Məhkəmə qərarları › İş №1(031)-28/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-28/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-28/2025 06.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs (bundan sonra MMC) nümayəndəsi X4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1990-cı il tarixdə Dəvəçi rayonunun Gəndab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, Şabran rayonu, Gəndov kəndində qeydiyyatda olan və faktiki olaraq həmin kənddə yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1977-ci il tarixdə Dəvəçi rayonunun Gəndab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, Şabran rayonu, Gəndov kəndində qeydiyyatda olan və faktiki olaraq həmin kənddə yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1990-cı il tarixdə Dəvəçi rayonunun Gəndab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, Şabran rayonu, Gəndov kəndində qeydiyyatda olan və faktiki olaraq həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MMC-də mühafizəçi işləyən Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində damlamaçı işlədiyi və X4 rəhbərlik etdiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus Şabran rayonunun Gəndov kəndi ərazisində yerləşən meyvə bağından dəyəri 867 manat olan 17 kisə “Map” gübrəsini mühafizəçi Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs3 məxsus “LADA 21-26” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yükləyərək meyvə bağından çıxartdıqdan sonra “LADA 21-26” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cinayətdən xəbərsiz olan Şahid4 yaşadığı Xaçmaz şəhərinin Borçalı küçəsində yerləşən 42 nömrəli evə sürdürüb gübrələri avtomobildən boşaldaraq Şahid4 satmaqla əldə etdikləri vəsaiti öz aralarında qabaqcadan razılaşdırılmış qaydada bölərək zərər çəkmiş şəxs olan Zərərçəkmiş şəxs MMC-yə 867 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MMC-də mühafizəçi işləyən Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində damlamaçı işlədiyi və X4 rəhbərlik etdiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus Şabran rayonunun Gəndov kəndi ərazisində yerləşən meyvə bağından dəyəri 2346 manat olan 46 kisə “Map” gübrəsini və dəyəri 525 manat olan “Azotu” mühafizəçi Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayətdən xəbərsiz olan Şahid1 məxsus “Qazel” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək meyvə bağından çıxartdıqdan sonra həmin avtomobili Şahid4 yaşadığı Xaçmaz şəhərinin Borçalı küçəsində yerləşən 42 nömrəli evə sürdürüb gübrələri və azotu Təqsirləndirilən şəxs3 ilə birlikdə avtomobildən boşaldaraq Şahid4 satmaqla əldə etdikləri vəsaiti öz aralarında qabaqcadan razılaşdırılmış qaydada bölərək zərər çəkmiş şəxs olan Zərərçəkmiş şəxs MMC-yə 2.871 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışlar. Təqsirləndirilən şəxs2 özgə əmlakım gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MMC-də damlamaçı işləyən Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində mühafizəçi işlədiyi və X4 rəhbərlik etdiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus rayonun Gəndov kəndi ərazisində yerləşən meyvə bağından dəyəri 867 manat olan 17 kisə “Map” gübrəsini damlamaçı Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs3 məxsus “LADA 21-26” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yükləyərək meyvə bağından çıxartdıqdan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin avtomobili cinayətdən xəbərsiz olan Şahid4 yaşadığı Xaçmaz şəhərinin Borçalı küçəsində yerləşən 42 nömrəli evə sürüb gübrələri avtomobildən boşaldıb Şahid4 satmaqla əldə etdikləri vəsaiti öz aralarında qabaqcadan razılaşdırılmış qaydada bölərək zərər çəkmiş şəxs olan Zərərçəkmiş şəxs MMC-yə 867 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MMC-də damlamaçı işləyən Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində mühafizəçi işlədiyi və X4 rəhbərlik etdiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus Şabran rayonunun Gəndov kəndi ərazisində yerləşən meyvə bağından dəyəri 2346 manat olan 46 kisə “Map” gübrəsini və dəyəri 525 manat olan “Azotu” damlamaçı Təqsirləndirilən şəxs1la birlikdə cinayətdən xəbərsiz olan Şahid1 məxsus “Qazel” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yükləyərək meyvə bağından çıxartdıqdan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin avtomobili cinayətdən xəbərsiz olan Şahid4 yaşadığı Xaçmaz şəhərimim Borçalı küçəsində yerləşən 42 nömrəli evə sürüb gübrələri və azotu avtomobildən boşaldıb Şahid4 satmaqla əldə etdikləri vəsaiti öz aralarında qabaqcadan razılaşdırılmış qaydada bölərək zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs MMC-yə 2871 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışlar. Təqsirləndirilən şəxs3 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MMC-də damlamaçı işləyən tanışı Təqsirləndirilən şəxs1 və mühafizəçi işləyən həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində X4 rəhbərlik etdiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus Şabran rayonunun Gəndov kəndi ərazisində yerləşən meyvə bağından dəyəri 867 manat olan 17 kisə “Map” gübrəsinin daşınması üçün özünə məxsus “LADA 21-26” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs1 vermiş, gübrələr Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən həmin avtomobilə yüklənərək meyvə bağından çıxarıldıqdan sonra avtomobili cinayətdən xəbərsiz olan Şahid4 yaşadığı Xaçmaz şəhərinin Borçalı küçəsində yerləşən 42 nömrəli evə sürüb gübrələri Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən boşaldaraq Şahid4 satmaqla əldə etdikləri vəsaiti öz aralarında qabaqcadan razılaşdırılmış qaydada bölərək zərər çəkmiş şəxs olan Zərərçəkmiş şəxs MMC-yə 867 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MMC-də damlamaçı işləyən tanışı Təqsirləndirilən şəxs1 və mühafizəçi işləyən həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində X4 rəhbərlik etdiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus Şabran rayonunun Gəndov kəndi ərazisində yerləşən meyvə bağından dəyəri 2346 manat olan 46 kisə “Map” gübrəsini və dəyəri 525 manat olan “Azot” - un Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayətdən xəbərsiz olan Şahid1 məxsus **-BL-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı nəqliyyat vasitəsinə yüklənərək həmin meyvə bağından çıxarıldıqdan sonra avtomobili Şahid4 yaşadığı Xaçmaz şəhərinin Borçalı küçəsində yerləşən 42 nömrəli evə sürdürüb gübrələri və azotu Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən boşaldaraq Şahid4 satmaqla əldə etdikləri vəsaiti öz aralarında qabaqcadan razılaşdırılmış qaydada bölərək zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs MMC-yə 2871 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışlar. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən mövsümi olaraq Zərərçəkmiş şəxs MMC-də damlamaçı kimi işləmiş, bunun müqabilində 06 (altı) ay ərzində Zərərçəkmiş şəxs MMC-dən əmək haqqı almış, işi ağaclara qrafiklə su və dərman verməkdən ibarət olmuşdur. Onun işlədiyi yerdə damlama otağında kisə ilə gübrələr olmuş və o, həmin gübrələri ağaclara vermişdir. xx.xx.2025-ci il tarixdə, saat 16:00 radələrində o, həmkəndlisi və sinif yoldaşı İlyasa zəng edərək ona axşam bağdan gübrə çıxarmaq istədiyini və buna görə ona avtomobil lazım olduğunu demiş, İlyasa gübrəni satmaq üçün müştəri tanışının olub-olmamasını soruşmuşdur. İlyas Nail adlı Xaçmaz rayon sakinini tanıdığını, onunla danışa biləcəyini demişdir. İlyasa 50 manat pul verəcəyini demiş və İlyas onunla razılaşmışdır. Daha sonra bağda mühafizəçi işləyən Cavidə oğurluq etmək fikrini, ona 60 manat verəcəyini demiş, Cavid ona göz yumacağını bildirmişdir. O, həmin günü saat 20:00 radələrində İlyasa məxsus “LADA 21-26” markalı avtomobili kənddə olan çayxananın qarşısından götürərək bağa qayıtmış, oradan 17 kisə “map” adlı gübrəni həmin avtomobilə yükləyərək yola çıxmış, yolda gözləyən İlyası avtomobilə mindirmiş, magistral yola çıxdıqdan sonra avtomobili İlyas idarə etmişdir. Onlar Nailin yaşadığı Xaçmaz rayonunda yerləşən fərdi yaşayış evinə getmiş, İlyas yolu Naildən öyrənmiş, gübrəni Nailin qapısına boşaltmışlar. Gübrəyə görə Naildən 680 manat pul almağa razılaşmış, Nail pulu karta ata biləcəyini demiş, ortaq tanışları olan İlkinin kart hesabına pulu göndərməsini istəmişdir. Növbəti gün Nail 680 manatı İlkinə məxsus kart hesabına göndərmişdir. Həmin puldan 100 manatını İlkinə, 60 manatını Cavidə, 50 manatını İlyasa vermişdir. İlkinin oğurluqdan xəbəri olmamışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində bağda olan 21 kisə azot və 46 kisə “map” gübrəsini oğurlamaq qərarına gəlmiş, Cavidə bu barədə demiş, Cavid onunla razılaşmış, Cavidə bunun müqabilində 100 manat verəcəyini bildirmişdir. Sonra İlyasa bu barədə demiş və Xaçmazda gübrəni boşaltmaq müqabilində ona 35-40 manat verəcəyini bildirmişdir. İlkinə zəng edərək özünə məxsus gübrələri satmaq istədiyini, bu barədə Nail ilə danışmasını istəmişdir. Gübrə sayı çox olduğu üçün həmkəndlisi Şahid1 özünə azot və map gübrələrini Xaçmaz rayonuna aparmaq lazım olduğunu, onun “Qazel” markalı avtomobili ilə həmin yükü aparmaq müqabilində 150 manat pul verəcəyini bildirmişdir. Ceyhun onunla razılaşmışdır. Bundan sonra həmin günü saat 20:00 radələrində Ceyhun Qazel markalı avtomobil ilə bağ sahəsinə gəlmiş və o, Cavidlə gübrələri avtomobilə yükləmiş, Cavid mühafizədə olduğu üçün onunla gələ bilməmişdir. Saat 21:00 radələrində bağdan çıxmış, yolda bələdçilik etməsi üçün İlyası özləri ilə aparmış, Xaçmaz rayonuna Nail adlı şəxsin evinə getmişlər. Həmin şəxsin qapısına gübrələri o, İlyasla birlikdə boşaltmış, bunun müqabilində Nail ilə 2190 manat pul verməklə bağlı razılaşmış və Nailə həmin pulu İlkinin kartına atmasını demişdir. Ümumi olaraq Zərərçəkmiş şəxs MMC-yə məxsus meyvə bağından xx.xx.2025ci il tarixdə 17 ədəd “map” gübrəsi, xx.xx.2025-ci il tarixdə isə 46 ədəd “map” gübrəsi və 21 ədəd azot gübrəsi oğurlamışdırlar. Nail adlı şəxssə gübrələrin oğurluq olduğunu deməmiş, Şahid1 və İlkin adlı şəxsin gübrələrin oğurluq olması barədə məlumatı olmamış, həmin şəxslərə gübrələrin özünə məxsus olduğunu demişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxsə dəymiş maddi ziyan tərəflərindən ödənilmiş və aralarında barışıq əldə edilmişdir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-yə məxsus Şabran rayonunun Gəndov kəndi ərazisində yerləşən bağda mühafizəçi işləmiş, xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində həmin bağda damlamaçı işləyən Yasin ona oradan gübrə oğurlamaq istədiyini demiş və o, buna etiraz etməmiş və göz yumacağımı bildirmişdir. Bundan sonra Yasin həmkəndliləri İlyasa məxsus avtomobil ilə bağa gəlmiş, ona gübrələri avtomobilə yükləməyə kömək etmiş, Yasin buna görə ona 60 manat pul vermişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Yasin ona yenidən bağdan gübrə çıxartmaq istədiyini demiş, ona 100 manat verəcəyini bildirmişdir. Bu şərtlərlə o, onunla razılaşmışdır. Yasin ora həmkəndliləri Ceyhunu çağırmış, Ceyhun “Qazel” markalı avtomobil ilə ora gəlmiş, Yasinə gübrələri avtomobilə yükləməyə kömək etmiş, daha sonra onlar saat 22:00 radələrində bağdan çıxmış, o, bağda mühafizədə qalmışdır. Zərərçəkmiş şəxs MMC-yə məxsus bağdan ümumilikdə xx.xx.2025-ci il tarixdə 17 kisə “map”, xx.xx.2025-ci il tarixdə isə 21 kisə azot və 46 kisə map gübrəsi oğurlamışlar və həmin gübrələr Xaçmaz rayon sakini Nail adlı şəxsə satılmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyan tərəflərindən ödənilmiş və aralarında barışıq əldə edilmişdir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmkəndlisi və sinif yoldaşı Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə, saat 16:00 radələrində ona zəng edərək bağdan oğurluq etmək istədiyini, ona avtomobil lazım olduğunu, həmçinin buna görə müştəri tapmaq lazım olduğunu demişdir. Bundan sonra o, tanışı Xaçmaz rayon sakini Nailin gübrə ala biləcəyini demiş və onunla danışmışdır. Nail gübrə almaq istədiyini ona bildirmişdir. O, özünə məxsus “Lada 21-26” markalı avtomobili çayxananın qarşısında saxlamış, Yasin gəlib avtomobili götürmüş və gübrələri yüklədikdən sonra yolda onu avtomobilə mindirmişdir. Magistral yolda avtomobili o idarə edtmişdir. Onlar Nailin yaşadığı Xaçmaz rayonuna getmiş, orada birlilikdə gübrələri Nailin qapısına boşaltmış, yekunda Yasin ona 50 manat pul vermişdir. xx.xx.2025-ci il tarixdə günorta vaxtı Yasin ona Cavid adlı şəxsin telefonu ilə zəng edərək oğurluq gübrə və azot olduğunu, gübrəni Xaçmaz rayonuna aparıb boşaltmağa kömək etmək lazım olduğunu, bunun müqabilində ona 35-40 manat pul verəcəyini, zəng etdikdə yola çıxmağını demişdir. O, çayxanada oturub gözləmiş, axşam tərəfi Yasin ona Cavidin telefonu ilə zəng edərək yola çıxmağını demişdir. Yola tərəf gedib gözləmiş, onlar, yəni Ceyhun, Yasin Ceyhuna məxsus “Qazell” markalı avtomobil ilə gələrək onu yoldan götürmüş, Xaçmaz rayonuna Nailin yaşadığı evə getmişlər. Nail telefonda yolu onlara izah etmişdir. Ora çatdıqdan sonra yük yerində olan gübrələri boşaltmış, gübrələri boşaltdıqdan sonra avtomobilə əyləşərək Şabran rayonuna qayıtmışlar. Daha sonra həmin günü saat 23:00 radələrində Zərərçəkmiş şəxs MMC-də mühafizəçi işləyən Cavid ona zəng edərək ona siqaret lazım olduğunu demiş, avtomobildə olan “Maqna" markalı siqareti aparıb ona vermişdir. Gübrənin oğurluq olması barədə Nailə və Ceyhuna məlumat verməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyan tərəflərindən ödənilmiş və aralarında barışıq əldə edilmişdir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməlləri, özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin və iş üzrə dindirilmiş şahid ifadələri, baxış və ifadələrin yerində yoxlanılması protokolları və cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X14 ifadəsində göstərmişdir ki, o, Şabran rayonunun Gəndov kəndində yerləşən TURAZ MMC-nin rəhbəridir. TURAZ MMC meyvəçilik işi ilə məşğul olur. Belə ki, onun Şabran rayonunun Gəndov kəndində 50 hektar torpaq sahəsində meyvə bağı var. Həmin meyvə bağında 20 nəfər yaxın işçisi vardır. O, mütəmadi olaraq həmin meyvə bağına nəzarət üçün gedib-gəlir, həmçinin meyvə ağaclarının inkişafına kömək etməsi üçün azot, map gübrəsini özü alıb həmin bağa gətizdirir, sonuncu dəfə o, anbardan bağa 23 kisə azot 46 kisə map gübrəsini xx.xx.2025-ci il tarixdə gətirmişdir. İşçilər həmin gübrələri müəyyən edilmiş saatlarda ağaclara verməlidir. Orada suvarmanı damcı sistemi etdirmiş, ağaclar gün ərzində 1 saat su, 1 saat gübrə və 1 saat da yenidən su olmaqla ümumilikdə 3 saat suvarılırmış. Bağa gətirdiyi gübrələr və azotlar meyvə bağına 02 (iki) gün ərzində verilməlidir. Lakin o, axşam saatlarında bağa getdiyi zaman orada cəmi 02 kisə azot qaldığını aşkar etmiş, damlama işçinə baxan işçisi Yasindən kisələrin harada olmasını soruşmuş, Yasin ona bütün kisələri meyvə bağına verdiyini bildirmiş, ondan boş kisələri göstərməsini istəmiş, bu zaman Yasin ona boş kisələri yandırdığını demişdir. O, azot və map gübrəsini ağaclara verilmədiyini oğurlandığını fikirləşmişdir. Lakin əlində sübut olmadığı üçün Yasinə bu barədə heçnə deməmiş, növbəti gün yenidən bağa getmiş, map gübrələrin və azotların oğurlanmasını düşündüyü üçün polisə məlumat vermək qərarına gəlmişdir. Buna görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. O, azotu və map gübrələrini qaimə ilə almış, azotun 1 kisəsi 25 manat, map gübrəsinin 1 kisəsi isə 51 manatdır. 21 kisə azot və 46 kisə map gübrəsinin oğurlanması ilə bağlı ona ümumilikdə 2871 manat maddi ziyan dəymişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə də rəhbəri olduğu TURAZ MMC-dən 17 kisə “Map” gübrəsi oğurlanmış, həmin gübrələrin oğurlanması ilə ona 867 manat maddi ziyan dəymişdir. Ona azotların oğurlanması ilə 525 manat, map gübrələrinin oğurlanması ilə isə 3213 manat ümumilikdə 3738 manat maddi ziyan dəymişdir. Lakin hazırda TURAZ MMC-yə dəymiş maddi ziya tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxslərlə aralarında barışıq əldə edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 21:30 radələrində qardaşı Ceyhun ona zəng edərək Xaçmaz rayonuna apardığı gübrənin oğurluq olmasını öyrəndiyini, həmin işlə bağlı oğurluq edən şəxslərin polis tərəfindən tutulduğunu, orada olan gübrəni geri gətirmək lazım olduğunu, buna görə İlkin adlı həmkəndlisi ilə görüşüb ora getməyini demiş və o, Şabran rayonunun Gəndov kəndində dayancaqda olan İlkini özünə məxsus **-BL-*** dövlət qeydiyyat nişanlı “Qazell” markalı avtomobil ilə götürmüş və İlkinin dediyi yerə, Xaçmaz rayonuna Nail adlı şəxsin yaşadığı ünvana aparmışdır. İlkin həmin ünvanı Nail adlı şəxslə telefon əlaqəsi saxlayaraq öyrənib ona demişdir. O, avtomobildə oturmuş, İlkin Nail ilə söhbət etmiş, bundan sonra İlkin ona yükü Nailin evinin qarşısına gətirəcəklərini, gözləmək lazım olduğunu demiş, onlar orada gözləyərkən polis əməkdaşları ora gəlmiş, daha sonra həmin yerə başqa bir “Qazel” markalı avtomobil gübrələri gətirmişdir. xx.xx.2025-ci il tarixdə, saat 21:30 radələrində qardaşı Cavid ona zəng etdikdən sonra gübrələrin oğurluq olmasını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Yasin onun həmkəndlisi, həmçinin iş yoldaşıdır. Yasin xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində ona zəng edərək kart hesabını ona göndərdiyi nömrəyə atmağını istəmişdir. O, nömrəni gördükdə həmin nömrənin əvvəllər Xaçmaz rayonundan gübrə aldığı mağazada işləyən Nail adlı şəxsə məxsus olduğunu bilmiş, həmin nömrəyə kartını atmış, 10-15 dəqiqə sonra kartına 680 manat pul köçmüş, kartı Yasinə vermiş, Yasin, kartdan pulu çıxarmış və ona kartı verdiyi üçün 50 manat pul vermək istəmiş, lakin o, Yasinə 100 manata ehtiyacı olduğunu dediyi üçün Yasin ona 100 manat pul vermişdir. O, Yasinə Naili tanıdığını, əvvəllər Xaçmaz rayonunda gübrə mağazasında işləyən zaman ondan gübrə aldığını bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə axşam vaxtı Yasin ona zəng edərək Xaçmaza getdiyini, özünə məxsus gübrəni satmaq istədiyini, Nailə zəng edərək Xaçmaza gübrə apardığını, almaq istəyib-istəmədiyini soruşmasını istəmişdir. O, Nailə zəng edərək Yasinin gübrə gətirdiyini dedikdə, Nail almaq istədiyini ona demişdir. Növbəti gün saat 14:00 radələrində onun kart hesabına Nail tərəfindən 2136 manat pul göndərilmiş, bu barədə Yasinə demişdir. Yasin axşam vaxtı pulu ondan götürəcəyini demiş, daha sonra o, iş yerinə yəni Zərərçəkmiş şəxs MMC-yə getmiş, orada polis əməkdaşlarını görmüşdür. İşçilərdən Yasinin gübrələri oğurlayıb satdığını öyrənmiş, buna görə də o, gübrənin Xaçmaz rayonuna satılması barədə müəssisəyə məlumat vermiş və gübrənin pulunun onun kartına göndərildiyi üçün yekunda dəymiş ziyan ödənilən zaman gübrənin dəyəri artıq olacağı üçün ən yaxşı çıxış yolunun gübrəni geri alıb pulu qaytarmaq olduğunu fikirləşdiyi üçün pulu Nailin kartına geri göndərərək həmkəndlisi Cavid ilə ona məxsus Qazellə Xaçmaz rayonuna getmişdir. Həmin günü saat 22:00 radələrində ora çatdıqda polis əməkdaşları ora gəlmişdir. Gübrənin oğurlanmasını və oğurluq əməlinin kimlər tərəfindən törədilməsi barədə məlumatsız olmuş, Yasin gübrənin özünə məxsus olduğunu ona demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:00 radələrində ona həmkəndlisi Yasin zəng edərək işlədiyi bağda olan özünə məxsus gübrələri oradan Xaçmaz rayonuna aparmaq lazım olduğunu, bunun müqabilində ona 150 manat pul verəcəyini demiş və o, Yasinlə razılaşmışdır. Həmin günü saat 21:00 radələrində həmin meyvə bağına qardaşı Cavidə məxsus olan etibarnamə əsasında idarə etdiyi **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmüş, lakin avtomobildən düşməmişdir. Yasin və mühafizəçi işləyən Cavid gübrələri avtomobilin yük yerinə yükləmiş, saat 22:00 radələrində Yasin və o, bağ sahəsindən çıxmış, yolda dayanacaqda İlyas avtomobilə əyləşmiş, Xaçmaz rayonuna İlyasın bələdçiliyi ilə getmişlər. Orada da o, avtomobildən düşməmiş, İlyas və Yasin gübrələri boşaltmış, daha sonra yenidən Şabran rayonuna qayıtmışlar. Bundan sonra o, avtomobili yaşadığı Şabran rayonunun Gəndov kəndində evdə saxlamış, növbəti gün saat 20:00 radlərində Bakı şəhərinə işinə görə getmiş, həmin günü saat 21:00 radələrində polis şöbəsindən ona zəng gəlmiş, ona oğurluq gübrələri daşıdığı deyilmiş, bundan sonra o, qardaşı Cavidə zəng edərək Yasinin oğurladığı gübrələri ona oğurluq olduğunu demədən daşıtdırdığı barədə məlumat vermiş və ondan xahiş etmişdir ki, İlkin ilə danışın və Xaçmaz rayonuna getsin. Bundan sonra o, işini yekunlaşdırıb polis şöbəsinə yaxınlaşmışdır. Qeyd olunan gübrənin oğurluq olması ilə bağlı məlumatı olmamış, Yasin ona gübrələrin özünə məxsus olduğunu demişdir. Gübrələri daşımaq müqabilində Yasin ilə 150 manata razılaşmış, lakin ona pul verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 19.4.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hazırki iş üzrə Şahid4 məhkəmə iclasında dindirilməsini tələb etməmiş, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etirazlarının olmadığını qeyd etmişlər. Bununla da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bu hüquqlarından istifadə etməmək niyyəti, habelə bunun onların hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, məhkəmə Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsinin elanı ilə kifayətlənilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş Şahid4 CPM-in 329-cu maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində tanışı İlyas adlı Şabran rayon sakini ona zəng edərək onda gübrə olduğunu, istəyirsə sata biləcəyini demiş, ondan qiymət soruşduqda gübrəni 40 manata satdığını demiş, qiymət münasib olduğu üçün o, razılaşmışdır. Bundan sonra həmin günü saat 22:00 radələrində İlyasa məxsus avtomobil ilə İlyas və tanımadığı digər bir şəxs yaşadığı evə gəlmiş, evin ünvanın telefon vasitəsi ilə İlyasa izah etmişdir. Onlar gübrələri yaşadığı evin həyətyanı sahəsinə boşaltmış, 17 ədəd “map” adlı gübrəyə görə onlara 680 manat pul vermiş, həmin pulu vermək üçün onlardan kart nömrəsi istəmiş, növbəti gün İlkin adlı digər şəxs ona zəng edərək İlyasın pulunu ona mesajla göndərəcəyi kart nömrəsinə atmasını istəmişdir. O, telefonda olan tətbiq vasitəsi ilə pulu İlkinin kart hesabına göndərmişdir. xx.xx.2025-ci il tarixdə İlkin ona zəng edərək tanışı İlyasda gübrə olduğunu, almaq istəyib-istəmədiyini soruşmuş, ondan gübrələrin kimə məxsus olmasını soruşduqda, o, tanışı Yasinə məxsus olduğunu demişdir. Həmin gün saat 22:00 radələrində İlyas və adını sonradan bildiyi Yasin adlı şəxs “Qazel” markalı avtomobil ilə yaşadığı ünvana gəlmiş, İlyas və Yasin 46 ədəd “map” gübrəsini və 21 ədəd azot gübrəsini evinin həyətinə boşaltmış, “Qazel” markalı avtomobilin sürücüsü avtomobildən düşməmiş və ona gübrələrin pulunu İlkinə məxsus karta göndərməyini demişlər. xx.xx.2025-ci il tarixdə, günorta vaxtı Quba-Xaçmaz yolunda olan adını xatırlamadığı marketdə “MilliÖn” terminalından 2176 manat pulu İlkinə məxsus kart hesabına göndərmişdir. Axşam vaxtı evdə olarkən İlkin ona zəng edərək gübrələri geri istədiyini demişdir. Səbəb soruşduqda problem olduğunu, gübrənin sahibinin malı geri istədiyini demişdir. Gübrənin qiymətinin ucuz olması səbəbi ilə başqa müştəri tapdıqları üçün malı geri istədiklərini zənn etmişdir. Ödədiyi pulu geri istəmiş, İlkin pulu ona məxsus karta geri göndərmişdir. Həmin günü saat 22:00 radələrində İlkin Qazel markalı avtomobil ilə evinə gəlmiş, o gübrələri özünə məxsus bağ sahəsinə boşaltdığı üçün tanışı Elnurdan həmin gübrələri bağ sahəsindən avtomobilə yükləyib evə gətirməsini, buna görə ona 50 manat pul verəcəyini demişdir. Elnur onunla razılaşıb gübrələri yükləməyə getmiş, İlkin yaşadığı evin qarşısında olan zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ora gəlmiş, bir neçə dəqiqə sonra Elnur özünə məxsus Qazel markalı avtomobil ilə ora gəlmişdir. Polis əməkdaşları gübrələrə baxış keçirmişdir. Qeyd olunan gübrələrin oğurluq olması barədə məlumatı yalnız xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı evə polis əməkdaşları gəldikdən sonra olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, fakta görə CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). -xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişlər (cinayət işinin İ cildinin 6-cı vərəqəsi). - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və foto cədvəldən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhərinin H. Bağırov küçəsi ərazisində yerləşən nömrəsiz evin qarşısında “Qazel” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində hər birinin ayrılıqda çəkisi 25 kiloqram olan 46 kisədə “Solar Map” markalı gübrə və hər birinin ayrılıqda çəkisi 50 kiloqram olan 21 kisədə “Ultra” markalı gübrə aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 19-20-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus meyvə bağından “map” və “azot” gübrələri oğurlanmışdır (cinayət işinin İ cildinin 34-35-ci vərəqələri). - BD seriyalı, 212872 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2007-ci istehsal tarixli “QAZ 2790” tük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid3 mülkiyyətindədir (cinayət işinin İ cildinin 36-a vərəqəsi). - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən, saat 13:15-dən CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 47-49-cu vərəqələri). - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən, saat 13:30-dan CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 67-69-cu vərəqələri). - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdən, saat 15:25-dən CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 87-89-cu vərəqələri). - xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, X14 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmışdır (cinayət işinin İ cildinin 104-cü vərəqəsi). - ******* nömrəli qaimə fakturadan görünür ki, 01 ədəd 25 kiloqramlıq map gübrəsinin qiyməti 51 manat təşkil edir (cinayət işinin İ cildinin 115-ci vərəqəsi). - ******* nömrəli qaimə fakturadan görünür ki, 01 ədəd 50 kiloqramlıq azot gübrəsinin, yəni ammonium nitratın qiyməti 25 manat təşkil edir (cinayət işinin İ cildinin 116cıvərəqəsi). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 119cu vərəqəsi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 121-123-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2025-ci il tarixdən, saat 13:15-dən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 139-141-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 142-144-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2025-ci il tarixdən, saat 13:30-dan hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 164-167-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 168-170-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin X12 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə, saat 14:50-də Şabran Rayon Polis X10 Yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 180-182-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-yə məxsus Şabran rayonunun Gəndov kəndi ərazisində yerləşən meyvə bağından xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə map və azot göbrələrini oğurladığını ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı bir daha təsdiq etmişdir (cinayət işinin İ cildinin 185-187-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs MMC-yə məxsus Şabran rayonunun Gəndov kəndi ərazisində yerləşən meyvə bağından xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə map və azot göbrələrini oğurladığını ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı bir daha təsdiq etmişdir (cinayət işinin İ cildinin 188-190-cu vərəqələri). - xx.xx.2025-ci il tarixli aktdan və foto cədvəldən görünür ki, 21 kisə azot və 46 kisə map gübrəsi xx.xx.2025-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X8 təhvil verilmişdir (cinayət işinin İ cildinin 191-192-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 128-ci maddəsi ilə 360 saat ictimai işlər cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə həmin cəzanın müddətı başa catmışdır (cinayət işinin İ cildinin 199cu vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 1(031)-17/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 360 (üç yüz altmış) saat müddətinə ictimai işlər cəzası təyin edilmişdir (cinayət işinin İ cildinin 200-202-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin İ cildinin 203-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin İ cildinin 204-cü vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Gəndov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-4/2-227/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 atası xx.xx.1960-cı il təvəllüdlü X3, anası xx.xx.1959-cu il təvəllüdlü X5, qardaşı xx.xx.1987-ci il təvəllüdlü X2 və bacısı xx.xx.1988-ci il təvəllüdlü X1 ibarət ailə tərkibi ilə birlikdə Şabran rayonunun Gəndov kəndində yaşayır (cinayət işinin İ cildinin 206-cı vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Gəndov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, xasiyyətnamədən, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 207-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Gəndov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-4/2-226/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 atası xx.xx.1962-ci il təvəllüdlü X20, anası xx.xx.1968-ci il təvəllüdlü X15, arvadı xx.xx.1989-cu il təvəllüdlü X16, oğlu xx.xx.2015-ci il təvəllüdlü X22 və qızı xx.xx.2019-cu il təvəllüdlü X9 ibarət ailə tərkibi ilə birlikdə Şabran rayonunun Gəndov kəndində yaşayır (cinayət işinin İ cildinin 208-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Gəndov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, xasiyyətnamədən, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 209-cu vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Gəndov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-74-4/2-225/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 atası xx.xx.1952-ci il təvəllüdlü X17, anası xx.xx.1955-ci il təvəllüdlü X23, arvadı xx.xx.1987-ci il təvəllüdlü X18, oğlu xx.xx.2006-cı il təvəllüdlü X11 və qızı xx.xx.2010-cu il təvəllüdlü X6 ibarət ailə tərkibi ilə birlikdə Şabran rayonunun Gəndov kəndində yaşayır (cinayət işinin İ cildinin 210-cu vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Gəndov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, xasiyyətnamədən, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 209-cu vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 4(031)-15/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şabran Rayon Məhkəməsinin 4(031)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri xx.xx.2025-ci il tarixə kimi ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir (cinayət işinin İ cildinin 214-218-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-14/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şabran Rayon Məhkəməsinin 4(031)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri xx.xx.2025-ci il tarixə kimi ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir (cinayət işinin İ cildinin 219-223-cü vərəqələri). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona dəymiş 3738 manat məbləğində ziyanı ödədiklərini, aralarında barışığın əldə edildiyini və onlardan hər-hansı bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. - xx.xx.2025-ci il tarixli ********* saylı cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərarla 21 kisə azot və 46 kisə map gübrəsinin iş üzrə maddi sübut kimi tanınması və həmin maddi sübutların zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X8 təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır (cinayət işinin İ cildinin 231-24-cü vərəqələri). CM-in 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən CM-in 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, 1 nömrəli Qərarının 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” - inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, baxış və ifadələrin yerində yoxlanılması protokolları və yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməlləri düzgün olaraq CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də CPM-in 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində İİ azyaşlı uşağının olmasını (xx.xx.2015-ci il təvəllüdlü X22 və xx.xx.2019-cu il təvəllüdlü X24) CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin CM-nin 59.1.12-ci maddəsinə, törətdiyi cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməllərini etiraf etməsini, törətdiyi əməllərdən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, törətdiyi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməllərini etiraf etməsini, törətdiyi əməllərdən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12, törətdiyi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməllərini etiraf etməsini, törətdiyi əməllərdən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxslərin şəxsiyyətlərini xarakterizə edən halları, törədikləri cinayət əməllərinin xarakterini, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını və zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq, təqsirləndirilən şəxslərə azadlığın məhdudlşadırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bununla yanaşı cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə saxlanıldıqları 01 (bir) gün, habelə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs və ev dustaqlığı növündə qətimkan tədbirlərinin müddəti (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi – 03 (üç) ay 22 (iyirmi iki gün), Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs və ev dustaqlığı növündə qətimkan tədbirlərinin müddəti (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi – 03 (üç) ay 22 (iyirmi iki gün), və Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdən, saat 15:25-dən xx.xx.2025-ci il tarixdə, saat 14:50-ə kimi tutulduğu 02 (iki) gün müddət barələrində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, barələrində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq onlara qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv edilməli və barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalı və CM-in 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdikləri müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Gəndov kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 faktiki yaşadıqları yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və iş üzrə maddi sübutlar 21 kisə azot və 46 kisə map gübrəsinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X8 təhvil verilməsi nəzərə alınmalıdır. Belə ki, CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 56-cı bəndinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün, habelə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi barəsində seçilmiş həbs və ev dustaqlığı növündə qətimkan tədbirlərinin müddəti olan 03 (üç) ay 22 (iyirmi iki) gün barəsində təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə çıxılaraq barəsində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 14 (ön dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından azadlığa buraxılsın və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün, habelə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi barəsində seçilmiş həbs və ev dustaqlığı növündə qətimkan tədbirlərinin müddəti olan 03 (üç) ay 22 (iyirmi iki) gün barəsində təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə çıxılaraq barəsində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 14 (ön dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından azadlığa buraxılsın və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün, habelə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi tutulduğu 02 (iki) gün müddət barəsində təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə çıxılaraq barəsində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar: 21 kisə azot və 46 kisə map gübrəsinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X8 təhvil verilməsi nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar