Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-32/2021 25.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Müdafiəçi4, Müdafiəçi5, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi X7 Zərərçəkmiş şəxslər – X1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 iştirakları ilə 27 avqust 1998-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1997-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvəllər məhkum olunmuş, işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, 27 sentyabr 2003-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şabran şəhəri, Q.Qasımov küçəsi nömrəsiz evdə qeydiyyatda olmaqla yaşayan və barəsində valideyn nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, bu cinayəti törədənədək məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1992-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şabran rayon QİS-də nəzarətçi işləyən, ünvan 4 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı-Quba avtomobil yolunun 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsinin 153-cü km-də yol kənarında yerləşən Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Qoşa Çinar” restoranından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2020-ci ilin dekabr ayının ortalarında saat 23 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-21074” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq sonuncu, hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib “sığortalamaq” məqsədilə restoranın yaxınlığında, idarə etdiyi avtomobili saxladığı yerdə “pusquda” durub gözləyərkən, restoranın zirzəmisinin kilidini güc tətbiqetmə yolu ilə açıb qanunsuz içəri daxil olmaqla oradan 420 (dörd yüz iyimi) manat dəyərində 01 ədəd “Oscar” markalı elektirik generatorunu ələ keçirib Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yük yerinə yerləşdirib yaşadıqları Şabran şəhərinə aparıb tanışına satmış, bununla da özgənin əmlakını gizli olaraq talmaqla oğurluq etmişdir. Bundan başqa o, tanışları – Şabran rayon sakinləri – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı-Quba avtomobil yolunun 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsinin 153cü km-də yolun kənarında yerləşən Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Qoşa Çinar” restoranından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2020-ci il dekabr ayının sonlarında saat 23 radələrində adları çəkilən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-21074” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib “sığortalamaq” məqsədi ilə restoranın həyətində idarə etdiyi avtomobili saxladığı yerdə “pusquda” durub gözləyərkən, Təqsirləndirilən şəxs3la birlikdə güc tətbiqetmə yolu ilə restoranın pəncərəsini açıb qanunsuz içəri daxil olmaqla mətbəxdən 75 manat dəyərində 01 ədəd odunla işləyən samovarı, 72 manat dəyərində 06 ədəd alüminium materialdan olan tavaları, 60 manat dəyərində 04 ədəd 20 litrlik alüminium materialdan olan qazanları, 10 manat dəyərində əl ilə işləyən ətçəkən maşını, 15 manat dəyərində 03 ədəd orta ölçülü alüminium materialdan olan podnosları, 10 manat dəyərində 01 ədəd 08 litrlik çuqun materialdan olan ləyəni, 04 manat dəyərində 01 ədəd aşsüzəni, 06 manat dəyərində 01 ədəd 03 litrlik çuqun materialdan olan qazanı, 07 manat dəyərində 01 ədəd 02 litrlik, qapağı şüşəli, xrom materialdan olan qazanı, 02 manat dəyərində 01 ədəd balaca plastik materialdan olan podnosu, 02 manat dəyərində 01 ədəd şüşə materialdan olan qəndqabını, 02 manat dəyərində 01 ədəd şüşə materialdan olan mürəbbə qabını, 30 manat dəyərində 01 ədəd “Marqus” markalı su motorunu, ümumilikdə isə 295 (iki yüz doxsan beş) manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşının yük yerinə yerləşdirib yaşadıqları Şabran şəhərinə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Şabran rayon sakini Təqsirləndirilən şəxs3 ilə təkrarən tamah niyyətilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı-Quba avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsinin 136-cı km-də yolun sağ kənarında yerləşən adıçəkilən kənd sakini Zərərçəkmiş şəxs3 Əliabbas oğlunun icarə əsasında işlətdiyi “Göl” restoranından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə təxminən 31 dekabr 2020-ci il tarixdə saat 23 radələrində birlikdə həmin əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs3 restoranın kabinetinin plastik pəncərəsini güc tətbiqetmə yolu ilə açıb qanunsuz içəri daxil olarkən sonuncunu hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib “sığortalamaq” məqsədilə restoranın yaxınlığında idarə etdiyi avtomobilin yanında “pusquda” durmuş, qanunsuz içəri daxil olmaqla restoranın kabinetindən 460 manat dəyərində 01 ədəd “Beko” markalı televizoru ələ keçirən Təqsirləndirilən şəxs3 çölə çıxdıqdan sonra onunla birlikdə həmin televizoru gizli olaraq talmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışları – Şabran rayon sakinləri – Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə təkrarən tamah niyyətilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı-ünvan 12razisindən keçən hissəsinin 127-ci km-də yolun sol kənarında yerləşən, Şabran şəhər sakini X1 icarə əsasında işlətdiyi “Bulaq” restoranından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə təxminən 05 yanvar 2021-ci il tarixdə saat 23 radələrində adları çəkilən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs5 idarə etdiyi “VAZ-2106” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs5la birlikdə - birincisi restoranın həytində, ikincisi isə bir qədər aralı, yolun kənarında idarə etdiyi avtomobili saxladığı yerdə hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib “sığortalamaq” məqsədilə “pusquda” dayanıb gözləyərkən, həyətdən tapdığı dəmir parçasının köməyilə restoranın plastik pəncərəsini açıb qanunsuz içəri daxil olmaqla restoranın zalından 460 manat dəyərində 01 ədəd “LG” markalı televizoru və mətbəxin yardımçı otağından 100 manat dəyərində 01 ədəd odunla işləyən samovarı, ümumilikdə isə 560 (beş yüz altımış) manat məbləğində Taleh Ağasiyevə məxsus əmlakı ələ keçirib Təqsirləndirilən şəxs5 idarə etdiyi avtomobilə yerləşdirərək yaşadıqları Şabran şəhərinə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı-Quba avtomobil yolunun 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsinin 153-cü km-də yol kənarında yerləşən Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Qoşa Çinar” restoranından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2020-ci ilin dekabr ayının ortalarında saat 23 radələrində idarə etdiyi “VAZ- 21074” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2la birlikdə həmin əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq sonuncu, restoranın zirzəmisinin kilidini güc tətbiqetmə yolu ilə açıb qanunsuz içəri daxil olarkən onu hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib “sığortalamaq” məqsədilə restoranın yaxınlığında idarə etdiyi avtomobili saxladığı yerdə “pusquda” durmuş, Təqsirləndirilən şəxs2 qanunsuz içəri daxil olmaqla restoranın zirzəmisindən ələ keçiridiyi 420 (dörd yüz iyirmi) manat dəyərində 01 ədəd “Oscar” markalı elektirik generatorunu idarə etdiyi avtomobilin yük yerinə yerləşdirib yaşadıqları Şabran şəhərinə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, tanışları – Şabran rayon sakinləri – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə təkrarən tamah niyyətilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı-Quba avtomobil yolunun 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsinin 153cü km-də yolun kənarında yerləşən, Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Qoşa Çinar” restoranından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2020-ci il dekabr ayının axırlarında saat 23 radələrində adları çəkilən şəxsləri idarə etdiyi “VAZ- 21074” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Şabran şəhərindən həmin əraziyə gətirmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 güc tətbiqetmə yolu ilə restoranın pəncərəsini açıb qanunsuz içəri daxil olarkən sonuncuları hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib “sığortalamaq” məqsədilə restorandan bir qədər aralı idarə etdiyi avtomobili saxladığı yerdə “pusquda” durmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz içəri daxil olmaqla restoranın mətbəxindən ələ keçirdkiləri 72 manat dəyərində 06 ədəd alüminium materialdan olan tavaları, 60 manat dəyərində 04 ədəd 20 litrlik alüminium materialdan olan qazanları, 10 manat dəyərində əl ilə işləyən ətçəkən maşını, 15 manat dəyərində 03 ədəd orta ölçülü alüminium materialdan olan podnosları, 10 manat dəyərində 01 ədəd 08 litrlik çuqun materialdan olan ləyəni, 04 manat dəyərində 01 ədəd aşsüzəni, 06 manat dəyərində 01 ədəd 03 litrlik çuqun materialdan olan qazanı, 07 manat dəyərində 01 ədəd 02 litrlik qapağı şüşəli, xrom materialdan olan qazanı, 02 manat dəyərində 01 ədəd balaca plastik materialdan olan podnosu, 02 manat dəyərində 01 ədəd şüşə materialdan olan qəndqabını, 02 manat dəyərində 01 ədəd şüşə materialdan olan mürəbbə qabını, 30 manat dəyərində 01 ədəd “Marqus” markalı su motorunu, ümumilikdə isə 295 (iki yüz doxsan beş) manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı idarə etdiyi avtomobilə yerləşdirib yaşadıqları Şabran şəhərinə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, tanışları – Şabran rayon sakinləri – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı-Quba avtomobil yolunun 2-ci Nügədi kəndi ərazisindən keçən hissəsinin 153-cü kmdə yol kənarında yerləşən, Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Qoşa-Çinar” restoranından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2020-ci ilin dekabrın sonlarında saat 23 radələrində adları çəkilən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-21074” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib “sığortalamaq” məqsədilə restoranın yaxınlığında idarə etdiyi avtomobili saxladığı yerdə “pusquda” dayanıb gözləyərkən, Təqsirləndirilən şəxs2la birlikdə restoranın pəncərəsini güc tətbiqetmə yolu ilə açıb qanunsuz içəri daxil olmaqla mətbəxdən 75 manat dəyərində 01 ədəd odunla işləyən samovarı, 72 manat dəyərində 06 ədəd alüminium materialdan olan tavaları, 60 manat dəyərində 04 ədəd 20 litrlik alüminium materialdan olan qazanları, 10 manat dəyərində əl ilə işləyən ətçəkən maşını, 15 manat dəyərində 03 ədəd orta ölçülü alüminium materialdan olan podnosları, 10 manat dəyərində 01 ədəd 8 litrlik çuqun materialdan olan ləyəni, 04 manat dəyərində 01 ədəd aşsüzəni, 06 manat dəyərində 01 ədəd 03 litrlik çuqun materialdan olan qazanı, 07 manat dəyərində 01 ədəd 02 litrlik qapağı şüşəli, xrom materialdan olan qazanı, 02 manat dəyərində 01 ədəd balaca plastik materialdan olan podnosu, 02 manat dəyərində 01 ədəd şüşə materialdan olan qəndqabını, 02 manat dəyərində 01 ədəd şüşə materialdan olan mürəbbə qabını, 30 manat dəyərində 01 ədəd “Marqus” markalı su motorunu, ümumilikdə isə 295 (iki yüz doxsan beş) manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə yerləşdirərək yaşadıqları Şabran şəhərində aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, tanışı – Şabran rayon sakini Təqsirləndirilən şəxs2 ilə təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı-Quba avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsinin 136-cı km-də yolun sağ kənarında yerləşən kənd sakini Zərərçəkmiş şəxs3 Əliabbas oğlunun icarə əsasında işlətdiyi “Göl” restoranından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə təxminən 31 dekabr 2020-ci il tarixdə saat 23 radələrində birikdə həmin əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib “sığortalamaq” məqsədi ilə restoranın qarşısında “pusquda” dayanıb gözləyərkən, restoranın kabinetinin pəncərəsini güc tətbiqetmə yolu açıb qanunsuz içəri daxil olmaqla oradan 160 (yüz altımış) manat dəyərində 01 ədəd “Beko” markalı televizoru gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, 03 yanvar 2021-ci il tarixdə saat 04 radələrində təkrarən tamah niyyətilə ünvan 5 ünvanda yerləşən X3 məxsus evin hasarından keçib həyətə, oradan isə evin plastik materialdan olan pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb həşarətlərə qarşı quraşdırılmış toru çıxarıb qanunsuz içəri daxil olmaqla qonaq otağından 480 (dörd yüz səksən) manat dəyərində 01 ədəd “ŞHİVAKİ” markalı televizoru gizli olaraq talayıb özü ilə aparmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs4, tanışları – Şabran rayon sakinləri – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə tamah niyyətilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı-ünvan 12razisindən keçən hissəsinin 127-ci km-də yolun sol kənarında yerləşən, Şabran şəhər sakini X1 icarə əsasında işlətdiyi “Bulaq” restoranından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə təxminən 05 yanvar 2021-ci il tarixdə saat 23 radələrində adları çəkilən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs5 idarə etdiyi “VAZ-2106” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq həyətdən tapdığı dəmir parçasının köməyi ilə restoranın plastik pəncərəsini açıb qanunsuz içəri daxil olan Təqsirləndirilən şəxs2 hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib “sığortalamaq” məqsədilə Təqsirləndirilən şəxs5la birlikdə müvafiq olaraq özü restoranın həyətində, sonuncu isə bir qədər aralı, yolun kənarında idarə etdiyi avtomobili saxladığı yerdə “pusquda” dayanmış, Təqsirləndirilən şəxs2 qanunsuz içəri daxil olmaqla restoranın zalından 460 manat dəyərində 01 ədəd “LG” markalı televizoru və mətbəxin yardımçı otağından 100 manat dəyərində 01 ədəd odunla işləyən samovarı, ümumilikdə isə 560 (beş yüz altımış) manat məbləğində ələ keçirdiyi Taleh Ağasiyevə məxsus əmlakı Təqsirləndirilən şəxs5 idarə etdiyi avtomobilə yerləşdirib yaşadıqları Şabran şəhərinə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs5 təxminən 05 yanvar 2021-ci il tarixdə saat 23 radələrində tanışları – Şabran rayon sakinləri – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə tamah niyyətilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı-ünvan 12razisindən keçən hissəsinin 127-ci km-də yolun sol kənarında yerləşən, Şabran şəhər sakini X1 icarə əsasında işlətdiyi “Bulaq” restoranından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə idarə etdiyi “VAZ- 2106” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə adları çəkilən şəxsləri Şabran şəhərindən həmin əraziyə gətirmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq yerdən tapdığı dəmir parçasının köməyilə restoranın plastik pəncərəsini açıb qanunsuz içəri daxil olan Təqsirləndirilən şəxs2 hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib “sığortalamaq” məqsədilə Təqsirləndirilən şəxs4la birlikdə müvafiq olaraq özü restorandan bir qədər aralı yolun kənarında avtomobili saxladığı yerdə, sonuncu isə restoranın həyətində “pusquda” dayanmış, Təqsirləndirilən şəxs2 qanunsuz içəri daxil olmaqla restoranın zalından 460 manat dəyərində 01 ədəd “LG” markalı televizoru və mətbəxin yanındakı yardımçı otaqdan 100 manat dəyərində 01 ədəd odunla işləyən samovarı, ümumilikdə isə 560 (beş yüz altmış) manat məbləğində ələ keçirdiyi Taleh Ağasiyevə məxsus əmlakı idarə etdiyi avtomobilə yerləşdirib yaşadıqları Şabran şəhərinə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 17 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Şabran şəhər sakinləri – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır və onlarla münasibəti normal olmuşdur. Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus Quba-Bakı yolunun kənarında yerləşən “Qoşa Çinar” restoranında 2019-cu ildə yay aylarında fəhlə kimi təxminən 5-6 ay işləmiş və həmin restoranın içərisində hansı əşyaların olmasından xəbəri olmuşdur. 2020-ci ilin dekabr ayının ortalarında “Qoşa Çinar” restoranından oğurluq etmək qərarına gəlmişdir. 2020-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs1la Şabran şəhərində görüşmüş və “Qoşa Çinar” restoranında götürməli bir əşyanın olduğunu və bu səbəbdən onu həmin yerə aparıb-gətirməsini ondan xahiş etmişdir. Tehran da onun təklifini qəbul etdikdən sonra onu 35 manata aparıb və gətirə biləcəyini ona demişdir. Tehranla razılaşdıqdan sonra sonuncunun idarə etdiyi “VAZ-2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Qoşa Çinar” restoranının yanına gəlmişlər. Avtomobili restorandan aralıda saxlayaraq onu gözləməsini Tehrana tapşıraraq avtomobildən enib və restorana tərəf getmişdir. Təxminən saat 23 radələrində özü tək həmin restoranın zirzəmisinə daxil olmaq üçün zirzəminin qapısının üzərindəki qıfılı dartıb açdıqdan sonra zirzəmiyə daxil olmuşdur. Zirzəmidə olan bir ədəd elektrik generatorunu götürərək zirzəmindən çıxıb və restorandan uzaqlaşaraq həmin generatoru Tehranın idarə etdiyi avtomobilinin yük hissəsinə qoyaraq avtomobilə əyləşmişdir. Tehranın idarə etdiyi avtomobillə Şabran şəhərinə qayıdarkən aralarındakı söhbət zamanı Tehran generator barəsində ondan soruşduqda, generatoru restorandan oğurladığını ona etiraf etmişdir. Tehran ona bir qədər narazılığını bildirsə də, generatoru oğurlamaq məsələsinin ona aid olduğunu demişdir. Şabran şəhərinə çatdıqda Tehrana avtomobili Şabran şəhər sakini Asif adlı şəxsin yaşadığı evin yaxınılığında saxladıqdan sonra generatoru Asifin evinin qarşısına aparmışdır. Generatorun özünə məxsus olmasını Asifə dedikdən sonra həmin generatoru 320 manat pula sataraq Tehranın yanına qayıdıb və ona 50 manat pul vermişdir. Bundan başqa 2020-ci ilin dekabr ayının sonlarında Şabran şəhərində Ağamusa ilə görüşən zaman o, maddi vəziyyətinin çətin olduğunu və ona pul lazım olduğunu deyərək oğurluq etmək istədiyini bildirmişdir. Quba rayonu ərazisində yerləşən “Qoşa Çinar” restoranından oğurluq etməyi təklif etdikdə Ağamusa onunla razılaşmış və bu oğurluqda onlara köməklik göstərməsi üçün Tehranı da özləri ilə aparmalı olduqlarını bildirmişdir. Onlar üçü birlikdə həmin restorana Tehranın idarə etdiyi avtomobillə gedərkən yolda Tehranla da bu barədə danışmış və Tehran da onlarla restorandan oğurluq etməyə razılaşmışdır. Axşam saat 23 radələrində “Qoşa Çinar” restoranına çatdıqda Tehran avtomobilini restoranın həyətində saxlayaraq onları gözləməyə başlamışdır. Restorana yaxınlaşaraq Ağamusa ilə birlikdə mətbəxin pəncərəsindən içəri daxil olmuşlar. Restoranın mətbəxində olan 01 ədəd 5 litrlik odunla işləyən samovarı, təxminən 5-6 ədəd alüminium materialdan olan tavaları, təxminən 3-4 ədəd alüminium materialdan olan qazanları, 01 ədəd əllə işləyən ətçəkən maşını, 03 ədəd alüminium materialdan olan podnosları, 01 ədəd çuqun materialdan olan ləyəni, 01 ədəd aşsüzəni, 01 ədəd çuqun materialdan olan qazanı, 01 ədəd xrom materialdan olan qazanı, 01 ədəd balaca plastik materialdan olan podnosu, 01 ədəd şüşə materialdan olan qəndqabını, 01 ədəd şüşə materialdan olan mürəbbə qabını və 01 ədəd su motorunu oğurlayaraq mətbəxin qapısını içəri tərəfdən açıb həyətə çıxmışlar. Oğurladıqları əşyaları avtomobilin yük yerinə yükləyərək yenidən Şabran şəhərinə qayıtmışlar. Şabran şəhərinə çatan zaman artıq gec olduğundan Şabran şəhər bazarının qarşısında avtomobildən düşərək yaşadığı evə çıxıb getmişdir. Oğurladıqları əşyalar Tehranın idarə etdiyi avtomobildə qalmış və sabahı gün Ağamusa həmin əşyaları “Mişka” ləqəbli Asif adlı şəxsə 40 manata satdığını deyərək həmin puldan ona 10 manat vermişdir. Bundan başqa 31 dekabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı küçədə dostluq etdiyi Ağamusa adlı oğlanla birlikdə gəzişdiyi zaman pula ehtiyacı olduğunu və buna görə də oğurluq etmək istədiyini ona demişdir. Əvvələr ofisiant işlədiyi “Göl” restoranını yaxşı tanıdığını və oradan oğurluq edə biləcəklərini ona bildirmişdir. Ağamusa da onun təklifini qəbul etdikdən sonra onunla birlikdə Bakı-Quba avtomobil yoluna çıxıb və yoldan keçən tanımadıqları “VAZ- 21012” markalı avtomobilə əyləşərək Şabran rayonu Şahnəzərli kəndi ərazisində yerləşən “Göl” restoranına getmişlər. Restorana çatdıqdan sonra həyətdə olan kabinetin yanında dayanmış və bu zaman Ağamusa kabinetin pəncərəsini itələyib açaraq içəri daxil olmuşdur. Bir neçə dəqiqə sonra Ağamusa kabinetdə olan “Beko” markalı televizoru pəncərədən çıxardığına görə həmin televizoru ondan alaraq bayırda yerə qoymuşdur. Ağamusa da kabinetdən çıxdıqdan sonra Bakı-Quba yolundan keçən tanımadıqları “Kamaz” markalı avtomobilə oturub yaşadıqları Şabran şəhərinə getmişlər. Ağamusa onunla sağollaşaraq yaşadığı evə getdikdən sonra oğurladıqları televizoru yaşadığı evə aparıb müştəri axtarmağa başlamışdır. Buna baxmayaraq həmin televizor işləmədiyi üçün onu sata bilməmişdir. Bundan başqa təxminən 05 yanvar 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən çıxaraq küçədə dostluq etdiyi Şükranla gəzərkən əvvəllər Şabran rayonu Dəvəçi kəndində yerləşən “Bulaq” restoranında ofisiant işlədiyinə görə orada televizorun olmasını bildiyini ona deyib və aralarındakı söhət zamanı pula ehtiyacları olduğu üçün həmin restorandan oğurluq etmək qərarına gəlmişlər. Şükranla birlikdə piyada Şabran şəhər avtovağzalına gedərək orada adı sonradan ona məlum olmuş Fəqan adlı şəxsin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə minərək Bakı-ünvan 12razisindən keçən hissəsində yerləşən “Bulaq” restoranına getmişlər. Restoranın yaxınlığında avtomobildən düşüb, orada bir qədər işləri olduğunu və onları gözləməsini Fəqandan xahiş edərək restorana tərəf getmişlər. “Bulaq” restoranına çatdıqdan sonra Şükran restoranın qarşısında olan söhbətgahın qarşısında dayandıqdan sonra restoranın sol tərəfində olan mətbəxin pəncərəsinə yaxınlaşıb və plastik pəncənin bağlı olduğunu görərək təsadüfən yerdən tapdığı dəmir parçası ilə pəncərəni açaraq toru yerindən çıxardaraq mətbəxə daxil olmuşdur. Mətbəxdən zala keçib divardan asılmış “LG” markalı televizoru yerindən çıxardaraq zalın plastik qapısına yaxınlaşmışdır. Qapını arxadan açdıqdan sonra Şükran ona yaxınlaşmış və ikisi də birlikdə həmin televizoru köməkləşərək oradan küçəyə çıxartmışlar. Bir ədəd odunla işləyən samovarı da küçəyə çıxardaraq orada qoymuşdur. Bundan sonra oğlurladıqları televizoru Şükranla birlikdə götürüb və Bakı-Quba avtomobil yolunun kənarında küçədə onları gözləyən “VAZ-2106” markalı avtomobilə yaxınlaşmışlar. Oğruladıqları “LG” markalı televizoru avtomobilə qoymaq istəyərkən taksi sürücüsü Fəqan ailəsi olduğunu və belə cəncəl işlərə baş qoşmadığını deyərək onları aparmaq istəmədiyini bildirmişdir. Şükran həmin televizorun ona borcu olan dayısı oğlu tərəfindən pulun əvəzinə ona verdiyini dedikdən sonra Fəqan razılaşmışdır. Bundan sonra Şükranla köməkləşərək həmin televizoru avtomobilə qoyaraq Şabran şəhərinə qayıdıb getmişlər. Şabran şəhərinə çatdıqdan sonra Fəqana 15 manat pul verib və Şükranla sağollaşaraq oğurladıqları “LG” markalı televizoru yaşadığı evdə aparıb gizlətmişdir. Ertəsi gün Şükranla görüşüb və ona 50 manat pul verərək həmin televizoru satması barədə ona yalan demişdir. Araşdırma zamanı “Beko” və “LG” markalı televizorları könüllü olaraq istintaqa təhvil vermişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran şəhəri Q.Qasımov küçəsi ev 5 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 rayon sakinləri kimi tanıyır və münasibətləri onlarla normal olmuşdur. 2020-ci ilin dekabr ayının ortalarında axşam saatlarında Sərdarla Şabran şəhərində görüşən zaman “Qoşa Çinar” restoranında götürməli bir əşyasının olduğunu və bu səbəbdən ona məxsus “VAZ-2107” markalı **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobillə onu həmin restorana aparmasını ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs2 həmin restorana 35 manata aparıb gətirə biləcəyini dedikdə Sərdar onunla razılaşaraq avtomobilə əyləşdikdən sonra yola çıxmışlar. Sərdarın sözünə əsasən avtomobili həmin restorandan təxminən 100 metr aralıda saxlayıb və özü avtomobildə gözləmişdir. Sərdar tək həmin restorana daxil olmuş və təxminən 15-20 dəqiqə sonra restorandan çıxdıqda əlində elektirik generatorunun olmasını görmüşdür. Həmin generatoru avtomobilin yük yerinə qoyub, avtomobilə əyləşdikdən sonra Şabran şəhərinə getmək üçün yola çıxmışlar. Yolda olan zaman Sərdardan generatoru kimdən götürməsini soruşduqda Sərdar həmin generatoru restorandan oğurladığını ona demişdir. Sərdarın oğurluq etməsinə narazılığımı bildirsə də, Sərdar narahat olmamasını və generatoru oğurlamasının ona aidiyyətinin olmadığını bildirmişdir. Şabran şəhərinə çatdıqda Sərdar avtomobili Şabran şəhərində yaşayan əsl adı Asif olan “Mişka” ləqəbli tanışının yaşadığı məhəlləyə sürməsini ondan xahiş etmişdir. Avtomobili Asifin evlərindən bir qədər aralı saxlamış və Sərdar generatoru avtomobildən düşürərək aparmışdır. Bir neçə dəqiqə keçdikdən sonra Sərdar qayıdaraq avtomobil oturmuş və onu yaşadığı evin yaxınlığına aparıb düşürdərkən Sərdar ona 35 manat deyil, 50 manat pul vermişdir. 2020ci ilin dekabr ayının sonlarında Şabran şəhərində olan zaman Sərdar başqa tanışları Ağamusa ilə birlikdə “Qoşa Çinar” restoranından oğurluq etməyi ona təklif etdikdə onunla razılaşmışdır. Saat 23 radələrində onun idarə etdiyi avtomobillə “Qoşa Çinar” restoranına çatdıqda avtomobili restoranın həyətinə salmışdır. Avtomobildə gözlədiyi zaman Sərdar və Ağamusa restoranın mətbəx hissəsinə pəncədən daxil olmuşlar. Təxminən 40-50 dəqiqədən sonra Sərdar və Ağamusa restorandan çıxdıqları zaman onların əlində 01 ədəd 05 litrlik odunla işləyən samovar, təxminən 5-6 ədəd alüminium materialdan olan tava, təxminən 3-4 ədəd alüminium materialdan olan qazan, 01 ədəd əllə işləyən ətçəkən maşın, 03 ədəd alüminium materialdan olan podnos, 01 ədəd çuqun materialdan olan ləyən, 01 ədəd aşsüzən, 1 ədəd çuqun materialdan olan qazan, 01 ədəd xrom materialdan olan qazan, 01 ədəd balaca plastik materialdan olan podnos, 01 ədəd şüşə materialdan olan qəndqabı, 01 ədəd şüşə materialdan olan mürəbbə qabı və 01 ədəd su motorunun olduğunu görmüşdür. Onlar həmin oğurladıqları əşyaları onun idarə etdiyi avtomobilinin yük hissəsinə qoymuş və bundan sonra Şabran şəhərinə qayıtmışlar. Şabran şəhərinə çatdıqda gec olduğundan Sərdar Şabran şəhər bazarının qarşısında avtomobildən düşüb və yaşadığı evə çıxıb getmişdir. Oğurladıqları əşyaları Ağamusanın evinə aparmış və Ağamusa da həmin əşyaları evinin həyətinin bayır tərəfdən hasarın dibində gizlətmişdir. Ertəsi gün günorta saatlarında Ağamusa ona zəng edərək əşyaları aparıb satmaq üçün evinə gəlməsini ondan xahiş etmiş və o, da idarə etdiyi avtomobillə Ağamusanın yaşadığı evə gələrək əşyaları avtomobilin yük yerinə yükləmişdir. Şabran şəhərində yaşayan tanışı, Asif adlı şəxslə görüşərək oğurladıqları əşyaları ümumilikdə 40 manata ona satmış və pulları aralarında bölərək xərcləmişlər. Bundan başqa 05 yanvar 2021-ci il tarixdə axşam saatlarında Ağamusa ona zəng edərək onunla işi olduğunu bildirərək onu yaşadığı evə çağırmışdır. İdarə etdiyi avtomobillə Ağamusanın yaşadığı evə getdikdə Ağamusa pula ehtiyacı olduğunu ona deyərək bir ədəd yeni “SHİVAKİ” markalı televizoru 500 manata satmaq istədiyini ona bildirmişdir. O, tanışı Rəvan adlı şəxsə zəng edib bir ədəd yeni “SHİVAKİ” markalı televizorun satıldığını dedikdən sonra sonuncu, həmin televizora görə 280 pul verə biləcəyini demişdir. Ağamusa təklifi qəbul etdikdən sonra həmin televizoru idarə etdiyi avtomobilə qoymuş və Ağamusa da onun avtomobilinə oturduqdan sonra onunla birlikdə Rəvanın yaşadığı evə getmişdir. Rəvan adlı şəxsin yaşadığı evin yaxınlığına çatdıqdan sonra Ağamusa televizorun qiyməti barədə Rəvanla aralarında 280 manata razılaşmışlar. Ağamusa televizoru avtomobildən götürərək ona vermiş və Rəvan isə ertəsi gün onun yanına gələrək televizorun pulunu Ağamusaya verəcəyini dedikdən sonra çıxıb getmişlər. Ertəsi gün Ağamusa ona zəng edərək televizorun pulunu Rəvandan aldığını bildirməklə, onu Şabran şəhər bazarının qarşısına çağırmışdır. Şabran şəhər bazarının qarşısına gedərək orada Ağamusa ilə görüşmüş, sonuncu, əvvələr ona borclu olduğu 10 manat pulu və satdığı həmin televizora müştəri tapdığına görə əlavə olaraq da 10 manat pulu ona vermişdir. Ağamusanın tanışı Rəvan adlı şəxsə satdığı televizorun oğurluq olmasından Rəvanın heç bir xəbəri olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Şabran şəhəri Q.Qasımov küçəsi nömrəsiz evdə anası Məstan Əmrahova ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2020-ci ilin dekabr ayının sonlarında Şabran şəhərində tanışı Təqsirləndirilən şəxs2la görüşən zaman maddi vəziyyətindən gileylənib və ona pul lazım olduğunu demişdir. Sərdar əvvəllər işlədiyi “Qoşa Çinar” restoranından oğurluq etməyi ona təklif etdikdə Sərdarın bu təklifi ilə dərhal razılaşmışdır. Sərdar bu məsələdə onlara köməklik etməsi üçün Tehran adlı tanışlarına da xəbər verməli olduğunu ona dedikdə onun təklifi ilə razılaşmışdır. Onlar üçü birlikdə Tehrana məxsus nömrəsini xatırlamadığı ağ rəngli “VAZ-2107” markalı avtomobili ilə Quba rayonu ərazisində yerləşən restorana getmişlər. Tehranın həmin restorana oğurluq məqsədilə getmələrindən xəbəri olmuşdur. Saat 23 radələrində “Qoşa Çinar” restoranına çatdıqda oğurlayacaqları əşyaları rahat şəkildə avtomobilə yükləyə bilmələri üçün avtomobili restoranın həyətinə salmışlar. Restoranın mətbəx hissəsinə keçmək üçün həmin mətbəxin pəncərəsini əli ilə itələyən kimi açıldığından Sərdarla ikisi birlikdə həmin pəncərədən içəri daxil olmuşlar. Restoranın mətbəxində olan 01 ədəd 5 litrlik odunla işləyən samovarı, təxminən 5-6 ədəd tavaları, təxminən 20 litrlik 3-4 ədəd qazanları, 01 ədəd su motorunu və 01 ədəd əllə işləyən ətçəkən maşını oğurlayaraq mətbəxin qapısını içəri tərəfdən açaraq oradan həyətə çıxmışlar. Oğurladıqları əşyaları avtomobilin yük yerinə yükləyərək yenidən Şabran şəhərinə qayıtmışlar. Şabran şəhərinə çatdıqda artıq gec olduğundan Sərdar Şabran şəhər bazarının qarşısında avtomobildən düşərək evinə getmişdir. Oğurladıqları əşyaları yaşadığı evin həyətinin bayır tərəfdən hasarın dibində gizlətmiş və ertəsi gün oğurlanmış tavaları Şabran şəhərində yerləşən adı yadında qalmadığı əlvan metal qəbulu ilə məşğul olan cavan bir oğlana 11 manat 50 qəpiyə satmışdır. Həmin tavaları metal qəbulu yerinə tanımadığı “VAZ-2107” markalı taksi sürücüsü ilə aparmışdır. Həmin sürücünü və tavaları ondan almış şəxs həmin tavaların oğurluq olduğunu bilməmişlər. Daha sonra günorta saatlarında digər əşyaları satmağa aparmağa kömək etməsi üçün Tehrana zəng etmiş və bir neçə dəqiqə sonra Tehran idarə etdiyi avtomobillə onun yaşadığı evin qarşısına gəlmişdir. Oğurlanmış digər əşyaları götürərək Tehranın tanıdığı, əsl adı Asif olan “Mişka” ləqəbli bir şəxsə ümumilikdə 40 manata satmışlar. Həmin puldan 10 manat Tehrana 10 manat isə Sərdara vermişdir. Qalan 20 manat və tavaların satışından əldə etdiyi 11 manat 50 qəpik pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 31 dekabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı küçədə dostluq etdiyi Sərdarla birlikdə gəzişdikləri zaman pula ehtiyacı olduğunu və oğurluq etmək istədiyini ona dedikdə Sərdar əvvələr ofisiant işlədiyi “Göl” restoranında televizor olduğunu və oradan oğurluq edə biləcəklərini ona bildirmişdir. Sərdarla birlikdə Bakı-Quba avtomobil yoluna çıxaraq yoldan keçən tanımadıqları “VAZ-21012” markalı avtomobilə əyləşib Şabran rayonu Şahnəzərli kəndi ərazisində yerləşən “Göl” restoranına getmişlər. Restorana çatdıqdan sonra Sərdar həyətdə olan kabinetin yanında dayanmış, o isə restoranın kabinetinin pəncərəsini itələyib açaraq oradan içəri daxil olmuşdur. Kabinetdə divardan asılmış “Beko” markalı televizoru açıb pəncərədən çıxarmışdır. Sərdar kabinetin qarşısında televizoru ondan aldıqdan sonra pəncərədən çıxıb və televizoru götürərək Bakı-Quba avtomobil yolunun kənarına getmişlər. Yolda tanımadıqları “Kamaz” markalı avtomobilə əyləşərək yaşadıqları Şabran şəhərinə qayıtmışlar. Şabran şəhərinə çatdıqdan sonra Sərdar ertəsi gün televizoru satıb və pulunu onunla böləcəyini deyərək həmin televizoru götürüb yaşadığı evə aparmışdır. Ertəsi gün Sərdarla görüşdükdə sonuncu, oğurladıqları televizorun xarab olmasını deyərək həmin televizoru sata bilməyəcəyini ona bildirmişdir. Bundan başqa pula ehtiyacı olduğuna görə 03 yanvar 2021-ci il tarixdə saat 04 radələrində yaşadığı evin yaxınlığında heç kimin yaşamadığı Turab adlı şəxsə məxsus evin olduğunu bildiyi üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evin darvazasına yaxınlaşaraq hasarla darvazanın arasından keçib, evin həyətinə daxil olmuşdur. Darvazadan təxminən 10 metr aralıda yerləşən evə yaxınlaşaraq sağ tərəfdə olan plastik pəncərəni gətirdiyi otvertka ilə açaraq pəncərə üzərində olan toru çıxarıb evə daxil olmuşdur. Qonaq otağındakı “SHİVAKİ” markalı televizoru götürüb evin qapısını arxadan açaraq oradan həyətə çıxmışdır. Bundan sonra küçəyə çıxaraq televizoru yaşadığı evin həyətyanı sahəsində hasarın yanıda gizlətmiş və ertəsi gün axşam saatlarında tanışı Tehran adlı şəxslə əlaqə saxlayıb görüşərək pula ehtiyacı olduğuna görə bir nəfər tanışının ona verdiyi “SHİVAKİ” markalı televizoru satmaq istədiyini bildirmişdir. Tehran da bir nəfər Rəvan adlı tanışına zəng edərək satılıq televizor olduğunu dedikdən sonra Rəvan televizora baxmaq istədiyini dediyi üçün televizoru Tehranın idarə etdiyi avtomobilə qoymuşdur. Bundan sonra Tehranla birlikdə sonuncunun idarə etdiyi “VAZ-2107” markalı atomobillə Şabran şəhər bazarının yaxınlığında yaşayan Rəvan adlı şəxsin yaşadığı evin qarşısına getmişdir. Rəvan evdən çıxaraq onun satdığı televizora baxıb televizoru 280 manata ala biləcəyini bildirdikdən sonra onunla razılaşmış və televizoru ona verərək çıxıb getmişdir. Ertəsi gün 280 manat pulu Rəvandan aldıqdan sonra Tehranla görüşüb borclu olduğu 10 manat pulu ona vermişdir. Həmin televizoru oğurlamağı barədə Tehranın və onun anasının heç bir xəbəri olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 8 ünvanda ailəsilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 05 yanvar 2021-ci il tarixdə yaşadığı evdə olmuş və Sərdarın onunla birlikdə oğurluq etməsi barəsində göstərdiklərinin hamısı yalandır. Onunla nə birlikdə nə də ki, tək oğurluq etməmiş və bunlar hamısı yalan və böhtandır. 2019-cu ilin sentyabr ayında Şabran rayonu ərazisində etdiyi qoyun oğurluğuna görə cinayət işi məhkəmədə olduğuna görə həmin vaxt oğurluq edə bilməzdi. Təqsirləndirilən şəxs2la birlikdə Şabran rayonu Dəvəçi kəndində yerləşən “Bulaq” restoranından heç bir oğurluq etməmiş və onun barəsində dedikləri yalan və böhtandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs5 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şabran rayonu Dağbilici kəndində qeydiyyatda olmasına baxmayaraq Şabran şəhəri M.Əsədov küçəsi nömrəsiz evdə yaşayır. Şabran rayonu X30 çilingər işləyir, baş idarələri Xaçmaz rayonunda yerləşir. İşi ilə əlaqədar tez-tez Xaçmaz rayonuna gedib-gəlir. Özünə məxsus “VAZ-2106” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi sürücüsü kimi işləyərək ailəsini dolandırır. Təxminən 05 yanvar 2021-ci il tarixdə saat 22 radələrində Şabran şəhər avtovağzalında özünə məxsus avtomobili ilə dayanıb müştəri gözləyərkən rayon sakinləri kimi üzdən tanıdığı Şükran və Sərdar adlı şəxslər ona yaxınlaşaraq işləri olduğu üçün Şabran rayonu Dəvəçi kəndi ərazisinə getmək istədiklərini ona bildirmişlər. Onları həmin yerə apara biləcəyini dedikdən sonra Şükran idarə etdiyi avtombilin qabaq oturacağında, Sərdar isə arxa oturacaqda oturmuşdur. Şükran rayonun Dəvəçi kəndi ərazisində yerləşən “Bulaq” restoranının yaxınlığında idarə etdiyi avtomobili saxladıb, dayısı oğlundan ona borclu qaldığı pulu alaraq qayıdacaqlarını demiş, həmçinin təxminən 15 dəqiqədən sonra onların ardınca həmin yerə gəlməsini xahiş etmişdir. O, Şükran və Sərdarın onun pulunu verməyərək qaçıb gedəcəklərindən qorxduğuna görə avtomobili bir qədər kənara çəkərək saxlamış və orada onları gözləməyə başlamışdır. Təxminən 15-20 dəqiqə sonra Şükran və Sərdarın əllərində bir ədəd televizorla yola tərəf qayıtdıqlarını görüb, onlardan həmin televizoru haradan götürdüklərini soruşmuşdur. Şükran narahat olmamasını ona deyərək həmin televizoru pulun yerinə dayısı oğlundan aldığını və onun zəhmət haqqını isə Şabran şəhərində ona verəcəyini bildirmişdir. Bundan sonra idarə etdiyi avtomobillə Şükran və Sərdarı Şabran şəhər bazarı yaxınlığına gətirmiş və Şükran avtomobildən düşərkən ona zəhmət haqqı kimi 15 manat pul verdikdən sonra onların ikisi də birlikdə həmin televizoru avtomobildən götürərək çıxıb getmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, ünvan 9 ünvanda ailəsi ilə birlikdə yaşayır və özünə məxsus Bakı-Quba yolunun 153-cü km-də yerləşən “Qoşa Çinar” restoranında təmir işlərini yekunlaşdırdıqdan sonra həmin obyekti işlədərək dolanır. 2010-cu ildən həmin restoran ona məxsus olsa da, təmir işlərini tam olaraq başa çatdıra bilməmiş və ona görə də obyekt restoran kimi fəaliyyət göstərməmişdir. Həmin restoranın zirzəmisində və mətbəxin içərisində özü üçün alıb qoyduğu müxtəlif adda məişət əşyaları olmuş və bəzən vaxtı olduqda nəzarət üçün restorana getmişdir. 13 dekabr 2020-ci il tarixdə həmin restorana nəzarət etmək üçün getdikdə bütün əşyaların yerində olduğunu görüb çıxıb getmişdir. 25 yanvar 2021-ci il tarixdə yenidən restorana nəzarət etmək üçün getdikdə zirzəminin və mətbəxin pəncərəsinin açıq olmasını görmüşdür. Zirzəmiyə daxil olduqda 420 manata aldığı işıq generatorunun, mətbəxdən 100 manat dəyərində 01 ədəd odun samovarının, bir ədədinin dəyəri 20 manat ümümi qiyməti isə 120 manat olan 06 ədəd alüminium materialdan olan tavaların, bir ədədinin dəyəri 80 manat ümumi dəyəri isə 320 manat olan 04 ədəd 20 litrlik alüminium materialdan olan qazanların, 10 manat dəyərində bir ədəd əl ilə işləyən ətçəkən maşının, bir ədədinin dəyəri 05 manat ümumi dəyəri isə 15 manat olan 03 ədəd orta ölçülü alüminium materialdan olan podnosların, 20 manat dəyərində 01 ədəd 8 litrlik çuqun materialdan olan ləyənin, 06 manat dəyərində 01 ədəd aşsüzənin, 15 manat dəyərində 01 ədəd 3 litrlik çuqun materialdan olan qazanın, 10 manat dəyərində 01 ədəd 02 litrlik qapağı şüşəli xrom materialdan olan qazanın, 03 manat dəyərində 01 ədəd balaca plastik materialdan olan podnosun,03 manat dəyərində 01 ədəd şüşə materialdan olan qəndqabının, 04 manat dəyərində 01 ədəd şüşə materialdan olan mürəbbə qabının, 20 manat dəyərində 01 ədəd “Marqus” markalı su motorunun oğurlandığını görüb, DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Quba rayon PŞ-nin əməkdaşları ona məxsus “Qoşa Çinar” restoranına gələrək baxış keçirmişlər. Restorandan baş vermiş oğurluğa görə ümumilikdə ona 1066 manat məbləğində maddi ziyan dəydiyi üçün bu barədə Quba rayon PŞ-nə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində araşdırma aparılarkən məlum olmuşdur ki, onun restoranından oğurluq edənlər Şabran şəhər sakinləri – Sərdar, Tehran və Ağamusa adlı şəxslərdir. İstintaq zamanı ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur, onlara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Şabran rayonu Şahnəzərli kəndində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və Bakı- Quba avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndindən keçən hissəsində yolun sağ tərəfində yerləşən “Göl” restoranını işlədir. Respublika ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar müvəqqəti olaraq həmin restoranı işlətmirdi. Buna görə də bəzən vaxtı olanda həmin restorana gələrək baş çəkmişdir. Sonuncu dəfə 28 dekabr 2020-ci il tarixdə işlətdiyi restorana gedib hər şeyin qaydasında olduğunu görərək çıxıb getmişdir. 06 yanvar 2021-ci il tarixdə səhər saatlarında işlətdiyi restorana gəlib və otaqlara baxdıqda restorandakı bir nömrəli kabinetin pəncərəsinin bir qədər aralı olduğunu görmüşdür. Bundan şübhələnərək həmin kabinetə daxil olduqdan sonra otağın divarından asılmış “Beko” markalı plazma televizorun olmadığını görüb restorandan oğurluğun baş verməsini başa düşərək DİN-nin “102” xidmətinə zəng edərək restorandan bir ədəd “Beko” markalı televizorun oğurlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Şabran RPŞnin əməkdaşları işlətdiyi restorana gəldikdən sonra “Beko” markalı plazma televizorun oğurlanması barədə ərizə ilə müraciət etmiş və polis əməkdaşları sənədləşdirmə işləri apararaq çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, Sərdar və Ağamusa adlı şəxslər onun restoranından oğurluq etmişlər. Ona dəymiş ziyan tam ödənildiyindən, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur, onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X8 göstərdi ki, ünvan 11 ünvanda ailəsi ilə birlikdə yaşayır və Bakı-ünvan 12razisindən keçən hissəsində yolun sol tərəfində yerləşən “Bulaq” restoranını işlədir. Respublikada tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq 2020-ci ilin dekabr ayının əvəllərindən həmin restoranı işlətmir və bu səbəbdən də bəzən vaxtı olduqda həmin obyektə gələrək nəzarət edir. 13 yanvar 2020-ci il tarixdə saat 14 radələrində işlətdiyi “Bulaq” restoranına gəldikdə qapının və mətbəxin pəncərəsinin aralı olmasını görmüşdür. Bundan şübhələnərək restorana daxil olub otaqlara baxdıqda restoranın zalında divardan asılmış bir ədəd 1070 manat dəyərində “LG” markalı plazma televizorunun və mətbəxin yanındakı paltardəyişmə otağından bir ədəd təxminən 100 manat dəyərində odun samovarının olmadığı görərək həmin əşyaların oğurlandığını başa düşmüşdür. Buna görə də DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat verdikdən bir neçə dəqiqə sonra Şabran RPŞ-nin əməkdaşları işlətdiyi restorana gəldikdə restorandan bir ədəd “LG” markalı televizorun və bir ədəd odun samovarının oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları sənədləşdirmə işləri apararaq çıxıb getmişlər. Araşdırma aparılarkən müəyən olunmuşdur ki, ona məxsus olan yeməkxanadan oğlurluq edənlər Sərdar, Şükran və Fəqan adlı şəxslər olmuşdur. Sonradan ona dəymiş ziyan tam ödənilmişdir, ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur, onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, Şabran rayonu Surra kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. ünvan 13 ünvanda yerləşən özünə məxsus yaşayış evi vardır, vaxtı olanda həmin evə gedib nəzarət edir. Sonuncu dəfə 01 yanvar 2021-ci tarixdə həmin evə gedib baxdıqda hər şeyin qaydasında olduğunu görərək çıxıb getmişdir. 13 yanvar 2021-ci il tarixdə axşam saatlarında həmin evə gəldikdə evin giriş qapısının və evin plastik pəncərəsinin də bir qədər aralı olmasını görərək bundan şübhələnib evə daxil olmuşdur. Evin otaqlarını nəzərdən keçirdikdən sonra qonaq otağında olan təxminən 1000 manat dəyərində bir ədəd “SHİVAKİ” markalı plazma televizorun olmadığını görmüş və həmin televizorun oğurlandığını başa düşmüşdür. Buna görə də DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat verdikdən bir neçə dəqiqə sonra Şabran RPŞ-nin əməkdaşları ona məxsus evə gəlmişlər. Şabran RPŞ-nin əməkdaşları evə gəldikdən sonra televizorun oğurlanması ilə əlaqədar ərizə ilə müraciət etmiş və polis əməkdaşları sənədləşdirmə işləri apardıqdan sonra çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, onun evindən oğurluq edən Ağamusa adlı yetkinlik yaşına çatmayan uşaq olmuşdur. Ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur, ona görə də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 14 ünvanda qeydiyatda olmasına baxmayaraq ünvan 15ç bir yerdə işləmir. Təxminən 05 yanvar 2021ci il tarixdə axşam saatlarında taksi sürücüsü kimi tanıdığı Tehran adlı şəxs onun mobil telefonuna zəng edərək bir nəfər tanışının pula ehtiyacı olduğuna görə yeni “SHİVAKİ” markalı televizoru 450-500 manata satmaq istədiyini bildirmişdir. Pulunun az olduğunu və həmin televizora baxmaq üçün onu ertəsi gün yaşadığı evin yaxınlığına çağırmışdır. 06 yanvar 2021-ci il tarixdə səhər saatlarında Tehran ona zəng edərək harada olmasını ondan soruşduqda həmin televizora baxmaq üçün onu yaşadığı evin yaxınlığına çağırmışdır. Bir neçə dəqiqə sonra Tehran idarə etdiyi avtomobillə onun yaşadığı evin yaxınlığına gəldikdən sonra sonuncu, avtomobildən yerə düşüb və həmin televizorun avtomobilin salonunda olduğunu ona bildirmişdir. Avtomobildə olan həmin “SHİVAKİ” markalı televizora baxdıqdan sonra 280 manat pulunun olduğunu Tehrana deyərək həmin pula televizoru ala biləcəyini ona bildirmişdir. Həmin televizoru 280 manat pula aldıqdan sonra Tehran pulu götürərək çıxıb getmişdir. Tehrandan aldığı həmin “SHİVAKİ” markalı televizorun oğurluq olmasından heç bir xəbəri olmamış və aldığı “SHİVAKİ” markalı televizoru araşıdrma zamanı istintaqa təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X22 göstərmişdir ki, ünvan 16 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2020-ci ilin dekabr ayının ortalarında günorta saatlarında yaşadığı evdə olduğu zaman Şabran şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 onun yanına gələrək özünə məxsus elektirik generatoru satmaq istədiyini demiş və həmin generatoru yoxladıqdan sonra ala biləcəyini Sərdara bildirmişdir. Təqsirləndirilən şəxs2 generatora görə ondan 400 manat pul istəməsinə baxmayaraq aralarında razılaşdıqdan sonra ona 320 manat pul vermiş və Sərdar pulu aldıqdan sonra çıxıb getmişdir. Bundan başqa 2020-ci ilin dekabr ayının axırlarında səhər saatlarında Şabran şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil ilə onun yanına gələrək pula ehtiyacı olduğunu və buna görə də təcili olaraq evində olan müxtəlif məişət əşyalarını yəni 01 ədəd 5 litrlik od samovarını, təxminən 5-6 ədəd alüminium materialdan olan tavaları, təxminən 3-4 ədəd alüminium materialdan olan qazanları, 01 ədəd əllə işləyən ətçəkən maşını, 03 ədəd alüminium materialdan olan podnosları, 01 ədəd çuqun materialdan olan ləyəni, 01 ədəd aşsüzəni, 01 ədəd çuqun materialdan olan qazanı, 01 ədəd xrom materialdan olan qazanı, 01 ədəd plastik materialdan olan balaca podnosu, 01 ədəd şüşə materialdan olan qəndqabını, 01 ədəd şüşə materialdan olan mürəbbə qabını və 01 ədəd su motorunu satdığını ona demişdir. Həmin əşyaları alıb Tehrana 40 manat pul verdikdən sonra çıxıb getmiş və bir daha onlar onun yanına gəlməmişlər. Quba rayon PŞ-nə dəvət etdikdən sonra həmin əşyaların oğurluq olması ona məlum olmuş və onda qalmış bəzi qazanları, podnosları və su motorunu istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, ünvan 17 ünvanda anası və qardaşları ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. X34 2017-ci il tarixdə vəfat etmiş və həmin vaxtdan anası və qardaşları ilə birlikdə yaşayır. Qardaşı Təqsirləndirilən şəxs2 onunla bir evdə yaşasa da onun ayrı otağı vardır və o, həmin otaqda yaşayır. Həmin otaq Sərdarın otağı olduğuna görə həmin otağa o, və ailə üzvləri daxil olmamışlar. Onun və ailə üzvlərinin Sərdarın televizor və digər əşyaları restoran və kafelərdən oğurlamasından sonradan məlumatları olmuş və onun, eləcə də ailə üzvlərinin Sərdarın oğurluq etməsindən xəbərləri olmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 fevral 2021-ci il tarixli 9/202 nömrəli rəyindən görünür ki, “SHİVAKİ” markalı televizorun hal-hazırda orta bazar qiyməti 480 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 fevral 2021-ci il tarixli 9/201 nömrəli rəyindən görünür ki, “Beko” markalı televizorun hal-hazırda orta bazar qiyməti 160 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2021-ci il tarixli 9/203 nömrəli rəyindən görünür ki, “LG” markalı televizorun hal-hazırda orta bazar qiyməti 460 manat müəyyən edilir, 01 ədəd 05 litrlik samovarın nəzəri qaydada qiyməti 100 manatdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 aprel 2021-ci il tarixli 9/2010 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Qoşa Çinar” restoranında oğurlanmış 01 ədəd odun samovarının dəyəri 75 manat, 06 ədəd alüminium materialdan olan tavaların dəyəri 72 manat, 04 ədəd 20 litrlik alüminium materialdan olan qazanların dəyəri 60 manat, 01 ədəd əl ilə işləyən ətçəkən maşının dəyəri 10 manat, 03 ədəd orta ölçülü alüminium podnosların dəyəri 15 manat, 01 ədəd 08 litrlik çuqun materialdan olan ləyənin dəyəri 10 manat, 01 ədəd aşsüzənin dəyəri 04 manat, 01 ədəd 03 litrlik çuqun materialdan olan qazanın dəyəri 06 manat, 01 ədəd 02 litrlik qapağı şüşəli, xrom materialdan olan qazanın dəyəri 07 manat, 01 ədəd plastik materialdan olan balaca podnosun dəyəri 02 manat, 01 ədəd şüşə materialdan olan qəndqabının dəyəri 02 manat, 01 ədəd şüşə materialdan olan mürəbbə qabının dəyəri 02 manat, 01 ədəd “Marqus” markalı su motorunun dəyəri 30 manat dəyərində, cəmi 295 manat müəyyən edilir. Şabran rayon İstehsal İstehlak koperativindən alınmış arayışdan göründüyü kimi 01 ədəd “Oscar” markalı elektirik generatorunun bazar dəyəri 420 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-genetik DNT ekspertizasının 18 mart 2021-ci il tarixli 21/215 nömrəli rəyinə əsasən bir ədəd “LD” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs4 məxsusdur. Bir ədəd “Maqna” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar kişi cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profil, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eyinilik təşkil etmir. Bir ədəd “Viceroy” və digər iki ədəd “Maqna” markalı siqaret kötükləri üzərində olan biloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 29.01.2021, 06.05.2021 və 08.06.2021-ci tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 məhkum olunmamış şəxslərdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 portal sənədindən, Şabran rayon məhkəməsinin 23 aprel 2019-cu il tarixli 1(031)-16/2019 saylı hökmündən və Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli 43/19-29 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 30.05.2019-cu il tarixdə Şabran rayon Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmış, cəzasının əvvəli 30.05.2019-cu il tarixdən hesablanmışdır. Quba rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(027)-5/2021 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs növündə qətimkan tədbiri seçildiyindən və həbs etmənin əvvəli 25.01.2021-ci il tarixdən hesablandığından onun üzərində 04 ay 06 gün müddətə çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Şabran rayon İH-nin Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 1431 saylı məktubdan görünür ki, İsakov X23 şəhəri, Q.Qasımov küçəsi nömrəsiz evdə anası X13 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İH-nin Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 1430 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon İHB-nın Taxtalar İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli 67 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs5 Şabran rayonu Dağbilici kəndində ailə üzvləri – atası X4, anası X5 və arvadı X14 ilə birlikdə yaşayır. İş materiallarında olan ******* saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs5 “Azəriqaz” İB Xaçmaz RQİİ Şabran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər işləyir. İş materiallarında olan Şabran rayon İHB-nın Taxtalar İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon İH-nin Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 1470 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 3 ünvanda ailə üzvləri – atası X9, anası X11 və bacısı X10 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İH-nin Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 1471 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon İH-nin Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli 1915 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 18 ünvanda ailə üzvləri – anası X28 və qardaşı X15 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İH-nin Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli 1916 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran rayon İH-nin Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli 3047 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Şabran şəhəri, T.Abbasov küçəsi ev 1, mənzil 3 ündanda ailə üzvləri – anası X6, qardaşları – Şahid3 və X12 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İH-nin Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli 3044 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 4(27)- 4/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 4(27)- 5/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli tutma protokolundan, eləcə də 12 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs5 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli tutma protokolundan, eləcə də 12 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs4 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli 1(031)- 12/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli 23/21-20 saylı məktubdan görünür ki, Şabran rayon İcra və probasiya şöbəsinin icraatında olan cinayət işi ilə əlaqədar olaraq məhkum Təqsirləndirilən şəxs4 Şabran rayon məhkəməsinin 1(031)-12/2021 saylı, 16 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd olunan hökm 04.06.2021-ci il tarixdə Şabran rayon Şabran rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və məhkumun şəxsi işi açılaraq qeydiyyata alınmış, cəzasının əvvəli 04.06.2021-ci il tarixdən hesablanmışdır. Hal-hazırda məhkum Təqsirləndirilən şəxs4 01 il 11 ay 6 gün müddətə çəkilməmiş cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər – X8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir tələbləri və şikayətləri yoxdur. Təqsirləndirilən şəxs4 ona istinad olunan cinayət əməlinin törədilməsində öz iştirakını istisna etsə də onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutumuş cinayət əməlini törətməsi iş üzrə təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ifadələri, eləcə də məhkəmə-genetik DNT ekspertizasının 18 mart 2021-ci il tarixli 21/215 nömrəli rəyilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs5 ona istinad olunan cinayət əməlinin törədilməsində öz iştirakını istisna etsə də onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutumuş cinayət əməlini törətməsi iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsi və işin halları ilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların özlərinin ifadələrilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin içtimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və hazırki cinayət işi üzrə beş ay həbsdə olmasını da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, hazırki cinayət işi üzrə beş ay həbsdə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs5 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəzalarını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 19 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 25 yanvar 2021-ci il tarixdən həbsdədir. Təqsirləndirilən şəxs2 həbsdə olduğu 05 ay azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 10 ay ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Şabran rayon məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, o, bu cəzasını çəkib qurtarmamış yenidən cinayət törətmişdir. Belə halda, Təqsirləndirilən şəxs1 CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Eyni zamanda, təqsirləndirilən şəxs T.Cavdova əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, CM-nin 18-ci maddəsinə əsasən onun əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 25 yanvar 2021-ci il tarixdən həbsdədir. Təqsirləndirilən şəxs1 həbsdə olduğu 05 ay azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 10 ay ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 20 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri Q.Qasımov küçəsində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarından görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs4 Şabran rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırki cinayətini isə 05 yanvar 2021-ci il tarixdə törətmişdir. Belə halda, Təqsirləndirilən şəxs4 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 10 fevral 2021-ci ildən 12 fevral 2021-ci il tarixə şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8-də yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs5 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 10 fevral 2021-ci ildən 12 fevral 2021-ci il tarixə şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Təqsirləndirilən şəxs5 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonu və Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 21 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar – təqsirləndirilən Təqsirləndirilən şəxs2 götrülmüş bir ədəd “Beko” və bir ədəd “LG” markalı televizorlar, eləcə də Rəvan Qulyevdən götürülmüş “SHİVAKİ” markalı televizor, Şahid2 götürülmüş 01 ədəd 8 litirlik çuqun materialdan olan ləyən, 01 ədəd aşsüzən, 01 ədəd 3 litrlik çuqun manerialdan olan qazan, 01 ədəd qapağı şüşəli 02 litrlik xrom materialdan olan qazan, 01 ədəd podnos, 01 ədəd qəndqabı, 01 ədəd mürəbbə qabı, 01 ədəd “Marqus” markalı su motoru maddi sübut hesab edilərək saxlanılması üçün zərərçəkmişlərə təhvil verilməsi nəzərə alınmalı, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən “Bulaq” restoranına keçirilən baxış zamanı restoranın qarşısından götürülmüş 05 ədəd siqaret kötüyü hökm qanuni qüvvəsini alandan sonra məhv edilməli, üzləşdirmədə dindirmə istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza xərci 200 (iki yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu 05 ay, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 10 ay azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 19 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azadlığa buraxılsın, hökm qanuni qüvvəsini alanadək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şabran rayon məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini qismən birləşdirməklə üzərində qəti cəza olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu 05 ay, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 10 ay azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından azadlığa buraxılsın, hökm qanuni qüvvəsini alanadək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, Q.Qasımov küçəsi nömrəsiz evdə yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “valideyin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Şabran rayon məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını bu hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs4 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonu və Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 21 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs5 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – təqsirləndirilən Təqsirləndirilən şəxs2 götrülmüş bir ədəd “Beko” və bir ədəd “LG” markalı televizorlar, Rəvan Qulyevdən götürülmüş “SHİVAKİ” markalı televizor, Şahid2 götürülmüş 01 ədəd 08 litrlik çuqun materialdan olan ləyən, 01 ədəd aşsüzən, 01 ədəd 03 litrlik çuqun materialdan olan qazan, 01 ədəd qapağı şüşəli 02 litrlik xrom materialdan olan qazan, 01 ədəd podnos, 01 ədəd qəndqabı, 01 ədəd mürəbbə qabı, 01 ədəd “Marqus” markalı su motoru maddi sübut hesab edilərək saxlanılması üçün zərərçəkmişlərə təhvil verilməsi nəzərə alınsın, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən “Bulaq” restoranına keçirilən baxış zamanı restoranın qarşısından götrülmüş 05 ədəd siqaret kötükləri hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin, eləcə də üzləşdirmədə dindirmə istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci 200 (iki yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-32/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-32/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver