Məhkəmə qərarları › İş №1(031)-33/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-33/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-33/2022 24.08.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Müdafiəçi4, Müdafiəçi5, Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs5 qanuni nümayəndəsi X1 Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X6, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Məlikova llhamə Əlsahib qızı və Zərərçəkmiş şəxs3 iştirakları ilə xx xxx 1999-cu il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxx 2004-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Şabran şəhəri, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1996-cı il tarixdə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 4an və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2005-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 5 ünvanda yaşayan, barəsində “valideyn nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 2000-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 6 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, tanışı – yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs5 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran şəhəri, Ş.Vahabzadə küçəsi, ev 22 ünvanda yerləşən uzun müddət yaşayış olmaması səbəbindən nəzarətsiz qalan Məlikova llhamə Əlsahib qızına məxsus evdən oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 2021-ci ilin oktyabr ayının 13-də saat 20 radələrində Təqsirləndirilən şəxs5 ilə birlikdə sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra onunla fərdi yaşayış evinin hasarını aşmaq yolu ilə həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 evin arxasında yerləşən pəncərəni sındırmaq yolu ilə evə daxil olaraq oradan 1 ədəd 120 manat dəyərində 1990-cı ilin istehsalı 5 litrlik samovarı, 1 ədəd 50 manat dəyərində “Galaxy” 2015-ci il istehsalı elektrikli samovarı, 1 ədəd 30 manat dəyərində 2006-cı il istehsalı markası bilinməyən elektrikli samovarı, 1 ədəd 20 manat dəyərində 2006-cı il istehsalı “Daewoo” markalı DVD playeri, 1 ədəd 15 manat dəyərində 2002-ci il istehsalı “Sony” markalı video playerı, 1 ədəd 40 manat dəyərində 2016-cı il istehsalı “Maqnit” markalı ət çəkən maşını, 1 dəst 150 manat dəyərində 2008-ci il istehsalı “Aura” qazan dəstini, birinin dəyəri 10 manat, ümumi dəyəri 30 manat təşkil edən 3 ədəd 2000-ci ilin istehsalı 3 litrlik aliminium qazanları, birinin dəyəri 5 manat olan, ümumi dəyəri 10 manat təşkil edən 2 ədəd 2000-ci ilin istehsalı 1 litrlik alüminium qazanları, bir metrinin dəyəri 3 manat, ümumi dəyəri 300 manat təşkil edən diametri 26 millimetr olan 100 metr uzunluğunda armaturu və 1 ədəd 40 manat dəyərində 1990-cı ilin istehsalı ceyran qaz peçini, cəmi isə 805 (səkkiz yüz beş) manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus əmlakı gizli olaraq talayıb özləri ilə aparmış, bununla da oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tanışı – yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs5 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ünvan 7 ünvanda yerləşən uzun müddət yaşayış olmaması səbəbindən nəzarətsiz qalan Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə bundan təxminən bir həftə sonra, yəni 2021-ci ilin avqust ayının ortalarında saat 18 radələrində sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra onunla birlikdə evin həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə, oradan isə qapısı açıq olan evin arxa tərəfindən yerləşən otaqdan qanunsuz içəri daxil olmaqla evin “aynabənd” tipli və köhnə əşyaların saxlanması üçün nəzərdə tutulmuş otaqlarından ələ keçirdikləri 15 və 70 manat dəyərində müvafiq olaraq 1 ədəd çuqun materialdan kiçik həcmli və 1 ədəd böyük həcmli qazanları, 1-i kiçik, 2-si böyük olmaqla 3 ədəd 80 manat dəyərində teştləri, birinin dəyəri 10 manat, ümumi dəyəri 20 manat təşkil edən 2 ədəd pərdə karnizi, cəmi isə 185 (yüz səksən beş) manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4, tanışı – yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs5 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ünvan 8 ünvanda yerləşən uzun müddət yaşayışın olmaması səbəbindən nəzarətsiz qalan Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədiilə 2021-ci ilin avqust ayının əvvəllərində saat 19 radələrində, Təqsirləndirilən şəxs5la birlikdə sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra onunla birlikdə evin həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə, oradan isə qapısı açıq olan evin arxa tərəfində yerləşən otaqdan qanunsuz içəri daxil olmaqla evin “aynabənd” tipli arxa otağından ələ keçirdikləri bir metrinin dəyəri 17 manat, ümumi dəyəri isə 119 (yüz on doqquz manat) təşkil edən 7 metr uzunluqda alüminium materialdan hazırlanmış arakəsmələri gizli olaraq talayıb daşımanı yüngülləşdirmək üçün 12 hissəyə bölüb özləri ilə aparmış, bununla da oğurluq etmişdir. Bundan başqa o, tanışı – yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs5 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək eyni üsulla, eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs1 müvəqqəti olaraq nəzarətsiz qalmış evindən yenidən oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə bundan təxminən 2-3 gün sonra, yəni 2021-ci ilin avqust ayının əvvəllərində saat 22 radələrində sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra onunla birlikdə evin həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə, oradan isə qapısı açıq olan evin arxa tərəfindən yerləşən otaqdan qanunsuz içəri daxil olmaqla evin “aynabənd” tipli və köhnə əşyaların saxlanması üçün nəzərdə tutulmuş otaqlarından ələ keçirdikləri 50 manat dəyərində 1 ədəd 40 kiloqramlıq idman aləti olan “ştanga”nı, 15 manat dəyərində 1 ədəd 16 kiloqramlıq idman aləti olan “girya”nı, birinin dəyəri 5 manat, ümumi dəyəri 10 manat təşkil edən 2 ədəd çörək bişirmədə istifadə olunan qabı, 50 manat dəyərində alüminium materialdan hazırlanmış 1 ədəd nərdivanı, birinin dəyəri 25 manat, ümumi dəyəri 50 manat təşkil edən 2 ədəd 10 litrlik alüminium materialdan hazırlanmış süd bidonlarını, 50 manat dəyərində 1 ədəd 40 litrlik süd bidonunu, 40 manat dəyərində 1 ədəd 25 litrlik süd bidonunu, 3 manat dəyərində 1 ədəd çəkici, 4 manat dəyərində 1 ədəd mişarı, 3 manat dəyərində 1 ədəd sapsız dəmir dırmığı, 10 manat dəyərində 1 ədəd dəmir “lom”u, 9 manat dəyərində 1 ədəd külüngü, birinin dəyəri 15 manat, ümumi dəyəri 30 manat təşkil edən 2 ədəd dəmir qaz borularını, 10 manat dəyərində 1 ədəd dəmir “kuvald”ı, birinin dəyəri 0,45 manat, ümumi dəyəri 18 manat təşkil edən 40 ədəd “mufta”nı, birinin dəyəri 10 manat, ümumi dəyəri 100 manat təşkil edən 10 ədəd dəmir qəlyanları, birinin dəyəri 10 manat, ümumi dəyəri 20 manat təşkil edən 2 ədəd dəmir avtafanı gizli olaraq talayıb özləri ilə apamış, bununla da vahid niyyətlə əhatə olunan oğurluqlar etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 472 (dörd yüz yetmiş iki) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs5, tanışı Təqsirləndirilən şəxs4 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ünvan 7 ünvanda yerləşən uzun müddət yaşayışın olmaması səbəbindən nəzarətsiz qalan Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2021-ci il avqust ayının əvvələrində saat 19 radələrində Təqsirləndirilən şəxs4lə birlikdə sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra onunla birlikdə evin həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə, oradan isə qapısı açıq olan evin arxa tərəfində yerləşən otaqdan qanunsuz içəri daxil olmaqla evin “aynabənd” tipli arxa otağından ələ keçirdikləri bir metrinin dəyəri 17 manat, ümumi dəyəri isə 119 (yüz on doqquz) manat təşkil edən 7 metr uzunluqda alüminium materialdan hazırlanmış arakəsmələri gizli olaraq talayıb daşımanı yüngülləşdirmək üçün 12 hissəyə bölüb özləri ilə aparmış, bununla da oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs4 ilə tamah niyyəti ilə eyni üsulla, eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs1 müvəqqəti olaraq nəzarətsiz qalmış evindən yenidən oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə bundan təxminən 2-3 gün sonra, yəni 2021-ci ilin avqust ayının əvvələrində saat 22 radələrində sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra onunla birlikdə evin həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə, oradan isə qapısı açıq olan evin arxa tərəfindən yerləşən otaqdan qanunsuz içəri daxil olmaqla evin “aynabənd” tipli və köhnə əşyaların saxlanması üçün nəzərdə tutulmuş otaqlarından ələ keçirdikləri 50 manat dəyərində 1 ədəd 40 kiloqramlıq idman aləti olan “ştanga”nı, 15 manat dəyərində 1 ədəd 16 kiloqramlıq idman aləti olan “girya”nı, birinin dəyəri 5 manat, ümumi dəyəri 10 manat təşkil edən 2 ədəd çörək bişirmədə istifadə olunan qabı, 50 manat dəyərində alüminium materialdan hazırlanmış 1 ədəd nərdivanı, birinin dəyəri 25 manat, ümumi dəyəri 50 manat təşkil edən 2 ədəd 10 litrlik alüminium materialndan hazırlanmış süd bidonlarını, 50 manat dəyərində 1 ədəd 40 litrlik süd bidonunu, 40 manat dəyərində 1 ədəd 25 litrlik süd bidonunu, 3 manat dəyərində 1 ədəd çəkici, 4 manat dəyərində 1 ədəd mişarı, 3 manat dəyərində 1 ədəd sapsız dəmir dırmığı, 10 manat dəyərində 1 ədəd dəmir “lom”u, 9 manat dəyərində 1 ədəd külüngü, birinin dəyəri 15 manat, ümumi dəyəri 30 manat təşkil edən 2 ədəd dəmir qaz borularını, 10 manat dəyərində 1 ədəd dəmir “kuvald”ı, birinin dəyəri 0,45 manat, ümumi dəyəri 18 manat təşkil edən 40 ədəd “mufta”nı, birinin dəyəri 10 manat, ümumi dəyəri 100 manat təşkil edən 10 ədəd dəmir qəlyanları, birinin dəyəri 10 manat, ümumi dəyəri 20 manat təşkil edən 2 ədəd dəmir avtafanı, cəmi isə 472 (dörd yüz yetmiş iki) manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus əmlakı gizli olaraq talayıb özləri ilə aparmış, bununla da oğurluq etmişdir. Bundan başqa o, tanışı – yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Əlibala oğlu ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək eyni üsulla, eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs1 müvəqqəti olaraq nəzarətsiz qalmış evindən oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə bundan təxminən bir həftə sonra, yəni 2021-ci ilin avqust ayının ortalarında saat 18 radələrində sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra onunla birlikdə evin həyətyanı sahəsini əhatə edən hasardan keçib həyətə, oradan isə qapısı açıq olan evin arxa tərəfindən yerləşən otaqdan qanunsuz içəri daxil olmaqla evin “aynabənd” tipli və köhnə əşyaların saxlanması üçün nəzərdə tutulmuş otaqlarından ələ keçirdikləri 15 və 70 manat dəyərində müvafiq olaraq 1 ədəd çuqun materialdan kiçik həcmli və 1 ədəd böyük həcmli qazanları, 1-i kiçik, 2-si böyük olmaqla 3 ədəd 80 manat dəyərində teştləri, birinin dəyəri 10 manat, ümumi dəyəri 20 manat təşkil edən 2 ədəd pərdə karnizini, cəmi isə 185 (yüz səksən beş) manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus əmlakı gizli olaraq talayıb özləri ilə apamış, bununla da vahid niyyətlə əhatə olunan oğurluqlar etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 776 (yeddi yüz yetmiş altı) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran şəhəri, Ş.Vahabzadə küçəsi, ev 22 ünvanda yerləşən uzun müddət yaşayış olmaması səbəbindən nəzarətsiz qalan Məlikova llhamə Əlsahib qızına məxsus evdən oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2021-ci ilin oktyabr ayının 13-də saat 20 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə sözügedən əraziyə gəlmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra onunla fərdi yaşayış evinin hasarını aşmaq yolu ilə həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 evin arxasında yerləşən pəncərəni sındırmaq yolu ilə evə daxil olaraq oradan 1 ədəd 120 manat dəyərində 1990-cı ilin istehsalı 5 litrlik samovarı, 1 ədəd 50 manat dəyərində “Galaxy” 2015-ci il istehsalı elektrikli samovarı, 1 ədəd 30 manat dəyərində 2006-cı il istehsalı markası bilinməyən elektrikli samovarı, 1 ədəd 20 manat dəyərində 2006-cı il istehsalı “Daewoo” markalı DVD playeri, 1 ədəd 15 manat dəyərində 2002-ci il istehsalı “Sony” markalı video playerı, 1 ədəd 40 manat dəyərində 2016-cı il istehsalı “Maqnit” markalı ət çəkən maşını, 1 dəst 150 manat dəyərində 2008-ci il istehsalı “Aura” qazan dəstini, birinin dəyəri 10 manat, ümumi dəyəri 30 manat təşkil edən 3 ədəd 2000-ci ilin istehsalı 3 litrlik alüminium qazanları, birinin dəyəri 5 manat olan, ümumi dəyəri 10 manat təşkil edən 2 ədəd 2000-ci ilin istehsalı 1 litrlik alüminium qazanları, bir metrinin dəyəri 3 manat, ümumi dəyəri 300 manat təşkil edən diametri 26 millimetr olan 100 metr uzunluğunda armaturu və 1 ədəd 40 manat dəyərində 1990-cı ilin istehsalı ceyran qaz peçini təkrarən oğurlamaqla, Zərərçəkmiş şəxs2 cəmi 805 (səkkiz yüz beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs3 ilə tamah niyyəti ilə qabaqcadan bir qrup şəxs halında əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu, Sincanboyad kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin qarşısından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədiilə 02 fevral 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs3la birlikdə sözügedən əraziyə gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra onunla birlikdə fərdi yaşayış evinin qarşısındakı DT-75 markalı traktorun ehtiyat hissələrini, yəni 70 manat dəyərində 1 ədəd xarici dişli çarxı, 70 manat dəyərində 1 ədəd daxili dişli çarxı, 80 manat dəyərində 1 ədəd qaldırıcı silindrin qaldırıcı porşenini, birinin dəyəri 12 manat, ümumi dəyəri 48 manat təşkil edən 4 ədəd tırtıl başmağını, birinin dəyəri 70 manat, ümumi dəyəri 140 manat təşkil edən 2 ədəd qoşqu qollarını və 100 manat dəyərində 1 ədəd komplekt vərdənə arabasını, cəmi isə 508 (beş yüz səkkiz) manat məbləğində Zərərçəkmiş şəxs3 məxsus əmlakı gizli olaraq talayıb aparmış, bununla da təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs5 ilə tamah niyyəti ilə qabaqcadan bir qrup şəxs halında əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu, Sincanboyad kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin qarşısından oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədiilə 02 fevral 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs5la birlikdə sözügedən əraziyə gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra onunla birlikdə fərdi yaşayış evinin qarşısındakı DT-75 markalı traktorun ehtiyat hissələrini, yəni 70 manat dəyərində 1 ədəd xarici dişli çarxı, 70 manat dəyərində 1 ədəd daxili dişli çarxı, 80 manat dəyərində 1 ədəd qaldırıcı silindrin qaldırıcı porşenini, birinin dəyəri 12 manat, ümumi dəyəri 48 manat təşkil edən 4 ədəd tırtıl başmağını, birinin dəyəri 70 manat, ümumi dəyəri 140 manat təşkil edən 2 ədəd qoşqu qollarını və 100 manat dəyərində 1 ədəd komplekt vərdənə arabasını, cəmi isə 508 (beş yüz səkkiz) manat məbləğində Zərərçəkmiş şəxs3 məxsus əmlakı gizli olaraq talayıb aparmış, bununla da oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonunda yerləşən müxtəlif avtomobil sexlərində rəngsaz kimi çalışır. Təqsirləndirilən şəxs5 onunla eyni məhəllədə yaşayır. O, təxminən oktyabr ayının 13-də axşam saatlarında Şabran rayonunda yerləşən bazarın yaxınlığındakı “Xan” çay evində tək olan zaman Təqsirləndirilən şəxs5 oraya gəldiyini və ona yaxınlaşaraq Şabran şəhəri, Ş.Vahabzadə küçəsində sahibsiz bir evin olduğunu və həmin evdən oğurluq etməyi təklif etdiyini, onun da Elməddinlə razılaşdığını, elə həmin gün təxminən saat 19-20 radələrində hər ikisinin həmin ünvana yollandığını, evə yaxınlaşan zaman ilk növbədə ətrafa baxdıqlarını və heç kimin olmadığını müəyyən etdikdən sonra hər ikisinin hasarı tullanaraq həyətə keçdiklərini, ilk növbədə onun evin qapısını açmağa çalışdığını ancaq aça bilməyəcəyini başa düşdükdən sonra evin arxasına keçərək evin arxasında yerləşən pəncərəyə yaxınlaşdığını, əvvəl onu açmağa çalışdığını ancaq aça bilmədiyinə görərək pəncərəni sağ dirsəyi vasitəsilə sındırdığını, daha sonra təxminən 1 dəqiqə gözləyərək heç kimin eşitmədiyindən əmin olduqdan sonra pəncərədən əvvəl onun, sonra isə Elməddinin içəri daxil olduğunu, ilk növbədə bütün otaqları gəzdiklərini, sonra isə elə pəncərəsini sındırdıqları otaqdan 1 ədəd boz rəngdə “Sony” markalı DVD playeri, 1 ədəd qara rəngdə “LG” markalı video playeri, 1 dəst markasını bilmədiyi qazan dəstini, 1 ədəd markasını bilmədiyi ət çəkən maşını və 2 ədəd markasını bilmədiyi elektrikli samovarları götürərək gəldikləri kimidə evi tərk etdiklərini, evdən çıxan zaman DVD və video player ilə qazan dəstini onun, ət çəkən maşın ilə elektrikli samovarları isə Elməddinin götürdüyünü, piyada olaraq ilk növbədə yaşadıqları məhəlləyə getdiklərini, DVD və video playeri daha sonra satmaq məqsədilə özünün yaşadığı Şabran şəhəri, A.Mirzə küçəsi, ev 6 ünvana apardığını, evə girən zaman Elməddinin yaşadıqları məhəllədə onu gözlədiyini, DVD və video playeri həyətlərində olan yarımtikilidə hamam otağının yanındakı otaqda yatağın altında gizlətdiyini, daha sonra isə evi tərk etdiyini, həmin əşyaları evə qoyan zaman ev sakinlərindən heç kimin onu görmədiyini, daha sonra evdən çıxaraq məhəllədə onu gözləyən Elməddinlə görüşərək 2 ədəd samovarı, ət çəkən maşını və 1 ədəd qazan dəstini əllərində piyada Şabran şəhərində yerləşən avtovağzala apardıqlarını, təxminən saat 21 radələrində orada olarkən tanımadıqları 2-3 adama yaxınlaşaraq həmin əşyaları onlara təklif etdiklərini ancaq heç kimin onları almaq istəmədiyini, sonda isə avtovağzalın içərisində tanımadığı bir nəfərə yaxınlaşaraq əllərindəki əşyaları ona göstərdiklərini, adamın təxminən 40 yaşlarında olduğunu və “Mersedes” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngdə “Sprinter” sürdüyünü, onun həmin adama əşyaların özünə məxsus olduğunu, evdə xəstəsinin olduğunu, buna görə satmağa məcbur olduğunu söylədiyini və ondan bunun qarşılığında 100 manat pul istədiyini, adamın isə ona cavabında idarə etdiyi avtomobildə uşaq paltarı satdığını, ona ya paltar, yada ki, 60 manat pul verə biləcəyini söylədiyini, onların da 60 manatla razılaşdığını, həmin pulu isə öz aralarında 30 manat olmaqla iki bərabər hissəyə böldüklərini, sonra isə həmin pulu müxtəlif yerlərdə yemək yeməyə xərclədiklərini bildirmişdir. Bundan əlavə onun həmin evə birinci dəfə daxil olduğunu, Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4lə həmin evə girərək navalça oğurlamağı barədə heç bir məlumatının olmadığını, ona hadisə baş verən gündən təxminən 2-3 gün sonra Şabran rayonunda yerləşən “Ziya” çay evində olan zaman Elməddinin söylədiyini bildirmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, anası və nənəsi ilə birlikdə Şabran şəhərində yaşayır, Şabran şəhəri, Tofiq Abbasov adına 1 saylı orta məktəbin 7-ci sinifinə kimi təhsil almış, lakin yaxşı oxumadığına görə məktəbi 7-ci sinifdən tərk etmişdir. Təqsirləndirilən şəxs5 3 ildir ki, tanıyır. O, 2021-ci ilin təxminən avqust ayının ortalarında Şabran şəhərində “Qayalı” marketin qarşısında Elməddinlə rastlaşdığını, Elməddinin ona sahibsiz bir evdən müxtəlif metal materialından olan əşyaları oğurlamağı və aparıb metal qəbuletmə məntəqəsinə satmağı təklif etdiyini, özünün də Elməddinin təklifi ilə razılaşdığını, elə həmin gün saat təxminən 17-18 radələrində Elməddinlə birlikdə Şabran şəhəri, Sabir küçəsinə həmin sahibsiz evin qarşısına gəldiklərini, göy rəngli giriş darvazası ilə üzbəüz dayandıqda sol tərəfdəki hasarın üstündən aşaraq evin həyətinə daxil olduqlarını, həyətdə darvaza ilə üzbəüz uzaq küncdə olan bir qapıdan içəri daxil olaraq sağa döndüklərini orada köhnə hamamın yanında bir balaca otağın olduğunu, həmin otağın qapısının açıq olduğunu, Elməddinin həmin otağa girib oradan 1 ədəd böyük toy qazanını, 1 ədəd yemək bişirmək üçün balaca qazanı, 2 ədəd duralüminium materialdan böyük teşti və 1 ədəd paltar yumaq üçün balaca teşti, 2 ədəd alüminium materialdan olan pərdə karnizlərini və 1 ədəd alüminium materialdan olan kran başlığını götürdüyünü, həmin qazanları, karnizləri nə imkan varsa əzərək evin içərisində tapdıqları iki ədəd kisəyə yığdıqlarını, bundan sonra kisələri götürüb oğurladıqları evin arxa tərəfində olan şiferli hasardan çölə tullandığını, çölə çıxanda onu tanımadığı yaşlı bir qadının gördüyünü, daha sonra isə kisənin birini götürərək birbaşa piyada Şabran şəhəri, “5 sot” adlanan sahədə Aydın adlı şəxsin işlətdiyi metal qəbuletmə məntəqəsinə getdiyini, təxminən 5 dəqiqə sonra isə Elməddinin əlində kisə ilə gəldiyini, Aydının həmin kisələrdə olan metalları çəkdiyini və onlara 23 manat pul verdiyini, həmin pulu götürüb tanımadığı taksi ilə avtovağzala gəldiklərini, orada siqaret, dönər, “Bizon” içkisi və digər şeylərə həmin 23 manatı birlikdə xərclədiklərini göstərmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 bildirdi ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 9i ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Ailəsi üçün çörək pulu qazanmaq üçün arada bağlarda meyvə yığmaqla məşğul olur. Təqsirləndirilən şəxs5 təxminən 1 il əvvəl Xaçmaz rayonunun, Nərəcan kəndində bağlarda işləyən vaxt tanımışdır. O, 2021-ci ilin avqust ayının əvvəllərində Şabran şəhərində yerləşən avtovağzal ərazisində Təqsirləndirilən şəxs5la rastlaşdığını, görüşüb söhbət etməyə başladıqlarını, həmin vaxt heç birinin pulu olmadığını, bu zaman Elməddinin ona Şabran şəhəri, Sabir küçəsində yaşayış olmayan bir evin olduğunu, köməkləşib həmin evdən oğurluq edə biləcəklərini söylədiyini, elə həmin gün saat 18-19 radələrində Elməddinlə birlikdə Sabir küçəsində olan həmin evin qarşısına gəldiklərini, Elməddinin giriş qapısının solundan darvazanı aşıb içəri həyətə daxil olduğunu, onun isə çöldə gözətçilik etdiyini, təxminən 20 dəqiqə keçdikdən sonra Elməddinin gec qayıtdığını görüb, Elməddinin hasardan aşdığı yerdən içəri həyətə daxil olduğunu, Elməddinin həmin vaxt yerə bərkidilmiş alüminium materialından olan arakəsmələri sökməyə çalışdığını, onun isə Elməddinə artıq sökdüyü arakəsmələri indi aparmalı olduqlarını, qalanları sonra gəlib söküb apara biləcəklərini söylədiyini, Elməddinin də onunla razılaşdığını, evin həyətindən 12 ədəd alüminium materialından olan arakəsmələri həyətdən tapdıqları kisələrə yığdıqlarını, evin arxa tərəfindən baxçaya baxan hissəsindən alçaq hasarı aşıb həyətdən çıxdıqlarını, Elməddinlə birlikdə Şabran şəhəri, “5 sotlar” adlanan yaşayış massivinə Aydın adlı şəxsin metal qəbulu məntəqəsinə gəldiklərini və Aydına həmin arakəsmələri 36 manata satdıqlarını, Aydının onlardan bu arakəsmələrin birdən oğurluq ola biləcəyini soruşduqda Elməddinin ona özünə məxsus olduğunu söylədiyini, Aydının onlara verdiyi 36 manatın 25 manatını onun götürdüyünü, 11 manatını isə Elməddinə verdiyini, həmin hadisədən 2-3 gün sonra, avqust ayının əvvəllərində yenə pul lazım olduğuna görə avtovağzalda görüşdüklərini, saat 22 radələrində Sabir küçəsində olan yaşayışı olmayan həmin evə gəldiklərini, Elməddinlə birlikdə keçən dəfə kimi darvazanın üstündən həyətə atladıqlarını, həyətdə olan 2 ədəd 10 litrlik süd bidonlarını, 1 ədəd alüminium böyük toy qazanını, 1 ədəd alüminium materialdan olan nərdivanı, 1 ədəd təxminən 40 kiloqramlıq idman ştanqını, sayını dəqiq xatırlamadığı çuqun qabları, pərdə karnizini, 1 ədəd 16 kiloqramlıq giryanı oğurlayaraq Elməddinlə iki dəfəyə əllərində aparıb yenə Aydın adlı şəxsin metal qəbulu məntəqəsinə satdıqlarını, birinci reysdə Aydının onlara 36 manat, ikinci reysdə isə 27 manat pul verdiyini, həmin pulu Elməddinlə birlikdə gedib siqaretə, yeməyə və içkiyə xərclədiklərini, bundan sonra 2021-ci ilin sentyabr ayının 22-də saat 16 radələrində Şabran rayonunda yerləşən avtovağzalın yaxınlığında olan zaman Təqsirləndirilən şəxs5 gördüyünü, Elməddinin ona yaxınlaşaraq ondan siqaret istədiyini, onun isə Elməddinə cavabında nə siqaretinin, nədə ki pulunun olmadığını qeyd etdiyini, bunun qarşılığında Elməddinin ona yaxınlıqda bir ev olduğunu, həyətində alüminiumdan hazırlanmış navalça olduğunu, özünün elə həmin gün navalçanı açaraq yerə qoyduğunu, lakin ağır olduğuna görə tək apara bilmədiyinə görə kömək lazım olduğunu söylədiyini, onun isə əməlinin oğurluq olduğunu bilə-bilə razılaşdığını, beləliklə ünvan 10 ünvana hər ikisinin piyada şəkildə getdiyini, onun həmin evin yiyəsini tanımadığını, ünvana çatdıqları zaman Elməddinin hasarı tullanmaqla içəri keçdiyini, özünün isə hasarın yanında gözlədiyini, Elməddinin içəri keçərək navalçanı hasardan ona uzatdığını, onun isə öz növbəsində navalçanı götürdüyünü, navalçanı çölə çıxartdıqdan sonra onu hər ikisinin əlləri ilə navalçanı böldüklərini, daha sonra isə böldükləri navalçanı Təqsirləndirilən şəxs5 elə həmin evin həyətindən götürdüyü kisəyə yığaraq hər ikisinin Şabran şəhəri, “5 Sotlar” adlanan ərazidə yerləşən metal tullantılarının qəbul emalatxanasına gətirərək, metal tullantılarını oranı işlədən Aydın adlı adama satdıqlarını, Aydının isə bunun müqabilində navalçanı ölçərək onlara 40 manat pul verdiyini, pulu isə adama 20 manat olmaqla iki bərabər hissəyə böldüklərini və əldə etdiyi pula isə yemək və siqaret aldığını, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs5 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Şabran şəhərində yaşayır. Heç bir yerdə işləmir. Ailəsinə çörək pulunu qazanmaq üçün arada bağlarda meyvə yığmaqla məşğuldur. Təqsirləndirilən şəxs4 təxminən 1 il olar ki, tanıyır, onunla birlikdə Xaçmaz rayonunun Nərəcan kəndində bağlarda işləyib gilas yığanda tanış olub. Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Şabran şəhərində özünün işləri ilə əlaqədar gəzdiyi vaxt təsadüfən şəhərin Sabir küçəsindən göy rəngli darvazası olan evin qapısının bağlı olduğunu görmüşdür. Həmin gündən təxminən 2-3 gün sonra Şabran şəhərində, avtovağzal ərazisində Təqsirləndirilən şəxs4lə rastlaşıb söhbət edən zaman heç birinin cibində heç siqaret almağa da pullarının olmamışdır. Ona görə də Elməddinə Şabran şəhəri, Sabir küçəsində yaşayış olmayan bir evin olduğunu, köməkləşib həmin evdən oğurluq edə biləcəklərini söyləmişdir. Elə həmin gün saat 18-19 radələrində Elməddinlə birlikdə həmin Sabir küçəsində olan evin qarşısına gəlmişlər, evin giriş qapısının solundan darvazanı aşıb içəri həyətə daxil olmuş, Elməddin isə çöldə gözətçilik etmiş, təxminən 20 dəqiqə keçdikdən sonra Elməddin də içəri həyətə daxil olmuş və yerə bərkidilmiş alüminium materialından olan arakəsmələri sökməyə başlamışdır. Elməddin ona artıq sökdüyü arakəsmələri indi aparmalı olduqlarını, qalanlarını isə sonra gəlib söküb apara biləcəklərini təklif etmiş, o, Elməddinlə razılaşmış, həmin 12 ədəd alüminium materialından olan arakəsmələri həyətdən tapdıqları kisələrə yığmışlar, evin arxa tərəfindən bağçaya baxan hissədən alçaq hasarı aşıb həyətdən çıxmışlar. Həmin arakəsmələri Elməddinlə birlikdə Şabran şəhəri, “5 sotlar” adlanan yaşayış massivində yerləşən Aydın adlı şəxsin metal qəbulu məntəqəsinə gətirmişlər. Aydın onlardan bu arakəsmələrin birdən oğurluq ola biləcəyini soruşduqda, o, özünə məxsus olduğunu söyləmiş və Aydın onlara arakəsmələrə görə 36 manat pul vermişdir. Aydının verdiyi puldan 25 manatını Elməddin götürmüş, qalan 11 manat isə ona qalmışdır. Həmin gündən 2-3 gün sonra, yəni 2021-ci ilin avqust ayının əvvəllərində yenə pulunun qurtardığına görə Təqsirləndirilən şəxs4lə avtovağzalda görüşmüş və həmin gün saat 22 radələrində Sabir küçəsində olan yaşayışı olmayan həmin evin yaxınlığına gəlmiş, Elməddinlə birlikdə yenə də darvazanın üstündən həyətə keçmişlər. Həyətdə olan 2 ədəd 10 litrlik süd bidonlarını, 1 ədəd alüminium materialdan böyük toy qazanını, 1 ədəd alüminium materialdan olan nərdivanı, 1 ədəd təxminən 40 kiloqramlıq idman ştanqını, sayını dəqiq xatırlamadığı çuqun qabları, 1 ədəd pərdə karnizini, 1 ədəd 16 kiloqramlıq giryanı, 1 ədəd çəkiçi, 1 ədəd mişarı, 1 ədəd sapsız dırmığı, 1 ədəd lomu, 1 ədəd külüngü, 1 ədəd kuvaldı, təxminən 40 ədəd muftanı, 10 ədəd dəmir qəlyanları, 2 ədəd aftafanı həyətdən tapdıqları meşoklara yığaraq Elməddinlə iki dəfəyə aparıb yenə Aydın adlı şəxsin metal qəbulu məntəqəsinə satmışlar. Birinci reysdə Aydın onlara 36 manat, ikinci reysdə isə 27 manat pul vermiş, həmin pulu Elməddinlə birlikdə gedib siqaretə, yeməyə və içkiyə xərcləmişdir. Bundan təxminən bir həftə sonra təxminən avqust ayının ortalarında 3 ildir tanıdığı Təqsirləndirilən şəxs2la rastlaşanda Orxana sahibsiz bir ev olduğunu, həmin evdən oğurluq edə biləcəklərini söyləmiş, Orxan da onunla razılaşmışşdır. Elə həmin gün saat 17-18 radələrində Orxanla birlikdə Şabran şəhəri, Sabir küçəsinə həmin sahibsiz evin qarşısına gəlmiş, göy rəngli giriş darvazası ilə üzbəüz dayandıqda sol tərəfdəki hasarın üstündən aşaraq evin həyətinə daxil olmuşlar, sonra həyətdə darvaza ilə üzbəüz uzaq küncdə olan açıq olan bir qapıdan içəri daxil olub sağ tərəfə döndükdə orada köhnə hamamın böyründə bir balaca otağın olduğunu görmüşlər. Həmin otağın qapısı da açıq olmuş, o, həmin otağa girib 1 ədəd böyük toy qazanını, 1 ədəd yemək bişirmək üçün balaca qazanı, 2 ədəd duralüminium materialdan böyük teşti və 1 ədəd paltar yumaq üçün balaca teşti, 2 ədəd alüminium materialdan olan karnizi və 1 ədəd alüminium materialdan olan kran başlığını götürərək evin həyətində tapdıqları iki ədəd kisəyə həmin qazanları, karnizi və digər metalları əzib əyərək həmin kisələrə yığmışlar. Bundan sonra kisələri götürüb evin arxa tərəfində olan şiferli hasardan birinci Orxan çölə çıxmış, o, isə hər iki kisəni Orxana atmış, lakin çöldə olanda Orxanı tanımadığı bir qadın görmüş, ona görə Orxan kisənin birini götürüb ondan əvvəl küçədən uzaqlaşmağa başlamışdır. O, isə Orxandan bir neçə dəqiqə sonra hasardan çölə tullanaraq ikinci kisəni götürüb oradan uzaqlaşmışdır. Əlində olan həmin kisə ilə piyada Şabran şəhəri, “5 sotlar” adlanan sahədə həmin Aydın adlı şəxsin işlətdiyi metal qəbuletmə məntəqəsinə gəlmiş, oraya çatan zaman Orxanın artıq həmin məntəqədə olduğunu görmüşdür. Onlar Aydına kisələrdəki qazanları, karnizi, kran başlığı və teştləri verdikləri zaman Aydının onlardan bunların oğurluq olubolmadığını soruşmuş, onlar isə cavabında həmin metalların oğurluq olmadığını, onlara məxsus olduğunu bildirmişlər. Həmin metalların qarşılığında Aydın onlara 23 manat pul vermiş, həmin pulu götürüb tanımadıqları bir taksi ilə avtovağzala qayıtmışlar, orada həmin 23 manatı siqaret, dönər, “Bizon” içkisi və digər şeylərə xərcləmişlər. Bundan əlavə təxminən 2021-ci ilin sentyabr ayında Şabran şəhəri, Ş.Vahabzadə küçəsindən keçən zaman Bakı-Quba avtomobil yolunun kənarında çöl qapısına qıfıl vurulmuş fərdi yaşayış evini görmüş, daha sonra isə 3-4 gün ardıcıl olaraq həmin evin yanından keçərək qapısının bağlı olduğunu gördükdə evdə yaşayış olmadığını müəyyən etmişdir. 2021-ci ilin sentyabr ayının təxminən 22-də saat 16 radələrində Ş.Vahabzadə küçəsində yerləşən həmin sahibsiz fərdi yaşayış evinin ətrafında hasardan tullanaraq həyətə daxil olmuş, həyətə daxil olan zaman həyətdə olan stolun üstündə bir ədəd sarı rəngdə kəlbətini görmüş, həmin kəlbətinin köməkliyi ilə evin divarına bərkidilmiş navalçanı açıb yerə qoymuş, lakin navalçanı tək apara bilməyəcəyini anladığına görə kiminsə köməyinə ehtiyacı olduğunu düşündüyündən kömək çağırmaq məqsədilə eynilə gəldiyi kimi hasardan tullanaraq Şabran şəhərində yerləşən bazar istiqamətinə yollanmış, Şabran şəhərində yerləşən bazarın qarşısında Təqsirləndirilən şəxs4lə qarşılaşmış, sonuncuya məlum hadisə haqqında məlumat verərərək ondan kömək istəmiş, Təqsirləndirilən şəxs4 isə oğurluq əşya olduğunu bilə-bilə onunla razılaşaraq gəlmiş, yenidən hasarı tullanmaqla içəri keçmiş, Təqsirləndirilən şəxs4 isə onu hasarın yanında gözləmiş, o, içəri keçərək navalçanı hasardan Elməddinə uzatmış, Təqsirləndirilən şəxs4 isə öz növbəsində navalçanı götürmüş, navalçanı çölə çıxartdıqdan sonra onu hər ikisin birlikdə əlləri ilə navalçanı bölmüşlər, daha sonra isə böldükləri navalçanı Təqsirləndirilən şəxs4 özü ilə gətirdiyi sellofan torbalara yığaraq hər ikisi Şabran şəhəri, “5 Sotlar” adlanan ərazidə yerləşən metal tullantılarının qəbul emalatxanasına gətirərək, metal tullantılarını oranı işlədən Aydın adlı adama satmışlar. Aydın metal tullantılarını ölçərək onlara 40 manat pul vermiş, pulu isə adama 20 manat olmaqla iki bərabər hissəyə böldükdən sonra ayrılmışlar. Təxminən oktyabr ayının 13-də axşam saatlarında Şabran rayonunda yerləşən bazarın yaxınlığındakı “Xan” çay evinə getmiş, çayxanaya girən zaman orada tanışı Təqsirləndirilən şəxs1 çayxanada tək oturduğunu görərək onun yanına gedib əyləşmiş, bu zaman Sərxan ona təcili pul lazım olduğunu söyləmiş, o, isə bunun qarşılığında ona Şabran şəhəri, Ş.Vahabzadə küçəsində sahibsiz bir evin olduğunu bildirərək orada oğurluq etmək təklifini irəli sürmüşdür. Sərxan təkliflə razılaşmış, elə həmin gün saat 19-20 radələrində hər ikisi həmin ünvana yollanmışlar, evə yaxınlaşan zaman ilk növbədə ətrafa baxaraq heç kimin olmadığını müəyyən etdikdən sonra hər ikisi hasarı tullanaraq həyətə keçmişlər, ilk növbədə Sərxan evin qapısını açmağa çalışmış, lakin aça bilməyəcəyini başa düşdükdən sonra evin arxasına keçərək evin arxasında yerləşən pəncərəyə yaxınlaşmış, əvvəl onu açmağa çalışsa da aça bilməyəcəyini görərək pəncərəni Sərxan sağ dirsəyi vasitəsilə sındırmış, daha sonra təxminən 1 dəqiqə gözləyərək heç kimin eşitmədiyindən əmin olduqdan sonra pəncərədən əvvəl Sərxan, sonra isə özü içəri daxil olmuşdur. İlk növbədə bütün otaqları gəzmişlər, sonra isə elə pəncərəsini sındırdıqları otaqdan bir ədəd boz rəngdə “Sony” markalı DVD playeri, 1 ədəd qara rəngdə “LG” markalı video playeri, 1 dəst markasını bilmədiyi qazan dəstini, 2 ədəd markasını bilmədiyi elektrikli samovarları və 1 ədəd markasını bilmədiyi ət çəkən maşını götürərək gəldikləri kimi də evi tərk etmişlər. Evdən çıxan zaman DVD və video player ilə qazan dəstini Sərxan, ət çəkən maşınla elektrikli samovarları isə özü götürmüş, piyada olaraq ilk növbədə yaşadıqları məhəlləyə yollanmışlar. DVD və video playeri daha sonra satmaq məqsədilə Sərxan öz yaşadığı Şabran şəhəri, A.Mirzə küçəsi, ev 6 ünvana aparmış, o, isə Sərxanı yaşadığı məhəllədə gözləmiş, Sərxan evdən çıxandan sonra 2 ədəd samovarı, ət çəkən maşını və 1 ədəd qazan dəstini əllərində piyada Şabran rayonunda yerləşən avtovağzala aparmış, saat 21 radələrində orada olarkən tanımadıqları 2-3 nəfərə yaxınlaşaraq həmin əşyaları onlara təklif etmişlər, ancaq heç kimin onları almaq istəməmiş, sonda isə avtovağzalın içində tanımadıqları bir nəfərə yaxınlaşaraq əllərindəki əşyaları göstərmişlər. Həmin şəxs təxminən 40 yaşlarında olmaqla “Mersedes” markalı ağ rəngdə “Sprinter” avtomobilinin sürücü olmuşdur. Sərxan həmin şəxsə əşyaların özünə məxsus olduğunu, evdə xəstəsinin olduğunu, buna görə satmağa məcbur olduğunu söylədiyini və ondan bunun qarşılığında 100 manat pul istədiyini bildirmiş, həmin şəxs isə onlara istifadə etdiyi maşında uşaq paltarı satdığını, onlara ya paltar yada ki, 60 manat pul verə biləcəyini söylədikdə, onlar 60 manata razı olduqlarını bildirmişlər. Həmin pulu öz aralarında 30 manat olmaqla iki bərabər hissəyə bölmüşlər, sonra isə həmin pulu müxtəlif yerlərdə yemək yeməyə xərcləmişlər. Sərxanın həmin evə Təqsirləndirilən şəxs4lə birlikdə əvvəlcədən oğurluğa girməyi haqqında heç bir məlumatı olmamışdır. Bu oğurluq hadisəsindən təxminən 2-3 gün sonra Şabran rayonunda yerləşən “Ziya” çay evində olan zaman Sərxana o evə Təqsirləndirilən şəxs4lə birlikdə əvvəl də daxil olduqlarını və həyətdən alüminiumdan hazırlanmış navalçanı oğurladıqlarını söyləmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 Şabran rayon sakini kimi tanıdığını, təxminən 2022-ci ilin yanvar ayının axırlarında Sincanboyad kəndində yaşayan bibisi Məryəmin evindən qayıdan zaman yolun qırağında metal konstiruksıyalarını gördüyünü, buna görə də onları oradan götürərək satmaq fikrinə düşdüyünü, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Şabran şəhərində yerləşən avtovağzalda olduğunu, bu zaman orada Nurlanla rastlaşdığını, söhbət zamanı Nurlana Sincanboyad kəndində metal konstiruksıyalarının olduğunu və onları oğurlayıb aparıb satmağı təklif etdiyini, Nurlanın isə onunla razılaşdığını, ardınca hər ikisinin piyada avtovağzaldan Sincanboyad kəndinə yollanaraq həmin metal konstiruksıyalara baxdıqlarını, lakin günorta vaxtı olduğuna görə onları oradan götürməyə çəkindiklərini, buna görə də havanın qaralmağını gözlədiklərini, o vaxta kimi isə Nurlan ilə biraz şəhərdə gəzdiklərini və daha sonra saat 19 radələrində görüşmək məqsədilə ayrılaraq evinə yollandığını, saat 19 radələrində Nurlan ilə yenidən avtovağzalda görüşdüklərini, metal konstiruksiyalar böyük olduğuna görə taksi çağırmalı olduqlarını, bu zaman Nurlanın taksi çağırmaq məqsədilə Şabran rayonunda yerləşən bazarın qarşısına getdiyini, özünün isə Nurlanı avtovağzalda gözlədiyini, təxminən 15 dəqiqə sonra Nurlanın sürücüsünü tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı göy rəngli VAZ-21011 markalı avtomobillə avtovağzalın qarşısına gəldiyini, onun da avtovağzalın qarşısında taksiyə minərək birbaşa Sincanboyada getdiklərini, Şabran rayonu, Sincanboyad kəndində metalların yanına çatdıqları zaman taksi sürücüsü taksidə gözləyərkən Nurlanla birlikdə həmin metalları maşına yüklədiklərini və birbaşa Aydının metal qəbuletmə sexinə getdiklərini, Aydının metal qəbuletmə sexində ondan metal almadıqlarına görə Nurlana “Aydıngil məni görsələr məndən metal almayacaqlar buna görə də mən sexə girməyəcəm” sözləri dediyini, Nurlanın da onunla razılaşdığını, təxminən 10 dəqiqə taksidə gözlədikdən sonra Nurlanın geri qayıtdığını və ona 44 manat pul verdiyini, pulu götürdükdən sonra isə taksiyə minərək Şabran rayonunda yerləşən stadionun yanına gəldiklərini və Nahidə həmin puldan 10 manat pul verərək taksidən düşdüklərini, daha sonra isə marketə daxil olaraq oradan 1 paket siqaret, su və şirniyyat alıb çıxdıqlarını, ardınca isə Nurlana 5 manat pul verərək sağollaşdığını və daha sonra evinə getdiyini, taksi sürücüsünün oğurluqdan xəbərinin olmadığını, həmin metal konstiruksiyaların özlərinə məxsus olduqlarını söylədiyini, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran şəhəri, Q.Qasımov küçəsi, bina 6, mənzil 6 ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs5 Şabran rayon sakini kimi tanıyır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində boş vaxtı olduğuna görə Şabran şəhərində yerləşən avtovağzala getmiş, avtovağzala çatan zaman orada Elməddini görərək söhbət etməyə başlamış, söhbət zamanı Elməddin Sincanboyad kəndində yolun qırağında traktorun ehtiyyat hissələrinin olduğunu bildirərək onları oğurlayıb aparıb satmağı təklif etmiş və o da Elməddinlə razılaşmışır. Odur ki, hər ikisi piyada avtovağzaldan Sincanboyad kəndinə yollanaraq həmin ehtiyyat hissələrinə baxmışlar, lakin günorta vaxtı olduğuna görə onları oradan götürməyə çəkinmişlər, buna görə də havanın qaralmağını gözləmişlər, o vaxta kimi isə Elməddinlə biraz şəhərdə gəzib saat 19da görüşmək vədəsilə ayrılmışlar. Saat 19 radələrində Elməddinlə yenidən avtovağzalda görüşmüş, metal konstiruksiyalar böyük olduğuna görə taksi çağırmalı olduqlarını başa düşüb taksi çağırmaq məqsədilə Şabran rayonunda yerləşən bazarın qarşısına getmiş, Elməddin isə onu avtovağzalda gözləmiş, bazarın qarşısına çatan zaman orada Şabran rayon sakini kimi tanıdığı Nahid adlı şəxsi görüb ona yaxınlaşmış, Nahidə Sincanboyad kəndində metal konstruksiyalar olduğunu və onları şəhərdə yerləşən Aydın adlı şəxsin metal qəbuletmə sexinə satmaq üçün taksi lazım olduğunu söyləmiş, Nahid də onunla razılaşmış, ardınca isə taksiyə minib avtovağzala qayıdaraq oradan Elməddini götürdükdən sonra birbaşa Sincanboyada getmişlər. Traktorun ehtiyyat hissələrinin yanına çatdıqları zaman Nahid maşını traktorun yanında saxlamış və metalları gördükdən sonra onlardan bu əşyaların oğurluq olub-olmamasını soruşmuş, onlar isə Nahidə cavabında metalların oğurluq olmadığını və metalların onlara məxsus olduğunu söyləmişlər. Daha sonra Nahid maşında gözləyərkən o, Elməddinlə birlikdə həmin metalları maşına yükləmişlər və birbaşa Aydının metal qəbuletmə sexinə getmişlər. Sexə çatdıqları zaman sexdə Aydının oğlu Vasifin olduğunu görüb ona gətirdikləri metalları göstərərək onları satmağı təklif etmişlər. Vasif isə ondan metalların oğurluq olub-olmamasını soruşmuş, o, isə Vasifə cavabında metalların oğurluq olmadığını və özünə məxsus olduğunu söyləmişdir. Bunun ardınca Vasif metalları tərəzidə çəkərək ona 44 manat pul vermiş, ehtiyyat hissələrini tək satmış, onları satan zaman Elməddin sexə girməyərək onu çöldə taksidə gözləmiş, pulu götürdükdən sonra isə taksiyə minərək Şabran rayonunda yerləşən stadionun yanına gəlmişlər və Nahidə həmin puldan 9 manat pul verərək taksidən düşmüşlər. Daha sonra isə marketə daxil olaraq oradan 1 qutu siqaret alıb çıxmışlar. Bundan əlavə Aydının metal qəbuletmə sexindən çıxaraq taksiyə mindiyi zaman 44 manat pulu Elməddinə vermiş, ondan isə 5 manat pul istədiyini, Elməddinin də ona 5 manat pulu verərək elə oradan da sağollaşıb evinə getmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evi ona atasından miras qalıb. Hazırda Bakı şəhərində işlədiyi üçün Bakı şəhəri, Birinci Zabrat qəsəbəsində yaşayır. Şabranda yerləşən evdə heç kim qalmır. Avqust ayının ortalarında ona qonşusu Zahidin oğlu Raminin zəng edərək Şabranda yerləşən evinə oğruların girdiyini, həmin oğruları da qonşunun gördüyünü söylədiyini bildirmişdir. Növbəti gün Şabrana gəldiyini və evinə daxil olduqda həqiqətən də, evinə oğruların daxil olduğunu və oradan təxminən 40 kiloqramlıq idman ştanqasının, 16 kiloqramlıq giryanın, təxminən 7 metr ümumi uzunluqda olan alüminium materialından arakəsmələrin, evin zirzəmisindən və evin köməkçi otağından təxminən 15 manat dəyərində balaca çuqun materialdan olan qazanın, təxminən 72 manat dəyərində böyük toy qazanının, təxminən 32 manat dəyərində böyük teştin, 2 ədəd balaca teştin, hərəsi 26 manat dəyərində hərəsi 5 manat dəyərində 2 ədəd çörək bişirən çuqun qabların, təxminən 53 manat dəyərində alüminium materialdan olan nərdivanın, təxminən hərəsi 25 manat dəyərində 2 ədəd alüminium materialdan olan 10 litrlik süd bidonlarının, təxminən hərəsi 50 manat dəyərində 40 litrlik və 25 litrlik alüminium materialdan olan süd bidonlarının, təxminən 40 manat dəyərində xırda dəmir parçalarının, ümumlikdə təxminən 10 manat dəyərində çəkiçin, mişar və sapsız dırmığın, təxminən 10 manat dəyərində 1 ədəd dəmir lomun, təxminən 9 manat dəyərində 1 ədəd külüngün, hərəsi 15 manat dəyərində 2 ədəd dəmir qaz borularının, təxminən 10 manat dəyərində 1 ədəd dəmir kuvaldın, hərəsi 40 qəpik dəyərində təxminən 40 ədəd muftaların, hərəsi 10 manat dəyərində 10 ədəd dəmir qəlyanların, hərəsi 10 manat dəyərində 2 ədəd pərdə karnizinin və hərəsi 10 manat dəyərində 2 ədəd dəmir avtafanın oğurlanmasını aşkar etmişdir. Bir neçə gün özü həmin oğruları axtarmış, lakin tapa bilmədiyinə görə 13 sentyabr 2021-ci il tarixdə Şabran rayon polis şöbəsinə gəlib oğurluq barəsində şikayət ərizəsini yazmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Məlikova llhamə Əlsahib qızı göstərdi ki, Şabran şəhəri, Ş.Vahabzadə küçəsi, ev 23 ünvanda qeydiyyatda olmaqla ünvan 14də yaşayır. ünvan 15 fərdi yaşayış evi rəhmətlik qaynatası Niyətulla Məlikova məxsus olmuşdur. 2002-ci ildə Məlik Məlikov ilə ailə həyatı qurmuş və nikahlarından 3 övladları dünyaya gəlmişdir. 2012-ci ildə qaynatası Niyətulla, 2013-cü ildə isə əri Məlik vəfat etmişdir. Əri Məlikin ölümündən sonra təxminən 6 ilə yaxındır ki, uşaqlarının təhsil alması ilə bağlı övladlarını götürərək atası Əlsahibə məxsus Siyəzən şəhəri, H.Əliyev küçəsi 143, ev 8 ünvana köçmüşdür. Uşaqlarını götürüb Siyəzən rayonuna köçdükdən sonra həmin fərdi yaşayış evində yaşayış olmamışdır. Lakin buna baxmayaraq ayda bir dəfə gedib evə baş çəkmişdir. Bundan əlavə qaynı Şahid5 da tez-tez həmin ünvana baş çəkir. Siyəzən rayonunda yaşadığı mənzildə boş yerinin olmadığına görə artıq əşyaları Şabran şəhəri, Ş.Vahabzadə küçəsi, ev 23 ünvanda qoymuşdur. Hadisədən əvvəl axırıncı dəfə həmin ünvanda 09 oktyabr 2021-ci il tarixdə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində evdə olduğu zaman qaynı Məmmədağa ona zəng edərək ünvan 15 fərdi yaşayış evindən oğurluq hadisəsi olduğunu bildirmişdir. Bundan sonra o, dərhal həmin ünvana yollanmış və ilk növbədə evin pəncərəsinin sındırıldığını görmüşdür. Evə baxdığı zaman evdən 1 ədəd 1990-ci ilin istehsalı 5 litrlik samovarın, 1 ədəd “Galaxy” 2015-ci il istehsalı elektrikli samovarın, 1 ədəd 2006-cı il istehsalı markası bilinməyən elektrikli samovarın, 1 ədəd 2006-cı il istehsalı “Daewoo” markalı DVD playerın, 1 ədəd 2002-ci il istehsalı “Sony” markalı video playerın, 1 ədəd “Maqnit” markalı 2016-cı il istehsalı ət çəkən maşının, 1 dəst 2008-ci il istehsalı “Aura” qazan dəstinin, 3 ədəd 2000-ci ilin istehsalı 3 litrlik alüminium qazanların, 2 ədəd 2000-ci ilin 1 litrlik alüminium qazanların, alüminiumdan düzəldilən 20 metrlik navalçanın, hərəsinin uzunluğu 3-5 metr olmaqla 20- 25 ədəd diametri isə 26 millimetr olan ümumilikdə 100 metr uzunluğunda armaturun və 1990-cı ilin ceyran qaz peçinin oğurlandığını aşkar etmişdir. Ardınca isə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək baş vermiş hadisə haqqında məlumat vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 oğurluq nəticəsində ona vurduqları zərəri ödəmişlər. Onlardan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Şabran rayonu, Sincanboyad kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 21 ilə yaxındır ki, Şabran rayonunda traktor idarə etməklə məşğuldur. Yaşadığı evin qarşısında ailəsinə məxsus 2 ədəd DT-75 markalı və 1 ədəd T-150 markalı traktorları var. Onlardan ikisi işləkdir, lakin DT-75 markalı traktorun biri işlək deyil. İşlək olmayan traktoru təmir etmək məqsədilə təxminən 10 gün əvvəl onun ehtiyyat hissələrini sökərək traktorun yanına qoymuş, hava şəraitinin yağıntılı və soyuq keçdiyinə görə traktoru dərhal təmir edə bilməmişdir. xx.xx.2022-ci il tarixdə saatlarında yaşadığı evin qarşısına çıxan zaman evinin qabağından traktorun yanından 1 ədəd daxili dişli çarx, 1 ədəd qoşqu qolu və 1 ədəd komplekt vərdənə arabasının oğurlanmasını aşkar etmişdir. Həmin ehtiyyat hissələrinin oğurlandığını aşkar etdikdən sonra ilk növbədə özü onları axtarıb tapmağa çalışmış, buna görə də kəndlərində olan metal qəbuletmə sexlərini gəzmiş, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Həmin günün axşamı, yəni xx.xx.2022-ci il tarixdə saat 24 radələrində yenə də yaşadığı evin qarşısına çıxan zaman bu səfər traktorun yanından digər ehtiyyat hissələrinin, yəni 1 ədəd xarici dişli çarxın, 1 ədəd qoşqu qolunun, 1 ədəd qaldırıcı silindirin qaldırıcı porşeninin və 4 ədəd tırtıl başmağının oğurlandığını aşkar etmiş, yenə də ilk növbədə özü həmin ehtiyyat hissələrini oğurlayanı tapmağa çalışdığından ilk əvvəl yaşadıqları kəndi gəzdikdən sonra heç bir nəticə əldə edə bilməyəcəyini başa düşərək DİN-102 xidmətinə müraciət etərək oğurluq hadisəsi nəticəsində ona təxminən 600 manat maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Şabran şəhəri, Ş.Vahabzadə küçəsi, ev 23 ünvanda qeydiyyatda olmaqla ünvan 20lə birlikdə yaşayır. Təxminən 20 ilə yaxındır ki, Şabran rayonunda yerləşən "xxxx" ASC-nin R1 su anbarında operator vəzifəsində çalışır. Zərərçəkmiş şəxs2 mərhum qardaşı Məlik Məlikovun arvadıdır. Atası Niyətulla və qardaşı Məlikin ölümündən sonra İlhamə uşaqlarının təhsil alması ilə bağlı Siyəzən rayonuna köçmüşdür. ünvan 15 fərdi yaşayış evi rəhmətlik atasına məxsus olmuşdur. Təxminən 1996-cı ildən isə ailə həyatı qurması münasibəti ilə həmin evi tərk etmişdir. İlhamə Siyəzən rayonuna köçəndən sonra həftədə 1 dəfə gedib həmin evə baş çəkmişdir. xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində ünvan 15 fərdi yaşayış evinə yenidən baş çəkməyə gedən zaman evin pəncərəsinin sındırıldığını görmüşdür. Dərhal İlhamə ilə əlaqə saxlayaraq evin pəncərəsinin sındırıldığını söyləmiş, məlumatı verəndən sonra isə şəxsi işi olduğuna görə və İlhamənin Siyəzən rayonundan gələcəyini gözləyə bilməyəcəyinə görə oranı tərk etmişdir. Saat 14 radələrində isə İlhamə ilə əlaqə saxlayaraq nə baş verdiyini soruşduqda, İlhamə evə oğru girdiyini və bır sıra əşyaların oğurlandığını ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, ünvan 22 ünvanda qeydiyyatda olmaqla Şabran rayonu, Sumaqova kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən 02 ilə yaxındır ki, Şabran şəhərində metal qəbul qəbuletmə sexi işlədir. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri tanımır. Sadəcə olaraq 2021-ci ilin avqust və sentyabr aylarında Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 adlı şəxslərin ona 2-3 dəfə işlətdiyi metal qəbuletmə sexinə gələrək çəkisini və miqdarını dəqiq xatırlamadığı metal əşyalarını satmağı təklif etdiklərini yadında saxlamışdır. Həmin vaxt o, həmin şəxslərdən həmin məhsulları hardan aldıqlarını soruşduqda onlar həmin metalların bir hissəsini tapdıqlarını, digər hissələrini isə evlərindən gətirdiklərini söyləmişlər. O, həmin şəxlərə Şabran şəhərinin uşaqları olduğuna görə inanıb onlardan metalları qəbul etmişdir. Uzun müddət keçdiyinə görə onlardan hansı metalları, aldığı metalların çəkisini və bunun müqabilində onlara nə qədər pul verdiyini yadında saxlamamışdır. Bundan əlavə 2021-ci ilin avqust və sentyabr aylarında Təqsirləndirilən şəxs5la Təqsirləndirilən şəxs4 birlikdə 2-3 dəfə metal satmağa gəldiklərini, avqust ayının ortalarında isə Təqsirləndirilən şəxs5la Təqsirləndirilən şəxs2 1 dəfə metal qəbuletmə sexinə metal satmağa gəldiklərini, həmin 3 şəxsin üçünü də eyni vaxtda görmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şabran rayonu, Sumaqova kəndində qeydiyyatda olmaqla ünvan 22 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 ilə yaxındır ki, ailəsinə məxsus Şabran şəhəri, U.Orucov küçəsində yerləşən metal qəbuletmə sexinə nəzarət edir. Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 Şabran rayon sakini kimi tanımış, lakin onlarla heç bir münasibəti olmamışdır. Artıq uzun müddətdir ki, Təqsirləndirilən şəxs5 ümumiyyətlə dəmir almırlar, bunun da səbəbi Elməddinin bir neçə dəfə oğurluq dəmirləri onlara satması olmuşdur. 02 fevral 2022-ci il tarixdə axşam saatlarında sexdə olan zaman göy rəngli VAZ-21011 markalı avtomobilin sexə yaxınlaşdığını, maşının sürücüsünün Mirabıtalıb adlı şəxs olduğunu görmüşdür. Mirabıtalıbı Şabran rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. Qabaq sərnişin oturacağında Təqsirləndirilən şəxs3 əyləşdiyini görmüş, həmin vaxt Nurlan maşından düşüb ona yaxınlaşaraq əlində dəmir parçaları olduğunu göstərərk onu ala bilibbilməyəcəyini soruşmuşdur. Həmin vaxt o, Nurlana cavabında əgər mal oğurluq deyilsə ala biləcəyini söyləmiş, cavabında isə Nurlan dəmirlərin oğurluq olmadığını və özünə məxsus olduğunu bildirmişdir. Nurlan əvvəllər heç vaxt ona oğurluq mal vermədiyinə görə ona inanmışdır. Bundan sonra hər ikisi birlikdə həmin metalları maşından düşürmüşlər, metalların çəkisi təxminən 100 kiloya yaxın gəlmiş, bunun qarşılığında da o, Nurlana 40 manat pul vermişdir. Maşının sürücüsü Mirabıtalıbın qıraqda dayandığını və onların aralarındakı alış-verişə qatılmadığını, metalların oğurluq olduğunu bilmədiyini görmüşdr. Sonralar ona satılan həmin malların oğurluq olduğunu bilmiş, Nurlandan aldığı metallardan 1 ədəd qoşqu qolunu, 1 ədəd çarxı, tam dəqiq sayını bilmədiyi tırtıl başmağını və adını bilmədiyi başqa bir ədəd metal parçasının da olduğunu yadında saxlamışıdr. İş üzrə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, ünvan 24 ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 onun qonşusudur. Cavid artıq uzun müddətdir ki, Bakı şəhərində yaşayır və Şabran şəhəri, Sabir küçəsi, ev 5 ünvanda yerləşən ev artıq uzun müddətdir ki, sahibsizdir. 2021-ci ilin avqust ayının ortalarında qonşuluğunda yaşayan Ofeliya Hüseynova onunla əlaqə saxlayaraq yaşadıqları küçədən keçən zaman başında papaq olan iki nəfər şəxsin əllərində kisə ilə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinin hasarından tullanaraq qaçdığını gördüyünü ona bildirmişdir. Buna görə Cavidlə əlaqə saxlayaraq baş vermiş hadisə barədə məlumat vermək istəmiş, lakin Cavid artıq uzun müddətdir ki, Bakı şəhərində yaşadığına görə onun telefon nömrəsini bilmədiyi üçün həmin gün yox, növbəti gün Cavidin telefon nömrəsini öyrənən kimi onunla əlaqə saxlayaraq baş vermiş hadisə haqqında məlumat vermişdir. Bundan əlavə Ofeliya Hüseynovanın yaşlı bir qadın olduğunu və yaşadığı fərdi yaşayış evində tək qaldığını, artıq 2 aya yaxındır ki, Ofeliya Hüseynovanın yaşadığı evdə olmadığını və onun harada yaşadığını nə özü, nədə ki, digər qonşular bilməmişdir. Onun adını xatırlamadığı bir qızının Bakı şəhərində yaşadığını, ayda 1-2 dəfə qızının yanına getdiyini, yəqin yenə də qızının yanında olduğunu təxmin etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 göstərmişdir ki, ünvan 25 ünvanda anası ilə birlikdə yaşayır. 3 ilə yaxındır ki, “VAZ-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 adlı şəxsləri tanımamış, hər zaman Şabran rayonunda yerləşən bazarın qarşısında taksi fəaliyyəti ilə məşğul olmaq üçün maşını ilə birlikdə dayanmış, hadisə olan gün, yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında hər zamanki kimi, bazarın yanında olmuş, təxminən saat 19 radələrində adını sonradan bildiyi Nurlan adlı şəxs ona yaxınlaşaraq babasının evində yük olduğunu və onu maşında daşıya bilib-bilməyəcəyini soruşmuş, o, taksi fəaliyyəti ilə məşğul olduğuna görə Nurlanla razılaşmışdır. Nurlan maşına mindikdən sonra sonuncu ona Şabran rayonunda yerləşən avtovağzalın yanında saxlamalı olduğunu bildirmiş, o da avtomobili avtovağzalın yanında saxladığı zaman sonradan adını Elməddin kimi bildiyi şəxs avtomobilə əyləşmişdir. Hər ikisi arxada əyləşmiş və ona getdikləri yolu Nurlan göstərmişdir. Artıq Sincanboyad kəndinə çatdıqları zaman Nurlan ona yolun kənarında saxlamalı olduğunu söylədiyindən o, avtomobili saxlamış, ardınca isə hər ikisi avtomobildən düşmüş, o, isə onları avtomobildə gözləmiş, daha sonra hər ikisi əllərində metal parçalarını gətirib maşının yük yerinə qoymuşlar. Bu zaman o, həmin şəxslərdən metalların kimə məxsus olduğunu soruşduqda, Nurlan, həmin əşyaların babasına məxsus olduğunu bildirmişdlr. Nurlana inandığından o, Nurlangilin göstərişinə əsasən maşını Aydının metal qəbuletmə sexinə sürmüş, sexə çatdıqları zaman Nurlan maşından düşərək metalı Aydının sexinə boşaltmış, həmin vaxt o, Elməddinlə birlikdə maşında əyləşmişdir. Təxminən 5 dəqiqə sonra Nurlan sexdən çıxaraq avtomobilə minmiş və ardıncada hər ikisini Şabran rayonunda yerləşən stadionun yanında düşürmüşdür. Bütün bunların müqabilində Nurlan ona 10 manat pul vermişdir. Həmin metalların oğurluq olduğunu bilməmiş, həmin metalların traktorun ehtiyyat hissələrinə bənzədiyini, onlardan birinin çarx, birinin qoşqu qolu, birinin qaldırıcı silindirin qaldırıcı porşeni və digərinin isə 4 ədəd tırtıl başmağı olduğunu bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus evə, eləcə də sonuncunun öz əşyalarını yığdığı otağa daxil olsalar da, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi əmlakı, o cümlədən 1 ədəd 1990-ci ilin istehsalı 5 litrlik samovarı, 3 ədəd 2000-ci ilin istehsalı 3 litrlik alüminium qazanları, 2 ədəd 2000-ci ilin istehsalı 1 litrlik alüminium qazanı, diametri 26 millimetr olan hərəsinin uzunluğu 3-5 metr olmaqla 20-25 ədəd ümumilikdə isə 100 metr uzunluğunda armaturu və 1990-cı ilin istehsalı ceyran qaz peçini oğurlamamaları barədə təqsirləndirilən şəxslər, yəni Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 tərəfindən irəli sürülmüş dəlilləri iş üzrə toplanmış sübutlar məcmusu ilə müqayisəli şəkildə təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, onlar özünü müdafiə xarakteri daşımaqla məsuliyyəti yüngülləşdirmək məqsədini güdür. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən etmiş olduqları oğurluq cinayətini onların etməsinin ifadələrinin yerində yoxlanılması zamanı əyani surətdə göstərmələri ilə yanaşı, cinayət işinin materiallarından göründüyü kimi təqsirləndirilən şəxslər, yəni Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus evinə daxil olub oğurluq etmələri, Zərərçəkmiş şəxs2 şəxsi əşyalarını yığdığı otağın pəncərəsini sındırmaqla otağa daxil olmaları, həmçinin təqsirləndirilən şəxslərlə zərərçəkmiş Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadələrini bir daha təsdiq edərək təqsirləndirilən şəxslərin üzünə qarşı deməsi sözügedən cinayətin onların tərəfindən törədilməsini təsdiq edir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs2 fərdi yaşayış evindən yuxarda qeyd olunan əşyaların oğurlamaması barədə irəli sürdüyü dəlilllər özlərini müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 dekabr 2021-ci il tarixli 9/8355 saylı, 21 dekabr 2021-ci il tarixli 9/8245 saylı və 09 aprel 2022-ci il tarixli 9/919-9/1794 saylı rəylərindən göründüyü kimi Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan və malların hazırki orta bazar qiyməti nəzəri qaydada təxminən 655,00 manat, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan və malların hazırki orta bazar qiyməti nəzəri qaydada təxminən 657,00 manat, Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan və malların hazırki orta bazar qiyməti nəzəri qaydada təxminən 508,00 manat müəyyən edilmişdir. Bundan əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının tərəfindən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurlanmış 1 ədəd 2008-ci il istehsalı “Aura” qazan dəsti və 20 metr uzunluğunda alüminiumdan düzəldilmiş navalçanın qiyməti, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurlanmış 7 metr uzunluqda alüminium materialından olan arakəsmələrin hazırki orta bazar qiyməti nəzəri qaydada müəyyən edilə bilmədiyindən, bu barədə Şabran rayon İstehlak İdarəsinə müraciət edilmiş, müraciətə cavab olaraq 1 ədəd 2008-ci il istehsalı “Aura” qazan dəstinin qiyməti 150,00 manat, 20 metr uzunluğunda alüminiumdan düzəldilmiş navalçanın qiyməti hər bir metrinin qiyməti 3 manat olmaqla, ümumilikdə 60,00 manat və 7 metr uzunluqda alüminium materialdan olan arakəsmələrin qiyməti hər bir metrinin qiyməti 17 manat olmaqla hazırki orta bazar qiyməti 119,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 110 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşadığı küçədə özünü normal aparmışdır. Ailə üzvlərinə qarşı hər hansı kobudluq göstərməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 109 saylı məktubdan görünür ki, Rzayev X9 şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 1, mənzil 2 ünvanda qeydiyyatsız yaşamaqla, ailə tərkibi – anası X2 və qardaşı X8 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Şabran rayon məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 7(031)-40/2021 saylı qərarına əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 Şabran Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 1(031)-26/2020 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 08 ay 23 gün hissəsindən azad edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 113 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 27 ünvanda valideynləri ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 112 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı küçədə özünü normal aparmışdır. Ailə üzvlərinə qarşı hər hansı kobudluq göstərməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli tələbnamədən və Şabran rayon məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin 11 fevral 2022-ci il tarixli 7(031)- 18/2022 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs5 barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə, ona Şabran Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 1(031)-49/2021 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 02 (iki) il hissəsi 1 (bir) il azaldılmışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs5 barəsində Şabran rayon məhkəməsinin 1(031)-49/2021 saylı cinayət işi üzrə 13 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 6 (altı) ay 20 (iyirmi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etmə hesabı ilə 03 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 103 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 yaşadığı küçədə özünü normal aparmış, sakinlərə qarşı hörmətsizlik etməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 104 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs5 ünvan 29 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Əlibala oğlu məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli 485 saylı məktubdan görünür ki, Kərimov X12 şəhəri, ünvan 30 ünvanda ailə üzvləri – anası və nənəsi ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli 486 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Əlibala oğlu yaşadığı küçədə özünü normal aparmış, sakinlərə qarşı hörmətsizlik etməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 mart 2022-ci il tarixli 1488 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 31 ünvanda ailə üzvləri – anası, atası, bacı və qardaşları ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 mart 2022-ci il tarixli 1487 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı küçədə özünü normal aparmış, birgə yaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların özlərinin ifadələrilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs5 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin içtimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs5 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs3 Ədalət oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 Ədalət oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəzalarını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 27 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, ünvan 32 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs5 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin barəsində cəzasını yüngülləşdirən halları və eləcə də təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayır və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs5 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 Ədalət oğlunun barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs3 Ədalət oğlunun üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 33 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs3 Ədalət oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 1, mənzil 2 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evindən götürülən 1 ədəd 2006-cı il istehsalı “Daewoo” markalı DVD player və 1 ədəd 2002-ci il istehsalı “Sony” markalı video player Zərərçəkmiş şəxs2 və yenə də iş üzrə maddi sübut hesab olunan 1 ədəd xarici dişli çarx, 1 ədəd qoşqu qolu, 1 ədəd qaldırıcı slindirin qaldırıcı porşeni və 4 ədəd tırtıl başmağı sahiblərinə təhvil verilməlidir. İş üzrə keçirilmiş ekspertiza xərci 200 (iki yüz) manat təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1n, Təqsirləndirilən şəxs2n, Təqsirləndirilən şəxs3n, Təqsirləndirilən şəxs4n və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 27 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, ünvan 32 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dəktərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin, ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddətinə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs5 üzərinə sınaq müddəti ərzində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Ədalət oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Ədalət oğlunun üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 33 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 Ədalət oğlunun faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 Ədalət oğlunun yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Ədalət oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 1, mənzil 2 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs4 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evindən götürülən 1 ədəd 2006-cı il istehsalı “Daewoo” markalı DVD player və 1 ədəd 2002-ci il istehsalı “Sony” markalı video player Zərərçəkmiş şəxs2 və yenə də iş üzrə maddi sübut hesab olunan 1 ədəd xarici dişli çarx, 1 ədəd qoşqu qolu, 1 ədəd qaldırıcı slindirin qaldırıcı porşeni və 4 ədəd tırtıl başmağı sahiblərinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza xərci 200 (iki yüz) manat təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X5, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar