Məhkəmə qərarları › İş №1(031)-34/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-34/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-34/2024 29.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nağdları oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2rəsində "polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair Şabran Rayon polis X5 təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroru X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticəsi haqqında yekun protokol xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticəsi haqqında yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, Şabran rayonu, Günəşli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs Nağdları oğlu ilə aralarında şəxsi münasibətləri zənnimdə yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs Nağdları oğlunun sifət və bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya sol qabırğaaltı nahiyənin və sol qulaq seyvanının yumşaq toxumlarının əziyi ilə yanaşı baş beyin silkələnməsindən ibarət bədən xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuş və bununla da, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124 və 125-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun divar qonşusudur. Təbriz ilə bir qonşu kimi münasibətlərinin yaxşı olub və Zərərçəkmiş şəxs ilə heç bir düşmənçilikləri və ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində, yaşadığı evə gəldikdən sonra evdə qızı Aynurənin istifadəsində olan mobil telefonunu alaraq nəzarət qaydasında baxış keçirdiyi zaman telefonun mesaj bölməsində silinmiş mesajların saxlandığı zibil qutusuna baxdığı vaxt orada qonşusu Zərərçəkmiş şəxs istifadəsində olan 070 *** ** ** saylı mobil nömrədən 2023-cü ilin 16 oktyabr və 24 oktyabr tarixlərində qızı Aynurənin istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsinə əxlaqsız sözlər yazmasını aşkar etməsindən əsəbiləşərək bayıra çıxıb Təbrizi evlərindən səsləyərək çağırmışdır. Həmin zaman Təbrizin anası Nasxanım bayıra çıxmış və o, Nasxanımdan Təbrizi çağırmasını istəmişdir. Bundan sonra Nasxanım Təbrizi çağırmış və Təbriz evdən bayıra həyətlərinin giriş qapısının ağzına çıxmışdır. O, Təbrizdən kənara gedərək söhbət etmələrini istəsə də, Təbriz onunla gəlməkdən imtina etmişdir. Təbrizin onunla gəlmək istəmədiyini gördüyü üçün Təbrizin yaxasından tutub "sən mənim qızım üçün pozğun deyirsən" sözlərini deyib Təbrizə iki üç dəfə yumruq zərbələri ilə vurmuşdur. Həmin zaman Təbrizin anası Nasxanımm onun arxa hissədən gödəkçəsindən geriyə dartmış və o, yerə yıxılmışdır. Bundan istifadə edən Təbriz qaçaraq oradan uzaqlaşmışdır. O da ayağa qalxaraq evə keçmiş, daha sonra Təbrizin ondan polisə şikayət etdiyini eşitmişdir. Hadisə zamanı Təbriz və onun yanında Nasxanımdan başqa heç kimin olmamışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hazırda heç bir şikayətinin və tələbinin olmamasını bildirərək, barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əlində bıçağın olmadığını, Zərərçəkmiş şəxs bıçaqla hədələmədiyini və sözü gedən hadisə zamanı spirtli içkilərin təsiri altıdan sərxoş vəziyyətdə olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək, barəsində Şabran Rayon Polis Şöbəsinə şikayət etdiyi Təqsirləndirilən şəxs onun qonşusu olduğunu, əvvəllər münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir ədavət və düşmənçiliyi olmadığını, əvvəllər Mehmanın qızı Aynurə ilə bir-birlərini sevdiklərini, Aynurə ailə həyatı qurmaq üçün ailə üzvilərinin razılıq vermədiyini, ona görədə 08 (səkkiz) ay əvvəl Şabran rayonun Ağalıq kəndi ərazisində yaşayan Püstəxanım ilə ailə həyatı qurduğunu, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evdə olduğu zaman anası Nazxanımın ona qonşu Mehmanın onu çağırdığını dediyini, o küçəyə çıxdığı zaman Mehamanın sərxoş olduğunu hiss etdiyini, Mehmanın onun yaxasından tutaraq yumruq ilə sifət nahiyəsindən, qarın və ayaq nahiyələrinə zərbə endirdiyini, o Mehmanın əlindən çıxaraq yaşadığı küçə ilə qaçmağa başladıqda Mehmanın onun arxasınca əlində olan bıçağı tulladığını, lakin bıçağın ona dəymədiyini, o qaçaraq yaşadığı Günəşli kəndinin ərazisində Mehmanın onu tapmasın deyə gizləndiyini, Günəşli kəndində yaşayan xalası Fatmanın oğlu Etibara zəng edərək onu və ailə üzvilərini Şabran rayonunun Ağalıq kəndində yaşayan qayınatası Raminin evinə aparmağı xahiş etdiyini, Raminin onu, anası Nazxanımı və həyat-yoldaşı Püstəxanımı Etibarın evınə apardıqlarını, sonradan ona Mehmanın onu döyəndən sonra anası Nazxanımı yaşadığı evə apararaq əvvəllər Aynurə ilə sevgili olan vaxtlarda bir-birlərinə yazdıqları "SMS" ləri göstərdiyinin məlum olduğunu, Mehmanın onu döyməsi nəticəsində sifət, qarın və ayaq nahiyələrindən xəsarət aldığını göstərmiş və məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini göstərmiş və sonuncu barəsində sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 izahat verərək, Zərərçəkmiş şəxs onun doğma oğlu olduğunu, Təbrizin ailəsi ilə birlikdə onunla yaşadığını, xx.xx.2024cü il tarixdə saat 23 radələrində qonşusu Mehmanın onun yaşadığı evə gələrək oğlu Təbrizi çağırdığını, həmin vaxt Təbrizin istirahət etdiyi üçün Mehmana Təbrizin istirahət etdiyini dediyini, Mehmanın israrla Təbrizi çağırmasını əks halda içəri girərək özü çağıracağını dediyini, Mehmanın sərxoş olduğunu görüb Təbrizi çağıraraq Mehmanın gəldiyini dediyini, həmin vaxt Təbrizin küçəyə çıxdığını, onun da Təbrizin arxası ilə küçəyə çıxdıqda Mehmanın Təbrizi yerə yıxaraq döydüyünü gördüyünü, həmin vaxt Təbrizin Mehmanın əlindən çıxaraq qaçdığını, Mehmanın da əlində bıçaq ilə Təbrizin arxasınca getdiyini, Mehmanın sonra onun yanına gələrək evinə dəvət edib qızı Aynurənin telefonunu ona göstərərək oğlu Təbrizin yazdığı "SMS" - ləri ona göstərdiyini, Mehmanın onu döymədiyini, lakin oğlu Təbrizi döyərək xəsarət yetirdiyini göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid X6 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, səhhətində yaranmış problemlərlə ilə əlaqədar məhkəmə iclasında iştirak də bilməyəcəyini və ilkin istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin, müdafiəçinin və zərər çəkmiş şəxsin işə şahid X2 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə şahid X2 iştirakı olmadan və onun hazırki böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid X6 hazırki böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi ifadədə Təbriz ilə 03 (üç) il əvvəl birbirlərini istədiklərini, anası Ramilənin onların münasibətlərindən xəbər tutduğu üçün ayrıldıqlarını, həmin vaxt onun yaşı az olduğunu, sevgi nə olduğunu bilmədiyini, valideynlərinin ona tutduğu iraddan düz hərəkət etmədiyini anlayıb Təbriznən münasibətlərini kəsdiyini, Təbrizin zənglərini qara siyahıya atdığı üçün Təbrizin ona yazdığı "SMS" ləri görmədiyini və atası Mehmanın onun telefonuna baxan zaman Təbrizin ona yazdığı "SMS" ləri aşkar etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Nağdları oğlu arasında xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, Şabran rayonu, Günəşli kəndində mübahisənin baş verdiyi əraziyə keçirilmiş baxış keçirilmiş, lakin həmin protokolda keçirilmiş baxış nəticəsində hadisənin baş verdiyi yerdən hər-hansı bir bıçağın aşkar edildiyi qeyd edilməmişdir (məhkəməyədək sadələşdirilmiş icraat materialının 16-cı vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2024-cü il tarixli, 102 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında bədəni üzərində sol qabırğaaltı nahiyyənin və sol qulaq seyvanının yumşaq toxumalarının əziyi ilə yanaşı baş beyin silkələnməsi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti bir günə qədər olub xx.xx.2024-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (məhkəməyədək sadələşdirilmiş icraat materialının 44-45-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (məhkəməyədək sadələşdirilmiş icraat materialının 47-ci vərəqəsi). Şabran Rayon Məhkəməsinin 1(031)-34/2024-004 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nağdları oğlunun məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, əhimov Mehman Aydın oğlunun barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nağdları oğlu ilə barışdığı üçün barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, Şabran rayonu, Günəşli kəndində Zərərçəkmiş şəxs Nağdları oğlu ilə aralarında şəxsi münasibətləri zənnimdə yaranmış mübahisə zamanı alkoqollu içkilərin təsiri altında sərxoş vəziyyətdə olması və Zərərçəkmiş şəxs Nağdları oğlunun üzərinə bıçaqla hücum çəkməsi və Zərərçəkmiş şəxs Nağdları oğlunun arxasında əlindəki bıçağı tullaması sadəcə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nağdları oğlunun və onun anası Şahid1 məhkəmə iclasında və hazırki böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdikləri ifadələrdə göstərildiyindən, xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolda sözü gedən hadisə yerinə keçirilmiş baxış nəticəsində hər-hansı bir bıçağın aşkar edildiyi qeyd edilmədiyindən, o cümlədən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2024-cü il tarixli, 102 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs Nağdları oğlunun bədəni səthində aşkar edilmiş xəsarətlərin kəsici deşici əşyanın (əşyaların) təsirindən yox bərk küt əşyanın (əşyaların) təsirindən törədildiyi qeyd edildiyindən, məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində, Şabran rayonu, Günəşli kəndində Zərərçəkmiş şəxs Nağdları oğlu ilə aralarında şəxsi münasibətləri zənnimdə yaranmış mübahisə zamanı alkoqollu içkilərin təsiri altında sərxoş vəziyyətdə olması və Zərərçəkmiş şəxs Nağdları oğlunun üzərinə bıçaqla hücum çəkməsini təsdiq edən hər-hansı bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Beləliklə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nağdları oğlunun, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi şəxslərin özlərinin ifadələri ilə, şahid ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, zərər çəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tam olaraq ödəməsini nəzərə alaraq hesab edir ki, onun cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə uyğun olaraq, Cinayət-Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi, qanunverici imperativ qayda müəyyənləşdirməklə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş halları şəxs barəsində cinayət təqibinin başlanılmamasına və ya başlanmış cinayət təqibinə xitam verilməsinə əsas verən hal kimi göstərməklə, bunu müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya məhkəmənin vəzifəsi olaraq təsbit etmişdir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarını tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nağdları oğlu ilə barışdığıdan və törətdiyi əməl nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nağdları oğluna dəymiş ziyanı tam şəkildə ödədiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibi üzrə icraata xitam verilməlidir və onun barəsində seçilmiş İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 344-347, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar