Məhkəmə qərarları › İş №1(031)-29/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-29/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-29/2021 29.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2ndə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxladığı 02 ədəd kibrit qutularında şəxsi istehlak miqdarından artıq miqdarda müvafiq olaraq 5,466 qram və 6,417 qram ümumi təmiz çəkisi 11,883 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əynindəki göy rəngli gödəkçənin sol yan cibinə yerləşdirməklə qanunsuz olaraq saxlamış, 11 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Şabran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Ziya” kafesinin yaxınlığında yerləşən istirahət parkının qarşısında Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı o, saxlanılmış və sözügedən narkotik vasitə ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 4 heç bir yerdə işləmir. Bəzi hallarda əldə etdikdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2020-ci dekabr ayının təxminən axırlarında Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən istirahət parkında olduğu zaman yerdə bir ədəd sellofan büküm tapmış və həmin sellofan bükümü açdıqda onun içərisində 02 ədəd kibrit qutularının olmasını görmüşdür. Həmin kibrit qutularını açıdıqda onların içərisində narkotik vasitə olan nəşə olmasını ona məlum olduqdan sonra həmin narkotik vasitəni sonralar istifadə etmək üçün cibinə qoymuşdur. 11 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Şabran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “ZİYA” kafesinin qarşısında gəzişdiyi zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb və RPŞnin polis əməkdaşları olduqlarını ona bildirmişlər. Həmin şəxslər üzərində narkotik vasitənin olub-olmamasını ondan soruşduqda o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını onlara demişdir. Bundan sonra həmin şəxslər onu Şabran RPŞ-nə dəvət etdiklərin ona dedikdən sonra onlara etiraz etməyərək birlikdə RPŞ-nə getmişdir. Şabran rayonu polis şöbəsinin inzibati binasında olan otaqların birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və vəkil Müdafiəçi iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd kibrit qutusunda olan nəşəni çıxarıb və könüllü olaraq təqdim etməklə həmin qutuların içərisində narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) olmasını bildirmişdir. Həmin iki ədəd kibrit qutuları elektron tərəzidə çəkilərkən onların çəkisinin 18,40 qram olması müəyyən olunmuş, polis əməkdaşları və Müdafiəçi iştirakı ilə həmin narkotik vasitə zərfin içərisinə qoyularaq ekspertizaya göndərilmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və həmin protokol oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdi ki, 11 yanvar 2021-ci il tarixdə Şabran şəhəri, Sülh küçəsi ev ünvanda qeydiyyatda olmaqla ünvan 5əllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi ilə bağlı etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumata əsasən həmin gün, yəni 11 yanvar 2021-ci il tarixdə saat 18 radələrində RPŞ-nin polis əməkdaşları – Alış Səfərov və Şahid2lə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şabran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “ZİYA” adlı kafenin qarşısında saxlayıb Şabran rayon PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədikdən sonra onlarla birlikdə Şabran rayon PŞ-nə getmişdir. RPŞ-nin inzibati binasının otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Həmin otaqda Müdafiəçi iştirakı ilə videoçəkiliş aparılmaqla Rasimin üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələrini izah edərək üzərində hər hansı bir cinayət xarakterli əşyanın olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əyinində olan göy rəngli gödəkçəsinin sol yan cibindən iki ədəd kibrit qutusunu çıxarıb və masanın üzərinə qoymuşdur. Aşkar edilmiş kibrit qutuları açıldıqda onların içərisində yaşımtıl rəngli kütlələrin olması müəyyən olunmuş və həmin kibrit qutularındakı yaşımtıl rəngli kütlələrin nə olmasını Rasimdən soruşduqda sonuncu, həmin kütlələrin narkotik vasitə hesab edilən nəşə olmasını bildirmişdir. Həmin iki ədəd kibrit qutuları elektron tərəzidə çəkilərkən onların çəkisinin təxminən 18,40 qram olması müəyyən olunmuş və onlar zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra doğruluğu imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin polis əməkdaşları – X8 və Şahid2 Şahid1 ifadəsində göstərilənləri olduğu kimi təsdiq edərək analoji ifadə vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2021-ci il tarixli 7/58 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 iki ədəd kibrit qutularında ayrı-ayırıqda təmiz çəkiləri 5,466 qram, 6,417 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 11,883 qram, tədqiqatda istifadə olundu cəmi – 0,04 qram (hər obyektdən 0,02 qram), qalıq-11,843 qram. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə narkoloji-ekspertizasının 27 yanvar 2021-ci il tarixli 245 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli 781 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda ailə üzvləri – atası X2, anası X3, qardaşları – X6 və X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli 784 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli tutma protokolundan, eləcə də 13 yanvar 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 13 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 7 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci ildən 13 yanvar 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutularında ümumi təmiz çəkisi tədqiqata sərf olunduqdan sonra qalan 11,843 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçrilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 66 manat 46 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 7 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş 02 ədəd kibrit qutularında ümumi təmiz çəkisi tədqiqata sərf olunduqdan sonra qalan 11,843 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçrilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 66 manat 46 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar