Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-31/2025 06.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1979-cu il tarixdə Qazaxıstan Respublikasının Cambul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, isiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2ında yaşayan və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə mənbədən və şəraitdə qəsdən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 248,726 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı, qanunsuz olaraq satış məqsədi olmadan əldə edib yaşadığı ünvan 2ında yerləşən toyuq hinində saxlamış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində həmin ünvana baxış keçirilməsi məqsədilə anası X1 yazılı razılıq alınarkən onun yanından narkotik vasitəni gizlətdiyi həyətyanı sahədə yerləşən toyuq hininə tərəf keçib, toyuq hinində gizlətmiş olduğu içərisində narkotik vasitə olan sellofan torbanı götürərək, arxasınca polis əməkdaşlarının gəldiyini görüb oradan uzaqlaşmış, sellofan torbada olan narkotik vasitələrin bir qismini Şabran şəhəri, Heydər Əliyev prospektinin yaxınlığında yeni salınmış məhəllədə adsız küçədə yerləşən yaşayış olmayan həyətə səpələmiş və sellofan torbanı həmin yerə ataraq qaçmış, qeyd olunan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana həmin vaxt polis əməkdaşları tərəfindən yerdən toplanılaraq aktlaşdırılmış, daha sonra həmin gün saat 15:00 radələrində Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evə və narkotik vasitələri qaçarkən atmış olduğu yerə təkrarən baxış keçirilərkən Şabran şəhərinin Heydər Əliyev prospektinin yaxınlığında yeni salınmış məhəllədə adsız küçədə yerləşən yaşayış olmayan həyətdən yerə səpələnmiş vəziyyətdə qurudulmuş marixuananın qalıqları aşkar edilməklə ümumilikdə təmiz çəkisi 248,726 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, faktiki olaraq ünvan 2ında yaşayır. Ara-sıra narkotik vasitədən istifadə edir. Bunun üçün də 2024-cü ildə yaşadığı evin həyətində 02 (iki) ədəd çətənə kolu əkmiş və becərərək qurudub toplamışdır. Həmin qurutduğu narkotiki həyətdə toyuq saxladıqları hində köhnə kisənin içərisində gizlətmiş və lazım olduqda oradan götürüb istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 12:00 radələrində yaşadığı evə polis əməkdaşları gəlmiş, onlar evin giriş qapısının qarşısında gəlmə səbəblərini izah etmiş və anası Minayə Abbasovadan yaşadıqları evə baxış keçirilməsinə razı olubolmamasını soruşmuş, anası razı olduğunu bildirmiş və bununla bağlı ərizə yazarkən o, anasının yanından sakitcə uzaqlaşmış və qaçaraq toyuq hininə tərəf getmişdir. Arxasınca polis əməkdaşlarının gəldiyini gördüyü üçün hində olan sellofan torbadakı narkotik maddəni dəmir hasardan digər tərəfə ataraq özü də dəmir hasarın üzərindən tullanmış, atdığı sellofan torbanı götürüb qaçmışdır. Ayağında olan rezin ayaqqabı ayağından çıxmış, lakin geri qayıtmamış, qaçaraq küçə ilə getmiş və yaşadığı Şabran şəhərinin Heydər Əliyev prospektinin yaxınlığında yerləşən yeni salınmış məhəllədə adsız küçədə olan sahibsiz həyətə daxil olmuşdur. Arxasınca polis əməkdaşının gəldiyini gördüyü üçün sellofan torbanın içərisində olan narkotikin bir hissəsini otluq hissəyə səpmiş, sellofanı polis əlindən almasın deyə atıb daş hasardan tullanmış və irəli gedərək gizlənmişdir. Oradan polis əməkdaşlarının sellofandan dağıtdığı narkotiki və sellofan torbanı götürüb getdiklərini görmüş və təxminən 01 (bir) saat gizləndikdən sonra sakitçilik olduğunu gördüyü üçün evə qayıtmışdır. Anasına narkotik vasitənin ona məxsus olduğunu, buna görə peşman olduğunu demişdir. Bundan sonra yenidən polis əməkdaşları evə qayıtmış, onun atıb qaçdığı sellofan torbada olan narkotik vasitə qablaşdırılmış şəkildə ona təqdim edilmiş, onun iştirakı ilə təkrar baxış keçirilmiş və o, narkotiki gizlətdiyi yeri və torbanı atdığı yeri polis əməkdaşlarına göstərmişdir. Narkotiki dağıtdığı yerdən bir neçə siqaretlik narkotik aşkar edilmiş və qablaşdırılmış sellofanda olan narkotik vasitənin üzərinə əlavə edilmişdir. O, polis əməkdaşları yaşadığı evə gəldikdən sonra anası evə baxış keçirilməsinə razılıq verdiyi üçün bu barədə ərizə yazdıqda hində gizlətdiyi narkotik vasitə aşkar olunacağından qorxduğu üçün, həmin sellofan torbanı götürüb qaçmışdır. Ailə üzvlərinin onun yaşadıqları evin həyətində narkotik vasitə saxlamasından xəbərləri olmamışdır. O, saxlanılan zaman və Şabran Rayon Polis Şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor və ya fiziki təzyiq olunmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsində özünü təqsirli bilməsi ilə yanaşı, onun əməli məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ünvan 2ında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması, narkotik bitkiləri kutivasiya etməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə daxil olmuş məlumatın yoxlanması məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində Şabran Rayon Polis X9 baş təhqiqatçısı Şahid4, Şabran Rayon Polis X19 Xidməti Bölməsinin polis nəfərləri Şahid2 və Şahid3 iştirakları ilə həmin ünvana getmiş, evin giriş qapısında Təqsirləndirilən şəxs anası X1 evə və həyətyanı sahəyə baxış keçirilməsinə dair razılıq ərizəsi alınarkən onun yanında olan Təqsirləndirilən şəxs sakit şəkildə ondan uzaqlaşmış və qəflətən qaçaraq toyuq hini istiqamətinə getmişdir. O, Əfqanın arxasınca qaçmış və digər polis əməkdaşı da həmin istiqamətə getmişlər. O, Təqsirləndirilən şəxs toyuq hinində gizlətmiş olduğu sellofan torbada olan narkotik vasitəni götürərək dəmir hasardan digər tərəfə atdığını, onun gəldiyini görərək dəmir hasardan digər tərəfə keçdiyini və atdığı şəffaf rəngli sellofanı götürərək qaçmağa başladığını görmüş, onun ardınca qaçaraq onu dayandırmaq istəsə də ona çata bilməmişdir. Təqsirləndirilən şəxs hasarı aşaraq sahibsiz həyətə keçmiş və sonra sellofan torbada yaşıl rəngli spesifik iyi olan narkotik vasitəyə oxşar kütlələri az-az torbadan çıxararaq otluq əraziyə səpməyə başlamış və sonda sellofan torbanı ataraq gözdən itmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerə səpdiyi həmin narkotik vasitəyə oxşar kütlələr otluq ərazidən toplanaraq atıb qaçdığı sellofan torbaya yığılmış, anası Minayə Abbasovamn iştirakı ilə qablaşdırılmış, elektron tərəzidə çəkilmiş və sonra fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilmişdir. Daha sonra evdən çıxaraq Şabran Rayon Polis şöbəsinə gəlmiş, təxminən 01 (bir) saat keçdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə qayıtması barədə məlumat daxil olmuş, buna görə də təkrar baxış keçirilməsi üçün ora getmişdir. Təqsirləndirilən şəxs ataraq qaçıb getdiyi narkotik vasitə təqdim edilmiş, daha sonra onun iştirakı ilə narkotik vasitəni gizlətmiş olduğu toyuq hininə və narkotik vasitəni toyuq hinindən götürüb dəmir hasardan atdığı yerə, hasardan tullanaraq sellofan torbanı götürüb qaçdığı istiqamətə, qaçan zaman tullandığı yerə, ayağında olan rezin ayaqqabıların qaçan zaman ayağından çıxaraq qaldığı yerə, daş hasarın üzərindən tullanaraq torpaq yolla qaçdığı istiqamətə və Şabran şəhərinin Heydər Əliyev prospektinin yaxınlığında yeni salınmış məhəllədə olan adsız küçədə yerləşən sahibsiz həyətə keçdiyi yerə, əlində olan sellofan torbada olan narkotik vasitəni səpələdiyi yerlərə və torbanı atdığı yerə baxış keçirilmişdir. Yerdən Təqsirləndirilən şəxs narkotik vasitəni sellofandan səpələmiş olduğu təxminən bir neçə siqaretlik spesifik rəngli maddələr aşkar edilmiş, aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr qablaşdırılmış narkotik vasitənin üzərinə əlavə edilərək yenidən qablaşdırılmışdır. “Texnika” markalı elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisinin 285 qram olduğu müəyyən edilmişdir. Bundan başqa baxış zamanı qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş və orada onun üzərinə şəxsi axtarış aparılsa da, qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şabran Rayon Polis X19 Xidməti Bölməsinin polis nəfəri Şahid3 və Şabran Rayon Polis X9 baş təhqiqatçısı Şahid4, habelə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmədiyi və proses iştirakçılarının işə onun iştirakı olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq baxılmasına etiraz etməmələri səbəbləri ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 329cu maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş şahid Şabran Rayon Polis X19 Xidməti Bölməsinin polis nəfəri Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, sonuncunun məhkəmə iclasında verdiyi ifadədə göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, faktla bağlı CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:30-da kimliyinin gizli qalmasını istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik maddələr saxlaması və kultivasiya etməsi barədə məlumat verib (cinayət işinin İ cildinin 3cü vərəqəsi). - xx.xx.2025-ci il tarixli aktdan və fotoşəkillərdən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində ünvan 2ında baxış keçirilməsi məqsədilə, Təqsirləndirilən şəxs anası X1 yazılı razılıq alınarkən Təqsirləndirilən şəxs onun yanından narkotik vasitəni gizlətdiyi həyətyanı sahədə yerləşən toyuq hininə tərəf keçib, toyuq hinində gizlətmiş olduğu içərisində narkotik vasitə olan sellofan torbanı götürərək, arxasınca polis əməkdaşlarının gəldiyini görüb oradan uzaqlaşmış, sellofan torbada olan narkotik vasitələrin bir qismini Şabran şəhərinin Heydər Əliyev prospektinin yaxınlığında yeni salınmış məhəllədə adsız küçədə yerləşən yaşayış olmayan həyətə səpələmiş və sellofan torbanı həmin yerə ataraq qaçmış, qeyd olunan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana həmin vaxt polis əməkdaşları tərəfindən yerdən toplanılaraq aktlaşdırılmışdır (cinayət işinin İ cildinin 10-18-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli baxış aparılması haqqında protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə saat 12:22-dən 12:41-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yerə səpdiyi həmin narkotik vasitəyə oxşar kütlələr otluq ərazidən toplanaraq atıb qaçdığı sellofan torbaya yığılmışdır. Sellofan torbada olan narkotik vasitələr Təqsirləndirilən şəxs yaşadığı evdə anası X3 iştirakı ilə “Texnika” adlı elektron tərəzinin üzərinə qoyularaq çəkisinin 251 qram olduğu müəyyən edilmişdir. Daha sonra Minayə Abbasovanın iştirakı ilə sellofan torbada olan spesifik iyə malik olan narkotik vasitələr qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Bundan sonra fərdi yaşayış evinə baxış keçirilmişdir. Yaşayış evinin dəmir qapısından içəri girdikdə mətbəx, mətbəxin mərkəzində 01 (bir) ədəd stol və stullar, sağda 01 (bir) ədəd taxta qapılı otaq müəyyən edilmişdir. Həmin otaqdan içəridə bir dənə otaq vardır. Orada olan divana, şkafa və digər əşyalara baxış keçirilmiş. Sonra qarşıda olan yataq otağına, orada olan şkaflara baxış keçirilmişdir. Bundan sonra Minayə Abbasovanın yataq otağına da baxış keçirilmiş və fərdi yaşayış evindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra fərdi yaşayış evinin həyətində olan yardımçı tikiliyə və həyətyanı sahəyə baxış keçirilmiş, lakin oradan da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir (cinayət işinin İ cildinin 20-22-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərizəsində yaşadığı ünvan 2ında yerləşən evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cinayət işinin İ cildinin 25-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli baxış aparılması haqqında protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə saat 14:40-dan 15:01-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətə baxış keçirmək üçün gəldikdə evin giriş qapısında sonuncunun anası X1 evə və həyətyanı sahəyə baxış keçirilməsinə dair razılıq ərizəsi alınarkən onun yanında olan Təqsirləndirilən şəxs sakit şəkildə onların yanında uzaqlaşmış və qəflətən qaçaraq toyuq hini istiqamətinə getmiş, Şahid1 onun arxasınca qaçmış və digər polis əməkdaşı da həmin istiqamətə getmişdir. Təqsirləndirilən şəxs toyuq hinində gizlətmiş olduğu sellofan torbada olan narkotik vasitəni götürərək dəmir hasardan digər tərəfə atmış, atdığı şəffaf rəngli sellofanı götürərək qaçmağa başlamış, onun ardınca qaçaraq onu dayandırmaq istəyən Şahid1 ona çatmamış və Təqsirləndirilən şəxs hasarı aşaraq sahibsiz həyətə keçmiş və sonra sellofan torbada yaşıl rəngli spesifik iyi olan narkotik vasitəyə oxşar kütlələri az-az torbadan çıxararaq otluq əraziyə səpməyə başlamış və sonda sellofan torbanı ataraq açıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerə səpdiyi həmin narkotik vasitəyə oxşar kütlələr otluq erazidən toplanaraq atıb qaçdığı sellofan torbaya yığılmışdır. Sellofan torbada olan narkotik vasitələr Təqsirləndirilən şəxs yaşadığı evdə anası X3 iştirakı ilə “Texnika” adlı elektron tərəzinin üzərinə qoyularaq çəkisinin 251 qram olduğu müəyyən edilmişdir. Daha sonra Minayə Abbasovanın iştirakı ilə sellofan torbada olan spesifik iyə malik olan narkotik vasitələr qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Daha sonra fərdi yaşayış evinə və həyətyanı sahəyə Minayə Abbasovanın iştirakı ilə baxış keçirilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ına qayıtdığı üçün onun iştirakı ilə təkrar baxış keçirilməsi üçün polis əməkdaşları ünvan 2ına gəlmişlər, Təqsirləndirilən şəxs sellofan torbada ataraq qaçdığı və anası Minayə Abbasovanın iştirakı ilə qablaşdırılmış narkotik vasitə ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu, polis əməkdaşları yaşadığı evə gəlib, gəlmə səbəblərini izah etdikdə və anası Minayə Abbasovadan baxış keçiriməsinə etirazı olub-olmaması barədə ərizə alındığı zaman qorxduğu üçün anasının yanından sakitcə uzaqlaşdığını və daha sonra narkotik vasitəni gizlətdiyi toyuq hininə tərəf qaçdığını, arxasınca polis əməkdaşı gəldiyini gördüyü üçün hindən sellofan torbada olan narkotik vasitəni götürərək dəmir hasardan digər tərəfə tullayıb, özü hasardan keçərək sellofan torbanı götürüb qaçdığını və digər hasardan sahibsiz həyətə keçdikdə sellofandan narkotik vasitəni ətrafa səpdiyini və sellofan torbanı ataraq qaçdığını, polis əməkdaşlarının getdiyini bildikdən sonra peşman olduğu üçün evinə qayıtdığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə onun narkotik vasitəni yaşadığı evin həyətində gizlətdiyi toyuq hininə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hində saxladığı yeri göstərmiş, daha sonra polis əməkdaşlarının baxış keçirilməsi üçün gəldikdə anasının yanından uzaqlaşaraq hinə gəlib narkotik vasitəni götürüb dəmir hasardan atdığı yeri, hasardan tullanaraq sellofan torbanı götürüb qaçdığı istiqaməti, qaçan zaman tullandığı yeri, ayağında olan rezin ayaqqabıların qaçan zaman ayağından çıxaraq qaldığı yeri, daş hasarın üzərindən tullanaraq torpaq yol ilə qaçdığı istiqaməti əyani olaraq göstərmişdir. Arxasınca Təqsirləndirilən şəxs polis əməkdaşları gəldiyi üçün gizlənmək üçün Şabran şəhərinin Heydər Əliyev prospektinin yaxınlığında yeni salınmış məhəllədə olan adsız küçədə yerləşən sahibsiz həyətə keçdiyi yeri, əlində olan sellofan torbada olan narkotik vasitəni səpələdiyi yerləri və sellofan torbanı atdığı yeri də göstərmişdir. Yerdən Təqsirləndirilən şəxs narkotik vasitəni sellofandan səpələmiş olduğu təxminən bir neçə siqaretlik spesifik rəngli maddələr aşkar edildi. Aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr qablaşdırılmış narkotik vasitənin üzərinə əlavə edilərək yenidən qablaşdırılmışdır. 'Texnika" markalı elektron tərəzidə həmin maddələr çəkilmiş və həmin kütlənin çəkisinin 285 qram olduğu müəyyən edilmişdir. Bundan başqa baxış zamanı qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkarlanmamışdır (cinayət işinin İ cildinin 26-28-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:10-da ünvan 4 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon polis Şöbəsinə gətirilmiş və növbətçi Hissəyə Təhvil verilmişdir (cinayət işinin İ cildinin 29-cu vərəqəsi). - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən, saat 14:40-dan etibarən CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 30-32-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan və “DVD” diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə, saat 15:25-dən 15:31-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir (cinayət işinin İ cildinin 48-50-ci vərəqələri). - Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 208206 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №60”, AR DİN “Arayışlar üçün №60” möhür əksləri, “Şabran şəh, H.Əliyev pros. 361 yaşayan Təqsirləndirilən şəxs məxsus narkotik vasitəyə oxşar kütlə...” yazılar və imzalar olan 01 ədəd torbada təmiz çəkisi 248,726 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təmiz çəkisi 248,726 qram olan marixuananın 0,1 qram hissəsi tədqiqata sərf edilmiş, 248,626 qram hissəsi isə geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 48-50-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 62-63-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:40-da Şabran Rayon Polis X10 Yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 74-76-cı vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Dəvəçi rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə əvvəlki CM-nin 227-ci maddəsinin 1 hissəsi, 93-3 maddəsinin 2-ci hissəsi və 38-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2001-ci il tarixli amnistiya qərarına əsasən azad edilmişdir (cinayət işinin İ cildinin 87-ci). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X18 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2522 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 88-89-cu vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-74-1/2-1860/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həyat yoldaşı xx.xx.1993-cü il təvəllüdlü X5, oğlu – xx.xx.2016-cı il təvəllüdlü X12, atası xx.xx.1947-ci il təvəllüdlü X6 və anası xx.xx.1950-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi ilə Şabran şəhəri, Heydər Əliyev prospekti ünvanında yaşayır (cinayət işinin İ cildinin 106-cı vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-74-1/2-1861/2025 saylı, xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Şabran şəhəri, Heydər Əliyev prospekti ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 107-ci vərəqəsi). - xx.xx.2025-сi il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, ekspertiza tədqiqatından sonra geri qaytarılmış 248,626 qram çəkidə qurudulmuş marixuana maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis X11 Saxlanc Anbarına təhvil verilmiş, iş üzrə baxış və götürmə və şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətlərinin görüntüləri əks olunmuş 03 (üç) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 109-122-ci vərəqələri). Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanunun: 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahıya əsasən qurudulmuş marixuananın xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 50000 qram təşkil edir. CM-in 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi hazırkı cinayət işi üzrə aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus 248,726 qram bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın əldə edilməsi, saxlanılması və daşınması CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış və götürmə aparılmasına dair protokollar və onlara əlavə edilmiş “DVD” disklər, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (Bundan sonra CPM) 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-nin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını (xx.xx.2016-cı il təvəllüdlü X12) CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CMnin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Həmin Məcəllənin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. CM-nin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Ona görə də, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən, saat 14:40-dan xx.xx.2025-ci il tarixdə, saat 19:40-a kimi həbsdə saxlanıldığı müddət 02 (iki) gün kimi nəzərə alınmalı və ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə, CPM-nin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, CM-nin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alınaraq, həmçinin Təqsirləndirilən şəxs öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-nin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar ilə bağlı məsələnin necə həll edilməli olmasına münasibətdə bu nəticəyə gəlir ki, həmin Məcəllənin 132-ci maddəsinə əsasən ekspertiza icraatindan sonra qaytarılan, Şabran Rayon Polis X11 saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 248,626 qram qurudulmuş marixuana hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə baxış və götürmə və şəxsi axtarış və götürmə aparılmasina dair görüntüləri özündə əks etdirən 03 (üç) ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə, CPM-nin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2ında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CPM-nin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına köçürülməlidir. Məhkəmə, iş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən, saat 14:40-dan xx.xx.2025-ci il tarixdə, saat 19:40-a kimi həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Heydər Əliyev prospekti, ev 361 yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: ekspertiza tədqiqatından sonra qalıq çəkisi 248,626 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, baxış və götürmə və şəxsi axtarış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 03 (üç) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-31/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-31/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver