Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-32/2025 13.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1983-cü il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 120.2.9, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə qəti olaraq 14 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə Şabran şəhəri ərazisində məişət əşyalarının alqı-satqısı və təmiri işləri ilə məşğul olan X2 və sonuncunun həyat yoldaşı X1 yaşadıqları Şabran şəhərinin Mirəsədulla Mirqasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən 300 000 (üç yüz min) manat məbləğində yəni, külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə Arif Hüseynov və Gülnarə Hüseynovanın yaşadığı evə qanunsuz girib sonuncuların sağlamlığına ağır zərər vurmaqla quldurluq yolu ilə qəsdən onları həyatdan məhrum edib 7119 (yeddi min yüz on doqquz) manat məbləğində xeyli miqdarda qızıl-zinət əşyalarım ələ keçirib ziyan vurmaqla quldurluq edərək həmin evi tərk edib çıxıb Şabran şəhəri X13 küçəsində yerləşən “Taxtalı” kimi tanınan kafeyə gəldikdən sonra X8 Hüseynovanın yaşadığı evdən külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirə bilməmələrinə görə Zərərçəkmiş şəxs əsəbiləşib sonuncunu “Taxtalı” kimi tanınan kafenin sağ yan tərəfində yerləşən avtoyuma məntəqəsinin qarşısına aparıb Zərərçəkmiş şəxs diz çökdürüb insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mədəniyyət normalarına qarşı saymazlıqda ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəf kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən 01 (bir) ədəd turist bıçağını idman şalvarının sağ cibindən çıxarıb silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs baş nahiyəsinə 3-4 zərbə vurmaqla ona “başın hər iki təpə və ənsə nahiyəsinin yumşaq toxumalarının geniş sahəli hematoma halında əziyi və əzilmiş yaraları, eləcə də qarnın ön divarının və sol said nahiyəsinin çapıq toxumaları yarası” ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə Şabran şəhəri ərazisində məişət əşyalarının alqısatqısı və təmiri ilə məşğul olan X2 və sonuncunun həyat yoldaşı X1 yaşadıqları Şabran şəhəri, Mirəsədulla Mirqasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən 300 000 (üç yüz min) manat məbləğində yəni, külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə həmin evə qanunsuz girib 7119 (yeddi min yüz on doqquz) manat məbləğində qızıl-zinət əşyalarını ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs ilə birlikdə evi tərk etmişdir. Götürdükləri qızılları qutuda, istifadə etdikləri maskalar və sair əşyaları isə idman çantasında özləri ilə birlikdə götürmüşlər. Bundan sonra onlar Şabran şəhərinin X13 (keçmiş Zərifə Əliyeva) küçəsində yerləşən “Taxtalı” adlı kafeyə getmiş, kafenin içərisindəki pərdəli kabinetə daxil olmuşlar. Kabinetdə olarkən Muraddan idman çantasının içərisində olan qızıl-zinyət əşyalarını və çantada olan mətbəx bıçağını almışdır və 02 ədəd pivə sifariş vermişdir. Orada 01 bakal pivə içəndən sonra o, Murada ya “nakolka” verənin, ya da onun başını kəsəcəyini bildirmişdir. O, Murada ‘'nakolka” verən şəxsə zəng edib kafeyə çağırmasını tələb etmiş, Murad da telefonunun evdə olduğunu bildirmişdir. Murada kafedən çölə çıxmasını istəmiş, həmin vaxt uşaqlıq dostu Şahid1 görmüş, Xəyyamla görüşmüş, Xəyyam nə üçün əsəbi olduğunu soruşmuş, o da Xəyyama Muradın “qatıqladığını” demiş və sonuncuya cavabını verəcəyini bildirmişdir. Hətta kabinetə Şabran şəhər sakini Camal adlı şəxs də gəlmiş, o, idman çantasını Camala vermiş və həmin çantanı aparıb harasa qoymasını xahiş etmişdir. Camal idman çantasının içərisində nə olduğunu bilməmişdir. O, kafedə olan taksi sürücüsü Natiq adlı şəxsi çağırmış və Natiqə Muradı hara desə ora da aparmasını, daha sonra geri qaytarmasını xahiş etmiş, Natiq də razılaşmışdır. Bundan təxminən 10 dəqiqə sonra Murad yenidən həmin kafeyə gəlmiş, o, həmin vaxt kafenin həyətində olmuşdur. Murad telefonu ilə Təbriz adlı şəxsə zəng etmiş, lakin Təbrizin telefonuna zəng çatmamışdır. Bundan sonra o, əsəbiləşib Muradı kafenin yanındakı fəaliyyət göstərməyən avtoyumanın içəri tərəfinə aparmış və Muraddan diz çökməsini tələb etmiş, Murad diz çökmüş, sonuncuya nə üçün onu işə saldığını soruşmuş, həmin vaxt üzərində olan cib bıçağını idman şalvarının sağ cibindən çıxarıb əvvəlcə Muradın qulağını kəsmək istəmiş, Murad 02 qız övladının olduğunu, onu bağışlamasını ondan xahiş etmiş, o da Muradın saçından tutub bıçağın arxa tərəfi ilə Muradın baş nahiyəsinə 3-4 zərbə endirmiş 1-2 təpik şillə vurub daha sonra buraxmış, həmin vaxt Şahid1 onları aralamaq istəmiş, lakin o, həmin vaxt sağ əlində olan bıçağı Xəyyama tərəf istiqamətləndirmiş və Xəyyama yaxın gəlməməsini tələb etmiş, Xəyyam da buna görə yaxınlaşmamışdır. Ürəyi soyumadığı üçün yenidən Muradı saxlayıb 02 dəfə təpiklə sonuncunun üz nahiyəsindən vurmuş, Xəyyam həmin vaxt nə baş verdiyini soruşsa da ətrafda çox adam olduğu üçün səbəbini deməmişdir. Xəyyam da Murada bir-iki dəfə söyüş söyüb oradan uzaqlaşmasını istəmiş, Murad da həmin yerdən qaçaraq getmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Şabran şəhəri ərazisində məişət əşyalarının alqı-satqısı və təmiri işləri ilə məşğul olan X2 və sonuncunun həyat yoldaşı X1 yaşadıqları Şabran şəhərinin Mirəsədulla Mirqasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən 300 000 (üç yüz min) manat məbləğində yəni, külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə həmin evə qanunsuz girdikdən və Təqsirləndirilən şəxs orada Arif Hüseynov və Gülnarə Hüseynovanın sağlamlığına ağır zərər vurmaqla quldurluq yolu ilə qəsdən onları həyatdan məhrum etdikdən sonra oradan 7119 (yeddi min yüz on doqquz) manat məbləğində qızıl-zinət əşyalarını ələ keçirmişlər və oradan Təqsirləndirilən şəxs ilə birlikdə ayrılmışlar. Götürdükləri qızılları qutuda, istifadə etdikləri maskalar və sair əşyaları isə idman çantasında özləri ilə birlikdə özləri ilə götürmüşlər. Bundan sonra onlar Şabran şəhərinin Zərifə Əliyeva küçəsinə çıxmış, oradan da “Taxtalı” deyilən kafeyə getmişlər. Onlar həmin kafeyə tərəf getmiş, əvvəlcə Elçin kafenin içərisinə daxil olmuş, axası ilə də o, içəri girmişdir. Elçin də içəri girib pərdəli otağa daxil olmuş, çanta həmin vaxt onun ayağının altında olmuşdur. Elçin 02 (iki) pivə sifariş vermiş, həmin vaxt Elçin ona hər şeyin zibilə döndüyünü, heç nə tapa bilmədiklərini, özünün Azərbaycan Respublikasından çıxacağını bildirmiş və ona da 01 (bir) həftə görünməməsini tapşırmışdır. O, Elçinə ölkədən onun çıxmasına qadağa qoyulduğunu demiş, Elçin həmin vaxt dostu Xəyyamın oturduğu stola yaxınlaşmış, orada tanımadığı bir nəfər də olmuş, o, hadisə vaxtı Elçinin geyindiyi, lakin hadisə yerindən qayıdarkən onun dəyişdiyi qara rəngli köynəyi əyninə geyinmiş, həmin vaxt idman çantasının içərisində olan bir ədəd qızılı rəngli boyunbağını da oradan götürüb şalvarının arxa sağ cibinə qoymuşdur. Daha sonra Elçin yanına geri qayıtmışdır. Həmin tanımadığı şəxs də onların yanına gəlib yanlarında oturmuşdur. Bu vaxt Elçin onlara məlumat verən şəxsin kim olduğunu soruşmuş, o, həmin şəxsin Təbriz adında bir nəfər olduğunu demişdir. Elçin Təbrizə zəng etməsini tələb etmiş, o da telefonunu evdə qoyduğu üçün Təbrizin nömrəsini əzbər bilmədiyini demiş, Elçin Təbrizi kafeyə neçə dəqiqəyə gətirə biləcəyini soruşmuş, o da 40-45 dəqiqəyə gətirə biləcəyini demiş, Elçin evdən telefonu nə qədər vaxta gətirə biləcəyini soruşmuş, o da taksi ilə getsə 15-20 dəqiqəyə qayıda biləcəyini demişdir. Elçin ona görə 02 (iki) nəfəri gəbərtdiyini, ya onun başını kəsəcəyini, ya da məlumat verən Təbrizin başını kəsəcəyini bildirmişdir. Elçin kafenin yanında olan Natiqi səsləmiş və onu evinə aparıb daha sonra onu geri qaytarmasını xahiş etmişdir. O, əlini atıb idman çantasını götürmək istəyən zaman Elçin ona imkan verməmiş, həmin çantanı Elçin yanlarında oturan adını bilmədiyi oğlana vermiş, həmin şəxs də çantanı götürüb kafedən çıxmışdır. Hətta Elçin hadisə yerinə gedərkən sonuncuya verdiyi qatlanan cib bıçağını da götürməyə icazə verməmiş, bıçağı Elçinə vermişdir. Natiq də istifadəsində olan “Mercedes-Benz” markalı maşının sağ yan tərəfində oturmuş, maşını Emin adlı şəxs sürmüş, onu 04 (dörd) yol deyilən yerdə düşürtmüşlər, o, evə getmiş, telefonu götürüb geri qayıtmış, həmin vaxt evdə hamı yatmış, onu evdə heç kim görməmişdir. Daha sonra Şabran şəhərində “Dörd yol” deyilən yerə gəlmiş, Natiq maşınla orada gözləmiş, o, maşına minib kafeyə gəlmişlər. O, Elçinin yanında Təbrizin telefonuna zəng etmiş, lakin sonuncu telefonu açmamışdır. Bu vaxt Elçin onu kafenin çölünə çağırmış və sol tərəfdə fəaliyyət göstərməyən avtoyumanın yanına aparmış və diz çökməsini tələb etmiş, o da Elçinin içkili olduğunu görüb razılaşmışdır. Elçin ona və Təbrizə görə hadisə törətdiyini deyib bıçağı boğazına dirəmiş, Elçinə 02 (iki) övladının olduğunu demiş, Elçin saçından tutub bıçağın iti kəsici tərəfi ilə baş nahiyəsinə 04 (dörd) dəfə zərbə endirmiş, xəsarətlər izləri başında qalmışdır. Həmin vaxt Elçin ona görə 02 (iki) nəfəri öldürdüyünü, ona görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını demiş, o da Elçinə bıçaqla vurmaması üçün evdə olan 02 (iki) nəfər şəxsi onun öldürdüyünü boynuna götürəcəyini demişdir. Elçin ona 1-2 təpik atmış, lakin təpiklər ona dəyməmiş, daha sonra onu yumruqla vurmuş, bu zaman Xəyyam araya girmiş, Elçin yenidən onu saxlayıb 02 (iki) dəfə təpiklə üz nahiyəsinə vurmuş, bundan sonra onları aralamışlar. O, getmək istəyəndə Elçinin söyüş söydüyünü eşitmiş, geri qayıtmaq istəyəndə Xəyyam getməsini xahiş etmiş, yoxsa Elçinin onu bıçaqla vuracağını demişdir. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmişdir və onun Təqsirləndirilən şəxs sonuncunun ona qarşı törətdiyi cinayət əməli ilə bağlı hər-hansı bir şikayət və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, eyni məhəllədə yaşamışlar, uşaqlıq dövründən yaxın dost münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixə qədər Elçin bir neçə dəfə Şabran şəhərinə gəlmiş, təxminən 2-3 dəfə Elçini Bakı şəhərində yaşayan bacısı Xəyalənin evinə aparmış, sonra qayıdıb gəlmişdir. xx.xx.2024-cü il tarixdə dəqiq olaraq xatırlamadığı saatda Elçin Bakı şəhərindən Şabran rayonuna gəlmiş, Elçin ona zəng edib Şabran şəhərində yerləşən avtovağzaldakı çayxanada olduğunu, görüşmək istədiyini bildirmiş, o da həmin çayxanaya gedib Elçinlə görüşmüşdür. Elçin Şabran Rayon Polis Şöbəsində qeydiyyata düşmək üçün rayona gəldiyini, qalmağa yer axtardığını bildirmiş, o da Elçini uşaqlıqdan tanıdığı üçün sonuncunu əmisi X10 şəhəri Rəşid Behbudov küçəsində yerləşən evinə aparmışdır. Elçin həmin gün əmisi Adilin evində qalmışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 01:30 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə kafeyə daxil olaraq birbaşa pərdəli kabinetə keçmişlər, O, həmin an telefonda “Pubg Mobıle” adlı oyun oynadığından Elçinlə Muradın olduğu kabinetə getməmişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs kafenin pərdəli kabinetindən çölə çıxmış, Elçin isə əlində pivə ilə birbaşa onun yanına gəlmiş, üz-üzə əyləşdikdən sonra Elçin ona oyundan çıxmasını xahiş etmiş və sağ ilə öz başının arxa hissəsinə vurmağa başlamışdır. Bunları gördükdən sonra o, oyunu bağlamış və nə baş verdiyini Elçindən soruşmuşdur. Elçin cavab olaraq ya Zərərçəkmiş şəxs ya da “nakolka”, yəni məlumat verəni öldürəcəyini bildirmişdir. O, Elçinlə Muradın oğurluq etdiyini, lakin bir şey tapa bilmədiklərini, buna görə də Elçinin əsəbiləşdiyini düşünmüşdür. O, Elçindən nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs susaraq pivə içməyə davam etmiş, verilən hər hansı suala cavab verməmişdir. Söhbətdən 10 (on) dəqiqə sonra masa arxasından duraraq kafedən bayıra çıxmış, kafedə olarkən orada olan adamlar Elçinin dava etdiyini demiş, o da kafedən çölə çıxmış, Təqsirləndirilən şəxs kafe ilə üzbəüz dayananda sağ tərəfdə yerləşən obyektin qarşısında Zərərçəkmiş şəxs diz çökməsini tələb etdiyini görmüş, Elçin həmin vaxt Zərərçəkmiş şəxs cəzaçəkmə müəssisəsindən yeni çıxdığını, onu işə saldığını dediyini eşitmiş, Murad da Elçinə sonuncunun onun böyük qardaşı olduğunu demişdir. Bu zaman Elçin səhv etmirsə bel nahiyəsində olan bıçağı çıxarıb Muradın baş nahiyəsinə 3-4 dəfə vurmuş, həmin vaxt Elçin Murada qarşı nalayiq ifadələr işlətmiş, o, Elçinin bıçağı Muradın başına soxduğunu düşünmüş, sonradan Elçinin bıçağın arxa tərəfi ilə Muradın başına vurduğunu görmüşdür. O, həmin vaxt Elçinə yaxınlaşıb Muraddan aralamaq istəmiş, bu zaman Elçin sol əlində olan bıçağı ona tərəf hərəkət etdirmiş, bıçaq onun boğazına tərəf istiqamətlənsə də o, yayınmışdır. Elçin ona yaxın gəlməməsini, əks təqdirdə onun da “ulğununu” üzəcəyini demişdir. O, bunu görəndən sonra onlara yaxın getməmişdir. Elçinə cəzaçəkmə müəssisəsindən yeni çıxdığını, Muradın yazıq olduğunu demiş və Muradı öldürməməsini xahiş etmişdir. Elçin də Muradı yerdən qaldırmış və sonuncunu obyektin yan tərəfinə aparmış, təxminən 3-4 dəqiqə Elçin Muradla orada söhbət etmiş, həmin vaxt Elçinin bacısı Xəyaləyə zəng edib Elçinin yenə cinayət törədə biləcəyini demiş və Elçinə zəng edib yanına çağırmasını xahiş etmişdir. Elçinlə Murad ona tərəf gəlmiş, bu zaman o, telefonu Elçinə uzatmış və Xəyalənin onunla danışmaq istədiyini demiş, Elçin bacısı Xəyalə ilə telefonda danışmış, həmin vaxt Elçin telefonla danışa danışa Murada yaxınlaşmış və sonuncuya bir neçə təpik zərbəsi vurmuşdur. O, Elçinin Muradı vurduğunu gördüyü üçün Muraddan getməsini tələb etmiş, Murad da oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Şabran şəhərinin X13 küçəsində yerləşən “Taxtalı” adlı kafeyə getmişdir. Kafedə tək futbola baxdıqdan sonra pivə içmiş və tanışları Oruc və kafeni işlədən Eldar adlı şəxslərlə domino oynayan zaman yeni tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs tanımadığı bir şəxs ilə kafeyə girərək kafenin daxilində yerləşən pərdəli kabinetdə əyləşmişlər. Kafeyə daxil olan zaman sonradan adını bildiyi Murad adlı şəxsin çiynində “Adidas” markalı idman çantasının olduğunu görmüşdür. O, Elçinlə Muradın kabinetdə olarkən mübahisə etdiklərini, Elçinin Murada kimisə də gətirməsini əmr etdiyini eşitmişdir. Daha sonra Murad kabineti tərk edərək kafedən çıxıb getmişdir. Bundan sonra o, Elçinin yanına gəlmiş, diqqət göstərərək idman çantasını götürmüş və Elçini yola salmaq üçün sonuncu ilə birlikdə kafedən çölə çıxmışdır. Bundan sonra Elçin onu kafenin yan tərəfinə dəvət etmişdir. Həmin yerə gəldikdə Elçin çantadan papağa bənzər əşyanı çıxardaraq əyilib yandırmağa başlamış, daha sonra ayaq üstə durub çantanı ona vermiş və həmin əşyaları “itirməsini”, yəni məhv etməsini tələb etmiş, o da həmin çantanın haradan gəldiyini və ümumiyyətlə içərisində nə olduğunu soruşduqda Elçinin onun bilməməsinin daha yaxşı olacağını dəyərək çantanı əlindən alaraq papağı yandırdığı yerdə əmələ gəlmiş kiçik odun üstünə çantanı basaraq yandırmağa cəhd göstərmiş, çantanın bir tərəfi qismən yandıqdan sonra həmin idman çantasını divarın kənarında yerləşən kollara tərəf atmışdır. Bu zaman Şahid1 onların yanlarına gəlmiş və onlar yenidən kafenin qarşısına qayıtmışlar. Həmin vaxt Murad adlı şəxs Elçinə yaxınlaşmış və aralarında yenidən mübahisə baş vermişdir. O və X11 aralamağa cəhd göstərdikdə Elçin Muradla aralarında olan mübahisənin onlara hər hansı bir aidiyyəti olmadığını, aralamağa davam etdikləri təqdirdə onları da öldürəcəyini bildirmişdir. Bundan sonra Elçin və Murad kafenin kənarında yerləşən köhnə avtoyuma yerinə getmiş, o isə həmin yerdən kənara çəkilmişdir. Təxminən 10 (on) dəqiqə sonra Elçin Muradın sifətin nahiyəsinə təpik vurmuş, bundan sonra Murad mübahisə baş verən yeri tərk edərək “Okean” (Taxtalı) adlı kafenin qarşısı ilə irəliləyərək sözügedən yeri tərk etmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra, saat 03:30 radələrində Şahid1 ilə Təqsirləndirilən şəxs Muradın getdiyi yol ilə kafeni tərk etmiş, o isə kafeyə daxil olmuş və yarımçıq qalan pivəsini içmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cinayət işinin İ cildinin 1-6-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə CM-nin 120.2.1 və 29.120.2.7-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 8-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən, saat 08:07-dən etibarən CM-nin 120.2.1 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 21-22-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə saat 19:57-dən 21:26-ya kimi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu ifşa etmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs üzləşdirmə zamanı dediklərinin, onun başından bıçaqla bir neçə dəfə vurduğunu həmçinin təpiklə sifətindən də vurduğunu təsdiq etmişdir (cinayət işinin İ cildinin 46-55-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 16:25-dən 17:18-ə kimi olan müddət ərzində keçirilmiş ifadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs Şabran şəhəri X13 küçəsində yerləşən “Taxtalı” kimi tanınan kafeyə gələrək Təqsirləndirilən şəxs ilə birlikdə Şabran şəhəri X13 küçəsində yerləşən “Taxtalı” kimi tanınan kafeyə gəldikdən sonra X8 Hüseynovanın yaşadığı evdən külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirə bilməmələrinə görə ona əsəbiləşib onu “Taxtalı” kimi tanınan kafenin sağ yan tərəfində yerləşən avtoyuma məntəqəsinin qarşısına aparıb diz çökdürüb üzərində olan 01 (bir) ədəd bıçağı idman şalvarının sağ cibindən çıxarıb onun baş nahiyəsinə 3-4 zərbə vurmaqla ona ilə ona xəsarət yetirdiyini və əlavə olaraq ona təpiklə də zərbələr endirdiyini bildirmişdir (cinayət işinin İ cildinin 64-66-cı vərəqələri). - Şabran Rayon Mərkəzi X6 Şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-34/2-513/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetlərdə dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 77-ci vərəqəsi). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Dəvəçi Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi, CM-nin 93-3-cü maddəsinin 3-cü hissəsi və CMnin 106-cı maddəsinin 1-ci hissəsi (oğurluq- köhnə redaksiyada) ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Dağıstan Respublikası İzberbaş Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə RF-nın CM-nin 111-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 120.2.9, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 14 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə həmin dəyişdirilmədən saxlanılmış və o, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cinayət işinin İ cildinin 80-82-ci vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirdiyindən daimi yaşayış yeri olmamışdır (cinayət işinin İ cildinin 86-cı vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-74/2-2482/2024 saylı, xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan üzrə müsbət xarakterizə olunmur (cinayət işinin İ cildinin 87-ci vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 147 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın hər iki təpə və ənsə nahiyəsinin yumşaq toxumalarının geniş sahəli hematoma halında əziyi və əzilmiş yaraları, eləcə də qarnın ön divarının və sol said nahiyəsinin çapıq toxumaları aşkar edilmişdir. Başın hər iki təpə və ənsə nahiyəsinin əziyi və əzilmiş yaralan bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti bir-iki günə qədər olub, xx.xx.2024-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilir. Qarnın ön divarının və sol said nahiyəsinin çapıq toxumaları iti əşyanın (əşyaların) təsirindən törənmiş yaraların sağalmasından yaranmışdır, yaranma müddəti müayinədən (xx.xx.2024-cü il) təqribən 20-30 gün əvvələ uyğun gəlir (cinayət işinin İ cildinin 90-91-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3/1298, 3/1299 və 3/1316 nömrəli “Kompleks məhkəmə daktiloskopik və trasoloji ekspertizası”–nın rəyindən göründüyü kimi tədqiqata təqdim edilmiş cinayətin aləti olmuş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir (cinayət işinin İ cildinin 115-119-cu vərəqələri). - Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(101)-648/2010 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.9, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nn 66.3cü maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə qəti olaraq xx.xx.2009-cu il tarixdən hesablanmaqla 14 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cinayət işinin İ cildinin 121-130-cu vərəqələri). - Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-124/2010 saylı, xx.xx.2010-cu il tarixli qərarından görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(101)-648/2010 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və həmin hökm dəyişdirilmədən saxlanılmışdır (cinayət işinin İ cildinin 131-137-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğundan ********* nömrəli cinayət işindən CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılaraq istintaq aparılması üçün aidiyyəti üzrə Şabran Rayon Polis Şöbəsinə göndərilməsi və bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən 01 (bir) ədəd turist bıçağının maddi sübut kimi tanınaraq Şabran rayon prokurorluğunda “Maddi sübutlar” otağında saxlanılması qərara alınmışdır (cinayət işinin İ cildinin 148-214-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, CM-nin 221.3-cü maddəsi istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 53.1.1-ci maddəsinı əsasən dayandırılmışdır (cinayət işinin İİ cildinin 5-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin İİ cildinin 7ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İİ cildinin 9-10-cu vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İİ cildinin 23-24-cü vərəqələri). - xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinin qərarı ilə “həbs” növündə qətimkan tədbirinin seçildiyi nəzərə alınması qərara alınmışdır (cinayət işinin İİ cildinin 42-ci vərəqəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələbnamədə göstərilən məlumatlara, habelə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(101)-648/2010 saylı hökmünə əsasən 14 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunduqdan sonra üzərində olan məhkumluğun ödənilməməsinə və götürülməməsinə baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsinə görə onun əməlində cinayətin residivi vardır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 4(031)-32/2024 saylı prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qəbul edilmiş qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən, saat 08:07-dən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. CM-nin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1 nömrəli, xx.xx.2004-cü il tarixli Qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. X9 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Plenum Qərarının 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun etirafedici ifadəsi ilə yanaşı iş üzrə zərər çəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmiş hesab edir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61.1.1-ci maddəsinə əsasən isə onun əməlində cinayətlərin residivi olmasını isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halı, o cümlədən əməlində cinayətlərin residivi olmasını (cəzasını ağırlaşdıran halı), habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qanunauyğun və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən barəsində təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, CPM-in 158-ci maddəsinə əsasən cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut – Şabran rayon prokurorluğunda “Maddi sübutlar” otağında saxlanılan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən 01 (bir) ədəd turist bıçağı isə CPM-in 132-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə müsadirə edilməli əmlak, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut: Şabran rayon prokurorluğunda “Maddi sübutlar” otağında saxlanılan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən 01 (bir) ədəd turist bıçağı məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-32/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-32/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver