Məhkəmə qərarları › İş №1(031)-34/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-34/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-34/2023 14.06.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi; Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 1985-ci il 13 fevral tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şabran rayonu Bakıxanov küçəsində nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özünün istifadə etməsi üçün qəsdən qanunsuz olaraq satış məqsədi olmadan xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında qeydiyyatda olmaqla Şabran şəhəri Meliotar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan X3 ilə Şabran şəhəri Nizami küçəsində görüşüb sonuncuya 10 manat pulu verib həmin pulun müqabilində 01 ədəd sellofan bükümdə olan təmiz çəkisi 0,300 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini alıb əynindəki cins şalvarın sol arxa cibində yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı 03 mart 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Şabran şəhəri A.Sultanova küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran rayon polis şöbəsinə gətirilib üzərində həmin gün keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki cins şalvarın sol arxa cibindən Elşad Zəkiyevdən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq alıb saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,300 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ailəlidir, 2 azyaşlı uşağı var, fərdi əməklə məşğuldur. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrin qəbulu ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə axşam saat 18:00-da işdən çıxdıqdan sonra Şabran rayon sakini kimi tanıdığı və onunla eyni yerdə işləyən Elşad adlı şəxsdən onda narkotik vasitə heroinin olub-olmadığını soruşmuşdur. O da onda heroin olduğunu bildirmişdir. İşdən çıxandan sonra saat təxminən 19 radələrində Elşadla Şabran şəhəri, Nizami küçəsində görüşmüş və ondan 1 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin almışdır. O, pulu olanda 1 ədəd bükümdə narkotik vasitə almasının qarşılığında Elşada 10 manat pul verəcəkmiş. Həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə üzərindəki cins şalvarın sol arxa cibində yerləşdirərək qanunsuz olaraq üzərində saxlamış və həmin vaxt qonşuluqda yaşayan Əlmurad onunla əlaqə saxlayaraq çay içmək istəmişdir. O da Əlmuradla razılaşmışdır. Bundan sonra o, 3 sotlar adlanan ərazidə Əlmurad ilə görüşmüşdür. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq hər ikisini RPŞ-nə dəvət etmişlər. RPŞ-də olan zaman hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, üzərindəki narkotik vasitə hesab edilən heroini könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Törətmiş olduğu əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin NMB-nin rəisi, polis baş leytenantı Şahid1 göstərdi ki, 03 mart 2023-cü il tarixdə Şabran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Şabran RPŞ-nin PPXB-nün manqa komandiri Şahid3 ilə birgə xidmətdə olan zaman narkotik vasitələri qanunsuz olaraq üzərlərində saxlamaları və istifadə etmələri ilə bağlı etibarlı mənbədən daxil olmuş məlumata əsasən, xx.xx.1988-ci il təvəllüdlü, Şabran şəhəri A.Sultanova küçəsi ev 3 də yaşayan Şahid4 Tofiq oğlu və xx.xx.1985-ci il təvəllüdlü, Şabran şəhəri Bakıxanov küçəsində nömrəsiz evdə yaşayan Əliyev X7 şəhəri A.Sultanova küçəsində saxlanılaraq RPŞ-nə gətirilmişdir. RPŞdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sol arxa cibindən 1 ədəd bükümdə içərisində narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə hesab edilən heroinin onun özünə məxsus olmasını, şəxsi istifadəsi məqsədilə üzərində saxlamasını səmimi olaraq etiraf etmişdir. Şahid4 Tofiq oğlunun üzərinə baxış keçirilən zaman isə onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, fərdi əməklə məşğul olub ailəsini dolanıdırır. Təqsirləndirilən şəxs onun dostudur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı məhəllədə olan zaman Elmarla görüşüb söhbət etməyə başlamışdır. Onunla söhbət etməyə başladıqdan təxminən bir neçə saniyə sonra RPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq əvvəlcə özlərini təqdim edib, daha sonra isə onların qanunsuz olaraq üzərlərində narkotik vasitə saxlamaları ilə bağlı şübhəli olduğlarını və bunun üçün də onlarla birgə RPŞ-nə getməli olduğlarını bildirmişlər. Onlar da polis əməkdaşları ilə birgə RPŞ-nə gəlmiş və RPŞ-də onun üzərinə baxış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və narkotik vasitə aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 6/1331 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazısı və imzaları olan zərfdəki 1 ( bir) ədəd bükümdə təmiz şəkisi 0,300 qram (tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.250 qram) qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahsına daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023cü il tarixli, 2679 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 08 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Əliyev X7 şəhəri, Nizami küçəsi ev 18, mənzil 2 ünvanında yaşayır. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 08 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı şikayətlər daxil olmamışdır. İşə əlavə edilmiş A-İ seriyalı 425789 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 30 iyun 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 birgə nikahlarından 26 may 2009-cu ildə Nəzrin və 31 may 2010-cu ildə Tunay adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran rayon məhkəməsinin 05 mart 2023-cü il tarixli 4(031)- 9/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Bakıxanov küçəsi nömrəsiz evdə yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2023-cü ildən həbsdə saxlanıldığı 03 (üç) ay 11 (on bir) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,250 qram narkotik vasitə hesab edilən heroin məhv edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 il 08 ay 08 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Bakıxanov küçəsi nömrəsiz evdə yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,250 qram narkotik vasitə hesab edilən heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar