Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-31/2023 15.05.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Siyəzən rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Şabran rayonu Uzunboyad kəndində yaşayan Zərərçəkmiş şəxs evinin qarşısına gələrək, ev sahibinin oğlu Şahid2 aldığı sonuncunun Rusiya Federasiyasından gətirdiyi “VAZ-21093” markalı B 119-UN-05-rus Rusiya qeydiyyat nömrəli avtomobili sahibinə qaytardıqdan sonra Şahid2 ona borclu qalması zəminində aralarında baş vermiş mübahisə zamanı hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs sol əlinin 5-ci barmağını əlindəki bıçaqla qəsdən kəsərək ona sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cuzi itirilməsinə səbəb olmuş sol əlinin 5-ci barmağının kəsilmiş yarası və 4-cü barmağının cızığı kimi xəsarətlər yetirməklə qəsdən zərərçəkmişin sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu Uzunboyad kəndində yaşayan Şahid2 əmisi oğlu Ramin Qafarovun xalası oğludur, yəni qohumudur. 2022-ci ilin təxminən iyul ayında Turaldan Rusiyadan gətirdiyi “VAZ-21093” markalı B 119-YH-05-rus Rusiya nömrəsi ilə avtomobili 1 500 manata almış, lakin avtomobil rusiyada qeydiyyatda olduğuna görə heç bir sənədləşmə apara bilməmiş, sərhədlər açıldıqdan sonra Tural Rusiyadan gedib ona etibarnamə gətirməli olmuşdur. Lakin təxminən 3 aydan sonra Tural onun yanına gələrək, həmin avtomobilə görə evlərində söz-söhbətin yaranmasını bildirmiş, avtomobili qaytarmasını və 1 500 manat pulu qaytaracağına vəd vermişdir. Avtomobili Turala qaytarmış, həmin günü axşam Tural ona avtomobilin 500 manat pulunu vermiş və qalan 1000 manatı iki ay ərzində qaytaracağına söz vermişdir. Lakin iki ay keçdikdə Tural ona heç bir pul verməmiş və telefonunu da bağlamış, ona zənglər artıq çatmamışdır. 14 yanvar 2023-cü il tarixdə səhər saat 09 radələrində qonşusu İlkinin “Opel-Vectra” markalı avtomobili təmir etmək məqsədi ilə Xaçmaz şəhərinə dəmirçi usta Aslanın yanına aparmış, avtomobili ustanın yanında qoyub İlkinlə Xaçmazdan taksi ilə saat 16-17 radələrində Siyəzənə qayıtdıqda avtomobildə özü, İlkin, başqa bir sərnişin və sürücü olmuş, həmin sürücünü tanımamış, ilk dəfə olaraq onun avtomobili ilə gəlmişdir. Şabran rayonu Uzunboyad kəndinə çatanda sürücüdən avtomobili trasın kənarında saxlamasını xahiş etmiş, Şahid2 evi trasın kənarından təxminən 150-200 metrliyində olduğuna görə sürücü avtomobili yolun kənarında saxladıqda avtomobildən düşüb Turalın evinə getmiş, onun yanında həmin vaxtı heç kim olmamışdır. Turalı evdən çağırmış, “niyə telefonu bağlamısan, niyə pulumu qaytarmısan” ondan soruşmuş, Tural “hələlik pulum yoxdu, düzəldib sonra verəcəm.” cavab vermişdir. Söhbət zamanı aralarında söz mübahisəsi yaranmış, səsləri yüksəldikdə Turalın yaxınlıqda bağda olan atası Zərərçəkmiş şəxs onlara tərəf gəlmiş, Tural “atam bu söhbəti bilməsin” demiş və bir az da yüksək səslə onunla mübahisə etməyə başlamış, “sən mənim üstümə evimə gəlmisən” etiraz etmiş, aralarında mübahisə baş vermiş, mübahisə zamanı onun əlində olan bıçaq Aqilin sol çeçələ barmağını içəridən kəsmiş, Aqilin əlindən qan açılmış, bu hadisədən sonra o, onlardan aralanaraq onu gözləyən taksinin yanına getmiş və İlkinlə birlikdə həmin avtomobillə Siyəzənə qayıtmışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, oğlu Şahid2 və onun ailəsi ilə birlikdə Şabran rayonu Uzunboyad kəndində yaşayır. Oğlu Tural “VAZ-21093” markalı B 119-YH-05-rus Rusiya nömrəsi ilə olan avtomobili Rusiya Federasiyasından gətirmiş, həmin avtomobili bir az sürdükdən sonra təxminən 5-6 ay əvvəl Təqsirləndirilən şəxs adlı Siyəzənli bir şəxsə təxminən 1200-1300 manata satmış, lakin rusiya nömrəli avtomobil olduğuna görə sənədləşməni aparmaq mümkün olmamış, şifahi öz aralarında olan razılaşma əsasında avtomobili həmin Təqsirləndirilən şəxs satmışdır. Həmin Amid adlı şəxs avtomobili 4-5 ay sürdükdən sonra Tural ona satdığı həmin avtomobil Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına qoyulmuş, həmin vaxtı avtomobil nasaz vəziyyətdə olmuş və 1-2 ay həmin cərimə meydançasında qalmışdır. Avtomobil Rusiya etibarnaməsi ilə Turalın adına verildiyinə görə Tural özü Amidin anasının iştirakı ilə gedib Xızıdan həmin avtomobili cərimə meydançasından çıxartmış və nasaz vəziyyətdə olduğu üçün buksirlə evlərinə, Uzunboyad kəndinə gətirmişdir. 14 yanvar 2023-cü il tarixdə axşam saat 17-18 radələrində Uzunboyad kəndində öz evində olduğu vaxtı kimsə Turalı çöldən çağırmış, həmin vaxtı evin su nasosunun qidroforu donduğuna görə onunla məşqul olmuş, həmin vaxtı küçədən evin qarşısından səs-küy səsləri gəlmiş, evdən çölə küçəyə çıxanda qonşuluqda yaşayan digər oğlu Ağacanla Amid və münaqişə etdiyini, iki nəfər tanımadığı şəxsin də Turalla mübahisə etdiyini görmüş, tez özü araya girmiş və “nə olub, nə məsələdir?” soruşmuş, onu görüb Amid və onunla gələn yoldaşlar dayanmış və Amidə “nə mübahisən var niyə gəlib mənə demirsən”demiş, Amidi onunla gələn adamlar özləri ilə gələn avtomobilə salıb getmək istəmişlər, özü isə Turalı onlardan aralamağa çalışmış, həmin vaxtı Amidin əlində bir bıçaq olmuş, həmin bıçağı onun əlindən almaq istədikdə Amid həmin əlindəki bıçaqla onun sol əli istiqamətində hərəkət etmiş, yəni bıçağı onun sol əli tərəfə istiqamətləndirmiş, həmin bıçaq onun sol çəçəli barmağını içəridən kəsmiş, əlindən qan açılmış, Amid əlində qırmızı rəngli tutacaq yeri olan bıçaqla gəldikləri “Opel” markalı avtomobilə minib oradan uzaqlaşmışdır. Bundan sonra oğlanları Tural və Ağacandan soruşanda nəyin mübahisəsidir, onlar Turalın avtomobilin 1000 və ya 1100 manatını qaytardığını, lakin Amidin qalan 200 və ya 300 manatı da istəmiş, mübahisə bu zəmində baş verdiyini izah etmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ailəsi ilə birlikdə Şabran rayonu Uzunboyad kəndində yaşayır, qardaşı Şahid2 ailəsi və atası Zərərçəkmiş şəxsla birlikdə onunla qonşuluqda yaşayırlar. Qardaşı Tural “VAZ-21093” markalı B 119- YH-05-rus Rusiya nömrəsi ilə olan avtomobili Rusiya Federasiyasından gətirmiş, bir az sürdükdən sonra təxminən 5-6 ay əvvəl Təqsirləndirilən şəxs adlı Siyəzənli bir şəxsə təxminən 1300 manata satmış, lakin rusiya nömrəli avtomobil olduğuna görə sənədləşmə aparılmamış, şifahi öz aralarında olan razılaşma əsasında avtomobili həmin Təqsirləndirilən şəxs satmışdır. Amidin onların uzaq qohumudur. Amid avtomobili 4-5 ay sürdükdən sonra Tural ona satdığı avtomobil Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına qoyulmuş, həmin vaxtı avtomobil nasaz vəziyyətdə olmuş və 1-2 ay həmin cərimə meydançasında qalmışdır. Avtomobil Rusiya etibarnaməsi ilə Turalın adına verildiyinə görə Tural özü Amilin anasının iştirakı ilə gedib Xızıdan həmin avtomobili cərimə meydançasından çıxartmış və nasaz vəziyyətdə olduğu üçün buksirlə evlərinə, Uzunboyad kəndinə gətirmişdir. Bu günə qədər avtomobil nasaz vəziyyətdə evdə qalmışdır. 14 yanvar 2023-cü il tarixdə axşam saat 17-18 radələrində Uzunboyad kəndində öz evinin həyətində olduğu vaxtı Turalla çöldə evinin qarşısında 4-5 nəfərin mübahisə etdiyini, onların içində Təqsirləndirilən şəxs da olduğunu görmüş, digərlərini isə tanımamışdır. Onlara yaxınlaşanda Amidin Turala kəllə atdığını, lakin kəllənin Turala dəymədiyini görmüş, onların arasına girəndə Amid arxa cibindən qırmızı dəstəyi olan bıçağı çıxartmış, Tural onun əlini geriyə qatlamış, lakin Amid bıçağı yığışdırmamış, həmin vaxtı atası Zərərçəkmiş şəxs səs-küyə gəlmiş və Turalla Amidin arasına girdikdə Amid əlində olan bıçağı atasının sol əli tərəfinə istiqamətləndirmiş və həmin bıçaqla atası Zərərçəkmiş şəxs əlinin balaca barmağını kəsmiş, Amid və onunla gələn adamlar atamın barmağının kəsilməsini gördükdə gəldikləri “Opel-Astra” markalı avtomobillə çıxın getmişlər, özü təcili yardıma və DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Tural avtomobilin 1000 manatını qaytarmış, lakin Amid qalan 200 və ya 300 manatı da istəmiş, mübahisə məhz bu zəmində baş vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə tibb ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Siyəzən rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 06 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – sol əlinin 5-ci barmağının kəsilmiş yarası və 4-cü barmağının cızığı kəsici kənara malik əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, sahhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Siyəzən RİHB-nın Siyəzən şəhər İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs - arvadı X1, 2005-ci il təvəllüdlü oğlu Mehman Qafarov, 2007-ci il təvəllüdlü qızı Gülbacı Qafarova, 2018-ci il təvəllüdlü oğlu Azad Qafarovdan ibarət ailə tərkibi vardır. İş materiallarında olan Siyəzən rayon İHB-nın Siyəzən şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli 767 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, Kolin İnşaatda traktor sürücüsü işləyir. Vətəndaş mərhum şəhid qardaşının ailəsinin qayğıları ilə məşğul olur. Nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki iş üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-31/2023
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-31/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver