Məhkəmə qərarları › İş №1(031)-33/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-33/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-33/2023 08.06.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə və Müdafiəçi iştirakları ilə 1994-cü il 15 fevral tarixdə Şabran rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şabran rayonu Ağbaş kəndində qeydiyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə növündə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan gündə və vaxtda yaşadığı Şabran rayon Ağbaş kəndində yerləşən fərdi yaşayış evində faktiki ər-arvad münasibətlərində yaşadığı, aralarındakı yaş fərqi iki ildən çox olan xx.xx.2006-cı il təvəllüdlü olmaqla həmin vaxt on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq onun qızlıq pərdəsinin tamlığını pozmuş və bundan sonra həmin hərəkətlərini davam etdirərək həmin tarixdən 2022-ci ilin dekabr ayının istintaqla müəyyən edilməyən günədək mütəmadi olaraq qəsdən Zərərçəkmiş şəxs ilə təkrarən cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Şabran rayonu Ağbaş kəndində atası Ağakişi Adgözəlov, anası Şölə Adgözəlova, qardaşı Əfqan Ağayev, arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Onunla eyni kənddə yaşayan Zərərçəkmiş şəxs ilə o, neçə müddətdir ki, bir birləri ilə evlənmək istəmişlər. Müəyyən problemlərə görə qarşılıqlı olaraq ailələri onların evlənməsinə razı olmamışlar. Bu səbəbdən də 2021- ci ilin may ayında o, Zərərçəkmiş şəxs yaşadığı evdən onun razılığı ilə öz evlərinə gətirmişdir. Bundan sonra hər iki ailə arasında barışıq olmuş və hal hazırda Zərərçəkmiş şəxs onunla bir evdə ər-arvad münasibətində yaşayır. 2022- ci ilin aprel – may ayında arvadı Zərərçəkmiş şəxs hamilə qalmasında şübhələnərək test vasitəsilə analiz etmiş və cavabı pozitiv yəni, hamiləlik kimi göstərilmişdir. Bundan sonra o, arvadını mütəmadi olaraq Siyəzən RMX-na aparararaq onu daimi nəzarətdə saxlamışdır. Hazırda Fidandan bir uşağı var. Fidanla bir-birlərini sevirlər, çox mehriban münasibətdədirlər, gələcəkdə onun yaşı imkan verən kimi rəsmi olaraq nigah bağlayacaqlar. Başa düşür ki, səhv etmişdir, xahiş edir ona yüngül cəza verilsin. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə dindirilərək göstərdi ki, o ailəsi ilə birgə yuxarıda göstərilən ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şabran rayon Ağbaş kəndində yaşayan Təqsirləndirilən şəxs ilə neçə müddətdir ki, bir birlərini sevirmişlər. Müəyyən ailə problemlərinə görə onların izdivacı baş tutmamışdır. Bu səbəbdən də 2021- ci ilin may ayında o, ailə qurmaq məqsədilə Təqsirləndirilən şəxs qoşulub sonuncunun Şabran rayonu Ağabaş kəndində yerləşən evinə qaçmışdır. Bundan sonra hər iki ailə arasında barışıq olmuş və hal hazırda onlar Təqsirləndirilən şəxs ilə bir evdə ər-arvad münasibətində yaşayır. 2022- ci ilin aprel- may aylarında hamilə qalmasından şübhələnərək test vasitəsilə sınaq etmiş və cavabı pozitiv yəni, hamiləlik kimi göstərilmişdir. Bundan sonra o, mütəmadi olaraq Siyəzən RMX-na gedərək daimi nəzarətdə saxlanılıb müəyyən müalicələrə başlamış, hazırda bir oğlan uşağı vardır. Təqsirləndirilən şəxslə bir-birlərini sevirlər və ondan heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə onun yaşı imkan verən kimi Babəklə rəsmi olaraq nigah bağlayacaqlar. Bu barədə o, ərizə yazıb məhkəməyə təqdim etmişdir. Xahiş edir ki, Təqsirləndirilən şəxs cəza verilməsin. Məhkəmə iclasında şahid qismində dindirilən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərdi ki, o, Şabran rayonu Ağbaş kəndində yaşayır. Təqsirləndirilən şəxs onunla eyni kənddə yaşayır. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmaq üçün bir neçə dəfə valideynləri ilə birgə onlara elçiliyə gəlmişlər. Sadəcə olaraq müəyyən maddi çətinliklə əlaqədar olaraq onlar bu izdivaca icazə verməmişlər. 2021- ci ilin may ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birgə razılaşaraq evlənmək məqsədilə bir birinə qoşulub qaçmaq qərarına gəlmişlər. Təbii ki, bundan valideynlərin xəbəri olmamışdır. Bu hadisədən bir neçə gün sonra o və həyat yoldaşı, Təqsirləndirilən şəxs eləcə də qızı Zərərçəkmiş şəxs ilə barışmışlar. Hal hazırda onların bir azyaşlı övladları vardır. Mehzriban ailə şəraitində yaşayırlar. Qızı Fidan və kürəkəni Babək bir-birlərini sevirlər və gələcəkdə qızının yaşı imkan verən kimi onlar rəsmi olaraq nigah edəcəklər. Təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Şabran rayonu Ağbaş kəndində yaşayır. Onunla eyni kənddə yaşayan Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs ilə ailə qurmaq üçün valideynlərindən icazə istəmişdir. Lakin həmin vaxt maddi vəziyyətlərinin aşağı olmasından və Respublika ərazisində karantin rejimi elan olunduğundan bu izdivaca valideynləri tərəfindən müvəqqəti etiraz edilmişdir. 2021-ci ilin may ayında bacısı Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evə onunla birgə ailə qurmaq məqsədilə qaçmışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs valideynləri ilə onun valideynləri barışmışlar. Hal hazırda bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arvadıdır və onların 31 dekabr 2022-ci il tarixdə oğlan övladları dünyaya gəlmişdir.Hazırda hər iki ailə arasında münasibət çox yaxşıdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Oğlu Təqsirləndirilən şəxs tanışları Qanuni nümayəndə qızı Zərərçəkmiş şəxs ilə 2021-ci ilin may ayında evlənmək qərarına gəlmişdir. Həmin vaxt onların, eləcə də Qanuni nümayəndə maddi vəziyyətinin aşağı olması, həm də ki, ölkə ərazisində karantin rejimi tətbiq olunduğundan onlar bu izdivacın bir müddət dayanmasını istəmişlər. Lakin oğlu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs öz aralarında razılaşaraq bir birlərinə qoşulub qaçmaq qərarına gəlmişlər. 2021ci ilin may ayında oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun razılığı ilə yaşadığı Şabran rayon Ağbaş kədində yerləşən evlərinə gətirmişdir. Həmin vaxt ölkə ərazisində karantin rejimi tətbiq edildiyindən onlara toy mərasimi keçirməmişlər. Bir neçə gün sonra hər iki ailə arasında barışıq olmuşdur. Hazırda onların bir oğlan övladları var və çox mehriban ailə şəraitində yaşayırlar. Gəlinindən çox razılıdır. Cinayət işi materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “X2 Mərkəzinin “ 11 ynavr 2023-cü il tarixli məktubdunda göstərilmişdir ki, Şabran rayonu Ağabaş kənd sakni xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Siyəzən MDM PHŞ-in Polikilinika şöbəsində USM müayinəsində olmuş, xəstəyə 2 Fetometriya 8 həftə 1 günlük hamiləlik” diaqnozu qoyulmuş və qeydiyyata düşməsi tövsiyyə olunmuşdur. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs USM müayinəsindən keçmiş, həkim mamaginekoloqun qəbulunda olmuş və 20-21 həftəlik az yaşlı ilk dəfə hamilə olan qadın diaqnozu ilə qeydiyyata alınmışdır. xx.xx-2022-ci il tarixdə 2 saylı X4 ixtisaslı müayinə və müalicə üçün göndərilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 03:40 radələrində “ X2 Mərkəzi” PHŞ-in Doğum şöbəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Ağbaş İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – Zərərçəkmiş şəxs və 2022-ci il təvəllüdlü X1 idarətdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İHB-nın Ağbaş İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Ağayev X3 rayonu Ağbaş kəndində yaşayır, heç bir siyasi partiyanın üzvü deyildir. Ağbaş kəndində yaşadığı müddətdə sakit təbiətli, kənd camaatının hörmətini qazanmış bir vətəndaş olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbləri və şikayətləri yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertiza rəyi və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəsizlik dərəcəsini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları, eləcə də zərərçəkmiş şəxslə mehriban ailə şəraitində bir yerdə yaşamalarını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə növündə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 gün müddətinə Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protest verilə bilər. Hakim: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar