Məhkəmə qərarları › İş №1(031)-3/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-3/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-3/2023 26.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1975-ci il tarixdə Quba rayonu İİ-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, cinayət törətdiyi vaxtda məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2aktiki yaşayan, 05 may 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2016-cı ilin yay aylarında tanış olduğu Şabran şəhər sakini Zərərçəkmiş şəxs övladı Murad Əmirovu 9.000 manat pulun müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətində işə qəbul edilməsinə köməklik edəcəyini vəd verib aldadaraq 2016-cı ilin iyun ayının əvvəllərində Şabran şəhəri ərazisində Zərərçəkmiş şəxs 3.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə (1$ =1.5084) 4.525 manat 20 qəpik, bundan 10-15 gün sonra isə Şabran şəhəri “Dağlı” restoranında daha 4.000 manat, ümumilikdə isə xeyli miqdarda olmaqla 8.525 (səkkiz min beş iyirmi beş) manat 20 qəpik məbləğində pulunu alıb öz şəxsi məqsədləri üçün xərcləyərək xeyli miqdarda özgənin əmlakını aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanda qeydiyyatda olmasına baxmayaraq hazırda ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2016-cı ildə “Azərkedit” BOKT-nın Şabran rayon filialında baş hüquqşünas vəzifəsində işləmişdir. Həmin vaxtlar Şabran rayon polis şöbəsinin əməkdaşı Şahid1lə tanış olmuş və münasibəti onunla həmişə yaxşı olmuşdur. 2016-cı ilin təxminən iyun ayında “Azərkedit” BOKT-nın Şabran rayon filialının qarşısında küçədə dayandığı zaman Şahid1 sonradan adı ona məlum olmuş Zərərçəkmiş şəxs ilə birlikdə onun yanına gəlmişdir. Zərərçəkmiş şəxs oğlu Muradın işsiz olduğunu və onu FHN-nin X1 hissəsinə işə qəbul olunmasında köməklik göstərməsini onda xahiş etmişdir. Murad Əmirovun 9.000 manat pula işə qəbul olunması üçün köməklik göstərə biləcəyini Zərərçəkmiş şəxs söz verdikdən sonra sonuncu çıxıb getmişdir. Təxminən 2-3 gün sonra o, Zərərçəkmiş şəxs zəng edib uşağın sənədləri ilə bərabər 3000 ABŞ dollarının lazım olduğunu və həmin pul və sənədləri təcili olaraq ona çatdımasını xahiş etmişdir. 2016-cı ilin təxminən iyun ayının əvvələrində “Azərkedit” BOKT-nın Şabran rayon filialının qarşısında küçədə dayandığı zaman Zərərçəkmiş şəxs ona yaxınlaşıb və 3000 ABŞ dollarını ona vermişdir. Həmin 3000 ABŞ dollarını ondan alaraq oğlu Murad Əmirovun ən geci 2016-cı ilin avqust-noyabr ayları ərzində FHN-nin X1 hissəsinə işə düzələcəyinə söz verdikdən sonra sonuncu çıxıb getmişdir. Təxminən 10-15 gün sonra yenidən Zərərçəkmiş şəxs zəng edib oğlu Murad Əmirovun işinin düzəlməsi üçün əlavə olaraq 4000 manat pul lazım olduğunu demişdir. 2016-cı ilin təxminən iyun ayının axırlarında Şabran şəhərində yerləşən “Dağlı” restoranında Zərərçəkmiş şəxsla görüşərək 4000 manat pulu ondan alıb və yaxın vaxtlarda oğlu Muradın işinin düzələcəyini söz vermişdir. Zərərçəkmiş şəxs aldığı bütün pulları öz ehtiyacları üçün xərcləmiş və sonuncunun oğlu Muradı işə düzəldə bilməmişdir. Şabran şəhər sakini Zərərçəkmiş şəxs ona zəng edərək pullarının geri qaytarılmasını ondan tələb etdiyinə görə 1650 manat pulu ona qaytarmış və qalan pulları da ona qaytaracağına söz versə də həmin zaman həbs olunduğuna görə ona məxsus pulları qaytara bilməmişdir. Təxminən 2-3 ay sonra Şabran şəhəri “Dağlı” restoranında Zərərçəkmiş şəxs və Şahid1lə görüşmüş və orada aralarındakı söhbət zamanı borc müqaviləsi bağlamağı Zərərçəkmiş şəxs təklif etmişdir. Buna baxmayaraq sonuncu, buna razı olmayıb və pulların qaytarılmasını ondan tələb etmişdir. Həmin zaman kifayət qədər pulu olmadığı üçün Zərərçəkmiş şəxs aldığı pulu ona qaytara bilməmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 2135.20 AZN dövlət büdcəsinə ödəmişdir. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır və “Siyəzənneft” idarəsində fəhlə işləyir. 2016-cı ildə oğlu Murad Əmirovun işsiz olduğuna görə onu hər hansı bir idarə təşkilat və ya hansısa müəsissəyə işə düzlətmək istəmişdir. Buna görə də tanıdığı və özünə yaxın hesab etdiyi şəxslərə bu barədə məlumat vermiş və bir müddət keçməsinə baxmayaraq hər hansı bir müsbət nəticə əldə edə bilməmişdir. Bir gün Şabran rayon polis şöbəsinin qarşısından keçərkən əvvələr tanıdığı polis əməkdaşı Şahid1lə onu görüb fikirli olmasının səbəbini ondan soruşmuşdur. O, oğlu Muradın işsiz olmasını və onun üçün iş axtarması barədə ona dedikdə Şahid1 “Azərkreditbank”ın Şabran rayon filialının hüquq şöbəsinin müdiri Təqsirləndirilən şəxs ona bu barədə köməklik edə biləcəyini demişdir. Təxminən 2-3 gün sonra Şahid1 idarə etdiyi avtomobillə onun yaşadığı evin qarşısına gəlib və onu avtomobillə “Azərkreditbank”ın Şabran rayon filialının qarşısına aparmışdır. Orada “Azərkreditbank”ın Şabran rayon filialının hüquq şöbəsinin müdiri Təqsirləndirilən şəxsla tanış olmuşdur. Aralarındakı söhbətdən sonra Təqsirləndirilən şəxs ona oğlu Muradı 9000 (doqquz min) manat pulun müqabilində Fövqəladə Hallar Nazirliyi X1 İdarəsinin Şabran rayonunda yerləşən bölməsinə işə düzəldə biləcəyini ona söz vermişdir. Həmin pulu oğlunun işə qəbulu barədə əmr olduqdan sonra verəcəyi barədə Təqsirləndirilən şəxsla sövdələşib çıxıb getmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək kadr şöbəsinə təqdim etmək üçün müəyyən sənədlərin lazım olduğunu ona bildirmişdir. Eldənizin istədiyi sənədləri toplayıb ona verdikdən təxminən 15-20 gün sonra Təqsirləndirilən şəxs 3000 ABŞ dollarının lazım olduğunu ona demişdir. Şahid1 telefonla zəng edib Təqsirləndirilən şəxs ondan 3000 ABŞ dolları istəməsi barədə ona dedikdə o, narahatçılığa əsas olmadığını və pulu Təqsirləndirilən şəxs arxayınlıqla verə biləcəyini bildirmişdir. Buna görə də 3000 ABŞ dollarını 2016-cı ilin iyun ayının təxminən əvvələrində “Azərkreditbank”ın Şabran rayon filialının qarşısında Təqsirləndirilən şəxs verdikdə sonuncu, 2016-cı ilin avqust ayı ərzində oğlu Muradın işə qəbulu barədə müvafiq əmr olacağını ona demişdir. Lakin təxminən 10 gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edərək 4000 (AZN) manat məbləğində ondan pul istəmiş və həmin pulu da Eldənizə verməmişdən əvvəl Cavidlə məsləhətləşmişdir. Cavid yenə də narahat olmamasını ona dedikdən sonra 2016-cı ilin təxminən iyun ayının axırlarında övladının işinin düzəlməsi məqsədilə Eldənizin ondan istədiyi 4000 (dörd min) manat pulu hazırlayaraq Şabran şəhəri “Dağı” restoranında getmişdir. Restoranda Eldənizlə görüşüb və həmin 4000 manat pulu sonuncuya vermişdir. Həmin pulu Eldənizə verdikdən təxminən 20 gün sonra ona zəng edib məsələnin nəticəsi barədə maraqlandıqda sonuncu, 2016-cı ilin noyabr ayının 7-də oğlunun işə qəbul olunacağını ona bildirmişdir. Eldənizin dediyi tarixdən ona zəng etməsinə baxmayaraq uzun müddət onunla əlaqə saxlaya bilməmiş və Eldənizin onu aldadaraq pullarını ələ keçirməsini başa düşmüşdür. Təqsirləndirilən şəxs axtarmağa başladıqda Eldənizin qardaşı Anar vasitəsi ilə onların Sumqayıt şəhərində yaşayan valideynlərinin ünvanını öyrənə bilmişdir. Eldənizin valideyinləri qısa müddətə 9000 manat pulu qaytaracaqlarını ona söz vermişlər. Bir müddət sonra ailə üzvləri Təqsirləndirilən şəxs tapmaqda ona köməklik etmişlər. 2016-cı ilin təxminən dekabr ayında Təqsirləndirilən şəxs, onun qardaşı Şahid2, Şahid1 və onun qardaşı oğlu X5 şəhərində yerləşən “Dağlı” restoranında görüşmüşlər. Eldəniz ondan aldığı 9000 manat pulu yaxın vaxtlarda qaytaracağını ona söz vermişdir. 2019-cu il tarixdə bu barədə ərizəsi ilə əlaqədar Şabran rayon PŞ-nin müstəntiqi Zaur Tağıyev tərəfindən araşdırma aparılarkən Təqsirləndirilən şəxs qardaşı Anar 1000 manat məbləğində pulu ona qaytarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs poçt vasitəsi ilə 650 manat məbləğində pul ona göndərmiş və qalan pulları qaytarmaqdan imtina etmişdir. Sonradan məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs tərəifndən ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 8 ünvanda ailəsi ilə birlikdə yaşayır və Şabran RPŞ-nin MSY-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 2016-cı ilin yay aylarında Şabran şəhər mərkəzi bazarının yaxınlığında əvvələr rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs görüb salamlaşaraq hal-əhval tutduqdan sonra sonuncu, oğlu Muradı işə düzəltmək məqsədilə bir neçə şəxsə müraciət etdiyini, lakin müsbət nəticə əldə etmədiyini ona bildirib və bu mövzuda ondan məsləhət istəmişdir. Buna görə də bu işdə ona köməklik edə biləcək rayon ərazisində fəaliyyət göstərən “Azərkreditbank”ın Şabran rayon filialında hüquqşünas vəzifəsində işləyən Eldəniz adlı şəxsi məsləhət görmüşdür. Təqsirləndirilən şəxs hüquqşünas olduğunu ona deyərək müəyyən təşkilatlara “SV” hazırlayıb verilməsində ona kömək edə biləcəyini Əbdürrəhimə demişdir. Zərərçəkmiş şəxs işlədiyi Siyəzən rayonundan qayıdıb öz evinə gəldiyi vaxtlarda onun yaşadığı evin qarşısından keçdiyinə görə demək olar ki, mütamadi olaraq sonuncu ilə rastlaşmışdır. Bir neçə gün sonra təsadüfən Əbdürrəhimlə rastlaşarkən sonuncu, avtomobilinin olmaması səbəbindən ona məxsus avtomobillə Eldənizin işlədiyi “Azərkreditbank”a getmək istədiyini ona bildirmiş və onu aparmağa razılıq verdikdən sonra Zərərçəkmiş şəxs ona məxsus avtomobilə əyləşmişdir. Zərərçəkmiş şəxsla birlikdə “Azərkreditbank”ın Şabran rayon filialının qarşısına getdikdə Eldənizin bankın qapsı qarşısında küçədə dayanaraq siqaret çəkdiyini görmüşlər. Avtomobildən yerə düşüb Eldənizə yaxınlaşaraq onları tanış etdikdən sonra idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmişdir. Təxminən 1 həftə sonra Əbdürrəhimlə Şabran şəhər ərazisində görüşdükdə sonuncu, Eldənizlə yerli olduğunu və aralarında qohumuluq əlaqələrinin olmasını ona bildirmişdir. Təxminən 2-3 aydan sonra yenidən Əbdürrəhimlə görüşdükdə sonuncu, oğlu Murad Əmirovu işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs ondan pul aldığını və hazırda onun telefon zənglərinə cavab vermədiyini ona deyərək hansı məbləğdə pul alması barədə ona məlumat verməmişdir. Zərərçəkmiş şəxs onun pulunu alaraq aldatmış Təqsirləndirilən şəxs axtardığını və ona haradan tapa biləcəyini ondan soruşduqda o, Təqsirləndirilən şəxs yaxından tanımadığını və hazırda onun harada olması barədə hər hansı məlumatı olmadığını ona bildirmişdir. Zərərçəkmiş şəxs getməmişdən əvvəl Eldənizin Sumqayıt şəhərində yerləşən evini tanıdığını və məcbur olaraq həmin evə gedəcəyini ona deyərək çıxıb getmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxsla görüşdükdə sonuncu, Eldənizin Sumqayıt şəhərində yerləşən evinə gedib valideynləri ilə görüşdüyünü və aralarındakı söhbət zamanı Eldənizin valideyinləri oğlanlarının ondan aldığı pulun qarşılığında H.Z.Tağıyev qəsəbəsində ona torpaq sahəsi təklif etdiklərini, lakin həmin yer onun xoşuna gəlmədiyi üçün aralarında razılığa gəlmədiyini və bu halda Eldənizin valideyinləri pulu geri qaytarmaq üçün ondan 1 il möhlət istədiklərini ona bildirmişdir. Təxminən 2 il keçdikdən sonra Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs Şabran şəhərində yerləşən “Dağlı” restoranında olduğunu və onunla birlikdə həmin restorana getməyi ona təklif etmişdir. Onunla razılaşdıqdan sonra Zərərçəkmiş şəxs və onun tanımadığı bir nəfər qohumu ilə birlikdə həmin restorana getmişdir. Restoranda onların arasındakı söhbət zamanı Eldəniz onun yanında Zərərçəkmiş şəxs 9000 manat pul almasını etiraf edərək yaxın vaxtlarda həmin pulu geri qaytaracağına söz vermiş və onun bununla əlaqədar heç bir günahı olmadığını ona demişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs aldığı 9000 manat pulu borc müqaviləsi kimi notariat qaydada təsdiqləməsini təklif etməsinə baxmayaraq Zərərçəkmiş şəxs buna heç bir ehtiyacın olmadığını ona demişdir. Aralarında təxminən 20-30 dəqiqə davam etmiş söhbətdən sonra sağollaşaraq həmin restorandan çıxıb getmişlər. Sonradan Zərərçəkmiş şəxs ona deməsinə görə Təqsirləndirilən şəxs ondan aldığı pulun 1650 manatını ona geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, ünvan 10 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs doğma qardaşıdır və o, 2016-cı ildə “Azərkreditbank”ın Şabran rayon filialında hüquqşünas vəzifəsində işləmişdir. Eldənizin Şabran şəhər sakini Zərərçəkmiş şəxs onun oğlu Murad Əmirovu FHN-nin X1 hissəsinə işə qəbul olunmasında köməklik göstərəcəyinə söz verib ondan 3000 ABŞ dolları və 4000 manat pul almasından onun sonradan, yəni təxminən 1-2 il bundan əvvəl xəbəri olmuşdur. Təxminən 1-2 il əvvəl, yəni həmin zamanlar Şabran şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşərək ona 1000 manat pul qaytarmışdır. Bundan başqa qardaşı Eldənizin özü də 650 manat pul da əlavə olaraq Zərərçəkmiş şəxs qaytarmışdır. Qardaşı Təqsirləndirilən şəxs həmin zamanlar həbsdə olduğuna görə yerdə qalan pulları ona qaytara bilməmiş, lakin o, söz vermişdir ki, yaxın vaxtlarda həmin pulları hamısını Zərərçəkmiş şəxs qaytaracaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Bakı Ağır cinayətlər məhkəməsinin hökmünün surətindən göründüyü kimi Təqsirləndirilən şəxs adıçəkilən məhkəmənin 22 noyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona həmin Məcəllənin 69.3 və 70-ci maddələri tətbiq edilməklə şərti sınaq müddəti təyin edilmişdir. Quba rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər rayon məhkəməsinin 06 fevral 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 08 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Sumqayıt ŞİH-nin Mənzil-Kommunal Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 12 may 2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 11 ünvanda qeydiyyatdadır və ailə üzvləri – arvadı X2, uşaqları – 1998-ci il təvəllüdlü X3 oğlu, 1999-cu il təvəllüdlü X4 oğlu və 2007-ci il təvəllüdlü X6 oğlundan ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər ŞİH Mənzil-Kommunal Birliyinin 1 saylı MKSsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 04 may 2022-ci il tarixli tutma protokolundan, eləcə də 05 may 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 05 may 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materialına əlavə edilmiş 25 yanvar 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə 2135.20 AZN məbləğində pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, bununla yanaşı cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321.2.1, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar