Məhkəmə qərarları › İş №1(031)-29/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-29/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-29/2024 15.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1985-ci il tarixdə Siyəzən rayonunun Gil-Gil Çay qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Siyəzən rayonu, Gil-Gil Çay qəsəbəsi ünvanında qeydiyyatda olan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Şabran rayon prokurorluğu tərəfindən Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir və Şabran Rayon Məhkəməsində həmin cinayət işi 1(031)-60/2023 nömrə altında qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 istintaqla dəqiq müəyyən edilməyən miqdarda, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda ümumi təmiz çəkisi 142,54 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı yaşadığı Şabran şəhəri, H. Nağıyev küçəsi, qeydiyyat nömrəsi 20 olan evinin həyətindəki anbarında qanunsuz olaraq saxladıqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Şabran şəhər avtovağzalının qarşısında tanışı Təqsirləndirilən şəxs2 evində saxladığı həmin narkotik vasitədən iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,76 və 3,78 qram olmaqla cəmi təmiz çəkisi 7,54 qram olan narkotik vasitə qurudulmuş marixuananı 140 manata qanunsuz olaraq satmış, xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində davamlı keçirilən əməliyyat tədbirləri zamanı onun yaşadığı Şabran şəhəri, H. Nağıyev küçəsi, qeydiyyat nömrəsi 20 olan evinin həyətindəki anbarına keçirilən baxış zamanı həmin anbarda şüşə bankaların yığıldığı yerdə 01 ədəd sellofan bağlamanın içərisində ümumi təmiz çəkisi 135,0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 Siracəddin oğlu isə xx.xx.2023cü il tarixdə, saat 20:00 radələrində Şabran şəhər avtovağzalının qarşısında tanışı Təqsirləndirilən şəxs1 iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,76 və 3,78 qram olmaqla cəmi 7,54 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuanam qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 140 manata alıb əldə etdikdən dərhal sonra həmin tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı saxlanılıb Şabran rayon polis şöbəsinə gətirilərək, üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ yan cibində iki ədəd kibrit qutusunda qanunsuz olaraq saxladığı həmin iki ədəd kibrit qutusundakı ümumi təmiz çəkisi 7,54 qram olan xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailəsi arvadı Günay Kərimova və 3 azyaşlı övladından ibarətdir, özü fərdi əməklə məşğul olur, narkotik vasitə istifadəçisidir. Təxminən 2023-cü ilin iyul ayında çəkdiyi narkotik vasitə hesab edilən qurudulmuş marixuananı bir torbanın içərisində Şabran rayon Melorasiya küçəsində tapmış və evinin həyətindəki anbarda saxlayıb qizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 20-21 radələrində təsadüfən tanışı Təqsirləndirilən şəxs2 ilə görüşmüş, görüş zamanı Elnur ona istifadə etməsi üçün narkotik vasitə olub-olmadığını soruşduqda Elnura özündə narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu bildirmişdir. Bu zaman Elnur ondan həmin narkotik vasitənin üzərində olub-olmadığını soruşduqda ona üzərində narkotik vasitə olmadığını, narkotik vasitənin həmin vaxtı yaşadığı evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona narkotik vasitə alması üçün avtovağzalda onu gözləyəcəyini, yaşadığı evə gedərək ona narkotik vasitə gətirməsini xahiş etmişdir. Elnurdan ayrılaraq yaşadığı evin həyətindəki saxlanc yerinə getmiş və həmin sellofana doldurduğu narkotik vasitə hesab edilən qurudulmuş marixuananın iki ədəd kibrit qutusuna dolduraraq cibinə qoyub avtovağzala qayıtmışdır. Şabran şəhər avtovağzalına gələn zaman Elnurun orda gözlədiyini görmüş, Elnura yaxınlaşan zaman onun istədiyi narkotik vasitəni gətirdiyini bildirmişdir. Elnur ondan həmin narkotik vasitənin qiymətini soruşduqda hər bir kibrit qutusunu 70 manat olmaqla iki ədəd kibrit qutusunu ona 140 manata sata biləcəyini demişdir. Elnur ona 140 manat pul vermiş və o, içərisində narkotik vasitə qururdulmuş marixuana olan 2 ədəd kibrit qutusunu Elnura satmışdır. Elə həmin tarixdə, saat təxminən 21:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilən zaman üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti keçirildikdə, şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet aşkar edilməmiş, sadəcə olaraq üzərindən alışqan, siqaret, bank kartları, 300 manat məbləğində etdiyi alverin pulu və Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığım zaman ondan aldığı 140 manat pul aşkar edilmiş və 140 manat ondan götürülmüşdür. Daha sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə könüllü razılığı ilə yaşadığı evə və evin həyətindəki tikiliyə baxış keçirilən zaman həyətdəki tikilidə saxladığı özünə məxsus içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan sellofan torbanı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Ailə üzvlərindən yalnız özü işlədiyindən və ailənin maddi vəziyyətinin aşağı səviyyədə olması səbəbindən üzərindən aşkar edilmiş dükan alverindən qalan 300 manat pulu ailəsinə vermişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Siracəddin oğlu məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır, özü vaxtaşırı narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023cü il tarixdə yenidən narkotik vasitə qəbul etmək fikri özündə yarandıqda həmin günü axşam saat təxminən 20-21 radələrində Şabran şəhərində avtovağzalda piyada hərəkətdə olduğu zaman təsadüfən tanışı Təqsirləndirilən şəxs1 rastlaşıb ondan özü üçün narkotik vasitə olan qurudulmuş marixuananı tapa bilib-bilməyəcəyini soruşmuş, Elməddin üstündə narkotik olmadığını, lakin onu oradaca gözləsə, gedib gətirə biləcəyini bildirmişdir. Onu avtovağzalda gözləmiş, Elməddin gedib 5-10 dəqiqədən sonra qayıdıb avtovağzala onun yanına gəlmiş və cibindən iki ədəd kibrit qutusunu çıxardıb ona vermişdir. Həmin qutulara baxdıqda içəriləri narkotik vasitə hesab edilən qurudulmuş marixuana ilə doldurulduğunu görmüşdür. Elməddindən hər bir qutunun qiymətini soruşduqda Elməddin narkotik vasitə ilə dolu olan hər bir qutunu 70 manata, iki qutunu cəmi 140 manata satdığını dedikdə, onunla razılaşmış və Elməddinə marixuanaya görə 140 manat pul verib, həmin iki kibrit qutusu dolu narkotik vasitə qurudulmuş marixuananı almışdır. Bundan təxminən bir neçə dəqiqə sonra avtovağzalın qarşısında ona Şabran polis şöbəsinin əməkdaşları yaxınlaşmışlar və özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və saxlamasında şübhəli olduğunu bildirərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onu Şabran Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən Elməddindən 140 manata aldığı 2 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək müvafiq qayada qablaşdırılaraq götürülmüşdür və həmin zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 və Şahid4 şahid X17 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır, ailəsini dolandırmaq üçün Şabran şəhər avtovağzalın ərazisində yerləşən meyvə-tərəvəz dükanını icarəyə götürüb işlədir, həmin dükanda onunla birlikdə Təqsirləndirilən şəxs1 adlı şəxs də meyvə-tərəvəz satır. xx.xx.2023-cü il tarixdə axşam saat 21-22 radələrində işlətdiyi dükanda olduğu zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşları dükana gələrək, özlərini təqdim etdikdən sonra onun və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlaması, istifadə edilməsi və ya satışında şübhəli olduqlarını bildirərək, onları polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına əvvəllər narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamin qəbul etdiyini səmimi etiraf etmiş, lakin hazırda bununla məşğul olmadığını da bildirmişdir. Polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılıdqda heç bir narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Sonradan Elməddinin narkotik vasitə qurudulmuş marixuananı Şabran şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 pul müqabilində satdığı və onun evində də həmin vasitə aşkar edilib götürülməsi barədə polisdə öyrənmiş, lakin Elməddinin belə işlərlə məşğul olması barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X23 bildirdi ki, 2023-cü ilin oktyabr ayından Şabran Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə şöbənin əməliyyat aparatına Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 Siracəddin oğlu və ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5an Təqsirləndirilən şəxs1 narkotik vasitələr və ya psixotrop maddələrin əldə edilməsi, saxlaması, istifadə edilməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduqda dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsi haqqında qərar və əməliyyat qrupunun yaradılması barədə əmrlər hazırlanmış, həmin qərar və əmr əsasında yaradılmış əməliyyat qrupunun tərkibində digər polis əməkdaşları ilə birlikdə əvvəlcə Təqsirləndirilən şəxs2 Şabran şəhəri, X24 küçəsində yerləşən avtovağzalın yaxınlığında saxlanılaraq, ona narkotik vasitələr və ya psixotrop maddələrin əldə edilməsi, saxlaması və istifadə edilməsində şübhəli olduğu bildirilmiş və buna görə polis şöbəsinə dəvət olunmuşdur. Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs2 üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarışı aparıldıqda onun əynindəki gödəkcəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusunda doldurulmuş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülüb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni ona həmin günü saat 20-21 radələrində tanışı Təqsirləndirilən şəxs1 Şabran şəhər avtovağzalın qarşısında hər kibrit qutusunu 70 manat olmaqla cəmi 140 manat müqabilində satdığını bildirdikdə Təqsirləndirilən şəxs1 həmin günü, xx.xx.2023-cü il tarixdə saat təxminən 21-45-də Şabran şəhərinin X24 küçəsində yerləşən avtovağzalın ərazisində olan meyvə-tərəvəz dükanında saxlanılaraq, polis şöbəsinə dəvət edilmiş və polis şöbəsində onun üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman heç bir narkotik vasitə, psixotrop maddə və ya başqa qeyri-qanuni əşya aşkar olunmasa da, Təqsirləndirilən şəxs1 üstündən həmin günü bir az əvvəl tanışı Təqsirləndirilən şəxs2 2 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın satışından əldə etdiyi 140 manat pul aşkar edilərək, müvafiq qaydada götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 140 manata 2 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuananı satdığını etiraf etdikdən sonra onun razılığı ilə müvəqqəti kirayədə yaşadığı Şabran şəhəri, H. Nağıyev küçəsi, ev 20 ünvanına baxış keçirilən zaman evinin həyətindəki anbarda şüşə bankaların yığıldığı yerdə 1 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 Siracəddin oğlu xx.xx.2023-cü il tarixdə, saat təxminən 22:00 radələrində, Şabran şəhərinin X24 küçəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 22:45 radələrində, Şabran şəhərinin X24 küçəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir (cinayət işinin 4-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 3-13-107/Ə111/23 nömrəli əmrdən görünür ki, Şabran Rayon Polis Şöbəsinə etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində daşıması və satışında şübhəli olması barədə məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 6-7-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Şabran Rayon Polis Şöbəsinə etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində daşıması və satışında şübhəli olması barədə məlumat daxil olduğundan, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cinayət işinin 8- 9-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli, 3-13-107/Ə110/23 nömrəli əmrdən görünür ki, Şabran Rayon Polis Şöbəsinə etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində daşıması və satışında şübhəli olması barədə məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 12-13-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Şabran Rayon Polis Şöbəsinə etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində daşıması və satışında şübhəli olması barədə məlumat daxil olduğundan, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cinayət işinin 14-15-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərara əsasən Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 19-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Siracəddin oğlu xx.xx.2023-cü il tarixdə, saat 22:10-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 20-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22:15-dən 22:20-ə kimi olan müddət ərzində Şabran Rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun üzərində keçirilmiş şəxsi axtarış nəticəsində onun əynindəki gödəkcəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusunda doldurulmuş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür (cinayət işinin 33-34cü vərəqələri). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərara əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 37-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 22:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 38-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:00-dan 23:07-ə kimi olan müddət ərzində Şabran Rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış nəticəsində üzərindən alışqan, siqaret, bank kartları, 300 manat məbləğində pul və Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığı zaman ondan aldığı 140 manat pul aşkar edilmiş və həmin 140 manat ondan müvafiq qaydada qablaşdırılıb götürülmüşdür (cinayət işinin 51-52-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Şabran şəhəri, H. Nağıyev küçəsi, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində həmin evin həyətində yerləşən anbarda şüşə bankaların yığıldığı yerdə 1 ədəd sellofan bağlamanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cinayət işinin 57-58-ci vərəqələri). - Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1740 nömrəli rəydən görünür ki, üzərində “Güləliyev imza ...” sözləri yazılmış kağız paketdə iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,76 qram və 3,78 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “K.Elməddin imza...” sözləri yazılmış sellofan bağlamada təmiz çəkisi 135,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 142,54 qramdır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 72 manat təşkil etmişdir (cinayət işinin 86-88-ci vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 142,54 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın 0,15 qram hissəsi ekspertiza tədqiqatına sərf edilmiş və 142,39 qram hissəsi geri qyatarılmışdır (cinayət işinin 89-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin 93-94-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-72/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən, saat 22:50-dən hesablanmaqla 3 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 108-112-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Siracəddin oğlu ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin 113-114-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Güləliyev X9 Rayon polis şöbəsinin X11 həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 125-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun üzərindən və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra geri qaytarılmış ümumilikdə 142,39 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üstündən götürülmüş narkotikin satışından əldə edilmiş 140 manat məbləğində pul vəsaiti, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Siracəddin oğlu və Təqsirləndirilən şəxs1 üzərilərində keçirilmiş şəxsi axtarışlarının, Təqsirləndirilən şəxs1 yaşadığı evdə keçirilmiş baxış zamanı aparılan videoçəkilişlərin görüntüləri olan 3 ədəd CD disklər ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş, ümumilikdə 142,39 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına, Təqsirləndirilən şəxs1 üstündən götürülmüş narkotikin satışından əldə edilmiş 140 manat məbləğində pul vəsaiti isə saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin Maliyyə hissəsinə təhvil verilmişdir (cinayət işinin 128-130-cu vərəqələri). - Siyəzən rayonu icra Hakimiyyəti Başçısının Gilgilçay qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, 3 övladı vardır. O, 2018-ci ildən etibarən Siyəzən rayonunun Gilgilçay qəsəbəsindən kənarda yaşayır. Kərimov X7 rayonunun Gilgilçay qəsəbəsində yaşadığı müddət ərzində öz nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməmişdir və onun barəsində nümayəndəliyə heç bir yazlı və şifahi ərizə və yaxud şikayət daxil olmamışdır (cinayət işinin 144-cü vərəqəsi). - Siyəzən rayonu icra Hakimiyyəti Başçısının Gilgilçay qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü l tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı 1985-ci il təvəllüdü X18, 2007-ci il təvəllüdlü X3, 2010-cu il təvəllüdlü X10 və 2012-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır (cinayət işinin 145-ci vərəqəsi). - Siyəzən Rayon Mərkəzi X16 Şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-69/2-102/2024 nömrəli məktubundan görünür ki, Kərimov X7 Rayon Mərkəzi X16 Şəxsinin poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstə kimi qeydiyyata alınmamışdır (cinayət işinin 146-cı vərəqəsi). - Şabran Rayon Mərkəzi X16 Şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-34/2-26/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun psixonevroloji və narkoloji dispanserlərdə qeydiyyatı yoxdur (cinayət işinin 147-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/0-380/2024 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun anası X8, qardaşı X4 və qardaşı X1 ibarət ailə tərkibi vardır (cinayət işinin 148-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-339/2024 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Siracəddin oğlu yaşadığı ərazidə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir, İctimai yerlərdə heç bir qayda pozuntusuna yol verməmişdir. Sakinlərə qarşı hörmətsizlik etməmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlə daxil olmamışdır (cinayət işinin 149-cu vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 Siracəddin oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 150-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1985-ci il tarixdə Siyəzən rayonunun Gil-Gil Çay qəsəbəsində anadan olmuş Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 151-ci vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X22 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 840 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir və o, narkomaniya xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 169-170-ci vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X22 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4232 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 Siracəddin oğlunda kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 171-172-ci vərəqələri). - Azərbaycan Respublikası Baş prokurorun birinci müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-2-449/2-017283/2024 nömrəli ibtidai istintaq müddətinin uzadılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 (bir) ay olmaqla, 04 (dörd) ayadək uzadılmışdır (cinayət işinin 196-197-ci vərəqələri). - ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Siracəddin oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 222-228-ci vərəqələri). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadələr, iş üzrə şahidlərin məhkəmə baxışı iclasında verdiyi ifadələr və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması və satması, Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun isə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi tamamilə sübuta yetirildi. Bu səbəbdən də məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və onların barələrində həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində 03 uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olmasını, cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməli etiraf etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağından, barəsində təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı, Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək (52-1.2.1.); elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək (52-1.2.2.); məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək (52-1.2.3.); müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq (52-1.2.4.). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, , Təqsirləndirilən şəxs2 Siracəddin oğlu narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır, Təqsirləndirilən şəxs1 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 72 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Siracəddin oğlundan tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir, iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza icraatından sonra qaytarılan 142,39 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Siracəddin oğlu və Təqsirləndirilən şəxs1 üzərilərində keçirilmiş şəxsi axtarışlarının, Təqsirləndirilən şəxs1 yaşadığı evdə keçirilmiş baxış zamanı aparılan videoçəkilişlərin görüntüləri olan 3 ədəd CD disklər cinayət ilində saxlanılmalıdır, Təqsirləndirilən şəxs1 üstündən götürülmüş narkotikin satışından əldə edilmiş 140 manat məbləğində pul vəsaiti isə Azərbaycan Respublikasının Dövlət Nəfinə xüsusi müsadirə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.3-cü maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri cinayət yolu ilə əldə edilmiş əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin:344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Siracəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Siracəddin oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Siracəddin oğlu barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbiri təyin edilsin və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: 142,39 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Siracəddin oğlu və Təqsirləndirilən şəxs1 üzərilərində keçirilmiş şəxsi axtarışlarının, Təqsirləndirilən şəxs1 yaşadığı evdə keçirilmiş baxış zamanı aparılan videoçəkilişlərin görüntüləri olan 3 ədəd CD disklər cinayət ilində saxlanılsın və Təqsirləndirilən şəxs1 üstündən götürülmüş narkotikin satışından əldə edilmiş 140 manat məbləğində pul vəsaiti isə Azərbaycan Respublikasının Dövlət Nəfinə xüsusi müsadirə edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Siracəddin oğlundan məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X6, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 təqdim olunan vaxtdan) 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar