Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-30/2020 17.09.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi X2 iştirakları ilə xx xxxxxx 1975-ci il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Şabran rayonu Gəndov kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq idarəetmə hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «KHAZAR» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə H. Əliyev prospektinin kəsişməsində yerləşən yol ayırıcında sola dönmə manevrini yerinə yetirib adıçəkilən prospektlə şəhərin dəmir yol stansiyası istiqamətində saatda təxminən 20-30 km surətlə hərəkətə başlayarkən «sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir» barədə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq «sürücü daim hərəkət şəraitinə nəzarət etməklə döndüyü yolun hərəkət hissəsini keçməkdə olan piydaya yol verməli, bu məqsədlə lazım gəldikdə idarə etdiyi avtomobili dayandırmalı və piyada keçib getdikdən sonra hərəkətini davam etdirməli» olduğu halda bunları etməmiş, hərəkətini davam etdirərək Şabran rayon mərkəzi poçtunun qarşısında yolu sağdan sola piyada keçidi ilə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə sonuncu, ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş «sol əlin V daraq sümüyünün əsas falanqasının açıq yerini az dəyişmiş sınığından, döş qəfəsinin sol yarısında yumşaq toxumaların əziyindən, sol diz oynağının sıyrıntısından» ibarət bədən xəsarətləri almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunan ittihamla özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Gəndov kəndində ailəsi ilə birlikdə yaşayır və bir uşağı vardır, İİ-ci qrup Qarabağ müharibəsi əlilidir və buna görə də 2018-ci ilin avqust ayında Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tərəfindən ona «KHAZAR» markalı **-BF- *** dövlət qeydiyyat nişanlı minik avtomobili verilmişdir. Sürücülük hüququnun olmamasına baxmayaraq həmin avtomobili bəzən rayon daxilində öz gediş-gəlişi üçün istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı Şabran rayonu Gəndov kəndindən çıxaraq Şabran şəhəri istiqamətində hərəkət etməyə başlamış və saat 10 radələrində Şabran şəhərinə çatmışdır. İdarə etdiyi avtomobillə Şabran şəhər avtovağzalından şəhərin mərkəzi istiqamətində hərəkətdə olub işıqforun qırmızı işığında gözləmiş və yaşıl işıq yandıqdan sonra Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsindən şəhərin H.Əliyev prospektinə dönmüşdür. Şabran şəhərində yerləşən dəmir yol stansiyası istiqamətində saatda təxminən 15-20 k/m surətlə hərəkətdə olarkən rayon mərkəzi poçtunun qarşısındakı piyada keçidini keçdikdən sonra tanımadığı yaşıl rəngli «Priora» markalı bir avtomobil yanından ötüb keçərkən onu çaşdırmış, bu zaman qəfildən qarşısına yolu əks tərəfə keçmək istəyən 60-65 yaşlarında bir nəfər piyada çıxmış və həmin şəxs idarə etdiyi avtomobilin qabaq sağ tərəfinə toxunmuşdur. Həmin vaxt adı sonradan ona məlum olmuş Zərərçəkmiş şəxs adlı şəxsin əli avtomobilin qabaq tərəfinə (oblisovkasına) keçdiyindən zərbədən yerə yıxılmışdır. Avtomobili saxlayaraq orada olan tanımadığı şəxslərin köməkliyi ilə Yaşar adlı şəxsi taksi kimi fəaliyyət göstərən tanımadığı qara rəngli VAZ- 21015 markalı avtomobilə əyləşdirib onu Şabran rayon mərkəzi xəstəxanasına yola salmşdır. Bundan sonra yaxınlıqda yerləşən Şabran rayon PŞ-nə gedib və etmiş olduğu əməli səmimi olaraq etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Maddi vəziyyəti yaxşı olmadığından, zərərçəkmiş şəxsə maddi cəhətdən köməklik göstərə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb və şəxsi işləri ilə əlaqədar Şabran şəhəri bazarından şəhər avtovağzalı istiqamətinə getmişdir. Piyada şəhər avtovağzalına tərəf gedərək Şabran şəhəri, H.Əliyev prospektində yerləşən rayon mərkəzi poçtunun binasının qarşısına çatmışdır. Həmin küçədə olan piyada keçidindən yolu əks tərəfə keçmək istədiyinə görə də piyada keçidinə yaxınlaşmış və yoldan keçən tanımadığı birinci avtomobil ona yol vermişdir. Buna görə də asta addımlarla təxminən 3 addım piyada keçidi ilə irəliyə doğru hərəkət etdikdən sonra qəfildən sol tərəfdən gələn «KHAZAR» markalı ağ rəngli avtomobil ön hissəsi ilə onu vurmuşdur. Sol əli maşının oblisovkasına girmiş və aldığı zərbədən yerə yıxılmışdır. Onu vurmuş avtomobil dayandıqdan sonra adı sonradan ona məlum olmuş avtomobilin sürücüsü Şabran rayon Gəndov kənd sakini Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşaraq onu yerdən qaldırmşdır. Bundan sonra Təqsirləndirilən şəxs onu tanımadığı VAZ-21015 markalı avtomobillə Şabran rayon mərkəzi xəstəxanasına yola salmışdır. Onu vurmuş sürücü Təqsirləndirilən şəxs hadisədən sonra şokda olduğuna görə oradakı şəxslər onun özünə məxsus avtomobillə onu xəstəxanaya aparmasına imkan verməmişlər. Baş vermiş avtoqəza zamanı sol əlindən və sol qabırğasından xəsarət aldığı üçün rayon xəstəxanasında ona tibbi yardım göstərdikdən sonra xəstəxanadan evə yazılmışdır. Təqsirləndirilən şəxs ona hər hansı maddi yardım göstərməsə də ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şabran rayonu Gəndov kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq Rusiyada yaşayan qohumu ona pul göndərdiyi üçün həmin pul almaq məqsədilə Şabran şəhərində yerləşən poçta gəlmişdir. Saat təxminən 10 radələrində poçtun qarşısında dayandığı zaman həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus «KHAZAR» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şabran şəhər M.Ə.Rəsulzadə küçəsindən H.Əliyev prospektinə gönərək şəhərin dəmir yol vağzalı istiqamətində getdiyini görmüşdür. Bundan sonra Səlimin idarə etdiyi «KHAZAR» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə onun dayandığı poçtun qarşısındakı piyada keçidini keçdikdən sonra avtomobilinin ön hissəsi ilə tanımadığı bir nəfər piyadaya dəydiyin də görmüşdür. Həmin piyada zərbədən yerə yıxıldığından Səlim avtomobili saxlayıb yerə düşmüşdür. Bundan sonra, Səlim həmin xəsarət almış şəxsi yerdən qaldırıb və öz avtomobilinə qoymaq istəyərkən orada olan tanımadığı şəxslər onu digər bir VAZ-21015 markalı avtomobilə əyləşdirərək Şabran rayon mərkəzi xəstəxanasına yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Şabran rayonu Regional Meşə təsərrüfatı Mərkəzində hüquqşünas işləyir. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində işdə olduğu zaman adını xatırlamadığı bir nəfər şəxs yanına gələrək dayısı Zərərçəkmiş şəxs Şabran şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun qarşısında yolu keçmək istəyərkən avtomobil vurması barədə ona məlumat vermişdir. O, bu məlumatı alan kimi dərhal həmin yerə getmiş və dayısı Yaşarı küçədə görərək nə baş verməsini ondan soruşmuşdur. Yaşar şəhərin H.Əliyev prospektində yolu əks tərəfə keçmək istəyərkən «KHAZAR» markalı avtomobilin onu vurduğunu və sol əlindən xəsarət aldığını ona bildirmişdir. Bundan sonra orada olan tanımadığı şəxslərlə birlikdə dayısı Yaşarı küçədə yolun kənarında olan qara rəngli VAZ-21015 markalı avtomobilə qoyub Şabran rayon mərkəzi xəstəxanasına aparmışdır. İş materiallarında olan hadisə yerinə keçirilmiş baxışın nəticələrini əks etdirən xx xxxx 2020-ci il tarixli protokolla yol-nəqliyyat hadisəsinin Şabran şəhəri H.Əliyev prospektində şəhər mərkəzi poçtunun qarşısındakı piyada keçidində «KHAZAR» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkət zolağında baş verməsi müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və iş materiallarına əlavə edilmiş məhkəmətibb ekspetizasının xx xxxx 2020-ci il tarixli 115 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol əlin V daraq sümüyünün əsas falanqasının açıq yerini az dəyişmiş sınığı, döş qəfəsinin sol yarısında yumşaq toxumaların əziyi, sol diz oynağının sıyrıntısı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatında, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə avtomobillə vurulma nəticəsində əmələ gəlməsi mümkündür, xəsarətin alınma şəraiti istintaq yolu ilə araşdırıla bilər, dərəcəsinə görə bütövlükdə səhhətin uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və iş materiallarına əlavə edilmiş məhkəməavtotexniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/891 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «KHAZAR» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarına əlavə edilmiş 072333 saylı Əlillik Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İİ-ci qrup əlildir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 497 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Gəndov kəndində ailə üzvləri – arvadı X1 və 2003-cü il təvəllüdlü oğlu Babək Məcidovla birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün etrafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ikinci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, onun barəsində istintaq orqanı tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini də məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza xərcləri 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilən «KHAZAR» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Zərərçəkmiş şəxs maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CM-nin 344-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssiəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönələnədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza xərcləri 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut hesab edilən «KHAZAR» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia yoxdur. İş üzrə Zərərçəkmiş şəxs maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-30/2020
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-30/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver