Məhkəmə qərarları › İş №1(031)-3/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-3/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-3/2024 10.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X22 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan və barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 234.1-ci maddəsi ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İİİ dərəcəli əlil, ünvan 2 ünvanda yaşayan və barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 AR CM-nin 234.1-ci maddəsi ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1991-ci il tarixdə Dəvəçi rayonunda anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 4n və barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 AR CM-nin 228.4 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Şabran şəhərinin İsmət Qayıbov küçəsi ərazisində tanışı Şabran rayon sakini Təqsirləndirilən şəxs3 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd kibrit qutusunun içərisindəki təmiz çəkisi 7,657 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan marixuananı üzərində qanunsuz olaraq saxlamış və həmin tarixdə saat 21:00 radələrində, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şabran rayonunun ərazisində yerləşən “Dəvəçi kənd qəbiristanlığı” adlanan ərazidə saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Şabran Rayon Polis Şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman sözügedən narkotik vasitə əynindəki qara rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək müvafiq qaydada qablaşdırılıb rəsmiləşdirilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində tanışı Şabran rayon sakini Təqsirləndirilən şəxs1 sonuncunun istəyi ilə ona çatdırmaq məqsədilə Şabran şəhərinin İsmət Qayıbov küçəsi ərazisində tanışı Şabran rayon sakini Təqsirləndirilən şəxs2 60 manat pul qarşılığında qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd kibrit qutusunun içərisindəki təmiz çəkisi 7,657 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananı üzərində saxlayıb qanunsuz olaraq daşımaqla qeyd olunan narkotik vasitəni Şabran şəhərinin İsmət Qayıbov küçəsi ərazisində Təqsirləndirilən şəxs1 vermiş, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı isə sonuncu həmin tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Şabran rayonunun ərazisində yerləşən “Dəvəçi kənd qəbiristanlığı” adlanan ərazidə saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Şabran Rayon Polis Şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman sözügedən narkotik vasitə Təqsirləndirilən şəxs1 aşkar edilərək müvafiq qaydada qablaşdırılıb rəsmiləşdirilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış və satmış, habelə qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxladığı ümumilikdə 19,117 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan marixuananın 01 ədəd kibrit qutusunun içərisindəki təmiz çəkisi 7,657 qram olan hissəsini xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Şabran şəhərinin İsmət Qayıbov küçəsi ərazisində yaşadığı evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs3 60 manata satmış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində, yaşadığı evin qarşısında saxlanılmış və yaşadığı evə keçirilmiş baxış zamanı özünə məxsus yataq otağındakı yatağın üzərindən 01 ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,600 qram olan narkotik vasitə marixuana, həmin otaqda olan paltar dolabının içərisindəki yaşıl rəngli sellofan torbanın içərisindən isə 01 ədəd kibrit qutusunun içərisindən 5,820 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş, sözügedən evin həyətindəki yarım tikiliyə baxış keçirən zaman isə pəncərənin altındakı boşluqdan 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,04 qram olan narkotik vasitə marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılıb rəsmiləşdirilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayında istintaqa dəqiq məlum olmayan gündə, istintaqa məlum olmayan yerdən əldə etdiyi 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən beşbarmağı üzərində gəzdirməklə yaşadığı Şabran şəhərinin İsmət Qayıbov küçəsi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə, dolabın üst gözündə saxlamış və xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evə keçirilmiş baxış zamanı sözügedən təyinatı üzrə istifadəyə yararlı beşbarmaq aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq rəsmiləşdirilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 AR CM-nin 228.4 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ələsdanı Axund kimi tanıyıb. Həmin şəxsdən birinci dəfədir ki, narkotik maddə alıb. Onunla nəşə çəkməyib. Lazım olan məhəllədə Axunda deyib, o da onun üçün narkotik maddə tapıb. Bundan əlavə dövlət ittihamçı Dövlət ittihamçısı suallarına cavab olaraq məhəllədə söhbət əsnasında nəşə istədiyini, bu barədə Axunda dediyini, Axundun da onun üçün nəşə tapdığını, Ələsdanı Axund kimi tanıdığını, Ələsdanın düzüb qoşub ona narkotik maddə tapdığını, həmin narkotik maddə müqabilində ona 60 manat verdiyini, Ələsdanın narkotiki kimdən aldığını bilmədiyini, narkotik istifadəçi olduğunu, Müdafiəçi1 suallarına cavab olaraq bir kibrit qutusu marixuananın qiymətinin 50-60 manat olduğunu, əvvəllər sonradan adını bildiyi Samirdən marixuana almadığını, Samir hazırki cinayət işi əsnasında tanıdığını, məhəllədə Ələsdanla aralarında marixuana barədə söhbət olduğunu, Ələsdan onun üçün marixuana tapıb gətirdiyini, Ələsdan marixuananı kimdən və ya hardan alıb gətirməsini bilmədiyini, sədrlik edənin suallarına cavab olaraq isə əvvəllər Samiri tanımadığını və onu görmədiyini, hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Samirlə çayxanada oturub söhbət edərkən Samir ona demişdir ki, bir il bundan qabaq belə bir şey tapmışam, marixuana, belə imkanı zəifdir, istəyib eləyən olsa deyərsən. O da onunla razılaşıb, köməklik edəcəyini deyib. Samirlə elədiyi söhbətin üstündən bir müddət keçdikdən sonra, bir gün məhəllədə olarkən Vurğun ondan istifadə etmək üçün narkotik tapa bilibbilməyəcəyini soruşub. Həmin vaxt Samirin dedikləri yadına düşüb. Samirlə "WhatsApp" vasitəsi ilə yazışıb, gedib Samirdən narkotik maddəni götürdükdən sonra həmin narkotik vasitəni Vurğuna verib. Bundan əlavə dövlət ittihamçı Dövlət ittihamçısı suallarına cavab olaraq Vurğundan 60 manat alıb Samirə verdiyini, Samirdən də narkotik maddə alıb Vurğuna verdiyini, Samir və Vurğunun bir-birini tanımadıqlarını, Samirin ona imkanının zəif olduğunu və evdə uşağının yeməyi olmadığını bildirdiyi üçün Samirə köməklik etdiyini, hazırda narkotik vasitədən istifadə etmədiyini, lakin əvvəllər arada bir istifadə etdiyini, Vurğunun ona verdiyi puldan özünə heç bir manat da olsun götürmədiyini, səhv etdiyini, peşman olduğunu, Müdafiəçi3 sualına cavab olaraq marixuananın 60 manat qiyməti olduğunu, sədrlik dənin suallarına cavab olaraq isə əlilliyinin olduğunu, barmaqlarının və ayaqlarının anadan gəlmə şikəst olduqlarını, əvvəl ona İİ-ci qrup əlillik dərəcəsi verildiyini, sonradan dəyişilərək İİİ-qrup əlillik dərəcəsi verildiyini, Vurğuna verdiyi narkotik vasitədən onun heç bir xeyri olmadığını və polis əməkdaşları tərəfindən saxlanıldığı zaman narkotik vasitəni Samirdən aldığını etiraf etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə çayqırağı balıq tutarkən marixuana kolu qabağına çıxmışdır. Həmin kolun çox balaca bir həcmi var idi, o da, anidən həmin kolu görüb götürüb. Özü narkotik maddəyə meylli olmayıb. Sadəcə şeytana uyub götürüb. Bir qutuda təqribən 04 qram olan həmin narkotik maddəni bir il evdə saxlayıb. Bir gün Ələsdanla çayçıda oturarkən narkotik maddə tapdığını, imkanı olmadığı üçün satmaq istədiyini ona deyib. Sonra vəziyyət yarandı ki, narkotik maddə istəyən oldu. Ələstan bu barədə ona "WhatsApp" vasitəsi məlumat verdi, həmin vaxt onun evində işığını kəsmişdilər və uşağının yeməyi yox idi. Çarəsiz qalıb marixuananı satıb. Etdiyi hərəkətdən peşmandır. Lakin evində ona məxsus narkotik maddə olmayıb, polis işçiləri gəlib axtararkən özü könüllü olaraq deyib ki, gəlin haranı istəyirsənizsə axtarın, onlar da ona demişlər ki, biz axtarsaq taparıq, özün nə varsa çıxart ver. Onun evində elə bir şey ola bilməz, onun ailəsi namaz qılandır, özü da namaz qılır. O, narkotik vasitə istifadəçisi deyil, özü də çarəsizlikdən elə bir iş tutub. Polis Əməkdaşları evə girib baxıblar qadın kosmetika çantasının içindən, döşəyin altından narkotik vasitə çıxarıblar. O, heç vaxt qadın kosmetika çantasının içinə narkotik maddə qoymayıb, bununla yanaşı onun evimdə heç döşək də yoxdur. O, heç kimi şərləmir. Ancaq onun evində belə bir şey olmayıb. Sadəcə çarəsiz qalıb üzərinə götürüb. Bundan əlavə dövlət ittihamçı Dövlət ittihamçısı sualına cavab olaraq narkotik maddənin balıq tutmağa gedərkən bitki kimi tapdığını, Müdafiəçi1 sualına cavab olaraq tapdığın narkotik vasitənin çəkisinin təqribən 04 qram olduğunu, sədrlik edənin suallarına cavab olaraq isə axtarış zamanı evdə olarkən aşkar edilmiş narkotik vasitənin onun olmadığını dediyini, lakin polis əməkdaşlarından birinin onun qolundan tutaraq narkotik vasitənin onun olduğunu deməsini ondan tələb etdiyini, danışmağının mənası olmadığını gördüyü üçün susduğunu, onun qolundan hansı polis əməkdaşının tutuduğunun yadında qalmadığını, evinə baxış keçirildiyi zaman müdafiəçisi X5 baxışda iştirak etdiyini, baxışda bir çox polis əməkdaşının iştirak etdiyini, narkotik maddəni satdığına görə çox peşman olduğunu və səhv etdiyini anladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişdirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid1 xx.xx.2023cü il tarixdə ərizə vasitəsi ilə məhkəməyə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və müdafiəçilərin işə Şahid1 oğlunun iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə Şahid1 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və ondan istifadə etməsi ilə bağlı Şabran Rayon Polis Şöbənin Cinayət Axtarış Bölməsinin əməliyyat aparatına etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbənin Cinayət Axtarış Bölməsinin rəisi Alış Səfərov, Şabran Rayon Polis Şöbənin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Hafiz Məmmədov və Şahid3 ilə birgə Şabran şəhərinin İsmət Qayıbov küçəsində yerləşən Dəvəçikənd qəbirstanlığının yaxınlığında Təqsirləndirilən şəxs1, tanışları - Təqsirləndirilən şəxs3 və Şahid4 ilə birgə, sonuncunun idarə etdiyi **-EU-*** qeydiyyat nömrə nişanlı avtomildə tərəflərindən saxlanılaraq Şabran Rayon Polis Şöbənə gətirilmişlər. Şabran Rayon Polis Şöbənin Cinayət Axtarış Bölməsində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin ona məxsus olmasını könüllü olaraq etiraf edib, həmin narkotik vasitəni 60 manat pul qarşılığında tanışı Təqsirləndirilən şəxs3 almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya, predmet və yaxud narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 narkotik vasitə hesab edilən qurudulmuş marixuana alması üçün ona 60 manat pul verməsini, onunda həmin 60 manat pul qarşılığında tanışı Təqsirləndirilən şəxs2 01 ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş marixuana alaraq Təqsirləndirilən şəxs1 verməsini bildirmişdir. Bundan sonra dərhal əməliyyat tədbirləri keçirilərək Təqsirləndirilən şəxs2 Şabran şəhərinin İsmət Qayıbov küçəsində yaşadığı evin qarşısında saxlanılmış və müstəntiq Taleh Ağayev, eləcə də müdafiəçi Arif Həbibzadənin iştirakı ilə onun üzərində şəxsi axtarış, daha sonra isə yaşadığı ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman döşəyin altından - 01 ədəd, həmin otaqda yerləşən paltar dolabındakı yaşıl rəngli sellofan torbadan 01 ədəd olmaqla ümumilikdə 02 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə hesab edilən qurudulmuş marixuana, evin həyət hissəsində yerləşən yardımçı tikiliyə baxan zaman giriş qapısının sol hissəsindəki dolabın üst tərəfindən 01 ədəd kustar üsulla hazırlanmış beşbarmaq və həmin tikilinin pəncərəsinin altındakı boşluqdan isə 01 ədəd kağız bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin və 01 ədəd beşbarmağın ona məxsus olmasını səmimi olaraq etiraf etmişdir. AR CPM-nin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid X15 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və müdafiəçilərin işə şahid X8 iştirakı olmadan baxılmasına etiraz etməmələrini və şahid X8 ibtidai istintaqda iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verməsini nəzərə alaraq, hazırki işə şahid X8 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid X15 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və ondan istifadə etməsi ilə bağlı Şabran Rayon Polis Şöbənin Cinayət Axtarış Bölməsinin əməliyyat aparatına etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis Şöbənin Cinayət Axtarış Bölməsinin rəisi Alış Səfərov, Şabran Rayon Polis Şöbənin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ilə birgə Şabran şəhərinin İsmət Qayıbov küçəsində yerləşən Dəvəçikənd qəbirstanlığının yaxınlığında Təqsirləndirilən şəxs1, tanışları - Təqsirləndirilən şəxs3 və Şahid4 ilə birgə, sonuncunun idarə etdiyi **-EU-*** qeydiyyat nömrə nişanlı avtomildə tərəflərindən saxlanılaraq Şabran Rayon Polis Şöbənə gətirilmişlər. Şabran Rayon Polis Şöbənin Cinayət Axtarış Bölməsində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin ona məxsus olmasını könüllü olaraq etiraf edib, həmin narkotik vasitəni 60 manat pul qarşılığında tanışı Təqsirləndirilən şəxs3 almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya, predmet və yaxud narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 narkotik vasitə hesab edilən qurudulmuş marixuana alması üçün ona 60 manat pul verməsini, onunda həmin 60 manat pul qarşılığında tanışı Təqsirləndirilən şəxs2 01 ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş marixuana alaraq Təqsirləndirilən şəxs1 verməsini bildirmişdir. Bundan sonra dərhal əməliyyat tədbirləri keçirilərək Təqsirləndirilən şəxs2 Şabran şəhərinin İsmət Qayıbov küçəsində yaşadığı evin qarşısında saxlanılmış və müstəntiq Taleh Ağayev, eləcə də müdafiəçi Arif Həbibzadənin iştirakı ilə onun üzərində şəxsi axtarış, daha sonra isə yaşadığı ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman döşəyin altından - 01 ədəd, həmin otaqda yerləşən paltar dolabındakı yaşıl rəngli sellofan torbadan 01 ədəd olmaqla ümumilikdə 02 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə hesab edilən qurudulmuş marixuana, evin həyət hissəsində yerləşən yardımçı tikiliyə baxan zaman giriş qapısının sol hissəsindəki dolabın üst tərəfindən 01 ədəd kustar üsulla hazırlanmış beşbarmaq və həmin tikilinin pəncərəsinin altındakı boşluqdan isə 01 ədəd kağız bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin və 01 ədəd beşbarmağın ona məxsus olmasını səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, o, Şabran Rayon Polis Şöbəsinə yeni təyin olunmuşdur. 2023-cü ilin mart ayında birinci tədbiri olmuşdu. Dəvəçikənd qəbiristanlığının yanında səhv etmirsə ağ rəngli VAZ 2106 markalı nəqliyyat vasitəsi tərəflərindən saxlanılmış və Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Həmin nəqliyyat vasitəsində olanlar Vurğun və Ələsdanın üzərilərinə baxış zamanı Vurğunun üzərindən bir ədəd kibrit qutusunda marixuana aşkar olunmuşdur. Ələsdan da demişdir ki, 60 manat Vurğun pul vermişdir ki, onun üçün narkotik maddə alsın, o da Samir adlı şəxsdən 60 manat verib narkotik maddə alıb Vurğuna verib. Bundan əlavə dövlət ittihamçı Dövlət ittihamçısı sualına cavab olaraq Ələsdan və Vurğun əməllərini səmimi etiraf etdiyklərini, sədrlik edənin suallarına cavab olaraq isə Samiri səhv etmirsə yaşadığı evdən tutduqlarını və əməliyyat axtarış zamanı Samirin evindən marixuana aşkar etdiklərini, ancaq əməliyat axtarış tədbirinin gedişatının yadında qalmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, o, Əlsdanı və Vurğunu tanıyır. Onlar onun maşını ila gələndə polis əməkdaşları saxlayıblar, maşında ikisi – Ələsdan və Vurğun olmuşdur. O, birini bir dəfə də olsun görməmişdir. Polis əməkdaşları üzərilərinə baxış keçirdikdə Vurğunun üzərindən kibrit qutusunda narkotik maddə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış materialdan AR CM-nin 234.1 və 234.2-ci maddələrinin tərkib əlamətləri olması nəzərə alınaraq, faktlar üzrə həmin maddələr ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat müşahidələri keçirilməsi, onun yaşadığı ünvanda narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə saxlanılan zaman üzərinə və yaşadığı ünvana baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin 1-ci cildinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 3-13-107/ə(ş/h)58/2023 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyataxtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 1-ci cildinin 6-7-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 və Şahid4 sonuncunun idarə etdiyi “Vaz 2106” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birlikdə Şabran rayonunun ərazisində yerləşən “Dəvəçi kənd qəbiristanlığı” adlanan ərazidə saxlanılaraq həmin tarixdə, saat 21:00 radələrində Şabran Rayon Polis X4 təhvil verilmişlər (cinayət işinin 1-ci cildinin 8-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, X2 AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 1-ci cildinin 9-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X9 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx.xx.2023-cü il tarixdə, saat 21:15-də AR CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 1-ci cildinin 10-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarışın aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:30-dan 21:45-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında X2 üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək müvafiq qaydada qablaşdırılıb rəsmiləşdirilərək götürülmüşdür (cinayət işinin 1-ci cildinin 27-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 21:30-dan 21:45-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında X2 üzərində aparılmış şəxsi axtarışın “DVD” diskdə olan videogörüntüsündən görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında X2 üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək müvafiq qaydada qablaşdırılıb rəsmiləşdirilərək götürülmüşdür (cinayət işinin 1-ci cildinin 28-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 1-ci cildinin 31-32-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə, saat 21:50-də AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli şəxsi axtarışın aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22:00-dan 22:10-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən narkotik vasitə, psixotrop maddə və ya hər-hansı bir başqa qanunsuz əşya aşkar edilməmişdir (cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 22:00-dan 22:10-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs3 üzərində aparılmış şəxsi axtarışın “DVD” diskdə olan videogörüntüsündən görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən narkotik vasitə, psixotrop maddə və ya hər-hansı bir başqa qanunsuz əşya aşkar edilməmişdir (cinayət işinin 1-ci cildinin 51-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X9 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 60 manat müqabilində Təqsirləndirilən şəxs3 aldığını, Təqsirləndirilən şəxs3 isə həmin narkotik vasitəni 60 manat müqabilində Təqsirləndirilən şəxs2 aldığını göstərmişdir (cinayət işinin 1-ci cildinin 53-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, X9 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni 60 manat müqabilində Təqsirləndirilən şəxs3 aldığını, Təqsirləndirilən şəxs3 isə həmin narkotik vasitəni 60 manat müqabilində Təqsirləndirilən şəxs2 aldığını bildirdiyindən, Təqsirləndirilən şəxs2 Şabran Rayon Polis Şöbəsinə gətirilməsi barədə əməliyyat tapşırığı verilmişdir (cinayət işinin 1-ci cildinin 54-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 1-ci cildinin 59-60-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi X5 iştirakı ilə xx.xx.2023-cü il tarixdə, saat 22:40-da AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 1-ci cildinin 61-62-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli şəxsi axtarışın aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22:50-dən 23:00-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən narkotik vasitə, psixotrop maddə və ya hər-hansı bir başqa qanunsuz əşya aşkar edilməmişdir (cinayət işinin 1-ci cildinin 77-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 22:50-dən 23:00-a kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarışın “DVD” diskdə olan videogörüntüsündən görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən narkotik vasitə, psixotrop maddə və ya hər-hansı bir başqa qanunsuz əşya aşkar edilməmişdir (cinayət işinin 1-ci cildinin 78-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X5 iştirakları ilə Təqsirləndirilən şəxs2 faktiki olaraq yaşadığı Şabran şəhərinin İsmət Qayıbov küçəsi ərazisində yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə, saat 23:10-dan 23:40-a kimi olan müddət ərzində keçirilmiş baxış nəticəsində 03 ədəd narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlələr və 01 ədəd kustar üsulla beşbarmaq aşkar edilərək götürülmüşdür (cinayət işinin 1-ci cildinin 80-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 23:10-dan 23:40-a kimi olan müddət ərzində Təqsirləndirilən şəxs2 faktiki olaraq yaşadığı Şabran şəhərinin İsmət Qayıbov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş baxışın “DVD” diskdə olan videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs2 faktiki olaraq yaşadığı Şabran şəhərinin İsmət Qayıbov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş baxış nəticəsində həmin evdən 03 ədəd narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlələr və 01 ədəd kustar üsulla beşbarmaq aşkar edilərək götürülmüşdür (cinayət işinin 1-ci cildinin 81-ci vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə yaşadığı Şabran şəhərinin İsmət Qayıbov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində saxlanılaraq Şabran Rayon Polis X4 təhvil verilmişdir (cinayət işinin 1-ci cildinin 83-cü vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7/444 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...” yazı və imza olan zərfdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,657 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 evinin həyətindəki yarım tikilidən....” yazı və imza olan zərfdə 01 ədəd kağız bükümdə tütün və təmiz çəkisi 0,04 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 yataq otağından aşkar edilərək götürülmüş yazı və imza olan zərfi açdıqda içərisində 02 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz 5,600 qram və 5,820 qram olmaqla, ümumi çəkisi 11,420 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 40 manat təşkil etmişdir (cinayət işinin 1-ci cildinin 93-95-ci vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 19,117 qram narkotik vasitə hesab edilən qurudulumuş marixuananın 0,2 qramı nümunə olaraq götürülmüş və 18,917 qram hissəsi geri qaytarılmışdır (cinayət işinin 1-ci cildinin 96-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin 1-ci cildinin 100-101-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin X12 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X7 Yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilmişdir (cinayət işinin 1-ci cildinin 112-113-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin 1-ci cildinin 116-117-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin X12 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X7 Yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilmişdir (cinayət işinin 1-ci cildinin 128-129-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin 1-ci cildinin 116-117-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin X12 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X7 Yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilmişdir (cinayət işinin 1-ci cildinin 143-144-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 5(031)-7/2023 nömrəli istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə icraat barədə işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat müşahidələri keçirilməsi, onun yaşadığı ünvanda narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə saxlanılan zaman üzərinə və yaşadığı ünvana baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması haqqında qərar qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin 1-ci cildinin 147-148-ci vərəqələri). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən Şabran Rayon Polis X3 baş müstəntiqi X13 ünvanlanmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-34/2-299/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur (cinayət işinin 1-ci cildinin 156-cı vərəqəsi). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən Şabran Rayon Polis X3 baş müstəntiqi X13 ünvanlanmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-34/2-298/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur (cinayət işinin 1-ci cildinin 157-ci vərəqəsi). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən Şabran Rayon Polis X3 baş müstəntiqi X13 ünvanlanmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-34/2-296/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur (cinayət işinin 1-ci cildinin 158-ci vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X18 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2611 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 1-ci cildinin 167-168-ci vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X18 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2610 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbula nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 1-ci cildinin 169-170-ci vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X18 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2612 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs3 kannabioidlərin qəbula nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Təqsirləndirilən şəxs3 İİİ dərəcəli müddətsiz əlil olması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydalarının 3.2ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilinməməsi səbəblərindən ona narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 1-ci cildinin 171-172-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3/581 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet – kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan suyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil etmişdir (cinayət işinin 1-ci cildinin 183-184-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi AR CM-nin 234.1 və 234.2 maddələrindən AR CMnin 228.4, 234.1 və 234.2-ci maddələrinə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı həmin maddələr ilə davam etdirilmişdir (cinayət işinin 1-ci cildinin 186-187-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 AR CM-nin 228.4 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin 1-ci cildinin 188-189-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cinayət işinin 1-ci cildinin 195-196-cı vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1991-ci il tarixdə Dəvəçi rayonunda anandan olmuş Təqsirləndirilən şəxs2 ilk dəfə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir və o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 1-ci cildinin 199-cu vərəqəsi) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anandan olmuş Təqsirləndirilən şəxs1 ilk dəfə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir və o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 1-ci cildinin 200-cü vərəqəsi) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs3 ilk dəfə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir və o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 1-ci cildinin 201-ci vərəqəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamələrə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu olmayan şəxslərdir. Belə ki, AR CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən AR CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-2167/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. İctimai yerlərdə heç bir qayda pozuntusuna yol verməmişdir. Sakinlərə qarşı hörmətsizlik etməmişdir. Bir övladı var və yaxşı ailə başçısıdır. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə daxranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (cinayət işinin 1-ci cildinin 203-cü vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-2327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Şabran şəhəri, 20 Yanvar küçəsi, ev 65 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qarşı mehribançılıq göstərməmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmamış, səmimi münasibətdə olmamışdır. Sakinlərə hörmətlə yanaşmamış, yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmamışdır. Özündən böyüklərə hörmətlə yanaşmamışdır (cinayət işinin 1-ci cildinin 205-ci vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-2327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Şabran rayonu, Surra kəndi ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs3 yaşadığı küçədə özünü normal aparmış, ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlə daxil olmamışdır (cinayət işinin 1-ci cildinin 207-ci vərəqəsi). - Tibbi-Sosial Ekspert Komissiyasının elektron sistemindən Təqsirləndirilən şəxs3 məlumatlarına dair çıxarışdan görünür ki, onun ümumi xəstəlik ilə xx.xx.2021-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlilliyi var (cinayət işinin 1-ci cildinin 208-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,557 qram təşkil edən qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 11,36 qram təşkil edən qurudulmuş marixuana və kustar üsulla kastet tipində hazırlanmış 01 (bir) ədəd soyuq silah hesab edilən beşbarmaq maddi sübut hesab edilməklə saxlanılmaları üçün Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmişdir (cinayət işinin 1-ci cildinin 209-210-cu vərəqələri). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 AR CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə AR CM-nin 228.4 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 215-227-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs3 pensiya məlumatlarına dair çıxarışdan görünür ki, o, ümumi xəstəlik ilə 3 qrup əlil olması ilə bağlı hər ay 150 manat məbləğində pensiya alır. - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs2 qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X10 onun həyat yoldaşı, xx.xx.2021-ci il təvəllüdlü X14 onun oğlu, xx.xx.2023-cü il təvəllüdlü X11 isə onun, xx.xx.1969-cu il təvəllüdlü X6 isə onun atasıdır. - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3431 nömrəli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X6 “Şabran Rayon Mərkəzi Xəstəxanası” X21 "sol orta beyin arteriyası hövzəsində işemik insultun qalıqları, sol tərəfli hemiparez və hemiplegiya nitq pozuntusu, arterial hipertenziya, xroniki pnevmoniya və sol xayanın törəməyə görə ektomiyası" diaqnozu ilə həkim nəzarətindədir. AR CM-nin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla,— üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarına əsasən AR CMnin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq AR CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli düzgün olaraq AR CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri isə düzgün olaraq AR CM-nin 228.4 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs3 AR CM-nin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 AR CM-nin 228.4 və 234.2-ci maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar və yaxud təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də AR CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslrə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. AR CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. AR CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. AR CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. AR CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. AR CM-nin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. AR CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. AR CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AR CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, davam edən cinayətlərin anlayışının cinayət qanunvericiliyində təsbit edilməməsinə baxmayaraq, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş bir sıra qərarlarda təcrübədə və nəzəriyyədə belə cinayətlərə rast gəlindiyi qeyd olunmuş və davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan və mütəmadi törədilən eyni cinayət əməlləri kimi göstərilmişdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır: müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin törədilməsi; əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi; cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunması. Göründüyü kimi, davam edən cinayət onu təşkil edən əməllərin sayından asılı olmayaraq bütöv (vahid) cinayət kimi çıxış edir və cinayətin törədilmə yeri, vaxtı, tövsifi kimi hüquqi əhəmiyyətli məsələlər məhz bu hal nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq AR CM-nin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 səmimi peşmançılıq hissini və özünü təqsirli bilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. AR CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və onun üçüncü dərəcəli əlilliyinin olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. AR CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 02 azyaşlı övladının olmasını, xəstə atasının onunla birgə yaşamasını və onun səmimi peşmançılıq hissini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. AR CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında 02 (iki) növ cəza, yəni azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum cəzası nəzərdə tutulsa da, məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini və törətdiyi cinayət əməlinin xarakterini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən AR CMnin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə çıxılmalıdır, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməlidir, o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir, Təqsirləndirilən şəxs1 cəzasını AR CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası AR CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən AR CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir və Təqsirləndirilən şəxs3 üzərinə üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Surra kəndi ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Bunula yanaşı Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-nin 228.4-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və onun az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini əsaslı hesab edir. Belə ki, AR CM-nin 17.1-ci maddəsinə əsasən AR CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. AR CM-nin 17.3-cü maddəsinə əsasən şəxs AR CM-nin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. AR CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. AR CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən AR CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə çıxılmalıdır, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməlidir, o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir, Təqsirləndirilən şəxs2 AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır və Təqsirləndirilən şəxs2 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş maddi sübutlar: ekspertiza tədqiqatı üçün nümunə götürüldükdən sonra geri qaytarılmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,557 qram təşkil edən qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 11,36 qram təşkil edən qurudulmuş marixuana, cəmi 18,917 qram qurudulmuş marixuana və kustar üsulla kastet tipində hazırlanmış 01 (bir) ədəd soyuq silah hesab edilən beşbarmaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 159 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AR CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun barəsində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu, Surra kəndi ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3n yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə çıxılsın və onun barəsində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin . Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 03 (üç) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə isə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası olmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə çıxılsın və onun barəsində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş maddi sübutlar: ekspertiza tədqiqatı üçün nümunə götürüldükdən sonra geri qaytarılmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,557 qram təşkil edən qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 11,36 qram təşkil edən qurudulmuş marixuana, cəmi 18,917 qram qurudulmuş marixuana və kustar üsulla kastet tipində hazırlanmış 01 (bir) ədəd soyuq silah hesab edilən beşbarmaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 159 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. X2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərində, eləcə də Təqsirləndirilən şəxs2 faktiki olaraq yaşadığı fərdi yaşayış evində video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş cəmi 4 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim olunan vaxtdan) 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar