Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-32/2024 05.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1971-ci il tarixdə Quba rayonun Qorxmazoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2əsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində, Bakı-Quba-Dağıstan yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən 141-ci kilometrində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Howo ZZ3317N3867W” yük markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Quba rayonu istiqamətində hərəkətdə olan zaman Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib avtomobilin sağ qarşı tərəfi ilə yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq ona ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki burun dəliyində və qulaq keçəcəklərində qanlı ifrazat, başın və bədənin çoxlu sıyrığı, sol budun yuxarı 1/3-nin səthinin əzilmiş-deşilmiş yarası, başın yumşaq toxumalarının alt səthində sol alın-təpə nahiyəsində qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, boyun döş və qarın hissədə yumşaq toxumaların altında qansızma kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb ölməsi ilə nəticələnmiş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilir. Belə ki, onun nəqliyyat vasitəsini idarə etmək üçün “C” dərəcəli sürücülük hüququ vardır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 19:00 radələrində etibarnamə ilə idarə etdiyi “HOWO ZZ3317N3S67W" yük markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərindən yaşadığı Quba rayonunun Paşa-Oba kəndinə gəldiyini zaman avtomobili saatda təxminən 55 kilometr sürətlə üzü Quba istiqamətinə doğru idarə etmişdir. O, avtomobili Şabran rayonu Günəşli kəndi ilə Quba rayonu istiqamətində idarə edərkən yolun sol kənarından piyadanın yola çıxaraq yolu keçdiyini görmüş, həmin vaxt piyada Quba istiqamətindən gələn dövlət nömrə nişanına fikir vermədiyi yük avtomobilinin qarşısından iti qaçışla qaçıb onun hərəkət zolağına çıxmış və iti qaçışla yolun digər tərəfinə keçmək istəyərkən o, tormozu bassa da idarə etdiyi avtomobilin sağ qabaq tərəfi ilə piyadanı vurmuşdur. Bundan sonra o, avtomobili qarşıda saxlayıb piyadanın vurduğu yerə gəlmiş və onu yerdən qaldırmışdır. Həmin vaxt hadisə yerində olan tanımadığı şəxsin dövlət nömrə nişanına fikir vermədiyi "Vaz 21214" markalı avtomobili ilə piyadanı X16 Mərkəzində aparmışdır. Daha sonra həmin şəxs X16 Mərkəzində ölmüşdür. Bundan sonra o, hadisə yerinə gəlmiş və hadisə yerinin müayinəsində iştirak etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X11 göstərmişdir ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs böyük oğludur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində oğlu Zərərçəkmiş şəxs evdən çıxıb getmiş, təxminən bir saat sonra qardaşı oğlu Elməddin onun mobil telefonuna zəng vuraraq Elnuru avtomobil vurduğunu bildirmişdir. Bundan sonra o, evdən Bakı-Quba- Dağıstan yoluna çıxmış və hadisə baş verən yerə gələndə oğlu Elnuru Quba RDM-nə aparıldığını bilmişdir. Daha sonra o, X16 Mərkəzinə gəlmiş və oraya çatanda oğlu Elnurun öldüyünü bilmişdir. Bundan sonra oğlu Elnurun meyiti müayinə olunduqdan sonra ona təhvil verilmiş və oğlu Elnurun meyitini yaşadığı ünvana, yəni Şabran rayonunun Günəşli kəndinə gətirmiş və səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə oğlu Elnuru Şabran rayonunun Daşlıyataq kənd qəbiristanlığında dəfn etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir və hazırda onun Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində, Şabran rayonunun Günəşli kəndindən yaşadığı evdən çıxıb Bakı-Quba-Dağıstan yolunun kənarında mağazaya gəlib borcunu verdikdən sonra çayçıya getmək üçün mağazadan çölə çıxmışdır. O, çölə çıxarkən Bakı istiqamətindən sürətlə gələn yük avtomobilinin heç bir tormoz vermədən Quba istiqamətində yolun solundan sağ tərəfinə keçən bir nəfəri vurduğunu və yolun sağ ehtiyat hissəsinə tulladığını görmüşdür. O, tez həmin yerə gəlmiş və vurulan adamı üzü üstə çevirəndə əmisi oğlu Elnur olduğunu görmüşdür. Bundan sonra oraya gələn həmkəndlisi Eminə məxsus avtomobillə əmisi oğlu Elnuru Eminə məxsus “Vaz 21214” minik markalı avtomobilə mindirib X16 Mərkəzinə aparmışlar. Əmisi oğlu Elnur X16 Mərkəzində aldığı xəsarətlərdən vəfat etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq hadisə zamanı Elnurun artıq yolu keçib getdiyini, yük avtomobilinin Elnuru Quba istiqamətində yolun sağ hərəkət hissəsində asfalt üzərində sarı xəttin üzərində vurduğunu, yük avtomobilinin surətlə gəldiyini və həmin vaxt tormozdan istifadə etmədiyini, yük avtomobili Elnuru vurduqdan sonra təxminən 50 metr məsafə getdikdən sonra dayandığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 21.011.2023-cü il tarixdə, saat 18:00 radələrində, Bakı-Quba-Dağıstan sərhədi yolunun Şabran şəhərinin ərazisindən keçən 141 kilometrində Quba rayonu Zərqova kəndində qeydiyyatda olan 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi Howo ZZ3317N3867W” yük markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə piyada Şabran rayonu, Günəşli kəndində qeydiyyatda olan 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncu aldığı xəsarətlər nəticəsində ölmüşdür və bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirlinin Baş X24 İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirərək müvafiq sənədləşdirmə aparmışlar (cinayət işinin 4-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində, Bakı-Quba-Dağıstan yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən 141-ci kilometrində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Howo ZZ3317N3867W” yük markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Quba rayonu istiqamətində hərəkətdə olan zaman piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törədiyi əraziyə keçirilmiş baxış nəticəsində yol nəqliyyat hadisəsinin yerinin yaşayış məntəqəsində olduğu, yolun hərəkət hissənin düz olduğu, yolun örtüyünün növünün asfalt olduğu, örtüyünü vəziyyətinin quru olduğu, yol örtüyünün eninin 09 (doqquz) metr olduğu, hərəkət zolaqlarının sayının 02 (iki) olduğu, hərəkət hissəsinin eninin 09 (doqquz) metr olduğu, hərəkət hissədə qarşı-qarşıya nəqliyyatın arasını ayırmaq üçün uzununa nişanlama xəttinin mövcud olduğu, hərəkət hissəsinin sağdan və soldan sarı xətt ilə birləşdiyi, hərəkət hissəsinin sağdan torpaq sahəsi ilə birləşdiyi, yolun həmin hissəsində hərəkətin nizamlanmadığı, yolun həmin hissəsində surət məhdudiyyətinin saat 60 kilometr saatda olduğu, yolun həmin hissəsinin kənar obyektlərdən düşən işıqlarla işıqlandırıldığı, yolun həmin hissəsinin sürücü tərəfindən uzaq və yaxın fara işıqları və gün işığında yaxşı görünüş məsafəsində olduğu, sürücünün yolun həmin hissəsində kabinədən yolun sağ və sol tərəfini gözlə qavramaq qabiliyyətinin yaxşı məsafədə olduğu aşkar edilmişdir (cinayət işinin 5-11-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə foto cədvəldən görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində, Bakı-Quba-Dağıstan yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən 141-ci kilometrində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Howo ZZ3317N3867W” yük markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Quba rayonu istiqamətində hərəkətdə olan zaman piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törədiyi əraziyə baxış keçirilmişdir (cinayət işinin 12-14-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli, 379 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:15-də keçirilmiş tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilməmişdir (cinayət işinin 15-cü vərəqəsi). - AF seriyalı, 326250 nömrəli sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixə kimi olan müddət ərzində "C" nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir (cinayət işinin 17-ci vərəqəsi). - AB seriyalı, 936292 nömrəli X4 Şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, "Howo ZZ3317N3867W” yük markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir (cinayət işinin 18-ci vərəqəsi). - ƏN-V nömrəli, 461909 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X1 İskəndər Balakişi oğluna xx.xx.2013-cü il tarixdən xx.xx.2029-cü il tarixə kimi olan müddət ərzində "Howo ZZ3317N3867W” yük markalı, **- DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir (cinayət işinin 19-cu vərəqəsi). - AZ-İİ nömrəli, 352024 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə baş-beyin ocaqlı travması ölüm səbəbi Quba rayonunda vəfat etmişdir (cinayət işinin 28-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, X11 ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cinayət işinin 30-cu vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1971-ci il tarixdə Quba rayonun Qorxmazoba kəndində anadan olmuş Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Perm Diyarının Bereznikovsk Şəhər Məhkəməsinin 28..12.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsi ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq edilərək 02 (iki) il sınaq müddəti təyin edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cinayət işinin 35-ci vərəqəsi). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X13" X23 tərəfindən verilmiş 70 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası və məhkəmə-kimyəvi müayinəsinin cavabı əsasında Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki burun dəliyində və qulaq keçəcəklərində qanlı ifrazat, başın və bədənin çoxlu sıyrığı, sol budun yuxarı 1/3-nin səthinin əzilmiş-deşilmiş yarası, daxili müayinəsi zamanı, başın yumşaq toxumalarının alt səthində sol alın-təpə nahiyəsində qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun döş və qarın hissədə yumşaq toxumalar altında qansızma aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vəziyyətdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı avtomaşınla vurulma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərlə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində 01 (bir) faizli qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş yol nəqliyyat qəzası nəticəsində kəllə qapağı və əsas sümüklərinin sınmasından baş beyin toxumasına qansızma törənməsi olmuşdur, ölüm meyit müayinə olunan vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur (cinayət işinin 36-37-ci vərəqələri). - Quba rayonu İcra Hakimiyyəti Başçısının Vəl-Vələ İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 71 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 4i ünvanında qeydiyyatda olan və faktiki olaraq Quba rayonu, Paşa-oba kəndi ünvanında yaşayan Təqsirləndirilən şəxs 1973-cü il təvəllüdlü həyat yoldaşı X10, 1994-cü il təvəllüdlü qızı X7, 2015-ci il təvəllüdlü nəvəsi X15 və 2018-ci il təvəllüdlü nəvəsi X8 ibarət ailə tərkibi vardır (cinayət işinin 41-ci vərəqəsi) - Quba rayonu İcra Hakimiyyəti Başçısının Vəl-Vələ İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 4i ünvanında qeydiyyatda olan və faktiki olaraq Quba rayonu, Paşa-oba kəndi ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterisə olunur (cinayət işinin 42-ci vərəqəsi). - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-2/1022169/2024 nömrəli cinayət işi üzrə ibtidai araşdırma müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 02 (iki) ay olmaqla, 05 (beş) ayadək, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır (cinayət işinin 50-51-ci vərəqələri). - Azərbaycan respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzin tərəfindən verilmiş 8/288 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, "Howo" yük markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir (cinayət işinin 54-56-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətkməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, o cümlədən "Howo" yük markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır (cinayət işinin 57-59-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətkməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin 70-71-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətkməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 83-cü vərəqəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.1-1-ci maddəsinə əsasən həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X6 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs hər-hansı bir şikayət və tələbinin olmadığını bildirmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinə müvafiq olaraq avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eləcə də bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. (Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3-cü maddələri). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin hadisənin təsadüfi axarı gedişatında ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törədilməsini, etirafedici ifadəsinə, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisənin təsadüfü axarı gedişatında ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvləri ilə barışıq əldə etmiş, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır və iş üzrə maddi sübut kimi tanınmış "Howo" yük markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarıldığı nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "Howo" yük markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarıldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-32/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-32/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver