx.xx.2003-cü il təvəllüdlü olmaqla 15 (on beş) yaşlı həmkəndlisi, kənd orta məktəbinin 10cu sinif şagirdi Zərərçəkmiş şəxs onun yaşadığı evin qarşısında «səninlə işim var» bəhanəsi ilə yaxınlaşaraq bir məktəbə oxuyan həmkəndlililəri ilə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onda onun haqqında məlumatın olduğunu bildirərək onunla da qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif etmiş, təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla hədələyib yaşadığı evin yaxınlığında yerləşən məhəlləni su ilə təmin edən çənin yanına aparımış, orada kol-kosun arasında əynindəki şalvarı və tumanı çıxarıb ereksiya vəziyyətində olan cinsiyyət üzvünü onun ağız boşluğuna yeridib öz cinsi ehtirasını təmin etmiş, bununla da zor tətbiq etmədən və ya belə zor tətbiq etmə hədəsinə yol vermədən 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən, 2018-ci ilin noyabrın təxminən əvəllərində saat 15 radələrində, yaşadığı Şabran rayonu Şahnəzərli kəndində öz cinsi ehtirasını təmin etmək niyyəti ilə xx.xx.2003-cü il təvəllüdlü olmaqla 15 (on beş) yaşlı həmkəndlisi, kənd orta məktəbinin 10-cu sinif şagirdi Zərərçəkmiş şəxs onun yaşadığı evin qarşısında «səninlə işim var» bəhanəsi ilə yaxınlaşaraq eyni üsulla, yəni bir məktəbdə oxuyan həmkəndlililəri ilə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onda onun haqqında məlumatın olduğunu bildirərək onunla da qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif etmiş, təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla hədələyib onu yaşadığı evin yaxınlığında yerləşən Şahid5 bağ sahəsinə aparımış, orada kol-kosun arasında əynindəki şalvarı və tumanı çıxarıb ereksiya vəziyyətində olan cinsiyyət üzvünü onun ağız boşluğuna yeridib öz cinsi ehtirasını təmin etmiş, bununla da zor tətbiq etmədən və ya belə zor tətbiq etmə hədəsinə yol vermədən 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şabran rayonu Şahnəzərli kəndində anası ilə birlikdə yaşayır, subaydır və heç bir yerdə işləmir. Ailədə bacı və qardaşı yoxdur. Təxminən bir yaşı olanda atası anasından ayırılmış və həmin vaxtdan anası Şəfaqətlə birlikdə yaşayır. Ayağında düzdabanlıq xəstəliyi olduğuna görə hərbi xidmətə getməmişdir. 2018-ci ildə Şabran rayonu Şahnəzərli kənd orta məktəbin 11-ci sinifi bitirmiş və hal-hazırda heç bir yerdə işləmir. Məktəbdə oxuduğu zamanlar onunla bir sinifdə İbrahim, Nihad, İlkin, Şəmşir, Mircəlal, Ümüd Əbilov, Kamal, Hacı, Hüseyn və Raminin oğlu Laçın adlı uşaqlar oxumuşdur. Kəndlərində yaşayan Zərərçəkmiş şəxs yaxşı tanıyır və aralarında şəxsən ədavət olmasa da, ailələri arasında torpaq mübahisələri mövcuddur. Məktəbdə təhsil aldığı zamanlar Habilin oğlu Aqil ondan aşağı sinifdə oxumuş və onu normal uşaq kimi tanımşdır. Lakin onunla heç bir münasibəti və heç bir ünsiyyəti olmamışdır. Təxminən 5-6 il bundan əvvəl, yəni 12-13 yaşı olarkən kənd uşaqları ilə birlikdə məktəbin yanındakı idman meydançasında futbol oynayarkən həmin zaman Aqil də onlarla birlikdə futbol oynamışdır. Heç vaxt Aqilə qarşı nalayiq hərəkətlər etməmiş və onun barəsində dedikləri hamısı yalan və böhtandır. Zərərçəkmiş şəxsin atası Şahid1 başqa kənd uşaqlarına qarşı ifadə verməyəcəyi təqdirdə onunla bağlı şikayət verəcəyini ona bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, Şabran rayonu, Şahnəzərli kəndində valideynləri və yaşca özündən kiçik olan Pərvin adlı bacısı ilə birlikdə yaşayır. Atası Şabran rayonu Şahnəzərli kənd ərazisində yerləşən "Qədim Şabran" qoruğunda mühafizəçi işləyir, anası heç bir yerdə işləmir. Bacısı kənd orta məktəbinin 9-cu sinifində, özü isə həmin məktəbin 10-cu sinfində təhsil alır. Dərslərə davamiyyəti yaxşı, qiymətləri orta səviyyədədir. Məktəbdə dərsləri birinci növbə olduğundan hər gün səhər saat 08:30-da başlayıb, dərs saatlarından aslı olaraq saat 13:30, bəzən isə 14:15-də bitir. 2018-ci ilin təxminən iyul ayının axırlarında saat 14 radələrində küçədə yaşadığı evin qapısı qarşısında olduğu zaman kənd məktəbində oxumuş, həm də qohumu olan Təqsirləndirilən şəxs onu çağırmışdır. Ümidə yaxınlaşdıqda sonuncu, ona qarşı kənd uşaqlarının etdiyi nalayiq hərəkətlər barədə eşitdiyini və bu barədə başqalarına deyərək onu biabır edəcəyini bildirərək onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. O, Ümidə etiraz etmək istəsə də, onun bu barədə başqalarına deyəcəyini və onu biabır edəyini fikriləşərək Ümidlə razılaşmışdır. Bundan sonra Ümidlə birlikdə yaşadığı evin yaxınlığındakı su çəninin altına keçmişdir. Ümid orada öz şalvarını aşağı çəkib və cinsiyyət orqanını ağzına almağını istəmişdir. Onun dediyi kimi aşağı əyildikdən sonra o, cinsiyyət orqanını onun ağzına soxmuş və təxminən 5 dəqiqə cinsiyyət orqanı ilə hərəkətlər etdikdən sonra Ümid cinsiyyət orqanını ağzından çıxardaraq əli ilə tutub, kənara boşaltmışdır. Bundan sonra oradan uzaqlaşaraq öz yaşadıqları evə çıxıb getmişlər. Bundan başqa təxminən 2018-ci ilin noyabr ayının əvəllərində saat 15 radələrində küçədə olduğu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb və yenə də onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Əvvəlcə ona etiraz etmək istəsə də Ümid onun barədə olan məlumatları yayacağını ona dedikdən sonra bundan ehtiyat edərək onunla razılaşmışdır. Bundan sonra Ümidlə birlikdə onun dayısının evinin əks tərəfində yerləşən həmkəndlisi Etibar adlı şəxsin bağ sahəsinə keçmiş və həmin bağ sahəsində kol-kosun arasında Ümid öz şalvarını aşağı çəkərək onun aşağı əyilməsini istəmişdir. Aşağı əyildikdən sonra Ümid cinsiyyət orqanını onun ağzına soxmuş və bir neçə dəqiqə onun cinsiyyət orqanı ilə hərəkətlər etdikdən sonra o, cinsiyyət orqanını ağzından çıxardaraq əli ilə tutub, kənara boşaltmışdır. Bundan sonra ikisi də həmin yerdən uzaqlaşaraq yaşadıqları evə çıxıb getmişlər. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2017-ci ildə Şabran rayonu Şahnəzərli kənd orta məktəbinin 11-ci sinifində təhsil alarkən əmisi oğlu Zərərçəkmiş şəxs həmin məktəbin 7-ci sinfində oxumuşdur. 2017-ci ilin təxminən fevral ayında əmisi oğlu Aqilin məktəbdə Fərid, Sabir və Höccətəli tərəfindən incidildiyini eşitmiş və məktəbə gedərək həmin uşaqları tapıb tənbeh etmişdir. Təxminən 5-6 aydan sonra hərbi xidmətə getmiş və 2019-cu ilin yanvar ayının əvvəllərində hərbi xidmətdən qayıdıb gəldikdən sonra bəzi kənd uşaqlarının Aqillə birlikdə gəzdiklərini görüb bundan şübhələnmiş və bu səbəbdən Aqillə söhbət etmişdir. Söhbət zamanı Aqil ona məktəbin müxtəlif yerlərində məktəb şagirdlərinin ona qarşı əxlaqsız hərəkətlər etdiklərini etiraf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs kənd uşaqlarından Fərid, Sabir, Höccətəli, Müslüm, İbrahim, İlkin, Laçın, Ramazan, Təqsirləndirilən şəxs, Nihad Bədəlov, Seymur Nəsirov və təhsil aldığı orta məktəbin digər şagirdlərin məktəbdə və başqa yerlərdə ona qarşı seksual xarakterli hərəkətlər edərək onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Aqildən bunları öyrəndikdən sonra bu barədə onun atası Habilə məlumat vermiş və bundan sonra Şahid1 bu barədə Şabran rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx xxxx 2019cu il tarixdə axşam saat 21 radələrində yaşadığı evdə olarkən əmisi Habil ona zəng edib və Aqili də özü ilə götürərək kəndin idman meydançasının yanına gəlməsini ondan xahiş etmişdir. Aqili evlərindən çağırdıqdan sonra onunla birlikdə idman meydançasının yaxınlığına gəlmiş və orada əmisi Habili, həmkədlisi Nihad Bədəlovu və qohumu Rəhim Hüseynovu görmüşdür. Nihad Bədəlovla təxminən bir saata yaxın söhbət etdikdən sonra o, bir dəfə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakı hərəkətlər etməsini etiraf etmişdir. Həmin söhbət zamanı Nihad Bədəlova qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Nəsrəddin oğlu göstərdi ki, Şabran rayonu Şahnəzərli kəndində ailəsi ilə birlikdə yaşayır və Şabran şəhər Tarixdiyarşünaslıq qoruğunda mühafizəçi işləyir. xx.xx.2003-cü il təvəllüdlü Aqil adlı oğlu Şahnəzərli kənd orta məktəbində təhsil alır. xx xxxx 2019-cu il tarixdə qohumu Şahid2 onun yanına gələrək məktəb şagirdlərinin oğlu Aqilə qarşı seksual xarakterli hərəkətlər etməsi barədə ona demişdir. Bundan sonra oğlu Aqil ilə söhbət zamanı o, xx xxxxxx 2019-cu il tarixdə məktəbin idman dərsində olduğu zaman 11-ci sinif şagirdləri Sabir, Fərid və Höcətəli adlı şəxslərin ona qarşı seksual hərəkətlər etdiklərini bildirmişdir. Bu səbəbdən o, Şabran rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə ilə bağlı oğlu ilə ətraflı söhbət edərkən ona bəlli olmuşdur ki, 2014-cü ildən başlayaraq 2019-cu ilin fevral ayının sonunadək olan dövr ərzində bir çox məktəb şagirdləri Aqilə qarşı əxlaqsız hərəktlər etmişlər. Həmin uşaqların arasında İbrahim, İlkin, Nihad Bədəlov, Müslüm, Hüseynov, Fərid Xalıqov, Ramazan Həsirov, Mahmud, Seymur Nəsirov, Laçın Mütəllimov, Laçın İbrahimov, Şəmşir İbrahimov, Sabir Həmidov, Təqsirləndirilən şəxs və başqaları olmuşdur. Həmin şəxslərin adlarını daha da dəqiqləşdirmək məqsədilə xx xxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində həmkəndlisi – yetkinlik yaşına çatmayan Nihad Bədəlovun mobil telefonuna zəng edərək onu küçəyə çağırmış və aralarındakı söhbət zamanı o, bir dəfə Aqilə qarşı belə əxlaqsız hərəkətlər etməsini təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Şabran rayonu Şahnəzərli kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Yaşadığı ev Şahid1 yaşadığı evin yaxınlığında yerləşir və onun yaşadığı evin yaxınlığında 0,8 ha özünə məxsus torpaq sahəsi vardır. Həmin sahə açıqdadır və oranın çəpəri yoxdur. Həmin torpaq sahəsi evindən təxminən 200-300 metr aralıda yerləşir və həmin sahəni kol-kos basmışdır. Torpaq sahəsini çoxlu kol-kos basdığından onun yaşadığı evdən həmin sahə görünmür və buna görə də Aqilə qarşı əxlaqsız hərəkətlər edilməsini görməmişdir. 2019-cu ildə kənd uşaqlarının həmkəndlisi Şahid1 oğlu Zərərçəkmiş şəxs qarşı nalayiq yəni əxlaqsız hərəkətlər etməsi ona məlum olmuşdur. 2018-ci ilin noyabrın təxminən əvəllərində, saat 15 radələrində Təqsirləndirilən şəxs həmkəndlisi Şahid1 oğlu Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hər hansı bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayonu Şahnəzərli kənd orta məktəbinin direktoru vəzifəsində işləyən X2 göstərdi ki, Zərərçəkmiş şəxs kənd sakini və məktəbin şagirdi kimi tanımış, onun valideyinləri ilə hər hansı ədavəti olmamışdır. Zərərçəkmiş şəxs dərsə davamiyyəti qaydasında olsa da həmyaşıdları ilə ünsiyyət problemi olduğunu, daha çox yaşca özündən kiçik uşaqlarla ünsiyyət qurduğunu müşahidə etmiş, bu barədə onun atası Şahid1 bildirmişdir. Şahid1 2018-ci ilin sonları və 2019-cu ilin əvvəllərində tez-tez məktəbə gələrək oğlu Aqillə maraqlanmış, oğlunun dərsdə olubolmamasını yoxlamışdır. Hətta 2019-cu ilin yanvar ayında Şahid1 icazəsiz olaraq məktəbə daxil olmuş, Şəhla müəllimənin dərsindən şagird Ramazan Nəsirovu çölə çıxararaq məktəbin həyətində yerləşən kənd icra nümayəndəliyinin inzibati binasına apararaq orada onu qorxutmuşdur. Sonradan Habil hərəkətlərinə görə ondan və dərs hissə müdiri Zülfiyyə müəllimədən üzr istədiyinə görə bu barədə hüquqmühafizə orqanlarına müraciət etməmişlər. Şahid1 onlara bildirmişdir ki, Ramazan Nəsirov onun oğlu Aqili ələ saldığı üçün ona qarşı elə hərəkət etmişdir. Zərərçəkmiş şəxs qarşı hər hansı əxlaqsız hərəkətlər edildiyini görməmiş və eşitməmişdir. Məktəbdə dərslər cədvəl üzrə keçirilmiş, hər hansı səbəbdən müəllim dərsə gəlmədikdə onu başqa müəllim əvəz etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 şahid Finurə Ələsgərovanın ifadəsində göstərdiklərini bir daha təsdiq edərək analoji ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş komisiyon məhkəmə-tibb ekspertizasının xx xxxx 2019-cu il tarixli 121 saylı rəyinə əsasən 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsindəki şüavari büküşlərin hamarlaşması, arxa keçəcəyin büzücü əzələsinin (sfinktorun) boşalması və düz bağırsağın selikli qişasının 1.5-2,0 sm-ə qədər açılması onunla dəfələrlə qeyri təbii yolla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olunmasına dəlalət edir. Sonuncu cinsi əlaqənin guman olunan vaxtdan (xx.xx.2019-cu il) məhkəmə-ekspertizasının keçrilməsinədək 15 gün vaxt keçdiyindən, təlimata əsasən Zərərçəkmiş şəxs düz bağırsaq möhtəviyyatından spermatozoidlərin təyini üçün tampon və yaxmalar götürülməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 40 saylı rəyinə əsasən 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarətin izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək anomaliya və ya patologiya aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş kompleks amblator məhkəmə-psixatirik və məhkəmə-psixoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 402 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməllər dövründə hər hansı bir psixi xəstəliyin və kəmağıllığın əlamətləri qeydə alınmayıb. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavrayaraq və onlar barəsində obyektiv ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs psixatirik yardıma ehtiyacı yoxdur. Baş vermiş hadisələrlə bağlı psixoloji problemlərin yaranma ehtimalı nəzərə alınaraq psixoloqun konsultasiyası tövsiyyə olunur. Həmin rəydən həmçinin görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə, araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs az ünsiyyətçilik, acizlik, iradi zəiflik, özünə qarşı hörmət tələb edə bilməmək, səthilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində fantaziyaya, özündən uydurmağa patoloji meyillik müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs əqli və inkişafı normaya uyğundur, psixi xəstəliklə əlaqədar olan və olmayan gerilik əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxsla aparılmış psixoloji testlərin nəticəsinə görə onun səmimi olması qənaətinə gəlmək mümkündür. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən və etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs bu hadisə barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən hadisələr zamanı psixi-emosional vəziyyətində qorxu, narahatlıq, gərginlik yarana bilərdi. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş ambulator-məhkəmə psixiatirik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 172 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən psixi pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs onda aşkar edilən üzvi şəxsiyyət pozuntusu diaqnozlu xəstəliklə əlaqədar o, öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 512/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus idman şalvarı üzərindəki ləkələrdə qan və spermatazoidlər aşkar olunmamış, həmin şalvar üzərində həmçinin tərə şübhəli ləkələr aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məxsus cins şalvar, sviter və qısaqol mayka üzərində qana, tərə və spermaya şübhəli ləkələr aşkar olunmamışdır. İş materiallarında olan Şahid1 Nüsrəddin oğlunun notariat qaydasında təsdiqlənmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran rayonu İH-nin Şahnəzərli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Şahnəzərli kəndində anası X1 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayonu İH-nin Şahnəzərli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2000-ci il tarixdə Şabran şəhərində doğulmuş, Şabran rayonu Şahnəzərli kəndində qeydiyyatdadır. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 4(031)- 5/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının müddəti xx xxxxxx 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etirafedici ifadəsilə, yanaşı zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.9 və 59.1.12-ci maddələrinə əsasən cinayəti törədərkən yetkinlik yaşına çatmayan olması, cinayəti törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu halında olması və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi və barəsində CM-nin 70-ci maddəsi tədbiq edilərək ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanıldığı bir günə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixdək ev dustaqlığında saxlanıldığı müddət azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla üzərində 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddətinə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası onun yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-28/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-28/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver