Məhkəmə qərarları › İş №1(031)-3/2025

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-3/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-3/2025 22.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs, Müdafiəçi – Siyəzən rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1972-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tərkibində təmiz çəkisi 0,112 qram narkotik vasitə metadon olan metadon məhlulunu xx.xx.2024-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda qəsdən tanışı X1 60 manata alıb qanunsuz olaraq üzərində saxlamaqla daşımış, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2024-cü il tarixdə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Sünbül” kafesinin yaxınlığında saxlanılıb Şabran Rayon Polis Şöbəsinə gətirilib həmin gün saat 12:30-dan 12:45-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd plastmas qutuda tərkibində 0,112 qram narkotik vasitə metadon olan 140 millilitr həcmində metadon məhlulu aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Özü narkotik vasitə istifadəçisidir və əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. xx.xx.2024-cü il tarixdə tanışı Cəfər Şixəliyevlə danışmış, ondan metadon məhlulu istəmişdir. Belə ki, Cəfər narkoloji xəstədir, Bakıda Narkoloji dispanserdən vaxtaşırı olaraq metadon alır. O, da Cəfərin yaşadığı ünvana gedib ondan narkotik vasitə metadon istəmişdir. Cəfər də razılaşmış, o, Cəfərdən bir ədəd plastmas qutuda metadon mayesi almış, əvəzində isə Cəfərə 60 manat pul vermişdir. O, Cəfərin yaşadığı evdən çıxandan sonra Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Sünbül” kafesinin yaxınlığında olan zaman polis əməkdaşları onu saxlamış və onun narkotik vasitələrin qanunsuz saxlamaqda şübhəli olduğunu bildirib onlarla birgə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, da heç bir etiraz etməyək həmin əməkdaşlarla birgə Şabran RPŞ-yə gəlmişdir. RPŞ-də müdafiəçinin iştirakı ilə hüquqları izah edildikdən sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılan zaman onun üzərində olan, Cəfərdən aldığı narkotik vasitə metadon mayesi aşkar edilib götürülmüş və qablaşdırılmış, qablaşmanın üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı o, polis əməkdaşlarına həmin narkotik vasitəni Cəfərdən 60 manata aldığını etiraf etmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat məlumatı əsasında o, digər əməliyyat müvəkklilləri ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Sünbül" kafesinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün onu Şabran RPŞ-yə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Şabran RPŞ-yə gəlmişdir. Təqsirləndirilən şəxs Şabran RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşyaları təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd üzərində “Coca-Cola” etiketi içərisində rəngsiz məhlul olan plastmas qab, 1 ədəd cib dəsmalı, sağ yan cibindən 1 ədəd alışqan, 1 ədəd “Nokia” markalı mobil telefon, əynində olan qara rəngli cins şalvarın yan cibindən "xxxx" ASC-yə məxsus 1 ədəd plastik kart, 1 ədəd üzərində "Bakıkart” yazısı olan kart, 1 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən ümumilikdə 72 manat pul təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi cib dəsmalı, 1 ədəd alışqan, 1 ədəd “Nokia" markalı mobil telefon, "xxxx" ASC-yə məxsus 1 ədəd plastik kart, 1 ədəd üzərində “Bakıkart” qazısı olan kart, ümumilikdə 72 manat pul baxıldıqdan sonra onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd plastmas qabdakı həmin məhlulun narkotik vasitə metadon məhlulu olduğunu və xx.xx.2024-cü i! tarixdə tutulmamışdan təxminən 2 saat əvvəl Şabran şəhər sakini olan tanışı Cəfər adlı şəxsdən 60 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd plastmas qabdakı narkotik vasitə metadon məhlulu maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd kağız paketdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə müstəntiq tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsin Şabran şəhər sakini X2 olması müəyyyən olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsinin davamı olaraq xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində X2 yaşadığı ünvan 4 ünvanında yerləşən evinə müstətiq tərəfindən vəkilin və onların iştirakı ilə videçəkilişlə baxış keçirilmiş və Cəfər Şixəliyev yataq otağında yerləşən yataq dəstinin baş hissəsindəki divara bərkidilmiş məhəccərin üzərindən 1 ədəd üzərində "Fruto TİME” yazısı olan içərisində ağ rəngli məhlul olan plastik qabı təqdim edərək həmin qabın içərində narkotik vasitə metadon məhlulu olduğunu, həmin məhlulun özünə məxsus olmasını və həmin narkotik vasitədən tanışı Təqsirləndirilən şəxs satdığını bildirmişdir. Cəfər Şixəliyev ona məxsus yataq otağından aşkar edilən 1 ədəd 500 ml-lik plastmas qabın içərisində narkotik vasitə metadon olan məhlul maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən götürülərək bir ədəd paketdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Cəfər Şixəliyev, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi barədə müstəntiq tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra Cəfər Şixəliyev, o və digər iştirakçılar protokolun doğruluğunu öz imzalarıyla təsdiq etmişdirlər. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs və X5 ilə aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə ilə eyniməzmunlu ifadə vermişdir. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ifadəsi Şahid1 ifadəsi ilə eyniməzmunlu ifadə təşkil etmişdir. İş materiallarında olan cinayət işi üzrə toplanılmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş tərkibində metadon maddəsinin miqdarı 0,112 qram olan metadon məhlulunun xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması, metadon məhlulunun ekspertiza tədqiqatından sonra qalan qalıqlarının 1 ədəd kağız paketdə saxlanmasından ötrü Şabran RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması və həmin görüntüləri əks etdirən 1 ədəd DVD diskin cinayət işi materiallarında saxlanmasının nəzərə alınması qərara alınmışdır (cinayət işinin 1-11-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli ittiham aktı təsdiq edilmədən cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün qaytarılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, X6 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rəşad Babayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ittiham aktı təsdiq edilmədən cinayət işi əlavə ibtidai istintaq aparılması üçün geri qaytarılmış və istintaqın aparılması Şabran RPŞ-nin İB-nin rəisi, polis kapitanı Mərifət Ağazadəyə həvalə edilmişdir (cinayət işinin 35-37-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır (cinayət işinin 38-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən X5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi ayrılmış və həmin işə ********* nömrəsi verilməklə istintaqının davam etdirilməsi üçün icraata qəbul olunmuşdur (cinayət işinin 52-53-cü vərəqələri). İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:28-də Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Əli Abidli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Əli Abidli tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuş və həmin gün onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşyaları təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd üzərində “Coca-Cola” etiketi olan, içərisində rəngsiz məhlul olan plastmas qab, 1 ədəd cib dəsmalı, sağ yan cibindən bir ədəd alışqan, bir ədəd “Nokia” markalı mobil telefon, əynində olan qara rəngli cins şalvarın yan cibindən "xxxx" ASC-yə məxsus 1 ədəd plastik kart, 1 ədəd üzərində “Bakıkart” qazısı olan kart, 1 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən ümumilikdə 72 manat pul təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi cib dəsmalı, bir ədəd alışqan, bir ədəd “Nokia” markalı mobil telefon, "xxxx" ASC-yə məxsus 1 ədəd plastik kart, 1 ədəd üzərində “Bakıkart” yazısı olan kart, ümumilikdə 72 manat pul baxıldıqdan sonra onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd plastmas qabdakı həmin məhlulun narkotik vasitə metadon məhlulu olduğunu və xx.xx.2024-cü il tarixdə tutulmamışdan təxminən 2 saat əvvəl Şabran şəhər sakini olan tanışı Cəfər adlı şəxsdən 60 manat pul müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə metadon məhlulu qablaşdırılıb götürülmüşdür. Videogörüntü bir ədəd DVD formatlı diskə köçürülüb protokola əlavə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1247 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...imza Təqsirləndirilən şəxs" yazısı və imzalar olan paketdə üzərində “Coca Cola” etiketi olan 300 ml-lik plastik butulkadakı 140 mi-lik həcmində şəffaf rəngsiz maye kustar üsulla hazırlanmış metadon məhluludur və həmin məhlulda metadon maddəsinin miqdarı 0,112 qramdır. Həcmi 140 ml metadon məhlulunun 10 ml sərf edilmiş, qalıq 130 ml təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3342 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metadon məhlulu X2 evindən götürülmüş metadon məhlulu ilə öz aralarında bir-biri ilə tərkibindəki komponentlərinə görə eynilik təşkil edirlər. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 3029 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSll-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşləri üzrə Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5, 221.3, 228.4, 66.3-cü maddələri ilə təqsirli qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixli hökm dəyişdirilərək, CM-in 221.3-cü maddəsi ittihamdan xaric edilmiş və ona CM-in 66.3-cü maddəsi ilə 08 il 03 ay müddətinə azadlıqdan mnəhrumetmə cəzası təyin edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Şabran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək, olduğu yer müəyyən edilənə və məhkəməyə gətirlənə qədər iş üzrə icraat dayandırılmışdır. İşdə olan Şabran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran RPŞ-nin əməkdaşları tərəfindən tutularaq RPŞ-nin MSY-nə təhvil verildiyi üçün iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 3cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlaraia əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şabran Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan, tərkibində 0,112 qram narkotik vasitə metadon olan 140 ml həcmində metadon məhlulunun ekspertiza tədqiqatından sonra qalıq qalan 130 ml metadon məhlulu məhv edilməli və 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Siyəzən rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Siyəzən rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - tərkibində 0,112 qram narkotik vasitə metadon olan 140 ml həcmində metadon məhlulunun ekspertiza tədqiqatından sonra qalıq qalan 130 ml metadon məhlulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Siyəzən rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar