Məhkəmə qərarları › İş №1(031)-33/2020

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-33/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-33/2020 17.09.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən şəxs Zərərçəkmiş şəxs Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı il tarixdə indiki Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Fazil qızının Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Fazil qızı xx.xx.2020-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanda onunla birgə yaşayan azyaşlı oğlu Asif Adgözəlovu cəzalandırmaq məqsədi ilə çay qaşığını qaz peçinin üzərində istilədərək sonuncunun hər iki ayağının alt hissələrini yandıraraq hər iki pəncənin alt səthinin l-İl dərəcəli termiki yanğından (S~3%) ibarət bədən xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Fazil qızı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, barəsində Şabran RPŞ-nə şikayət etmiş Zərərçəkmiş şəxs onun əridir, belə ki, onlar 2013-cü ildə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və həmin nikahdan iki oğlanları var. Vüsalla münasibətləri pis olduğuna görə üç ildir ki, anası Mehribanın evində yaşayır, oğlu Asif onunla, digər oğlu Yusif isə Vüsalla yaşayır. Asifin hal-hazırda dörd yaşı var. Barəsində Şabran RPŞ-nə şikayət etmiş Zərərçəkmiş şəxs şikayət ərizəsində göstərilənlər yalandır, o, heç vaxt qaşığı qaz sobasının üstündə qızdırıb Asifin ayağının altını yandırmamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Fazil qızı həmçinin göstərdi ki, Asifin ayaqlarının altında aşkar edilmiş yanıq xəsarətləri sonuncunun öz ehtiyatsızlığından döşəmə üzərində olan dəm çaynikinin altına qoyulması üçün nəzərdə tutulmuş dəmirin üstünə çıxması ilə əlaqəadr olmuşdur. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Fazil qızının məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, sonuncu, məhkəməyədək icraat zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Fazil qızının ona elan olunmuş ittiham üzrə təqsirli olması məhkəməyədək icraat zamanı özünün etirafı ilə yanaşı, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək icraat dövründə vermiş olduğu izahatında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Fazil qızı özünü tam təqsirli bilərək göstərmişdir ki, azyaşlı oğlu Asif onun və anası Mehribanın sözünə qulaq asmayıb mütəmadi olaraq evdən icazəsiz bayıra çıxır. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yaşadıqları evdə olduğu zaman qonşulardan ona bildirilmişdir ki, azyaşlı oğlu Asif avtomobil yolunu keçir. O, həyəcanlı şəkildə bayıra qaçmış və oğlu Asifi tutaraq evə aparmışdır. Asifin avtomobil yoluna çıxmasından əsəbləşərək və bir daha icazəsiz bayıra çıxmasın deyə qorxutmaq məqsədi ilə çay qaşığı kimi istifadə etdiyi dəmir materialdan olan qaşığı dördgözlü qaz peçinin üzərində qızdıraraq Asifin hər iki ayaqlarının alt hissəsinə vuraraq yandırmışdır. Asifin yanıq xəsarəti almasına baxmayaraq Şabran RMX-na aparmamış, yaşadığı evdə Asifin hər iki ayaqlarının alt hissəsinə adını bilmədiyi yanıq dərmanı vurmuşdur. O, oğlu Asifi qaranlıq otağa tək salaraq otaqda saxlamamış, Asifi döyməmiş, oğlu Asifə qarşı etdiyi hərəkətə görə çox peşmandır, gələcəkdə bir daha övladına qarşı belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş Adgözəlov Asif Vüsal oğlu göstərdi ki, onun 04 yaşı var, anası ilə birlikdə nənəsigildə yaşayır, evdən icazəsiz yola çıxdığına görə anası onu evə gətirərək qaşığı qaz sobasının üstündə qızdıraraq ayaqlarının altını yandırmışdır. Əvvəllər anası ona qarşı belə hərəkətlər, yəni ayaqlarını yandırmamışdır. Bu hərəkətinə görə anasını sevmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Elvina ilə rəsmi nikah qeydiyyatından keçırık ailə qurub və həmin nikahdan iki övladı – Yusif və Asif adlı oğlanları var. Elvina ilə münasibətləri korlandığından rəsmi olaraq boşanmasalar da sonuncu, iki ildir ki, atasının evində qalır, oğlu Yusif onunla, digər oğlu Asif isə anası Elvina ilə qalır. Ata kimi o, mütəmadi olaraq ailəsinə kömək eləmək məqsədi ilə bazardan meyvə tərəvəz, ərzaq və oğlu Asif üçün pal-pallar alıb aparır. xx.xx.2020-ci il tarixdə o, Elvinagil üçün bazarlıq edib aparmışdır, həmin zaman oğlu Asifin ayağında heç bir xəsarət olmamışdır. xx.xx.2020-ci il tarixdə oğlu Asifi Elvinagildən gedib götürərək öz yaşadığı evə aparmış, evdə görmüşdür ki, Asifin hər iki ayağının altında yanıq izləri var. O, oğlu Asifdən ayağlarının altının nə üçün yanmasını soruşduqda, sonuncu, ona bildirmişdir ki, anası Elvina qaşığı istilədərək ayağlarının altını yandırmışdır. O, oğlu Asifdən soruşduqda, bildirmişdir ki, anası mütəmadi olaraq onu otağa salaraq otağın qapısını bağlayır ki, o küçəyə çıxmasın. Elvina əsəb xəstəsidir mütəmadi özünə qəsd edərək əl-ayağını kəsir, onun oğlu Asifin onun yanında qalmağı təhlükəlidir. Xahiş edir, Təqsirləndirilən şəxs Fazil qızına qanunla nəzərdə tutulmuş qaydada cəza verilsin. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin xx.xx.2020-ci il tarixli 182 saylı rəyindən görünür ki, Adıgözəlov Asif Vüsal oğlunun bədəni üzərində aşkar olunmuş xəsarətlər – hər iki pəncənin alt səthinin 1-11 dərəcəli termiki yanğını (S-3%) yüksək temperaturun təsirindən törənmişdir, törənmə müddəti müayinə olunan tarixdən təxminən 7-10 gün əvvələ uyğun gəlir, müayinə olunanın ilkin məlumatda göstərdiyi, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə alovdan qızıdırılmış isti qaşığla (qaşığlarla) yetirilə bilməsi mümkündür, özü-özünə yetirilməsinə xarakterik deyil, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fazil qızı əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhəri üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3681 saylı arayışdan görünür ki, Tayıbova X1 şəhəri, Ş.Vahabzadə küçəsi 13 saylı ünvanda ailə üzvləri – əri Zərərçəkmiş şəxs Nasim oğlu, uşaqları Adgözəlov Yusif Vüsal oğlu və Adgözəlov Asif Vüsal oğlu ilə birlikdə yaşayır. Lakin istər məhkəməyədək, istərsə də məhkəmə icraatı zamanı alınmış ifadələrlə (izahatlarla) müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Fazil qızının himayəsində yalnız bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhəri üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3682 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Fazil qızı yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Fazil qızının Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə ekspertizasının rəyi, eləcə də iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 01 azyaşlı uşağının olması cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Fazil qızının cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Fazil qızının yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Fazil qızının cəzasını ağırlaşdıran hal cinayətin azyaşlı olmaqla ondan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsidir. Məhkəmə, Təqsirləndirilən şəxs Fazil qızının şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olduğunu nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut və mülki tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Fazil qızı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs Fazil qızının yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Fazil qızının yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Fazil qızına hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun, həmçinin elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs Fazil qızının barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar