Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-33/2024 25.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Siyəzən rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X5, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X6 iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1990-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1993-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən ümumi təmiz çəkisi 74,277 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 02 ədəd ümumi çəkisi 85,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini qəsdən satış məqsədilə əldə edərək qanunsuz olaraq saxlamış, həmin narkotik vasitədən xx.xx.2023-cü il tarixdə günorta saatlarında ümumi təmiz çəkisi 2,839 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Şahid8 40 manatlıq torun sonuncu tərəfindən alınması müqabilində Şabran şəhəri V.Abdullayev küçəsində yerləşən yaşadığı evin yaxınlığında satmış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023cü il tarixdə, saat 17:00 radələrində Şabran şəhərinin Şəhriyar küçəsi ərazisində saxlanılmış və həmin gün saat 21:00 radələrində yaşadığı evə baxış keçirilən zaman ünvan 1 ünvanında yerləşən yaşadığı evin açıq zirzəmisində olan yaşıl rəngli plastmas qabın içərisindən 01 ədəd sellofan torbada ümumi təmiz çəkisi 71,438 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və evin həyətindən isə 02 ədəd ümumi çəkisi 85,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür Təqsirləndirilən şəxs1 cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı Şahid8 Mehman oğlundan əvəzsiz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 2,138 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq qəsdən satış məqsədilə üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin narkotik vasitənin ümumi təmiz çəkisi 0,300 qram hissəsini ayıraraq bir ədəd kağız bükümdə qablaşdırıb tanışı Şahid7 10 manat müqabilində Şabran şəhəri 3 sotlar yaşayış massivi adlanan ərazidə satmış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023cü il tarixdə, saat 17:00 radələrində Şabran şəhərinin Şəhriyar küçəsi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirələrək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan bozumtul-yaşıl rəngli şalvarın sol yan diz cibindən 01 ədəd ağ rəngli “Winston" markalı siqaret qutusunun içərisindən olan 07 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,251 qram, 0,286 qram, 0,242 qram, 0,270 qram, 0,220 qram, 0,265 qram, 0,304 qram olmaqla ümumi təmiz çəkisi 1,838 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, şəxsiyyət vəsiqəsində subay göstərilsə də, X11 ilə ailə qurmuş, onların altı azyaşlı övladı var, lakin rəsmi nikah bağlamamışdır. Təqribən 13 yaşından etibarən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. O, şəxsi istifadəsi zamanı əldə etdiyi qurudulmuş marixuana kütləsinin içərisindən bir neçə toxum tapmış və həmin toxumları əkmək qərarına gəlmişdir. Məqsədi həmin toxumları yetişdirib narkotik vasitə olan marixuana əldə edərək və kolların üzərindəki bitki hissələrini toplayıb istifadə etmək olmuşdur. Aşkarladığı toxumları 2023-cü ilin mart-aprel aylarında evinin həyətində əkmişdir və həmin toxumlardan 02 ədəd çətənə bitkisi əmələ gəlmişdir. 2023-cü ilin yay vaxtı 02 ədəd çətənə kollarındakı hissələri yığıb qurutmuşdur ki, özü üçün qurudulmuş marixuana istifadə edər. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:00 radələrində tanışı Şahid8 ilə yaşadığı evin yaxınlığında küçədə görüşmüş, Pərviz ondan qurudulmuş marixuana istəmiş, o da yerdən götürdüyü 01 ədəd sellofan torbaya cibində olan qurudulmuş marixuanadan bir qədər töküb vermişdir, Əvəzində isə Pərvizdən ay sonunda maaş alan zaman 40 manatlıq tor alıb verməsini istəmişdir və razılıqları bu olmuşdur. Pərvizdə marixuananı ondan alan zaman 40 manatlıq tor alıb verəcəyinə söz vermişdir. xx.xx.2023-cü il tarixdə təxminən günortadan sonra Ozal ilə zəngləşib görüşmüş və təxminən, saat 15:00 radələrində birlikdə dəmiryol stansiyası tərəfdə çay içmək üçün gəlmişlər. Həmin vaxt o, balıq almaq istədiyi üçün orada gözləmişdir. Bir qədər sonra təxminən saat 16:00 radələrində Ozalın avtomobili ilə Şabran şəhərinin 3 sotlar ərazisinə gəlmişlər. O avtomobildə qalmış və Ozal avtomobildən enib getmiş, bir qədər sonra avtomobilə qayıtmışdır. Bundan sonra Ozal ilə birlikdə Şabran şəhərinin ərazisinə qayıtmış, daha sonra o və Ozal Şabran rayonunun Güləmli kəndi tərəfdə yolda olan zaman Pərvizi yolda görmüşlər. Pərviz həmin vaxt işə gedirmiş. Pərvizdə onların avtomobilinə əyləşmişdir. Təxminən həmin günü saat 17:00 radələrində Ozala zəng gəlmişdir. Birlikdə Şabran şəhərinin Şəhriyar küçəsinə gəlmişlər, Ozal avtomobildən enib Məmmədlə görüşmüş və Pərvizlə o avtomobildə qalmışdır. Bu zaman mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşaraq üzərilərində narkotik vasitə saxlamaqları barədə onlarda məlumat olmasını bildirib, qərarla onları tanış edib onların Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər.Onlar da polis əməkdaşları ilə birgə Şabran Rayon Polis Şöbəsinə gəlmiş, Şabran Rayon Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Şabran Rayon Polis X4 müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən hər hansı qanunsuz əşya aşkarlanmamışdır. Daha sonra onun razılığı ilə yaşadığı evə baxış keçirilməsi üçün gəlmişlər. Baxış zamanı evin həyətində saxladığı 02 ədəd narkotik bitki şitilini təqdim etmiş və evin zirzəmisi kimi olan yerdən isə ona məxsus olan 01 ədəd sellofan torbada saxladığı qurudulmuş marixuana aşkar edilərək kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, şəxsiyyət vəsiqəsində subay göstərilsə də, Sultanova Fidanla 2019ci ilin noyabr ayında ailə qurmuş, 02 azyaşlı övladları var, lakin rəsmi nikahları yoxdur. Təxminən 02 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə, günorta vaxtı təxminən saat 14:00 radələrində Şabran rayonunun Güləmli kəndi ərazisində tanışı Şahid8lə görüşmüş və onlar birlikdə onun idarə etdiyi “Opel” minik markalı avtomobildə əyləşmişlər. Pərvizlə avtomobildə olan zaman cibindən 01 ədəd sellofan torbada qurudulmuş marixuana çıxarmış, o həmin sellofandakı narkotik vasitə olan qurudulmuş marixuanadan əvəzsiz olaraq bir qədər götürmüş və 09 ədəd kağız bükümlərə yığıb cibinə qoymuşdur ki, istifadə etsin. Götürdüyü marixuananın əvəzində Pərvizə heç nə verməmiş və ya bununla bağlı aralarında hər hansı sövdələşmə də olmamışdır. Sellofan torbada qalan qurudulmuş marixuanadan Pərviz özü üçün 02 ədəd büküm hazırlayıb cibinə qoymuşdur. Sellofanda qalan xırda kütləni isə o siqaretə doldurmuş və Pərvizlə birlikdə avtomobildə çəkmişlər. Bundan sonra Pərvizlə sağollaşmışlar və Şabran şəhərinə qayıtmışdır. Şabran şəhərində olan zaman Sənan ona zəng etmiş və onlar görüşmüşlər. Həmin günü təxminən saat 15:00 radələrində birlikdə dəmiryol stansiyası tərəfdə çay içmək üçün gəlmişlər. Həmin vaxt Sənan balıq almaq istədiyi üçün orada gözləmişdir. Bu zaman o, Məmmədlə zəngləşmiş və Məmmədə narkotik vasitə olan qurudulmuş marixuana, yəni "nəşə” - si olduğunu demiş, təxminən saat 16:0 radələrində Məmməd ilə Şabran şəhərində “3 sotlar” adlanan ərazisində görüşmüş və 02 ədəd bükümdə “nəşə” - ni Məmmədə 10 manata satmışdır. Məmməd də ondan narkotik vasitə aldıqdan sonra getmişdir. Məmmədə narkotik vasitə olan qurudulmuş marixuana verən zaman avtomobildən enmiş və həmin vaxt Sənan avtomobildə qalmışdır. Bundan sonra Sənan ilə birlikdə Şabran şəhərinin ərazisinə qayıtmış, daha sonra o və Sənan Şabran rayonunun Güləmli kəndi tərəfdə yolda olan zaman Pərvizi yolda görmüşlər. Pərviz həmin vaxtı işə gedirmiş. Pərviz də avtomobilə əyləşmiş, təxminən saat 17:00 radələri olardı ki, Məmməd ona zəng edərək çay içməyi təklif etmiş, O da olduğu yeri Məmmədə demiş və Məmməd onların yanına gəlmişdir. Şabran şəhərinin Şəhriyar küçəsi ərazisində avtomobildən enib Məmmədlə görüşüb söhbət edən zaman Sənan və Pərviz avtomobildə olmuşlar. Bu zaman mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşaraq üzərilərində narkotik vasitə saxlamaları barədə məlumat olmasını bildirib, onları müvafiq qərarla tanış edib Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlarda polis əməkdaşları ilə birgə Şabran Rayon Polis Şöbəsinə gəlmişlər. Şabran Rayon Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Şabran Rayon Polis X4 müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərində olan 07 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümləri çıxarıb təqdim etmiş və həmin narkotik vastiələri öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 07 ədəd büküm kağız zərfə qablaşdırılıb, üzərinə möhür vurulub, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Şabran rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid8 və Şahid7 Təqsirləndirilən şəxs1 idarə etdiyi "Opel" minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmələri, üzərilərində saxlamaqla daşımaqda şübhəli olduqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3, Şahid2, Şahid5, Şahid4 və Şahid6 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospektindən Şabran şəhərinin Şəhriyar küçəsinə gedən istiqamətdə Şabran şəhərinin Şəhriyar küçəsinin ərazisində Təqsirləndirilən şəxs1 avtomobilinin yanında dayanıb söhbət edən zaman saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişlər. Şabran Rayon Polis X4 saxlanılan şəxslərin üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçiləri də iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl saxlanılan şəxslərin hər birinə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və gəzdirməkdə şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkilləri onlara təqdim edilmişdir. Şahid7 üzərində şəxsi axtarış keçirilən zaman üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmış, aşkarlanmış büküm qablaşdırılıb götürülmüşdür. Məmməd üzərindən aşkarlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Ozaldan 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman şalvarının cibindən 07 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb götürülmüş, aşkarlanmış büküm qablaşdırılıb götürülmüşdür. Pərviz Ağamalıyevin üzərində şəxsi axtarış keçirilən zaman şalvarının cibindən 02 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb götürülmüş, aşkarlanmış 2 ədəd büküm qablaşdırılıb götürülmüşdür. Şahid8 üzərindən aşkarlanmış narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs2 Şahid8 narkotik vasitə olan qurudulmuş marixuana satdığını etiraf etmiş və həmin narkotik vasitələri yaşadığı evin həyətində əkib-becərdiyi narkotik tərkibli çətənə kollarından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş və həyətdən 02 ədəd narkotik tərkibli bitkiyə məxsus olmasını qeyd etdiyi şitillər və evin zirzəmisindən isə 01 ədəd yaşlı rəngli plastmas qabın içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmış və qablaşdırlmaqla götürülmüşdür. Şəxsi axtarış və baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun məhkəmə iclasında verdiyi ifadədə göstərdiyi xüsusiyyətləri bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, o, təxminən 03 aydır narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 2023-cü ilin noyabr ayının sonlarında Ozal ilə tanış olub. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ozal onun ***-***-**-** nömrəli mobil telefonuna özünün ***-***-**-** nömrəli mobil telefonundan zəng edib onda yaxşı “nəşə” olmasını, Şabran şəhərinin "3 sotlar" yaşayış massivində yolun qırağında olduğunu, istəyirsə gəlib ala biləcəyini bildirmişdir. O, həmin vaxtı Ozalın avtomobilinin dayandığı yerdən 05 dəqiqəlik məsafədə olmuş, Ozalın “Opel” minik markalı avtomobilinə yaxınlaşanda artıq saat təxminən 16:00 radələri olmuşdur. Ozal ilə görüşmüş və Ozaldan 10 manat müqabilində 02 ədəd kağız bükümdə “nəşə” almışdır. Ozal ilə sağollaşdıqdan sonra aldığı bükümlərdən 01 ədəd bükümü siqaretə doldurub çəkmiş və digər 01 ədəd bükümü cibində saxlamışdır. Həmin günü, saat təxminən 17:00 radələrində Ozal ilə zəngləşmiş və çay içməyi təklif etmişdir. Ozal da Şabran şəhərinin Şəhriyar küçəsi tərəfdə olduğunu demişdir. O da, yaxında olduğundan Ozalın yanına gəlmişdir. Ozal ilə avtomobilinin yanında görüşmüş, Sənan və Pərviz avtomobildə əyləşmişlər. Bu zaman mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşaraq üzərimizdə narkotik vasitə saxlamaq barədə məlumat olmasını bildirib, qərarla onları tanış edib onları Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birgə Şabran Rayon Polis Şöbəsinə gəlmişlər və orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Müdafiəçi kimi Əfqan Orucov təyin edilmiş və onun buna etirazı olmamışdır. Daha sonra isə Şabran Rayon Polis X4 müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və o, Ozaldan 10 manata aldığı 02 ədəd bükümdən qalan 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və həmin maddənin narkotik vasitə olan “nəşə” olmasını, Ozaldan 01 ədəd bükümünü 05 manatdan olmaqla 02 ədəd bükümü 10 manata aldığını, narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd büküm kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o, və digər iştirakçılar həmin zərfə imza etmişlər. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq, Ozaldan 02 büküm narkotik maddəni 10 manata adlığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, bir neçə aydır narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə, axşam saat 18:00 radələrində uşaqlıqdan tanıdığı və onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2la Şabran şəhərinin V. Abdullayev küçəsində yaşadığı evin yaxınlığında görüşdükdə Sənandan narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, üzərində həmin vaxt pul olmamış, lakin Sənana söz vermişdir ki, maaşını alan kimi "nəşə"nin pulunu Sənana verəcək. Sənan yerdən götürdüyü 01 ədəd sellofan torbaya cibindən çıxarıb qurudulmuş marixuana töküb ona vermişdir. Əvəzində isə Sənan ondan 40 manat dəyərində balıq toru alıb verməyini istəmiş və onlar bu barədə razılaşmışlar. xx.xx.2023-cü il tarixdə günorta vaxtı təxminən saat 14:00 radələrində o, Şabran rayonunun Güləmli kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmüş, Ozalın avtomobilində olarkən Sənandan aldığı və üzərində olan 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananı çıxarmışdır ki çəksin. Ozal həmin sellofandakı qurudulmuş marixuanadan əvəzsiz olaraq bir qədər götürmüş və 09 ədəd kağız bükümlərə yığıb cibinə qoymuşdur. Ozalın götürdüyü qurudulmuş marixuananın əvəzində Ozaldan heç bir şey istəməmiş və Ozal da ona heçinə verməmişdir. Həmçinin bununla bağlı Ozal ilə aralarında hər hansı sövdələşmə də olmamışdır. Sellofan torbada qalan qurudulmuş marixuanadan özü üçün 02 ədəd büküm hazırlayıb cibinə qoymuşdur. Sellofanda qalan xırda kütləni isə Ozal siqaretə doldurmuş və birlikdə çəkmişlər. Ozal ilə sağollaşıb evə gəlmiş, həmi günü təxminən saat 17:00 radələrində evdən çıxıb işə getdiyi vaxt yolda Ozal ilə rastlaşmış, Ozal özünün “Opel" minik markalı avtomobilində olmuş, Təqsirləndirilən şəxs2 Ozalın yanında oturmuşdur. Şəhriyar küçəsi tərəfdə olan zaman Ozal avtomobili saxlamış və Məmmədlə görüşmək üçün avtomobildən enmişdir. Ozal və Məmməd avtomobilin yanında olan zaman Sənan və o avtomobildə əyləşmişlər. Bu zaman mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşaraq üzərlərində narkotik vasitə saxlamaq barədə məlumat olmasını bildirib, qərarla onları tanış etdikdən sonra onları Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birgə Şabran Rayon Polis Şöbəsinə gəlmişlər. Şabran Rayon Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Şabran Rayon Polis X4 müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, o, üzərində olan 02 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümləri çıxarıb təqdim etmiş və həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd büküm kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid3 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və müdafiəçilərin işə Şahid3 iştirakı olmadan baxılmasına etiraz etməmələrini, o cümlədən adı iş üzrə şahid qismində keçən Şahid3 ibtidai istintaq zamanı şahidlər Şahid2, Şahid4, Şahid6, Şahid5 və Şahid1 ilə eyni məzmunlu ifadə verməsini nəzərə alaraq, hazırki işə Şahid3 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Şabran rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid8 və Şahid7 Təqsirləndirilən şəxs1 idarə etdiyi "Opel" minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmələri, üzərilərində saxlamaqla daşımaqda şübhəli olduqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid5, Şahid4 və Şahid6 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospektindən Şabran şəhərinin Şəhriyar küçəsinə gedən istiqamətdə Şabran şəhərinin Şəhriyar küçəsinin ərazisində Təqsirləndirilən şəxs1 avtomobilinin yanında dayanıb söhbət edən zaman saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişlər. Şabran Rayon Polis X4 saxlanılan şəxslərin üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçiləri də iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl saxlanılan şəxslərin hər birinə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və gəzdirməkdə şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkilləri onlara təqdim edilmişdir. Şahid7 üzərində şəxsi axtarış keçirilən zaman üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmış, aşkarlanmış büküm qablaşdırılıb götürülmüşdür. Məmməd üzərindən aşkarlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Ozaldan 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman şalvarının cibindən 07 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb götürülmüş, aşkarlanmış büküm qablaşdırılıb götürülmüşdür. Pərviz Ağamalıyevin üzərində şəxsi axtarış keçirilən zaman şalvarının cibindən 02 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb götürülmüş, aşkarlanmış 2 ədəd büküm qablaşdırılıb götürülmüşdür. Şahid8 üzərindən aşkarlanmış narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs2 Şahid8 narkotik vasitə olan qurudulmuş marixuana satdığını etiraf etmiş və həmin narkotik vasitələri yaşadığı evin həyətində əkib-becərdiyi narkotik tərkibli çətənə kollarından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş və həyətdən 02 ədəd narkotik tərkibli bitkiyə məxsus olmasını qeyd etdiyi şitillər və evin zirzəmisindən isə 01 ədəd yaşlı rəngli plastmas qabın içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmış və qablaşdırlmaqla götürülmüşdür. Şəxsi axtarış və baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid6 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və müdafiəçilərin işə Şahid6 iştirakı olmadan baxılmasına etiraz etməmələrini, o cümlədən adı iş üzrə şahid qismində keçən Şahid6 ibtidai istintaq zamanı şahidlər Şahid2, Şahid4, Şahid3, Şahid5 və Şahid1 ilə eyni məzmunlu ifadə verməsini nəzərə alaraq, hazırki işə Şahid6 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, Şabran rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid8 və Şahid7 Təqsirləndirilən şəxs1 idarə etdiyi "Opel" minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmələri, üzərilərində saxlamaqla daşımaqda şübhəli olduqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid5, Şahid4 və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində, Şabran şəhərinin Heydər Əliyev prospektindən Şabran şəhərinin Şəhriyar küçəsinə gedən istiqamətdə Şabran şəhərinin Şəhriyar küçəsinin ərazisində Təqsirləndirilən şəxs1 avtomobilinin yanında dayanıb söhbət edən zaman saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişlər. Şabran Rayon Polis X4 saxlanılan şəxslərin üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçiləri də iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl saxlanılan şəxslərin hər birinə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və gəzdirməkdə şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkilləri onlara təqdim edilmişdir. Şahid7 üzərində şəxsi axtarış keçirilən zaman üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmış, aşkarlanmış büküm qablaşdırılıb götürülmüşdür. Məmməd üzərindən aşkarlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Ozaldan 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman şalvarının cibindən 07 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb götürülmüş, aşkarlanmış büküm qablaşdırılıb götürülmüşdür. Pərviz Ağamalıyevin üzərində şəxsi axtarış keçirilən zaman şalvarının cibindən 02 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb götürülmüş, aşkarlanmış 2 ədəd büküm qablaşdırılıb götürülmüşdür. Şahid8 üzərindən aşkarlanmış narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs2 Şahid8 narkotik vasitə olan qurudulmuş marixuana satdığını etiraf etmiş və həmin narkotik vasitələri yaşadığı evin həyətində əkib-becərdiyi narkotik tərkibli çətənə kollarından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş və həyətdən 02 ədəd narkotik tərkibli bitkiyə məxsus olmasını qeyd etdiyi şitillər və evin zirzəmisindən isə 01 ədəd yaşlı rəngli plastmas qabın içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmış və qablaşdırlmaqla götürülmüşdür. Şəxsi axtarış və baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli "cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında" qərardan görünür ki, toplanmış material əsasında fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin İ-cildinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid4, Şahid5, Şahid1, Şahid6 və Şahid3 tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid8 və Şahid7 xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində, Şabran şəhərinin Şəhriyar küçəsi ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi "Opel" minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanında dayanıb söhbət etdikləri vaxt saxlanılaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasında gətirilmişlər və Növbətçi Hissəyə təhvil verilmişlər (cinayət işinin İ-cildinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid8 və Şahid7 Təqsirləndirilən şəxs1 idarə etdiyi "Opel" minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunsuz olaraq narkotik vasitələr qəbul etmələri, üzərilərində daşımaları, yaşadıqları ünvanlarda saxlamaları və satmaları barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur (cinayət işinin İ-cildinin 4-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Şabran Rayon Polis Şöbəsinə etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid8 və Şahid7 qanunsuz olaraq narkotik vasitələr qəbul etmələri, üzərində daşımaları, yaşadıqları ünvanlarda saxlamaları və satmalarında şübhəli olmaları barədə məlumat daxil olduğundan, onlar ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cinayət işinin İ-cildinin 5-7-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli, 3-13-107/Ə103/23 nömrəli əmrdən görünür ki, Şabran Rayon Polis Şöbəsinə etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid8 və Şahid7 qanunsuz olaraq narkotik vasitələr qəbul etmələri, üzərində daşımaları, yaşadıqları ünvanlarda saxlamaları və satmalarında şübhəli olmaları barədə məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin İcildinin 8-9-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Şahid7 xx.xx.2023-cü il tarixdə, saat 17:55-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ-cildinin 14-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 18:00-dan 18:10-a kimi olan müddət ərzində Şahid7 üzərində keçirilmiş şəxs axtarış nəticəsində onun üzərindən 01 bir bükümdə narkotik maddəyə bənzə kütlə aşkar edilərək götürülmüş və Şahid7 həmin bükümdəki maddənin narkotik maddə olduğunu və sözü gedən narkotik maddəni Təqsirləndirilən şəxs1 aldığını etiraf etmişdir (cinayət işinin İ-cildinin 30-31-ci vərəqələri). - Şahid7 üzərində keçirilmiş şəxs axtarış zamanı aparılmış videoçəkilisi özündə əks etdirən “DVD” diskdəki vidogörüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18:00-dan 18:10-a kimi olan müddət ərzində Şahid7 üzərində keçirilmiş şəxs axtarış nəticəsində onun üzərindən 01 bir bükümdə narkotik maddəyə bənzə kütlə aşkar edilərək götürülmüş və Şahid7 həmin bükümdəki maddənin narkotik maddə olduğunu və sözü gedən narkotik maddəni Təqsirləndirilən şəxs1 aldığını etiraf etmişdir (cinayət işinin İ-cildinin 32-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 18:35-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ-cildinin 36-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 18:40-dan 18:50-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxs axtarış nəticəsində onun üzərindən 01 ədəd ağ rəngli "Winston" markalı siqaret qutusunun içərisindən 07 ədəd bükümdə narkotik maddəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cinayət işinin İ-cildinin 52-53-cü vərəqələri). - Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxs axtarış zamanı aparılmış videoçəkilisi özündə əks etdirən “DVD” diskdəki vidogörüntüdən görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 18:40-dan 18:50-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxs axtarış nəticəsində onun üzərindən 01 ədəd ağ rəngli "Winston" markalı siqaret qutusunun içərisindən 07 ədəd bükümdə narkotik maddəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cinayət işinin İ-cildinin 54-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Şahid8 xx.xx.2023-cü il tarixdə, saat 19:15-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ-cildinin 57-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 19:25-dən 19:35-ə kimi olan müddət ərzində Şahid8 üzərində keçirilmiş şəxs axtarış nəticəsində onun üzərindən 02 ədəd bükümdə narkotik maddəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cinayət işinin İ-cildinin 73-74-cü vərəqələri). - Şahid8 üzərində keçirilmiş şəxs axtarış zamanı aparılmış videoçəkilisi özündə əks etdirən “DVD” diskdəki vidogörüntüdən görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 19:25-dən 19:35-ə kimi olan müddət ərzində Şahid8 üzərində keçirilmiş şəxs axtarış nəticəsində onun üzərindən 02 ədəd bükümdə narkotik maddəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cinayət işinin İ-cildinin 78ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 20:05-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ-cildinin 80-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 20:10-dan 20:20-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxs axtarış nəticəsində onun üzərindən hər hansı qanunsuz əşya aşkarlanmamışdır (cinayət işinin İcildinin 96-97-ci vərəqələri). - Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxs axtarış zamanı aparılmış videoçəkilisi özündə əks etdirən “DVD” diskdəki vidogörüntüdən görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 20:10-dan 20:20-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxs axtarış nəticəsində onun üzərindən hər hansı qanunsuz əşya aşkarlanmamışdır (cinayət işinin İ-cildinin 98-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cinayət işinin İ-cildinin 99-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:30-dan 21:50-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış nəticəsində həyətdən 02 ədəd Təqsirləndirilən şəxs2 sözlərinə görə narkotik tərkibli bitki olan şitillər, evin zirzəmisindən isə 01 ədəd yaşlı rəngli plastmas qabın içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin İ-cildinin 100-102-ci vərəqələri). - Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı aparılmış videoçəkilisi özündə əks etdirən “DVD” diskdəki vidogörüntüdən görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:30dan 21:50-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış nəticəsində həyətdən 02 ədəd Təqsirləndirilən şəxs2 sözlərinə görə narkotik tərkibli bitki olan şitillər, evin zirzəmisindən isə 01 ədəd yaşlı rəngli plastmas qabın içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin İ-cildinin 103-cü vərəqəsi). - Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1650 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində " Vət. Şahid7 aşkar olunmuş 01 ədəd kağız bükümdə ..." yazı və imza olan zərfdə 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,300 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 aşkar edilib mgötürülmüş 07 ədəd kağız bükümdə ..." yazı və imza olan zərfdə 07 ədəd kağız bükümdə hərm birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,251 qram, 0,286 qram, 0,242 qram, 0,270 qram, 0,220 qram, 0.265 qram və 0,304 qram olmaqla, ümumi çəkisi 1,838 qram bitki mənşəli kütlələr çətənə (kannabis)m bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 evinin zirzəmisindən aşkar olunmuş..." yazı və imza olan zərfdə 01 ədəd sarı rəngli sellofanda təmiz çəkisi 71,438 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Vət. Şahid8 aşkar edilib götürülmüş 02 ədəd kağız bükümdə...” yazı və imza olan zərfdə 02 ədəd kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,262 qram və 0,439 qram olmaqla, ümumi çəkisi 0,701 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 ... 02 ədəd çətənə (kannabis) bitki kollarına bənzər bitki zoğları ..." yazı və imza olan sintetik torbada 02 ədəd ümumi çəkisi 85,0 qram bitki hissələri (budaqlar) narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim edilmiş Şahid7, Təqsirləndirilən şəxs1, Şahid8 və Təqsirləndirilən şəxs2 götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş bitki hissələrinin üzərində yarpaq hissələri olmadığı üçün onların marixuana ilə eynilik tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil etmişdir (cinayət işinin İcildinin 131-133-cü vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş obyektin təmiz çəkisi 0,300 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən ümumi miqdarı 0,05 qram, qalıq isə 0,250 qram, ümumi çəkisi 1,838 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən ümumi miqdarı 0,35 qram, qalıq 1,488 qram, təmiz çəkisi 71,438 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən ümumi miqdarı 0,05 qram, qalıq 71,388 qram, ümumi çəkisi 0,701 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən ümumi miqdarı 0,1 qram, qalıq 0,601 qram, təmiz çəkisi 85,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən ümumi miqdarı 0,1 qram, qalıq isə 84,90 qram təşkil etmişdir və həmin qalıqlar geri qaytarılmışdır (cinayət işinin İ-cildinin 134-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olan şəxs Şahid7 xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X10 Yerindən azad edilmişdir (cinayət işinin İ-cildinin 139-140-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olan şəxs Şahid8 Abuzır oğlu xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X10 Yerindən azad edilmişdir (cinayət işinin İ-cildinin 141-142-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif olunması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (cinayət işinin İ-cildinin 144-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ-cildinin 150-151-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ-cildinin 161-162-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-65/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən, saat 18:35-dən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ-cildinin 183-188-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-66/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdən, saat 20:05-dən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ-cildinin 190-195-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 19:40-dan 20:30-a kimi olan müddət ərzində Şahid7 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə nəticəsində Şahid7 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək onun əməlini ifşa etmiş, Təqsirləndirilən şəxs1 də Şahid7 narkotik vasitə satmasını təsdiq etmişdir (cinayət işinin İ-cildinin 196-197-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şabran Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 21:45-dən 21:35-ə kimi olan müddət ərzində X7 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə nəticəsində Şahid8 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək onun əməlini ifşa etmiş, Sənan Umudzadə də Şahid8 narkotik vasitə satmasını təsdiq etmişdir (cinayət işinin İ-cildinin 198-199-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ekspertiza icraatından sonra qaytarılan 04 ədəd kağız paketdə qalıq 0,250 qram, qalıq 1,488 qram, qalıq 71,388 qram, qalıq 0,601 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd ağ rəngli sintetik torbada qalıq 84,90 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri iş üzrə əhəmiyyət kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cinayət işinin İ-cildinin 200-201-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1993-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 Xızı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə qazancından dövlət nəfin 10 faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir və xx.xx.2015-ci il tarixdə həmin cəzasını tam çəkib qurtarmışdır (cinayət işinin İ-cildinin 237-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1990-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 barəsində ********* nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72.1-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən rədd edilmişdir (cinayət işinin İ-cildinin 238-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Çölquşçu İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-54/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonunun Xəlilli kəndində yaşayır (cinayət işinin İ-cildinin 239-cu vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Çölquşçu İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-55/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 arvadı xx.xx.2002-ci il təvəllüdlü X12, övladı xx.xx.2020-ci il təvəllüdlü X19 və övladı xx.xx.2021-ci il təvəllüdlü X8 ibarət ailə tərkibi vardır (cinayət işinin İ-cildinin 240-cı vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Çölquşçu İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ-cildinin 241-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-704/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmur (cinayət işinin İ-cildinin 248-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-703/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 arvadı xx.xx.1989-cu il təvəllüdlü X11, oğlu xx.xx.2011-ci il təvəllüdlü X15, qızı xx.xx.2013-cü il təvəllüdlü X17, qızı xx.xx.2015-ci il təvəllüdlü X16, qızı xx.xx.2020-ci il təvəllüdlü X13, qızı xx.xx.2022-ci il təvəllüdlü X18 və oğlu xx.xx.2023-cü il təvəllüdlü X9 ibarət ailə tərkibi vardır (cinayət işinin İ-cildinin 249-cu vərəqəsi). - AO seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub (cinayət işinin İ-cildinin 251-253-cü vərəqələri). - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-2-449/2-012453/2024 nömrəli ibtidai istintaq müddətinin uzadılması barədə qərardan görünür ki, 23090058 nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla, 05 (beş) ayadək, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır (cinayət işinin İİ cildinin 6-7-ci vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X25 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 691 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İİ cildinin 38-39-cu vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X25 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 694 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İİ cildinin 40-41-ci vərəqələri). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Şahid7, Təqsirləndirilən şəxs1, Şahid8 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şahid7 və Şahid8 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şahid7, Təqsirləndirilən şəxs1, Şahid8 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi və Şahid7 və Şahid8 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan qərarın surətinin Şabran Rayon Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərara əsasən Təqsirləndirilən şəxs1, Şahid8 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasına dair görüntüləri özündə əks etdirən 04 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk olmaqla, ümumilikdə 05 ədəd “DVD” disk hazırkı cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir (cinayət işinin İİ cildinin 60-72-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yeni ittiham elan edilmişdir (cinayət işinin İİ cildinin 76-77-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yeni ittiham elan edilmişdir (cinayət işinin İİ cildinin 87-88-ci vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamələrdə göstərilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində ödənilməmiş və ya götürülməmiş məhkumluqları yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Şabran Rayon Məhkəməsinin 3(031)-189/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şahid7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Şabran Rayon Məhkəməsinin 3(031)-209/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şahid8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadələr, iş üzrə şahidlərin məhkəmə baxışı iclasında verdiyi ifadələr və cinayət işinin digər materialları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmələri, saxlamaları və satmaları tamamilə sübuta yetirildi. Bu səbəbdən də məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və onların barələrində həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşmançılıq hissi keçirməsini və himayəsində 06 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 02 uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərək, onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini və şəxsiyyətlərini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. Bununla yanaşı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacaqlarından barələrində təyin ediləcək cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır, Təqsirləndirilən şəxs1 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır, məhkəmə məsrəfi olan aparılmış ekspertiza tədqiqatlarının dəyəri 70 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulmalı, cinayət işi üzrə maddi sübutlar: ekspertiza icraatından sonra qaytarılan 04 ədəd kağız paketdə qalıq 0,250 qram, qalıq 1,488 qram, qalıq 71,388 qram, qalıq 0,601 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd ağ rəngli sintetik torbada qalıq 84,90 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Şahid7, Təqsirləndirilən şəxs1, Şahid8 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasına dair görüntüləri özündə əks etdirən 04 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk olmaqla, ümumilikdə 05 ədəd “DVD” disk cinayət isində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin:344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbiri təyin edilsin və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar: ekspertiza icraatından sonra qaytarılan 04 ədəd kağız paketdə qalıq 0,250 qram, qalıq 1,488 qram, qalıq 71,388 qram, qalıq 0,601 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd ağ rəngli sintetik torbada qalıq 84,90 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Şahid7, Təqsirləndirilən şəxs1, Şahid8 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasına dair görüntüləri özündə əks etdirən 04 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk olmaqla, ümumilikdə 05 ədəd “DVD” disk cinayət isində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi olan aparılmış ekspertiza tədqiqatlarının dəyəri 70 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim olunan vaxtdan) 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-33/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-33/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver