Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-31/2024 22.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1986-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qəsdən satış məqsədi ilə xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1,358 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib, 0,052 qram, 0,056 qram, 0,053 qram, 0,084 qram, 0,045 qram, 0,058 qram, 0,046 qram, 0,341 qram, 0,354 qram, 0,046 qram, 0,034 qram, 0,037 qram, 0,152 qram olmaqla onu hissələrə bölüb 13 ədəd bükümdə qablaşdıraraq üzərində qanunsuz olaraq saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə cinayətdən xəbərsiz tanışı X5 idarə etdiyi sonuncunun qardaşı Şahid6 məxsus “Tofaş” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan zaman polis əməkdaşlarının onların olduğu avtomobilə yaxınlaşdıqlarını görüb üzərində olan ümumilikdə 13 ədəd bükümdə narkotik vasitə hesab edilən heroinin 3 ədəd bükümünü avtomobilin sağ ön oturacağının qol altlığının yanında olan kiçik qadın əl çantasının içərisində, 1 ədəd bükümünü isə avtomobilin qol altlığının içərisində gizlətmiş, qalan 9 ədəd bükümləri əynindəki boz rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, həmin tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı o, Şabran şəhəri Zərifə Əliyeva küçəsi ərazisində sözügedən avtomobilin içərisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş, Şabran Rayon Polis Şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 9 ədəd bükümdə ümumi təmiz çəkisi 1,089 qram xeyli miqdarda narkotik vasitə hesab edilən heroin və keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq xx.xx.2024-cü il tarixdə **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Şabran Rayon Polis Şöbəsində baxış keçirilən zaman avtomobildən ümumi təmiz çəkisi 0,269 qram olmaqla, avtomobilin sağ ön oturacağının qol altlığının yanında olan kiçik qadın əl çantasının içərisindən 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,117 qram və avtomobilin qol altlığının içərisindən isə 1 ədəd bükümdə 0,152 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunması ilə razı deyil. O, ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır. Özü narkotik vasitə hesab edilən heroin istifadəçisidir. Əvvəllər də narkotik vasitə istifadə etməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən bir neçə aydır ki, azadlığa çıxmışdır. Dəqiq günü xatırlamasa da, 2023-cü ilin dekabr ayında Bakı şəhərində “Şamaxinka" adlanan ərazidə olan zaman yerdə bir ədəd sellofan büküm görmüşdür. O, həmin bükümü açaraq onun içərisinə baxan zaman bükümün içərisində narkotik vasitə hesab edilən heroin olduğunu görmüşdür. Ətrafda onu heç kəsin görmədiyinə əmin olduqdan sonra həmin bükümü cibinə qoyaraq oradan uzaqlaşmışdır. Daha sonra yaşadığı Şabran şəhərinə gəldikdən sonra həmin sellofan bükümün içərisindəki narkotik vasitə hesab edilən heroini sellofan və siqaretin gümüşü kağızlarına dolduraraq ondan bir neçə büküm yəni (çet) hazırlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radələrində Şabran şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən “Ziya” kafesinin yaxınlığında təsadüfən tanışı Ruslan Mövsümovun idarə etdiyi qara rəngli “Tofaş” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əyləşmişdir, Ruslanla söhbət edən zaman təsadüfən tanışları Şahid7 da onların yanına gəlmiş və o da, hava soyuq olduğundan avtomobilin arxa hissəsində əyləşmişdir. Bir neçə dəqiqə keçmiş o, polis əməkdaşlarının bir qədər aralıda onların olduğu avtomobilə yaxınlaşdıqlarını görmüşdür. Bu zaman o, üzərindəki bükümləri avtomobilin qol altlığında və sağ ön oturacaq ilə qol altının arasında qara rəngli qadın əl çantasının içərisində gizlətmişdir. Polis əməkdaşları onlara yaxınlaşan zaman Ruslan avtomobildən düşərək qaçmağa başlamışdır. Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Hüseynağanı və onu Şabran Rayon Polis Şöbəsinı gətirmişlər. Şabran Rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd dəmir materialdan hazırlanmış cib bıçağı, sağ yan cibindən isə içərisində narkotik vasitə hesab edilən heroin olan 9 ədəd büküm aşkar edilmişdir. Həmin bükümləri o, şəxsi istifadə məqsədilə üzərində gəzdirirdi. Lakin o, narkotik maddələrin satışı ilə məşğul olmayıb. Hazırda törətdiyi əməldən peşmandır və barəsində yüngül cəza təyin edilməsin xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, o, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Şabran rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə bağlı Şabran Rayon Polis Şöbəsinin əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupunun yaradılması haqqında əmr tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid1, əməliyyat müvəkkilləri, Şahid4 Bəhrəm oğlu, Şahid3 və X19 ilə birlikdə olan zaman Şabran şəhər sakinləri X5, Təqsirləndirilən şəxs və Şahid7 Şabran şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən parkda qara rəngli, "Tofaş" minik markalı, **- XS-*** qeydiyyat nömrə nişanlı dayanmış vəziyyətdə olan avtomobilin içərisində olmaları ilə bağlı məlumat daxil olmuşdur. Məlumat əsasında adı çəkilən əməkdaşlarla birgə həmin avtomobilə yaxınlaşmışlar. Avtomobilə yaxınlaşan zaman X10 avtomobilin sükan arxasından düşərək qaçmağa başlamışdır. Polis əməkdaşları onun arxası ilə qaçsalar da Ruslan Mövsümovu tutmaq mümkün olmamışdır. Buna baxmayaraq həmin avtomobildə olan X14 və Şahid7 eləcə də, Ruslan Mövsümovun sükanı arxasında olduğu, "Tofaş" minik markalı, **-XS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şabran Rayon polis şöbəsinə gətirilmişdir. Şabran Rayon Polis Şöbəsinə gəldikdən sonra müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə hesab edilən heroin olan 9 ədəd büküm, sol yan cibindən isə 1 ədəd dəmir materialdan hazırlanmış cib bıçağı aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə hesab edilən heroin olan 9 ədəd bükümün onun özünə məxsus olmasını, onları tapdığını və həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədilə özündə saxlamasını səmimi olaraq etiraf etmişdir. Bundan sonra Şahid7 üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə isə Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid1 dəvəti ilə Ruslan Mövsümov könüllü olaraq Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. Şabran Rayon Polis X8, qardaşı Şahid6, əməliyyat müvəkkili Şahid2 iştirakları ilə "Tofaş" minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlıq nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salon hissəsindəki küldandan, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan 1 ədəd büküm, avtomobilin sağ oturacağının qol qoyacağının yanında kiçik qadın əl çantasının içərisindən 3 ədədə siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə hesab edilən heroin olan bükümlər, avtomobilin qol altlığının içərisindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə hesab edilən heroin olan bükümlər aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Ruslan Mövsümov avtomobildən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə hesab edilən heroin olan 4 ədəd bükümün ona məxsus olmadığını, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan 1 ədəd büküküm isə onun özünə məxsus olduğunu, həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə avtomobildə saxlamasını səmimi olaraq etiraf etmişdir. Ruslan Mövsümovun üzərində şəxsi axtarış aparılan zaman isə onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə aşkar edilmədi. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsində hər-hansı bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3, X20 və Şahid4 Bəhrəm oğlu Şahid5 Riman oğlu ilə eyni məzmunlu ifadə verərək onun məhkəmə iclasında verdiyi ifadədə göstərdiyi xüsusiyyətləri bir daha təsdiq etmişlər və sədrlik edənin sualına cavab olaraq Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsində hər-hansı bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını göstərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında ailəsi, yəni atası və anası ilə bir evdə yaşayır. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə məhkum olunmuşdur. Ona məxsus qara rəngli **-XS-*** dövlət qeydiyyat nişanlıq nəqliyyat vasitəsi vardır. Həmin avtomobili etibarnamə əsasında özü idarə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radələrində qardaşı Ruslan Mövsümovla o, idarə etdiyi "Tofaş" minik markalı, **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Şabran şəhərində gəzirmişlər. O, avtomobili Şabran şəhərinin Zərifə Əliyeva küçəsində saxlayaraq siqaret almaq üçün dükana getmişdir. Dükandan çıxdıqdan sonra avtomobilinin yerində olmadığını görmüşdür. Bu zaman o, piyada, yaşadığı evə yollanmışdır. Daha sonra Ruslan ona, dükana girdikdən sonra avtomobili idarə edərək Şabran şəhərinin Zərifə Əliyeva parkında "Ziya" kafesinin yaxınlığına sürdüyünü və orada Şabran Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən ona məxsus avtomobili, avtomobildə olan tanışı Təqsirləndirilən şəxs və Şahid7 polis əməkdaşlarının Şabran Rayon polis Şöbəsinə apardıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birgə yaşayır. Bir azyaşlı övladı vardır. Əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radələrində Şabran şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən parkda oturmuşdur. Bu zaman qara rəngli “Tofaş" minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun yanında dayanmışdır. Həmin vaxt avtomobildə tanışı Təqsirləndirilən şəxs da olmuşdur. Sürücü isə tanıdığı Ruslan Mövsümov olmuşdur. O, hava soyuq olduğundan onlardan avtomobilin arxa hissəsində oturmasını xahiş etmiş və onlar da buna heç bir etiraz etməmişlər. Təzəcə avtomobilə əyləşmişdir ki, polis əməkdaşları onlara yaxınlaşmış və avtomobildən onunla Şakiri tutmuş, sürücü Ruslan Mövsümov isə avtomobili orada qoyaraq qaçmışdır. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilən zaman və Şabran Rayon Polis Şöbəsindı olduğu dövrdə onun və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və yaxud psixi təzyiqə məruz qalmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində, Şabran şəhərinin Zərifə Əliyeva küçəsi ərazisində Təqsirləndirilən şəxs, Şahid7 və X10 "Tofaş” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlanıldıqları zaman X10 qaçaraq həmin yerdən uzaqlaşmağa müvəffəq olmuş, Təqsirləndirilən şəxs ilə Şahid7 isə "Tofaş” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gətirilmişlər (cinayət işinin 2-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid7 və X5 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, qəbul etmələri, üzərilərində saxlamaları, daşımaları və qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə bağlı etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, onların ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməklə yaxalanmalarından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır(cinayət işinin 4-6-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli, 3-13-107/Ə27/2023 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs, Şahid7 və X5 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, qəbul etmələri, üzərilərində saxlamaları, daşımaları və qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə bağlı etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 7-8cu vərəqələri). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 12-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.2024-cü il tarixdə, saat 20:45də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 13- 14-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:55-dən 21:11-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd dəmir materialdan hazırlanmış cib bıçağı, sağ yan cibindən isə içərisində narkotik vasitə hesab edilən heroinə bənzər kütlələr olan 9 ədəd büküm aşkar edilərək götürülmüşdür (cinayət işinin 28-30-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:55-dən 21:11-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın "DVD" diskdəki videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd dəmir materialdan hazırlanmış cib bıçağı, sağ yan cibindən isə içərisində narkotik vasitə hesab edilən heroinə bənzər kütlələr olan 9 ədəd büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin narkotik vasitə olduqlarını və onları özünü istifadə etməyə hazırlaşdığını bildirmişdir (cinayət işinin 31-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-6/405 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram, 0,056 qram, 0,053, 0,084 qram, 0,045 qram, 0,058 qram, 0,046 qram, 0,341 qram, 0,354 qram olmaqla ümumi təmiz çəkisi 1,089 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr" in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil etmişdir (cinayət işinin 44-47-ci vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 1,089 qram çəkidə heroinin 0,27 qram hissəsi nümunə olaraq götürülmüş və 0,819 qram hissəsi geri qaytarılmışdır (cinayət işinin 48-ci vərəqəsi). -xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Tofaş” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində avtomobilin salon hissəsindəki küldandan, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd büküm, avtomobilin sağ oturacağının qol qoyacağının yanında kiçik qadın əl çantasının içərisindən 3 ədəd gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə hesab edilən heroinə bənzər kütlələr olan bükümlər, avtomobilin qol altlığının içərisindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə hesab edilən heroinə bənzər kütlə olan bükümlər aşkar edilərək müvafiq qaydada götürülmüşdür (cinayət işinin 64-cü vərəqəsi). -xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Tofaş” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış 2 ədəd "DVD" diskdəki videogörüntüsündən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Tofaş” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində avtomobilin salon hissəsindəki küldandan, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd büküm, avtomobilin sağ oturacağının qol qoyacağının yanında kiçik qadın əl çantasının içərisindən 3 ədəd gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə hesab edilən heroinə bənzər kütlələr olan bükümlər, avtomobilin qol altlığının içərisindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə hesab edilən heroinə bənzər kütlə olan bükümlər aşkar edilərək müvafiq qaydada götürülmüşdür (cinayət işinin 65-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən 234.2-ci maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir (cinayət işinin 92-93-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin Maddə ilə ittiham elan edilmişdir (cinayət işinin 95-96-cı vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-8/2024 nömrəli, xx.xx.2024-cü il tarixliqərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən, saat 20:45-dən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 112-115-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 1(031)-42/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cinayət işinin 116-120-ci vərəqələri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 tərəfindən verilmiş 27 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizası zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı növ xəsarət aşkar edilməmişdir (cinayət işinin 123-124-cü vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-6/422 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, **-XS-*** qeydiyyat nömrə nişanlı avtomobilin sağ oturacağının qol qoyulacağının arasından aşkar edilmiş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,034 qram, 0,037 qram ümumi təmiz çəkisi 0,117 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. **-XS-*** qeydiyyat nişanlı avtomobilin qol altlığının içərisindən aşkar edilmiş 1 ədəd büküm təmiz çəkisi 0, 152 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş ümumilikdə 4 ədəd bükümdə olan heroinin ümumi təmiz çəkisi 0,269 qram təşkil edir və həmin heroinlər xarici əlamətlərində və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin xx.xx.2005-ci ıl tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil etmişdir (cinayət işinin 130-134-cü vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 0,269 qram çəkidə heroinin 0,08 qram hissəsi nümunə olaraq götürülmüş və 0,189 qram hissəsi geri qaytarılmışdır (cinayət işinin 135-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-7/118 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "**-XS-***" q.n. nişanlı avtomobilin kül qabısından aşkar edilərək götürülmüş kütlə" yazılar və imzalar olan ağ rəngli kağız paketdə 1 (bir) ədəd kağız bükümdə təmin çəkisi 0,25 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana 01 bükümdə olduğu üçün müqayisəli tədqiqatı aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 72 manat təşkil etmişdir (cinayət işinin 143-145-civərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş ümumilikdə 0,25 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın 0,02 qram çəkidə hissəsi nümunə olaraq götürülmüş və 0,23 qram çəkidə hissəsi geri qaytarılmışdır (cinayət işinin 146-cı vərəqəsi). -xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur (cinayət işinin 162-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 5-74/2-1078/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1979-cu il təvəllüdlü atası X3, xx.xx.1951ci il təvəllüdlü anası X9 və xx.xx.1981-ci il təvəllüdlü qardaşı X1 ibarət ailə tərkibi vardır (cinayət işinin 163-cü vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 5-74/2-1079/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur (cinayət işinin 164-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1986-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.2-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə isə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 28 gün vaxtından əvvəl şərti olaraq barəsində həmin hökmlə təyin edilmiş cəzadan azad edilmişdir (cinayət işinin 166-167-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 5(031)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** mobil nömrəyə 2023-cü ilin noyabr ayının 1-dən 2024cü ilin yanvar ayının 21-nə kimi olan müddət ərzində gələn və gedən zənglər, həmin mobil nömrənin anten dairəsi, habelə daxil olan və göndərilər "SMS" mətnləri, "WhatsApp" yazışmaları barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülməsi qərara alınmışdır (cinayət işinin 173-174cü vərəqələri). - xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, hər-hansı bir müsbət nəticə əldə edilməmişdir (cinayət işinin 186-cı vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X17 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1382 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbula nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 204-205-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-6/1465 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və Tofaş” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil etmişdir (cinayət işinin 206-210-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübutlar: 26 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və "Tofaş" minik markalı, **-XS-*** qeydiyyat nömrə nişanlı avtomobildən ona məxsus aşkar edilərək götürülmüş, 0,35 qram tədqiqata sərf edilməklə, ümumi təmiz çəkisi 1,008 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, **-XS-*** qeydiyyat nömrə nişanlı avtomobildən X6 məxsus 0,02 qram tədqiqata sərf edilməklə, ümumi təmiz çəkisi 0,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməklə saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmişlər (cinayət işinin 211-213-cü vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-3/447 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bıçaq soyuq silah hesab edilmir, Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil etmişdir (cinayət işinin 215- 217-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 5(031)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı əsasında Azerfon" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** mobil nömrəyə 2023-cü ilin noyabr ayının 1dən 2024cü ilin yanvar ayının 21-nə kimi olan müddət ərzində gələn və gedən zənglər, həmin mobil nömrənin anten dairəsi, habelə daxil olan və göndərilər "SMS" mətnləri, "WhatsApp" yazışmaları barədə məlumatların köçürüldüyü "CD" diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə, saat 22:15:13 radələrində “qaqaş pul var kola tapmaq olar 10-15 manatlıq", xx.xx.2023-cü il tarixdə saat 11:31:21 radələrində, “Şakir nəsə düz qoş elə axşam 5 verəcəm halım yoxdur” kimi məzmunda SMS mətnləri aşkar edilmişdir (cinayət işinin 224-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yeni məzmunda ittiham elan olunmuşdur (cinayət işinin 227-229-cu vərəqələri). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 239-255-ci vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından "Tofaş” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 0,25 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın X7 məxsus olduğu aşkar edilmişdir, ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə cinayət işini başlanmasına Azərbaycan Respublikasının Cinayət Məcələsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti Şabran Rayon polis X2 Bölməsinə göndərilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-7/118 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə bağlı məhkəmə məsrəfi olan 72 manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci və 9-cu bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin polis tərəfindən psixi təzyiqə məruz qalması nəticəsində ilkin ifadələrində özünü qismən təqsirli bilməsi barədə dedikləri özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir və məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. Əksinə məhkəmə iclasında ifadə verən polis əməkdaşları olan şahidlər və təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış Şahid7 təqsirləndirilən şəxsin Şabran Rayon Polis Şöbəsində hər hansı bir psixi təzyiqə məruz qalmadığını bildirmişlər və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 tərəfindən verilmiş 27 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən məhkəmə-tibbi ekspertizası zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı növ xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin çoxlu sayda xırda bükümlərdə olması, həmçinin Şabran Rayon Məhkəməsinin 5(031)-9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı əsasında Azerfon" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş məlumatlar təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsini, saxlamasını, daşımasını və satmasını sübut edən dəlillərdəndir . Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməsi sübuta yetirildi və həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və yaxud təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilmiş məlumatlara və Şabran Rayon Məhkəməsinin 1(031)-42/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Qərarda o da qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Şəxsin əməlində residivin mövcud olması üçün onun əvvəllər qəsdən cinayət törətməyə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması və yenidən qəsdən cinayət törətməsi tələb olunur. Cinayət Məcəlləsinin 18-ci maddəsində törədilən cinayətlərin ağırlıq dərəcəsindən və məhkumluğun sayından asılı olaraq residivin sadə, təhlükəli və xüsusilə təhlükəli növləri fərqləndirilmişdir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivi olmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 406 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir, iş üzrə maddi sübut hesab edilərək Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmiş 1,008 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və 0,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir və cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və baxış istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 03 (üç) ədəd "DVD" disk cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və AR CPM-nin 344-358, 381, 384- 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağında saxlanılan 1,008 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və 0,23 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və baxış istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 03 (üç) ədəd "DVD" disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 406 (dörd yüz altı) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-31/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-31/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver